The New Testament of our Lord and Saviour Jesus Christ
1 Davudun Oğlu, İbrahimin dә Oğlu olan İsa Mәsihin nәsil şәcәrәsi: 2 İbrahimdәn İshaq törәdi. İshaqdan Yaqub törәdi. Yaqubdan Yәhuda vә onun qardaşları törәdi. 3 Yәhudadan Tamarın doğduğu Peres vә Zerah törәdi. Peresdәn Xesron törәdi. Xesrondan Ram törәdi. 4 Ramdan Amminadav törәdi. Amminadavdan Naxşon törәdi. Naxşondan Salmon törәdi. 5 Salmondan Raxavın doğduğu Boaz törәdi. Boazdan Rutun doğduğu Oved törәdi. Oveddәn Yessey törәdi. 6 Yesseydәn padşah Davud törәdi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törәdi. 7 Süleymandan Rexavam törәdi. Rexavamdan Aviya törәdi. Aviyadan Asa törәdi. 8 Asadan Yehoşafat törәdi. Yehoşafatdan Yehoram törәdi. Yehoramdan Uzziya törәdi. 9 Uzziyadan Yotam törәdi. Yotamdan Axaz törәdi. Axazdan Xizqiya törәdi. 10 Xizqiyadan Menaşşe törәdi. Menaşşedәn Amon törәdi. Amondan Yoşiya törәdi. 11 Babil sürgünü zamanı Yoşiyadan Yekonya vә onun qardaşları törәdi. 12 Babil sürgünündәn sonra Yekonyadan Şealtiel törәdi. Şealtieldәn Zerubbabil törәdi. 13 Zerubbabildәn Avihud törәdi. Avihuddan Elyaqim törәdi. Elyaqimdәn Azur törәdi. 14 Azurdan Sadoq törәdi. Sadoqdan Yaxin törәdi. Yaxindәn Elihud törәdi. 15 Elihuddan Eleazar törәdi. Eleazardan Mattan törәdi. Mattandan Yaqub törәdi. 16 Yaqubdan Mәryәmin әri Yusif törәdi. Mәryәmdәn dә Mәsih adlanan İsa doğuldu. 17 Belәliklә, İbrahimdәn Davuda qәdәr olan bütün nәsillәr on dörd nәsildir, Davuddan Babil sürgününә qәdәr on dörd nәsildir, Babil sürgünündәn Mәsihә qәdәr dә on dörd nәsildir. 18 İsa Mәsihin doğulması belә oldu. Anası Mәryәm Yusifә nişanlanmışdı. Amma birlikdә olmalarından әvvәl Mәryәmin Müqәddәs Ruhdan hamilә olduğu aşkar oldu. 19 Onun nişanlısı Yusif saleh bir adam idi vә Mәryәmi camaat arasında rüsvay etmәk istәmәyәrәk gizlicә boşamaq niyyәtinә düşdü. 20 Amma belә düşündüyü halda Rәbbin bir mәlәyi röyada ona görünüb dedi: "Davud oğlu Yusif! Mәryәmi özünә arvad etmәkdәn qorxma, çünki onun bәtnindәki körpә Müqәddәs Ruhdandır. 21 Mәryәm bir Oğul doğacaq vә Onun adını qoy, çünki O Öz xalqını günahlarından xilas edәcәk". 22 Bütün bunlar Rәbbin peyğәmbәr vasitәsilә söylәdiyi bu söz yerinә yetsin deyә baş verdi: 23 "Budur, bakirә qız hamilә olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar". "İmmanuel""Allah bizimlәdir" demәkdir. 24 Yusif yuxudan oyananda Rәbbin mәlәyinin buyurduğu kimi etdi vә arvadını qәbul etdi. 25 Amma Mәryәm bir Oğul doğana qәdәr Yusif onunla yaxınlıq etmәdi. Doğulan Körpәnin adını İsa qoydu.
1 İsa padşah Hirodun dövründә Yәhudeyanın Bet-Lexem şәhәrindә anadan olduqda müdrik adamlar şәrqdәn Yerusәlimә gәlib 2 dedilәr: "Yәhudilәrin anadan olmuş Padşahı haradadır? " "Şәrqdә Onun ulduzunu gördük vә Ona sәcdә qılmağa gәldik". 3 Padşah Hirod bunu eşitdikdә özü vә bütün Yerusәlim xalqı tәlaşa düşdü. 4 Hirod xalqın bütün başçı kahinlәrini vә ilahiyyatçılarını toplayaraq onlardan Mәsihin harada doğulduğunu soruşdu. 5 "Yәhudeyanın Bet-Lexem şәhәrindә" dedilәr. "Çünki peyğәmbәr vasitәsilә belә yazılıb: 6 “Ey Yәhuda torpağındakı Bet-Lexem, sәn Yәhuda hökmdarları arasında әn kiçik deyilsәn, Çünki xalqım İsrailә çoban olan Hökmdar sәndәn çıxacaq”". 7 Onda Hirod müdrik adamları gizlicә çağırıb onlardan ulduzun göründüyü dәqiq vaxtı öyrәndi. 8 "Gedin, Körpәni diqqәtlә axtarın, tapan kimi mәnә xәbәr verin ki, mәn dә gedib Ona sәcdә qılım" deyәrәk onları Bet-Lexemә göndәrdi. 9 Onlar padşahı dinlәdikdәn sonra yola düşdülәr. O vaxt şәrqdә gördüklәri ulduz onlara yol göstәrirdi. O, Körpәnin olduğu yerin üzәrinә çatdıqda dayandı. 10 Onlar ulduzu gördüklәri vaxt lap çox sevindilәr. 11 Evә girib Körpәni anası Mәryәmlә birlikdә gördülәr vә yerә qapanaraq Ona sәcdә qıldılar. Xәzinәlәrini açıb Ona hәdiyyәlәri – qızıl, kündür vә mirranı tәqdim etdilәr. 12 Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xәbәrdarlıq aldıqlarına görә başqa yolla öz ölkәlәrinә getdilәr. 13 Müdrik adamlar yola düşәndәn sonra Rәbbin bir mәlәyi Yusifә röyada görünәrәk dedi: "Qalx, Körpә ilә anasını götür, Misirә qaç. Mәn sәnә xәbәr verәnә qәdәr orada qal. Çünki Hirod Körpәni öldürmәk üçün axtarmağa başlayır". 14 Belәliklә, Yusif qalxdı, hәmin gecә Körpә ilә anasını götürüb Misirә yollandı. 15 Hirod ölәnә qәdәr orada qaldı. Bu, Rәbbin peyğәmbәr vasitәsilә söylәdiyi söz yerinә yetsin deyә baş verdi: "Öz Oğlumu Misirdәn çağırdım". 16 Hirod müdrik adamlar tәrәfindәn axmaq yerinә qoyulduğunu görәndә çox hiddәtlәndi. O, müdrik adamlardan öyrәndiyi vaxta görә Bet-Lexem vә onun әtrafında yaşayan iki vә iki yaşdan aşağı körpә oğlan uşaqlarını öldürtdü. 17 Belәliklә, Yeremya peyğәmbәr vasitәsilә söylәnәn bu söz yerinә yetdi: 18 "Ramada bir sәs eşidildi, Ağlaşma vә böyük fәryad sәslәri! Rәhilә uşaqları üçün ağlayır, Tәsәlli istәmir. Çünki onlar daha yoxdur". 19 Hirod ölәndәn sonra Rәbbin bir mәlәyi Misirdә Yusifә röyada görünüb 20 dedi: "Qalx, Körpә ilә anasını götür, İsrail ölkәsinә qayıt. Çünki Körpәnin canını almaq istәyәnlәr öldü". 21 Yusif qalxdı, Körpә ilә anasını götürüb İsrail ölkәsinә qayıtdı. 22 Amma Arxelanın öz atası Hirodun yerinә Yәhudeya padşahı olduğunu eşidәndә oraya getmәyә qorxdu. Röyada xәbәrdarlıq alaraq Qalileya bölgәsinә getdi. 23 Gәlib Nazaret deyilәn şәhәrdә mәskәn saldı. Bu, peyğәmbәrlәr vasitәsilә söylәnәn "Ona Nazaretli deyilәcәk" sözü yerinә yetsin deyә baş verdi.
1 O günlәrdә Vәftizçi Yәhya Yәhudeya çölündә vәz edәrәk meydana çıxdı. 2 O belә deyirdi: "Tövbә edin! Çünki Sәmavi Padşahlıq yaxınlaşıb". 3 Bu o adamdır ki, Yeşaya peyğәmbәr onun barәsindә belә demişdi: "Sәhrada nida edәnin sәsi gәlir: “Rәbbin yolunu hazırlayın, Onun keçәcәyi yerlәri düz edin”". 4 Yәhya dәvә yunundan paltar geymiş, belinә dәri qurşaq bağlamışdı, yemәyi çәyirtkә vә çöl balı idi. 5 Yerusәlim sakinlәri, bütün Yәhudeya diyarından olanlar vә İordan әtrafında yaşayanlar Yәhyanın yanına gәlirdi. 6 Onlar günahlarını etiraf edәrәk onun tәrәfindәn İordan çayında vәftiz olunurdu. 7 Fariseylәr vә sadukeylәrdәn çoxunun vәftiz olmaq üçün onun yanına gәldiyini görәn Yәhya onlara belә dedi: "Ey gürzәlәr nәsli! Üzәrinizә gәlәn qәzәbdәn canınızı qurtarmağı sizin beyninizә kim yeridib? 8 İndi isә tövbәyә layiq bәhrә verin. 9 Ürәyinizdә “atamız İbrahimdir” deyә düşünmәyin. Mәn sizә deyirәm: Allah bu daşlardan İbrahimә övlad yaratmağa qadirdir. 10 Artıq balta ağacların dibindә yatır. Belәliklә, yaxşı bәhrә vermәyәn hәr ağac kәsilir vә oda atılır. 11 Mәn sizi tövbәniz üçün su ilә vәftiz edirәm, amma mәndәn sonra Gәlәn mәndәn daha qüdrәtlidir. Mәn Onun çarıqlarını daşımağa belә, layiq deyilәm. O sizi Müqәddәs Ruhla vә odla vәftiz edәcәk. 12 Onun kürәyi әlindәdir vә xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Külәşi isә sönmәz odda yandıracaq". 13 O vaxt İsa Yәhya tәrәfindәn vәftiz olmaq üçün Qalileyadan İordan çayına, Yәhyanın yanına gәldi. 14 Yәhya Ona mane olmaq istәyәrәk dedi: "Sәn Mәni vәftiz etmәlisәn, Sәn niyә mәnim yanıma gәlirsәn?" 15 İsa ona cavab verdi: "Hәlәlik buna razı ol. Çünki biz salehlik işini belәcә yerinә yetirmәliyik". Onda Yәhya razı oldu. 16 İsa vәftiz olunan kimi sudan çıxdı. O vaxt göylәr yarıldı vә Allahın Ruhunun göyәrçin kimi endiyini vә Öz üzәrinә qonduğunu gördü. 17 Göylәrdәn bir sәda gәldi: "Bu Mәnim sevimli Oğlumdur, Ondan razıyam".
1 Bundan sonra İsa iblis tәrәfindәn sınağa çәkilmәk üçün Ruh tәrәfindәn sәhraya aparıldı. 2 İsa qırx gün-qırx gecә oruc tutandan sonra acdı. 3 O zaman sınağaçәkәn yaxınlaşıb Ona dedi: "Әgәr Sәn Allahın Oğlusansa, bu daşlara әmr et ki, çörәyә dönsün". 4 İsa ona belә cavab verdi: "“İnsan yalnız çörәklә deyil, Allahın ağzından çıxan hәr kәlmә ilә yaşayar” deyә yazılmışdır". 5 Sonra iblis Onu müqәddәs şәhәrә gәtirdi vә mәbәdin qüllәsinә qoyub 6 dedi: "Әgәr Sәn Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sәnә görә mәlәklәrinә әmr edәr ki, Sәni әllәri üstündә aparsınlar, Ayağın bir daşa dәymәsin” deyә yazılmışdır". 7 İsa ona dedi: "“Allahın Rәbbi sınama” deyә dә yazılmışdır". 8 İblis yenә İsanı çox yüksәk bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını vә şan-şöhrәtini göstәrib dedi: 9 "Әgәr Sәn yerә qapanıb mәnә sәcdә etsәn, bütün bu şeylәri Sәnә verәcәyәm". 10 İsa dedi: "Rәdd ol, Şeytan! “Allahın Rәbbә sәcdә et vә yalnız Ona ibadәt et” deyә yazılmışdır". 11 Bundan sonra iblis İsanı tәrk etdi vә mәlәklәr gәlib Ona xidmәt edirdi. 12 İsa Yәhyanın hәbs olunduğunu eşitdikdә Qalileyaya qayıtdı. 13 Nazaretdәn çıxıb Zevulun vә Naftali bölgәsindә, Qalileya gölü kәnarında yerlәşәn Kefernahumda mәskәn saldı. 14 Bu, Yeşaya peyğәmbәr vasitәsilә söylәnәn hәmin söz yerinә yetsin deyә baş verdi: 15 "Zevulun vә Naftali bölgәlәri, Dәnizkәnarı yol, İordan çayının o biri tayı, Müxtәlif millәtlәr yaşayan Qalileya – 16 Zülmәtdә yaşayan xalq Möhtәşәm bir işıq gördü. Ölüm kölgәsi diyarında mәskunlaşanların üzәrinә Nur doğdu". 17 O vaxtdan İsa vәz edib belә demәyә başladı: "Tövbә edin! Çünki Sәmavi Padşahlıq yaxınlaşıb". 18 İsa Qalileya gölünün sahilindә gәzәrkәn suya tor atan iki qardaşı – Peter adlanan Şimonu vә qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19 İsa onlara dedi: "Ardımca gәlin, Mәn sizi elә balıqçı edәcәyәm ki, insan tutacaqsınız". 20 Onlar dәrhal torları kәnara atıb Onun ardınca getdilәr. 21 İsa oradan irәli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu vә qardaşı Yәhyanı gördü. Onlar ataları Zavdayla birlikdә qayıqda torlarını düzәldirdi. İsa onları çağırdı. 22 Onlar da dәrhal qayığı vә atalarını qoyub Onun ardınca getdi. 23 İsa bütün Qalileyanı gәzir, onların sinaqoqlarında öyrәdir, Sәmavi Padşahlığın Müjdәsini vәz edir, xalq arasında hәr cür xәstәliyә vә hәr cür naxoşluğa şәfa verirdi. 24 Onun haqqındakı xәbәr bütün Suriyaya yayıldı. Ona görә dә İsanın yanına hәr cür xәstәlik vә iztirab çәkәnlәri, cinlәrә tutulmuşları, epileptiklәri vә ifliclәri gәtirdilәr. O da onlara şәfa verdi. 25 Qalileyadan, Dekapolis bölgәsindәn, Yerusәlimdәn, Yәhudeyadan vә İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi.
1 İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdlәri Onun yanına gәldi. 2 İsa danışmağa başlayıb onları öyrәdәrәk dedi: 3 "Nә bәxtiyardır ruhәn yoxsullar! Çünki Sәmavi Padşahlıq onlarındır. 4 Nә bәxtiyardır yaslı olanlar! Çünki onlar tәsәlli tapacaq. 5 Nә bәxtiyardır hәlimlәr! Çünki onlar yer üzünü irs alacaq. 6 Nә bәxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 7 Nә bәxtiyardır mәrhәmәtli olanlar! Çünki onlara mәrhәmәt edilәcәk. 8 Nә bәxtiyardır ürәyi tәmiz olanlar! Çünki onlar Allahı görәcәk. 9 Nә bәxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 10 Nә bәxtiyardır salehlik uğrunda tәqib edilәnlәr! Çünki Sәmavi Padşahlıq onlarındır. 11 İnsanlar Mәnә görә sizi tәhqir edib tәqib edәndә, yalan söylәyib sizә hәr cür böhtan atanda siz nә bәxtiyarsınız! 12 Sevinin vә şadlanın! Çünki göylәrdә mükafatınız böyükdür. Axı sizdәn qabaq gәlәn peyğәmbәrlәri dә belә tәqib ediblәr. 13 Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirәrsә, nә ilә duzlanar? Artıq çölә atılıb insanlar tәrәfindәn tapdalanmaqdan başqa bir şeyә yaramaz. 14 Siz dünyanın nurusunuz. Dağın zirvәsindә qurulan şәhәr gizli qala bilmәz. 15 Heç kim çırağı yandırıb qabın altına qoymaz. Әksinә, çıraqdana qoyar ki, evdәkilәrin hamısını işıqlandırsın. 16 Elәcә dә sizin nurunuz insanların qarşısında elә parlasın ki, xeyirxah işlәrinizi görüb göylәrdә olan Atanızı izzәtlәndirsinlәr. 17 Sanmayın ki, Mәn Qanun vә Peyğәmbәrlәrin sözlәrini lәğv etmәk üçün gәldim. Mәn onları lәğv etmәk üçün yox, yerinә yetirmәk üçün gәldim. 18 Sizә doğrusunu deyirәm: göy vә yer keçib getmәdәn, hәr şey icra olmadan Qanundan әn kiçik bir hәrf vә ya bir nöqtә belә, yox olmayacaq. 19 Belәliklә, bu әmrlәrdәn әn kiçiyindәn birini kim pozarsa vә başqalarına da bu cür öyrәdәrsә, Sәmavi Padşahlıqda әn kiçik sayılacaq. Amma kim bu әmrlәri yerinә yetirәr vә başqalarına da öyrәdәrsә, Sәmavi Padşahlıqda böyük sayılacaq. 20 Sizә bunu deyirәm: әgәr sizin salehliyiniz ilahiyyatçılarla fariseylәrin salehliyindәn artıq olmasa, Sәmavi Padşahlığa әsla girә bilmәzsiniz. 21 Siz qәdim zamanlarda adamlara “Qәtl etmә, kim qәtl edәrsә, mühakimәyә mәruz qalacaq” deyildiyini eşitmisiniz. 22 Mәnsә sizә deyirәm ki, qardaşına hirslәnәn hәr kәs mühakimәyә mәruz qalacaq. Kim qardaşına “axmaq” deyәrsә, Ali Şuranın hökmünә mәruz qalacaq. Kim qardaşına “sәfeh” deyәrsә, cәhәnnәm oduna mәruz qalacaq. 23 Buna görә dә qurbangah qarşısına qurbanını gәtirdiyin zaman yadına düşsә ki, qardaşının sәnә qarşı bir şikayәti var, 24 qurbanını qurbangahın qarşısında qoy, get, әvvәlcә qardaşınla barış vә ondan sonra gәl, qurbanını tәqdim et. 25 Sәni ittiham edәnlә yolda ikәn tez razılaş ki, o sәni hakimә, hakim dә sәni mühafizәçiyә vermәsin vә zindana atılmayasan. 26 Sәnә doğrusunu deyirәm: axırıncı qәpik-quruşunu vermәyincә oradan әsla çıxmayacaqsan. 27 “Zina etmә” deyildiyini eşitmisiniz. 28 Mәnsә sizә deyirәm ki, qadına şәhvәtlә baxan hәr adam artıq ürәyindә onunla zina etmiş olur. 29 Әgәr sağ gözün sәni pis yola çәkәrsә, onu çıxar at. Çünki sәnin üçün bәdәn üzvlәrindәn birinin mәhv olması bütün bәdәninin cәhәnnәmә atılmasından yaxşıdır. 30 Әgәr sağ әlin sәni pis yola çәkәrsә, onu kәs at. Çünki sәnin üçün bәdәn üzvlәrindәn birinin mәhv olması bütün bәdәninin cәhәnnәmә düşmәsindәn yaxşıdır. 31 “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32 Mәnsә sizә deyirәm ki, cinsi әxlaqsızlıqdan başqa bir sәbәbә görә arvadını boşayan hәr kәs onu zinaya sövq edir. Boşanmış qadınla evlәnәn dә zina edir. 33 Yenә qәdim zamanlarda adamlara “Yalandan and içmә, amma andlarını Rәbbin önündә yerinә yetir” deyildiyini eşitmisiniz. 34 Mәnsә sizә deyirәm ki, heç and içmә, nә göyә, çünki o, Allahın taxtıdır; 35 nә yerә, çünki yer Onun ayaqlarının altındakı kәtildir; nә dә Yerusәlimә, çünki ora böyük Padşahın şәhәridir. 36 Başına da and içmә, çünki sәn hәtta bir dәnә saçı belә, ağ vә ya qara edә bilmәzsәn. 37 Ancaq sözünüzdә “bәli”niz bәli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şәr olandandır. 38 “Göz әvәzinә göz, diş әvәzinә diş” deyildiyini eşitmisiniz. 39 Mәnsә sizә deyirәm ki, pis adama qarşı durma. Әksinә, sağ üzünә şillә vurana o birini dә çevir. 40 Sәni mәhkәmәyә verib köynәyini götürmәk istәyәnә üst paltarını da ver. 41 Kim sәni min addım yol getmәyә mәcbur edirsә, sәn onunla iki min addım yol get. 42 Sәndәn bir şey dilәyәnә ver, sәndәn borc istәyәni geri qaytarma. 43 “Qonşunu sev vә düşmәninә nifrәt et” deyildiyini eşitmisiniz. 44 Mәnsә sizә deyirәm ki, düşmәnlәrinizi sevin, sizi tәqib edәnlәr üçün dua edin. 45 Belә ki siz göylәrdә olan Atanızın övladları olasınız. Çünki O, günәşini hәm pislәrin, hәm yaxşıların üzәrinә doğurur, yağışını da hәm salehlәrin, hәm dә saleh olmayanların üzәrinә yağdırır. 46 Әgәr sizi sevәnlәri sevirsinizsә, nә mükafatınız olacaq? Vergiyığanlar da belә etmirmi? 47 Әgәr yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nә etmiş olursunuz? Bütpәrәstlәr dә belә etmirmi? 48 Ona görә dә Sәmavi Atanız kamil olduğu kimi siz dә kamil olun.
1 Ehtiyatlı olun, siz saleh iş görәndә bunu insanların önündә, onlara göstәrmәk üçün etmәyin. Yoxsa göylәrdә olan Atanızdan mükafat almazsınız. 2 Ona görә dә sәdәqә verdiyin zaman önündә şeypur sәsi ilә car çәkmә. Çünki ikiüzlülәr adamlar onları izzәtlәndirsin deyә sinaqoqlarda vә küçәlәrdә belә edirlәr. Sizә doğrusunu deyirәm: onlar mükafatlarını alıblar. 3 Amma sәn sәdәqә verdiyin zaman sol әlin sağ әlinin nә etdiyini bilmәsin. 4 Belә ki verdiyin sәdәqә gizli qalsın. Gizlindә olanı görәn Atan sәni mükafatlandıracaq. 5 Dua etdiyiniz zaman da ikiüzlülәr kimi olmayın. Çünki belәlәri adamlar onları görsün deyә sinaqoqlarda vә küçә tinlәrindә durub dua etmәyi sevirlәr. Sizә doğrusunu deyirәm: onlar mükafatlarını alıblar. 6 Amma sәn dua etdiyin zaman öz otağına gir vә qapını örtüb gizlindә olan Atana dua et. Gizlindә olanı görәn Atan sәni mükafatlandıracaq. 7 Dua edәndә bütpәrәstlәr kimi boşboğazlıq etmәyin. Çünki onlar düşünür ki, çox söz söylәmәklә eşidilәcәklәr. 8 Siz onlara bәnzәmәyin! Çünki Atanız nәlәrә ehtiyacınız olduğunu siz Ondan dilәmәzdәn әvvәl bilir. 9 Buna görә siz belә dua edin: “Göylәrdә olan Atamız, Adın müqәddәs tutulsun, 10 Padşahlığın gәlsin, Göydә olduğu kimi Yerdә dә Sәnin iradәn olsun. 11 Gündәlik çörәyimizi bizә bu gün ver. 12 Bizә borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13 Bizi sınağa çәkmә, Lakin bizi şәrdәn xilas et. Çünki padşahlıq, qüdrәt vә izzәt Әbәdi olaraq Sәnindir. Amin.” 14 Әgәr başqa insanların tәqsirlәrini bağışlasanız, Sәmavi Atanız da sizi bağışlayar. 15 Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin tәqsirlәrinizi bağışlamaz. 16 Oruc tutduğunuz zaman ikiüzlülәr kimi qaşqabaqlı gәzmәyin. Onlar oruc tutduqlarını insanlara göstәrmәk üçün üzlәrini tutqun hala salırlar. Sizә doğrusunu deyirәm: onlar mükafatlarını alıblar. 17 Amma sәn oruc tutanda başına yağ çәk vә üzünü yu. 18 Belә ki insanlara deyil, gizlindә olan Atana oruclu görünәsәn. Gizlindә olanı görәn Atan sәni mükafatlandıracaq. 19 Yer üzündә özünüzә xәzinәlәr yığmayın. Orada güvә vә pas onları mәhv edәr ya da oğrular girib oğurlayar. 20 Bunun yerinә özünüzә göydә xәzinәlәr yığın. Orada nә güvә, nә pas onları mәhv edәr, nә dә oğrular girib oğurlayar. 21 Çünki xәzinәn haradadırsa, ürәyin dә orada olacaq. 22 Bәdәnin çırağı gözdür. Әgәr gözün sağlam olarsa, bütün bәdәnin dә nurlu olacaq. 23 Yox, әgәr gözün zәif görәrsә, bütün bәdәnin qaranlıq olacaq. Әgәr sәndәki “nur” qaranlıqdırsa, zülmәt nә qәdәr böyükdür! 24 Heç kim iki ağaya qulluq edә bilmәz. Çünki ya birinә nifrәt edib o birisini sevәcәk ya da birinә bağlı qalıb o birisinә isә xor baxacaq. Siz hәm Allaha, hәm dә sәrvәtә qulluq edә bilmәzsiniz. 25 Buna görә sizә deyirәm: “Nә yeyәcәyik?” vә ya “Nә içәcәyik?” deyә canınız üçün, “Nә geyinәcәyik?” deyә bәdәniniz üçün qayğı çәkmәyin. Can yemәkdәn, bәdәn isә geyinmәkdәn daha vacib deyilmi? 26 Göydә uçan quşlara baxın: onlar nә әkir, nә biçir, nә dә anbarlarda saxlayır. Amma Sәmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymәtli deyilsinizmi? 27 Hansı biriniz qayğı çәkmәklә ömrünü bir anlıq belә, uzada bilәr? 28 Nәyә görә geyim üçün qayğı çәkirsiniz? Görün çöl zanbaqları necә böyüyür: onlar nә zәhmәt çәkir, nә dә ip әyirir. 29 Lakin sizә bunu deyirәm ki, bütün cah-calalı içindә olan Süleyman belә, bunlardan biri kimi geyinmәmişdi. 30 Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belә geyindirirsә, sizi geyindirәcәyi daha da yәqin deyilmi? 31 Belәliklә, “Nә yeyәcәyik?”, “Nә içәcәyik?” vә ya “Nә geyәcәyik?” deyә qayğı çәkmәyin. 32 Çünki bütpәrәstlәr bütün bu şeylәri axtarırlar. Doğrudan da, Sәmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33 Ona görә dә siz әvvәlcә Allahın Padşahlığını vә Onun salehliyini axtarın. Onda bunların hamısı sizә әlavә olaraq verilәcәk. 34 Belәliklә, sabahın qayğısını çәkmәyin. Çünki sabahkı gün özü üçün qayğı çәkәcәk. Hәr günün öz yamanlığı kifayәtdir!
1 Mühakimә etmәyin ki, siz dә mühakimә olunmayasınız. 2 Çünki hansı hökmlә mühakimә etsәniz, onunla da mühakimә olunacaqsınız. Siz hansı ölçü ilә ölçsәniz, sizin üçün dә eyni ölçü ilә ölçülәcәk. 3 Sәn nә üçün qardaşının gözündә çöpü görürsәn, amma öz gözündәki tiri seçmirsәn? 4 Öz gözündә tir ola-ola qardaşına necә deyә bilәrsәn: “Qoy gözündәki çöpü çıxarım!” 5 Ey ikiüzlü, әvvәlcә öz gözündәn tiri çıxar, onda aydın görәrsәn ki, qardaşının gözündәki çöpü necә çıxarmaq olar. 6 Müqәddәs olanı itlәrә vermәyin vә mirvarilәrinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilә tapdalayarlar vә dönüb sizi parçalayarlar. 7 Dilәyin, sizә verilәcәk, axtarın, tapacaqsınız, qapını döyün vә sizә açılacaq. 8 Çünki hәr dilәyәn alar, axtaran tapar, qapı döyәnә açılar. 9 Aranızdan kimsә oğlu ondan çörәk dilәsә, ona daş verәrmi? 10 Ya da balıq dilәsә, ona ilan verәrmi? 11 Belәliklә, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hәdiyyәlәr vermәyi bilirsinizsә, göylәrdә olan Atanızın Ondan dilәyәnlәrә gözәl hәdiyyәlәr verәcәyi nә qәdәr yәqindir! 12 İnsanların sizinlә necә rәftar etmәsini istәyirsinizsә, siz dә onlarla elә rәftar edin. Çünki Qanun vә Peyğәmbәrlәrin söylәdiyi dә elә budur. 13 Dar qapıdan girin. Çünki hәlaka aparan qapı geniş vә yolu enlidir. Bu qapıdan girәnlәr çoxdur. 14 Amma hәyata aparan qapı dar vә yolu ensizdir, onu tapanlar azdır. 15 Yalançı peyğәmbәrlәrdәn özünüzü gözlәyin! Onlar yanınıza quzu cildindә gәlәrlәr, amma daxilәn yırtıcı qurddurlar. 16 Onları bәhrәlәrindәn tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan әncir yığılarmı? 17 Belәcә dә hәr yaxşı ağac yaxşı bәhrә, pis ağac isә pis bәhrә verәr. 18 Yaxşı ağac pis bәhrә verә bilmәz, pis ağac da yaxşı bәhrә verә bilmәz. 19 Yaxşı bәhrә vermәyәn hәr ağac kәsilәr vә oda atılar. 20 Belәliklә, yalançı peyğәmbәrlәri bәhrәlәrindәn tanıyacaqsınız. 21 Mәnә “ya Rәbb, ya Rәbb” deyәn hәr kәs Sәmavi Padşahlığa girmәyәcәk; lakin göylәrdә olan Atamın iradәsini yerinә yetirәn oraya girәcәk. 22 O gün bir çoxları Mәnә deyәcәk: “Ya Rәbb, ya Rәbb, biz Sәnin adınla peyğәmbәrlik etmirdikmi? Sәnin adınla cinlәri qovmurduqmu? Sәnin adınla bir çox möcüzәlәr yaratmırdıqmı?” 23 Onda Mәn onlara bәyan edәcәyәm: “Ey qanunsuzluq edәnlәr, Mәn sizi heç vaxt tanımamışam, Mәndәn uzaq olun!” 24 Belәliklә, bu sözlәrimi eşidib onlara әmәl edәn hәr kәs öz evini qaya üzәrindә quran ağıllı adama bәnzәyir. 25 Yağış yağar, sellәr gәlәr, yellәr әsәr vә o evә hücum edәr. Amma ev uçmaz, çünki tәmәli qaya üzәrindә qurulub. 26 Bu sözlәrimi eşidib onlara әmәl etmәyәn hәr kәs isә öz evini qum üzәrindә tikәn ağılsız adama bәnzәyir. 27 Yağış yağar, sellәr gәlәr, yellәr әsәr vә o evә hücum edәr. Ev uçar vә onun yıxılması bir müsibәt olar". 28 İsa bu sözlәri bitirәndә xalq Onun tәliminә tәәccüblәndi, 29 çünki onlara öz ilahiyyatçıları kimi deyil, sәlahiyyәt sahibi kimi tәlim öyrәdirdi.
1 İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2 Bu zaman cüzamlı bir adam yaxınlaşıb "ya Rәbb, әgәr istәsәn, mәni pak edә bilәrsәn" deyәrәk Ona sәcdә qıldı. 3 İsa әlini uzadıb ona toxundu vә dedi: "İstәyirәm, pak ol!" Dәrhal bu adam cüzamdan pak oldu. 4 İsa ona dedi: "Bax heç kәsә bir söz demә, lakin get, özünü kahinә göstәr. Hәr kәsә şәhadәt olsun deyә Musanın buyurduğu tәqdimi apar". 5 İsa Kefernahuma girәrkәn bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6 "Ya Rәbb, xidmәtçim iflic olub evdә yatır, çox iztirab çәkir". 7 İsa ona dedi: "Mәn gәlib ona şәfa verәcәyәm". 8 Yüzbaşı cavab verәrәk dedi: "Ya Rәbb, mәn layiq deyilәm ki, Sәn mәnim evimә girәsәn. Ancaq bir söz söylә, onda xidmәtçim sağalacaq. 9 Çünki mәn dә tabeçilik altında olan bir adamam, mәnim dә tabeçiliyimdә әsgәrlәr var. Birinә “Get!” deyirәm, o gedir, digәrinә isә “Gәl!” deyirәm, o da gәlir. Quluma “Bunu et!” deyirәm, o da edir". 10 Bunu eşidәn İsa heyrәt etdi. O ardınca gәlәn xalqa dedi: "Sizә doğrusunu deyirәm: İsraildә heç kimdә belә böyük iman görmәdim. 11 Sizә deyirәm ki, şәrqdәn vә qәrbdәn bir çoxu gәlәcәk vә Sәmavi Padşahlıqda İbrahimlә, İshaqla vә Yaqubla bir süfrәyә oturacaq. 12 Amma bu padşahlığın әsl övladları isә qaranlıq çölә atılacaq. Orada ağlaşma vә diş qıcırtısı olacaq". 13 Sonra İsa yüzbaşıya dedi: "Get, qoy sәnin imanına görә olsun". Xidmәtçisi dә o saat sağaldı. 14 İsa Peterin evinә gәldi. Onun qayınanasının qızdırma içindә yatdığını gördü. 15 İsa onun әlinә toxundu vә qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmәt etmәyә başladı. 16 Axşam olduqda isә cinә tutulmuş bir çox adamı İsanın yanına gәtirdilәr. O, sözlә ruhları çıxartdı vә xәstәlәrin hamısına şәfa verdi. 17 Bu, Yeşaya peyğәmbәr vasitәsilә söylәnәn bu sözlәr yerinә yetsin deyә baş verdi: "Bizim xәstәliklәrimizi O çәkdi, Naxoşluqlarımızı Öz üzәrinә götürdü". 18 İsa әtrafında izdihamı gördükdә әmr verdi ki, o biri sahilә keçsin. 19 Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: "Müәllim! Sәn hara getsәn, Sәnin ardınca gedәcәyәm". 20 İsa ona dedi: "Tülkülәrin dә yuvası, göydә uçan quşların da yuvası var. Amma Bәşәr Oğlunun başını qoymağa belә, yeri yoxdur". 21 Şagirdlәrindәn bir başqası İsaya dedi: "Ya Rәbb, mәnә icazә ver, әvvәlcә gedim, atamı dәfn edim". 22 İsa ona dedi: "Ardımca gәl. Qoy ölülәr öz ölülәrini dәfn etsin". 23 İsa qayığa mindiyi zaman şagirdlәri dә Onun ardınca getdi. 24 Göldә elә böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25 Şagirdlәr yaxınlaşıb İsanı oyadaraq dedilәr: "Ya Rәbb, bizi xilas et, biz hәlak oluruq!" 26 İsa onlara "Ey imanı az olanlar, niyә qorxursunuz?" dedi. Sonra durub külәklәrә vә gölә qadağan etdi, onda dәrin sükut çökdü. 27 Onlar heyrәt içindә qalıb dedilәr: "Bu necә bir Adamdır ki, külәklәr dә, göl dә Ona itaәt edir?" 28 İsa o biri sahildә yerlәşәn Qadaralıların diyarına gәldiyi zaman qәbir mağaralarından çıxan cinә tutulmuş iki nәfәr Onunla qarşılaşdı. Onlar elә tәhlükәli idi ki, heç kim o yoldan keçә bilmirdi. 29 Budur, onlar bağırdılar: "Ey Allahın Oğlu, bizdәn nә istәyirsәn? Buraya vaxtından әvvәl bizә iztirab vermәyәmi gәlmisәn?" 30 Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31 Cinlәr İsaya yalvardılar: "Bizi qovacaqsansa, bu donuz sürüsünә göndәr". 32 İsa onlara "Gedin!" dedi. Cinlәr dә adamlardan çıxıb donuzların içinә girdi. Belәliklә, bütün sürü uçurumdan aşağı, gölә atılıb suda boğuldu. 33 Donuz otaranlar isә qaçdılar, şәhәrә gәlib hәr şeyi vә cinә tutulmuş adamların başına gәlәn әhvalatı xәbәr verdilәr. 34 Bundan sonra bütün şәhәr әhalisi İsanı qarşılamağa çıxdı. İsanı görәndә Ona yalvardılar ki, onların bölgәsindәn çıxsın.
1 İsa qayığa minәrәk gölü keçdi vә Öz şәhәrinә gәldi. 2 Onun yanına yataqda yatan bir iflic adamı gәtirdilәr. İsa onların imanını görәndә iflic olan adama dedi: "Cәsarәtli ol, oğlum, günahların bağışlandı". 3 Onda bәzi ilahiyyatçılar öz-özünә dedilәr: "Bu Adam küfr danışır". 4 Onların nә düşündüklәrini görәrәk İsa dedi: "Niyә ürәyinizdә pis şeylәr fikirlәşirsiniz? 5 Bax hansı daha asandır? “Günahların bağışlandı” demәkmi, yoxsa “Qalx, yeri!” demәk? 6 Lakin siz bilin ki, Bәşәr Oğlunun yer üzündә günahları bağışlamaq sәlahiyyәti var" vә o vaxt iflicә dedi: "Qalx, yatağını götür vә evinә get!" 7 Xәstә qalxıb evinә getdi. 8 Xalq bunu gördükdә qorxdu vә insanlara bu cür sәlahiyyәt verәn Allahı izzәtlәndirdi. 9 İsa oradan keçәndә vergi yığılan yerdә oturan Matta adlı bir adamı görüb ona dedi: "Ardımca gәl". O da durub İsanın ardınca getdi. 10 İsa evdә süfrәyә oturanda bir çox vergiyığanlarla günahkarlar gәlib Onunla vә şagirdlәri ilә birgә oturdular. 11 Fariseylәr bunu gördükdә Onun şagirdlәrinә dedilәr: "Niyә Müәlliminiz vergiyığanlar vә günahkarlarla birgә yemәk yeyir?" 12 Amma İsa bunu eşidәndә dedi: "Sağlamların deyil, xәstәlәrin hәkimә ehtiyacı var. 13 Gedin vә “Mәn qurban deyil, mәrhәmәt istәyirәm” sözünün mәnasını öyrәnin. Çünki Mәn salehlәri deyil, günahkarları çağırmaq üçün gәlmişәm". 14 O zaman Yәhyanın şagirdlәri İsanın yanına gәlib dedilәr: "Nә üçün biz vә fariseylәr çox oruc tuturuq, amma Sәnin şagirdlәrin oruc tutmur?" 15 İsa onlara cavab verdi: "Bәy yanlarında olanda sağdışı vә soldışı yas tuta bilәrmi? Lakin bәyin onların arasından aparılacağı günlәr gәlәcәk vә o zaman oruc tutacaqlar. 16 Heç kim köhnә paltara tәzә parçadan yamaq vurmaz. Çünki tәzә yamaq köhnә paltardan qopar vә yırtıq daha pis olar. 17 Elәcә dә tәzә şәrabı köhnә tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şәrab tökülәr, tuluqlar da zay olar. Tәzә şәrab tәzә tuluqlara doldurular; onda hәr ikisi qorunar". 18 Bu şeylәri onlara söylәyәrkәn bir rәis gәldi vә Ona sәcdә qılaraq dedi: "Qızım indi ölür, amma gәlib әlini onun üstünә qoysan, yaşayacaq". 19 İsa qalxıb şagirdlәri ilә onun ardınca getdi. 20 Hәmin vaxt on iki il qanaxma xәstәliyinә tutulan bir qadın İsanın arxasından gәlib Onun paltarının әtәyinә toxundu. 21 Çünki öz-özünә deyirdi: "Heç olmasa paltarına toxunsam, sağalaram". 22 İsa da dönüb onu görәrәk dedi: "Cәsarәtli ol, qızım, imanın sәni xilas etdi". Qadın o saat sağaldı. 23 İsa rәisin evinә gәlәndә tütәk çalanları vә qarışıqlıq salan izdihamı gördü 24 vә dedi: "Çәkilin buradan, çünki qız ölmәyib, sadәcә olaraq yatıb". Onlar İsaya güldülәr. 25 Amma camaat çölә çıxarılanda İsa içәri girdi vә qızın әlindәn tutdu; qız da ayağa qalxdı. 26 Bu xәbәr o torpağın hәr tәrәfinә yayıldı. 27 İsa oradan keçәrkәn iki kor adam Onun ardınca gәlәrәk qışqırırdı: "Ey Davud Oğlu! Bizә rәhm elә!" 28 Evә girdikdә korlar Onun yanına gәldilәr. İsa onlara dedi: "Bunu etmәyә qadir olduğuma inanırsınızmı?" Kor adamlar Ona dedilәr: "Bәli, ya Rәbb". 29 O zaman İsa onların gözlәrinә toxunaraq dedi: "Sizә imanınıza görә olsun". 30 Onların gözlәri açıldı. İsa "baxın heç kim bu barәdә bilmәsin" deyә onlara ciddi tapşırdı. 31 Onlar isә çıxıb Onun haqqındakı xәbәri o torpağın hәr tәrәfinә yaydılar. 32 Onlar çıxarkәn cinә tutulmuş lal bir adamı İsanın yanına gәtirdilәr. 33 Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrәtlәnәrәk dedi: "İsraildә heç vaxt belә bir şey baş vermәmişdi". 34 Lakin fariseylәr deyirdilәr: "O, cinlәrin başçısının gücü ilә cinlәri qovur". 35 İsa bütün şәhәr vә kәndlәri gәzib-dolaşaraq onların sinaqoqlarında tәlim öyrәdir, Sәmavi Padşahlığın Müjdәsini vәz edir, hәr cür xәstәliyә vә hәr cür naxoşluğa şәfa verirdi. 36 Lakin izdihamı görәndә İsanın onlara rәhmi gәldi, çünki çobansız qoyunlar kimi taqәtsiz vә çarәsiz idilәr. 37 O zaman İsa şagirdlәrinә dedi: "Mәhsul çoxdur, işçilәrsә azdır. 38 Buna görә dә mәhsulun Sahibinә yalvarın ki, Öz mәhsulunu yığmaq üçün işçilәr göndәrsin".
1 İsa On İki şagirdini yanına çağırıb onlara natәmiz ruhlar üzәrindә sәlahiyyәt verdi ki, onları qovsunlar, hәr cür xәstәliyә vә hәr cür naxoşluğa şәfa versinlәr. 2 Bu On İki hәvarinin adları belәdir: birincisi Peter adlanan Şimon vә onun qardaşı Andrey, Zavday oğlu Yaqub vә qardaşı Yәhya, 3 Filip vә Bartalmay, Tomas vә vergiyığan Matta, Halfay oğlu Yaqub vә Tadday, 4 Kәnançı Şimon vә İsaya xәyanәt edәn Yәhuda İskaryot. 5 İsa hәmin on iki nәfәri belә әmrlә göndәrdi: "Başqa millәtlәrin arasına getmәyin vә Samariyalıların heç bir şәhәrinә girmәyin, 6 amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7 Getdiyiniz yerlәrdә “Sәmavi Padşahlıq yaxınlaşıb” deyә vәz edin. 8 Xәstәlәrә şәfa verin, ölülәri dirildin, cüzamlıları pak edin, cinlәri çıxarın. Müftә aldınız, müftә verin. 9 Qurşağınızda nә qızıl, nә gümüş, nә dә mis götürün. 10 Yol üçün nә torba, nә iki köynәk, nә çarıq, nә dә әsa götürün. Çünki işçi öz azuqәsinә layiqdir. 11 Hansı şәhәrә ya kәndә girsәniz, orada lәyaqәtli kimdirsә, axtarın vә yola çıxanacan onun evindә qalın. 12 O evә girәrkәn ev sakinlәrini salamlayın. 13 Әgәr ev layiqdirsә, әmin-amanlığınız onun üzәrinә gәlsin; layiq deyilsә, әmin-amanlığınız özünüzә qayıtsın. 14 Kim sizi qәbul etmәyib sözlәrinizi dinlәmәzsә, o evdәn vә ya şәhәrdәn çıxarkәn ayaqlarınızın tozunu çırpın. 15 Sizә doğrusunu deyirәm: qiyamәt günü Sodom vә Homorra diyarının halı o şәhәrin halından daha asan olacaq. 16 Budur, sizi qurdlar arasına quzular kimi göndәrirәm. Ona görә dә ilan kimi müdrik vә göyәrçin kimi mәsum olun. 17 İnsanlardan özünüzü gözlәyin. Çünki onlar sizi mәhkәmәlәrә çәkәcәk, sinaqoqlarında qamçılayacaqlar. 18 Onlara vә millәtlәrә şәhadәt etmәk üçün siz Mәnә görә valilәrin vә padşahların qarşısına aparılacaqsınız. 19 Onlar sizi tәslim edәndә necә vә ya nә deyәcәyiniz barәdә qayğı çәkmәyin. Nә deyәcәyiniz hәmin vaxt sizә bildirilәcәk, 20 çünki danışan siz yox, sizdә danışan Atanızın Ruhudur. 21 Qardaş qardaşı, ata övladını ölümә tәslim edәcәk. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirәcәk. 22 Mәnim adıma görә hamı sizә nifrәt edәcәk. Amma axıracan dözәn xilas olacaq. 23 Sizi bir şәhәrdә tәqib edәndә başqasına qaçın. Çünki sizә doğrusunu deyirәm: siz İsrail şәhәrlәrini dolaşıb-qurtarmamış Bәşәr Oğlu gәlәcәk. 24 Şagird müәllimindәn, qul da ağasından üstün deyil. 25 Şagirdin öz müәllimi, qulun isә öz ağası kimi olması ona kifayәtdir. Әgәr ev sahibinә Baal-Zevul dedilәrsә, onun ailә üzvlәrinә bundan nә qәdәr artıq deyәcәklәr! 26 Belәliklә, onlardan qorxmayın. Çünki elә örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq vә elә gizli bir şey yoxdur ki, bilinmәyәcәk. 27 Sizә qaranlıqda dediklәrimi gün işığında söylәyin vә qulağınıza pıçıldananı damlardan bәyan edin. 28 Bәdәni öldürüb canı öldürә bilmәyәnlәrdәn qorxmayın. Hәm canı, hәm bәdәni cәhәnnәmdә mәhv edә bilәn Allahdan qorxun. 29 İki sәrçә bir qara pula satılmırmı? Onlardan biri belә, Atanızın izni olmadan yerә düşmәz. 30 Sizin başınızdakı saçlar belә, sayılıb. 31 Ona görә dә qorxmayın, siz saysız-hesabsız sәrçәdәn daha dәyәrlisiniz. 32 İnsanlar qarşısında Mәni iqrar edәn hәr kәsi Mәn dә göylәrdә olan Atamın qarşısında iqrar edәcәyәm. 33 Amma kim insanlar qarşısında Mәni inkar etsә, Mәn dә onu göylәrdә olan Atamın qarşısında inkar edәcәyәm. 34 Düşünmәyin ki, yer üzünә sülh gәtirmәyә gәlmişәm. Mәn sülh deyil, qılınc gәtirmәyә gәlmişәm. 35 Çünki Mәn oğulu atasından, qızı anasından, gәlini dә qayınanasından ayırmağa gәlmişәm. 36 “İnsanın düşmәni öz ev әhli olacaq”. 37 Atasını ya anasını Mәndәn artıq sevәn kәs Mәnә layiq deyil. Oğlunu ya qızını Mәndәn artıq sevәn dә Mәnә layiq deyil. 38 Çarmıxını götürüb ardımca gәlmәyәn kәs dә Mәnә layiq deyil. 39 Canını qoruyan kәs onu itirәcәk, Mәnim uğrumda canını itirәnsә onu qoruyacaq. 40 Sizi qәbul edәn kәs Mәni qәbul edәr. Mәni qәbul edәn dә Mәni Göndәrәni qәbul edәr. 41 Peyğәmbәri peyğәmbәr olduğu üçün qәbul edәn kәs peyğәmbәrә layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qәbul edәn dә salehә layiq bir mükafat alacaq. 42 Kim bu kiçiklәrdәn birinә şagird olduğu üçün hәtta bir kasa soyuq su içirdәrsә, sizә doğrusunu deyirәm: mükafatsız qalmayacaq".
1 İsa On İki şagirdinә nәsihәt verib qurtarandan sonra öyrәdәrәk vәz etmәk üçün onların şәhәrlәrinә getdi. 2 Yәhya isә Mәsihin işlәrini zindanda eşidәrәk öz şagirdlәrini göndәrib 3 Ondan soruşdu: "Gәlmәli Olan Sәnsәnmi, yoxsa başqasını gözlәyәk?" 4 İsa onlara belә cavab verdi: "Gedin, eşidib gördüklәrinizi Yәhyaya bildirin: 5 korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülәr dirilir vә yoxsullara Müjdә yayılır. 6 Kim Mәnә görә büdrәmәsә, nә bәxtiyardır!" 7 Onlar gedәrkәn İsa camaata Yәhya haqqında danışmağa başladı: "Çölә nәyә baxmağa getmişdiniz? Külәyin sarsıtdığı qamışamı? 8 Bәs onda nәyә baxmağa getmişdiniz? Nәfis toxunmuş paltar geymiş bir adamamı? Amma nәfis toxunmuş paltar geyәnlәr padşahların saraylarında qalır. 9 Bәs onda nәyә baxmağa getmişdiniz? Bir peyğәmbәrәmi? Bәli, sizә deyirәm, hәtta peyğәmbәrdәn dә üstün birinә. 10 Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sәnin önündә Öz elçimi göndәrirәm, O Sәnin qabağında yolunu hazırlayacaq”. 11 Sizә doğrusunu deyirәm: qadından doğulanlar arasında Vәftizçi Yәhyadan daha üstün olan meydana çıxmayıb. Amma Sәmavi Padşahlıqda әn kiçik olan ondan üstündür. 12 Vәftizçi Yәhyanın günlәrindәn indiyә qәdәr Sәmavi Padşahlıq zorla alınır vә zor işlәdәnlәr onu әlә keçirir. 13 Çünki bütün Peyğәmbәrlәr vә Qanun Yәhyaya qәdәr peyğәmbәrlik etdi. 14 Әgәr onu qәbul etmәk istәyirsinizsә, gәlmәli olan İlyas odur. 15 Qulağı olan eşitsin! 16 Bәs bu nәsli nәyә bәnzәdim? O, bazar meydanlarında oturan vә “Biz sizә tütәk çaldıq, siz isә oynamadınız. Biz mәrsiyәlәr oxuduq, siz isә matәm tutmadınız” deyib başqalarını sәslәyәn uşaqlara bәnzәyir. 18 Çünki Yәhya gәldikdә nә çörәk yeyir, nә şәrab içirdi vә onlar deyirlәr: “O, cinә tutulmuşdur”. 19 Bәşәr Oğlu gәldikdә yeyib-içdi vә onlar deyirlәr: “Bu qarınqulu vә әyyaş adama baxın! Vergiyığanlara vә günahkarlara dost oldu!” Amma hikmәt öz әmәllәri ilә tәsdiq olunur". 20 Onda İsa bir çox möcüzәlәr göstәrdiyi şәhәrlәri tövbә etmәdiklәri üçün mәzәmmәt etmәyә başladı. 21 "Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdә baş vermiş möcüzәlәr Sur vә Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündә oturaraq tövbә edәrdilәr. 22 Amma sizә deyirәm: qiyamәt günü Sur vә Sidonun halı sizinkindәn daha asan olacaq. 23 Sәn, ey Kefernahum, göyә qәdәr ucalacaqsanmı? Ölülәr diyarına qәdәr enәcәksәn. Çünki sәndә baş vermiş möcüzәlәr Sodomda olsaydı, o bu günә qәdәr durardı. 24 Ancaq Mәn sizә deyirәm: qiyamәt günü Sodom diyarının halı sәninkindәn daha asan olacaq". 25 O vaxt İsa davam edәrәk dedi: "Ey yerin-göyün Sahibi olan Ata! Sәndәn razıyam ki, bu şeylәri müdrik vә dәrrakәli adamlardan gizlәdib körpәlәrә agah etdin. 26 Bәli, Ata! Çünki bu Sәnin xoş niyyәtin idi. 27 Atam tәrәfindәn hәr şey Mәnim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kәs tanımaz. Atanı da Oğuldan vә Oğulun agah etmәk istәdiyi şәxsdәn başqa heç kәs tanımaz. 28 Ey bütün yorğunlar vә yüklәri ağır olanlar, Mәnim yanıma gәlin, Mәn sizә rahatlıq verәrәm. 29 Mәnim boyunduruğumu üzәrinizә götürün vә Mәndәn öyrәnin. Çünki Mәn hәlim vә qәlbәn itaәtkaram. Bununla canınıza rahatlıq taparsınız. 30 Çünki mәnim boyunduruğum rahat vә yüküm yüngüldür".
1 O vaxtlar İsa bir Şәnbә günü taxıl zәmilәri arasından keçirdi. Şagirdlәri ac idi vә sünbüllәri qırıb yemәyә başladılar. 2 Fariseylәr bunu görüb Ona dedilәr: "Budur, şagirdlәrin Şәnbә günü qadağan olunan işlәri görürlәr". 3 İsa onlara dedi: "Davud vә yanındakılar ac olanda nә etdiklәrini oxumamısınızmı? 4 O, Allahın evinә girdi; ona vә yanındakılara deyil, yalnız kahinlәrә yemәyә icazә verilәn tәqdis çörәklәrini yedilәr. 5 Elәcә dә Qanunda oxumamısınız ki, kahinlәr mәbәddә Şәnbәni pozurlar, lakin tәqsirsiz sayılırlar? 6 Amma sizә deyirәm ki, mәbәddәn daha üstün Olan buradadır. 7 Әgәr siz “Mәn qurban deyil, mәrhәmәt istәyirәm” sözünün mәnasını bilsәydiniz, tәqsirsizlәri mәhkum etmәzdiniz. 8 Ona görә ki Bәşәr Oğlu Şәnbә gününün Sahibidir". 9 İsa oradan ayrılıb onların sinaqoquna girdi. 10 Budur, orada әli qurumuş bir adam var idi. Bәzi adamlar İsanı ittiham etmәk mәqsәdi ilә "Şәnbә günü şәfa vermәyә icazә varmı?" deyә soruşdular. 11 İsa onlara belә cavab verdi: "Hansınızın bir qoyunu olarsa vә qoyun Şәnbә günü çuxura düşәrsә, onu tutub çıxartmaz? 12 İnsan qoyundan nә qәdәr dәyәrlidir! Belәliklә, Şәnbә günü xeyirxah iş görmәyә icazә var". 13 Sonra İsa adama dedi: "Әlini uzat!" O, әlini uzatdı vә әli әvvәlki halına qayıdıb o biri әli kimi sağlam oldu. 14 Fariseylәr çıxıb İsanı necә mәhv etmәk barәdә mәslәhәtlәşdilәr. 15 İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi vә İsa onların hamısına şәfa verdi. 16 Amma onlara qadağan etdi ki, Onun kim olduğunu demәsinlәr. 17 Bu, Yeşaya peyğәmbәr vasitәsilә söylәnәn hәmin söz yerinә yetsin deyә baş verdi: 18 "Budur, Mәnim seçdiyim Qulum! Mәnә sevimlidir, könlüm Ondan razıdır. Mәn Öz Ruhumu Onun üzәrinә qoyacağam. O, millәtlәrә әdalәt elan edәcәk. 19 O nә mübahisә, nә dә fәryad edәcәk. Küçәlәrdә heç kim Onun sәsini eşitmәyәcәk. 20 Әdalәti zәfәrә çatdırana qәdәr Әzilmiş qamışı qırmayacaq, Tüstülәnәn piltәni söndürmәyәcәk. 21 Millәtlәr Onun adına ümid bağlayacaq". 22 Ondan sonra İsanın yanına cinә tutulmuş kor vә lal bir adamı gәtirdilәr. İsa ona şәfa verdi. Belәcә o danışmağa vә görmәyә başladı. 23 Bütün xalq "Bu, Davudun Oğlu deyilmi?" deyә mat qaldı. 24 Lakin fariseylәr bunu eşitdikdә dedilәr: "Bu Adam ancaq cinlәrin başçısı Baal-Zevulun gücü ilә cinlәri qovur". 25 Fariseylәrin nә düşündüklәrini bilәn İsa onlara dedi: "Öz daxilindәn bölünmüş hәr padşahlıq viran qalar vә öz daxilindәn bölünmüş hәr şәhәr yaxud ev davam gәtirmәz. 26 Әgәr Şeytan Şeytanı qovarsa, özü daxilindәn bölünmüş olur. Bu vәziyyәtdә onun padşahlığı necә davam gәtirәr? 27 Әgәr Mәn cinlәri Baal-Zevulun gücü ilә qovuramsa, bәs sizin adamlarınız kimin gücü ilә qovur? Buna görә dә onlar sizin hakimlәriniz olacaq. 28 Lakin Mәn cinlәri Allahın Ruhu ilә qovuramsa, demәli, Allahın Padşahlığı üzәrinizә gәlib. 29 Bir kimsә güclü adamın evinә girib әvvәlcә onun әl-qolunu bağlamadan onun malını necә qarәt edә bilәr? Gәrәk o adamın әvvәlcә әl-qolunu bağlasın, sonra evini qarәt etsin. 30 Mәnimlә olmayan Mәnә qarşıdır vә Mәnimlә yığmayan dağıdır. 31 Buna görә sizә deyirәm: hәr bir günah vә hәr bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı küfr bağışlanmayacaq. 32 Kim Bәşәr Oğluna qarşı söz söylәrsә, bağışlanacaq; amma kim Müqәddәs Ruha qarşı söylәrsә, nә bu dövrdә bağışlanacaq, nә dә gәlәcәk dövrdә. 33 Ya ağaca yaxşı, bәhrәsinә dә yaxşı deyin yaxud ağaca pis, bәhrәsinә dә pis deyin; çünki ağac bәhrәsindәn tanınır. 34 Ey gürzәlәr nәsli, siz pis olduğunuz halda necә yaxşı şeylәr söylәyә bilәrsiniz? Çünki ürәk doluluğundan ağız danışar. 35 Yaxşı adam yaxşılıq xәzinәsindәn yaxşı şeylәr çıxarır, pis adam isә pislik xәzinәsindәn pis şeylәr çıxarır. 36 Mәn sizә deyirәm: insanlar söylәdiklәri hәr boş söz üçün qiyamәt günü hesab verәcәklәr. 37 Çünki öz sözlәrinә görә haqq qazanacaqsan vә öz sözlәrinә görә mәhkum olunacaqsan". 38 O zaman bәzi ilahiyyatçılar vә fariseylәr İsaya dedilәr: "Müәllim, Sәndәn bir әlamәt görmәk istәyirik". 39 İsa onlara belә cavab verdi: "Pis vә vәfasız nәsil bir әlamәt axtarır. Amma ona Yunus peyğәmbәrin әlamәtindәn başqa heç bir әlamәt verilmәyәcәk. 40 Çünki Yunus üç gün-üç gecә nәhәng balığın qarnında necә qalmışdısa, Bәşәr Oğlu da üç gün-üç gecә yerin bağrında elә qalacaq. 41 Nineva xalqı qiyamәt günündә bu nәsillә birgә qalxıb onu mәhkum edәcәk. Çünki onlar Yunusun vәzinә görә tövbә etmişdilәr. Budur, Yunusdan daha böyük Olan buradadır. 42 Cәnub mәlәkәsi qiyamәt günündә bu nәsillә birgә qalxıb onu mәhkum edәcәk. Çünki mәlәkә Süleymanın hikmәtli sözlәrini dinlәmәk üçün yer üzünün ucqarlarından gәlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. 43 Natәmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlәrdә dolaşar, rahatlıq axtarar, lakin tapmaz. 44 O zaman deyәr: “Çıxdığım evә dönüm”. Evә qayıdanda onu boş, süpürülmüş vә sәliqә-sahman içindә görәr. 45 Bu vaxt o gedib özündәn daha betәr yeddi başqa ruhu özü ilә götürәr. Onlar da oraya girib mәskunlaşar. Onda bu adamın axırı әvvәlkindәn daha pis olar. Bu pis nәslin dә başına belә iş gәlәcәk". 46 İsa camaatla söhbәt edәndә anası vә qardaşları bayırda durub Onunla danışmaq istәyirdilәr. 47 Bir nәfәr İsaya dedi: "Budur, anan vә qardaşların bayırda durub Sәninlә danışmaq istәyirlәr". 48 İsa isә bu sözü söylәyәnә cavab verib dedi: "Mәnim anam vә qardaşlarım kimlәrdir?" 49 Әlini şagirdlәrinә doğru uzadaraq dedi: "Mәnim anam vә qardaşlarım bunlardır. 50 Çünki kim göylәrdә olan Atamın iradәsini yerinә yetirirsә, Mәnim qardaşım, bacım vә anam odur".
1 O gün İsa evdәn çıxdı vә gedib göl kәnarında oturdu. 2 Yanına elә böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu vә bütün izdiham sahildә durdu. 3 İsa onlara mәsәllәrlә bir çox şey öyrәdәrәk dedi: "Bir әkinçi toxum sәpmәyә çıxdı. 4 Sәpin zamanı toxumlardan bәzisi yol kәnarına düşdü vә quşlar gәlib onları dәnlәdi. 5 Bәzisi torpağı çox olmayan daş-kәsәkli yerlәrә düşdü. Torpağı dәrin olmadığına görә tez cücәrdilәr. 6 Lakin günәş doğanda qarsalandı vә kökü olmadığına görә qurudu. 7 Bәzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. 8 Başqaları isә münbit torpağa düşdü. Bәzisi yüz, bәzisi altmış, bәzisi otuz qat sәmәrә verdi. 9 Qulağı olan eşitsin!" 10 Şagirdlәr İsaya yaxınlaşıb dedilәr: "Nә üçün onlara mәsәllәrlә danışırsan?" 11 O isә onlara belә cavab verdi: "Sәmavi Padşahlığın sirlәrini bilmә qabiliyyәti sizә verilmişdir, lakin onlara verilmәmişdir. 12 Çünki kimin varıdırsa, ona daha çox verilәcәk vә o, bolluq içindә olacaq. Amma kimin yoxudursa, әlindә olan da ondan alınacaq. 13 Mәnim onlarla mәsәllәrlә danışmağımın mәqsәdi budur ki, “gördüklәri halda görmәzlәr, eşitdiklәri halda eşitmәzlәr vә anlamazlar”. 14 Yeşaya peyğәmbәrin onlar üçün dediyi bu sözlәr yerinә yetir: “Eşitdikcә eşidәcәksiniz, amma anlamayacaqsınız, Gördükcә görәcәksiniz, amma qanmayacaqsınız. 15 Çünki bu xalqın ürәyi kütlәşdi, Qulaqları ağır eşitdi, Gözlәrini yumdular ki, Gözlәri ilә görmәsinlәr, Qulaqları ilә eşitmәsinlәr, Ürәklәri ilә anlamasınlar Vә Mәnә sarı dönmәsinlәr ki, Mәn onlara şәfa verim”. 16 Amma sizin gözlәriniz nә bәxtiyardır, çünki görürlәr vә qulaqlarınız nә bәxtiyardır, çünki eşidirlәr! 17 Sizә doğrusunu deyirәm: bir çox peyğәmbәrlәr vә saleh adamlar sizin gördüklәrinizi görmәyi arzuladılar, amma görmәdilәr, eşitdiklәrinizi eşitmәyi arzuladılar, amma eşitmәdilәr. 18 İndi әkinçi barәdә mәsәlin izahını dinlәyin: 19 kim Sәmavi Padşahlıqla bağlı kәlamı eşidib anlamırsa, şәr olan gәlib onun ürәyindә sәpilmiş olanı oğurlayır. Yol kәnarına sәpilәn toxum budur. 20 Daş-kәsәkli yerlәrә sәpilәn isә kәlamı eşidir vә dәrhal sevinclә qәbul edir. 21 Lakin onda kök olmadığına görә dözümü az olur, kәlama görә әziyyәt vә tәqibә mәruz qalan kimi yıxılır. 22 Tikanlar arasına sәpilәn odur ki, kәlamı eşidir, lakin bu dövrün qayğıları vә var-dövlәtin aldadıcılığı kәlamı boğur vә kәlam barsız olur. 23 Münbit torpağa sәpilәnsә odur ki, kәlamı eşidir, anlayır vә doğrudan da, sәmәrә – bәzisi yüz, bәzisi altmış, bәzisi otuz qat sәmәrә verir". 24 İsa onlara başqa bir mәsәl dә çәkdi: "Sәmavi Padşahlıq tarlasına yaxşı toxum sәpmiş bir adama bәnzәyir. 25 Adamlar yatanda onun düşmәni gәlib buğdaların arasına dәlicә sәpib getdi. 26 Buğda böyüyüb bәhrә verәndә dәlicәlәr dә göründü. 27 Ev sahibinin qulları gәlib ona belә dedilәr: “Ağa, sәn tarlana yaxşı toxum sәpmәdinmi? Bәs bu dәlicә haradan әmәlә gәldi?” 28 O isә qullara dedi: “Bunu düşmәn etmişdir”. Qullar da ona dedilәr: “İstәyirsәnmi gedib onları çıxaraq?” 29 O dedi: “Yox, çünki dәlicәlәri çıxararkәn onlarla birgә buğdanı da qopararsınız. 30 Qoy biçinә qәdәr hәr ikisi birlikdә böyüsün. Biçin vaxtı mәn biçinçilәrә deyәcәyәm: ‹Әvvәlcә dәlicәlәri toplayın vә yandırmaq üçün onlardan dәrz bağlayın, buğdanı isә anbarlarıma toplayın›”". 31 İsa onlara başqa bir mәsәl dә danışaraq dedi: "Sәmavi Padşahlıq bir adamın götürüb öz tarlasında sәpdiyi xardal toxumuna bәnzәyir. 32 Xardal toxumu bütün toxumların әn kiçiyi olsa da, böyüdükdә bütün bostan bitkilәrindәn hündür, lap ağac boyda olur. Belә ki göydә uçan quşlar gәlib onun budaqlarında yuva qurur". 33 İsa onlara başqa bir mәsәl dә söylәdi: "Sәmavi Padşahlıq xәmir mayasına bәnzәyir. Qadın onu götürüb üç kisә una qarışdırıb bütün xәmir acıyanadәk saxlayır". 34 İsa bütün bu şeylәri xalqa mәsәllәrlә söylәyirdi vә onlara mәsәlsiz heç bir şey söylәmәzdi ki, 35 peyğәmbәr vasitәsilә söylәnәn bu söz yerinә yetsin: "Ağzımı mәsәllәrlә açacağam, Dünya yaranandan bәri Gizli qalan şeylәri bәyan edәcәyәm". 36 O zaman İsa xalqdan ayrılıb evә girdi. Şagirdlәri Onun yanına gәlib dedilәr: "Tarladakı dәlicәlәr mәsәlini bizә izah et". 37 Cavabında İsa dedi: "Yaxşı toxumu sәpәn Bәşәr Oğludur. 38 Tarla isә dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dәlicә isә şәr olanın övladlarıdır. 39 Dәlicәlәri sәpmiş olan düşmәn iblisdir. Biçin dövrün sonudur vә biçinçilәr isә mәlәklәrdir. 40 Dәlicәlәr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belә olacaq. 41 Bәşәr Oğlu mәlәklәrini göndәrәcәk, onlar da pis yola çәkәn bütün şeylәri vә qanunsuzluq edәnlәri Onun Padşahlığından toplayacaq 42 vә onları odlu sobaya atacaqlar. Orada ağlaşma vә diş qıcırtısı olacaq. 43 O zaman salehlәr Atalarının Padşahlığında günәş kimi parlayacaqlar. Qulağı olan eşitsin! 44 Sәmavi Padşahlıq tarlada gizlәdilәn bir dәfinәyә bәnzәyir. Tapan adam onu gizlәtdi, sevinclә gedib bütün varını satdı vә o tarlanı satın aldı. 45 Yenә Sәmavi Padşahlıq gözәl mirvarilәr axtaran bir tacirә bәnzәyir. 46 O, çox dәyәrli olan bir mirvari tapanda gedib bütün varını satdı vә onu satın aldı. 47 Yenә Sәmavi Padşahlıq dәnizә atılan vә hәr cür balıq tutan bir tora bәnzәyir. 48 Tor dolduğu zaman onu sahilә çәkdilәr vә oturub yaxşılarını qablara yığdılar, pislәri isә kәnara atdılar. 49 Bu dövrün sonunda da belә olacaq. Mәlәklәr gәlib pislәri salehlәrin arasından kәnar edәcәklәr. 50 Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma vә diş qıcırtısı olacaq". 51 İsa "Bütün bunları anladınızmı?" deyә soruşdu. Onlar İsaya "bәli, ya Rәbb" dedilәr. 52 İsa da onlara dedi: "Ona görә dә Sәmavi Padşahlıq üçün şagirdlik etmiş hәr ilahiyyatçı xәzinәsindәn tәzә vә köhnә şeylәr çıxaran ev sahibinә bәnzәyir". 53 İsa bu mәsәllәri bitirәndәn sonra oradan ayrıldı. 54 Öz doğma yurduna gәlәrәk oradakı sinaqoqda xalqı öyrәtmәyә başladı. Camaat tәәccüblәnәrәk dedi: "Bu Adamda belә hikmәt, belә möcüzәlәr yaradan qüvvә haradandır? 55 Bu, dülgәrin Oğlu deyilmi? Anasının adı Mәryәm deyilmi? Yaqub, Yusif, Şimon vә Yәhuda Onun qardaşları deyilmi? 56 Bütün bacıları aramızda yaşamırmı? Bәs onda bu Adam üçün bütün bu şeylәr haradandır?" 57 Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: "Bir peyğәmbәrә öz yurdundan vә öz evindәn başqa heç bir yerdә xor baxmazlar". 58 İsa onların imansızlığı üzündәn orada çox möcüzә yaratmadı.
1 O vaxt İsa barәdә olan xәbәrlәri hökmdar Hirod eşitdi. 2 Nökәrlәrinә dedi: "Bu, Vәftizçi Yәhyadır. O, ölülәr arasından dirilib. Buna görә dә O, möcüzәlәr yaradır". 3 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görә Yәhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. 4 Çünki Yәhya Hiroda demişdi: "Hirodiyanı almaq sәnә qadağandır". 5 Hirod Yәhyanı öldürmәk istәyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yәhyanı peyğәmbәr sayırdı. 6 Hirodun ad günü qeyd edilәndә Hirodiyanın qızı ortaya çıxıb rәqs etmәyә başladı. Bu, Hirodun xoşuna gәldi. 7 O and içib bәyan etdi ki, qız nә istәsә, ona verәcәk. 8 Qız isә anasının tәhriki ilә dedi: "Vәftizçi Yәhyanın başını burada bir sini içindә mәnә ver". 9 Padşahı kәdәr bürüdü, amma içdiyi andlara vә qonaqlara görә әmr etdi ki, ona istәdiyini versinlәr. 10 Belәliklә, zindanda Yәhyanın boynunu vurdurdu. 11 Onun başı bir sini içindә gәtirilib qıza verildi. Qız da anasına apardı. 12 Yәhyanın şagirdlәri gәlib onun cәsәdini götürdülәr. Onu basdırdılar vә gәlib İsaya bu barәdә xәbәr verdilәr. 13 İsa bunu eşidib qayığa minәrәk tәkbaşına oradan kimsәsiz bir yerә çәkildi. Bunu eşidәn camaat şәhәrlәrdәn piyada Onun ardınca getdi. 14 İsa sahilә düşәndә böyük bir izdiham gördü, onlara rәhmi gәldi vә xәstәlәrinә şәfa verdi. 15 Axşama yaxın şagirdlәr Onun yanına gәlib dedilәr: "Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kәndlәrdәn özlәrinә yemәk alsın". 16 Amma İsa onlara dedi: "Getmәklәrinә ehtiyac yoxdur. Onlara yemәyi siz verin". 17 Şagirdlәr İsaya dedilәr: "Burada beş çörәk vә iki balıqdan başqa bir şeyimiz yoxdur". 18 İsa "onları buraya, Mәnә gәtirin" dedi. 19 Camaata әmr etdi ki, otların üstündә otursunlar. İsa beş çörәyi vә iki balığı götürüb göyә baxaraq şükür duası etdi. Sonra çörәyi bölüb şagirdlәrә verdi. Şagirdlәr dә camaata payladı. 20 Hamı yeyib-doydu. Artıq qalan hissәlәrdәn on iki dolu zәnbil yığdılar. 21 Yemәk yeyәn adamların sayı qadınlar vә uşaqlardan başqa, beş min nәfәrә yaxın idi. 22 Bundan dәrhal sonra İsa camaatı evlәrinә göndәrәrkәn şagirdlәrinә dә qayığa minib Özündәn әvvәl o biri sahilә keçmәlәrini mәcbur etdi. 23 İsa camaatı göndәrәndәn sonra dua etmәk üçün tәk-tәnha dağa çıxdı. Axşam olanda orada tәk idi. 24 Qayıq isә artıq qurudan çox stadi uzaqda idi vә külәk onlara qarşı olduğundan dalğalar qayığa zәrbәlәr endirirdi. 25 Gecәnin dördüncü növbәsi İsa gölün üstü ilә yeriyәrәk onların yanına gәldi. 26 Şagirdlәr isә İsanın gölün üstü ilә yeridiyini görәndә "Bu bir kabusdur!" deyәrәk lәrzәyә düşdülәr vә qorxudan qışqırdılar. 27 Lakin bu anda İsa onlara müraciәt edib dedi: "Cәsarәtli olun, Mәnәm, qorxmayın!" 28 Peter cavabında Ona dedi: "Ya Rәbb, әgәr Sәnsәnsә, mәnә әmr et ki, suların üstü ilә yanına gәlim". 29 İsa "Gәl!" dedi. Peter dә qayıqdan çıxıb suların üstü ilә yeridi vә İsaya tәrәf getdi. 30 Amma külәyin güclü әsdiyini görәndә qorxdu vә batmağa başladı. "Ya Rәbb, mәni xilas et!" deyә qışqırdı. 31 İsa o anda әlini uzadıb onu tutdu vә dedi: "Ey imanı az olan adam, nә üçün şübhә etdin?" 32 Onlar qayığa mindiklәri zaman külәk sakitlәşdi. 33 Qayıqda olanlar "Doğrudan da, Sәn Allahın Oğlusan!" deyә Ona sәcdә qıldılar. 34 İsa vә şagirdlәr gölü keçib Ginesar sahilinә çatdılar. 35 O yerin adamları İsanı tanıdıqları zaman әtrafdakı hәr yerә xәbәr yaydılar. Bütün xәstәlәri Onun yanına gәtirdilәr. 36 Xәstәlәr heç olmasa İsanın paltarının әtәyinә toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.
1 Onda Yerusәlimdәn fariseylәr vә ilahiyyatçılar İsanın yanına gәlib dedilәr: 2 "Nә üçün şagirdlәrin ağsaqqallardan qalan adәt-әnәnәni pozur vә çörәk yediklәri zaman әllәrini yumurlar?" 3 İsa cavabında onlara dedi: "Bәs siz nә üçün öz adәt-әnәnәniz naminә Allahın әmrini pozursunuz? 4 Çünki Allah belә әmr etdi: “Ata-anana hörmәt et” vә “Atasını yaxud anasını söyәn adam öldürülmәlidir”. 5 Siz isә deyirsiniz: “Kim atasına yaxud anasına ‹mәndәn umduğun yardım Allaha hәsr olundu› desә, 6 onda atasına hörmәt etmәyә bilәr”. Belәliklә, siz öz adәt-әnәnәniz naminә Allahın kәlamını heç edirsiniz. 7 Ey ikiüzlülәr! Yeşaya peyğәmbәr sizin üçün nә yaxşı söylәyib! O demişdir: 8 “Bu xalq dodaqları ilә Mәnә hörmәt edir, Amma qәlblәri Mәndәn uzaqdır. 9 Boş yerә Mәnә sәcdә edirlәr, İnsan әmrlәrindәn çıxardıqları tәlimlәri öyrәdirlәr”". 10 İsa camaatı yanına çağırıb onlara dedi: "Qulaq asın vә dәrk edin. 11 Ağıza daxil olan şey insanı murdar etmәz, amma insanı murdar edәn ağızdan çıxan şeydir". 12 O zaman şagirdlәr gәlib Ona dedilәr: "Bilirsәnmi fariseylәr bu sözü eşitdikdә incidilәr". 13 Amma İsa cavab verib dedi: "Sәmavi Atamın әkmәdiyi hәr bitki kökündәn qoparılacaq. 14 Onları buraxın. Onlar korların kor rәhbәrlәridir. Әgәr kor koru aparsa, ikisi dә çuxura düşәr". 15 Peter Ona cavab verәrәk dedi: "Bu mәsәli bizә izah et". 16 İsa dedi: "Siz dә hәlә dәrk etmәmisiniz? 17 Başa düşmürsünüz ki, ağıza girәn hәr şey qarına gedir vә ifraz olunur? 18 Ağızdan çıxan şeylәr isә ürәkdәn çıxar, bunlar da insanı murdar edәr. 19 Çünki ürәkdәn pis fikirlәr, qatillik, zinakarlıq, cinsi әxlaqsızlıq, oğurluq, yalançı şahidlik vә küfr çıxar. 20 İnsanı murdar edәn şeylәr bunlardır. Yuyulmamış әllәrlә yemәk isә insanı murdar etmәz". 21 İsa oradan çıxıb Sur vә Sidon bölgәlәrinә çәkildi. 22 Budur, Kәnanlı bir qadın o diyardan çıxıb "ya Rәbb, ey Davud Oğlu, mәnә rәhm elә. Qızım ağır bir halda cinә tutulmuşdur" deyә çığırırdı. 23 İsa cavabında ona bir söz belә, demәdi. Şagirdlәri yaxınlaşıb "onu burax, çünki arxamızca çığırır" deyәrәk İsaya yalvardılar. 24 Amma İsa cavab verib dedi: "Mәn yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndәrilmişәm". 25 Qadın isә yaxınlaşdı vә Ona sәcdә qılıb dedi: "Ya Rәbb, mәnә imdad et". 26 İsa cavab verib dedi: "Uşaqların çörәyini götürüb itlәrә atmaq düzgün olmaz". 27 Qadın dedi: "Haqlısan, ya Rәbb! Amma itlәr dә sahiblәrinin süfrәsindәn düşәn qırıntılardan yeyir". 28 O zaman İsa cavab verib qadına dedi: "Ey qadın! İmanın böyükdür; sәnә istәdiyin kimi olsun". Onun qızı o saatda sağaldı. 29 İsa oradan çıxıb Qalileya gölünün sahilindәn keçdi vә dağın başına çıxıb orada oturdu. 30 Onun yanına böyük bir izdiham gәldi vә özlәri ilә birlikdә topallar, korlar, şikәstlәr, lallar vә daha başqa bir çoxunu gәtirdilәr. Onları İsanın ayaqları yanına qoydular vә İsa onlara şәfa verdi. 31 Xalq görәndә ki lallar danışır, şikәstlәr sağalır, topallar yeriyir vә korlar görür, heyrәtlәndi vә İsrailin Allahını izzәtlәndirdi. 32 İsa şagirdlәrini yanına çağırıb dedi: "Bu camaata yazığım gәlir, çünki üç gündür ki, yanımdadırlar vә yemәyә heç nәlәri yoxdur. Onları evlәrinә ac yola salmaq istәmirәm ki, yolda taqәtdәn düşmәsinlәr". 33 Şagirdlәr Ona dedilәr: "Bu çöllükdә bu qәdәr camaatı doydurmaq üçün çörәyi haradan tapaq?" 34 İsa onlardan soruşdu: "Neçә çörәyiniz var?" Onlar dedilәr: "Yeddi vә bir az da kiçik balığımız var". 35 Onda İsa camaata әmr etdi ki, yerә otursunlar. 36 Yeddi çörәklә balıqları götürdü vә şükür edәrәk bölüb şagirdlәrә, şagirdlәr dә camaata verdi. 37 Hamı yeyib-doydu. Artıq qalan hissәlәri yığdılar, yeddi sәbәt doldu. 38 Yemәk yeyәn adamların sayı isә qadınlar vә uşaqlardan başqa, dörd min nәfәr idi. 39 İsa camaatı buraxıb qayığa minәrәk Mәcdәl bölgәsinә getdi.
1 Fariseylәr vә sadukeylәr yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilәr ki, onlara göydәn gәlәn bir әlamәt göstәrsin. 2 Amma İsa onlara cavab verdi: "Axşam olanda siz deyirsiniz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”, 3 sәhәr çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçә bilirsiniz, ancaq zamanın әlamәtlәrini seçә bilmirsiniz? 4 Pis vә vәfasız nәsil bir әlamәt axtarır. Amma ona Yunusun әlamәtindәn başqa heç bir әlamәt verilmәyәcәk". İsa onları tәrk edib getdi. 5 Şagirdlәr o taya keçәndә çörәk götürmәyi yaddan çıxarmışdılar. 6 İsa onlara dedi: "Ehtiyatlı olun! Fariseylәrin vә sadukeylәrin mayasından özünüzü gözlәyin". 7 Şagirdlәr isә öz aralarında danışıb deyirdilәr: "Bunu çörәk götürmәdiyimiz üçün deyir". 8 İsa bunu bilәrәk dedi: "Ey imanı az olanlar! Nә üçün çörәyinizin yoxluğundan danışırsınız? 9 Hәlә dәrk etmirsinizmi? Beş min nәfәr üçün beş çörәyi vә neçә zәnbil yığdığınızı xatırlamırsınızmı? 10 Dörd min nәfәr üçün yeddi çörәyi vә neçә sәbәt yığdığınızı da xatırlamırsınızmı? 11 Necә anlaya bilmirsiniz ki, Mәn sizinlә danışanda çörәyi nәzәrdә tutmamışdım? Fariseylәrin vә sadukeylәrin mayasından özünüzü gözlәyin". 12 O zaman onlar anladılar ki, İsa çörәk mayasından yox, fariseylәrin vә sadukeylәrin tәlimindәn qorunmağı nәzәrdә tutmuşdu. 13 İsa Filip Qeysәriyyәsi bölgәsinә gәldiyi zaman Öz şagirdlәrindәn soruşdu: "Adamların dediyinә görә Bәşәr Oğlu kimdir?" 14 Onlar da dedilәr: "Bәzilәri Vәftizçi Yәhya, başqaları İlyas, digәrlәri isә deyirlәr ki, Yeremya yaxud peyğәmbәrlәrdәn biridir". 15 İsa onlara dedi: "Bәs siz nә deyirsiniz? Sizcә Mәn kimәm?" 16 Şimon Peter cavab verdi: "Sәn var olan Allahın Oğlu Mәsihsәn". 17 İsa ona cavab verib dedi: "Nә bәxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sәnә bildirәn әt vә qan deyil, göylәrdә olan Atamdır. 18 Mәn sәnә deyirәm ki, sәn Petersәn vә Mәn cәmiyyәtimi bu Qayanın üzәrindә quracağam. Ölülәr diyarının qapıları ona qalib gәlә bilmәyәcәk. 19 Sәmavi Padşahlığın açarlarını sәnә verәcәyәm. Yer üzündә bağlayacağın hәr şey göylәrdә bağlanmış olacaq vә yer üzündә açacağın hәr şey göylәrdә açılmış olacaq". 20 Bu sözlәrdәn sonra İsa şagirdlәrә qadağan etdi ki, Onun Mәsih olduğunu heç kәsә danışmasınlar. 21 Bundan sonra İsa şagirdlәrinә danışmağa başladı ki, Özü Yerusәlimә getmәli, ağsaqqallar, başçı kahinlәr vә ilahiyyatçılar tәrәfindәn çox әzab çәkmәli, öldürülmәli vә üçüncü gün dirilmәlidir. 22 Peter Onu bir kәnara çәkib etiraz etmәyә başladı: "Ya Rәbb, Özünә yazığın gәlsin! Bu әsla Sәnin başına gәlmәyәcәk!" 23 Amma İsa dönüb Peterә dedi: "Çәkil qarşımdan, Şeytan! Sәn Mәnә mane olursan. Sәn Allahın işlәri haqqında deyil, insan әmәllәri barәsindә fikirlәşirsәn". 24 Sonra İsa şagirdlәrinә dedi: "Әgәr bir kәs Mәnim ardımca gәlmәk istәyirsә, özündәn imtina etsin vә çarmıxını götürüb ardımca gәlsin. 25 Kim canını xilas etmәk istәyirsә, onu itirәcәk, amma kim Mәnә görә canını itirirsә, onu qoruyacaq. 26 İnsan bütün dünyanı qazanıb canını itirәrsә, ona nә xeyri var? Yaxud insan öz canının әvәzinә nә verә bilәr? 27 Çünki Bәşәr Oğlu Atasının izzәti içindә Öz mәlәklәri ilә gәlәcәk vә o zaman hәr kәsә öz әmәlinә görә әvәzini verәcәk. 28 Sizә doğrusunu deyirәm: burada duranlardan bәzisi Bәşәr Oğlunun Padşahlığı ilә gәldiyini görmәdәn ölmәyәcәk".
1 Altı gündәn sonra İsa Özü ilә yalnız Peter, Yaqub vә qardaşı Yәhyanı götürüb hündür bir dağa çıxdı. 2 Onların qarşısında görünüşü dәyişdi. Üzü günәş kimi parladı vә libası işıq kimi ağ oldu. 3 O an Musa vә İlyas onlara göründü. Onlar İsa ilә söhbәt edirdi. 4 Peter sözә başlayıb İsaya dedi: "Ya Rәbb! Nә yaxşı ki biz buradayıq. Әgәr istәyirsәnsә, burada üç çardaq qurum – biri Sәnin, biri Musa, biri dә İlyas üçün". 5 Peter hәlә danışan zaman parlaq bir bulud onların üzәrinә kölgә saldı. Budur, buluddan bir sәs gәldi: "Bu Mәnim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!" 6 Şagirdlәr bunu eşidәndә üzüstә yerә qapandılar vә onları böyük dәhşәt bürüdü. 7 İsa gәlib onlara toxunaraq "Qalxın, qorxmayın!" dedi. 8 Onlar da başını qaldıranda İsadan başqa kimsәni görmәdilәr. 9 Dağdan enәrkәn İsa şagirdlәrinә әmr etdi: "Bәşәr Oğlu ölülәr arasından dirilәnә qәdәr gördüyünüzü heç kimә söylәmәyin". 10 Şagirdlәr Ondan soruşdu: "Elә isә, niyә ilahiyyatçılar deyirlәr ki, әvvәlcә İlyas gәlmәlidir?" 11 İsa onlara cavab verdi: "Düzdür, İlyas gәlib hәr şeyi yoluna qoymalıdır. 12 Lakin sizә deyirәm: artıq İlyas gәldi vә onu tanımadılar, lakin nә istәdilәrsә, onun başına gәtirdilәr. Eyni cür Bәşәr Oğlu da onların әlindәn әzab çәkәcәk". 13 Şagirdlәr o zaman başa düşdülәr ki, İsa onlara bu sözlәri Vәftizçi Yәhya haqqında söylәyirdi. 14 Onlar xalqın yanına gәlәndә bir adam gәlib İsanın qarşısında diz çökәrәk dedi: 15 "Ya Rәbb! Oğluma rәhm elә, çünki o, epileptikdir vә çox әzab çәkir. Tez-tez gah oda, gah da suya düşür. 16 Onu Sәnin şagirdlәrinin yanına gәtirdim, lakin ona şәfa verә bilmәdilәr". 17 İsa cavab verәrәk dedi: "Ey imansız vә yolunu azmış nәsil! Nә vaxta qәdәr sizinlә olacağam? Nә vaxta qәdәr sizә dözәcәyәm? Uşağı buraya, yanıma gәtirin". 18 İsa cinә qadağan etdi vә cin uşaqdan çıxdı. Oğlan o saatda şәfa tapdı. 19 O zaman şagirdlәr İsaya tәklikdә yaxınlaşıb dedilәr: "Nә üçün biz o ruhu qova bilmәdik?" 20 İsa da onlara dedi: "İmanınız az olduğu üçün. Çünki sizә doğrusunu deyirәm: bir xardal toxumu qәdәr imanınız olarsa vә siz bu dağa “buradan oraya köç” desәniz, o köçәr vә sizin üçün mümkün olmayan heç bir şey olmaz". 21 Галилејада јэрэларкжн Эса юаҝирдлжрж деди: «Бжюжр Орлу инсан жллжринж тжслим едилжҹжк 22 Qalileyada yığılarkәn İsa şagirdlәrә dedi: "Bәşәr Oğlu insan әllәrinә tәslim edilәcәk 23 vә Onu öldürәcәklәr, amma O, üçüncü gün dirilәcәk". Onlar çox kәdәrlәndilәr. 24 Kefernahuma gәldiklәri zaman mәbәd vergisini yığanlar Peterә yaxınlaşıb dedilәr: "Sizin Müәlliminiz vergi ödәmirmi?" 25 Peter "ödәyir" dedi. Evә gәlәndә İsa onu qabaqlayaraq dedi: "Şimon! Sәn necә düşünürsәn? Yerin hökmdarları gömrük vә yaxud vergini kimdәn alırlar? Öz övladlarındanmı, yoxsa kәnar adamlardan?" 26 Peter Ona "kәnar adamlardan" söylәdikdә İsa ona dedi: "Belә isә, övladlar sәrbәstdir. 27 Lakin bu adamları incitmәyәk deyә gölә get, tilov at vә tilova düşәn ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul tapacaqsan. Onu götür, hәm Mәnim, hәm dә öz әvәzinә ver".
1 Hәmin vaxt şagirdlәr İsanın yanına gәlib dedilәr: "Sәmavi Padşahlıqda әn böyük kimdir?" 2 İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlәrin arasına qoydu. 3 O dedi: "Sizә doğrusunu deyirәm: әgәr siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Sәmavi Padşahlığa әsla daxil ola bilmәzsiniz. 4 Belәliklә, kim bu uşaq kimi özünü aşağı tutarsa, Sәmavi Padşahlıqda әn böyük odur. 5 Kim Mәnim adımla belә bir uşağı qәbul edәrsә, Mәni qәbul edәr. 6 Amma kim Mәnә iman edәn bu kiçiklәrdәn birini pis yola çәkәrsә, öz boynuna böyük bir dәyirman daşı asıb dәnizin dibinә atılaraq boğulmaq onun üçün daha yaxşı olar. 7 İnsanları pis yola çәkәn şeylәr üçün vay bu dünyanın halına! Belә şeylәrin gәlmәsi qarşısıalınmazdır, amma vay o adamın halına ki, bunlar onun vasitәsilә gәlir! 8 Әgәr әlin vә ya ayağın sәni pis yola çәkәrsә, onu kәs at. Sәnin әbәdi hәyata şikәst vә ya topal daxil olmağın iki әl vә iki ayaqla әbәdi oda atılmağından yaxşıdır. 9 Әgәr gözün sәni pis yola çәkәrsә, onu çıxart at. Sәnin tәk gözlә әbәdi hәyata daxil olmağın iki gözlә cәhәnnәm oduna atılmağından yaxşıdır. 10 Bu kiçiklәrdәn birinә belә, xor baxmaqdan çәkinin. Çünki sizә deyirәm: onların sәmadakı mәlәklәri göylәrdә olan Atamın üzünü daima görür. 11 Сиз неҹж дејирсиниз? Бир адамэн јьз гојуну варса вж онлардан бири јолуну азарса, дохсан доггузуну дарларда гојуб јолуну азан гојуну ахтармара ҝетмжзми? 12 Siz necә deyirsiniz? Bir adamın yüz qoyunu varsa vә onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getmәzmi? 13 Sizә doğrusunu deyirәm: әgәr onu tapa bilәrsә, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindәn artıq onun üçün sevinәr. 14 Belәcә bu kiçiklәrdәn birinin belә, hәlak olması göylәrdә olan Atanızın iradәsi deyil. 15 Әgәr qardaşın sәnә qarşı günah işlәdәrsә, get, onun günahını ona göstәr. Qoy hәr şey yalnız ikinizin arasında qalsın. O sәnә qulaq asarsa, qardaşını qazandın. 16 Amma qulaq asmazsa, özünlә bir vә ya iki nәfәr götür ki, “Hәr iddia iki yaxud üç şahidin sözü ilә tәsdiq edilsin”. 17 Әgәr o bu adamların da sözünә qulaq asmaq istәmәsә, vәziyyәti imanlılar cәmiyyәtinә bildir. Әgәr cәmiyyәtin dә sözünә qulaq asmaq istәmәsә, onu bir bütpәrәst vә vergiyığan hesab et. 18 Sizә doğrusunu deyirәm: yer üzündә bağlayacağınız hәr şey göydә bağlanmış olacaq vә yer üzündә açacağınız hәr şey göydә açılmış olacaq. 19 Yenә sizә doğrusunu deyirәm: yer üzündә sizlәrdәn iki nәfәr dilәyәcәklәri hәr hansı bir şey üçün razılığa gәlәrsә, göylәrdә olan Atam onların istәklәrini yerinә yetirәcәk. 20 Çünki harada iki vә ya üç nәfәr Mәnim adımla yığılarsa, Mәn dә orada, onların arasındayam". 21 O zaman Peter gәlib İsaya dedi: "Ya Rәbb! Qardaşım mәnә qarşı günah işlәdәrsә, neçә dәfә mәn onu bağışlamalıyam? Yeddi dәfәmi?" 22 İsa ona dedi: "Sәnә deyirәm: yeddi dәfә yox, yetmiş dәfә yeddi. 23 Ona görә dә Sәmavi Padşahlıq öz qulları ilә hesablaşmaq istәyәn bir padşaha bәnzәyir. 24 Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gәtirildi. 25 Amma onun ödәmәyә bir şeyi olmadığı üçün ağası әmr etdi ki, özü, arvadı, uşaqları vә bütün malı satılaraq borcunu ödәsin. 26 Elә bu vaxt qul yerә qapanıb ona sәcdә edәrәk dedi: “Sәbir et! Mәn hamısını ödәyәcәyәm”. 27 Ağasının o qula rәhmi gәldi, onu buraxdı vә borcunu bağışladı. 28 Amma o qul kәnara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı vә “Borcunu ödә!” deyәrәk boğmağa başladı. 29 Yoldaşı yerә qapanıb ona “sәbir et, borcunu ödәyәcәyәm” deyә yalvardı. 30 O isә istәmәdi. Gedib borcunu ödәyәnә qәdәr onu zindana saldırdı. 31 Ağanın digәr qulları baş verәn hadisәni görәndә çox kәdәrlәndilәr vә gedib bütün olanı ağalarına nәql etdilәr. 32 Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sәnә bağışladım, çünki mәnә yalvardın. 33 Mәn sәnә mәrhәmәt etdiyim kimi sәn dә yoldaşına mәrhәmәt etmәli deyildinmi?” 34 Ağası qәzәblәnib bütün borcunu ödәyәnә qәdәr onu işgәncә verәnlәrә tәslim etdi. 35 Hәr biriniz qardaşlarınızı ürәkdәn bağışlamasanız, Sәmavi Atam da sizә elә edәr".
1 İsa söhbәtini bitirdikdәn sonra Qalileyadan çıxıb Yәhudeyanın İordan çayının o biri tayında yerlәşәn bölgәsinә getdi. 2 Böyük bir izdiham Onun ardınca gәldi. İsa orada onlara şәfa verdi. 3 Bәzi fariseylәr İsanın yanına gәlib Onu sınamaq üçün belә bir sual verdilәr: "İnsanın arvadını hәr sәbәbә görә boşamağa icazәsi varmı?" 4 İsa cavab verib dedi: "Oxumamısınız ki, Yaradan başlanğıcdan “Onları kişi vә qadın olaraq yaratdı” vә dedi: 5 “Buna görә dә kişi ata-anasını tәrk edib arvadına qovuşacaq vә ikisi bir bәdәn olacaq”? 6 Artıq onlar iki deyil, bir bәdәndir. Buna görә dә qoy Allahın birlәşdirdiyini insan ayırmasın". 7 Fariseylәr İsaya belә dedilәr: "Onda Musa nә üçün bir talaq kağızı verәrәk arvadını boşamağı әmr etdi?" 8 İsa onlara dedi: "Ürәyinizin inadkar olduğuna görә Musa arvadlarınızı boşamağınıza icazә verdi. Amma başlanğıcdan belә deyildi. 9 Mәnsә sizә deyirәm ki, cinsi әxlaqsızlıqdan başqa bir sәbәbә görә arvadını boşayıb başqası ilә evlәnәn kәs zina edir". 10 Şagirdlәri İsaya dedilәr: "Әgәr әrlә arvad arasındakı münasibәt belә isә, demәli, evlәnmәmәk daha yaxşıdır". 11 Amma İsa onlara dedi: "Hәr adam bu sözü qәbul edә bilmәz, ancaq bu qabiliyyәtin verildiyi adamlar qәbul edә bilәr. 12 Çünki elәlәri var ki, anadangәlmә xәdimdir, elәlәri var ki, insanlar tәrәfindәn xәdim ediliblәr, elәlәri dә var ki, Sәmavi Padşahlıq uğrunda özünü xәdim sayırlar. Bunu qәbul edә bilәn qәbul etsin". 13 O zaman uşaqlar İsanın yanına gәtirildi ki, İsa onların üzәrinә әllәrini qoyub dua etsin. Şagirdlәr isә onlara qadağan etdilәr. 14 Amma İsa dedi: "Uşaqları buraxın, qoy Mәnim yanıma gәlsinlәr! Onlara mane olmayın! Çünki Sәmavi Padşahlıq belәlәrinә mәxsusdur". 15 İsa onların üzәrinә әllәrini qoyub oradan getdi. 16 Bir adam İsanın yanına gәlib dedi: "Müәllim, mәn nә yaxşılıq etmәliyәm ki, әbәdi hәyata malik olum?" 17 İsa ona dedi: "Nә üçün Mәndәn yaxşılıq barәsindә soruşursan? Yaxşı olan tәk Biri vardır. Әgәr sәn әbәdi hәyata qovuşmaq istәyirsәnsә, Onun әmrlәrinә riayәt et". 18 O adam İsadan "Hansı әmrlәrә?" deyә soruşdu. İsa da dedi: "“Qәtl etmә. Zina etmә. Oğurluq etmә. Yalandan şahidlik etmә. 19 Ata-anana hörmәt et”. Hәmçinin “qonşunu özün kimi sev”". 20 Cavan adam İsaya dedi: "Bunların hamısına riayәt etmişәm, daha nәyim çatışmır?" 21 İsa ona dedi: "Әgәr kamil olmaq istәyirsәnsә, get әmlakını satıb yoxsullara payla. Onda göylәrdә xәzinәn olacaq. Sonra qayıt, Mәnim ardımca gәl". 22 Lakin cavan adam bu sözü eşitdikdә kәdәrlәnib getdi, çünki var-dövlәti çox idi. 23 İsa şagirdlәrinә dedi: "Sizә doğrusunu deyirәm: varlı adamın Sәmavi Padşahlığa daxil olması çәtindir. 24 Yenә sizә deyirәm ki, dәvәnin iynә gözündәn keçmәsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır". 25 Bunu eşidәn şagirdlәr çox tәәccüblәnәrәk dedilәr: "Elә isә, kim xilas ola bilәr?" 26 İsa onlara baxıb dedi: "Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hәr şey mümkündür". 27 Bundan sonra Peter cavab verәrәk Ona dedi: "Bax biz hәr şeyi qoyub Sәnin ardınca gәlmişik, әvәzindә nәyimiz olacaq?" 28 İsa onlara dedi: "Sizә doğrusunu deyirәm: hәr şey yenilәşәndә, Bәşәr Oğlu izzәtli taxtına oturanda Mәnim ardımca gәlәn sizlәr dә İsrailin on iki qәbilәsinә hökm etmәk üçün on iki taxt üzәrindә oturacaqsınız. 29 Mәnim adım uğrunda ya evlәrini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını vә yaxud tarlalarını atan hәr kәs bundan yüz dәfә artıq alacaq vә әbәdi hәyatı da irs olaraq alacaq. 30 Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlar isә birinci olacaq.
1 Sәmavi Padşahlıq sәhәr erkәn durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinә bәnzәyir. 2 O, işçilәrlә günü bir dinara razılaşıb onları üzüm bağına göndәrdi. 3 Üçüncü saat radәlәrindә çıxıb meydanda işsiz durmuş adamları gördü. 4 Onlara da dedi: “Siz dә üzüm bağına gedin vә haqqınızı düz verәrәm”. 5 Onlar da bağa getdilәr. Altıncı vә doqquzuncu saat radәlәrindә yenә çıxıb belә etdi. 6 On birinci saat radәlәrindә çıxdı vә orada duran başqalarını tapıb onlara dedi: “Nә üçün bütün günü burada işsiz durursunuz?” 7 “Çünki heç kim bizә iş vermәdi” dedilәr. Onlara “siz dә üzüm bağına gedin” dedi. 8 Axşam olanda bağ sahibi öz nәzarәtçisinә dedi: “İşçilәri çağır vә axırıncılardan başlayaraq birincilәrә kimi muzdlarını ver”. 9 On birinci saat radәlәrindә işә gәlәnlәr adambaşına bir dinar aldılar. 10 Birinci gәlәnlәr isә daha çox alacaqlarını düşündülәr, lakin onlar da adambaşına bir dinar aldılar. 11 Pullarını aldıqları zaman ev sahibinә şikayәt edәrәk dedilәr: 12 “Bu әn axırıncılar cәmi bir saat işlәdilәr vә sәn onları günün ağırlığını vә qızmar istisini çәkәn bizlәrlә bir tutdun”. 13 O isә onlardan birinә cavab verib dedi: “Dostum, axı mәn sәnә haqsızlıq etmәdim, sәn mәnimlә bir dinara razılaşmadınmı? 14 Haqqını al, get! Axırıncıya da sәnә verdiyim qәdәr vermәk istәyirәm. 15 Öz pulumla istәdiyimi etmәyә ixtiyarım yoxdurmu? Sәn mәnim comәrdliyimә qısqanırsan?” 16 Belәcә dә axırıncılar birinci, birincilәr isә axırıncı olacaq". 17 İsa Yerusәlimә gedәrkәn yolda On İki şagirdi kәnara çağırıb ayrıca onlara dedi: 18 "Bax Yerusәlimә qalxırıq, Bәşәr Oğlu başçı kahinlәrә vә ilahiyyatçılara tәslim olunacaq. Onu ölümә mәhkum edәcәklәr; 19 әlә salaraq qamçılayıb çarmıxa çәksinlәr deyә başqa millәtlәrә tәslim edәcәklәr. O, üçüncü gün dirilәcәk". 20 O zaman Zavday oğullarının anası oğulları ilә birlikdә İsaya yaxınlaşıb sәcdә qılaraq Ondan nә isә dilәdi. 21 İsa qadından "Sәn nә istәyirsәn?" deyә soruşdu. Qadın Ona dedi: "Әmr et ki, mәnim bu iki oğlum Sәnin Padşahlığında biri sağında, biri solunda otursun". 22 Amma İsa cavab verib dedi: "Nә dilәdiyinizi özünüz dә bilmirsiniz. Mәnim içәcәyim kasadan siz dә içә bilәrsinizmi?" Onlar dedilәr: "Bilәrik". 23 İsa onlara dedi: "Mәnim içәcәyim kasadan içәcәksiniz. Amma sağımda vә yaxud solumda oturmağa izin vermәk Mәndәn asılı deyil. Atam oranı kimlәr üçün hazırlayıbsa, onlara verilәcәk". 24 Bunu eşidәn on şagirdin iki qardaşa acığı tutdu. 25 İsa şagirdlәri yanına çağırıb dedi: "Bilirsiniz ki, millәtlәrin rәhbәrlәri onların üzәrindә hökmranlıq, әyanları da onlara ağalıq edir. 26 Sizin aranızda isә qoy belә olmasın. Sizlәrdәn böyük olmaq istәyәn xidmәtçiniz olsun. 27 Aranızda kim birinci olmaq istәsә, başqalarının qulu olsun. 28 Belәcә Bәşәr Oğlu gәlmәdi ki, Ona xidmәt etsinlәr, gәldi ki, Özü xidmәt etsin vә çoxlarını satın almaq üçün Öz canını fidyә versin". 29 İsa şagirdlәri ilә Yerixodan çıxarkәn böyük bir izdiham Onun ardınca getdi. 30 Yol kәnarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdә "Ya Rәbb, ey Davud Oğlu! Bizә rәhm elә!" deyә bağırdı. 31 Camaat onlara qadağan edib susdurmaq istәdisә dә, onlar "Ya Rәbb, ey Davud Oğlu! Bizә rәhm elә!" deyә daha ucadan bağırdılar. 32 İsa dayanıb onları çağırdı vә onlardan soruşdu: "Nә istәyirsiniz, sizin üçün edim?" 33 Onlar dedilәr: "Ya Rәbb, gözlәrimiz açılsın". 34 İsanın onlara rәhmi gәldi, gözlәrinә toxundu. Hәmin an onların gözlәri açıldı vә İsanın ardınca getdilәr.
1 Yerusәlimә yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyә gәldiklәri zaman İsa iki şagirdi göndәrәrәk 2 onlara dedi: "Qarşınızdakı kәndә gedin. Dәrhal orada bağlanmış bir eşşәklә bir sıpa tapacaqsınız. Onları açıb Mәnә gәtirin. 3 Kim sizә bir şey desә, ona “bunlar Rәbbә lazımdır, tezliklә onları geri göndәrәcәk” deyәrsiniz". 4 Bunlar da peyğәmbәr vasitәsilә söylәnәn bu söz yerinә yetsin deyә baş verdi: 5 "Sion qızına deyin ki, “Bax Padşahın sәnә tәrәf gәlir; O itaәtkardır vә bir eşşәyә – Eşşәyin balası olan sıpaya minib gәlir”". 6 Şagirdlәr gedib İsanın әmr etdiyi kimi etdilәr. 7 Eşşәklә sıpanı gәtirib üzәrlәrinә paltarlarını qoydular vә İsa sıpanın belinә mindi. 8 Camaatın çoxu öz paltarlarını yola sәrdi. Bәzisi dә ağaclardan budaqlar kәsib yola döşәdi. 9 İsanın önündә gedәn vә ardınca gәlәn xalq belә nida edirdi: "Davud Oğluna hosanna! Rәbbin ismi ilә Gәlәnә alqış olsun! Әn ucalarda hosanna!" 10 İsa Yerusәlimә daxil olanda bütün şәhәr "Bu Kimdir?" deyәrәk sarsıldı. 11 Camaat isә deyirdi: "Bu, Qalileyanın Nazaret şәhәrindәn olan İsa Peyğәmbәrdir". 12 İsa mәbәdә girib orada alver edәnlәrin hamısını qovdu. Sәrrafların masalarını vә göyәrçin satanların kürsülәrini çevirdi. 13 Onlara belә dedi: "“Mәnim evim dua evi adlandırılacaq” deyә yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!" 14 İsa mәbәddә Onun yanına gәlәn korlara vә axsaqlara şәfa verdi. 15 Lakin başçı kahinlәr vә ilahiyyatçılar Onun etdiyi heyrәtamiz işlәri vә mәbәddә "Davud Oğluna hosanna!" deyә bağıran uşaqları gördükdә acıqlandılar 16 vә Ona dedilәr: "Bunların nә söylәdiyini eşidirsәnmi?" İsa da onlara dedi: "Bәli. “Körpәlәrin vә çağaların ağzından Kamil hәmd aldın” sözünü heç oxumamısınızmı?" 17 İsa onları tәrk edib şәhәrdәn çıxdı. Bet-Anyaya gedib orada gecәlәdi. 18 Sәhәri gün İsa şәhәrә qayıdanda acmışdı. 19 Yol kәnarında bir әncir ağacı gördü vә ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: "Qoy bir daha sәnin meyvәn çıxmasın". Әncir ağacı o anda qurudu. 20 Şagirdlәr bunu gördükdә "Әncir ağacı bir anda necә qurudu?" deyәrәk heyrәtlәndilәr. 21 İsa cavab verib onlara dedi: "Sizә doğrusunu deyirәm: әgәr imanınız olub şübhә etmәsәniz, nәinki әncir ağacının başına gәtirilәn şeyi edәrsiniz, hәtta bu dağa “Qalx, dәnizә atıl!” desәniz, elә dә olacaq. 22 İmanla dua edәrәk hәr nә dilәsәniz, alacaqsınız". 23 İsa mәbәdә gәlib tәlim öyrәdәrkәn başçı kahinlәr vә xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilәr: "Sәn bu işlәri hansı sәlahiyyәtlә edirsәn? Sәnә bu sәlahiyyәti kim verib?" 24 İsa onlara belә cavab verdi: "Mәn dә sizә bir sual verәcәyәm; onu Mәnә desәniz, Mәn dә bunları hansı sәlahiyyәtlә etdiyimi sizә deyәrәm. 25 Yәhyanın vәftizi haradan idi? Göydәnmi, yoxsa insanlardan?" Onlar isә aralarında müzakirә edәrәk belә dedilәr: "Әgәr desәk “göydәn”, “Bәs nә üçün ona inanmadınız?” deyәcәk. 26 Amma desәk “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yәhyanı peyğәmbәr sayır". 27 Cavabında İsaya dedilәr: "Bilmirik". İsa da onlara dedi: "Bunları hansı sәlahiyyәtlә etdiyimi Mәn dә sizә demirәm. 28 Bәs siz necә düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gәlib birincisinә “oğlum, bu gün get üzüm bağımda işlә” dedi. 29 O da cavab verib “istәmirәm” dedi. Lakin sonra peşman olub getdi. 30 Adam ikincisinә yaxınlaşıb yenә eyni sözü söylәdi. O cavab verib “Gedirәm, ağam!” dedi, amma getmәdi. 31 Bu iki nәfәrdәn hansı atasının istәyini yerinә yetirdi?" Onlar "birincisi" dedilәr. İsa onlara dedi: "Sizә doğrusunu deyirәm: vergiyığanlar vә fahişәlәr Allahın Padşahlığına sizdәn qabaq girirlәr. 32 Çünki Yәhya sizin yanınıza salehlik yolunu göstәrmәyә gәldi. Siz isә ona inanmadınız, amma vergiyığanlar vә fahişәlәr ona inandılar. Siz bunu gördükdәn sonra da peşman olub ona inanmadınız. 33 Başqa bir mәsәli dinlәyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın әtrafına çәpәr çәkdi. İçindә yer qazaraq üzümsıxan düzәltdi, nәzarәt qüllәsi tikdi. Sonra isә bağı bağbanlara icarәyә verәrәk başqa ölkәyә getdi. 34 Mәhsul vaxtı çatanda mәhsulunu almaq üçün qullarını bağbanların yanına göndәrdi. 35 Lakin bağbanlar onun qullarını tutub kimini döydülәr, kimini öldürdülәr, kimini dә daşqalaq elәdilәr. 36 Bağ sahibi yenә әvvәlkindәn daha çox başqa qullar göndәrdi. Bağbanlar onlarla da әvvәlki kimi etdilәr. 37 “Oğluma hörmәt edәrlәr” deyәrәk axırda öz oğlunu onların yanına göndәrdi. 38 Bağbanlar isә oğulu görәndә öz aralarında dedilәr: “Varis budur. Gәlin onu öldürәk vә miras bizә qalsın”. 39 Belәcә onu tutub bağdan kәnara çıxararaq öldürdülәr. 40 Belәliklә, bağın sahibi gәldikdә bu bağbanlara nә edәcәk?" 41 Onlar İsaya dedilәr: "Bu xainlәri dәhşәtli şәkildә hәlak edәcәk, üzüm bağını isә başqa bağbanlara icarәyә verәcәk ki, onlar mәhsulu öz vaxtında ona versinlәr". 42 İsa onlara dedi: "Mәgәr siz Müqәddәs Yazılarda bunu heç oxumamısınızmı? “Bәnnaların rәdd etdiyi daş Guşәdaşı olub. Bu, Rәbbin işi idi, Gözümüzdә xariqәli bir işdir”. 43 Buna görә sizә deyirәm: Allahın Padşahlığı sizdәn alınıb onun mәhsullarını yetişdirәcәk bir millәtә verilәcәk. 44 Bu daşın üstünә yıxılan kәs parçalanacaq, daş isә kimin üzәrinә düşәrsә, onu әzәcәk". 45 Başçı kahinlәr vә fariseylәr Onun mәsәllәrini eşitdikdә bu sözlәri onlar üçün dediyini başa düşdülәr. 46 Ona görә dә Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğәmbәr hesab edirdi.
1 İsa yenә onlara mәsәllәrlә xitab edәrәk dedi: 2 "Sәmavi Padşahlıq oğluna toy ziyafәti verәn bir padşaha bәnzәyir. 3 O, toy ziyafәtinә dәvәt olunanları çağırmaq üçün qullarını göndәrdi. Lakin onlar gәlmәk istәmәdi. 4 Bir daha başqa qulları göndәrәrәk onlara dedi: “Dәvәt olunanlara deyin ki, budur, mәn ziyafәtimi hazırladım, öküzlәrim vә bәslәnmiş heyvanlarım kәsilib, hәr şey hazırdır, toy ziyafәtinә gәlin!” 5 Amma dәvәt olunanlar etinasızlıq göstәrәrәk kimi tarlasına, kimi ticarәtinә getdi. 6 O birilәri isә onun qullarını tutub tәhqir etdilәr vә öldürdülәr. 7 Padşah bundan xәbәr tutaraq qәzәblәndi. Öz qoşunlarını göndәrib o qatillәri mәhv etdi, şәhәrlәrini isә yandırdı. 8 Onda qullarına dedi: “Toy ziyafәti hazırdır, fәqәt dәvәt olunanlar buna layiq deyil. 9 Belәliklә, yolayrıclarına gedin vә kimi tapsanız, toy ziyafәtinә dәvәt edin”. 10 Hәmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy mәclisi qonaqlarla doldu. 11 Padşah qonaqlara baxmaq üçün girdikdә orada toy libası geymәmiş bir nәfәri gördü, 12 ona dedi: “Dostum! Sәn toy libası geymәmiş buraya necә girdin?” O isә susdu. 13 O zaman padşah xidmәtçilәrә dedi: “Onun әllәrini, ayaqlarını bağlayın vә qaranlıq çölә atın! Orada ağlaşma vә diş qıcırtısı olacaq”. 14 Çünki dәvәt edilmiş çox, seçilmiş isә azdır". 15 O zaman fariseylәr gedib mәslәhәtlәşirdilәr ki, Onu söz üstündә necә tutsunlar. 16 Onlar hirodçularla birgә öz şagirdlәrini İsanın yanına göndәrib dedilәr: "Müәllim, biz bilirik ki, Sәn etibarlı adamsan, Allahın yolunu hәqiqәtә görә öyrәdirsәn vә heç kimә tәrәfkeşlik etmirsәn. Çünki insanlar arasında fәrq qoymursan. 17 İndi bizә de görәk, Sәncә bizim üçün qeysәrә vergi vermәyә icazә var ya yox?" 18 Amma İsa onların pis niyyәtini bilәrәk dedi: "Ey ikiüzlülәr, Mәni niyә sınağa çәkirsiniz? 19 Vergi verdiyiniz sikkәni Mәnә göstәrin". Onlar da Ona bir dinar gәtirdilәr. 20 İsa onlara dedi: "Sikkәnin üstündәki bu tәsvir vә yazı kimindir?" 21 Ona dedilәr: "Qeysәrin". O vaxt İsa onlara dedi: "Elә isә, qeysәrin haqqını qeysәrә, Allahın haqqını Allaha verin". 22 Bunu eşitdiklәri zaman heyrәtlәndilәr vә İsanı tәrk edib getdilәr. 23 Hәmin gün dirilmәnin olmadığını iddia edәn bәzi sadukeylәr İsanın yanına gәlib soruşdular: 24 "Müәllim, Musa belә demişdir: “Әgәr bir adam övladsız ölsә, qardaşı onun dul qalmış arvadını alıb ölәn qardaşın nәslini davam etdirsin”. 25 Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı vә öldü. Uşağı olmadığından arvadı ilә qardaşı evlәndi. 26 İkincisi vә üçüncüsü, hәtta yeddincisinә qәdәr elәcә öldü. 27 Hamısından sonra bu qadın da öldü. 28 İndi ölülәr dirilәndә bu qadın o yeddi nәfәrdәn hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı". 29 İsa cavab verib onlara dedi: "Müqәddәs Yazıları vә Allahın qüdrәtini bilmәdiyinizә görә yanılırsınız. 30 Ona görә ki ölülәr dirilәndә insanlar nә evlәnir, nә dә әrә gedirlәr. Ancaq sәmadakı mәlәklәr kimi olurlar. 31 Bәs ölülәrin dirilmәsinә gәlincә, Allah tәrәfindәn sizә “Mәn İbrahimin Allahı, İshaqın Allahı vә Yaqubun Allahıyam” deyә söylәnәn sözü oxumamısınızmı? Allah ölülәrin deyil, dirilәrin Allahıdır". 33 Bunları eşidәn camaat Onun tәliminә tәәccüblәnirdi. 34 Fariseylәr İsanın sadukeylәri susdurduğunu eşidәndә bir yerә toplaşdılar. 35 Onlardan biri olan qanunşünas İsanı sınamaq mәqsәdi ilә Ondan bunu soruşdu: 36 "Müәllim, Qanunda әn böyük әmr hansıdır?" 37 İsa ona dedi: "“Allahın Rәbbi bütün qәlbinlә, bütün varlığınla vә bütün düşüncәnlә sev”. 38 Bu, böyük vә әsas әmrdir. 39 Buna bәnzәyәn ikincisi budur: “Qonşunu özün kimi sev”. 40 Bütün Qanun vә Peyğәmbәrlәrin sözlәri bu iki әmrә әsaslanır". 41 Fariseylәr toplaşdıqda İsa onlardan bunu soruşdu: 42 "Mәsih haqqında nә düşünürsünüz? O kimin Oğludur?" Onlar da İsaya "Davudun Oğlu" dedilәr. 43 İsa onlara dedi: "Elә isә, nә üçün Davud Ruh vasitәsilә Ona “Ağa” deyә müraciәt edir? 44 “Rәbb mәnim Ağama dedi: ‹Mәn düşmәnlәrini ayaqlarının altına salanadәk Sağımda otur›” deyib. 45 Әgәr Davud Ona “Ağa” deyә müraciәt edirsә, O necә Davudun oğlu ola bilәr?" 46 Bunun cavabında İsaya kimsә bir söz deyә bilmәdi. O gündәn sonra artıq heç kim Ondan bir şey soruşmağa cәsarәt etmәdi.
1 Bundan sonra İsa camaata vә şagirdlәrinә müraciәt edib 2 dedi: "İlahiyyatçılar vә fariseylәr Musanın kürsüsündә oturmuşlar. 3 Buna görә dә sizә әmr etdiklәri hәr şeyә riayәt vә әmәl edin. Amma onların etdiklәrini etmәyin, çünki söylәyәrlәr, amma riayәt etmәzlәr. 4 Ağır vә çәtin daşına bilәn yüklәri bağlayıb insanların çiyninә yüklәyәrlәr, özlәri isә bu yüklәri daşımaq üçün barmaqlarını belә, tәrpәtmәk istәmәzlәr. 5 Onlar öz әmәllәrinin hamısını insanlar görsün deyә edәrlәr. Çünki onlar dua qutucuqlarını genişlәndirib geyimlәrinin qotazlarını uzadarlar. 6 Ziyafәtlәrdә yuxarı başı vә sinaqoqlarda baş kürsülәri tutmağı, 7 bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyә xitab etmәsini sevәrlәr. 8 Amma kimsә sizi “Rabbi” deyә çağırmasın. Çünki sizin bir Müәlliminiz var. Siz hamınız isә qardaşsınız. 9 Yer üzündә kimsәyә “ata” demәyin. Çünki bir Atanız var, O da Sәmavi Atadır. 10 Kimsә sizә “rәhbәr” demәsin. Çünki bir Rәhbәriniz var, O da Mәsihdir. 11 Aranızda әn böyük olan xidmәtçiniz olsun. 12 Kim özünü yüksәldәrsә, aşağı tutulacaq vә kim özünü aşağı tutarsa, yüksәldilәcәk. 13 Vay halınıza, ey ilahiyyatçılar vә fariseylәr – ikiüzlülәr! Çünki siz Sәmavi Padşahlığı insanların üzünә qapayırsınız. Nә özünüz girirsiniz, nә dә girmәk istәyәnlәri buraxırsınız. 14 Вај һалэнэза, еј илаһијјатзэлар вж фарисејлжр – икиьзльлжр! Зьнки сиз джнизи вж гуруну долаюэрсэнэз ки, бир нжфжри динж ҝжтиржсиниз. Динж ҝжтирдикдж исж ону цзьньзджн икигат артэг ҹжһжннжмлик едирсиниз. 15 Vay halınıza, ey ilahiyyatçılar vә fariseylәr – ikiüzlülәr! Çünki siz dәnizi vә qurunu dolaşırsınız ki, bir nәfәri dinә gәtirәsiniz. Dinә gәtirdikdә isә onu özünüzdәn ikiqat artıq cәhәnnәmlik edirsiniz. 16 Vay halınıza, ey kor rәhbәrlәr! Deyirsiniz ki, “kim mәbәdә and içirsә, әhәmiyyәtli bir şey deyil, lakin kim mәbәdin qızılına and içirsә, öz andına borcludur”. 17 Ey ağılsızlar vә korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı tәqdis edәn mәbәdmi? 18 Yenә dә deyirsiniz ki, “kim qurbangaha and içirsә, әhәmiyyәtli bir şey deyil; lakin qurbangah üzәrindәki qurbana and içәn öz andını yerinә yetirmәlidir”. 19 Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı tәqdis edәn qurbangahmı? 20 Belәliklә, qurbangaha and içәn kәs ona vә onun üstündә olan bütün şeylәrә and içir. 21 Mәbәdә and içәn kәs ona vә içindә Yaşayana and içir. 22 Göyә and içәn kәs dә Allahın taxtına vә taxtda Oturana and içir. 23 Vay halınıza, ey ilahiyyatçılar vә fariseylәr – ikiüzlülәr! Çünki siz nanә, şüyüd vә zirәnin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlәrini, әdalәti, mәrhәmәti vә imanı atırsınız. Amma onda birini vermәklә yanaşı bunları da yerinә yetirmәli idiniz. 24 Ey kor rәhbәr! Ağcaqanadı süzgәclә çıxarır, dәvәni isә udursunuz! 25 Vay halınıza, ey ilahiyyatçılar vә fariseylәr – ikiüzlülәr! Çünki siz kasanın vә boşqabın bayır tәrәfini tәmizlәyirsiniz, lakin onların daxili soyğunçuluq vә pozğunluqla doludur. 26 Sәn, ey kor farisey! Әvvәlcә kasanın daxilini tәmizlә ki, bayır tәrәfi dә tәmiz olsun! 27 Vay halınıza, ey ilahiyyatçılar vә fariseylәr – ikiüzlülәr! Çünki siz ağardılmış mәqbәrәlәrә bәnzәyirsiniz: onların bayır tәrәfi gözәl görünür, daxili isә ölü sümüklәri vә hәr cür murdarlıqla doludur. 28 Siz dә zahirәn insanlara saleh görünürsünüz, daxilәn isә ikiüzlülük vә qanunsuzluqla dolusunuz. 29 Vay halınıza, ey ilahiyyatçılar vә fariseylәr – ikiüzlülәr! Çünki siz peyğәmbәrlәrә mәqbәrәlәr tikirsiniz, salehlәrin abidәlәrini bәzәyirsiniz. 30 “Biz ata-babalarımızın yaşadığı günlәrdә yaşasaydıq, peyğәmbәrlәrin qanını tökmәkdә onlarla şәrik olmazdıq” deyirsiniz. 31 Belәliklә, peyğәmbәrlәri öldürәnlәrin övladları olduğunuza özünüz şәhadәt edirsiniz. 32 Elә isә, ata-babalarınızın başladığı işi başa çatdırın! 33 Siz ey ilanlar, gürzәlәr nәsli! Cәhәnnәmә mәhkum edilmәkdәn necә qaçacaqsınız? 34 Ona görә dә Mәn sizә peyğәmbәrlәr, müdrik adamlar vә ilahiyyatçılar göndәrirәm. Siz onlardan bәzisini öldürәcәk vә çarmıxa çәkәcәksiniz. Bәzisini sinaqoqlarınızda qamçılayacaq vә şәhәrdәn şәhәrә qovacaqsınız. 35 Belә ki saleh olan Habilin qanından tutmuş mәbәdlә qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zәkәriyyәnin qanına qәdәr yer üzündә tökülәn bütün saleh adamların qanı üçün mәsuliyyәt daşıyasınız. 36 Sizә doğrusunu deyirәm: bütün bu şeylәr üçün bu nәsil mәsuliyyәt daşıyacaq. 37 Ey Yerusәlim, Yerusәlim! Peyğәmbәrlәri öldürәn vә ora göndәrilәnlәri daşqalaq edәn şәhәr! Toyuq cücәlәrini qanadları altına yığan kimi Mәn dә dәfәlәrlә sәnin övladlarını yığmaq istәdim, siz isә istәmәdiniz! 38 Baxın, eviniz viran qalır. 39 Çünki Mәn sizә bunu deyirәm: “Rәbbin ismi ilә Gәlәnә alqış olsun!” deyәnә qәdәr Mәni bir daha görmәyәcәksiniz".
1 İsa mәbәddәn çıxıb gedәrkәn şagirdlәri mәbәdin binalarını Ona göstәrmәk üçün yanına gәldilәr. 2 İsa onlara cavab verib dedi: "Bütün bunları görürsünüzmü? Sizә doğrusunu deyirәm: onların daşı daş üstündә qalmayacaq, hamısı yerlә yeksan olacaq". 3 İsa Zeytun dağında oturanda şagirdlәr ayrılıqda Onun yanına gәlib dedilәr: "Bizә söylә, bu dediklәrin nә vaxt baş verәcәk? Sәnin zühurun vә dövrün sonuna hansı әlamәtlәr olacaq?" 4 İsa onlara cavab verib dedi: "Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 5 Çünki Mәnim adımla çox adam gәlib “Mәsih mәnәm” deyәrәk çoxlarını aldadacaq. 6 Siz müharibәlәr vә müharibә xәbәrlәri eşidәcәksiniz. Amma tәlaşa düşmәyin. Bunlar baş vermәlidir, amma bu hәlә hәr şeyin axırı deyil. 7 Çünki millәt millәtә, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbәyer aclıq vә zәlzәlәlәr olacaq. 8 Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. 9 O zaman sizi әziyyәtә tәslim edib öldürәcәklәr. Mәnim adıma görә bütün millәtlәr sizә nifrәt edәcәk. 10 Onda bir çoxu imandan büdrәyәrәk bir-birini tәslim edәcәk vә bir-birinә nifrәt edәcәk. 11 Bir çox yalançı peyğәmbәr törәyib çox adamı aldadacaq. 12 Qanunsuzluq çoxaldığı üçün bir çoxunun mәhәbbәti soyuyacaq. 13 Amma axıracan dözәn xilas olacaq. 14 Sәmavi Padşahlığın bu Müjdәsi bütün millәtlәrә şәhadәt olmaq üçün bütün dünyada vәz edilәcәk. O zaman hәr şeyin axırı gәlәcәk. 15 Belәliklә, Daniel peyğәmbәrin bәhs etdiyi viranәlik gәtirәn iyrәnc şeyin Müqәddәs mәkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – 16 Yәhudeyada olanlar dağlara qaçsın. 17 Damda olan evindәki әşyaları götürmәk üçün aşağı enmәsin. 18 Tarlada olan üst paltarını götürmәk üçün geri qayıtmasın. 19 Hәmin günlәr hamilәlәrin vә körpә әmizdirәnlәrin vay halına! 20 Dua edin ki, qaçmağınız qış fәslindә vә ya Şәnbә günündә baş vermәsin. 21 Çünki o vaxt elә dәhşәtli әzab-әziyyәt olacaq ki, dünyanın başlanğıcından indiyә qәdәr belәsi olmayıb vә heç olmayacaq. 22 Әgәr o günlәr qısaldılmasaydı, heç bir insan xilas ola bilmәzdi. Amma seçilmişlәrә görә o günlәr qısaldılacaq. 23 O zaman әgәr kimsә sizә desә ki, “bax, Mәsih buradadır” yaxud da “oradadır”, inanmayın. 24 Çünki yalançı mәsihlәr vә yalançı peyğәmbәrlәr törәyәcәk. Onlar böyük әlamәtlәr vә xariqәlәr göstәrәcәklәr ki, imkan taparlarsa, seçilmişlәri dә aldatsınlar. 25 Bax Mәn sizә әvvәlcәdәn söylәmişәm. 26 Ona görә sizә “bax, O çöldәdir” desәlәr dә, çıxmayın. “Bax, O daxili otaqlardadır” desәlәr dә, inanmayın. 27 Çünki şimşәk şәrqdә çaxıb qәrbdә belә, göründüyü kimi Bәşәr Oğlunun zühuru da elә olacaq. 28 Leş haradadırsa, kәrkәslәr dә orada toplaşar. 29 Amma o günlәrin әzab-әziyyәtindәn dәrhal sonra Günәş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydәn tökülәcәk, Sәma cisimlәri lәrzәyә gәlәcәk. 30 O zaman Bәşәr Oğlunun әlamәti göydә görünәcәk. O vaxt yer üzünün bütün tayfaları şivәn qaldıracaq vә Bәşәr Oğlunun göyün buludları üzәrindә qüdrәt vә böyük izzәtlә gәldiyini görәcәk. 31 O, mәlәklәrini uca şeypur sәsi ilә göndәrәcәk. Mәlәklәr dә göylәrin bir ucundan o biri ucuna qәdәr dörd külәk istiqamәtindәn Onun seçdiklәrini toplayacaq. 32 Әncir ağacından ibrәt alın: onun budağı cücәrib yarpaqlananda bilirsiniz ki, yay fәsli artıq yaxındır. 33 Elәcә siz dә bütün bu şeylәri görәndә bilin ki, Bәşәr Oğlu yaxındadır, lap qapılardadır. 34 Sizә doğrusunu deyirәm: bu nәsil ömrünü sona çatdırmazdan әvvәl bütün bunlar baş verәcәk. 35 Yer vә göy keçib gedәcәk, amma Mәnim sözlәrim әsla keçib getmәyәcәk. 36 Lakin o günü vә o saatı nә göylәrin mәlәklәri, nә dә Oğul bilir. Atadan başqa heç kim bilmir. 37 Nuhun günlәri necә idisә, Bәşәr Oğlunun zühuru da elә olacaq. 38 Daşqından әvvәlki hәmin günlәrdә, Nuhun gәmiyә girdiyi günә qәdәr insanlar yeyib-içir, evlәnir, әrә gedirdi. 39 Daşqın gәlib hamısını aparana qәdәr bixәbәr idilәr. Bәşәr Oğlunun zühuru da belә olacaq. 40 O zaman tarladakı iki nәfәrdәn biri götürülәcәk, o birisi isә qalacaq. 41 Dәyirmanda dәn üyüdәn iki qadından biri götürülәcәk, o birisi isә qalacaq. 42 Ona görә dә oyaq olun. Çünki Rәbbinizin hansı gün gәlәcәyini bilmirsiniz. 43 Amma bunu bilin ki, әgәr evin yiyәsi oğrunun gecә hansı saatda gәlәcәyini bilsәydi, oyaq qalıb evinin yarılmasına imkan vermәzdi. 44 Buna görә siz dә hazır olun, çünki Bәşәr Oğlu gözlәmәdiyiniz vaxt gәlәcәk. 45 Vaxtlı-vaxtında onlara yemәk vermәk üçün ağasının öz nökәrlәri üzәrinә qoyduğu sadiq vә ağıllı qul kimdir? 46 Nә bәxtiyardır o qul ki, ağası evinә qayıdanda onu iş başında görür! 47 Sizә doğrusunu deyirәm: ağası bu qula bütün әmlakı üzәrindә idarәçiliyi tapşıracaq. 48 Amma hәmin qul pis olub ürәyindә “ağam gec gәlәcәk” deyәrsә, 49 öz yoldaşlarını döymәyә vә әyyaşlarla yeyib-içmәyә başlayarsa, 50 o qulun ağası onun gözlәmәdiyi gün vә ağlına gәlmәdiyi vaxt gәlәcәk, 51 ona ağır cәza verәcәk vә onu ikiüzlülәrlә bir yerdә saxlayacaq. Orada ağlaşma vә diş qıcırtısı olacaq.
1 O zaman Sәmavi Padşahlıq çıraqlarını götürüb bәyin qarşısına çıxan on qıza bәnzәyәcәk. 2 Onlardan beşi ağıllı, beşi isә ağılsız idi. 3 Ağılsızlar özlәri ilә çıraqlarını götürmüşdü, amma yağ götürmәmişdi. 4 Ağıllılar isә çıraqları ilә birgә qablarda yağ da götürmüşdü. 5 Lakin bәy gecikdiyindәn hamısını yuxu basdı vә onlar yatdı. 6 Amma gecә yarısı bir qışqırıq qopdu: “Budur, bәy gәlir, onu qarşılamağa çıxın!” 7 O zaman o qızların hamısı durub öz çıraqlarını düzәltdilәr. 8 Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizә dә verin, çünki çıraqlarımız sönür”. 9 Ağıllılar isә cavab verib dedilәr: “Belә olmasın ki, yağ nә bizә çatsın, nә sizә. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. 10 Onlar yağ satın almağa getdiklәri zaman bәy gәldi. Hazır olanlar onunla toy mәclisinә girdilәr vә qapı bağlandı. 11 O biri qızlar da sonradan gәlib “Ağa! Ağa! Qapını bizә aç!” dedilәr. 12 O isә cavab verib dedi: “Sizә doğrusunu deyirәm: sizi tanımıram”. 13 Belәliklә, oyaq olun. Çünki siz nә günü, nә dә saatı bilirsiniz. 14 Sәmavi Padşahlıq sәyahәtә çıxan bir adama bәnzәyir. O, qullarını çağırıb әmlakını onlara әmanәt etdi. 15 O hәr birinә öz qabiliyyәtinә görә – birinә beş, birinә iki, birinә dә bir talant verdi vә yola düşdü. 16 Beş talant alan dәrhal gedib bunları sәrmayәyә qoydu, daha beş talant qazandı. 17 İki talant alan da belәcә daha iki talant qazandı. 18 Bir talant alan isә gedib torpağı qazdı vә ağasının pulunu gizlәtdi. 19 Uzun zamandan sonra hәmin qulların ağası gәldi vә onlardan hesabat tәlәb etdi. 20 Beş talant alan gәlib daha beş talant gәtirәrәk dedi: “Ağa, sәn mәnә beş talant әmanәt etdin. Budur, mәn daha beş talant qazandım”. 21 Ağası ona dedi: “Afәrin, yaxşı vә sadiq qulum! Sәn xırda işlәrdә sadiq oldun, sәni böyük işlәr üzәrinә qoyacağam. Ağanın sevincinә şәrik ol!” 22 İki talant alan da gәlib dedi: “Ağa, mәnә iki talant әmanәt etdin. Budur, mәn daha iki talant qazandım”. 23 Ağası ona dedi: “Afәrin, yaxşı vә sadiq qulum! Sәn xırda işlәrdә sadiq oldun, sәni böyük işlәr üzәrinә qoyacağam. Ağanın sevincinә şәrik ol!” 24 Bir talant alan da gәlib dedi: “Ağa, sәnin sәrt bir adam olduğunu bilirdim. Әkmәdiyin yerdәn biçәrsәn, sәpmәdiyin yerdәn yığarsan. 25 Ona görә qorxdum, gedib sәnin talantını torpaqda gizlәtdim. Buyur, öz malını geri götür!” 26 Ağası isә cavab verib ona dedi: “Pis vә tәnbәl qul! Mәnim әkmәdiyim yerdәn biçdiyimi vә sәpmәdiyim yerdәn yığdığımı bilirdinmi? 27 Onda gәrәk mәnim pulumu sәrraflara verәydin ki, mәn qayıdanda onu faizlә geri alım. 28 İndi әlindәki talantı ondan alın vә on talantı olana verin! 29 Çünki kimin varıdırsa, daha çox verilәcәk vә o, bolluq içindә olacaq, kimin yoxudursa, әlindә olan da ondan alınacaq. 30 Yaramaz qulu isә qaranlıq çölә atın. Orada ağlaşma vә diş qıcırtısı olacaq”. 31 Bәşәr Oğlu bütün mәlәklәrlә birlikdә izzәti ilә gәlәn zaman Öz izzәtli taxtına oturacaq. 32 Bütün millәtlәr Onun önündә toplaşacaq, O da qoyunları keçilәrdәn ayıran bir çoban kimi onları bir-birindәn ayıracaq. 33 Qoyunları sağına, keçilәri isә soluna qoyacaq. 34 O zaman Padşah sağındakılara deyәcәk: “Ey sizlәr, Atamın xeyir-dua verdiyi adamlar! Gәlin, dünya yaranandan bәri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. 35 Çünki ac idim, Mәnә yemәk verdiniz; susamışdım, Mәnә su verdiniz; qәrib idim, Mәni qәbul etdiniz; 36 çılpaq idim, Mәni geyindirdiniz; xәstә idim, qayğımı çәkdiniz; zindanda idim, yanıma gәldiniz”. 37 Onda salehlәr Ona cavab verib deyәcәklәr: “Ya Rәbb, biz Sәni nә vaxt ac görüb yemәk verdik vә ya susamış görüb su verdik? 38 Nә vaxt Sәni qәrib görüb qәbul etdik vә ya çılpaq görüb geyindirdik? 39 Nә vaxt Sәni xәstә vә ya zindanda görüb yanına gәldik?” 40 Padşah da cavab verib onlara deyәcәk: “Sizә doğrusunu deyirәm: siz bu әn kiçik qardaşlarımdan birinә etdiyinizi Mәnә etmiş oldunuz”. 41 O zaman solundakılara deyәcәk: “Ey lәnәtә gәlmişlәr, çәkilin önümdәn! İblis ilә onun mәlәklәrinә hazırlanmış olan әbәdi oda yollanın! 42 Çünki ac idim, Mәnә yemәk vermәdiniz; susamışdım, Mәnә su vermәdiniz; 43 qәrib idim, Mәni qәbul etmәdiniz; çılpaq idim, Mәni geyindirmәdiniz; xәstә vә zindanda idim, qayğımı çәkmәdiniz”. 44 Onda onlar da cavab verib deyәcәklәr: “Ya Rәbb, Sәni nә vaxt ac, susamış, qәrib, çılpaq, xәstә vә yaxud zindanda gördük ki, Sәnә xidmәt etmәdik?” 45 O zaman onlara cavab verib deyәcәk: “Sizә doğrusunu deyirәm: siz bu әn kiçiklәrdәn birinә etmәdiyinizi Mәnә etmәmiş oldunuz”. 46 Bunlar әbәdi әzaba, salehlәr isә әbәdi hәyata gedәcәk".
1 İsa bütün bu sözlәri bitirәndәn sonra şagirdlәrinә dedi: 2 "İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bәşәr Oğlu çarmıxa çәkilmәk üçün tәslim edilәcәk". 3 O zaman başçı kahinlәr vә xalqın ağsaqqalları Qayafa adlı baş kahinin hәyәtinә toplaşdılar. 4 İsanı hiylә ilә tutub öldürmәk üçün sui-qәsd hazırladılar. 5 Amma deyirdilәr: "Bunu bayramda etmәyәk, yoxsa xalq arasında qarışıqlıq düşәr". 6 İsa Bet-Anyada cüzamlı Şimonun evindә ikәn 7 bir qadın Onun yanına gәldi vә qadının әlindә içindә çox bahalı әtirli yağ olan ağ mәrmәr qab var idi. İsa süfrәyә oturanda qadın yağı Onun başına tökdü. 8 Şagirdlәr bunu gördükdә acıqlanıb dedilәr: "Bu israfçılıq nә üçündür? 9 Axı bu әtiri baha qiymәtә satıb pulunu yoxsullara vermәk olardı". 10 Lakin İsa bunu bilәrәk dedi: "Niyә qadını incidirsiniz? O Mәnim üçün gözәl bir iş gördü. 11 Yoxsullar hәmişә sizin yanınızdadır, Mәn isә hәmişә yanınızda olmayacağam. 12 Qadın bu әtiri Mәnim bәdәnimә tökmәklә Mәni dәfn üçün hazırladı. 13 Sizә doğrusunu deyirәm: dünyanın hansı yerindә Müjdә vәz edilәrsә, bu qadının etdiyi iş dә danışılacaq ki, o yada salınsın". 14 O zaman On İki şagirddәn Yәhuda İskaryot adlı biri başçı kahinlәrin yanına gedib dedi: 15 "Onu sizә tәslim etsәm, mәnә nә verәrsiniz?" Onlar da Yәhudaya otuz gümüş tәklif etdilәr. 16 O vaxtdan Yәhuda İsanı tәslim etmәk üçün fürsәt axtarmağa başladı. 17 Mayasız Çörәk bayramının ilk günü şagirdlәr İsanın yanına gәlib dedilәr: "Sәnin Pasxa yemәyin üçün harada hazırlıq görmәyimizi istәyirsәn?" 18 O da cavab verdi: "Şәhәrә girib filankәsin yanına gedin vә ona deyin: “Müәllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlәrimlә birgә Pasxanı sәnin evindә keçirәcәyәm›”". 19 Şagirdlәr İsanın әmrini yerinә yetirәrәk Pasxa yemәyi üçün hazırlıq etdilәr. 20 Axşam düşәndә İsa On İki şagirdi ilә birgә süfrәyә oturdu. 21 Onlar yemәk yeyәrkәn İsa dedi: "Sizә doğrusunu deyirәm: sizlәrdәn biri Mәnә xәyanәt edәcәk". 22 Onlar çox kәdәrlәnәrәk bir-bir Ondan soruşdular: "Ya Rәbb, mәn deyilәm ki?" 23 O cavab verib dedi: "Mәnimlә birlikdә әlini qaba batıran Mәnә xәyanәt edәcәk. 24 Bәşәr Oğlu Özü barәsindә yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bәşәr Oğluna xәyanәt edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı". 25 Ona xәyanәt edәn Yәhuda "Rabbi, mәn deyilәm ki?" deyә soruşdu. İsa da ona "sәn dediyin kimidir" dedi. 26 Onlar yeyәndә İsa çörәk götürdü, şükür duası edib onu böldü vә şagirdlәrә verәrәk dedi: "Alın, yeyin! Bu Mәnim bәdәnimdir". 27 Sonra bir kasa götürdü vә şükür edib onu da şagirdlәrә verәrәk dedi: "Bundan hamınız için! 28 Çünki bu, Әhdin bağlanması vә günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mәnim qanımdır. 29 Mәn sizә deyirәm: Atamın Padşahlığında sizinlә birlikdә tәzәsini içәcәyim günә qәdәr üzüm ağacının bu mәhsulundan әsla içmәyәcәyәm". 30 Onlar ilahi oxuyandan sonra çıxdılar vә Zeytun dağına tәrәf getdilәr. 31 Onda İsa şagirdlәrinә dedi: "Bu gecә hamınız Mәni atıb gedәcәksiniz, çünki belә yazılıb: “Çobanı vuracağam, Sürünün qoyunları pәrәn-pәrәn olacaq”. 32 Amma Mәn dirilәndәn sonra sizdәn qabaq Qalileyaya gedәcәyәm". 33 Peter Ona cavab verib dedi: "Hamı Sәni atıb getsә dә, mәn әsla atıb getmәyәcәyәm". 34 İsa ona dedi: "Sәnә doğrusunu deyirәm: bu gecә xoruz banlamazdan әvvәl sәn Mәni üç dәfә inkar edәcәksәn". 35 Peter Ona dedi: "Әgәr Sәninlә birlikdә ölmәyim lazım olsa belә, Sәni әsla inkar etmәyәcәyәm". Bütün şagirdlәr dә belә dedilәr. 36 Sonra İsa şagirdlәrlә birlikdә Getsemani adlanan bir yerә gәldi vә onlara dedi: "Mәn oraya gedib dua edәrkәn siz burada oturub-qalın". 37 O, Peter ilә Zavdayın iki oğlunu Özü ilә apardı. Özündә bir kәdәr vә narahatlıq hiss etmәyә başladı. 38 Onlara belә dedi: "Ürәyimi elә dәrin kәdәr bürüyüb, az qalır ki, ölüm. Burada qalın vә Mәnimlә birlikdә oyaq olun". 39 İsa bir qәdәr irәli getdi vә üzüstә yerә qapanıb dua etdi: "Ey Atam, mümkündürsә, qoy bu kasa Mәndәn yan keçsin. Amma Mәnim yox, Sәnin iradәn olsun". 40 İsa şagirdlәrin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri sәslәdi: "Mәgәr Mәnimlә birlikdә bir saat oyaq qala bilmәzdinizmi? 41 Oyaq durub dua edin ki, sınağa düşmәyәsiniz. Ruh hәvәsli, cisim isә gücsüzdür". 42 İsa yenә ikinci dәfә uzaqlaşdı vә dua etdi: "Ey Atam, әgәr Mәn içmәdәn bu kasanın keçmәsi mümkün deyilsә, qoy Sәnin iradәn olsun". 43 İsa qayıdanda gördü ki, onlar yenә yatıb. Çünki onların gözlәri yumulurdu. 44 Onları tәrk edib tәkrarәn uzaqlaşdı, yenә eyni sözlәrlә üçüncü dәfә dua etdi. 45 Sonra İsa şagirdlәrin yanına qayıdıb onlara dedi: "Hәlә dә yatıb dincәlirsiniz? Budur, vaxt yaxınlaşıb vә Bәşәr Oğlu günahkarların әlinә tәslim olunur. 46 Qalxın gedәk. Budur, Mәnә xәyanәt edәn gәlir!" 47 İsa hәlә danışarkәn On İki şagirddәn biri olan Yәhuda gәldi. Onun yanında başçı kahinlәrin vә xalqın ağsaqqallarının göndәrdiyi әli qılınclı vә dәyәnәkli böyük bir dәstә adam var idi. 48 İsaya xәyanәt edәn Yәhuda onlara işarә ilә bildirib demişdi: "Kimi öpsәm, İsa Odur, Onu tutun". 49 O anda İsaya yaxınlaşıb "Salam, Rabbi!" deyәrәk Onu öpdü. 50 İsa da ona "Dostum, nә üçün gәlmisәn?" dedi. Elә bu vaxt İsaya yaxınlaşıb әl ataraq Onu tutdular. 51 Budur, İsa ilә birlikdә olanlardan biri әl atıb qılıncını çәkdi vә baş kahinin qulunu vurub qulağını qopartdı. 52 İsa ona dedi: "Qılıncını yerinә qoy, çünki qılınc çәkәnlәrin hamısı qılıncla mәhv olacaq. 53 Yoxsa elә düşünürsәn ki, Atamdan yardım istәyә bilmәrәm? İstәsәm, dәrhal Mәnә on iki legiondan artıq mәlәk göndәrәr. 54 “Bunların olması gәrәkdir” deyәn Müqәddәs Yazılar onda bәs necә yerinә yetәrdi?" 55 Hәmin vaxt İsa camaata dedi: "Nә üçün quldur üstünә gәlәn kimi qılınc vә dәyәnәklәrlә Mәni tutmağa gәlmisiniz? Hәr gün mәbәddә oturub tәlim verirdim, heç Mәni tutmadınız. 56 Amma bunların hamısı peyğәmbәrlәrin Yazıları yerinә yetsin deyә baş verdi". Onda bütün şagirdlәr İsanı atıb qaçdılar. 57 İsanı hәbs edәnlәr Onu baş kahin Qayafanın yanına gәtirdilәr. İlahiyyatçılar vә ağsaqqallar da oraya toplaşdı. 58 Peter uzaqdan baş kahinin hәyәtinә qәdәr İsanın ardınca gedirdi, sonu görmәk üçün içәri girib mühafizәçilәrlә birgә oturdu. 59 Başçı kahinlәr vә Ali Şuranın hamısı İsanı edam etmәk üçün Onun әleyhinә yalançı şahidlik ifadәsi axtarırdılar. 60 Çoxlu yalançı şahid gәldi, lakin yenә dә axtardıqlarını tapmadılar. Axırda iki şahid gәlib 61 dedi: "Bu Adam dedi: “Mәn Allahın mәbәdini dağıdıb üç gün әrzindә tikә bilәrәm”". 62 Baş kahin ayağa qalxıb İsaya dedi: "Sәnin heç cavabın yoxdur? Onlar Sәnin әleyhinә bu nә ifadәdir verirlәr?" 63 Amma İsa susmaqda davam etdi. Baş kahin isә Ona dedi: "Sәni var olan Allaha and etdirirәm, bizә de, Allahın Oğlu Mәsih Sәnsәnmi?" 64 İsa da ona dedi: "Sәnin dediyin kimidir. Hәtta sizә deyirәm: bundan sonra Bәşәr Oğlunun Qüdrәtli Olanın sağında oturduğunu vә göyün buludları üzәrindә gәldiyini görәcәksiniz". 65 Onda baş kahin әynindәki paltarını cırıb dedi: "O, Allaha küfr etdi! Artıq şahidlәrә nә ehtiyacımız var? Elә indi Onun küfr söylәdiyini eşitdiniz! 66 Bәs buna nә deyirsiniz?" Onlar cavab verib dedilәr: "O, ölüm cәzasına layiqdir". 67 Elә bu vaxt İsanın üzünә tüpürüb yumruq vurdular. Bәzilәri dә Ona şillә vuraraq 68 dedi: "Ey Mәsih, bizә peyğәmbәrlik elә görәk, Sәni vuran kimdir?" 69 Peter isә bayırda, hәyәtdә oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: "Sәn dә Qalileyalı İsa ilә birlikdә idin". 70 Amma Peter hamının qarşısında inkar edәrәk dedi: "Bilmirәm, sәn nә danışırsan". 71 Sonra darvazaya çıxanda başqa bir qarabaş onu görüb oradakılara dedi: "Bu adam Nazaretli İsa ilә birlikdә idi". 72 Peter yenә inkar edib and içdi: "Mәn o Adamı tanımıram". 73 Bir az sonra orada duranlar gәlib Peterә dedilәr: "Doğrudan da, sәn dә onlardansan, çünki nitqin sәni ifşa edir". 74 Peter özünü qarğıyıb and içәrәk dedi: "O Adamı tanımıram". Hәmin anda xoruz banladı. 75 Peter İsanın "xoruz banlamazdan әvvәl sәn Mәni üç dәfә inkar edәcәksәn" dediyi sözü yadına saldı. Ona görә oradan çıxıb hönkür-hönkür ağladı.
1 Sәhәr açılanda bütün başçı kahinlәrlә xalqın ağsaqqalları İsanı edam etmәk üçün mәşvәrәt etdilәr. 2 İsanın әl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona tәslim etdilәr. 3 O zaman İsaya xәyanәt edәn Yәhuda Onun mәhkum edildiyini görәndә peşman oldu. Otuz gümüşü başçı kahinlәrә vә ağsaqqallara geri gәtirib 4 "mәn tәqsirsiz qanı tәslim etmәklә günah işlәtdim" dedi. Onlar isә ona "Bundan bizә nә? Özün bilәrsәn" dedilәr. 5 Yәhuda gümüş pulları mәbәdin içinә atıb oradan çıxdı, gedib özünü asdı. 6 Başçı kahinlәr gümüş pulları götürüb dedilәr: "Madam ki qan bahasıdır, bu gümüş pulları mәbәdin xәzinәsinә qoymağa icazәmiz yoxdur". 7 Öz aralarında mәşvәrәt keçirәrәk o pulla yadellilәri dәfn etmәk üçün dulusçunun tarlasını satın aldılar. 8 Buna görә o tarlaya bu günә qәdәr "Qan Tarlası"deyilir. 9 Belәcә Yeremya peyğәmbәr vasitәsilә söylәnәn bu söz yerinә yetdi: "İsrail övladlarının qiymәtlәndirdiyi Adamın dәyәrini – otuz gümüşü aldılar 10 vә Rәbbin mәnә buyurduğu kimi dulusçunun tarlası üçün verdilәr". 11 İsa valinin önündә durmuşdu. Vali Ondan "Yәhudilәrin Padşahı Sәnsәnmi?" deyә soruşdu. İsa da ona dedi: "Sәnin dediyin kimidir". 12 Başçı kahinlәr vә ağsaqqallar Onu ittiham etdiklәri vaxt İsa heç bir cavab vermәdi. 13 Onda Pilat Ona dedi: "Sәnin әleyhinә edilәn bu qәdәr şәhadәti eşitmirsәnmi?" 14 İsa onun heç bir sözünә cavab vermәdi. Vali buna çox heyrәtlәndi. 15 Hәr Pasxa bayramında valinin xalqın istәdiyi bir mәhbusu azad etmәsi adәt idi. 16 O günlәrdә Barabba adlı mәşhur bir mәhbus hәbsdә saxlanılırdı. 17 Belәliklә, onlar bir yerә toplaşdıqları vaxt Pilat onlara "Sizin üçün kimi azad etmәyimi istәyirsiniz? Barabbanı, yoxsa Mәsih deyilәn İsanı?" deyә soruşdu. 18 Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan tәslim etmişdilәr. 19 Pilat hökm kürsüsündә oturarkәn arvadı "o saleh Adamla sәnin bir işin olmasın, çünki bu gün röyada Ona görә çox әzablar çәkdim" deyә xәbәr göndәrdi. 20 Başçı kahinlәr vә ağsaqqallar isә xalqı tәhrik edirdilәr ki, Barabbanın azad olmasını, İsanın isә ölümünü istәsinlәr. 21 Vali onlardan soruşdu: "İkisindәn hansını sizin üçün azad etmәyimi istәyirsiniz?" Onlar da "Barabbanı" dedilәr. 22 Pilat onlara "Elә isә Mәsih deyilәn İsaya nә edim?" dedi. Onların hamısı "Çarmıxa çәkilsin!" dedilәr. 23 Vali "Axı O nә pislik edib?" deyә soruşdu. Onlar isә "Çarmıxa çәkilsin!" deyә daha ucadan bağırdılar. 24 Pilat әlindәn heç bir şeyin gәlmәdiyini vә әksinә, iğtişaşın güclәndiyini görәrәk su götürüb xalqın önündә әllәrini yudu vә belә dedi: "Mәn bu Adamın qanı üçün tәqsirkar deyilәm, qoy sizin boynunuzda qalsın". 25 Bütün xalq cavab verib dedi: "Onun qanının mәsuliyyәti bizim vә övladlarımızın üzәrinә olsun!" 26 Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isә qamçılatdıqdan sonra çarmıxa çәkilmәyә tәslim etdi. 27 Sonra valinin әsgәrlәri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. 28 Onu soyundurub al rәngli xalat geyindirdilәr. 29 Tikanlardan bir tac hörüb başına qoydular, sağ әlinә dә bir qamış verdilәr. Önündә diz çöküb "Yәhudilәrin Padşahı sağ olsun!" deyәrәk Onu әlә saldılar. 30 Ona tüpürdülәr, qamışı götürüb başına vurdular. 31 Onu әlә salandan sonra xalatı әynindәn çıxarıb Öz paltarını geyindirdilәr. Sonra Onu çarmıxa çәkmәyә apardılar. 32 Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa mәcbur etdilәr. 33 Qolqota, yәni "Kәllә yeri"adlanan yerә gәlәndә 34 Ona içmәyә ödlә qarışıq şәrab verdilәr. İsa onu daddıqda içmәk istәmәdi. 35 Әsgәrlәr Onu çarmıxa çәkdi vә püşk ataraq paltarlarını aralarında bölüşdürdülәr. 36 Sonra orada oturub Onun keşiyini çәkdilәr. 37 Başı üzәrinә "Yәhudilәrin Padşahı İsa budur"ittihamını yazıb qoydular. 38 O zaman İsa ilә birlikdә biri sağında, biri dә solunda iki quldur da çarmıxa çәkildi. 39 Gәlib-keçәnlәr başlarını yırğalayıb Ona böhtan ataraq 40 "Ey mәbәdi dağıdıb üç gündә tikәn! Әgәr Allahın Oğlusansa, Özünü xilas et vә çarmıxdan düş!" deyirdilәr. 41 Başçı kahinlәr dә ilahiyyatçılar vә ağsaqqallarla birgә eyni şәkildә İsanı әlә salaraq deyirdilәr: 42 "Başqalarını xilas edirdi, amma Özünü isә xilas edә bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün vә biz dә Ona iman edәk. 43 Allaha güvәnirdi. Allah Onu sevirsә, qoy indi xilas etsin! Çünki “Mәn Allahın Oğluyam” dedi". 44 İsa ilә birlikdә çarmıxa çәkilәn quldurlar da Onu tәhqir edirdilәr. 45 Altıncı saatdan doqquzuncu saata qәdәr bütün yer üzünә qaranlıq çökdü. 46 Doqquzuncu saata yaxın İsa uca sәslә nida edәrәk dedi: "Eli, Eli, lema şavaqtani?" Bu "Ey Allahım, Allahım, niyә Mәni tәrk etdin?" demәkdir. 47 Orada dayananların bәzisi bunu eşidәrkәn dedilәr: "Bu Adam İlyası çağırır". 48 Aralarından biri dәrhal qaçıb bir süngәr gәtirdi, şәrab sirkәsinә batırıb bir qamışın ucuna keçirәrәk İsaya verdi ki, içsin. 49 O birilәri isә dedilәr: "Onu rahat burax, görәk İlyas gәlib Onu xilas edәcәkmi?" 50 İsa yenә uca sәslә qışqırıb ruhunu tapşırdı. 51 O anda mәbәdin pәrdәsi yuxarıdan aşağıya qәdәr iki yerә parçalandı. Yer sarsıldı, qayalar yarıldı. 52 Qәbirlәr açıldı, vәfat etmiş bir çox müqәddәsin cәsәdi dirildi. 53 Onlar İsanın dirilmәsindәn sonra qәbirlәrdәn çıxıb müqәddәs şәhәrә girdilәr vә bir çox insana göründülәr. 54 İsaya nәzarәt edәn yüzbaşı vә onunla birlikdә olan әsgәrlәr zәlzәlәni vә baş verәn şeylәri gördükdә "doğrudan da, bu Adam Allahın Oğlu idi" deyәrәk dәhşәtә düşdülәr. 55 Orada olub-keçәnlәrә uzaqdan baxan bir çox qadın var idi ki, xidmәt etmәk üçün Qalileyadan İsanın ardınca gәlmişdilәr. 56 Mәcdәlli Mәryәm, Yaqub ilә Yusifin anası Mәryәm vә Zavdayın oğullarının anası da onların arasında idi. 57 Axşam düşәndә İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gәldi. 58 O, Pilatın yanına gedib İsanın cәsәdini istәdi. Pilat da cәsәdin ona verilmәsini әmr etdi. 59 Yusif cәsәdi alıb tәmiz bir kәfәnә bükdü. 60 Onu qaya içindә qazdığı öz yeni qәbrinә qoydu vә qәbirin ağzına bir iri daş yuvarlayıb getdi. 61 Mәcdәlli Mәryәm vә o biri Mәryәm orada, qәbirin qarşısında oturmuşdular. 62 Ertәsi gün, yәni Hazırlıq günündәn sonrakı gün başçı kahinlәrlә fariseylәr Pilatın yanına toplaşıb 63 dedilәr: "Ağa, biz xatırlayırıq ki, o yalançı hәlә sağ ikәn “üç gün sonra dirilәcәyәm” demişdi. 64 Ona görә dә әmr et ki, üçüncü günә qәdәr qәbirin tәhlükәsizliyi qorunsun. Yoxsa şagirdlәri gәlib Onu oğurlayarlar vә xalqa “O, ölülәr arasından dirildi” deyәrlәr. Axırıncı yalan birincisindәn daha pis olar". 65 Pilat onlara dedi: "Bir dәstә keşikçi götürün, gedin, bacardığınız kimi qәbirin tәhlükәsizliyini qoruyun". 66 Onlar gedib qәbirin qarşısında keşikçi dәstәsi qoydular vә qәbir daşına möhür basdılar. Belәliklә, qәbirin tәhlükәsizliyi qorundu.
1 Şәnbә günü keçәndәn sonra, hәftәnin ilk günü sәhәr dan yeri ağaranda Mәcdәlli Mәryәm vә o biri Mәryәm qәbiri görmәyә gәldilәr. 2 Budur, böyük bir zәlzәlә oldu. Çünki Rәbbin bir mәlәyi göydәn enib gәlәrәk daşı bir tәrәfә yuvarladı vә üzәrindә oturdu. 3 Onun görünüşü şimşәk kimi, paltarı isә qar kimi ağ idi. 4 Keşikçilәr qorxudan titrәyib ölü kimi oldular. 5 Mәlәk qadınlara müraciәt edәrәk dedi: "Siz qorxmayın! Çarmıxa çәkilmiş İsanı axtardığınızı bilirәm. 6 O burada yoxdur, dediyi kimi dirilmişdir! Gәlin, Onun yatdığı yeri görün. 7 Tez gedin, Onun şagirdlәrinә belә söylәyin: “İsa ölülәr arasından dirildi. Qalileyaya sizdәn qabaq gedir. Onu orada görәcәksiniz”. Budur, mәn sizә xәbәr verdim". 8 Qadınlar qorxu vә böyük sevinclә dәrhal qәbirdәn çıxdılar. Onun şagirdlәrinә xәbәr vermәyә qaçdılar. 9 Amma budur, İsa "Sizә salam!" deyә onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona sәcdә qıldılar. 10 İsa onlara dedi: "Qorxmayın! Gedin, qardaşlarıma xәbәr verin ki, Qalileyaya getsinlәr. Mәni orada görәcәklәr". 11 Qadınlar hәlә yolda ikәn keşikçilәrdәn bәzisi şәhәrә gәlib baş verәn bütün şeylәri başçı kahinlәrә bildirdilәr. 12 Onlar ağsaqqallarla toplaşıb mәşvәrәt keçirdikdәn sonra әsgәrlәrә çoxlu pul verib dedilәr: 13 "Deyәrsiniz ki, şagirdlәri gecә biz yatanda gәlib Onu oğurlayıblar. 14 Әgәr bu xәbәr valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi dә bәladan qurtararıq". 15 Belәliklә, әsgәrlәr pulu alıb tapşırıldığı kimi etdilәr. Bu söz bu günә kimi Yәhudilәr arasında yayılmışdır. 16 On Bir şagird Qalileyaya, İsanın onlara tәyin etdiyi dağa getdi. 17 İsanı gördükdә Ona sәcdә qıldılar. Bәzisi isә şübhә etdi. 18 İsa yaxınlaşıb onlara dedi: "Göydә vә yer üzündә bütün sәlahiyyәt Mәnә verilmişdir. 19 Belәliklә, gedin, bütün millәtlәri Mәnim şagirdim edin; onları Ata, Oğul vә Müqәddәs Ruh adı ilә vәftiz edin; 20 sizә әmr etdiyim hәr şeyә riayәt etmәyi onlara öyrәdin. Budur, Mәn dövrün sonuna qәdәr hәr gün sizinlәyәm".
1 Allahın Oğlu İsa Mәsihin Müjdәsinin başlanğıcı. 2 Yeşaya peyğәmbәrin kitabında belә yazılıb: "Budur, Sәnin önündә Öz elçimi göndәrirәm. O Sәnin yolunu hazırlayacaq. 3 Sәhrada nida edәnin sәsi gәlir: “Rәbbin yolunu hazırlayın, Onun keçәcәyi yerlәri düz edin”". 4 Yazıldığı kimi vәftiz edәn Yәhya çöldә meydana çıxdı. O, insanların öz günahlarının bağışlanması üçün tövbә edib vәftiz olunmasını vәz edirdi. 5 Bütün Yәhudeya diyarından olanlar vә Yerusәlim sakinlәrinin hamısı onun yanına gәlirdi. Onlar günahlarını etiraf edәrәk onun tәrәfindәn İordan çayında vәftiz olunurdu. 6 Yәhya dәvә yunundan paltar geymiş, belinә dәri qurşaq bağlamışdı, çәyirtkә vә çöl balı yeyirdi. 7 Yәhya belә vәz edirdi: "Mәndәn sonra mәndәn daha Qüdrәtlisi gәlir. Mәn әyilib Onun çarıqlarının bağını açmağa belә, layiq deyilәm. 8 Mәn sizi su ilә vәftiz etdim, amma O sizi Müqәddәs Ruhla vәftiz edәcәk". 9 O günlәrdә İsa Qalileyanın Nazaret şәhәrindәn gәlib Yәhya tәrәfindәn İordan çayında vәftiz olundu. 10 İsa sudan çıxan kimi göylәrin yarıldığını vә Ruhun göyәrçin kimi Öz üzәrinә endiyini gördü. 11 Göylәrdәn bir sәda gәldi: "Sәn Mәnim sevimli Oğlumsan, Sәndәn razıyam". 12 Ruh dәrhal İsanı sәhraya çәkib-apardı. 13 O, sәhrada qırx gün qaldı vә bu müddәt әrzindә Şeytan tәrәfindәn sınağa çәkilirdi. İsa vәhşi heyvanlar arasında idi vә mәlәklәr Ona xidmәt edirdi. 14 Yәhya hәbs olunandan sonra İsa Qalileyaya gәlib Allahın Müjdәsini vәz edirdi: 15 "Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbә edin vә Müjdәyә inanın". 16 İsa Qalileya gölünün sahilindәn keçәrkәn suya tor atan Şimonu vә qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 17 İsa onlara dedi: "Ardımca gәlin, Mәn sizi elә balıqçı edәcәyәm ki, insan tutacaqsınız". 18 Onlar dәrhal torları kәnara atıb Onun ardınca getdilәr. 19 İsa bir az irәli gedib Zavday oğlu Yaqubu vә qardaşı Yәhyanı gördü. Onlar qayıqda torlarını düzәldirdi. 20 İsa dәrhal onları çağırdı. Onlar da qayıqdakı ataları Zavdayı vә muzdlu işçilәri qoyub Onun ardınca getdi. 21 Onlar Kefernahuma gәldilәr. Şәnbә günü İsa sinaqoqa girib tәlim öyrәtmәyә başladı. 22 Onun tәliminә tәәccüblәnirdilәr, çünki onlara ilahiyyatçılar kimi deyil, sәlahiyyәt sahibi kimi tәlim öyrәdirdi. 23 Hәmin vaxt onların sinaqoqunda natәmiz ruha tutulmuş bir nәfәr var idi. O çığırdı: 24 "Ey Nazaretli İsa, bizdәn nә istәyirsәn? Bizi mәhv etmәyәmi gәlmisәn? Mәn bilirәm Sәn Kimsәn: Allahın Müqәddәsisәn!" 25 Amma İsa ona qadağan edib dedi: "Sus vә bu adamdan çıx!" 26 Natәmiz ruh bu adamı sarsıdıb bәrkdәn çığıraraq ondan çıxdı. 27 Hamını heyrәt bürüdü vә bir-birindәn soruşdu: "Bu nәdir? Sәlahiyyәtli yeni bir tәlimdir! O, natәmiz ruhlara belә, әmr edir vә bunlar da Ona itaәt edirlәr". 28 İsa haqqında xәbәr dәrhal Qalileya bölgәsinin hәr tәrәfinә yayıldı. 29 Onlar sinaqoqdan çıxan kimi Yaqub vә Yәhya ilә birgә Şimon vә Andreyin evinә getdilәr. 30 Şimonun qayınanası qızdırma içindә yatırdı. Bunu dәrhal İsaya xәbәr verdilәr. 31 İsa xәstәnin yanına gәlib әlindәn tutaraq onu qaldırdı vә qadının qızdırması düşdü. Qadın onlara xidmәt etmәyә başladı. 32 Axşam gün batanda bütün xәstәlәri vә cinә tutulmuşları İsanın yanına gәtirdilәr. 33 Bütün şәhәr әhalisi qapının yanına yığıldı. 34 İsa müxtәlif xәstәliyә tutulan çox adama şәfa verdi vә bir çox cinlәri qovdu. Amma cinlәrә danışmağa izin vermәdi, çünki onlar İsanın Kim olduğunu bilirdilәr. 35 Sәhәr alaqaranlıqda İsa qalxıb evdәn çıxdı vә kimsәsiz bir yerә gedib orada dua etdi. 36 Şimon vә onun yanındakılar İsanın ardınca düşdülәr. 37 Onu tapıb dedilәr: "Hamı Sәni axtarır". 38 İsa onlara dedi: "Gәlin başqa yerlәrә – әtrafdakı şәhәrlәrә gedәk vә orada da vәz edim, çünki Mәn bunun üçün gәlmişәm". 39 Belәliklә, İsa onların sinaqoqlarında vәz edәrәk vә cinlәri qovaraq bütün Qalileyanı gәzib-dolaşdı. 40 Bir gün cüzamlı bir adam İsanın yanına gәldi vә diz çöküb yalvardı: "Әgәr istәsәn, mәni pak edә bilәrsәn". 41 İsanın ona rәhmi gәldi. Әlini uzadıb ona toxundu vә dedi: "İstәyirәm, pak ol!" 42 Dәrhal bu adam cüzamdan sağalıb pak oldu, 43 İsa o an onu yola salıb ciddi tapşıraraq 44 belә dedi: "Bax heç kәsә bir söz demә, lakin get, özünü kahinә göstәr. Hәr kәsә şәhadәt olsun deyә sәnin cüzamdan paklandığın üçün Musanın buyurduğu tәqdimlәri apar". 45 Lakin o çıxıb bu sözü vәz edәrәk hәr yanda yaymağa başladı. Ona görә dә İsa artıq heç bir şәhәrә açıq girә bilmirdi, ancaq kәnarda, kimsәsiz yerlәrdә qalır vә adamlar hәr tәrәfdәn Onun yanına gәlirdi.
1 Bir neçә gün sonra İsa yenә Kefernahuma gәlәndә Onun evdә olma xәbәri yayıldı. 2 O qәdәr çox adam yığıldı ki, qapının yanında durmağa belә, artıq yer qalmamışdı. İsa onlara kәlamı vәz edirdi. 3 Adamlar dörd nәfәrin daşıdığı bir iflici Onun yanına gәtirdilәr. 4 Amma böyük izdihama görә onu İsaya yaxın gәtirә bilmәdilәr. Ona görә dә İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşәklә birgә aşağı endirdilәr. 5 İsa onların imanını görәndә iflic olan adama dedi: "Oğlum, günahların bağışlandı". 6 Lakin orada oturan bәzi ilahiyyatçılar ürәklәrindә belә düşündülәr: 7 "Bu Adam niyә belә danışır? Bu ki küfrdür! Tәk Allahdan başqa günahları kim bağışlaya bilәr?" 8 İsa dәrhal onların ürәyindә nә fikirlәşdiyini ruhәn dәrk edib dedi: "Niyә ürәyinizdә belә düşünürsünüz? 9 Bax hansı daha asandır? İflicә “günahların bağışlandı” demәkmi, yoxsa “Qalx, döşәyini götür vә yeri!” demәk? 10 Lakin siz bilin ki, Bәşәr Oğlunun yer üzündә günahları bağışlamaq sәlahiyyәti var" vә iflicә dedi: 11 "Sәnә deyirәm, qalx, döşәyini götür vә evinә get!" 12 Xәstә qalxdı vә dәrhal döşәyini götürәrәk hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı vә Allahı izzәtlәndirib dedi: "Biz heç vaxt belә şey görmәmişik". 13 İsa yenә gölün sahilinә çıxdı. Bütün izdiham Onun yanına toplaşdı vә O, camaata tәlim öyrәdirdi. 14 Yolu keçәndә vergi yığılan yerdә oturan Halfay oğlu Levini görüb ona dedi: "Ardımca gәl". O da durub İsanın ardınca getdi. 15 İsa Levinin evindә süfrәyә oturanda bir çox vergiyığanlarla günahkarlar gәlib Onunla vә şagirdlәri ilә birgә oturdular. Çünki İsanın ardınca gedәnlәr çox idi. 16 Fariseylәrdәn olan ilahiyyatçılar İsanın günahkarlar vә vergiyığanlarla birgә yemәk yediyini görüb Onun şagirdlәrinә dedilәr: "O niyә vergiyığanlar vә günahkarlarla birgә yemәk yeyir?" 17 İsa bunu eşidәndә onlara dedi: "Sağlamların deyil, xәstәlәrin hәkimә ehtiyacı var. Mәn salehlәri deyil, günahkarları çağırmaq üçün gәlmişәm". 18 Yәhyanın şagirdlәri vә fariseylәr oruc tuturdular. Bәzi adamlar İsanın yanına gәlib soruşdular: "Nә üçün Yәhyanın şagirdlәri vә fariseylәrin şagirdlәri oruc tutur, amma Sәnin şagirdlәrin oruc tutmur?" 19 İsa onlara cavab verdi: "Bәy yanlarında olanda sağdışı vә soldışı oruc tutarmı? Nә qәdәr ki bәy onların yanındadır, onlar oruc tutmazlar. 20 Lakin bәyin onların arasından aparılacağı günlәr gәlәcәk vә o zaman oruc tutacaqlar. 21 Heç kim köhnә paltara tәzә parçadan yamaq vurmaz. Yoxsa tәzә yamaq köhnә paltardan qopar vә yırtıq daha pis olar. 22 Heç kim tәzә şәrabı köhnә tuluqlara doldurmaz. Yoxsa şәrab tuluqları partladar, hәm şәrab, hәm dә tuluqlar zay olar. Tәzә şәrab tәzә tuluqlara doldurulmalıdır". 23 Bir Şәnbә günü İsa taxıl zәmilәri arasından keçirdi. Şagirdlәri yoldan keçәrkәn sünbüllәri qırmağa başladılar. 24 Fariseylәr Ona dedilәr: "Bәs niyә onlar Şәnbә günü qadağan olunan işlәri görürlәr?" 25 İsa onlara dedi: "Davud vә yanındakılar ac vә möhtac olanda nә etdiklәrini heç oxumamısınızmı? 26 O, baş kahin Evyatarın dövründә Allahın evinә girdi; kahinlәrdәn başqa heç kәsә yemәyә icazә verilmәyәn tәqdis çörәklәrini yedi, yanındakılara da verdi". 27 Sonra İsa onlara dedi: "İnsan Şәnbә günü üçün deyil, Şәnbә günü insan üçün yaradılıb. 28 Bax Bәşәr Oğlu Şәnbә gününün dә Sahibidir".
1 İsa yenә dә sinaqoqa girdi. Orada әli qurumuş bir adam var idi. 2 Bәzi adamlar İsanı ittiham etmәk mәqsәdi ilә Ona göz qoyurdular ki, görsünlәr, bu adama Şәnbә günü şәfa verәcәk ya yox. 3 İsa әli qurumuş adama dedi: "Qabağa çıx!" 4 Sonra İsa onlara dedi: "Hansına icazә var, Şәnbә günü yaxşılıq, yoxsa pislik etmәyә, kiminsә canını xilas etmәyә, yoxsa öldürmәyә?" Onlar isә susurdu. 5 İsa әtrafındakılara qәzәblә baxdı vә onların inadkar ürәkli olduqlarına görә kәdәrlәnib o adama dedi: "Әlini uzat!" O, әlini uzatdı vә әli әvvәlki halına qayıtdı. 6 Fariseylәr çıxıb İsanı necә mәhv etmәk barәdә dәrhal hirodçularla mәslәhәtlәşdilәr. 7 İsa şagirdlәri ilә birgә gölün bir tәrәfinә çәkildi. Onun ardınca isә Qalileyadan böyük izdiham gәldi. 8 İsanın etdiklәrini eşidәndә Onun yanına Yәhudeyadan, Yerusәlimdәn, İdumeyadan, İordan çayının o biri tayından, Sur vә Sidon bölgәsindәn çoxlu adam gәldi. 9 İsa izdiham Onu sıxışdırmasın deyә şagirdlәrindәn xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar. 10 Çünki O, çox adama şәfa vermişdi. Buna görә bütün xәstәlәr Ona toxunmaq üçün can atırdılar. 11 Natәmiz ruhlar İsanı görәndә önündә yerә sәrilib ucadan çığırırdılar: "Sәn Allahın Oğlusan!" 12 Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu demәsinlәr. 13 İsa dağa çıxaraq Özü istәdiyi adamları yanına çağırdı vә onlar yanına gәldilәr. 14 İsa on iki nәfәri hәvari adlandıraraq tәyin etdi ki, bu adamlar Onun yanında olsun, hәm dә onları vәz etmәyә göndәrsin, 15 hәmçinin cinlәri qovmaq sәlahiyyәtinә malik olsunlar. 16 Belәliklә, İsa bu on iki nәfәri tәyin etdi: Peter adlandırdığı Şimon, 17 Bene-Rageş, yәni "İldırım oğulları"adlandırdığı Zavday oğlu Yaqub vә Yaqubun qardaşı Yәhya, 18 Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kәnançı Şimon 19 vә İsaya xәyanәt edәn Yәhuda İskaryot. 20 Sonra İsa evә getdi. Yenә dә izdiham yığıldığına görә onlar yemәyә belә, imkan tapa bilmәdilәr. 21 İsanın ailә üzvlәri bu barәdә eşidәndә Onu aparmağa gәldilәr. Çünki fikirlәşirdilәr ki, O, ağlını itirib. 22 Yerusәlimdәn gәlәn ilahiyyatçılar isә deyirdi: "O, Baal-Zevula tutulub, cinlәrin başçısının gücü ilә cinlәri qovur". 23 İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barәdә mәsәllәrlә danışdı: "Şeytan Şeytanı necә qova bilәr? 24 Әgәr bir padşahlıq öz daxilindәn bölünübsә, davam gәtirmәz. 25 Әgәr bir ev öz daxilindәn bölünübsә, davam gәtirmәz. 26 Şeytan da özünә qarşı qalxıb öz-özünә bölünübsә, davam gәtirmәz, yalnız axırı çatar. 27 Heç kim güclü adamın evinә girib әvvәlcә onun әl-qolunu bağlamadan onun malını qarәt edә bilmәz. Gәrәk o adamın әvvәlcә әl-qolunu bağlasın, sonra evini qarәt etsin. 28 Sizә doğrusunu deyirәm: bütün günahlar vә nә qәdәr küfr söylәnәrsә, bәşәr övladlarına bağışlanacaq. 29 Lakin kim Müqәddәs Ruha küfr edәrsә, heç vaxt bağışlanmayacaq vә günahı boynunda әbәdi qalacaq". 30 İsa bunu "Onda natәmiz ruh var" dediklәrinә görә söylәdi. 31 İsanın anası vә qardaşları gәldi. Onlar bayırda durdular vә İsanın yanına xәbәr göndәrib Onu çağırdılar. 32 Bir kütlә adam İsanın әtrafında oturmuşdu. Ona xәbәr verdilәr: "Budur, anan vә bacı-qardaşların bayırda durub Sәni istәyirlәr". 33 İsa onlara cavab verdi: "Mәnim anam vә qardaşlarım kimdir?" 34 Sonra әtrafında oturanlara baxaraq dedi: "Mәnim anam vә qardaşlarım bunlardır. 35 Çünki kim Allahın iradәsini yerinә yetirirsә, Mәnim qardaşım, bacım vә anam odur".
1 İsa gölün sahilindә yenә xalqa tәlim öyrәtmәyә başladı. Yanına elә böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içәrisindә oturdu. Bütün izdiham isә gölün sahilindә dayanmışdı. 2 İsa onlara mәsәllәrlә bir çox şey öyrәdәrәk Öz tәlimindә belә dedi: 3 "Qulaq asın: bir әkinçi toxum sәpmәyә çıxdı. 4 Sәpin zamanı toxumlardan bәzisi yol kәnarına düşdü vә quşlar gәlib onları dәnlәdi. 5 Bәzisi torpağı çox olmayan daş-kәsәkli yerә düşdü. Torpağı dәrin olmadığına görә tez cücәrdilәr. 6 Lakin günәş doğanda qarsalandı vә kökü olmadığına görә qurudu. 7 Bәzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu vә bu toxumlar bar vermәdi. 8 Başqaları isә münbit torpağa düşdü. Ona görә dә böyüyüb artdı vә bәzisi otuz, bәzisi altmış, bәzisi dә yüz qat sәmәrә verdi". 9 Daha sonra İsa dedi: "Eşitmәyә qulağı olan eşitsin!" 10 İsa tәk qalanda On İki şagird vә әtrafında olanlar mәsәllәrin izahını soruşdular. 11 O onlara dedi: "Allahın Padşahlığının sirri sizә açılmışdır, amma kәnarda olanlara hәr şey mәsәllәrlә deyilir. 12 Belә ki “Gördükcә görsünlәr, amma qanmasınlar, Eşitdikcә eşitsinlәr, amma anlamasınlar, Yoxsa onlar dönüb bağışlanar”". 13 İsa onlara dedi: "Siz bu mәsәli anlamırsınızmı? Bәs bütün mәsәllәri necә başa düşәcәksiniz? 14 Әkinçi Allahın kәlamını әkir. 15 Daxilinә kәlam әkilәn bәzi insanlar yol kәnarına düşәn toxumlara bәnzәyir. Bunlar kәlamı eşidәndә dәrhal Şeytan gәlib әkilәn kәlamı götürüb aparır. 16 Daş-kәsәkli yerlәrә sәpilәn bunlardır: kәlamı eşidәndә dәrhal sevinclә qәbul edirlәr. 17 Lakin onlarda kök olmadığına görә dözümlәri az olur, kәlama görә әziyyәt vә tәqibә mәruz qalan kimi yıxılırlar. 18 Tikanlar arasına sәpilәn başqaları isә bunlardır: kәlamı eşidirlәr, 19 lakin bu dövrün qayğıları, var-dövlәtin aldadıcılığı vә başqa şeylәrә olan ehtiraslar araya girib kәlamı boğur vә kәlam barsız olur. 20 Münbit torpağa sәpilәnlәrsә bunlardır: onlar kәlamı eşidib qәbul edir, bәzisi otuz, bәzisi altmış, bәzisi isә yüz qat sәmәrә verir". 21 İsa onlara dedi: "Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gәtirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi? 22 Elә gizli bir şey yoxdur ki, aşkara çıxmasın vә elә örtülü bir şey yoxdur ki, aydın olmasın. 23 Eşitmәyә qulağı olan eşitsin!" 24 İsa yenә onlara dedi: "Eşitdiyinizә diqqәt edin: hansı ölçü ilә ölçsәniz, sizin üçün dә eyni ölçü ilә ölçülәcәk vә daha artıq verilәcәk. 25 Çünki kimin varıdırsa, ona daha çox verilәcәk. Amma kimin yoxudursa, әlindә olan da ondan alınacaq". 26 Sonra İsa dedi: "Allahın Padşahlığı torpağa toxum sәpәn әkinçiyә bәnzәyir. 27 O, gecә yatır, gündüz qalxır. Toxum cücәrib boy atır, amma әkinçi bunun necә baş verdiyini bilmir. 28 Torpaq özü bar gәtirir. Әvvәl cücәrti çıxır, sonra sünbül, daha sonra sünbülün dәnlәri irilәşib yetişir. 29 Mәhsul yetişәndә әkinçi dәrhal oraq vurur, çünki biçin vaxtı gәlmişdir". 30 Sonra İsa belә dedi: "Allahın Padşahlığını nәyә bәnzәdәk? Onu hansı mәsәllә göstәrәk? 31 O, xardal toxumuna bәnzәyir ki, yer üzündә torpağa әkilәn toxumların әn kiçiyi olsa da, 32 әkilәndәn sonra böyüyüb bütün bostan bitkilәrindәn hündür olur. O qәdәr böyük qol-budaq atır ki, göydә uçan quşlar onun kölgәsindә yuva qura bilәr". 33 İsa xalqın başa düşәcәyi dәrәcәdә buna bәnzәr çoxlu mәsәllәrlә kәlam söylәyirdi; 34 onlara mәsәlsiz söz demәzdi. Amma Öz şagirdlәri ilә tәk qalanda hәr şeyi izah edirdi. 35 Hәmin gün axşam düşәndә İsa şagirdlәrinә dedi: "Gәlin o biri sahilә keçәk". 36 Şagirdlәr camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgә apardılar; onun yanında başqa qayıqlar da var idi. 37 Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elә hücum çәkdi ki, su artıq onun içinә doldu. 38 İsa qayığın arxa tәrәfindә başını yastığa qoyub yatırdı. Şagirdlәr Onu oyadaraq dedilәr: "Müәllim! Axı biz hәlak oluruq! Bu Sәni narahat etmirmi?" 39 İsa durub külәyә qadağan etdi vә gölә dedi: "Sus, sakit ol!" Külәk dayandı vә dәrin sükut çökdü. 40 İsa onlara dedi: "Niyә qorxursunuz? Hәlә imanınız yoxdurmu?" 41 Onlar dәhşәtә düşüb bir-birindәn soruşdular: "Bu Adam kimdir ki, külәk dә, göl dә Ona itaәt edir?"
1 Onlar gölün o biri sahilindә yerlәşәn Gerasalıların diyarına getdilәr. 2 İsa qayıqdan düşәn kimi qәbir mağaralarından natәmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı. 3 O, mağaralarda yaşayırdı vә heç kim onu hәtta zәncirlәyәrәk saxlaya bilmirdi. 4 Neçә dәfә ona buxov, zәncir vurmuşdular, lakin o, zәncirlәri qırmış, buxovları parçalamışdı. Heç kәsin onu sakit etmәyә gücü çatmırdı. 5 Hәmişә, gecә-gündüz qәbiristanlıqda, dağlarda çığırır vә özünü daşlarla yaralayırdı. 6 O, İsanı uzaqdan görәndә qaçıb Ona sәcdә qıldı, 7 bәrkdәn çığıraraq dedi: "Ey İsa, Allah-Taalanın Oğlu, mәndәn nә istәyirsәn? Sәni and verirәm Allaha, mәnә iztirab vermә!" 8 Çünki İsa ona demişdi: "Ey natәmiz ruh, bu adamdan çıx!" 9 Sonra İsa ondan soruşdu: "Sәnin adın nәdir?" O cavab verdi: "Mәnim adım Qoşundur, çünki biz çoxuq". 10 Ruhları bu diyardan qovmasın deyә o, İsaya çox yalvardı. 11 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. 12 Natәmiz ruhlar İsaya yalvardılar: "Bizi donuzlara göndәr ki, onların içinә girәk". 13 İsa onlara izin verdi. Natәmiz ruhlar adamdan çıxıb donuzların içinә girdi. İki minәdәk sürü dә uçurumdan aşağı, gölә atılıb orada boğuldu. 14 Donuz otaranlar qaçıb bu xәbәri şәhәr vә kәndlәrdә yaydılar. Camaat nә baş verdiyinә tamaşa etmәyә gәldi. 15 Onlar İsanın yanına gәldilәr, әvvәlcә bir qoşun cinә tutulmuş adamın geyinmiş vә ağıllanmış oturduğunu görüb qorxuya düşdülәr. 16 Hadisәni görәnlәr cinә tutulmuş adamın başına gәlәnlәr vә donuzlar haqqında camaata söylәdilәr. 17 İsaya yalvarmağa başladılar ki, onların bölgәsindәn çıxsın. 18 İsa qayığa minәndә әvvәlcә cinә tutulmuş adam Ona yalvardı ki, İsanın yanında qalsın. 19 İsa ona izin vermәdi, amma dedi: "Evinә, qohum-әqrәbanın yanına get, Rәbbin sәnә etdiyi hәr şeyi vә sәnә necә mәrhәmәt göstәrdiyini onlara danış". 20 Bu adam da gedib İsanın ona etdiyi hәr şeyi Dekapolis bölgәsindә yaymağa başladı vә hamı heyrәtlәndi. 21 İsa yenә qayıqla o biri sahilә keçәndә yanına böyük bir izdiham yığıldı. O, gölün sahilindә idi. 22 Sinaqoq rәislәrindәn Yair adlı bir adam gәlib İsanı görәndә ayaqlarına düşdü. 23 Ona çox yalvarıb dedi: "Qızcığazım can üstündәdir. Gәl әllәrini onun üstünә qoy ki, sağalıb yaşasın". 24 İsa da onunla birlikdә getdi. Ardınca böyük bir izdiham gedәrәk hәr tәrәfdәn Onu sıxışdırırdı. 25 Orada on iki il qanaxma xәstәliyinә tutulan bir qadın var idi. 26 O, neçә hәkimin әlindәn xeyli әzab çәkmiş, bütün varını buna sәrf etsә dә, vәziyyәti yaxşılaşmamış, daha da pislәşmişdi. 27 Bu qadın İsa haqqında eşidib izdihamın içindәn keçәrәk Onun arxasından gәldi vә Onun paltarına toxundu. 28 Çünki bu cür düşünürdü: "Heç olmasa paltarına toxunsam, sağalaram". 29 Dәrhal onun qanaxması kәsildi vә bildi ki, bәdәnindәki xәstәlikdәn sağaldı. 30 İsa dәrhal bildi ki, Ondan bir qüvvәt çıxdı vә izdihamın içindә dönüb soruşdu: "Paltarıma toxunan kim idi?" 31 Şagirdlәri Ona cavab verdilәr: "Görürsәn ki, izdiham Sәni sıxışdırır. Necә soruşa bilәrsәn ki, Mәnә toxunan kim idi?" 32 Bunu edәni görmәk üçün İsa әtrafa baxdı. 33 Qadın isә özünә nә olduğunu bildi. Qorxudan titrәyәrәk gәlib İsanın ayağına düşdü vә bütün hәqiqәti Ona söylәdi. 34 İsa da ona dedi: "Qızım, imanın sәni xilas etdi. Arxayın get vә xәstәliyindәn sağal". 35 İsa hәlә danışırdı ki, sinaqoq rәisinin evindәn adamlar gәlib dedi: "Qızın öldü. Daha Müәllimi niyә narahat edirsәn?" 36 Lakin İsa bu sözә mәhәl qoymayaraq sinaqoq rәisinә dedi: "Qorxma, yalnız iman et!" 37 O, Peter, Yaqub vә Yaqubun qardaşı Yәhyadan başqa heç kimi ardınca gәlmәyә qoymadı. 38 Onlar sinaqoq rәisinin evinә gәlәndә İsa çox hay-küy, ağlaşıb nalә çәkәnlәr gördü. 39 İsa içәri girәndә onlara dedi: "Niyә hay-küy salıb ağlaşırsınız? Uşaq ölmәyib, sadәcә olaraq yatıb". 40 Onlar İsaya güldülәr. Belә olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata vә anasını, Özü ilә gәlәnlәri götürüb uşaq olan yerә girdi. 41 İsa uşağın әlindәn tutub dedi: "Talita qum!" Bunun mәnası belәdir: "Qızcığaz, sәnә deyirәm: qalx!" 42 On iki yaşlı qız dәrhal qalxıb gәzmәyә başladı. O an oradakılar tamamilә mat qaldı. 43 İsa onlara qadağan etdi ki, bunu heç kәs bilmәsin vә sonra dedi ki, qıza yemәk versinlәr.
1 İsa oradan ayrılıb doğma yurduna gәldi. Şagirdlәri dә Onun ardınca gәlirdi. 2 Şәnbә günü olanda O, sinaqoqda tәlim öyrәtmәyә başladı. Onu dinlәyәn adamların çoxu tәәccüblәnәrәk dedi: "Bu Adamda belә şeylәr haradandır? Bu necә hikmәtdir Ona verilib? Bu cür möcüzәlәr Onun әlindәn necә gәlir? 3 Bu Adam hәmin dülgәr deyilmi? Mәryәmin oğlu, Yaqubun, Yusifin, Yәhudanın vә Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?" Onların İsaya acığı tutdu. 4 İsa onlara dedi: "Bir peyğәmbәrә öz yurdundan, qohum-әqrәbaları arasından vә öz evindәn başqa heç bir yerdә xor baxmazlar". 5 Orada heç bir möcüzә yarada bilmәdi, yalnız bir neçә xәstәnin üzәrinә әl qoyub şәfa verdi. 6 İsa onların imansızlığına heyrәt edirdi. Sonra әtraf kәndlәrdә tәlim öyrәdәrәk oraları gәzib-dolaşdı. 7 İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndәrmәyә başladı vә onlara natәmiz ruhlar üzәrindә sәlahiyyәt verdi. 8 Onlara tapşırdı ki, yol üçün әsadan başqa heç nә – nә çörәk, nә torba, nә dә qurşaqlarında pul götürsünlәr, 9 ayaqlarına sәndәl geysәlәr dә, әyinlәrinә iki köynәk geyinmәsinlәr. 10 İsa onlara dedi: "Harada bir evә girsәniz, çıxanacan orada qalın. 11 Harada sizi qәbul etmәyib sizә qulaq asmaq istәmәzlәrsә, oradan ayrılarkәn onlara qarşı şәhadәt olsun deyә ayaqlarınızın tozunu çırpın". 12 Onlar da yola düşdülәr vә vәz edәrәk insanları tövbәyә çağırdılar. 13 Çoxlu cin çıxartdılar, yağla mәsh edәrәk çox xәstәyә şәfa verdilәr. 14 Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilәr: "Vәftiz edәn Yәhya ölülәr arasından dirilib. Buna görә dә O, möcüzәlәr yaradır". 15 Digәrlәri isә deyirdi: "Bu, İlyasdır". Bәzilәri dә deyirdi: "Keçmişdәki peyğәmbәrlәrdәn birinә oxşar bir peyğәmbәrdir". 16 Amma Hirod bunu eşidәndә dedi: "Bu, boynunu vurdurduğum Yәhyadır, dirilib!" 17 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görә Yәhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünә arvad olaraq almışdı 18 vә Yәhya Hiroda demişdi: "Qardaşının arvadını almaq sәnә qadağandır". 19 Hirodiya Yәhyaya qarşı kin saxlayıb onu öldürmәk niyyәtinә düşmüşdü, amma bunu edә bilmirdi. 20 Çünki Hirod Yәhyanın saleh vә müqәddәs bir adam olduğunu bildiyinә görә ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq onu hәvәslә dinlәyirdi. 21 Bir gün Hirodiyanın әlinә yaxşı bir fürsәt düşdü. Hirod ad günündә әyanlarına, minbaşılar vә Qalileyanın nüfuzlu şәxslәrinә ziyafәt verdi. 22 Ziyafәt zamanı Hirodiyanın qızı içәri daxil olub rәqs etdi. Bu, Hirodun vә qonaqlarının xoşuna gәldi. Padşah qıza dedi: "Ürәyin istәyәni mәndәn dilә, mәn dә sәnә verim". 23 Sonra möhkәm and içәrәk yenә dedi: "Mәndәn hәr nә istәsәn, hәtta padşahlığımın yarısını belә, istәsәn, sәnә verәcәyәm". 24 Qız isә çıxıb anasından soruşdu: "Mәn nә istәmәliyәm?" O cavab verdi: "Vәftiz edәn Yәhyanın başını". 25 Qız o saat padşahın yanına qaçdı vә öz istәyini dedi: "İstәyirәm ki, Vәftizçi Yәhyanın başını dәrhal bir sini içindә mәnә verәsәn". 26 Padşahı dәrin kәdәr bürüdü, amma içdiyi andlara vә qonaqlara görә qızın sözünü yerә salmaq istәmәdi. 27 Padşah dәrhal bir cәllad göndәrib Yәhyanın başını gәtirmәyi әmr etdi. Cәllad gedib zindanda Yәhyanın boynunu vurdu 28 vә onun başını bir sini içindә gәtirib qıza verdi. Qız da onu anasına verdi. 29 Yәhyanın şagirdlәri isә bunu eşidәndә gәlib onun cәsәdini götürdü vә qәbirә qoydular. 30 Hәvarilәr İsanın yanına yığıldı vә gördüklәri işlәr, öyrәtdiklәri tәlim haqqında Ona nәql etdilәr. 31 İsa onlara dedi: "Gәlin kimsәsiz yerdә bir az dincәlin". Çünki gәlib-gedәn çox olduğundan yemәk yemәyә belә, vaxt tapmırdılar. 32 Onlar da ayrılıb qayığa minәrәk tәkbaşına kimsәsiz bir yerә getdilәr. 33 Gedәrkәn camaat onları gördü vә çoxu tanıdı; bütün şәhәrlәrdәn axışıb piyada getdilәr, onlardan qabaq oraya çatdılar. 34 İsa sahilә düşәndә böyük bir izdiham gördü vә onlara rәhmi gәldi. Çünki onlar çobansız qoyunlara bәnzәyirdi. İsa onlara çox şeylәr haqqında tәlim öyrәtmәyә başladı. 35 Vaxt keçirdi. Şagirdlәri gәlib İsaya dedilәr: "Bura çöllükdür, artıq gecdir. 36 Camaatı burax, qoy gedib әtrafdakı kәnd vә obalardan özlәrinә bir şey alıb yesin". 37 Amma İsa onlara cavab verdi: "Onlara yemәyi siz verin". Şagirdlәr İsaya dedi: "Bәlkә gedib iki yüz dinarlıq çörәk alaq vә onlara verәk ki, yesinlәr?" 38 Amma İsa onlara dedi: "Gedin baxın, neçә çörәyiniz var?" Onlar da baxıb dedilәr: "Beş çörәk vә iki balığımız var". 39 İsa onlara әmr etdi ki, camaatı dәstә-dәstә göy otların üstündә oturtsunlar. 40 Camaat yüz-yüz, әlli-әlli dәstә şәklindә oturdular. 41 İsa beş çörәyi vә iki balığı götürüb göyә baxaraq şükür duası etdi. Sonra çörәyi bölüb şagirdlәrinә verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü. 42 Hamı yeyib-doydu. 43 Artıq qalan çörәk vә balıq hissәlәrini yığdılar, on iki zәnbil doldu. 44 Çörәklәri yeyәn kişilәrin sayı beş min nәfәr idi. 45 Bundan dәrhal sonra İsa camaatı evlәrinә göndәrәrkәn şagirdlәrinә dә qayığa minib Özündәn әvvәl o biri sahilә – Bet-Saydaya keçmәlәrini mәcbur etdi. 46 İsa camaatı yola salandan sonra dua etmәk üçün dağa çıxdı. 47 Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tәk dayanmışdı. 48 O gördü ki, şagirdlәri güclә avar çәkir, çünki külәk onlara qarşı әsirdi. Gecәnin dördüncü növbәsi İsa gölün üstü ilә yeriyәrәk onların yanına gәldi vә onları keçmәk istәdi. 49 Şagirdlәr isә İsanın gölün üstü ilә yeridiyini görәndә Onu bir kabus bilib qışqırdılar. 50 Çünki hamı Onu görüb lәrzәyә düşmüşdü. Lakin bu anda İsa onlara müraciәt edib dedi: "Cәsarәtli olun, Mәnәm, qorxmayın!" 51 Qayığa minib onlara qoşuldu. Külәk dә sakitlәşdi. Hamı tamamilә mat qaldı. 52 Çünki inadkar ürәkli olduqlarına görә çörәklә bağlı işi hәlә dә başa düşmәmişdilәr. 53 İsa vә şagirdlәr gölü keçib Ginesar sahilinә çatdılar vә qayığı bağladılar. 54 Onlar qayıqdan düşәn kimi camaat İsanı tanıdı 55 vә qaçıb әtraf yerlәri gәzib-dolaşdılar. İsanın harada olduğunu eşidәndә xәstәlәri yataqlar üstündә oraya gәtirmәyә başladılar. 56 İsanın getdiyi hәr yerdә – kәndlәrdә, şәhәrlәrdә, obalarda xәstәlәri gәtirib meydanlara qoyurdular. Xәstәlәr heç olmasa İsanın paltarının әtәyinә toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.
1 Fariseylәr vә Yerusәlimdәn gәlәn bәzi ilahiyyatçılar İsanın yanına yığıldılar. 2 Onlar gördülәr ki, İsanın şagirdlәrindәn bәzisi murdar әllәrlә, yәni әllәrini yumamış çörәk yeyirlәr. 3 Fariseylәr vә bütün Yәhudilәr ağsaqqallardan qalan adәt-әnәnәyә әmәl edәrәk әllәrini yaxşı-yaxşı yumadan yemәk yemәzlәr. 4 Onlar bazardan gәlәndә yuyunmadan heç nә yemәzlәr. Hәmçinin bir sıra başqa adәt-әnәnәlәrә dә әmәl edәrlәr. Belә ki onlar kasaları, dolçaları, tunc qazanları vә yataqları yuyub paklayarlar. 5 Fariseylәr vә ilahiyyatçılar İsadan soruşdular: "Nә üçün şagirdlәrin ağsaqqallardan qalan adәt-әnәnәyә görә yaşamayaraq murdar әllәrlә çörәk yeyirlәr?" 6 İsa onlara dedi: "Yeşaya peyğәmbәr siz ikiüzlülәr üçün nә yaxşı söylәyib! Yazıldığı kimi: “Bu xalq dodaqları ilә Mәnә hörmәt edir, Amma qәlblәri Mәndәn uzaqdır. 7 Boş yerә Mәnә sәcdә edirlәr, İnsan әmrlәrindәn çıxardıqları tәlimlәri öyrәdirlәr”. 8 Siz Allahın әmrini atıb insan adәt-әnәnәsini tutursunuz". 9 Sonra İsa onlara dedi: "Öz adәt-әnәnәnizi bәrqәrar etmәk üçün Allahın әmrini kәnara atmağı necә dә yaxşı bacarırsınız! 10 Çünki Musa belә әmr etdi: “Ata-anana hörmәt et” vә “Atasını yaxud anasını söyәn adam öldürülmәlidir”. 11 Siz isә deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹mәndәn umduğun yardım qurban oldu›, yәni ‹Allaha hәsr olundu› desә”, 12 onda hәmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin. 13 Bununla da siz nәsildәn-nәslә ötürdüyünüz adәt-әnәnәnizlә Allahın kәlamını heç edirsiniz. Axı buna bәnzәr çox işlәr görürsünüz". 14 İsa yenә camaatı yanına çağırıb onlara dedi: "Hamınız Mәnә qulaq asın vә dәrk edin. 15 Kәnardan insanın daxilinә girәn heç bir şey insanı murdar edә bilmәz. Amma insanı murdar edәn şeylәr daxilindәn çıxanlardır." 16 Эса ҹамаатдан ајрэлэб евж ҝжлжндж юаҝирдлжри бу мжсжл баржсиндж Ондан соруюду. 17 İsa camaatdan ayrılıb evә gәlәndә şagirdlәri bu mәsәl barәsindә Ondan soruşdu. 18 İsa onlara cavab verdi: "Siz dә hәlә dәrk etmәmisiniz? Başa düşmürsünüz ki, kәnardan insanın daxilinә girәn hәr bir şey insanı murdar edә bilmәz? 19 Çünki daxil olan şeylәr onun ürәyinә deyil, qarnına gedir vә ifraz olunur". İsa bununla bütün yemәklәrin tәmiz olduğunu bәyan etdi. 20 İsa sözünә davam etdi: "İnsanı murdar edәn insandan çıxandır. 21 Çünki insanların daxilindәn, ürәyindәn pis fikirlәr, cinsi әxlaqsızlıq, oğurluq, qatillik, 22 zinakarlıq, tamahkarlıq, şәr әmәllәr, hiylә, pozğunluq, paxıllıq, küfr, lovğalıq vә ağılsızlıq çıxar. 23 Bütün bu pis işlәr insan daxilindәn çıxıb onu murdar edir". 24 İsa oradan ayrılıb Sur bölgәsinә getdi. O bir evә girdi vә istәmәdi ki, harada olduğunu bilәn olsun. Amma bunu gizlәdә bilmәdi. 25 Bir qadının kiçikyaşlı qızı natәmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xәbәr tutan kimi gәlib Onun ayaqlarına düşdü. 26 Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın. 27 İsa ona dedi: "Qoy әvvәl uşaqlar doysun, çünki uşaqların çörәyini götürüb itlәrә atmaq düzgün olmaz". 28 Qadın isә Ona cavab verdi: "Ya Rәbb, axı itlәr dә uşaqların süfrә altına tökdüyü qırıntılardan yeyir". 29 İsa qadına dedi: "Get, sәnin bu sözünә görә cin qızını tәrk etdi". 30 Qadın evinә gәlәndә gördü ki, qızı yatağında uzanıb vә cin ondan çıxıb. 31 İsa yenә Sur bölgәsindәn çıxdı, Sidonu keçdi vә Dekapolis bölgәsindәn keçәrәk Qalileya gölünә çatdı. 32 Bir kar vә pәltәk adamı İsanın yanına gәtirdilәr vә yalvardılar ki, әlini onun üzәrinә qoysun. 33 İsa hәmin adamı camaatdan ayırıb başqa bir yerә apardı vә barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinә toxundu. 34 Göyә baxdı, ah çәkәrәk ona dedi: "Effata!", yәni "Açıl!" 35 O anda bu adamın hәm qulaqları açıldı, hәm dә dilinin bağlılığı düşdü vә o aydın danışmağa başladı. 36 İsa bunu görәnlәrә qadağan etdi ki, bu barәdә heç kimә heç nә demәsinlәr. Lakin nә qәdәr çox qadağan etsә dә, o qәdәr çox xәbәr yaydılar. 37 Hamı hәdsiz tәәccüblәnәrәk dedi: "Hәr işin öhdәsindәn yaxşı gәlir: hәm karların qulağını, hәm dә lalların dilini açır".
1 O günlәr yenә böyük izdiham toplaşdı. Onların yemәklәri olmadığı üçün İsa şagirdlәri yanına çağırıb dedi: 2 "Bu camaata yazığım gәlir, çünki üç gündür ki, yanımdadırlar vә yemәyә heç nәlәri yoxdur. 3 Әgәr onları evlәrinә ac yola salsam, yolda taqәtdәn düşәrlәr. Onların bәzisi uzaqdan gәlib". 4 Şagirdlәri Ona cavab verdilәr: "Kimsә bu çöllükdә haradan çörәk tapa bilәr ki, bu qәdәr insanı doydursun?" 5 İsa onlardan soruşdu: "Neçә çörәyiniz var?" Onlar dedilәr: "Yeddi". 6 Onda İsa camaata әmr etdi ki, yerә otursunlar. Yeddi çörәyi götürdü vә şükür edәrәk bölüb paylamaq üçün şagirdlәrinә verdi. Şagirdlәr dә camaata payladı. 7 Onların bir neçә kiçik balığı da var idi vә İsa şükür duası edәndәn sonra bunları da paylamağı әmr etdi. 8 Camaat yeyib-doydu. Artıq qalan hissәlәri yığdılar, yeddi sәbәt doldu. 9 Orada dörd minә yaxın adam var idi. İsa onları yola saldı. 10 O, şagirdlәri ilә birlikdә dәrhal qayığa minib Dalmanuta bölgәsinә getdi. 11 Fariseylәr İsanın yanına gәlib onunla mübahisә etmәyә başladı. Onu sınamaq üçün istәdilәr ki, göydәn gәlәn bir әlamәt göstәrsin. 12 O, ürәyindә dәrin bir ah çәkib dedi: "Niyә bu nәsil әlamәt axtarır? Sizә doğrusunu deyirәm: bu nәslә heç bir әlamәt verilmәyәcәk". 13 Sonra onları tәrk edib yenә qayığa mindi vә o biri sahilә tәrәf üzdü. 14 Şagirdlәri çörәk götürmәyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dәnә çörәyi var idi. 15 İsa onlara xәbәrdarlıq edәrәk dedi: "Ehtiyatlı olun, fariseylәrin mayasından vә Hirodun mayasından özünüzü gözlәyin". 16 Şagirdlәr isә öz aralarında danışıb deyirdilәr: "Bunu çörәyimiz olmadığı üçün deyir". 17 İsa bunu bilәrәk onlara dedi: "Nә üçün çörәyinizin yoxluğundan danışırsınız? Hәlә dәrk etmirsinizmi, başa düşmürsünüzmü? Niyә ürәyiniz inadkardır? 18 Gözlәriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Mәgәr yadınızdan çıxıb? 19 Mәn beş çörәyi beş min nәfәrin arasında bölüb paylayanda yemәk tikәlәrindәn neçә zәnbil doldurdunuz?" Onlar dedilәr: "On iki". 20 "Yeddi çörәyi dörd min nәfәrin arasında bölüb paylayanda çörәk tikәlәrindәn neçә sәbәt doldurdunuz?" Onlar dedilәr: "Yeddi". 21 İsa onlara dedi: "Hәlә başa düşmәmisinizmi?" 22 Onlar Bet-Saydaya gәldilәr. Bәzi adamlar İsanın yanına bir kor adam gәtirdilәr vә İsa bu adama toxunsun deyә Ona yalvardılar. 23 İsa korun әlindәn tutub kәnddәn kәnara apardı. Sonra onun gözlәrinә tüpürüb әllәrini onun üzәrinә qoydu vә soruşdu: "Bir şey görürsәnmi?" 24 Kor yuxarı baxıb dedi: "Adamlar görürәm, ağaclara oxşayır, amma yeriyirlәr". 25 Onda İsa әllәrini yenidәn bu adamın gözlәrinin üstünә qoydu. Kor adam gözlәrini açıb baxdı. O şәfa tapdı vә hәr şeyi aydın görmәyә başladı. 26 İsa onu evinә göndәrdi vә dedi: "Kәndә belә, girmә". 27 İsa şagirdlәri ilә birgә Filip Qeysәriyyәsinin kәndlәrinә tәrәf yollandı. Yolda şagirdlәrindәn soruşdu: "Adamların dediyinә görә Mәn kimәm?" 28 Şagirdlәri Ona belә cavab verdilәr: "Bәzilәri Vәftizçi Yәhya, başqaları İlyas, digәrlәri isә deyirlәr ki, peyğәmbәrlәrdәn birisәn". 29 İsa onlardan soruşdu: "Bәs siz nә deyirsiniz? Sizcә Mәn kimәm?" Peter Ona cavab verdi: "Sәn Mәsihsәn". 30 İsa şagirdlәrinә qadağan etdi ki, Onun haqqında heç kәsә danışmasınlar. 31 İsa onlara tәlim öyrәtmәyә başladı: "Bәşәr Oğlu çox әzab çәkmәli, ağsaqqallar, başçı kahinlәr vә ilahiyyatçılar tәrәfindәn rәdd olunmalı, öldürülmәli vә üç gündәn sonra dirilmәlidir". 32 İsa bu sözlәri aydın deyirdi. Peter isә Onu bir kәnara çәkib etiraz etmәyә başladı. 33 Amma İsa dönüb şagirdlәrinә baxdı vә Peterә etiraz etdi: "Çәkil qarşımdan, Şeytan! Sәn Allahın işlәri haqqında deyil, insan әmәllәri barәsindә fikirlәşirsәn". 34 İsa şagirdlәri ilә birgә camaatı da yanına çağırıb belә dedi: "Әgәr bir kәs Mәnim ardımca gәlmәk istәyirsә, özündәn imtina etsin vә çarmıxını götürüb ardımca gәlsin. 35 Kim canını xilas etmәk istәyirsә, onu itirәcәk, amma kim Mәnimlә Müjdә uğrunda canını itirirsә, onu xilas edәcәk. 36 İnsana bütün dünyanı qazanıb canını itirmәyinin nә xeyri var? 37 İnsan öz canının әvәzinә nә verә bilәr? 38 Bu vәfasız vә günahkar nәsil arasında kim Mәndәn vә Mәnim sözlәrimdәn utanarsa, Bәşәr Oğlu da Atasının izzәti içindә müqәddәs mәlәklәrlә birgә gәlәndә o adamdan utanacaq".
1 İsa onlara dedi: "Sizә doğrusunu deyirәm: burada duranlardan bәzisi Allahın Padşahlığının qüdrәtli gәlişini görmәdәn ölmәyәcәk". 2 Altı gündәn sonra İsa Özü ilә yalnız Peter, Yaqub vә Yәhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dәyişdi. 3 Onun libası göz qamaşdırıcı ağ rәng aldı. Yer üzündә heç bir paltar tәmizlәyәn onu belә ağ edә bilmәzdi. 4 O an İlyas vә Musa onlara göründü. Onlar İsa ilә söhbәt edirdi. 5 Peter sözә başlayıb İsaya dedi: "Rabbi! Nә yaxşı ki biz buradayıq. Gәl üç çardaq quraq, biri Sәnin, biri Musa, biri dә İlyas üçün". 6 O bilmirdi ki, nә desin, çünki onları dәhşәt bürümüşdü. 7 Bu zaman bir bulud onların üzәrinә kölgә saldı. Buluddan bir sәs gәldi: "Bu Mәnim sevimli Oğlumdur, Ona qulaq asın!" 8 Birdәn әtrafa baxanda artıq yanlarında İsadan başqa kimsәni görmәdilәr. 9 Dağdan enәrkәn İsa şagirdlәrinә qadağan etdi ki, Bәşәr Oğlu ölülәr arasından dirilәnә qәdәr orada gördüklәrini heç kimә demәsinlәr. 10 Onlar da bu sözü ürәklәrindә saxladılar, amma bir-birlәrindәn soruşdular ki, ölülәr arasından dirilmәk nә demәkdir. 11 Ondan soruşdular: "Elә isә niyә ilahiyyatçılar deyirlәr ki, әvvәlcә İlyas gәlmәlidir?" 12 İsa onlara belә dedi: "Düzdür, әvvәlcә İlyas gәlib hәr şeyi yoluna qoymalıdır. Bәs Bәşәr Oğlu barәsindә nә üçün yazılıb ki, O, çox әzab çәkib alçaldılmalıdır? 13 Lakin sizә deyirәm: artıq İlyas gәldi vә haqqında yazıldığı kimi, nә istәdilәrsә, onun başına gәtirdilәr". 14 Onlar şagirdlәrin yanına gәlәndә böyük bir izdihamın toplaşdığını vә bir neçә ilahiyyatçının onlarla mübahisә etdiyini gördülәr. 15 İsanı görәn kimi bütün izdihamı heyrәt bürüdü vә Onun qarşısına qaçıb salamladı. 16 İsa onlardan soruşdu: "Onlarla nә barәdә mübahisә edirsiniz?" 17 Camaat arasından biri Ona cavab verdi: "Müәllim! Mәn Sәnin yanına lallıq ruhuna tutulmuş oğlumu gәtirmişәm. 18 Ruh onu harada tutursa, yerә çırpır, uşağın ağzı köpüklәnir, dişlәrini qıcıdır vә qıclaşır. Şagirdlәrindәn xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar". 19 İsa isә cavabında onlara dedi: "Ey imansız nәsil! Nә vaxta qәdәr sizinlә qalacağam? Nә vaxta qәdәr sizә dözәcәyәm? Uşağı yanıma gәtirin!" 20 Uşağı Onun yanına gәtirdilәr vә İsanı görәn kimi ruh dәrhal uşağı sarsıtdı. Uşaq yerә yıxılıb yuvarlanırdı vә ağzından köpük daşırdı. 21 İsa onun atasından soruşdu: "Bu uşaq nә vaxtdan belә hala düşüb?" Uşağın atası dedi: "Körpәlikdәn bәri. 22 Bu ruh onu hәlak etmәk üçün dәfәlәrlә oda vә suya atıb. Amma bacarırsansa, bizә kömәk et, bizә rәhmin gәlsin!" 23 İsa ona dedi: "“Bacarırsansa” nә sözdür? İman edәn üçün hәr şey mümkündür!" 24 Uşağın atası dәrhal fәryad qopararaq dedi: "İman edirәm, kömәk et ki, imansızlığım yox olsun!" 25 İsa camaatın qaçıb gәldiyini görәndә natәmiz ruha qadağan edib dedi: "Ey lallıq vә karlıq ruhu, Mәn sәnә әmr edirәm, bu uşağın içindәn çıx vә bir daha ora girmә!" 26 Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü vә çoxları dedi: "O öldü!" 27 Lakin İsa uşağın әlindәn tutub qaldırdı vә o, ayağa qalxdı. 28 İsa evә girәndәn sonra şagirdlәri tәklikdә Ondan soruşdu: "Bәs nә üçün biz o ruhu qova bilmәdik?" 29 İsa onlara cavab verdi: "Bu cür ruhlar yalnız dua ilә çıxa bilәr". 30 Onlar oranı tәrk edib Qalileyadan keçirdi. İsa istәmirdi ki, kimsә bundan xәbәr tutsun. 31 Çünki şagirdlәrinә tәlim öyrәdirdi. Onlara belә deyirdi: "Bәşәr Oğlu insan әllәrinә tәslim edilәcәk vә Onu öldürәcәklәr. Öldürüldükdәn üç gün sonra O dirilәcәk". 32 Lakin şagirdlәr bu sözü başa düşmәdilәr vә Ondan soruşmaqdan da qorxurdular. 33 Onlar Kefernahuma gәldilәr. İsa evdә olanda şagirdlәrdәn soruşdu: "Yol boyu nә barәdә mübahisә edirdiniz?" 34 Heç kim dillәnmәdi, çünki yol boyu öz aralarında kimin әn böyük olması barәdә mübahisә etmişdilәr. 35 İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: "Әgәr bir kәs birinci olmaq istәyirsә, hamıdan axırıncı vә hamının xidmәtçisi olsun". 36 O bir balaca uşağı götürüb şagirdlәrin arasına qoydu vә sonra uşağı qucağına alıb onlara dedi: 37 "Kim Mәnim adımla belә uşaqlardan birini qәbul edәrsә, Mәni qәbul edәr. Kim Mәni qәbul edәrsә, Mәni yox, Mәni Göndәrәni qәbul edәr". 38 Yәhya Ona dedi: "Müәllim, biz Sәnin adınla cinlәri qovan bir nәfәri gördük, amma bizim ardımızca gәlmәdiyinә görә ona mane olduq". 39 İsa onlara dedi: "Ona mane olmayın! Elә bir adam yoxdur ki, Mәnim adımla möcüzә göstәrsin vә sonra Mәni pislәsin. 40 Çünki әleyhimizә olmayan bizim tәrәfimizdәdir. 41 Mәsihә mәxsus olduğunuz üçün kim sizә bir kasa su içirdәrsә, sizә doğrusunu deyirәm: mükafatsız qalmayacaq. 42 Kim Mәnә iman edәn bu kiçiklәrdәn birini pis yola çәkәrsә, öz boynuna böyük bir dәyirman daşı asıb dәnizә atılmaq onun üçün daha yaxşı olar. 43 Әgәr әlin sәni pis yola çәkәrsә, onu kәs. Sәnin әbәdi hәyata şikәst olaraq daxil olmağın iki әllә cәhәnnәmә, sönmәz oda düşmәyindәn yaxşıdır. 44 Жҝжр ајарэн сжни пис јола зжкжрсж, ону кжс. Сжнин жбжди һжјата топал олараг дахил олмарэн ики ајагла ҹжһжннжмж атэлмарэндан јахюэдэр. 45 Әgәr ayağın sәni pis yola çәkәrsә, onu kәs. Sәnin әbәdi hәyata topal olaraq daxil olmağın iki ayaqla cәhәnnәmә atılmağından yaxşıdır. 46 47 Әgәr gözün sәni pis yola çәkәrsә, onu çıxart. Sәnin tәk gözlә Allahın Padşahlığına daxil olmağın iki gözlә cәhәnnәmә atılmağından yaxşıdır. 48 Oradakıları gәmirәn qurd ölmür vә oranın yanar odu sönmür. 49 Çünki hamı odla duzlanacaq. 50 Duz yaxşı şeydir, amma әgәr duz dadsız olarsa, ona nә ilә dad vermәk olar? Qoy sizdә duz vә aranızda da sülh olsun".
1 İsa oradan ayrılıb Yәhudeya bölgәsinә vә İordan çayının o biri tayına getdi. Yenә çoxlu adam Onun başına yığıldı vә O, adәtinә görә yenidәn tәlim öyrәtmәyә başladı. 2 Bәzi fariseylәr İsanın yanına gәlib Onu sınamaq üçün belә bir sual verdilәr: "Kişinin öz arvadını boşamağa icazәsi varmı?" 3 İsa onlara cavab verdi: "Musa sizә nә әmr etdi?" 4 Onlar dedi: "Musa kişiyә talaq kağızını yazıb arvadını boşamağa icazә verdi". 5 İsa da onlara belә dedi: "O bu әmri ürәyinizin inadkar olduğuna görә yazdı. 6 Allah yaradılışın başlanğıcından “Onları kişi vә qadın olaraq yaratdı”. 7 “Buna görә dә kişi ata-anasını tәrk edib arvadına qovuşacaq 8 vә ikisi bir bәdәn olacaq”. Artıq onlar iki deyil, bir bәdәndir. 9 Buna görә dә qoy Allahın birlәşdirdiyini insan ayırmasın". 10 Onlar evdә olarkәn şagirdlәr İsaya bu barәdә yenә sual verdilәr. 11 İsa onlara belә cavab verdi: "Arvadını boşayıb başqası ilә evlәnәn kәs arvadına münasibәtdә zina edir. 12 Әrindәn boşanıb başqasına gedәn qadın da zina edir". 13 Adamlar uşaqları İsanın yanına gәtirirdilәr ki, İsa onlara toxunsun. Şagirdlәr isә onlara qadağan etdilәr. 14 Bunu görәn İsa acıqlanaraq onlara dedi: "Uşaqları buraxın, qoy Mәnim yanıma gәlsinlәr! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belәlәrinә mәxsusdur. 15 Sizә doğrusunu deyirәm: kim Allahın Padşahlığını bir uşaq kimi qәbul etmәsә, oraya әsla daxil ola bilmәz". 16 Sonra uşaqları qucaqlayıb әllәrini onların üzәrinә qoydu vә xeyir-dua verdi. 17 İsa yola çıxarkәn bir nәfәr qaça-qaça Onun yanına gәldi. Onun qarşısında diz çökәrәk soruşdu: "Ey yaxşı Müәllim, mәn nә etmәliyәm ki, әbәdi hәyatı irs olaraq alım?" 18 İsa ona dedi: "Mәnә niyә yaxşı deyirsәn? Tәk Allahdan başqa yaxşısı yoxdur. 19 Onun әmrlәrini bilirsәn: “Qәtl etmә. Zina etmә. Oğurluq etmә. Yalandan şahidlik etmә. Kimisә aldatma. Ata-anana hörmәt et”". 20 Bu adam isә İsaya dedi: "Müәllim, bunların hamısına gәncliyimdәn bәri riayәt edirәm". 21 İsa ona mәhәbbәtlә baxaraq dedi: "Sәnin bir şeyin çatışmır: get nәyin varsa, satıb yoxsullara payla. Onda göydә xәzinәn olacaq. Sonra qayıt, Mәnim ardımca gәl". 22 Bunu eşidәn adam pәrt oldu. Kәdәrlәnib getdi, çünki var-dövlәti çox idi. 23 İsa әtrafındakılara baxdı vә şagirdlәrinә dedi: "Var-dövlәti olanların Allahın Padşahlığına daxil olması nә qәdәr çәtindir!" 24 Onun sözlәrindәn şagirdlәri heyrәt bürüdü. Amma İsa yenә onlara cavab verib dedi: "Övladlarım, Allahın Padşahlığına daxil olmaq nә qәdәr çәtindir! 25 Dәvәnin iynә gözündәn keçmәsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır". 26 Onlar daha da tәәccüblәnәrәk bir-birlәrinә dedilәr: "Elә isә, kim xilas ola bilәr?" 27 İsa onlara baxıb dedi: "Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hәr şey mümkündür". 28 Peter Ona belә demәyә başladı: "Bax biz hәr şeyi qoyub Sәnin ardınca gәlmişik". 29 İsa cavab verdi: "Sizә doğrusunu deyirәm: Mәnimlә Müjdә uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını vә yaxud tarlalarını atan elә bir kәs yoxdur ki, 30 indi bu dövrdә çәkdiyi әzab-әziyyәtlә birgә bundan yüz qat artıq evlәr, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gәlәcәk dövrdә isә әbәdi hәyat almasın. 31 Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlar isә birinci olacaq". 32 Onlar yola çıxıb Yerusәlimә gedirdilәr. İsa onların qabağında gedirdi. Şagirdlәri isә heyrәt bürümüşdü, Onun ardınca gәlәnlәr qorxu içindә idi. İsa On İki şagirdi yenә bir tәrәfә çәkib başına gәlәcәk hadisәlәr barәdә danışmağa başladı: 33 "Bax Yerusәlimә qalxırıq, Bәşәr Oğlu başçı kahinlәrә vә ilahiyyatçılara tәslim olunacaq. Onu ölümә mәhkum edib başqa millәtlәrә tәslim edәcәklәr. 34 Onlar Bәşәr Oğlunu әlә salacaq, Ona tüpürәcәk vә qamçılayıb öldürәcәklәr. O, üç gündәn sonra dirilәcәk". 35 Zavdayın oğulları Yaqub vә Yәhya Ona yaxınlaşıb dedilәr: "Müәllim, istәyirik ki, dilәdiyimizi bizim üçün edәsәn". 36 İsa onlardan soruşdu: "Nә istәyirsiniz, sizin üçün edim?" 37 Onlar İsaya dedi: "Sәn izzәtlәnәndә qoy birimiz sağında, o birimiz solunda oturaq". 38 Amma İsa onlara dedi: "Nә dilәdiyinizi özünüz dә bilmirsiniz. Mәnim içdiyim kasadan siz dә içә bilәrsinizmi? Mәnim vәftiz olduğum kimi siz dә vәftiz ola bilәrsinizmi?" 39 Onlar dedilәr: "Bilәrik". İsa onlara dedi: "Mәnim içdiyim kasadan siz dә içәcәksiniz, Mәnim vәftiz olduğum kimi siz dә vәftiz olacaqsınız. 40 Amma sağımda vә yaxud solumda oturmağa izin vermәk Mәndәn asılı deyil. Ora kimlәr üçün hazırlanıbsa, onlara verilәcәk". 41 Bunu eşidәn on şagirdin Yaqubla Yәhyaya acığı tutmağa başladı. 42 Onda İsa şagirdlәri yanına çağırıb dedi: "Bilirsiniz ki, millәtlәrin rәhbәri sayılanlar onların üzәrindә hökmranlıq, әyanları da onlara ağalıq edir. 43 Sizin aranızda isә qoy belә olmasın. Sizlәrdәn böyük olmaq istәyәn xidmәtçiniz olsun. 44 Aranızda birinci olmaq istәyәn hamının qulu olsun. 45 Çünki Bәşәr Oğlu gәlmәdi ki, Ona xidmәt etsinlәr, gәldi ki, Özü xidmәt etsin vә çoxlarını satın almaq üçün Öz canını fidyә versin". 46 Sonra onlar Yerixoya gәldilәr. İsa şagirdlәri ilә birgә böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilәnçi yol kәnarında oturmuşdu. 47 Nazaretli İsanın orada olduğunu eşitdikdә "Ey Davud Oğlu İsa! Mәnә rәhm elә!" deyә bağırmağa başladı. 48 Çox adam isә ona qadağan edib susdurmaq istәdisә dә, o "Ey Davud Oğlu! Mәnә rәhm elә!" deyә daha ucadan bağırdı. 49 İsa dayanıb dedi: "Onu çağırın". Onlar bu kor adamı çağıraraq dedilәr: "Cәsarәtli ol, qalx, O sәni çağırır". 50 O, üst paltarını üstündәn atdı vә yerindәn sıçrayaraq İsanın yanına gәldi. 51 İsa ondan soruşdu: "Nә istәyirsәn, sәnin üçün edim?" Kor adam Ona dedi: "Rabbuni, gözlәrim açılsın". 52 İsa ona dedi: "Get, imanın sәni xilas etdi". Hәmin an bu adamın gözlәri açıldı vә o da İsanın ardınca getdi.
1 Onlar Yerusәlimә yaxınlaşarkәn Zeytun dağının yamacındakı Bet-Faqe ilә Bet-Anyaya gәldiklәri zaman İsa şagirdlәrindәn ikisini göndәrәrәk 2 onlara dedi: "Qarşınızdakı kәndә gedin. Oraya girәn kimi hәlә heç kәsin minmәdiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gәtirin. 3 Kim sizdәn soruşsa: “Bunu nә üçün edirsiniz?”, ona “bu sıpa Rәbbә lazımdır, tezliklә yerinә qaytaracaq” deyin". 4 Onlar getdilәr. Küçәdә bir evin qapısının kәnarına bağlanmış sıpa tapıb onu açdılar. 5 Orada duran bәzi adamlar onlardan soruşdu: "Nә edirsiniz? Bu sıpanı nә üçün açırsınız?" 6 Şagirdlәr İsanın dediklәrini onlara tәkrarlayanda o adamlar şagirdlәrә imkan verdi. 7 Onlar sıpanı İsanın yanına gәtirdilәr vә öz paltarlarını sıpanın üstünә sәrdilәr. İsa sıpanın belinә mindi. 8 Bir çoxu paltarlarını, bәzisi dә әtrafdakı ağaclardan kәsdiklәri budaqları yola döşәdi. 9 İsanın önündә gedәnlәr vә ardınca gәlәnlәr belә nida edirdi: "Hosanna! Rәbbin ismi ilә Gәlәnә alqış olsun! 10 Atamız Davudun gәlәn Padşahlığı xeyir-dualı olsun! Әn ucalarda hosanna!" 11 İsa Yerusәlimә daxil olub mәbәdә girdi. O hәr şeyә nәzәr saldı. Sonra On İki şagirdlә bәrabәr Bet-Anyaya getdi, çünki artıq gec idi. 12 Ertәsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı. 13 Uzaqda yarpaqlı bir әncir ağacı gördü vә ağaca yaxınlaşdı ki, bәlkә onda meyvә tapar. Amma onun yanına gәlәndә ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki әncirin bar mövsümü deyildi. 14 Onda İsa ağaca dedi: "Qoy sәndәn bir daha heç kәs meyvә yemәsin!" Bunu şagirdlәri dә eşitdi. 15 Onlar Yerusәlimә gәldilәr. İsa mәbәdә girib orada alver edәnlәri qovmağa başladı. Sәrrafların masalarını vә göyәrçin satanların kürsülәrini çevirdi, 16 heç kimi yük daşıyaraq mәbәd hәyәtlәrindәn keçmәyә qoymadı. 17 Onlara tәlim öyrәdәrәk dedi: "Mәgәr yazılmayıb ki, “Mәnim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq”? Amma siz onu “quldur yuvasına” çevirmisiniz!" 18 Bunu eşidәn başçı kahinlәr vә ilahiyyatçılar İsanı öldürmәk üçün yol axtarırdılar. Çünki bütün xalq Onun tәliminә tәәccüblәndiyi üçün Ondan qorxurdular. 19 Axşam olanda İsa vә şagirdlәri şәhәrdәn kәnara çıxdı. 20 Sәhәr erkәn onlar әncir ağacının yanından keçәndә gördülәr ki, ağac kökündәn quruyub. 21 Hadisәni xatırlayan Peter İsaya dedi: "Rabbi, bax lәnәtlәdiyin әncir ağacı quruyub". 22 İsa cavab verib onlara dedi: "Allaha imanınız olsun. 23 Sizә doğrusunu deyirәm: kim bu dağa “Qalx, dәnizә atıl!” deyәrsә vә ürәyindә şübhә etmәdәn dediyinin olacağına inanarsa, onun üçün edilәcәk. 24 Buna görә sizә deyirәm: dua edib hәr nә dilәsәniz, inanın ki, artıq almısınız vә istәdiyiniz sizin üçün edilәcәk. 25 Durub dua edәndә kimdәn narazılığınız varsa, bağışlayın ki, göylәrdә olan Atanız da tәqsirlәrinizi bağışlasın". 26 Онлар јенж Јерусжлимж ҝжлдилжр. Эса мжбжддж ҝжзжн заман баюзэ каһинлжр, илаһијјатзэлар вж арсаггаллар Она јахэнлаюэб 27 Onlar yenә Yerusәlimә gәldilәr. İsa mәbәddә gәzәn zaman başçı kahinlәr, ilahiyyatçılar vә ağsaqqallar Ona yaxınlaşıb 28 dedilәr: "Sәn bu işlәri hansı sәlahiyyәtlә edirsәn? Bu işlәri görmәk üçün Sәnә bu sәlahiyyәti kim verib?" 29 İsa onlara belә cavab verdi: "Mәn dә sizә bir sual verәcәyәm; ona cavab versәniz, Mәn dә bunları hansı sәlahiyyәtlә etdiyimi sizә deyәrәm. 30 Yәhyanın vәftizi göydәn idimi, yoxsa insanlardan? Mәnә cavab verin". 31 Onlar isә aralarında müzakirә edәrәk belә dedilәr: "Әgәr desәk “göydәn”, “Bәs nә üçün ona inanmadınız?” deyәcәk. 32 Amma desәk “insanlardan”?" O zaman xalqdan qorxurdular, çünki hamı Yәhyanı hәqiqi peyğәmbәr sayırdı. 33 Cavabında İsaya dedilәr: "Bilmirik". İsa da onlara dedi: "Bunları hansı sәlahiyyәtlә etdiyimi Mәn dә sizә demirәm".
1 İsa mәsәllәr söylәyib onlarla danışmağa başladı: "Bir adam üzüm bağı saldı, oranın әtrafına çәpәr çәkdi. İçindә yer qazaraq üzümsıxan düzәltdi, nәzarәt qüllәsi tikdi. Sonra isә bağı bağbanlara icarәyә verәrәk başqa ölkәyә getdi. 2 Mәhsul vaxtı çatanda bağbanların yanına bir qul göndәrdi ki, üzüm bağının mәhsulundan bir qәdәrini onlardan alsın. 3 Lakin bağbanlar qulu tutub döydülәr vә әliboş geri qaytardılar. 4 Bağ sahibi onların yanına yenә başqa bir qul göndәrdi. Onun da başını vurub yardılar vә biabır etdilәr. 5 Başqasını göndәrdi, onu isә öldürdülәr. O, çox adam göndәrdi, onlardan bәzisini döydülәr, bәzisini isә öldürdülәr. 6 Yanında ancaq bir nәfәr qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmәt edәrlәr” deyәrәk axırda onu onların yanına göndәrdi. 7 Bağbanlar isә bir-birlәrinә dedilәr: “Varis budur. Gәlin onu öldürәk, onda miras bizә qalacaq”. 8 Belәcә onu tutub öldürdülәr vә bağdan kәnara atdılar. 9 Belәliklә, bağ sahibi nә edәcәk? Gәlib bağbanları hәlak edәcәk vә bağı başqalarına verәcәk. 10 Mәgәr siz bu Müqәddәs Yazını oxumamısınız? “Bәnnaların rәdd etdiyi daş Guşәdaşı olub. 11 Bu, Rәbbin işi idi, Gözümüzdә xariqәli bir işdir”". 12 Yәhudi rәhbәrlәri başa düşdülәr ki, İsa bu mәsәli onlar barәdә söylәdi. Ona görә dә İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Belәcә Onu tәrk edib getdilәr. 13 Sonra İsanı dediyi sözlәrlә tәlәyә salmaq üçün fariseylәrdәn vә hirodçulardan bәzisini Onun yanına göndәrdilәr. 14 Onlar gәlib İsaya dedilәr: "Müәllim, biz bilirik ki, Sәn etibarlı adamsan vә heç kimә tәrәfkeşlik etmirsәn. Çünki insanlar arasında fәrq qoymursan vә Allahın yolunu hәqiqәtә görә öyrәdirsәn. Bizim üçün qeysәrә vergi vermәyә icazә var ya yox? Biz vergi verәk ya yox?" 15 Onların ikiüzlülüyünü bilәn İsa dedi: "Mәni niyә sınağa çәkirsiniz? Mәnә bir dinar gәtirin, baxım". 16 Onlar da gәtirdilәr. İsa soruşdu: "Sikkәnin üstündәki bu tәsvir vә yazı kimindir?" Ona dedilәr: "Qeysәrin". 17 İsa onlara dedi: "Elә isә, qeysәrin haqqını qeysәrә, Allahın haqqını Allaha verin". Onlar İsanın sözlәrinә heyrәtlәndilәr. 18 Dirilmәnin olmadığını iddia edәn bәzi sadukeylәr İsanın yanına gәlib soruşdular: 19 "Müәllim, Musa bizim üçün belә yazmışdır: “Әgәr bir adamın qardaşı ölsә, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölәn qardaşın nәslini davam etdirsin”. 20 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü. 21 Bu arvadı ikinci qardaş aldı, o da özündәn sonra övlad qoymadan öldü, üçüncüsü dә, 22 hәtta yeddincisinә qәdәr belә etdi, amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü. 23 Qiyamәt günündә, ölülәr dirilәndә bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi dә bu qadını almışdı". 24 İsa onlara belә cavab verdi: "Nә Müqәddәs Yazıları, nә dә Allahın qüdrәtini bilirsiniz. Yanılmanıza sәbәb bu deyilmi? 25 İnsanlar ölülәr arasından dirilәndә nә evlәnir, nә dә әrә gedirlәr. Ancaq sәmadakı mәlәklәr kimi olurlar. 26 Bәs ölülәrin dirildiyinә gәlincә, Musanın kitabındakı kolla bağlı әhvalatda Allahın necә ona “Mәn İbrahimin Allahı, İshaqın Allahı vә Yaqubun Allahıyam” dediyini oxumamısınızmı? 27 Allah ölülәrin deyil, dirilәrin Allahıdır. Belәliklә, siz çox yanılırsınız". 28 İlahiyyatçılardan biri gәlib onların mübahisәlәrinә qulaq asdı vә İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: "Әmrlәrin әn әsası hansıdır?" 29 İsa cavab verdi: "Әmrlәrin әn әsası budur: “Dinlә, ey İsrail! Allahımız Rәbb yeganә Rәbdir. 30 Allahın Rәbbi bütün qәlbinlә, bütün varlığınla, bütün düşüncәnlә vә bütün gücünlә sev”. 31 İkincisi dә budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük әmr yoxdur". 32 İlahiyyatçı Ona dedi: "Müәllim, Sәn nә yaxşı dedin, hәqiqәti söylәdin. Allah yeganәdir, Ondan başqası yoxdur. 33 Onu bütün qәlbinlә, bütün ağlınla vә bütün gücünlә sevmәk, qonşunu da özün kimi sevmәk yandırma qurbanlarının vә başqa qurbanların hamısından daha vacibdir". 34 Dәrrakәli cavab verdiyini görәn İsa ona dedi: "Sәn Allahın Padşahlığından uzaq deyilsәn". Bundan sonra heç kim İsadan bir şey soruşmağa cәsarәt etmәdi. 35 İsa mәbәddә tәlim öyrәdәrәk belә sual verdi: "Niyә ilahiyyatçılar Mәsih Davudun Oğludur deyirlәr? 36 Davud özü Müqәddәs Ruh vasitәsilә “Rәbb mәnim Ağama dedi: ‹Mәn düşmәnlәrini ayaqlarının altına salanadәk Sağımda otur›” deyib. 37 Davud özü Ona “Ağa” deyә müraciәt edir. O necә Davudun oğlu ola bilәr?" Böyük izdiham sevinclә Ona qulaq asırdı. 38 İsa tәlim öyrәdәrәk dedi: "İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gәzmәyi, bazar meydanlarında salam almağı, 39 sinaqoqlarda baş kürsülәri, ziyafәtlәrdә yuxarı başı tutmağı xoşlayarlar. 40 Onlar dul qadınların evlәrini yeyib-dağıdar vә özlәrini göstәrmәk üçün uzun-uzadı dua edәrlәr. Bu adamların cәzası daha ağır olacaq". 41 İsa mәbәdin ianә qutusunun qarşısında oturub xalqın oraya necә pul atmasına baxırdı. Bir çox varlı adamlar oraya böyük mәblәğdә pul atırdılar. 42 Bir kasıb dul qadın da gәlib bir kodrant mәblәğindә iki lepton pul atdı. 43 İsa şagirdlәrini yanına çağırıb onlara dedi: "Sizә doğrusunu deyirәm: bu kasıb dul qadın ianә qutusuna hamıdan çox pul atdı. 44 Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isә kasıblığına baxmayaraq, dolanmaq üçün әlindә nә varsa, hamısını verdi".
1 İsa mәbәddәn çıxarkәn şagirdlәrindәn biri Ona dedi: "Müәllim, bax nә gözәl daşlar, nә gözәl binalardır!" 2 İsa ona dedi: "Bu böyük binaları görürsәnmi? Onların daşı daş üstündә qalmayacaq, hamısı yerlә yeksan olacaq". 3 İsa mәbәdlә üzbәüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yәhya vә Andrey Ondan ayrılıqda soruşdu: 4 "Bizә söylә, bu dediklәrin nә vaxt baş verәcәk? Bunların hamısı başa çatmaq üzrә olanda hansı әlamәtlәr olacaq?" 5 İsa onlara cavab vermәyә başladı: "Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 6 Mәnim adımla çox adam gәlib “mәn Oyam” deyәrәk çoxlarını aldadacaq. 7 Müharibәlәr vә müharibә xәbәrlәri eşidәndә tәlaşa düşmәyin. Bunlar baş vermәlidir, amma bu hәlә hәr şeyin axırı deyil. 8 Çünki millәt millәtә, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbәyer zәlzәlәlәr vә aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. 9 Amma siz ehtiyatlı olun. Adamlar sizi mәhkәmәlәrә çәkәcәk, sinaqoqlarda döyәcәklәr. Onlara şәhadәt etmәk üçün siz Mәnә görә valilәrin vә padşahların qarşısında duracaqsınız. 10 Әvvәlcә bütün millәtlәrә Müjdә vәz olunmalıdır. 11 Sizi aparıb mәhkәmәyә çәkәndә nә deyәcәyiniz barәdә qabaqcadan qayğı çәkmәyin, amma hәmin vaxt sizә nә bildirilәrsә, onu danışın. Çünki danışan siz yox, Müqәddәs Ruhdur. 12 Qardaş qardaşı, ata övladını ölümә tәslim edәcәk. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirәcәk. 13 Mәnim adıma görә hamı sizә nifrәt edәcәk. Amma axıracan dözәn xilas olacaq. 14 Viranәlik gәtirәn iyrәnc şeyin heç olmamalı yerdә qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yәhudeyada olanlar dağlara qaçsın. 15 Damda olan evindәn nә isә götürmәk üçün aşağı enib evinә girmәsin. 16 Tarlada olan üst paltarını götürmәk üçün geri qayıtmasın. 17 Hәmin günlәr hamilәlәrin vә körpә әmizdirәnlәrin vay halına! 18 Dua edin ki, bu hadisә qış fәslindә baş vermәsin. 19 Çünki o günlәrdә elә bir әzab-әziyyәt olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyә qәdәr belәsi olmayıb vә heç dә olmayacaq. 20 Әgәr Rәbb o günlәri qısaltmasaydı, heç bir insan xilas ola bilmәzdi. Amma Rәbb seçilmişlәrә – Öz seçdiyi insanlara görә o günlәri qısaldıb. 21 O zaman әgәr kimsә sizә desә ki, “bax, Mәsih buradadır” yaxud da “bax oradadır”, inanmayın. 22 Çünki yalançı mәsihlәr vә yalançı peyğәmbәrlәr törәyәcәk. Onlar әlamәtlәr vә xariqәlәr göstәrәcәklәr ki, imkan taparlarsa, seçilmişlәri dә aldatsınlar. 23 Amma siz ehtiyatlı olun! Bax Mәn sizә hәr şeyi әvvәlcәdәn söylәmişәm. 24 Amma o günlәrdә, o әzab-әziyyәtdәn sonra Günәş tutulacaq, Ay nurunu saçmayacaq, 25 Ulduzlar göydәn tökülәcәk, Sәma cisimlәri lәrzәyә gәlәcәk. 26 O zaman onlar Bәşәr Oğlunun buludlar içindә böyük qüdrәt vә izzәtlә gәldiyini görәcәk. 27 Onda Bәşәr Oğlu mәlәklәrini göndәrәcәk vә yer üzünün ucundan göyün ucuna qәdәr dörd külәk istiqamәtindәn Öz seçdiklәrini toplayacaq. 28 Әncir ağacından ibrәt alın: onun budağı cücәrib yarpaqlananda bilirsiniz ki, yay fәsli artıq yaxındır. 29 Elәcә siz dә bu şeylәrin baş verdiyini görәndә bilin ki, Bәşәr Oğlu yaxındadır, lap qapılardadır. 30 Sizә doğrusunu deyirәm: bu nәsil ömrünü sona çatdırmazdan әvvәl bütün bunlar baş verәcәk. 31 Yer vә göy keçib gedәcәk, amma Mәnim sözlәrim әsla keçib getmәyәcәk. 32 Lakin o günü vә o saatı nә sәmadakı mәlәklәr, nә dә Oğul bilir. Atadan başqa heç kim bilmir. 33 Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nә vaxt gәlәcәk. 34 Bu, sәyahәtә çıxan bir adama bәnzәyir. Evindәn ayrılarkәn qullarına sәlahiyyәt verir vә hәrәsinә bir iş tapşırır. Qapı nәzarәtçisinә dә әmr edir ki, oyaq olsun. 35 Ona görә dә oyaq olun. Çünki ev sahibinin nә vaxt – axşammı, gecә yarısımı, xoruz banlayandamı yaxud sübh tezdәnmi gәlәcәyini bilmirsiniz. 36 Qoy o qәfil gәlib sizi yatan görmәsin. 37 Sizә söylәdiklәrimi hamıya deyirәm, oyaq olun!"
1 Pasxa vә Mayasız Çörәk bayramına iki gün qalmışdı. Başçı kahinlәr vә ilahiyyatçılar İsanı hiylә ilә tutub öldürmәk üçün bir yol axtarırdılar. 2 Onlar deyirdilәr: "Bunu bayramda etmәyәk, yoxsa xalq arasında qarışıqlıq düşәr". 3 İsa Bet-Anyada cüzamlı Şimonun evindә süfrәyә oturanda bir qadın Onun yanına gәldi vә qadının әlindә içindә çox bahalı xalis nard yağı olan ağ mәrmәr qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü. 4 Bәzilәri acıqlanıb bir-birlәrinә dedilәr: "Bu әtir niyә boş yerә israf olunur? 5 Axı bu әtiri üç yüz dinardan artıq qiymәtә satıb pulunu yoxsullara vermәk olardı". Onlar qadını danladılar. 6 Lakin İsa dedi: "Qadını rahat buraxın. Niyә onu incidirsiniz? O Mәnim üçün gözәl bir iş gördü. 7 Yoxsullar hәmişә sizin yanınızdadır, istәdiyiniz vaxt onlara kömәk edә bilәrsiniz. Mәn isә hәmişә yanınızda olmayacağam. 8 Qadın bacardığını etdi. Mәnim bәdәnimә dәfn üçün әvvәlcәdәn yağ çәkdi. 9 Sizә doğrusunu deyirәm: dünyanın hansı yerindә Müjdә vәz edilәrsә, bu qadının etdiyi bu iş dә danışılacaq ki, o yada salınsın". 10 O zaman On İki şagirddәn biri olan Yәhuda İskaryot İsanı başçı kahinlәrә tәslim etmәk niyyәti ilә onların yanına getdi. 11 Başçı kahinlәr bunu eşidәrkәn sevindilәr vә Yәhudaya pul verәcәklәrini vәd etdilәr. O da İsanı tәslim etmәk üçün fürsәt axtarmağa başladı. 12 Pasxa quzusu qurban kәsildiyi Mayasız Çörәk bayramının ilk günü şagirdlәri İsadan soruşdular: "Sәnin Pasxa yemәyin üçün haraya gedib hazırlıq görmәyimizi istәyirsәn?" 13 İsa da şagirdlәrindәn ikisini göndәrdi vә dedi: "Şәhәrә girin, orada qarşınıza sәhәnglә su daşıyan bir nәfәr çıxacaq. Onun ardınca gedin. 14 O hansı evә girәrsә, oranın sahibinә deyin: “Müәllim deyir: ‹Şagirdlәrimlә birgә Pasxa yemәyini yeyәcәyim qonaq otağım haradadır?›” 15 Ev sahibi sizә yuxarı mәrtәbәdә döşәnib hazırlanmış böyük bir otaq göstәrәcәk. Orada bizim üçün hazırlıq işlәri görün". 16 Şagirdlәr yola çıxıb şәhәrә getdilәr. Hәr şeyin Onun dediyi kimi olduğunu gördülәr vә Pasxa yemәyi üçün hazırlıq etdilәr. 17 Axşam düşәndә İsa On İki şagirdi ilә birlikdә gәldi. 18 Onlar süfrәyә oturub yemәk yeyәrkәn İsa dedi: "Sizә doğrusunu deyirәm: sizlәrdәn biri – Mәnimlә yemәk yeyәn biri Mәnә xәyanәt edәcәk". 19 Onlar kәdәrlәnmәyә başladılar vә bir-bir Ondan soruşdular: "Mәn deyilәm ki?" 20 İsa onlara dedi: "Siz On İki nәfәrdәn biridir. Mәnimlә birlikdә çörәyini qaba batıran odur. 21 Bәşәr Oğlu Özü barәsindә yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bәşәr Oğluna xәyanәt edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı". 22 Onlar yeyәndә İsa çörәk götürdü, şükür duası edib onu böldü vә şagirdlәrә verәrәk dedi: "Alın! Bu Mәnim bәdәnimdir". 23 Sonra bir kasa götürdü vә şükür edib onu da şagirdlәrә verdi vә hamısı oradan içdi. 24 İsa onlara dedi: "Bu, Әhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mәnim qanımdır. 25 Sizә doğrusunu deyirәm: Allahın Padşahlığında tәzәsini içәcәyim günә qәdәr üzüm ağacının mәhsulundan әsla içmәyәcәyәm". 26 Onlar ilahi oxuyandan sonra çıxdılar vә Zeytun dağına tәrәf getdilәr. 27 İsa şagirdlәrinә dedi: "Hamınız Mәni atıb gedәcәksiniz, çünki belә yazılıb: “Çobanı vuracağam, Qoyunlar pәrәn-pәrәn olacaq”. 28 Amma Mәn dirilәndәn sonra sizdәn qabaq Qalileyaya gedәcәyәm". 29 Peter Ona dedi: "Hamı Sәni atıb getsә dә, mәn belә etmәyәcәyәm". 30 İsa ona dedi: "Sәnә doğrusunu deyirәm: bu gün, bu gecә xoruz iki dәfә banlamazdan әvvәl sәn Mәni üç dәfә inkar edәcәksәn". 31 Amma Peter daha qәtiyyәtlә danışdı: "Әgәr Sәninlә birlikdә ölmәyim lazım olsa belә, Sәni әsla inkar etmәyәcәyәm". Bütün şagirdlәr dә belә dedilәr. 32 Sonra Getsemani adlanan bir yerә gәldilәr. İsa şagirdlәrinә dedi: "Mәn dua edәrkәn siz burada oturub-qalın". 33 O, Peteri, Yaqubu vә Yәhyanı Özü ilә apardı. Özündә bir hәyәcan vә narahatlıq hiss etmәyә başladı. 34 Onlara belә dedi: "Ürәyimi elә dәrin kәdәr bürüyüb, az qalır ki, ölüm. Burada qalın vә oyaq olun". 35 İsa bir qәdәr irәli getdi vә üzüstә yerә qapanıb dua etdi ki, mümkündürsә, bu an Ondan yan keçsin. 36 O belә dedi: "Abba – Ata, Sәnin üçün hәr şey mümkündür. Bu kasanı Mәndәn uzaqlaşdır. Amma Mәnim yox, Sәnin iradәn olsun". 37 İsa şagirdlәrin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri sәslәdi: "Şimon, yatmısan? Mәgәr bir saat oyaq qala bilmәzdinmi? 38 Oyaq durub dua edin ki, sınağa düşmәyәsiniz. Ruh hәvәsli, cisim isә gücsüzdür". 39 İsa yenә oradan uzaqlaşdı vә eyni sözlәri tәkrar edәrәk dua etdi. 40 Qayıdanda gördü ki, onlar yenә yatıb. Çünki onların gözlәri yumulurdu. Bilmәdilәr ki, İsaya nә desinlәr. 41 İsa üçüncü dәfә onların yanına qayıdıb dedi: "Hәlә dә yatıb dincәlirsiniz? Bәsdir! Vaxt yetişdi! Budur, Bәşәr Oğlu günahkarların әlinә tәslim olunur. 42 Qalxın gedәk. Budur, Mәnә xәyanәt edәn gәlir!" 43 İsa hәlә danışarkәn On İki şagirddәn biri olan Yәhuda gәlib çıxdı. Onun yanında başçı kahinlәrin, ilahiyyatçıların vә ağsaqqalların göndәrdiyi әli qılınclı vә dәyәnәkli bir dәstә adam var idi. 44 İsaya xәyanәt edәn Yәhuda onlara işarә ilә bildirib demişdi: "Kimi öpsәm, İsa Odur. Onu tutub möhkәm nәzarәt altında aparın". 45 O anda İsaya yaxınlaşıb "Rabbi!" deyәrәk Onu öpdü. 46 Yanındakı adamlar әl atıb İsanı tutdular. 47 İsanın yanındakılardan biri qılınc çәkdi vә baş kahinin qulunu vurub qulağını qopartdı. 48 İsa onlara dedi: "Nә üçün quldur üstünә gәlәn kimi qılınc vә dәyәnәklәrlә Mәni tutmağa gәlmisiniz? 49 Hәr gün mәbәddә sizin yan-yörәnizdә tәlim verirdim, heç Mәni tutmadınız. Amma qoy Müqәddәs Yazılar yerinә yetsin". 50 Onda hamı İsanı atıb qaçdı. 51 Çılpaq bәdәnini kәtan örtüklә bürüyәn bir gәnc İsanın ardınca gedirdi. Әsgәrlәr onu yaxaladılar. 52 Amma o, kәtan örtükdәn sıyrılıb çılpaq qaçdı. 53 İsanı baş kahinin yanına gәtirdilәr. Başçı kahinlәrin hamısı, ağsaqqallar vә ilahiyyatçılar da oraya toplaşdı. 54 Peter uzaqdan baş kahinin hәyәtinә qәdәr İsanın ardınca gedirdi. O, mühafizәçilәrlә birgә hәyәtdә, tonqalın әtrafında oturub qızınırdı. 55 Başçı kahinlәr vә Ali Şuranın hamısı İsanı edam etmәk üçün Onun әleyhinә şahidlik ifadәsi axtarırdılar, amma tapa bilmirdilәr. 56 Çoxları Onun әleyhinә yalançı şahidlik etdi, lakin ifadәlәri bir-birinә uyğun gәlmirdi. 57 Bәzilәri qalxıb Onun әleyhinә yalançı şahidlik edәrәk dedilәr: 58 "Biz Onun belә dediyini eşitdik: “Mәn әl ilә qurulan bu mәbәdi dağıdıb üç gün әrzindә әl ilә qurulmayan başqa bir mәbәd tikәcәyәm”". 59 Amma onların da ifadәlәri bir-birinә uyğun gәlmirdi. 60 Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: "Sәnin heç cavabın yoxdur? Onlar Sәnin әleyhinә bu nә ifadәdir verirlәr?" 61 Amma İsa susmaqda davam etdi, heç cavab vermәdi. Baş kahin yenә Ondan soruşdu: "Xeyir-dua Sahibi Olanın Oğlu Mәsih Sәnsәnmi?" 62 İsa ona dedi: "Mәnәm! Siz Bәşәr Oğlunun Qüdrәtli Olanın sağında oturduğunu vә göyün buludları ilә gәldiyini görәcәksiniz". 63 Onda baş kahin әynindәki paltarını cırıb dedi: "Artıq şahidlәrә nә ehtiyacımız var? 64 Siz Onun küfr söylәdiyini eşitdiniz! Bәs buna nә deyirsiniz?" Onların hamısı İsa üçün hökm verdilәr ki, O, ölüm cәzasına layiqdir. 65 Bәzilәri Onun üstünә tüpürmәyә, Onun gözlәrini bağlayaraq yumruq vurmağa başladı vә dedilәr: "Peyğәmbәrlik elә görәk!" Mühafizәçilәr dә tutub Ona şillә vurdular. 66 Peter aşağıda, hәyәtdә ikәn baş kahinin qarabaşlarından biri gәldi. 67 Qızınmaqda olan Peteri görәn kimi onu diqqәtlә süzüb dedi: "Sәn dә Nazaretli İsa ilә birlikdә idin". 68 Amma Peter bunu inkar edәrәk dedi: "Bilmirәm vә başa düşmürәm, sәn nә danışırsan". O, bayır qapının önünә çıxdı vә bu anda xoruz banladı. 69 Qarabaş Peteri görәndә yenә yanındakılara demәyә başladı: "Bu da onlardandır". 70 Peter yenә inkar etdi. Bir az sonra orada duranlar yenә ona dedi: "Doğrudan da, sәn onlardansan, çünki Qalileyalısan". 71 Peter isә özünü qarğıyıb and içәrәk dedi: "Dediyiniz o Adamı tanımıram". 72 Hәmin anda xoruz ikinci dәfә banladı. Peter İsanın "xoruz iki dәfә banlamazdan әvvәl sәn Mәni üç dәfә inkar edәcәksәn" dediyi sözü yadına saldı. Ona görә ağlamağa başladı.
1 Sәhәr erkәn başçı kahinlәr, ağsaqqallar, ilahiyyatçılar vә Ali Şuranın hamısı dәrhal mәşvәrәt edәndәn sonra İsanın әl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona tәslim etdilәr. 2 Pilat Ondan "Yәhudilәrin Padşahı Sәnsәnmi?" deyә soruşdu. İsa cavabında ona dedi: "Sәnin dediyin kimidir". 3 Başçı kahinlәr Onu çox şeydә ittiham edirdilәr. 4 Pilat Ondan yenә soruşdu: "Heç cavab vermәyәcәksәnmi? Gör Sәni nә qәdәr ittiham edirlәr!" 5 Amma İsa yenә dә ona cavab vermәdi. Pilat buna heyrәtlәndi. 6 Hәr Pasxa bayramında Pilat xalqın xahişi ilә bir mәhbusu azad edәrdi. 7 Üsyan zamanı adam öldürәn üsyançılarla birlikdә Barabba adlı bir nәfәr dә hәbs olunmuşdu. 8 Xalq Pilatın yanına çıxıb ondan xahiş etmәyә başladılar ki, hәmişәki kimi onların istәyini yerinә yetirsin. 9 Pilat onlara cavab verәrәk dedi: "İstәyirsiniz, sizin üçün Yәhudilәrin Padşahını azad edim?" 10 Çünki bilirdi ki, başçı kahinlәr İsanı paxıllıqdan tәslim etmişdilәr. 11 Ancaq başçı kahinlәr xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlәr. 12 Pilat yenә onlardan soruşaraq dedi: "Bәs nә istәyirsiniz? Yәhudilәrin Padşahı dediyiniz bu Adama nә edim?" 13 "Onu çarmıxa çәk!" deyә yenә bağırdılar. 14 Pilat "Axı O nә pislik edib?" deyә soruşdu. Onlar isә "Onu çarmıxa çәk!" deyә daha ucadan bağırdılar. 15 Xalqı razı salmaq istәyәn Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isә qamçılatdıqdan sonra çarmıxa çәkilmәyә tәslim etdi. 16 Әsgәrlәr İsanı hәyәtdәn içәriyә, yәni vali sarayına apardılar. Bütün alayı topladılar. 17 Ona tünd qırmızı bir xalat geyindirdilәr vә tikanlardan bir tac hörüb başına qoydular. 18 "Yәhudilәrin Padşahı sağ olsun!" deyәrәk İsanı salamlamağa başladılar. 19 Sonra qamışla Onun başına vurub ona tüpürdülәr vә önündә diz çökәrәk sәcdә qıldılar. 20 Onu әlә salandan sonra tünd qırmızı xalatı әynindәn çıxarıb Öz paltarlarını geyindirdilәr. Sonra Onu çarmıxa çәkmәk üçün bayıra apardılar. 21 O vaxt Şimon adlı Kirenalı bir nәfәr kәnd yerindәn gәlib oradan keçirdi. O, İsgәndәr vә Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa mәcbur etdilәr. 22 İsanı Qolqota adlanan yerә gәtirdilәr. "Qolqota""Kәllә yeri"demәkdir. 23 Ona mirra ilә qarışıq şәrab vermәk istәdilәr, amma O imtina etdi. 24 İsanı çarmıxa çәkdilәr. Paltarlarını isә "kimә nә düşdü-düşdü" deyә püşk ataraq aralarında bölüşdürdülәr. 25 Üçüncü saat idi ki, İsanı çarmıxa çәkdilәr. 26 Onun üzәrindә ittihamını göstәrәn belә yazı var idi: "Yәhudilәrin Padşahı". 27 Onunla birlikdә biri sağında, biri dә solunda iki qulduru da çarmıxa çәkdilәr. 28 Ҝжлиб-кезжнлжр баюларэнэ јэрралајэб Она бцһтан атараг «Нж олду, еј мжбжди дарэдэб ьз ҝьндж тикжн! 29 Gәlib-keçәnlәr başlarını yırğalayıb Ona böhtan ataraq "Nә oldu, ey mәbәdi dağıdıb üç gündә tikәn! 30 İndi Özünü xilas et vә çarmıxdan düş!" deyirdilәr. 31 Başçı kahinlәr dә ilahiyyatçılarla birgә eyni şәkildә İsanı әlә salaraq bir-birlәrinә deyirdilәr: "Başqalarını xilas edirdi, amma Özünü xilas edә bilmir! 32 İsrailin Padşahı Mәsih qoy indi çarmıxdan düşsün ki, biz dә görüb iman edәk". İsa ilә birlikdә çarmıxa çәkilәnlәr dә Onu tәhqir edirdilәr. 33 Altıncı saatdan doqquzuncu saata qәdәr bütün yer üzünә qaranlıq çökdü. 34 Doqquzuncu saatda İsa uca sәslә nida edәrәk dedi: "Elohi, Elohi, lema şavaqtani?" Bu "Ey Allahım, Allahım, niyә Mәni tәrk etdin?" demәkdir. 35 Orada dayananların bәzisi bunu eşidәrkәn dedilәr: "Baxın, İlyası çağırır". 36 Bir nәfәr qaçıb bir süngәri şәrab sirkәsi ilә doldurdu vә bir qamışın ucuna keçirәrәk İsaya verdi ki, içsin vә dedi: "Onu rahat buraxın, görәk İlyas gәlib Onu çarmıxdan düşürәcәkmi?" 37 İsa uca sәslә qışqırıb axır nәfәsini verdi. 38 O anda mәbәdin pәrdәsi yuxarıdan aşağıya qәdәr iki yerә parçalandı. 39 İsanın qarşısında duran yüzbaşı Onun axır nәfәsini belә verdiyini gördükdә "doğrudan da, bu Adam Allahın Oğlu idi" dedi. 40 Olub-keçәnlәrә uzaqdan baxan qadınlar da var idi. Mәcdәlli Mәryәm, kiçik Yaqubun vә Yusifin anası Mәryәmlә Şalomit dә onların arasında idi. 41 İsa hәlә Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş vә Ona xidmәt etmişdilәr. Onunla birgә Yerusәlimә gәlәn xeyli qadın da orada idi. 42 O gün Hazırlıq günü, yәni Şәnbәdәn әvvәlki gün idi. Artıq axşam düşәndә 43 Ali Şuranın hörmәtli üzvlәrindәn biri olan, Allahın Padşahlığını gözlәyәn Arimateyalı Yusif gәldi. O cәsarәt edib Pilatın yanına getdi vә İsanın cәsәdini istәdi. 44 Pilat İsanın belә tez ölmәsinә heyrәt etdi vә yüzbaşını yanına çağırıb soruşdu: "O çoxdanmı ölüb?" 45 Yüzbaşıdan vәziyyәti öyrәnәndәn sonra cәsәdi Yusifә verdi. 46 Yusif kәfәn aldı, cәsәdi çarmıxdan endirib kәfәnә bükdü vә qayada qazılmış qәbirә qoydu. O, qәbirin ağzına bir daş yuvarladı. 47 Mәcdәlli Mәryәm vә Yusifin anası Mәryәm baxıb cәsәdin hara qoyulduğunu gördülәr.
1 Şәnbә günü keçәndәn sonra Mәcdәlli Mәryәm, Yaqubun anası Mәryәm vә Şalomit әtirlәr aldılar ki, gedib İsanın cәsәdinә çәksinlәr. 2 Hәftәnin ilk günü sәhәr tezdәn, günәş doğanda onlar qәbirin yanına gәldilәr. 3 Onlar bir-birlәrinә deyirdilәr: "Görәsәn qәbirin ağzındakı daşı bizim üçün kim kәnara yuvarlayacaq?" 4 Başlarını qaldırıb baxanda gördülәr ki, daş kәnara yuvarlanıb. Bu daş nәhәng idi. 5 Qәbirә girib sağ tәrәfdә ağ xalat geyinmiş bir gәncin oturduğunu gördülәr vә heyrәtә gәldilәr. 6 Bu şәxs onlara dedi: "Siz heyrәtlәnmәyin! Çarmıxa çәkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir. 7 İndi isә gedin, Onun şagirdlәrinә vә Peterә belә söylәyin: “İsa Qalileyaya sizdәn qabaq gedir. Sizә dediyi kimi Onu orada görәcәksiniz”". 8 Qadınlar qәbirdәn çıxıb qaçdılar. Onları bir lәrzә bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimә bir söz demirdilәr. 9 İsa hәftәnin birinci günü sәhәr tezdәn dirilәndәn sonra әvvәlcә yeddi cin qovduğu Mәcdәlli Mәryәmә göründü. 10 Mәryәm gedib İsanın yanında olub, indi isә yas tutaraq ağlayanlara xәbәr verdi. 11 Amma onlar İsanın diri olduğunu vә Mәryәmә göründüyünü eşidәrkәn inanmadılar. 12 Bundan sonra İsa kәnd yerinә gedәn yoldan keçәn onlardan ikisinә başqa surәtdә göründü. 13 Onlar geri qayıdıb o birilәrinә xәbәr verdilәr, amma o birilәri dә bunlara inanmadılar. 14 Nәhayәt, İsa süfrәyә oturan On Bir şagirdә göründü; onları imansızlıqlarına vә ürәklәrinin inadkar olduqlarına görә mәzәmmәt etdi, çünki Onun diri olduğunu görәnlәrә inanmamışdılar. 15 İsa şagirdlәrinә dedi: "Dünyanın hәr tәrәfinә gedin, bütün yaradılışa Müjdәni vәz edin. 16 İman edib vәftiz olan kәs xilas olacaq, iman etmәyәn isә mәhkum olacaq. 17 İman edәnlәri isә bu әlamәtlәr müşayiәt edәcәk: Mәnim adımla cinlәri qovacaqlar, yeni dillәrdә danışacaqlar, 18 ilanları әllәri ilә götürәcәklәr, öldürücü zәhәr içsәlәr belә, onlara tәsir etmәyәcәk, әllәrini xәstәlәrin üzәrinә qoyacaq vә onlar şәfa tapacaq". 19 Belәcә Rәbb İsa onlarla danışandan sonra göyә qaldırıldı vә Allahın sağında oturdu. 20 Şagirdlәr isә gedib hәr yerdә Müjdәni vәz etdilәr. Rәbb onlarla birgә işlәyirdi, onları müşayiәt edәn әlamәtlәrlә kәlamı tәsdiqlәyirdi.
1 Hörmәtli Teofil, çoxları aramızda baş vermiş hadisәlәrin tarixçәsini yazmağa cәhd göstәrib. 2 Әvvәldәn bәri Kәlamı öz gözlәri ilә görәnlәr vә Ona xidmәt edәnlәr bu hadisәlәri bizә nәql etdiyi kimi 3 mәn dә әvvәlcәdәn hәr şeyi diqqәtlә araşdırıb bunları sәnә ardıcıllıqla yazmağı münasib bildim. 4 Belә ki sәn öyrәndiyin şeylәrin doğru olduğunu bilәsәn. 5 Yәhudeya padşahı Hirodun dövründә Aviya bölüyündәn olan Zәkәriyyә adlı bir kahin var idi. Arvadı da Harun nәslindәn idi, adı Elizavet idi. 6 Onların hәr ikisi Allahın gözündә saleh idi vә Rәbbin qoyduğu әmr vә qaydaların hamısına nöqsansız әmәl edirdilәr. 7 Amma Elizavet sonsuz olduğuna görә onların övladı yox idi. Hәr ikisinin yaşı çox idi. 8 Bir gün Zәkәriyyә öz bölüyünün növbәsindә Allahın önündә kahinlik xidmәtini icra edirdi. 9 Rәbbin mәbәdinә daxil olub buxur yandırmaq üçün kahinlik adәtinә görә atılan püşk ona düşdü. 10 Buxur yandırma zamanı bütün camaat mәbәddәn kәnarda dua edirdi. 11 Bu vaxt Rәbbin bir mәlәyi buxur qurbangahının sağında durub Zәkәriyyәyә göründü. 12 Zәkәriyyә bunu görüb tәlaşa düşdü vә çox qorxdu. 13 Mәlәk isә ona dedi: "Qorxma, Zәkәriyyә! Sәnin duan eşidildi. Arvadın Elizavet sәnә bir oğul doğacaq. Sәn dә onun adını Yәhya qoy. 14 Sәn sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gәlmәsinә görә sevinәcәk. 15 Çünki o, Rәbbin gözündә böyük olacaq. O, şәrab vә başqa keflәndirici içki içmәyәcәk; hәlә ana bәtnindә olarkәn Müqәddәs Ruhla dolu olacaq. 16 O, İsrail övladlarının çoxunu Allahı Rәbb tәrәfә döndәrәcәk. 17 Ataların ürәklәrini övladlarına, itaәtsiz adamları salehlәrin düşüncә tәrzinә yönәltmәk vә Rәbbә hazırlanmış xalqı yetişdirmәk üçün İlyasın ruhu vә qüvvәti ilә Rәbbin önündә gedәcәk". 18 Zәkәriyyә mәlәyә dedi: "Mәn bunu necә bilәrәm? Axı mәn çox yaşlıyam, elә arvadımın da yaşı ötüb". 19 Mәlәk ona cavab verdi: "Mәn Allahın önündә dayanan Cәbrayılam vә sәninlә danışıb bu müjdәni sәnә çatdırmaq üçün göndәrilmişәm. 20 Budur, vaxtında hәyata keçәcәk sözlәrimә inanmadığına görә bu yerinә yetәn günәdәk sәn lal olub danışa bilmәyәcәksәn". 21 Bu vaxt camaat Zәkәriyyәni gözlәyirdi vә onun mәbәddә lәngimәsinә heyrәt edirdi. 22 O isә mәbәddәn çıxıb xalqla danışa bilmәdi. Onlar da Zәkәriyyәnin mәbәddә görüntü gördüyünü başa düşdülәr. Zәkәriyyә xalqa işarә edirdi vә lal olaraq qaldı. 23 Zәkәriyyә xidmәt vaxtı qurtaranda evinә qayıtdı. 24 Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı vә beş ay evindәn çıxmadı. 25 O deyirdi: "Bunu mәnim üçün Rәbb etdi. Bu vaxt O mәnә nәzәr salıb mәni el arasında xәcalәtdәn qurtardı". 26 Elizavetin hamilәliyinin altıncı ayında mәlәk Cәbrayıl Allah tәrәfindәn Qalileyadakı Nazaret adlanan şәhәrә, 27 Davudun nәslindәn olan Yusif adlı bir kişiyә nişanlanan bakirә qızın yanına göndәrildi. Hәmin qızın adı Mәryәm idi. 28 Mәlәk onun yanına gәlib dedi: "Salam, ey lütfә nail olmuş qız! Rәbb sәninlәdir". 29 Mәryәm bu sözlәrdәn tam lәrzәyә gәldi vә ürәyindә bu salamın nә demәk olduğu barәdә düşünmәyә başladı. 30 Mәlәk ona dedi: "Qorxma, Mәryәm, çünki sәn Allahın lütfünә nail oldun. 31 Sәn hamilә olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32 O, böyük olacaq vә Haqq-Taalanın Oğlu adlanacaq. Rәbb Allah Ona atası Davudun taxtını verәcәk. 33 O, Yaqub nәslinin üzәrindә әbәdi olaraq Padşah olacaq vә Onun Padşahlığının sonu olmayacaq". 34 Mәryәm mәlәyә dedi: "Bu necә olacaq? Mәn heç kişi üzü görmәmişәm". 35 Mәlәk cavabında ona dedi: "Müqәddәs Ruh sәnin üzәrinә enәcәk, Haqq-Taalanın qüdrәti üstünә kölgә salacaq. Buna görә dә doğulacaq müqәddәs Övlad Allahın Oğlu adlanacaq. 36 Bax qohumun Elizavetin dә yaşlı vaxtında bәtninә oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilәdir. 37 Çünki Allah üçün mümkün olmayan şey yoxdur". 38 Onda Mәryәm dedi: "Mәn Rәbbin quluyam, qoy mәnә sәnin dediyin kimi olsun". Mәlәk onu tәrk edib getdi. 39 O vaxt Mәryәm tәlәsik qalxıb Yәhudanın dağlıq bölgәsindәki bir şәhәrә yollandı. 40 O, Zәkәriyyәnin evinә girib Elizaveti salamladı. 41 Elizavet Mәryәmin salamını eşidәndә bәtnindәki körpә tәrpәndi. Elizavet dә Müqәddәs Ruhla dolub 42 uca sәslә çığırdı: "Sәn qadınlar arasında xeyir-dualısan, sәnin bәtninin bәhrәsi dә xeyir-dualıdır! 43 Bu necә oldu ki, Rәbbimin anası yanıma gәlib? 44 Bax sәnin salamının sәsi qulağıma çatanda bәtnimdәki körpә sevinclә tәrpәndi. 45 Rәbbin ona dediyi sözlәrin yerinә yetәcәyinә inanan qadın nә bәxtiyardır!". 46 Mәryәm isә dedi: 47 "Qәlbim Rәbbi ucaldır, Ruhum Xilaskarım Allaha görә şadlanır, 48 Çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nәsillәr mәni bәxtiyar sayacaq, 49 Çünki Qadir Olan mәnim üçün böyük işlәr etdi, Onun adı müqәddәsdir! 50 Onun mәrhәmәti dә nәsildәn-nәslә Ondan qorxanlara göstәrilәr. 51 O, qolu ilә qüdrәtli işlәr gördü, Ürәklәrindә qürurla düşünәnlәri pәrәn-pәrәn saldı. 52 Hökmdarları taxtlarından endirdi, Mәzlumları yüksәltdi. 53 Acları nemәtlәrlә doydurdu, Varlıları isә әliboş yola saldı. 54 Rәbb Qulu İsrailin imdadına çatdı, Ata-babalarımıza әbәdi vәd etdiyi kimi İbrahimә vә onun nәslinә әbәdilik Mәrhәmәt göstәrmәyi yada saldı". 56 Mәryәm Elizavetin yanında üç aya yaxın qalıb evinә qayıtdı. 57 Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. 58 Onun qohum-qonşuları Rәbbin ona böyük mәrhәmәt göstәrdiyini eşidәndә onunla birgә sevindilәr. 59 Sәkkizinci gün körpәni sünnәt etmәyә gәldilәr. Ona atası Zәkәriyyәnin adını qoymaq istәdilәr. 60 Körpәnin anası isә dedi: "Yox, onun adı Yәhya olacaq". 61 Ona dedilәr: "Axı qohumların arasında belә adı olan bir kәs yoxdur". 62 Körpәnin atasından körpәyә nә ad qoyulmasını işarә ilә soruşdular. 63 O, bir yazı lövhәciyi istәyib yazdı: "Onun adı Yәhyadır".Hamı heyrәtә gәldi. 64 Hәmin o anda Zәkәriyyәnin dili açıldı. O, Allaha alqış etmәyә başladı. 65 Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisәlәr haqqında Yәhudeyanın dağlıq bölgәsinin hәr yerindә danışırdılar. 66 Bu barәdә eşidәn hәr bir kәs fikrә gedib deyәrdi: "Bu körpә böyüyüb nә olacaq?" Çünki Rәbbin әli onun üzәrindә idi. 67 Körpәnin atası Zәkәriyyә Müqәddәs Ruhla dolub belә peyğәmbәrlik etdi: 68 "Alqış olsun İsrailin Allahı Rәbbә! Çünki Öz xalqına nәzәr salıb onları satın aldı. 69 O, qulu Davudun nәslindәn Bizә qüdrәtli Xilaskar yetirdi. 70 Qәdimdәn bәri Öz müqәddәs peyğәmbәrlәrinin vasitәsilә bildirdiyi kimi 71 Düşmәnlәrimizdәn vә bizә nifrәt edәnlәrin әlindәn bizi xilas etdi. 72 Belәcә ata-babalarımıza mәrhәmәt göstәrib Öz müqәddәs Әhdini xatırladı. 73 Atamız İbrahimә and içdiyi kimi Bizә elә güc verdi ki, 74 Düşmәnlәrimizin әlindәn qurtulub Hәyatımız boyu qorxmadan Rәbbin önündә Müqәddәslik vә salehliklә Ona ibadәt edәk. 76 Ey körpә, sәn Haqq-Taalanın peyğәmbәri adlanacaqsan, Çünki Rәbbin önündә gedәcәksәn, Onun yolunu hazırlayacaqsan. 77 Onun xalqına günahlarının bağışlanması ilә Xilas olunmaları barәdә bildirәcәksәn. 78 Axı Allahımızın ürәyi mәrhәmәtlidir, Onun bu mәrhәmәtinә görә Ucalarda bizim üçün Günәş doğacaq ki, 79 Zülmәtdә vә ölüm kölgәsindә oturanların üzәrinә nur saçsın, Ayaqlarımızı sülh yoluna yönәltsin". 80 Körpә isә böyüyüb ruhәn qüvvәtlәnirdi vә İsrail xalqına görünәn günәdәk çöldә qaldı.
1 O günlәrdә qeysәr Avqust bütün Roma ölkәsi üçün siyahıyaalma keçirmәk barәsindә fәrman verdi. 2 Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi. 3 Hamı siyahıya alınmaq üçün öz şәhәrinә yollandı. 4 Yusif dә Davudun әsil-nәslindәn olduğuna görә Qalileyanın Nazaret şәhәrindәn çıxıb Yәhudeyaya, Davudun şәhәri olan Bet-Lexemә yollandı. 5 O oraya hamilә olan nişanlısı Mәryәmlә birlikdә siyahıya alınmaq üçün getdi. 6 Onlar orada olarkәn Mәryәmin doğuş vaxtı çatdı. 7 O, ilk Oğlunu doğdu. Körpәni bәlәyib axura qoydu, çünki qonaq evindә onlara yer tapılmadı. 8 O әrazidә sürülәrinin yanında gecә növbәsini çәkәn çobanlar var idi. Onlar çöldә gecәlәyirdi. 9 Birdәn Rәbbin bir mәlәyi onların qarşısında zühur etdi vә Rәbbin ehtişamı onların üzәrinә nur saçdı. Çobanları böyük qorxu bürüdü. 10 Mәlәk onlara dedi: "Qorxmayın! Mәn sizә bütün xalqı çox sevindirәcәk bir Müjdә gәtirmişәm. 11 Bu gün Davudun şәhәrindә sizin üçün Xilaskar doğuldu. Bu, Rәbb Mәsihdir. 12 Sizә әlamәt bu olacaq: axurda yatan bәlәnmiş Körpә tapacaqsınız". 13 Qәflәtәn mәlәyin yanında Allaha hәmd edәn çoxsaylı sәmavi ordu göründü. Onlar belә deyirdi: 14 "Әn ucalarda Allaha izzәt, Yer üzündә Onun razı olduğu insanlara sülh olsun!" 15 Mәlәklәr çobanları tәrk edib göyә qalxandan sonra onlar bir-birinә dedi: "Gәlin Bet-Lexemә gedәk vә Rәbbin bizә bildirdiyi bu baş vermiş hadisәni görәk". 16 Onlar tәlәsik getdi. Mәryәmi, Yusifi vә axurda yatan Körpәni tapdılar. 17 Çobanlar Körpәni görәndә Onun haqqında onlara nәql edilәnlәri bildirdilәr. 18 Bunu eşidәnlәrin hamısı çobanların sözlәrindәn heyrәtә gәldi. 19 Mәryәm isә bütün bu şeylәri dәrin düşünәrәk öz ürәyindә saxlayırdı. 20 Çobanlar bütün gördüklәri vә eşitdiklәrinә görә Allahı izzәtlәndirib hәmd edәrәk geri qayıtdılar. Çünki hәr şey onlara söylәdiklәri kimi baş vermişdi. 21 Sәkkizinci gün Körpәnin sünnәt olunması vaxtı gәlәndә Onun adını İsa qoydular. Bu ad ona ana bәtninә düşmәzdәn әvvәl mәlәk tәrәfindәn verilmişdi. 22 Musanın Qanununa görә paklanma dövrü tamamlanandan sonra Yusiflә Mәryәm Körpәni Rәbbә hәsr etmәk üçün Yerusәlimә gәtirdilәr, 23 necә ki Rәbbin Qanununda yazılıb: "Bәtndәn ilk doğulan bütün oğlanlar Rәbb üçün müqәddәs sayılsın". 24 Hәmçinin onlar qurban tәqdim etdi, necә ki Rәbbin Qanununda әmr olunub: "İki qumru quşu yaxud iki göyәrçin balası". 25 O vaxt Yerusәlimdә Şimeon adlı bir adam var idi. O, saleh vә mömin idi. İsrailә tәsәlli verilәcәyini gözlәyirdi vә Müqәddәs Ruh onun üzәrindә idi. 26 Müqәddәs Ruh ona әvvәlcәdәn açıqlamışdı ki, o, Rәbbin Mәsihini görmәyincә ölmәyәcәk. 27 Belәliklә, Şimeon Ruhdan ilham alıb mәbәdә gәldi. Körpәnin ata-anası Qanunda qoyulan adәtә әmәl etmәk üçün Körpә İsanı mәbәdә gәtirәndә 28 Şimeon Körpәni qucağına götürdü vә Allaha alqış edәrәk belә dedi: 29 "Ey Pәrvәrdigar, indi Sәnin sözünә görә Mәn – Sәnin qulun arxayın ölә bilәrәm. 30 Çünki bütün xalqların gözlәri önündә hazırladığın xilası, Millәtlәrә aşkar edәn nuru, Xalqın İsrail üçün dә izzәti Öz gözlәrimlә gördüm". 33 Körpәnin ata-anası Onun barәsindә deyilәn sözlәrә görә heyrәtә gәldi. 34 Şimeon onlara xeyir-dua verib Körpәnin anası Mәryәmә belә dedi: "Bu Körpә İsraildә bir çox adamın yıxılmasının ya ucalmasının sәbәbkarı vә insanların rәdd etdiyi bir әlamәt olmaq üçün tәyin olunub. 35 Sәnin köksünә isә sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qәlbindәki fikirlәrin aşkara çıxması üçün olacaq". 36 Orada Aşer qәbilәsindәn olan Penuel qızı Xanna adlı qadın peyğәmbәr dә var idi. O, çox yaşlı idi. Gәnc yaşında әrә getmiş, әri ilә yeddi il yaşayıb dul qalmışdı. 37 Bu, sәksәn dörd yaşında dul qadın idi. O, mәbәdi tәrk etmirdi vә oruc tutub dua edәrәk gecә-gündüz Rәbbә ibadәt edirdi. 38 Xanna da bu zaman yaxınlaşdı vә Allaha şükür edәrәk Yerusәlimin satın alınmasını gözlәyәn bütün adamlara Körpә İsa barәdә nәql etmәyә başladı. 39 Yusiflә Mәryәm Rәbbin Qanununa әsasәn hәr şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şәhәrlәri olan Nazaretә qayıtdı. 40 Uşaq böyüyür, qüvvәtlәnir vә hikmәtdә yetkinlәşirdi. Allahın lütfü dә Onun üzәrindә idi. 41 Hәr il İsanın ata-anası Pasxa bayramında Yerusәlimә gedәrdi. 42 İsanın on iki yaşı tamam olanda onlar bayram adәtinә görә yenә ora getdilәr. 43 Bayram qurtarandan sonra onlar evә yollandı. Amma yeniyetmә İsa Yerusәlimdә qaldı, onun ata-anasının isә bundan xәbәri yox idi. 44 Onlar İsanın sәyyahlar dәstәsi içindә getdiyini düşünürdü. Amma bir günlük yolu gedәndәn sonra Onu dostların vә qohumların arasında axtarmağa başladılar. 45 Onu tapmadılar vә axtara-axtara Yerusәlimә qayıtdılar. 46 Üç gündәn sonra Onu mәbәddә tapdılar. İsa müәllimlәr arasında oturmuşdu vә onlara qulaq asır, suallar verirdi. 47 Onu dinlәyәn hәr kәs Onun zәkasına vә verdiyi cavablara mat qalırdı. 48 Ata-anası Onu görüb tәәccüblәndi. İsanın anası Ona dedi: "Oğlum, bu nәdir başımıza gәtirdin? Atanla mәn nigaran qalıb sәni axtarırdıq". 49 İsa onlara cavab verdi: "Mәni nә üçün axtarırdınız? Mәgәr bilmirdiniz ki, Mәn Atamın evindә olmalıyam?" 50 Amma onlar Onun nә demәk istәdiyini başa düşmәdi. 51 Sonra İsa ata-anası ilә Nazaretә qayıtdı. O, ata-anasına itaәtli idi. Onun anası isә bütün bu şeylәri öz ürәyindә saxlayırdı. 52 İsa böyüyürdü vә hikmәtdә artırdı. O, Allahın vә insanların qarşısında lütf qazanırdı.
1 Qeysәr Tiberinin hakimiyyәtinin on beşinci ili idi. O dövrdә Ponti Pilat Yәhudeyanın valisi idi. Hirod Qalileyada, qardaşı Filip İtureya vә Traxonitis bölgәsindә, Lisaniya Abileniyada hökmranlıq edirdi. 2 Xananla Qayafa baş kahin idi. O vaxt çöldә Zәkәriyyәnin oğlu Yәhyaya Allahın kәlamı nazil oldu. 3 O da İordan çayının әtrafındakı bütün bölgәni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbә edib vәftiz olunmasını vәz edirdi. 4 Necә ki Yeşaya peyğәmbәrin kitabında yazılıb: "Sәhrada nida edәnin sәsi gәlir: “Rәbbin yolunu hazırlayın, Onun keçәcәyi yerlәri düz edin. 5 Hәr dәrә yüksәldilәcәk, Hәr dağ vә tәpә aşağı endirilәcәk, Yoldakı әyriliklәr düzәlәcәk, Kәlә-kötür yerlәr hamar edilәcәk. 6 Bütün bәşәr Allahın xilasını görәcәk”". 7 Yәhya vәftiz olunmaq üçün yanına gәlәn camaata deyirdi: "Ey gürzәlәr nәsli! Üzәrinizә gәlәcәk qәzәbdәn canınızı qurtarmağı sizin beyninizә kim yeridib? 8 İndi isә tövbәyә layiq bәhrәlәr verin. Ürәyinizdә “atamız İbrahimdir” demәyә başlamayın. Mәn sizә deyirәm ki, Allah bu daşlardan İbrahimә övlad yaratmağa qadirdir. 9 Artıq balta ağacların dibindә yatır. Belәliklә, yaxşı bәhrә vermәyәn hәr ağac kәsilir vә oda atılır". 10 Camaat ondan soruşurdu: "Bәs biz nә edәk?" 11 Yәhya onlara belә cavab verdi: "İki köynәyi olan birini köynәyi olmayana versin. Hәmçinin yemәyi olan adam da olmayanla bölüşsün". 12 Vergiyığanlar da vәftiz olunmaq üçün onun yanına gәlib soruşdu: "Müәllim, biz nә edәk?" 13 Yәhya onlara dedi: "Sizә tapşırılan mәblәğdәn artıq vergi yığmayın". 14 Bәzi әsgәrlәr dә gәlib ondan soruşdu: "Bәs biz nә etmәliyik?" Yәhya da onlara cavab verdi: "Heç kimdәn zorla pul almayın, nahaq yerә ittiham etmәyin, aldığınız maaşla kifayәtlәnin". 15 Xalq ümidlә gözlәyirdi vә hamı ürәyindә Yәhya haqqında öz-özündәn soruşurdu: "Görәsәn bu, Mәsihdirmi?" 16 Yәhya onların hamısına belә cavab verdi: "Mәn sizi su ilә vәftiz edirәm, amma mәndәn daha Qüdrәtlisi gәlir. Mәn Onun çarıqlarının bağını açmağa belә, layiq deyilәm. O sizi Müqәddәs Ruhla vә odla vәftiz edәcәk. 17 Öz xırmanını sovurmaq vә taxılı anbarına toplamaq üçün kürәyi әlindә hazırdır. Külәşi isә sönmәz odda yandıracaq". 18 Yәhya çoxlu başqa öyüd-nәsihәt verәrәk xalqa Müjdәni vәz edirdi. 19 Amma Yәhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına vә etdiyi hәr cür pis işlәrә görә mәzәmmәt etdikdә 20 Hirod etdiyi bütün pis işlәrә bunu da әlavә edәrәk Yәhyanı zindana saldırdı. 21 Bütün xalq vәftiz olunanda İsa da vәftiz olundu. O dua edәrkәn göy yarıldı, 22 Müqәddәs Ruh bәdәncә, göyәrçin şәklindә Onun üzәrinә endi. Göydәn bir sәda gәldi: "Sәn Mәnim sevimli Oğlumsan, Sәndәn razıyam". 23 İsa Öz xidmәtinә başlayanda tәxminәn otuz yaşında idi. İnsanların zәnnincә, O, Yusif Oğlu Eli oğlu 24 Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu 25 Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu 26 Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu 27 Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu 28 Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu 29 Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu 30 Şimeon oğlu Yәhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu 31 Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu 32 Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu 33 Amminadav oğlu Admin oğlu Arni oğlu Xesron oğlu Peres oğlu Yәhuda oğlu 34 Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu 35 Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu 36 Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu 37 Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu 38 Enoş oğlu Şet oğlu Adәm oğlu Allah oğlu idi.
1 İsa Müqәddәs Ruhla dolaraq İordan çayından qayıtdı vә Ruh tәrәfindәn sәhraya aparıldı. 2 Orada İsa qırx gün әrzindә iblis tәrәfindәn sınağa çәkildi. Bu müddәtdә İsa heç nә yemәdi vә qırx gün keçәndәn sonra acdı. 3 İblis Ona dedi: "Әgәr Sәn Allahın Oğlusansa, bu daşa әmr et ki, çörәyә dönsün". 4 Lakin İsa ona belә cavab verdi: "“İnsan yalnız çörәklә yaşamaz” deyә yazılmışdır". 5 Sonra iblis İsanı yuxarıya çıxardı vә bir anda dünyanın bütün padşahlıqlarını Ona göstәrdi. 6 İblis İsaya dedi: "Mәn bütün bunların üzәrindәki sәlahiyyәti vә şan-şöhrәti Sәnә verәcәyәm. Çünki bunlar mәnә verilib vә mәn kimә istәsәm, ona verә bilәrәm. 7 Bax әgәr Sәn mәnә sәcdә etsәn, bunların hamısı sәnin olacaq". 8 İsa ona belә cavab verdi: "“Allahın Rәbbә sәcdә et vә yalnız Ona ibadәt et” deyә yazılmışdır". 9 Sonra iblis Onu Yerusәlimә apardı vә mәbәdin qüllәsinә qoyub dedi: "Әgәr Sәn Allahın Oğlusansa, özünü buradan aşağı at. 10 Axı “Allah Sәnә görә mәlәklәrinә әmr edәr ki, Sәni qorusunlar, 11 Sәni әllәri üstündә aparsınlar, Ayağın bir daşa dәymәsin” deyә yazılmışdır". 12 Amma İsa cavabında ona belә dedi: "“Allahın Rәbbi sınama” deyilmişdir". 13 İblis sınaqların hamısını qurtarandan sonra bir müddәt Onu tәrk etdi. 14 İsa Ruhun qüdrәti ilә Qalileyaya qayıtdı. Onun haqqında xәbәr bütün bölgәyә yayıldı. 15 İsa oranın sinaqoqlarında tәlim öyrәtmәyә başladı. Hamı Onu izzәtlәndirirdi. 16 İsa böyüdüyü Nazaret şәhәrinә gәldi vә adәtinә görә Şәnbә günü sinaqoqa getdi. O, Müqәddәs Yazılardan oxumaq üçün ayağa qalxdı. 17 Ona Yeşaya peyğәmbәrin kitabını verdilәr. İsa tumarı açıb bu sözlәr yazılan hissәni tapdı: 18 "Rәbbin Ruhu üzәrimdәdir, Çünki fәqirlәrә Müjdәni bildirmәk üçün O Mәni mәsh etdi. Әsirlәrә azadlıq, Korlara gözlәrinin açılmasını elan etmәk üçün, Mәzlumları sәrbәstliyә buraxmaq üçün, 19 Rәbbin lütf ilini bәyan etmәk üçün Mәni göndәrdi". 20 Sonra İsa tumarı bağladı vә xidmәtçiyә verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqәtlә baxırdı. 21 İsa onlara "eşitdiyiniz bu Müqәddәs Yazı bu gün yerinә yetdi" deyә danışmağa başladı. 22 Bu vaxt hamı Onun haqqında yaxşı sözlәr deyirdi vә Onun ağzından çıxan lütf dolu kәlmәlәrә heyrәt edirdi. Onlar "Mәgәr bu, Yusifin Oğlu deyilmi?" deyirdi. 23 İsa onlara belә dedi: "Әlbәttә, siz Mәnә “Ey hәkim, öz-özünә şәfa ver!” mәsәlini xatırladacaqsınız. “Kefernahumda etdiklәrin barәsindә eşitmişik. Burada, Öz yurdunda da hәmin işlәri et!” deyәcәksiniz". 24 Sonra dedi: "Sizә doğrusunu deyirәm: heç bir peyğәmbәr öz yurdunda qәbul edilmәz. 25 Yenә dә sizә hәqiqәti deyirәm ki, İlyasın dövründә göy üç il altı ay әrzindә bağlı qalıb bütün ölkәdә böyük aclıq olanda İsraildә çoxlu dul qadın var idi. 26 Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şәhәrindә olan bir dul qadının yanına göndәrildi. 27 Elişa peyğәmbәrin dövründә İsraildә çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu". 28 Sinaqoqdakı camaatın hamısı bu sözlәri eşidib hiddәtlәndi. 29 Onlar ayağa durdular vә İsanı şәhәrin kәnarına qovdular. Onu uçurumdan atmaq üçün şәhәrin qurulduğu tәpәnin başına gәtirdilәr. 30 Amma İsa onların arasından keçәrәk oradan çıxıb getdi. 31 İsa Qalileyanın Kefernahum şәhәrinә gәldi vә Şәnbә günü onlara tәlim öyrәtmәyә başladı. 32 Onun tәliminә tәәccüblәnirdilәr, çünki O, sәlahiyyәtlә danışırdı. 33 Hәmin vaxt sinaqoqda cinә – natәmiz ruha tutulmuş bir nәfәr var idi. O ucadan çığırdı: 34 "Nә olub? Ey Nazaretli İsa, bizdәn nә istәyirsәn? Bizi mәhv etmәyәmi gәlmisәn? Mәn bilirәm Sәn Kimsәn: Allahın Müqәddәsisәn!" 35 Amma İsa ona qadağan edib dedi: "Sus vә bu adamdan çıx!" Cin bu adamı hamının qabağında yerә yıxıb heç bir zәrәr vermәdәn ondan çıxdı. 36 Hamı heyrәtә düşdü vә bir-birinә dedi: "Bu söz nәdir? O, natәmiz ruhlara sәlahiyyәt vә qüdrәtlә әmr edir, onlar da çıxır!" 37 İsa haqqında xәbәr bu bölgәnin hәr yerinә yayıldı. 38 İsa sinaqoqdan çıxıb Şimonun evinә gәldi. Şimonun qayınanası isә yüksәk qızdırma içindә yatırdı. Bu qadından ötrü İsadan kömәk istәdilәr. 39 İsa ona yaxınlaşıb qızdırma xәstәliyinә qadağan etdi vә qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmәt etmәyә başladı. 40 Gün batanda hamı müxtәlif xәstәliyә tutulanları İsanın yanına gәtirdi. O hәr birinin üzәrinә әllәrini qoyub onlara şәfa verdi. 41 Bir çoxlarından isә cinlәr "Sәn Allahın Oğlusan!" deyә bağıraraq çıxırdı. O isә onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Mәsih olduğunu bilirdilәr. 42 Sәhәr açılanda İsa çıxıb kimsәsiz bir yerә getdi. Camaat isә Onu axtarırdı vә İsanın yanına gәlib onları tәrk etmәsin deyә Onu yanlarında saxlamaq istәdilәr. 43 Lakin İsa onlara dedi: "Mәn o biri şәhәrlәrә dә Allahın Padşahlığının Müjdәsini yaymalıyam, çünki Mәn bunun üçün göndәrilmişәm". 44 Belәliklә, İsa Yәhudeyanın sinaqoqlarında vәz etmәyә davam etdi.
1 Bir gün İsa Ginesar gölünün sahilindә dayanmışdı. İzdiham İsanı dövrәyә almışdı vә Allahın kәlamına qulaq asırdı. 2 İsa göl kәnarında duran iki qayıq gördü. Balıqçılar isә qayıqdan çıxıb torlarını yuyurdular. 3 İsa iki qayıqdan birinә – Şimonun qayığına minib onu gölün kәnarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu vә qayıqdan izdihama tәlim öyrәtmәyә başladı. 4 O, sözünü qurtaranda Şimona dedi: "Qayığı dәrinliyә aparın vә torlarınızı balıq tutmaq üçün suya atın". 5 Şimon cavab verdi: "Ustad, biz bütün gecә çalışdıq, lakin heç nә tuta bilmәdik. Amma Sәnin sözünә görә yenә dә torları ataram". 6 Bunu etdilәr vә o qәdәr balıq tutdular ki, hәtta torları cırılmağa başladı. 7 O biri qayıqdakı yoldaşlarına da işarә etdilәr ki, gәlib kömәk etsinlәr. Onlar gәlib hәr iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı. 8 Şimon Peter bunu gördükdә İsanın ayaqlarına düşdü vә belә dedi: "Ya Rәbb, mәndәn uzaqlaş, axı mәn günahkar bir adamam". 9 Çünki özü dә, yanındakılar da tutduqları balıqların çoxluğuna görә heyrәtә düşmüşdü. 10 Şimonla ortaq olan Yaqub vә Yәhya adlı Zavday oğulları da eyni hisslәr keçirirdi. Amma İsa Şimona belә dedi: "Qorxma, bundan belә, balıq әvәzinә adam tutacaqsan". 11 Onlar qayıqları göl kәnarına çıxarıb hәr şeyi atdılar vә İsanın ardınca getdilәr. 12 Bir gün İsa şәhәrlәrin birindә olarkәn bütün bәdәni cüzama tutulmuş bir kişi ilә rastlaşdı. Bu adam İsanı görüb üzüstә yerә qapanaraq yalvardı: "Ya Rәbb, әgәr istәsәn, mәni pak edә bilәrsәn". 13 İsa әlini uzadıb ona toxundu vә dedi: "İstәyirәm, pak ol!" Dәrhal bu adam cüzamdan sağaldı. 14 İsa ona tapşırdı ki, heç kәsә bir söz söylәmәsin vә dedi: "Amma get, özünü kahinә göstәr. Hәr kәsә şәhadәt olsun deyә sәnin cüzamdan paklandığın üçün Musanın buyurduğuna әsasәn tәqdimlәr apar". 15 Amma indi İsa barәsindә xәbәr daha çox yayılırdı. Çoxlu camaat axışıb İsanın yanına gәlirdi ki, Ona qulaq assın vә xәstәliklәri şәfa tapsın. 16 Amma İsa kimsәsiz yerlәrә çәkilib dua edirdi. 17 Bir gün İsa tәlim öyrәdirdi. Qalileyanın vә Yәhudeyanın bütün kәndlәrindәn vә Yerusәlimdәn gәlәn fariseylәr vә Qanun müәllimlәri Onun yanında oturmuşdu. Onda şәfa vermәk üçün Rәbbin qüdrәti var idi. 18 Bu vaxt bir neçә nәfәr yataqda yatan bir iflic adamı gәtirdi. Onlar bu adamı içәri gәtirib İsanın önünә qoymağa çalışırdılar. 19 Amma böyük izdihama görә iflici İsanın yanına gәtirә bilmirdilәr. Ona görә dә evin damına çıxıb kirәmitlәri söküb açdıqları yerdәn xәstәni yatağı ilә birgә aşağı endirdilәr vә ortalığa, İsanın qarşısına qoydular. 20 İsa onların imanını görüb dedi: "Dostum, günahların bağışlandı". 21 İlahiyyatçılar vә fariseylәr belә düşünmәyә başladı: "Küfr danışan bu Adam kimdir ki? Tәk Allahdan başqa günahları kim bağışlaya bilәr?" 22 İsa onların nә fikirlәşdiyini dәrk edib cavab verdi: "Niyә ürәyinizdә belә düşünürsünüz? 23 Bax hansı daha asandır? “Günahların bağışlandı” demәkmi, yoxsa “Qalx, yeri!” demәk? 24 Lakin siz bilin ki, Bәşәr Oğlunun yer üzündә günahları bağışlamaq sәlahiyyәti var" vә iflicә dedi: "Sәnә deyirәm, qalx, yatağını götür, evinә get!" 25 Xәstә dәrhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü vә Allahı izzәtlәndirәrәk evinә getdi. 26 Hamı mat qaldı vә Allahı izzәtlәndirib böyük qorxu içindә dedi: "Bu gün möcüzәli işlәr gördük!" 27 Bundan sonra İsa bayıra çıxdı vә vergi yığılan yerdә oturan Levi adlı vergiyığanı görüb ona dedi: "Ardımca gәl". 28 O da durub hәr şeyi atdı vә İsanın ardınca getdi. 29 Sonra Levi evindә İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgә bir çox vergiyığan vә başqa adamlar süfrәyә oturmuşdu. 30 Fariseylәrlә onların ilahiyyatçıları şikayәt etmәyә başladı. Onlar İsanın şagirdlәrinә dedi: "Niyә vergiyığanlar vә günahkarlarla birgә yeyib-içirsiniz?" 31 Amma İsa onlara belә cavab verdi: "Sağlamların deyil, xәstәlәrin hәkimә ehtiyacı var. 32 Mәn salehlәri deyil, günahkarları tövbәyә çağırmaq üçün gәlmişәm". 33 Onlarsa İsaya dedi: "Yәhyanın şagirdlәri tez-tez oruc tutub dua edir, fariseylәrin şagirdlәri dә belә edirlәr. Amma Sәninkilәr yeyib-içir". 34 İsa onlara cavab verdi: "Bәy yanlarında olanda sağdışı vә soldışı oruc tutmağa mәcbur edә bilәrsinizmi? 35 Lakin bәyin onların arasından aparılacağı günlәr gәlәcәk vә o zaman oruc tutacaqlar". 36 İsa onlara bir mәsәl dә çәkdi: "Heç kim tәzә paltardan bir parça qoparıb köhnә paltara yamaq vurmaz. Yoxsa tәzә paltar hәm cırılar, hәm dә tәzә paltardan qoparılan parça köhnә paltara yaraşmaz. 37 Heç kim tәzә şәrabı köhnә tuluqlara doldurmaz. Yoxsa tәzә şәrab tuluqları partladar, hәm şәrab tökülәr, hәm dә tuluqlar zay olar. 38 Tәzә şәrab tәzә tuluqlara doldurulmalıdır. 39 Heç kim köhnә şәrabı içdikdәn sonra tәzәsini istәmәz. Çünki deyәr: “Köhnәsi daha yaxşıdır”".
1 Bir Şәnbә günü İsa taxıl zәmilәri arasından keçirdi. Şagirdlәri sünbüllәri qırır vә ovuclarında ovub yeyirdilәr. 2 Fariseylәrdәn bәzisi dedi: "Siz nә üçün Şәnbә günü qadağan olunan işlәri görürsünüz?" 3 İsa onlara cavab verdi: "Davud vә yanındakılar ac olanda nә etdiklәrini oxumamısınızmı? 4 O, Allahın evinә girdi; kahinlәrdәn başqa heç kәsә yemәyә icazә verilmәyәn tәqdis çörәklәrini götürüb yedi, yanındakılara da verdi". 5 Sonra İsa onlara dedi: "Bәşәr Oğlu Şәnbә gününün Sahibidir". 6 Başqa bir Şәnbә günü İsa yenә dә sinaqoqa girib tәlim öyrәdirdi. Orada sağ әli qurumuş bir adam var idi. 7 İlahiyyatçılar vә fariseylәr İsanı ittiham etmәyә bәhanә tapmaq üçün Ona göz qoyurdular ki, görsünlәr, Şәnbә günü şәfa verәcәk ya yox. 8 Amma İsa onların nә düşündüklәrini bilib әli qurumuş kişiyә dedi: "Ayağa qalx vә qabağa çıx!" O adam da ayağa qalxıb ortaya çıxdı. 9 Sonra İsa onlara dedi: "Sizdәn soruşuram, hansına icazә var, Şәnbә günü yaxşılıq, yoxsa pislik etmәyә, kiminsә canını xilas, yoxsa mәhv etmәyә?" 10 İsa әtrafındakıların hamısına baxdı vә o adama dedi: "Әlini uzat!" O da elә etdi vә әli әvvәlki halına qayıtdı. 11 Onlarsa qәzәbdәn coşub İsaya nә edә bilәcәklәri barәdә bir-biri ilә müzakirә etmәyә başladılar. 12 O günlәrdә İsa dua etmәk üçün dağa çıxdı. O bütün gecәni Allaha dua etmәklә keçirtdi. 13 Gün açılanda şagirdlәrini yanına çağırdı vә onlardan on iki nәfәri seçib hәvari adlandırdı: 14 Peter adını da verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yәhya, Filip, Bartalmay, 15 Matta, Tomas, Halfay oğlu Yaqub, Millәtçi adlanan Şimon, 16 Yaqub oğlu Yәhuda vә sonralar xәyanәtkar olan Yәhuda İskaryot. 17 İsa onlarla birgә aşağı endi vә düzәngahda dayandı. Orada çox sayda şagirdlәrindәn ibarәt izdiham var idi. Bütün Yәhudeyadan, Yerusәlimdәn, Sur vә Sidon yaxınlığındakı sahil bölgәlәrindәn çoxlu adam 18 Onu dinlәmәk vә öz xәstәliklәrindәn sağalmaq üçün gәlmişdi. Natәmiz ruhlardan әzab çәkәnlәr dә şәfa tapdılar. 19 Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrәt hamını sağaldırdı. 20 İsa Öz şagirdlәrinә nәzәr salıb dedi: "Nә bәxtiyarsınız, ey yoxsullar! Çünki Allahın Padşahlığı sizindir. 21 Nә bәxtiyarsınız, ey indi aclıq çәkәnlәr! Çünki doyacaqsınız. Nә bәxtiyarsınız, ey indi ağlayanlar! Çünki gülәcәksiniz. 22 Bәşәr Oğluna görә insanlar sizә nifrәt edәndә, sizi cәmiyyәtdәn qovub tәhqir edәndә, adınızı bәdnam edәndә nә bәxtiyarsınız! 23 O gün sevinin vә sevincdәn atılıb-düşün! Çünki göydә mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğәmbәrlәrlә belә davranıb. 24 Amma vay halınıza, ey varlılar! Çünki artıq tәsәllinizi almısınız. 25 Vay halınıza, ey indi tox olan sizlәr! Çünki aclıq çәkәcәksiniz. Vay halınıza, ey indi gülәnlәr! Çünki yas tutub ağlayacaqsınız. 26 Bütün adamlar sizin barәnizdә yaxşı şeylәr danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğәmbәrlәrlә belә davranıb. 27 Amma sizә deyirәm, ey Mәni dinlәyәnlәr: düşmәnlәrinizi sevin, sizә nifrәt edәnlәrә yaxşılıq edin, 28 sizi lәnәtlәyәnlәrә xeyir-dua verin, sizi incidәnlәr üçün dua edin. 29 Bir üzünә şillә vurana o birini dә çevir vә üst paltarını aparandan köynәyini dә әsirgәmә. 30 Sәndәn bir şey dilәyәn hәr kәsә ver vә sәnin malını aparandan geri istәmә. 31 İnsanların sizinlә necә rәftar etmәsini istәyirsinizsә, siz dә onlarla elә rәftar edin. 32 Әgәr sizi sevәnlәri sevirsinizsә, hansı tәrifә layiqsiniz? Çünki günahkarlar da onları sevәnlәri sevirlәr. 33 Әgәr sizә yaxşılıq edәnlәrә yaxşılıq edirsinizsә, hansı tәrifә layiqsiniz? Çünki günahkarlar da elә edirlәr. 34 Әgәr geri almaq ümidi ilә insanlara borc verirsinizsә, hansı tәrifә layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlәr ki, hәmin borcu tam geri alsınlar. 35 Sizsә düşmәnlәrinizi sevin, onlara yaxşılıq edin vә heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq vә siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara vә pis adamlara da xeyirxahdır. 36 Atanız mәrhәmәtli olduğu kimi siz dә mәrhәmәtli olun. 37 Mühakimә etmәyin, siz dә mühakimә olunmazsınız. Hökm çıxarmayın, sizә dә hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz dә bağışlanacaqsınız. 38 Verin, sizә dә verilәcәk: silkәlәnib basa-basa dolan bol bir ölçü ilә sizә qucaq-qucaq verilәcәk. Çünki hansı ölçü ilә ölçsәniz, sizin üçün dә eyni ölçü ilә ölçülәcәk". 39 İsa onlara yenә dә bir mәsәl çәkdi: "Kor koru apara bilәrmi? İkisi dә çuxura düşmәzmi? 40 Şagird müәllimindәn üstün deyil, amma tam tәlim alandan sonra hәr şagird öz müәllimi kimi olacaq. 41 Sәn nә üçün qardaşının gözündә çöpü görürsәn, amma öz gözündәki tiri seçmirsәn? 42 Öz gözündәki tiri isә görmәdәn qardaşına necә deyә bilәrsәn: “Qardaşım! Qoy gözündәki çöpü çıxarım!” Ey ikiüzlü, әvvәlcә öz gözündәn tiri çıxar, onda aydın görәrsәn ki, qardaşının gözündәki çöpü necә çıxarmaq olar. 43 Yaxşı ağac pis bәhrә gәtirmәz, pis ağac da yaxşı bәhrә gәtirmәz. 44 Çünki hәr ağac öz bәhrәsindәn tanınır. Qaratikandan әncir yığmazlar, tikan kolundan da üzüm dәrmәzlәr. 45 Yaxşı adam ürәyinin yaxşılıq xәzinәsindәn yaxşı şeylәr çıxarır, pis adam isә pislik xәzinәsindәn pis şeylәr çıxarır. Çünki ürәk doluluğundan ağız danışar. 46 Nә üçün Mәni “ya Rәbb, ya Rәbb” deyә çağırırsınız, amma dediklәrimә әmәl etmirsiniz? 47 Mәnim yanıma gәlәn, sözlәrimi eşidib onlara әmәl edәn hәr adamın kimә bәnzәdiyini sizә izah edәrәm: 48 o, ev tikәn elә bir adama bәnzәyir ki, torpağı qazıb dәrinә gedәr vә tәmәli qaya üzәrindә qurar. Daşqın gәldiyi zaman sellәr o evi bassa da, onu sarsıda bilmәz. Çünki ev yaxşı tikilib. 49 Amma sözlәrimi eşidib onlara әmәl etmәyәn kәs torpaq üzәrindә tәmәlsiz ev tikәn adama bәnzәyir. Sellәr o evi basar vә ev o anda uçar. O evin yıxılması bir müsibәt olar".
1 İsa Ona qulaq asan camaata sözlәrini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. 2 Orada bir yüzbaşının çox dәyәrli qulu xәstәlәnib ölüm yatağına düşmüşdü. 3 Bu yüzbaşı İsa haqqında eşidәndә gәlib qulunu sağaltsın deyә Yәhudilәrin bәzi ağsaqqallarını Onun yanına göndәrdi. 4 Onlar İsanın yanına gәlib Ona ürәkdәn yalvardılar vә belә dedilәr: "Bu adam Sәnin kömәyinә layiqdir. 5 Çünki o bizim millәtimizi sevir vә bizim üçün sinaqoq tikdirib". 6 İsa onlarla birlikdә yola düşdü. O, evә yaxınlaşarkәn yüzbaşı bәzi dostlarını yollayıb Ona belә xәbәr göndәrdi: "Ya Rәbb, zәhmәt çәkmә. Mәn layiq deyilәm ki, Sәn mәnim evimә girәsәn. 7 Bu sәbәbә görә yanına gәlmәyә dә özümü layiq bilmәdim. Amma bir söz söylә ki, xidmәtçim sağalsın. 8 Çünki mәn dә tabeçilik altında olan bir adamam, mәnim dә tabeçiliyimdә әsgәrlәr var. Birinә “Get!” deyirәm, o gedir, digәrinә isә “Gәl!” deyirәm, o da gәlir. Quluma “Bunu et!” deyirәm, o da edir". 9 Bunu eşidәn İsa yüzbaşıya heyrәt etdi. O dönüb ardınca gәlәn camaata dedi: "Sizә deyirәm: heç İsraildә dә bu qәdәr böyük iman görmәdim". 10 Göndәrilәn adamlar evә qayıdanda xәstә qulun sağlam olduğunu gördülәr. 11 Bundan bir az sonra İsa Nain adlanan bir şәhәrә getdi. İsanın şagirdlәri vә böyük bir izdiham Onu müşayiәt edirdi. 12 O, şәhәr darvazasına yaxınlaşarkәn bir dul ananın yeganә oğlunun cәnazәsi çıxarılırdı. Şәhәr sakinlәrinin çoxu da ana ilә gedirdi. 13 Rәbb onu görәndә ona rәhmi gәldi vә qadına dedi: "Ağlama!" 14 Yaxınlaşıb mafәyә toxundu vә cәnazәni aparanlar dayandılar. İsa dedi: "Ey cavan oğlan, sәnә deyirәm: qalx!" 15 Ölü durub oturdu vә danışmağa başladı. İsa onu anasına verdi. 16 Hamını qorxu bürüdü. "Aramızda böyük bir peyğәmbәr ortaya çıxdı!" vә "Allah Öz xalqına nәzәr saldı!" – deyәrәk Allahı izzәtlәndirdilәr. 17 İsa barәsindәki bu xәbәr bütün Yәhudeyaya vә әtraf bölgәyә yayıldı. 18 Yәhyanın şagirdlәri dә ona bütün bu hadisәlәr barәdә xәbәr verdilәr. Yәhya şagirdlәrindәn ikisini yanına çağırıb 19 göndәrdi ki, Rәbdәn soruşsunlar: "Gәlmәli Olan Sәnsәnmi, yoxsa başqasını gözlәyәk?" 20 Adamlar İsanın yanına gәlib dedilәr: "Vәftizçi Yәhya bizi Sәnin yanına göndәrdi ki, soruşaq: “Gәlmәli Olan Sәnsәn, yoxsa başqasını gözlәyәk?”" 21 Hәmin vaxt İsa bir çox xәstәliklәrә, azarlara vә şәr ruhlara tutulmuş insanlara şәfa verdi, hәm dә bir çox korların gözlәrini açdı. 22 İsa onlara belә cavab verdi: "Gedin, görüb eşitdiklәrinizi Yәhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülәr dirilir vә yoxsullara Müjdә yayılır. 23 Kim Mәnә görә büdrәmәsә, nә bәxtiyardır!" 24 Yәhyanın elçilәri getdikdәn sonra İsa camaata Yәhya haqqında danışmağa başladı: "Çölә nәyә baxmağa getmişdiniz? Külәyin sarsıtdığı qamışamı? 25 Bәs onda nәyә baxmağa getmişdiniz? Nәfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözәl paltar geyinib cah-calal içindә yaşayanlar padşah saraylarında qalır. 26 Bәs onda nәyә baxmağa getmişdiniz? Bir peyğәmbәrәmi? Bәli, sizә deyirәm, hәtta peyğәmbәrdәn dә üstün birinә. 27 Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sәnin önündә Öz elçimi göndәrirәm. O Sәnin qabağında yolunu hazırlayacaq”. 28 Sizә deyirәm: qadından doğulanlar arasında Yәhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında әn kiçik olan ondan üstündür". 29 Yәhyanın vәftiz etdiyi xalqın hamısı, hәtta vergiyığanlar da bunu eşitdikdә Allahın әdalәtini tәsdiq etdilәr. 30 Amma fariseylәr vә qanunşünaslar Yәhyanın vәftizindәn imtina etdilәr vә bununla Allahın onlar barәsindәki iradәsini rәdd etdilәr. 31 İsa sözünü davam etdirdi: "Bu nәslin adamlarını nәyә bәnzәdim? Onlar nәyә bәnzәyir? 32 Bazar meydanında oturan vә “Biz sizә tütәk çaldıq, sizsә oynamadınız, Biz mәrsiyәlәr oxuduq, sizsә ağlamadınız” deyib bir-birini sәslәyәn uşaqlara bәnzәyirlәr. 33 Çünki Vәftizçi Yәhya gәldikdә nә çörәk yeyir, nә şәrab içirdi vә siz deyirsiniz: “O, cinә tutulmuşdur”. 34 Bәşәr Oğlu gәldikdә yeyib-içdi vә siz deyirsiniz: “Bu qarınqulu vә әyyaş adama baxın! Vergiyığanlara vә günahkarlara dost oldu!” 35 Amma hikmәt öz övladlarının hamısı tәrәfindәn tәsdiq olunur". 36 Fariseylәrdәn biri İsanı onunla birgә yemәyә dәvәt etdi. O da fariseyin evinә girdi vә süfrәyә oturdu. 37 Hәmin şәhәrdә günahkar bir qadın yaşayırdı. O, fariseyin evindә İsanın süfrәyә oturduğundan xәbәr tutanda ağ mәrmәr bir qabda әtirli yağ gәtirdi. 38 Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilә Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilә sildi, öpdü vә onlara әtirli yağ çәkdi. 39 İsanı evinә dәvәt etmiş farisey bunu görüb öz-özünә belә dedi: "Әgәr bu adam peyğәmbәr olsaydı, Ona toxunanın kim vә nә cür qadın olduğunu bilәrdi, çünki bu qadın günahkardır". 40 İsa ona xitab edib belә söylәdi: "Şimon, Mәnim sәnә sözüm var". O da dedi: "Müәllim, buyur". 41 "Bir sәlәmçiyә iki nәfәrin borcu var idi. Biri beş yüz, o birisi isә әlli dinar borclu idi. 42 Onların borcu ödәmәyә imkanları yox idi. Ona görә dә sәlәmçi hәr ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevәcәk?" 43 Şimon cavab verdi: "Güman edirәm, o adam ki ona daha çox bağışlandı". İsa ona "düz seçmisәn" dedi. 44 Sonra İsa qadına tәrәf baxıb Şimona dedi: "Sәn bu qadını görürsәnmi? Mәn sәnin evinә gәldim, sәn Mәnim ayaqlarımı yumaq üçün Mәnә su da vermәdin. Bu qadın isә ayaqlarımı göz yaşları ilә isladıb saçları ilә sildi. 45 Sәn Mәni öpmәdin, bu qadın isә Mәn evә girәndәn bәri ayaqlarımı hey öpür. 46 Sәn başıma zeytun yağı çәkmәdin. O isә ayaqlarıma әtirli yağ çәkdi. 47 Buna görә dә sәnә deyirәm: bu qadının çox olan günahları bağışlandı. Böyük mәhәbbәt göstәrmәsi dә bu sәbәbdәndir. Kimә az bağışlanıbsa, az sevәr". 48 Sonra İsa qadına dedi: "Sәnin günahların bağışlandı". 49 Onda İsa ilә birgә süfrәdә oturanlar öz aralarında danışmağa başladı: "Bu adam kimdir ki, günahları da bağışlayır?" 50 Amma İsa qadına dedi: "İmanın sәni xilas etdi. Arxayın get".
1 Bu hadisәdәn sonra İsa şәhәrlәri vә kәndlәri gәzmәyә başladı. O, Allahın Padşahlığını vәz edәrәk Müjdәni yayırdı. On İki şagird Onunla birgә idi. 2 Hәmçinin şәr ruhlardan vә xәstәliklәrdәn şәfa tapmış bәzi qadınlar, daxilindәn yeddi cin çıxmış Mәcdәlli adlanan Mәryәm, 3 Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna vә bir çox başqa qadınlar İsa ilә idi. Bu qadınlar әmlakları ilә onlara xidmәt edirdilәr. 4 Böyük izdiham toplaşanda, insanlar hәr şәhәrdәn İsanın yanına gәlәndә İsa onlara bir mәsәl danışdı: 5 "Bir әkinçi toxumunu sәpmәyә çıxdı. Sәpin zamanı toxumlardan bәzisi yol kәnarına düşdü, ayaq altında tapdalandı vә göydә uçan quşlar onları dәnlәdi. 6 Bәzisi daşlığa düşdü vә cücәrincә susuzluqdan quruyub getdi. 7 Bәzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgә boy atıb onu boğdu. 8 Başqaları isә münbit torpağa düşdü vә böyüyüncә yüz qat artıq sәmәrә verdi". İsa bunları deyәrәk nida etdi: "Eşitmәyә qulağı olan eşitsin!" 9 Şagirdlәri isә Ondan soruşdular: "Bu mәsәlin mәnası nәdir?" 10 O dedi: "Allahın Padşahlığının sirlәrini bilmә qabiliyyәti sizә verilmişdir. Başqalarına isә hәr şeyi mәsәllәrlә danışıram ki, “Gördüklәri halda görmәsinlәr, Eşitdiklәri halda anlamasınlar”. 11 Mәsәlin mәnası budur: toxum Allahın kәlamıdır. 12 Yol kәnarına düşәnlәrsә kәlamı eşidәnlәrdir. Sonra iblis gәlir vә iman etmәyib xilas olmasınlar deyә kәlamı onların ürәyindәn götürüb aparır. 13 Daşlığa düşәnlәrsә kәlamı eşidәndә sevinclә qәbul edәnlәrdir. Lakin onlarda kök olmadığına görә bir müddәt iman edir vә sınaq vaxtı gәlәndә imandan dönürlәr. 14 Tikanlar arasına düşәnlәrsә bunlardır: kәlamı eşidirlәr, amma get-gedә bu hәyatın qayğılarından, var-dövlәtindәn, zövqlәrindәn boğulur vә yaxşı bәhrә vermirlәr. 15 Münbit torpağa düşәnlәrsә bunlardır: belә insanlar kәlamı eşidib xeyirxah vә sadiq ürәkdә saxlayırlar. Bunlar sәbirlә sәmәrә verir. 16 Heç kim çırağı yandırıb onu qabla örtmәz yaxud yatağın altına qoymaz. Әksinә, çıraqdana qoyar ki, içәri girәnlәr işığı görsünlәr. 17 Çünki elә gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq vә elә örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. 18 Buna görә dә necә dinlәdiyinizә diqqәt edin. Çünki kimin varıdırsa, ona daha çox verilәcәk. Amma kimin yoxudursa, özününkü zәnn etdiyi şey dә әlindәn alınacaq". 19 İsanın anası vә qardaşları Onun yanına gәldi. Amma izdihama görә Ona yaxınlaşa bilmәdilәr. 20 İsaya xәbәr verdilәr: "Anan vә qardaşların bayırda durub Sәni görmәk istәyirlәr". 21 İsa onlara cavab verdi: "Mәnim anam vә qardaşlarım Allahın kәlamını eşidib ona әmәl edәnlәrdir". 22 Bir gün İsa Öz şagirdlәri ilә bir qayığa mindi vә onlara dedi: "Gәlin gölün o biri sahilinә keçәk". Onlar yola düşdü. 23 Onlar qayıqda gedәrkәn İsanı yuxu apardı. Göldә bir tufan qopdu. Qayıq su ilә dolmağa başlayanda onlar tәhlükәli vәziyyәtә düşdülәr. 24 Şagirdlәr yaxınlaşıb İsanı oyadaraq dedilәr: "Ustad, Ustad, biz hәlak oluruq!" İsa durub külәyә vә qalxan sulara qadağan etdi. Tufan dayandı vә sükut çökdü. 25 Onda O, şagirdlәrinә dedi: "Sizin imanınız haradadır?" Onlarsa qorxu vә heyrәt içindә qalıb bir-birlәrindәn soruşurdu: "Bu Adam kimdir ki, hәm külәklәrә, hәm suya әmr verir, onlar da itaәt edir?" 26 Sonra onlar Qalileyanın qarşısında yerlәşәn Gerasalıların diyarına gәldilәr. 27 İsa qayıqdan sahilә düşәndә şәhәrdәn olan bir nәfәr Onunla qarşılaşdı. Cinlәrә tutulmuş vә xeyli vaxtdır ki, paltar geymәyәn bu adam evdә yox, qәbir mağaralarında yaşayırdı. 28 O, İsanı görәn kimi bağırıb Onun qarşısında diz çökdü vә bәrkdәn çığıra-çığıra dedi: "Ey İsa, Allah-Taalanın Oğlu, mәndәn nә istәyirsәn? Yalvarıram Sәnә, mәnә әzab vermә!" 29 Çünki İsa natәmiz ruha әmr etmişdi ki, hәmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görә dә o adamı qorumaq üçün onu zәncir vә buxovlarla bağlamışdılar. O isә zәncirlәri qıraraq cin tәrәfindәn çölә qovulurdu. 30 İsa ondan soruşdu: "Sәnin adın nәdir?" O cavab verdi: "Adım Qoşundur". Çünki onun daxilinә çox cin girmişdi. 31 Onlar dibsiz dәrinliyә düşmәlәrini әmr etmәsin deyә İsaya yalvarırdılar. 32 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlәr İsaya yalvardılar ki, donuzların içinә girmәyә izin versin. İsa da onlara izin verdi. 33 Cinlәr adamdan çıxıb donuzların içinә girdi. Sürü dә uçurumdan aşağı, gölә atılıb boğuldu. 34 Donuz otaranlar bunları görüb qaçdılar, bu xәbәri şәhәr vә kәndlәrdә yaydılar. 35 Camaat nә baş verdiyinә tamaşa etmәyә çıxdı. Onlar İsanın yanına gәldilәr, daxilindәn cinlәr çıxmış adamın İsanın ayaqları yanında geyinmiş vә ağıllanmış oturduğunu görüb qorxuya düşdülәr. 36 Hadisәni görәnlәrsә cinә tutulmuş adamın necә sağaldığını camaata danışdılar. 37 Gerasalıların әtraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tәrk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı. 38 Daxilindәn cinlәr çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı. 39 Amma İsa ona "qayıt evinә vә Allahın sәnә etdiyi hәr şeyi danış" deyәrәk onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hәr şeyi bütün şәhәrә yaydı. 40 İsa geri qayıtdıqda xalq Onu qәbul etdi, çünki hamı Onu gözlәyirdi. 41 Bu vaxt Yair adlı sinaqoq rәisi olan bir kişi gәlib İsanın ayaqlarına düşdü vә Ona yalvardı ki, evinә gәlsin. 42 Çünki onun on iki yaşın içindә olan bircә qızı var idi vә o, can üstә idi. İsa oraya gedәrkәn izdiham Onu sıxışdırırdı. 43 Orada on iki il qanaxma xәstәliyinә tutulan bir qadın var idi. O bütün varını hәkimlәrә xәrclәmişdi, lakin onların heç biri ona şәfa verә bilmәmişdi. 44 Bu qadın İsanın arxasından gәlib Onun paltarının әtәyinә toxundu vә o andaca onun qanaxması dayandı. 45 İsa dedi: "Mәnә toxunan kim idi?" Lakin hamı bunu inkar edәndә Peter dedi: "Ustad, izdiham Sәni әhatә edib sıxışdırır". 46 Amma İsa dedi: "Mәnә kimsә toxundu, çünki Mәndәn qüvvәt çıxdığını bildim". 47 Qadınsa gizlәnә bilmәdiyini gördükdә titrәyәrәk gәlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nә sәbәbdәn toxunduğunu vә o anda necә sağaldığını İsaya nәql etdi. 48 İsa da ona dedi: "Qızım, imanın sәni xilas etdi. Arxayın get". 49 İsa hәlә danışırdı ki, sinaqoq rәisinin evindәn bir nәfәr gәlib dedi: "Qızın öldü. Müәllimi daha narahat etmә". 50 Amma İsa bunu eşidәndә sinaqoq rәisinә dedi: "Qorxma, yalnız iman et! Qızın xilas olacaq". 51 İsa onun evinә gәlәndә Peter, Yәhya, Yaqub vә qızın ata-anasından başqa heç kimi Özü ilә evә girmәyә qoymadı. 52 Hamı qız üçün ağlaşıb nalә çәkirdi. Amma İsa dedi: "Ağlamayın, o ölmәyib, sadәcә olaraq yatıb". 53 Onlarsa qızın öldüyünü bildiklәrinә görә İsaya güldülәr. 54 Amma İsa qızın әlindәn tutub sәslәdi: "Qızcığaz, qalx!" 55 Qızın ruhu bәdәninә qayıtdı vә o dәrhal ayağa qalxdı. İsa dedi ki, qıza yemәk versinlәr. 56 Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisә barәdә heç kәsә danışmasınlar.
1 İsa On İki şagirdi yanına çağırıb bütün cinlәr üzәrindә vә xәstәliklәrә şәfa vermәk üçün onlara qüdrәt vә sәlahiyyәt verdi. 2 Onları göndәrdi ki, Allahın Padşahlığını vәz edib xәstәlәri sağaltsınlar. 3 İsa onlara dedi: "Yol üçün heç nә – nә әsa, nә torba, nә çörәk, nә pul, nә dә iki köynәk götürün. 4 Hansı evә girsәniz, orada qalın vә oradan da yola çıxın. 5 Harada sizi qәbul etmәzlәrsә, o şәhәrdәn çıxarkәn onlara qarşı şәhadәt olsun deyә ayaqlarınızın tozunu çırpın". 6 Onlar da yola düşüb hәr yerdә Müjdәni yayaraq vә şәfa verәrәk kәnd-kәnd dolaşdılar. 7 Hökmdar Hirod baş verәn bütün hadisәlәr barәdә eşitdi vә çaşıb-qaldı. Çünki bәzilәri "Yәhya ölülәr arasından dirilib", 8 digәrlәri "İlyas zühur edib", başqaları da "qәdim peyğәmbәrlәrdәn biri dirilib" deyirdi. 9 Hirod isә dedi: "Yәhyanın boynunu mәn vurdurdum, bәs haqqında bu xәbәrlәri eşitdiyim Adam kimdir?" Hirod Onu görmәyә can atırdı. 10 Hәvarilәr İsanın yanına qayıdıb gördüklәri işlәr haqqında Ona danışdılar. Sonra İsa ancaq onları Özü ilә götürüb Bet-Sayda adlanan bir şәhәrә apardı. 11 Amma camaat bu barәdә xәbәr tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı vә şәfaya möhtac olanları sağaltdı. 12 Artıq gün batırdı. On İki şagird İsanın yanına gәlib Ona dedi: "Camaatı burax, qoy әtrafdakı oba vә kәndlәrә gedib gecәlәsinlәr vә bir şey alıb yesinlәr. Axı biz burada çöllük yerdәyik". 13 Amma İsa onlara dedi: "Onlara yemәyi siz verin". Şagirdlәr Ona cavab verdi: "Beş çörәk vә iki balıqdan başqa bir şeyimiz yoxdur. Bәlkә biz gedib bütün bu camaat üçün bir şey alaq?" 14 Orada beş minә yaxın kişi var idi. İsa şagirdlәrinә dedi: "Onları dәstә-dәstә, әlli-әlli oturdun". 15 Şagirdlәr dә elәcә edib hamını oturtdular. 16 İsa beş çörәyi vә iki balığı götürüb göyә baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlәrә verdi ki, camaata paylasınlar. 17 Hamı yeyib-doydu. Artıq qalan hissәlәr on iki zәnbilә yığıldı. 18 Bir gün İsa tәk dua edirdi. Şagirdlәr dә yanında idi. İsa onlardan soruşdu: "Camaatın dediyinә görә Mәn kimәm?" 19 Onlar belә cavab verdi: "Bәzilәri Vәftizçi Yәhya, başqaları İlyas, digәrlәri isә deyirlәr ki, qәdim peyğәmbәrlәrdәn biri dirilib". 20 İsa onlara dedi: "Bәs siz nә deyirsiniz? Sizcә Mәn kimәm?" Peter cavab verdi: "Sәn Allahın Mәsihisәn". 21 İsa şagirdlәrinә qadağan edib әmr etdi ki, bunu heç kәsә danışmasınlar. 22 O dedi: "Bәşәr Oğlu çox әzab çәkmәli, ağsaqqallar, başçı kahinlәr vә ilahiyyatçılar tәrәfindәn rәdd olunmalı, öldürülmәli vә üçüncü gün dirilmәlidir". 23 Sonra hamısına söylәdi: "Әgәr bir kәs Mәnim ardımca gәlmәk istәyirsә, özündәn imtina etsin vә hәr gün çarmıxını götürüb ardımca gәlsin. 24 Kim canını xilas etmәk istәyirsә, onu itirәcәk, amma kim Mәnim uğrumda canını itirirsә, onu xilas edәcәk. 25 İnsan bütün dünyanı qazanıb canını mәhv edәr yaxud itirәrsә, ona nә xeyri var? 26 Kim Mәndәn vә Mәnim sözlәrimdәn utanarsa, Bәşәr Oğlu da Özünün, Atasının vә müqәddәs mәlәklәrin izzәti içindә gәlәndә o adamdan utanacaq. 27 Amma sizә hәqiqәti deyirәm: burada duranlardan bәzisi Allahın Padşahlığını görmәdәn ölmәyәcәk". 28 Bu sözlәri söylәyәndәn tәxminәn sәkkiz gün keçmişdi. İsa Özü ilә Peter, Yәhya vә Yaqubu götürüb dua etmәk üçün dağa çıxdı. 29 İsa dua edәrkәn üzünün görünüşü dәyişdi vә Onun libası gözqamaşdırıcı ağ rәng aldı. 30 O anda iki nәfәr İsa ilә söhbәt etmәyә başladı. Onlar Musa vә İlyas idi. 31 Onlar ehtişam içindә göründülәr vә İsanın Yerusәlimdә yerinә yetirәcәyi bu dünyadan ayrılması barәdә danışırdılar. 32 Peter vә onun yoldaşları dәrin yuxuya dalmışdı. Yuxudan ayılanda isә İsanın ehtişamını vә yanında duran iki kişini gördülәr. 33 Onlar İsanın yanından gedәndә Peter İsaya dedi: "Ustad! Nә yaxşı ki biz buradayıq. Gәl üç çardaq quraq, biri Sәnin, biri Musa, biri dә İlyas üçün". Әslindә o nә dediyini bilmirdi. 34 Peter bunu deyәn zaman bir bulud gәldi vә onların üzәrinә kölgә saldı. Buluda daxil olarkәn onları dәhşәt bürüdü. 35 Buluddan bir sәs gәldi: "Bu Mәnim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!" 36 Sәs kәsilәndә onlar İsanı tәk gördülәr. Şagirdlәr bunu sirr olaraq saxlayıb o günlәrdә gördüklәrini heç kimә danışmadılar. 37 Ertәsi gün onlar dağdan enәndә İsanı böyük bir izdiham qarşıladı. 38 Camaat arasından bir kişi çığırdı: "Müәllim, yalvarıram, oğluma nәzәr sal, o mәnim yeganә balamdır. 39 Bir ruh onu tutur, o birdәn bağırır. Ruh onu ağzından köpük gәlәnәcәn sarsıdır. Ona әziyyәt verib güc-bәla ilә onu tәrk edir. 40 Mәn şagirdlәrindәn xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar". 41 İsa da ona cavab verdi: "Ey imansız vә yolunu azmış nәsil! Nә vaxta qәdәr Mәn sizinlә qalıb sizә dözәcәyәm? Oğlunu yanıma gәtir". 42 Oğlan İsaya yaxınlaşarkәn cin onu yerә atıb sarsıtdı. Amma İsa natәmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı. 43 Hamı Allahın әzәmәtinә tәәccüblәnirdi. Onlar hamısı İsanın etdiyi işlәrә heyrәt edәrkәn O, şagirdlәrinә dedi: 44 "Bu sözlәrә qulaq asın: Bәşәr Oğlu insan әllәrinә tәslim edilmәk üzrәdir". 45 Lakin şagirdlәr bu sözü başa düşmәdilәr. Bu sözün mәnası onlar üçün gizli qaldı vә Ondan bu söz barәdә soruşmaqdan da qorxurdular. 46 Şagirdlәr aralarında kimin әn böyük olduğu barәdә mübahisә etmәyә başladılar. 47 Amma İsa onların ürәklәrindәn keçәni bilib bir balaca uşağı götürüb yanına qoydu. 48 Sonra onlara dedi: "Kim Mәnim adımla bu uşağı qәbul edәrsә, Mәni qәbul edәr. Kim Mәni qәbul edәrsә, Mәni Göndәrәni qәbul edәr. Sizin aranızda hamıdan kiçik olan әn böyükdür". 49 Yәhya cavabında dedi: "Ustad, biz Sәnin adınla cinlәri qovan bir nәfәri gördük, amma bizimlә birgә getmәdiyinә görә ona mane olduq". 50 Amma İsa ona dedi: "Ona mane olmayın! Әleyhinizә olmayan sizin tәrәfinizdәdir". 51 Dünyadan ayrılacağı günlәr yaxınlaşdıqca İsa Yerusәlimә getmәk qәrarına gәldi. 52 İsa qabağınca elçilәr göndәrdi. Onlar İsanın gәlişi münasibәti ilә hazırlıq işlәri görmәk üçün gedib Samariyalıların bir kәndinә girdilәr. 53 Lakin Samariyalılar İsanı qәbul etmәdilәr, çünki O, Yerusәlimә doğru gedirdi. 54 Şagirdlәrdәn Yaqubla Yәhya bunu görüb dedilәr: "Rәbb, bunları mәhv etmәk üçün bir әmrlә göydәn alov yağdırmamızı istәyirsәnmi?" 55 Amma İsa dönüb onlara qadağan etdi. 56 Sonra onlar başqa bir kәndә yollandılar. 57 Onlar yol boyu gedәrkәn bir nәfәr İsaya dedi: "Sәn hara getsәn, Sәnin ardınca gedәcәyәm". 58 İsa ona dedi: "Tülkülәrin dә yuvası, göydә uçan quşların da yuvası var. Amma Bәşәr Oğlunun başını qoymağa belә, yeri yoxdur". 59 Bir başqasına İsa dedi: "Ardımca gәl". O isә dedi: "Ya Rәbb, mәnә icazә ver, әvvәlcә gedim, atamı dәfn edim". 60 İsa ona dedi: "Qoy ölülәr öz ölülәrini dәfn etsin. Sәnsә get, Allahın Padşahlığını bәyan et". 61 Yenә başqa bir adam dedi: "Ya Rәbb, Sәnin ardınca gәlәrәm, amma әvvәl icazә ver evimdәkilәrlә vidalaşım". 62 Lakin İsa ona dedi: "Kotanı tutub geriyә baxan Allahın Padşahlığına layiq deyil".
1 Bu hadisәlәrdәn sonra Rәbb başqa yetmiş nәfәri tәyin etdi vә onları iki-iki Özünün gedәcәyi hәr şәhәrә vә hәr yerә Özündәn әvvәl göndәrdi. 2 Onlara dedi: "Mәhsul çoxdur, işçilәrsә azdır. Buna görә dә mәhsulun Sahibinә yalvarın ki, Öz mәhsulunu yığmaq üçün işçilәr göndәrsin. 3 Gedin, sizi qurdların arasına quzular kimi göndәrirәm. 4 Özünüzlә nә kisә, nә torba, nә dә çarıq götürün. Yolda heç kimlә salamlaşıb danışmayın. 5 Hansı bir evә girsәniz, әvvәl “Bu evә әmin-amanlıq olsun!” deyin. 6 Әgәr orada әmin-amanlığa layiq bir adam varsa, dilәdiyiniz әmin-amanlıq onun üzәrindә qalacaq. Әks halda o sizә qayıdacaq. 7 Girdiyiniz evdә qalın, sizә nә verirlәrsә, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdәn evә köçmәyin. 8 Hansısa bir şәhәrә girdiyiniz zaman sizi qәbul edirlәrsә, qabağınıza qoyulanı yeyin. 9 Orada olan xәstәlәrә şәfa verin vә onlara deyin: “Allahın Padşahlığı sizә yaxınlaşıb”. 10 Amma hansısa bir şәhәrә girdiyiniz zaman sizi qәbul etmәsәlәr, oranın küçәlәrinә çıxıb belә deyin: 11 “Sizin әleyhinizә çıxaraq şәhәrinizin ayaqlarımıza yapışan tozunu belә, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizә yaxınlaşıb”. 12 Sizә bunu deyirәm: qiyamәt günü Sodomun halı o şәhәrin halından daha asan olacaq. 13 Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdә baş vermiş möcüzәlәr Sur vә Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündә oturaraq tövbә edәrdilәr. 14 Amma qiyamәt günü Sur vә Sidonun halı sizinkindәn daha asan olacaq. 15 Sәn, ey Kefernahum, göyә qәdәr ucalacaqsanmı? Ölülәr diyarına qәdәr enәcәksәn. 16 Sizi dinlәyәn kәs Mәni dinlәyir, sizi rәdd edәn Mәni rәdd edir. Mәni rәdd edәn isә Mәni Göndәrәni rәdd edir". 17 Yetmiş şagird sevinә-sevinә qayıtdı vә dedi: "Ya Rәbb, Sәnin adınla cinlәr belә, bizә tabe olur!" 18 İsa onlara belә cavab verdi: "Mәn Şeytanın ildırım kimi göydәn düşmәyini görmüşdüm. 19 Baxın Mәn sizә sәlahiyyәt vermişәm ki, ilanları, әqrәblәri vә düşmәnin bütün gücünü ayaq altında әzәsiniz vә heç nә sizә zәrәr vurmayacaq. 20 Bununla belә, ruhların sizә tabe olduğuna görә sevinmәyin, amma sevinin ki, adlarınız göylәrdә yazılıb". 21 İsa o vaxt Müqәddәs Ruhda şadlanıb dedi: "Ey yerin-göyün Sahibi olan Ata! Sәndәn razıyam ki, bu şeylәri müdrik vә dәrrakәli adamlardan gizlәdib körpәlәrә agah etdin. Bәli, Ata! Çünki bu Sәnin xoş niyyәtin idi. 22 Atam tәrәfindәn hәr şey Mәnim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kәs bilmәz. Atanın kim olduğunu da Oğuldan vә Oğulun agah etmәk istәdiyi şәxsdәn başqa heç kәs bilmәz". 23 Sonra İsa şagirdlәrә sarı dönüb onlara ayrıca dedi: "Nә bәxtiyardır o gözlәr ki, sizin gördüklәrinizi görür! 24 Sizә bunu deyirәm: bir çox peyğәmbәrlәr vә padşahlar sizin gördüklәrinizi görmәk istәdilәr, amma görmәdilәr, eşitdiklәrinizi eşitmәk istәdilәr, amma eşitmәdilәr". 25 Bir qanunşünas İsanı sınamaq mәqsәdi ilә qalxıb dedi: "Müәllim, әbәdi hәyatı irs olaraq almaq üçün mәn nә etmәliyәm?" 26 İsa ondan soruşdu: "Qanunda nә yazılıb? Orada nә oxuyursan?" 27 Bu adam İsaya belә cavab verdi: "“Allahın Rәbbi bütün qәlbinlә, bütün varlığınla, bütün gücünlә vә bütün düşüncәnlә sev” vә “Qonşunu özün kimi sev”". 28 İsa ona dedi: "Sәn düz cavab verdin, buna әmәl et vә yaşayacaqsan". 29 Amma o özünә haqq qazandırmaq üçün İsadan soruşdu: "Bәs mәnim qonşum kimdir?" 30 İsa belә cavab verdi: "Bir nәfәr Yerusәlimdәn Yerixoya gedәn yolda quldurların әlinә düşdü. Quldurlar onu soyundurub döydülәr vә yarımcan halda qoyub getdilәr. 31 Tәsadüfәn o yoldan bir kahin enirdi. Bu adamı görәn kimi yolun o biri tәrәfi ilә keçib getdi. 32 Bir Levili dә ora yaxınlaşıb o adamı görәndә yolun o biri tәrәfi ilә keçib getdi. 33 O yolla gedәn bir Samariyalı isә bu adamı görәndә ona rәhmi gәldi. 34 Ona yaxınlaşdı vә zeytun yağı ilә şәrab tökәrәk yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gәtirdi vә ona qayğı göstәrdi. 35 Ertәsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinә verәrәk dedi: “Onun qayğısını çәk. Әgәr bundan da çox xәrcin çıxsa, mәn geri qayıdanda sәnә verәrәm”. 36 Sәncә bu üç nәfәrdәn hansı quldurların әlinә düşәn adamın qonşusu idi?" 37 Qanunşünas cavab verdi: "Ona mәrhәmәt göstәrәn". İsa da ona dedi: "Get, sәn dә elә et". 38 İsa şagirdlәri ilә yoluna davam edәrkәn bir kәndә girdi. Burada Marta adlı bir qadın Onu öz evinә dәvәt etdi. 39 Onun Mәryәm adlı bir bacısı vardı. O, Rәbbin ayaqları yanında oturub Onun sözünә qulaq asırdı. 40 Marta isә işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: "Ya Rәbb! Görmürsәn ki, bacım işlәri tәk mәnim üstümә yığıb? Ona de ki, mәnә kömәk etsin". 41 Rәbb isә ona belә cavab verdi: "Marta, Marta, sәn çox şeyin qayğısını çәkib tәlaşa düşürsәn. 42 Yalnız bir şey lazımdır. Mәryәm yaxşısını seçdi. Bu da onun әlindәn alınmayacaq".
1 İsa bir yerdә dua edirdi. Duasını bitirәndә şagirdlәrindәn biri Ona dedi: "Ya Rәbb, Yәhya öz şagirdlәrinә öyrәtdiyi kimi Sәn dә bizә dua etmәyi öyrәt". 2 İsa onlara dedi: "Dua edәndә belә deyin: Göylәrdә olan Atamız, Adın müqәddәs tutulsun, Padşahlığın gәlsin. Göydә olduğu kimi yerdә dә Sәnin iradәn olsun. 3 Gündәlik çörәyimizi bizә hәr gün ver. 4 Bizә borclu olan hәr adamı bağışladığımıza görә Bizim günahlarımızı da bağışla. Bizi sınağa çәkmә". 5 Sonra İsa onlara dedi: "Mәsәlәn, sizlәrdәn birinin bir dostu var. O da gecә yarısı dostunun yanına gedib deyir: “Dostum, mәnә üç kömbә çörәk borc ver, 6 çünki yanıma dostum gәlib, qabağına qoyacaq heç nәyim yoxdur”. 7 Dostu da içәridәn belә cavab verir: “Mәni narahat etmә. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mәn durub sәnә bir şey verә bilmәrәm”. 8 Sizә deyim ki, o hәmin adamla dost olduğuna görә vermәk istәmәsә dә, tәkidlә xahiş etdiyinә görә qalxıb nә qәdәr ehtiyacı olsa ona verәcәk. 9 Mәn sizә bunu deyirәm: dilәyin, sizә verilәcәk, axtarın, tapacaqsınız, qapını döyün vә sizә açılacaq. 10 Çünki hәr dilәyәn alar, axtaran tapar, qapı döyәnә açılar. 11 Aranızdan hansı ata oğlu ondan balıq dilәsә, ona balıq yerinә ilan verәr? 12 Yaxud yumurta dilәsә, ona әqrәb verәr? 13 Belәliklә, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hәdiyyәlәr vermәyi bilirsinizsә, göydә olan Atanın Ondan dilәyәnlәrә Müqәddәs Ruhu verәcәyi nә qәdәr yәqindir!" 14 İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı vә camaat heyrәtlәndi. 15 Amma onların bәzisi deyirdi: "O, cinlәrin başçısı Baal-Zevulun gücü ilә cinlәri qovur". 16 Başqaları isә İsanı sınamaq üçün istәdilәr ki, göydәn gәlәn bir әlamәt göstәrsin. 17 Nә düşündüklәrini bilәn İsa onlara dedi: "Öz daxilindәn bölünmüş hәr padşahlıq viran qalar vә öz içindәn bölünmüş ev dağılar. 18 Әgәr Şeytan da öz daxilindәn bölünübsә, onun padşahlığı necә davam gәtirәr? Siz dә deyirsiniz ki, Mәn cinlәri Baal-Zevulun gücü ilә qovuram. 19 Әgәr Mәn cinlәri Baal-Zevulun gücü ilә qovuramsa, bәs sizin adamlarınız kimin gücü ilә qovur? Buna görә dә onlar sizin hakimlәriniz olacaq. 20 Lakin Mәn cinlәri Allahın qüdrәti ilә qovuramsa, demәli, Allahın Padşahlığı üzәrinizә gәlib. 21 Әgәr güclü bir adam tәpәdәn-dırnağadәk silahlanıb öz evini qoruyursa, onun әmlakı әmin-amanlıqdadır. 22 Amma ondan güclüsü ona hücum edib qalib gәlәrsә, onda onun güvәndiyi silahları әlindәn alıb talan mallarını bölüşdürәr. 23 Mәnimlә olmayan Mәnә qarşıdır vә Mәnimlә yığmayan dağıdır. 24 Natәmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlәrdә dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyәr: “Çıxdığım evә dönüm”. 25 Evә qayıdanda onu süpürülmüş vә sәliqә-sahman içindә görәr. 26 Bu vaxt o gedib özündәn daha betәr yeddi başqa ruhu götürәr. Onlar da oraya girib mәskunlaşar. Onda bu adamın axırı әvvәlkindәn daha pis olar". 27 İsa bunu deyәrkәn bir qadın camaatın arasından uca sәslә Ona dedi: "Sәni bәtnindә daşıyan vә Sәni әmizdirәn nә bәxtiyardır!" 28 Amma İsa dedi: "Daha doğrusu, Allahın kәlamını eşidib ona riayәt edәnlәr nә bәxtiyardır!" 29 Camaat Onun әtrafına yığılanda İsa danışmağa başladı: "İndiki nәsil pis nәsildir. Onlar әlamәt axtarır, amma onlara Yunusun әlamәtindәn başqa heç bir әlamәt verilmәyәcәk. 30 Çünki Yunus Nineva әhalisinә necә bir әlamәt oldusa, Bәşәr Oğlu da bu nәsil üçün belә olacaq. 31 Cәnub mәlәkәsi qiyamәt günündә bu nәslin adamları ilә birgә qalxıb onları mәhkum edәcәk. Çünki mәlәkә Süleymanın hikmәtli sözlәrini dinlәmәk üçün yer üzünün ucqarlarından gәlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. 32 Nineva xalqı qiyamәt günündә bu nәsillә birgә qalxıb onu mәhkum edәcәk. Çünki onlar Yunusun vәzinә görә tövbә etmişdilәr. Budur, Yunusdan daha böyük Olan buradadır. 33 Heç kim çırağı yandırıb, onu gizli yerә yaxud da qabın altına qoymaz. Әksinә, çıraqdana qoyar ki, içәri girәnlәr işığı görsünlәr. 34 Bәdәninin çırağı gözündür. Gözün sağlam olanda bütün bәdәnin dә nurlu olur. Gözün zәif görәndә isә bütün bәdәnin dә qaranlıq olur. 35 Belәliklә, diqqәt et ki, sәndәki “nur” qaranlıq olmasın. 36 Әgәr sәnin bütün bәdәnin nurlu olub heç bir yerdә qaranlıq qalmırsa, çıraq sәnә öz nuru ilә işıq saçdığı kimi bәdәnin dә tamamilә nurlu olacaq". 37 İsa bunları deyib qurtaranda fariseylәrdәn biri Onu evinә yemәyә dәvәt etdi. O da içәri girib süfrәyә oturdu. 38 İsanın yemәkdәn әvvәl yuyunmadığını görәn farisey heyrәtlәndi. 39 Lakin Rәbb ona dedi: "İndi siz fariseylәr kasanın vә boşqabın bayır tәrәfini tәmizlәyirsiniz, lakin daxiliniz soyğunçuluq vә pisliklә dolub. 40 Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi? 41 Yaxşısı budur ki, qablarınızın içindәkilәrini sәdәqә verәsiniz, onda sizin üçün hәr şey tәmiz olar. 42 Vay halınıza, ey fariseylәr! Çünki siz nanә, sәdәfotu vә hәr cür göyәrtinin onda birini verirsiniz, lakin әdalәtә vә Allah mәhәbbәtinә etinasızlıq göstәrirsiniz. Amma onda birini vermәklә yanaşı bunları da yerinә yetirmәli idiniz. 43 Vay halınıza, ey fariseylәr! Sinaqoqlarda baş kürsülәri tutmağı vә bazar meydanlarında salam almağı sevirsiniz. 44 Vay halınıza! Çünki siz insanların xәbәri olmadan üstündәn keçdiklәri itmiş qәbirlәrә oxşayırsınız". 45 Qanunşünaslardan biri İsaya cavab verdi: "Müәllim, sәn bunları demәklә bizi dә tәhqir edirsәn". 46 İsa da belә dedi: "Elә sizin dә vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklәrlә yüklәyirsiniz, amma özünüz barmağınızın biri ilә dә bu yüklәrә toxunmursunuz. 47 Vay halınıza! Çünki peyğәmbәrlәrә mәqbәrәlәr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülәr! 48 Belәliklә, siz ata-babalarınızın etdiklәrinә şahidlik edib bәyәnirsiniz. Çünki onlar peyğәmbәrlәri öldürüb, sizsә onlara mәqbәrәlәr tikirsiniz. 49 Buna görә dә Allahın hikmәti belә demişdi: “Mәn onlara peyğәmbәrlәr vә hәvarilәr göndәrәcәyәm, onların bәzisini öldürüb, bәzisini isә tәqib edәcәklәr”. 50 Belәcә bu nәsil dünya yaranandan bәri Habilin qanından tutmuş qurbangahla mәbәdin arasında öldürülmüş Zәkәriyyәnin qanına qәdәr bütün peyğәmbәrlәrin tökülәn qanı üçün mәsuliyyәt daşıyacaq. Bәli, Mәn sizә deyirәm: onun üçün bu nәsil mәsuliyyәt daşıyacaq. 52 Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmәdiniz, girmәk istәyәnlәrә dә mane oldunuz". 53 İsa oradan çıxanda ilahiyyatçılarla fariseylәr ona çox tәzyiq göstәrәrәk bir çox mәsәlәlәr barәdә Onu sorğu-suala tutmağa başladılar. 54 Onlar fürsәt axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlә Onu tәlәyә salsınlar.
1 Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa әvvәl şagirdlәrinә danışmağa başladı: "Fariseylәrin mayasından, yәni ikiüzlülükdәn özünüzü gözlәyin. 2 Elә örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq vә elә gizli bir şey yoxdur ki, bilinmәyәcәk. 3 Buna görә dә qaranlıqda dediyiniz gün işığında eşidilәcәk, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bәyan olunacaq. 4 Ey dostlarım, sizә deyirәm: bәdәni öldürәn vә ondan sonra başqa heç nә edә bilmәyәnlәrdәn qorxmayın. 5 Amma Kimdәn qorxmaq lazım olduğunu sizә göstәrim: adamı öldürәndәn sonra cәhәnnәmә atmağa ixtiyarı olan Allahdan qorxun. Bәli, sizә deyirәm: Ondan qorxun! 6 Beş sәrçә iki qara pula satılmırmı? Onlardan biri belә, Allahın qarşısında yaddan çıxmır. 7 Sizin başınızdakı saçlar belә, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sәrçәdәn daha dәyәrlisiniz. 8 Mәn sizә deyirәm: insanlar qarşısında Mәni iqrar edәn hәr kәsi Bәşәr Oğlu da Allahın mәlәklәri qarşısında iqrar edәcәk. 9 Amma insanlar önündә Mәni inkar edәn özü dә Allahın mәlәklәri önündә inkar olunacaq. 10 Bәşәr Oğluna qarşı bir söz deyәn hәr kәs bağışlanacaq; amma Müqәddәs Ruha küfr edәn bağışlanmayacaq. 11 Sizi sinaqoqlara, başçıların vә hökmdarların qarşısına gәtirәndә özünüzü necә müdafiә edәcәyiniz vә yaxud nә deyәcәyiniz barәdә qayğı çәkmәyin. 12 Müqәddәs Ruh sizә o anda nә demәli olduğunuzu öyrәdәcәk". 13 İzdihamdan bir nәfәr İsaya dedi: "Müәllim, qardaşıma de ki, mirası mәnimlә bölsün". 14 İsa ona belә cavab verdi: "Ay insan, Mәni kim üzәrinizә hakim ya vәkil qoyub?" 15 Sonra İsa onlara dedi: "Diqqәtli olun, hәr cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın hәyatı var-yoxunun bolluğundan asılı deyil". 16 İsa onlara bu mәsәli danışdı: "Bir varlının torpağı bol mәhsul verdi. 17 Bu adam ürәyindә düşündü: “Mәhsulumu qoymağa yerim yoxdur. Axı nә edim?” 18 Sonra dedi: “Belә edәrәm: anbarlarımı söküb daha böyüklәrini tikәcәyәm. Bütün taxılımı vә malımı oraya yığaram. 19 Canıma deyәrәm: ey canım, illәrlә kifayәt qәdәr var-dövlәt yığmısan. İndi dincәl, ye-iç, kef elә”. 20 Amma Allah ona dedi: “Ay axmaq, bu gecә canını sәndәn alacaqlar. Bәs hazırladığın kimә qalacaq?” 21 Özü üçün xәzinә toplayan, amma Allahın önündә varlı olmayan hәr bir insanın axırı da elә olacaq". 22 İsa Öz şagirdlәrinә belә dedi: "Buna görә sizә deyirәm: “Nә yeyәcәyik?” deyә canınız üçün, “Nә geyinәcәyik?” deyә bәdәniniz üçün qayğı çәkmәyin. 23 Can yemәkdәn, bәdәnsә geyinmәkdәn daha vacibdir. 24 Qarğalara baxın: onlar nә әkir, nә dә biçir, nә anbarları, nә dә zirzәmilәri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nә qәdәr qiymәtlisiniz! 25 Hansı biriniz qayğı çәkmәklә ömrünü bir anlıq belә, uzada bilәr? 26 Әgәr siz elә balaca şeyi etmәyi bacarmırsınızsa, nә üçün başqa şeylәrin qayğısını çәkirsiniz? 27 Zanbaqların necә böyüdüyünә baxın: onlar nә zәhmәt çәkir, nә dә ip әyirir. Lakin sizә bunu deyirәm ki, bütün cah-calalı içindә olan Süleyman belә, bunlardan biri kimi geyinmәmişdi. 28 Ey imanı az olanlar, bu gün çöldә olub sabah ocağa atılan otu Allah belә geyindirirsә, sizi geyindirәcәyi nә qәdәr yәqindir! 29 “Nә yeyәcәyik?”, “Nә içәcәyik?” deyә axtarıb narahat olmayın. 30 Çünki dünyadakı bütpәrәstlәr bütün bu şeylәri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. 31 Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizә әlavә olaraq verilәcәk. 32 Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizә vermәyi münasib gördü. 33 Әmlakınızı satın vә sәdәqә verin. Özünüzә köhnәlmәyәn kisәlәr, göylәrdә tükәnmәyәn xәzinә hazırlayın. Oraya nә oğru gәlәr, nә dә onu güvә yeyәr. 34 Çünki xәzinәniz haradadırsa, ürәyiniz dә orada olacaq". 35 "Qoy qurşaqlarınız bellәrinizdә bağlı vә çıraqlarınız yana-yana qalsın. 36 Toy ziyafәtindәn qayıdan ağasını gözlәyәn adamlara oxşayın. Onlar ağaları gәlib qapını döyәn kimi qapını açmağa hazır olurlar. 37 Nә bәxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizә doğrusunu deyirәm: o özü qurşaqlanıb qullarını süfrәyә otuzduracaq vә gәlib onlara xidmәt edәcәk. 38 Ağa istәr gecәyarı, istәr ondan gec, sәhәrә yaxın gәlib qulları oyaq görsә, o qullar necә dә bәxtiyardır! 39 Amma bunu bilin ki, әgәr evin yiyәsi oğrunun hansı saatda gәlәcәyini bilsәydi, evinin yarılmasına imkan vermәzdi. 40 Belәcә siz dә hazır olun, çünki Bәşәr Oğlu gözlәmәdiyiniz vaxt gәlәcәk". 41 Peter dedi: "Ya Rәbb, bu mәsәli ancaq bizә danışırsan, yoxsa hamıya?" 42 Rәbb cavab verdi: "Vaxtlı-vaxtında onlara yemәk vermәk üçün ağasının öz nökәrlәri üzәrinә qoyduğu sadiq vә ağıllı idarәçi kimdir? 43 Nә bәxtiyardır o qul ki, ağası evinә qayıdanda onu iş başında görür! 44 Sizә hәqiqәti deyirәm: ağası bu qula bütün әmlakı üzәrindә idarәçiliyi tapşıracaq. 45 Amma hәmin qul ürәyindә “ağam gec gәlәcәk” deyәrsә, başqa nökәr vә qarabaşları döymәyә, yeyib-içmәyә, sәrxoşluğa uymağa başlayarsa, 46 o qulun ağası onun gözlәmәdiyi gün vә ağlına gәlmәdiyi vaxt gәlәcәk, ona ağır cәza verәcәk vә onu sәdaqәtsizlәrlә bir yerdә saxlayacaq. 47 Ağasının istәyini bilib hazır olmayan vә onun istәyinә әmәl etmәyәn qul çox döyülәcәk. 48 Bilmәyib o cәzaya layiq iş görәn isә az döyülәcәk. Kimә çox verilibsә, ondan çox da istәnilәcәk. Kimә çox tapşırılıbsa, ondan daha çox tәlәb olunacaq. 49 Mәn yer üzünә od yağdırmağa gәlmişәm. Kaş ki bu od artıq alışıb-yanaydı! 50 Mәnim alacağım bir vәftiz var. Bu vәftiz yerinә yetib qurtaranadәk necә dә tәzyiq altında olmalıyam! 51 Siz düşünürsünüz ki, Mәn yer üzünә sülh gәtirmәyә gәlmişәm? Xeyr, sizә deyirәm ki, Mәn ayrılıq gәtirmәyә gәlmişәm! 52 Çünki bundan sonra bir evdә yaşayan beş nәfәr bir-birindәn ayrılaraq üç nәfәrә qarşı iki nәfәr, iki nәfәrә qarşı üç nәfәr olacaq. 53 Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gәlinindәn, gәlin dә qayınanasından ayrılacaq". 54 İsa camaata bunu da dedi: "Siz qәrb tәrәfdәn qalxan buludu görәndә dәrhal “yağış yağacaq” deyirsiniz, bu da olur. 55 Cәnub külәyinin әsmәsini görәndә “qızmar isti olacaq” deyirsiniz, bu da olur. 56 Ey ikiüzlülәr, yer üzünün vә göyün görünüşünü seçә bilirsiniz, bәs onda nә üçün indiki zamanı seçә bilmirsiniz? 57 Nә üçün düzgün olan şeyә özünüz qәrar vermirsiniz? 58 Sәni ittiham edәnlә birgә hakimin yanına gedәndә yolda ikәn onunla barışmağa çalış. Yoxsa sәni hakimin qabağına sürüyәr, hakim isә mәhkәmә icraçısına ötürәr, o da sәni zindana atar. 59 Sәnә bunu deyirәm: axırıncı qәpik-quruşunu vermәyincә oradan әsla çıxmayacaqsan".
1 Bu vaxt orada olan bәzi adamlar İsaya xәbәr verdilәr ki, Pilat bәzi Qalileyalıların qanını kәsdiklәri qurbanların qanına qatmışdı. 2 İsa buna belә cavab verdi: "Siz elә bilirsiniz ki, bu aqibәtә uğramış Qalileyalılar bütün digәr Qalileyalılardan daha betәr günahlı idilәr? 3 Xeyr, Mәn sizә deyirәm: tövbә etmәsәniz, hamınız onlar kimi mәhv olacaqsınız. 4 Yaxud Şiloah qüllәsi on sәkkiz adamın üstünә aşıb onları öldürәndә onların Yerusәlim sakinlәrinin hamısından tәqsirkar olduqlarını fikirlәşirsiniz? 5 Xeyr, Mәn sizә deyirәm: tövbә etmәsәniz, hamınız onlar kimi mәhv olacaqsınız". 6 Sonra İsa bu mәsәli danışdı: "Bir adamın bağında bir әncir ağacı әkilmişdi. Bu adam gәlib ağacda meyvә axtardı, amma tapmadı. 7 O, bağbana dedi: “Bura bax, üç ildir ki, mәn gәlib bu әncir ağacında meyvә axtarıram, amma tapmıram. Onu kәs! Nә üçün bu ağac әbәs yerә torpağı tutur?” 8 Bağban isә cavabında belә dedi: “Ağa, bir il dә buna әl dәymә. Mәn onu bellәyib dövrәsinә peyin tökәrәm. 9 Gәlәn il bu ağac meyvә gәtirsә, yaxşıdır. Әgәr vermәsә, onu kәsәrsәn”". 10 İsa bir dәfә Şәnbә günü sinaqoqlardan birindә tәlim öyrәdirdi. 11 Orada on sәkkiz il daxilindә xәstәlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzәldә bilmirdi. 12 İsa bu qadını görәndә çağırıb dedi: "Ey qadın, sәn azarından azad oldun". 13 İsa әllәrini qadının üstünә qoyanda o dәrhal dikәlib Allahı izzәtlәndirmәyә başladı. 14 Amma sinaqoqun rәisi İsanın Şәnbә günü şәfa verdiyinә hiddәtlәnib camaata belә xitab etdi: "Altı gün әrzindә işlәmәk lazımdır, o günlәr gәlin vә şәfa alın, Şәnbә günü yox". 15 Rәbb isә ona belә cavab verdi: "Ey ikiüzlülәr, sizlәrdәn hәr biriniz Şәnbә günündә öz öküzünün ya eşşәyinin bağını açıb tövlәdәn su içmәyә aparmırmı? 16 İbrahimin qızı olan bu qadını da on sәkkiz il әrzindә Şeytan buxovlamışdı. Şәnbә günü bu qadının buxovlarını açmaq lazım deyildimi?" 17 İsa bunları deyәndә ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isә Onun etdiyi bütün izzәtli işlәrinә görә sevinirdi. 18 Sonra İsa dedi: "Allahın Padşahlığı nәyә bәnzәyir? Onu nәyә bәnzәdim? 19 O bir adamın bağçasına әkdiyi xardal toxumuna bәnzәyir. O toxum böyüyüb ağac olur. Göydә uçan quşlar onun budaqlarında yuva qurur". 20 İsa yenә dedi: "Allahın Padşahlığını nәyә bәnzәdim? 21 O, xәmir mayasına bәnzәyir. Qadın onu götürüb üç kisә una qarışdırıb bütün xәmir acıyanadәk saxlayır". 22 İsa şәhәr vә kәndlәri keçәrәk tәlim verib Yerusәlimә tәrәf gedirdi. 23 Bir nәfәr Ondan soruşdu: "Ya Rәbb, xilas tapanların sayı az olacaqmı?" İsa onlara belә cavab verdi: 24 "Dar qapıdan girmәyә çalışın. Sizә bunu deyirәm: çoxları bu qapıdan girmәyә can atacaq, amma girә bilmәyәcәk. 25 Ev yiyәsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyәrәk deyәcәksiniz: “Ey ağam, bizә qapını aç!” O isә cavabında sizә deyәcәk: “Mәn sizin haradan gәldiyinizi bilmirәm!” 26 Siz o vaxt belә deyәcәksiniz: “Biz Sәnin qarşında yeyib-içmişik. Sәn bizim küçәlәrdә öyrәdirdin”. 27 O isә sizә deyәcәk: “Ey haqsızlıq edәnlәrin hamısı, Mәn sizin haradan gәldiyinizi bilmirәm, Mәndәn uzaq olun!” 28 İbrahimi, İshaqı, Yaqubu vә bütün peyğәmbәrlәri Allahın Padşahlığında, özünüzü isә bayıra atılmış görәndә aranızda ağlaşma vә diş qıcırtısı olacaq. 29 Adamlar şәrqdәn, qәrbdәn, şimaldan, cәnubdan gәlәcәk vә Allahın Padşahlığında süfrәyә oturacaq. 30 Budur, elә axırıncılar var ki, birinci olacaq, elә birincilәr var ki, axırıncı olacaq". 31 O zaman bәzi fariseylәr gәlib İsaya dedilәr: "Buradan çıx get, çünki Hirod Sәni öldürmәk istәyir". 32 İsa onlara dedi: "Gedin o tülküyә deyin: “Budur, Mәn bu gün vә sabah cinlәri qovub camaatı sağaldacağam vә üçüncü gün işimi bitirәcәyәm”. 33 Yenә dә bu gün, sabah vә o biri gün yoluma davam etmәliyәm. Çünki peyğәmbәr Yerusәlimdәn kәnarda öldürülә bilmәz! 34 Ey Yerusәlim, Yerusәlim! Peyğәmbәrlәri öldürәn vә ora göndәrilәnlәri daşqalaq edәn şәhәr! Toyuq cücәlәrini qanadları altına yığan kimi Mәn dә dәfәlәrlә sәnin övladlarını yığmaq istәdim, sizsә istәmәdiniz! 35 Baxın, eviniz viran qalır. Mәn sizә bunu deyirәm: “Rәbbin ismi ilә Gәlәnә alqış olsun!” deyәnә qәdәr Mәni bir daha görmәyәcәksiniz".
1 Bir Şәnbә günü İsa farisey rәhbәrlәrinin birinin evinә çörәk yemәyә getdi. Hamı Ona göz qoyurdu. 2 Onun qarşısında hidropos xәstәliyinә tutulmuş bir adam var idi. 3 İsa qanunşünas vә fariseylәrә xitab edәrәk soruşdu: "Şәnbә günü insanlara şәfa vermәyә icazә var ya yox?" 4 Amma onlar dinmirdi. İsa o adama әli ilә toxundu, onu sağaltdı vә buraxdı. 5 İsa onlara dedi: "Sizlәrdәn kimin oğlu yaxud öküzü Şәnbә günü quyuya düşsә, onu dәrhal oradan dartıb çıxarmaz?" 6 Onlar İsanın bu sualına cavab verә bilmәdilәr. 7 İsa fikir verdi ki, dәvәt olunanlar yuxarı başda oturmağı seçdilәr. Onlara belә bir mәsәl söylәdi: 8 "Bir nәfәr sәni toya dәvәt edirsә, yuxarı başda oturma. Bәlkә ev yiyәsinin sәndәn dә hörmәtli bir qonağı var. 9 İkinizi dә toya dәvәt edәn gәlib sәnә “bu adama yer ver” desә, sәn xәcalәt içindә aşağı başda әylәşmәli olarsan. 10 Amma dәvәt olunanda gedib әn aşağı başda otur ki, sәni dәvәt edәn adam gәlib sәnә “Dostum! Yuxarı başa keç” desin; o zaman sәninlә birgә oturanların hamısının qarşısında hörmәt qazanarsan. 11 Çünki özünü yüksәldәn hәr kәs aşağı tutulacaq, özünü aşağı tutansa yüksәldilәcәk". 12 İsa Onu dәvәt edәnә dә dedi: "Günorta yaxud axşam yemәyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlәtli qonşularını dәvәt etmә ki, onlar da sәni çağıraraq sәnә әvәzini versin. 13 Amma qonaqlıq verәndә yoxsulları, әlillәri, topalları, korları çağır. 14 Onda onlar sәnә әvәzini verә bilmәdiyinә görә sәn bәxtiyar olacaqsan. Çünki salehlәr dirildiyi zaman sәnә әvәz verilәcәk". 15 Süfrәyә oturanlardan biri bunu eşidib İsaya dedi: "Allahın Padşahlığında çörәk yeyәn nә bәxtiyardır!" 16 Amma İsa ona dedi: "Bir adam böyük ziyafәt hazırladı vә oraya çoxlu qonaq çağırdı. 17 Yemәk vaxtı gәlәndә öz qulunu dәvәt olunanların yanına göndәrdi ki, onlara desin: “Buyurun, indi hәr şey hazırdır”. 18 Amma hamı birdәn üzr istәmәyә başladı. Birincisi ona dedi: “Mәn bir torpaq sahәsi almışam, gedib ona baxmalıyam. Sәndәn xahiş edirәm, mәni bağışla”. 19 Digәri isә dedi: “Mәn beş cüt öküz satın almışam vә onları yoxlamağa gedirәm. Sәndәn xahiş edirәm, mәni bağışla”. 20 Üçüncüsü dedi: “Mәn tәzә evlәnmişәm, buna görә dә gәlә bilmәrәm”. 21 Qul qayıdıb bu şeylәri ağasına bildirdi. O zaman ev yiyәsi qәzәblәnib quluna dedi: “Qaç, şәhәrin küçә vә tinlәrindә olan yoxsulları, әlillәri, korları vә topalları buraya gәtir”. 22 Qul isә dedi: “Ağa, sәnin әmrin yerinә yetirildi, hәlә artıq yer dә qalıb”. 23 Ağası quluna dedi: “Get, bütün yolları vә çәpәrlәri gәz. Evim dolsun deyә adamları gәlmәyә vadar et. 24 Sizә bunu deyirәm: ilk dәvәt olunanların heç biri mәnim ziyafәtimdәn dadmayacaq”". 25 İsa ilә birlikdә böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi: 26 "Kim Mәnim yanıma gәlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hәtta öz hәyatını Mәndәn üstün tutsa, Mәnim şagirdim ola bilmәz. 27 Öz çarmıxını daşıyıb ardımca gәlmәyәn kәs dә Mәnim şagirdim ola bilmәz. 28 Sizlәrdәn kimsә bir qüllә tikmәk istәyirsә, әvvәlcә oturub onun xәrclәrini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox? 29 Çünki qüllәnin tәmәlini qoyub işi qurtara bilmәsә, bunu görәnlәrin hamısı onu әlә salıb deyәcәk: 30 “Bu adam tikintiyә başlayıb qurtara bilmәdi”. 31 Yaxud da hansı padşah başqa padşahla müharibәyә gedәndә üstünә iyirmi min әsgәrlә gәlәnә qarşı on min әsgәrlә durmağa qadir olmağı әvvәlcә oturub götür-qoy elәmәz? 32 Әgәr padşah buna qadir deyilsә, o biri padşahın hәlә uzaqda olduğu vaxt elçilәr göndәrib sülh müqavilәsi bağlamaq istәyәr. 33 Eyni tәrzdә sizdәn hәr biriniz bütün әmlakından әl çәkmәsә, Mәnim şagirdim ola bilmәz. 34 Duz yaxşı şeydir, amma әgәr duz öz dadını itirәrsә, ona nә ilә dad verilә bilәr? 35 O nә torpağa yarayar, nә dә peyinә. Onu çölә atarlar. Eşitmәyә qulağı olan eşitsin!"
1 Bütün vergiyığanlar vә günahkarlar İsanı dinlәmәk üçün Ona yaxınlaşırdılar. 2 Fariseylәr vә ilahiyyatçılar isә "bu adam günahkarları qәbul edir vә onlarla yemәk yeyir" deyә deyinirdilәr. 3 Amma İsa onlara bu mәsәli çәkdi: 4 "Sizlәrdәn birinin yüz qoyunu olsa vә onlardan birini itirsә, doxsan doqquzunu çöldә qoyub itmiş qoyunu tapanadәk onu axtarmazmı? 5 Tapanda isә onu sevinclә çiyinlәrinә qoyar. 6 Evә gәlәndә öz dostlarını vә qonşularını çağırıb belә deyәr: “Mәnimlә birlikdә sevinin, itmiş qoyunumu tapmışam!” 7 Sizә bunu deyirәm: belәcә dә göydә tövbә edәn bircә günahkara görә tövbәyә ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq. 8 Yaxud on dirhәmi olan hansı bir qadın bir dirhәmini itirsә, çıraq yandırıb evi süpürәrәk onu tapanadәk diqqәtlә axtarmaz? 9 Tapanda öz rәfiqәlәrini vә qonşularını çağırıb deyәr: “Mәnimlә birlikdә sevinin, itirdiyim dirhәmi tapmışam!” 10 Sizә bunu deyirәm: Allahın mәlәklәrinin önündә dә tövbә edәn bir günahkara görә sevinc olur". 11 İsa bunu da danışdı: "Bir adamın iki oğlu var idi. 12 Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlәtindәn payıma düşәni mәnә ver”. Atası da varını onların arasında bölüşdürdü. 13 Bir neçә gün sonra kiçik oğul nәyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun hәyat sürüb var-dövlәtini heç-puç etdi. 14 Oğlan hәr şeyini xәrclәdikdәn sonra o ölkәdә böyük bir aclıq oldu. O korluq çәkmәyә başladı. 15 Buna görә dә oğlan gedib o ölkәnin sakinlәrindәn birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndәrdi. 16 Donuzların yediyi keçibuynuzu qabıqları ilә qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi. 17 Onda oğlan özünә gәlib dedi: “Atamın nә qәdәr muzdlu işçisi var, hamısının da doyunca yemәyә çörәyi var. Mәn isә burada acından ölürәm! 18 Durub atamın yanına gedәcәyәm vә ona deyәcәyәm: ‹Ata, mәn göyә vә sәnә qarşı günah etdim. 19 Mәn artıq sәnin oğlun adlanmağa layiq deyilәm. Mәni öz muzdlu işçilәrinin biri kimi qәbul et›”. 20 O durub öz atasının yanına getdi. Oğul hәlә uzaqda ikәn atası onu gördü. Ona rәhmi gәldi vә qaçıb onun boynuna sarıldı vә öpdü. 21 Oğul dedi: “Ata! Mәn göyә vә sәnә qarşı günah etdim. Mәn artıq sәnin oğlun adlanmağa layiq deyilәm”. 22 Atası isә öz qullarına dedi: “Tez olun, әn gözәl xalat gәtirin vә onu geyindirin. Barmağına üzük vә ayaqlarına çarıq taxın. 23 Kökәldilmiş dananı gәtirin, kәsin: gәlin yeyib-şadlanaq! 24 Çünki bu oğlum ölmüşdü, yenә hәyata qayıtdı. O itmişdi, tapıldı”. Belәliklә, şadlıq etmәyә başladılar. 25 Atanın böyük oğlu isә tarlada idi. Qayıdaraq evә yaxınlaşanda çalğı vә rәqs sәslәri eşitdi. 26 O, nökәrlәrdәn birini yanına çağırıb soruşdu: “Bu nәdir?” 27 Nökәr ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görә kökәldilmiş dananı kәsib”. 28 Böyük oğul isә hirslәndi vә içәri girmәk istәmәdi. Atası bayıra çıxıb ona yalvardı. 29 Amma o, atasına belә cavab verdi: “Bax neçә ildir ki, sәnin üçün qul kimi işlәyirәm. Heç zaman sәnin әmrindәn çıxmamışam. Amma mәnә bir oğlağı belә, heç vaxt qıymadın ki, dostlarımla şadlıq edim. 30 Bu oğlun isә sәnin bütün varını fahişә qadınlara sәrf edib. Amma o qayıdanda sәn onun üçün kökәldilmiş dananı kәsdin”. 31 Atası isә ona dedi: “Oğlum, axı sәn hәmişә mәnimlәsәn vә bütün varım sәnindir. 32 Lakin sevinmәk vә şadlanmaq lazımdır. Çünki sәnin bu qardaşın ölmüşdü, hәyata qayıtdı. O itmişdi, tapıldı!”"
1 İsa şagirdlәrә bunları danışdı: "Varlı bir adamın idarәçisi var idi. Ona xәbәr çatdırıldı ki, idarәçi onun әmlakını israf edir. 2 Varlı adam onu yanına çağırıb dedi: “Bu nәdir, sәnin haqqında mәn nәlәr eşidirәm? Mәnә idarәçiliyinin hesabatını ver. Sәn artıq idarәçi ola bilmәzsәn”. 3 İdarәçi öz-özünә dedi: “Mәn nә edәcәyәm? Ağam idarәçiliyi әlimdәn alır. Torpaq bellәmәyә gücüm yoxdur, dilәnmәkdәn dә utanıram. 4 İşdәn qovulanda mәni öz evlәrinә qәbul etsinlәr deyә nә edәcәyimi bilirәm”. 5 Ona görә dә öz ağasına borclu olanları bir-bir çağırıb birincisinә dedi: “Mәnim ağama nә qәdәr borclusan?” 6 O “yüz bat zeytun yağı” dedi. İdarәçi ona dedi: “Öz qәbzini götür, otur vә tez yaz: әlli”. 7 Sonra o birisinә dedi: “Bәs sәnin nә qәdәr borcun var?” O cavab verdi: “Yüz kor buğda”. İdarәçi ona dedi: “Öz qәbzini götür vә yaz: sәksәn”. 8 Ağası haqsızlıq edәn idarәçini fәrasәtli hәrәkәt etdiyinә görә tәriflәdi. Çünki bu dövrün övladları öz nәsillәri ilә münasibәtlәrindә nur övladlarından daha fәrasәtlidir. 9 Mәn sizә bunu deyirәm: haqsız qazanc olan sәrvәtlә özünüzә dostlar qazanın ki, bu sәrvәt yox olduqda siz әbәdi mәskәnlәrә qәbul olunasınız. 10 Әn balaca bir işdә sadiq olan kәs böyük işdә dә sadiqdir, әn balaca bir işdә haqsız olan isә böyük işdә dә haqsızdır. 11 Belәliklә, әgәr siz haqsız sәrvәtdәn istifadә etmәkdә sadiq olmadınızsa, әsl var-dövlәti sizә kim әmanәt edәr? 12 Әgәr başqasının malından istifadә etmәkdә sadiq olmadınızsa, öz malınızı sizә kim verәr? 13 Heç bir nökәr iki ağaya qulluq edә bilmәz. Çünki ya birinә nifrәt edib o birisini sevәcәk ya da birinә bağlı qalıb o birisinә isә xor baxacaq. Siz hәm Allaha, hәm dә sәrvәtә qulluq edә bilmәzsiniz". 14 Fariseylәr pulpәrәst olduğu üçün bütün bu sözlәri eşidib İsaya istehza ilә baxdılar. 15 İsa da onlara belә dedi: "İnsanların qarşısında özünüzü saleh göstәrәn sizsiniz, amma Allah sizin ürәyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrәnclikdir. 16 Qanun vә Peyğәmbәrlәr Yәhyanın gәlişinә qәdәr idi. O vaxtdan bәri Allahın Padşahlığının Müjdәsi yayılır vә hәr kәs oraya zorla girmәyә çalışır. 17 Amma göyün vә yerin keçib getmәsi Qanundan bir nöqtәnin düşmәsindәn daha asandır. 18 Arvadını boşayıb başqası ilә evlәnәn hәr kәs zina edir. Әrindәn boşanmış qadınla evlәnәn dә zina edir. 19 Varlı bir adam var idi. O, tünd qırmızı vә incә kәtandan paltar geyәrdi vә hәr gün cah-calal içindә kef edәrdi. 20 Bütün bәdәni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gәtirilib uzanmışdı. 21 Lazar varlı adamın süfrәsindәn tökülәn qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlәr dә gәlib onun yaralarını yalayırdı. 22 Bir gün yoxsul adam öldü vә mәlәklәr onu İbrahimin qucağına apardı. Varlı adam da öldü vә dәfn edildi. 23 Varlı adam ölülәr diyarında iztirab çәkәndә gözlәrini qaldırıb uzaqda İbrahimi vә onun qucağında Lazarı gördü. 24 O uca sәslә dedi: “Ey İbrahim ata, mәnә rәhm et! Lazarı göndәr, barmağının ucunu suya batırıb mәnim dilimi sәrinlәtsin, çünki mәn bu alov içindә әzab çәkirәm”. 25 Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sәn öz hәyatında yaxşı şeylәri, Lazar isә pis şeylәri almışdır. İndi isә o, tәsәlli tapır, amma sәn әzab çәkirsәn. 26 Üstәlik, sizinlә bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nә buradan sizin tәrәfinizә keçmәk istәyәnlәr keçә bilir, nә dә oradan bizim yanımıza gәlә bilirlәr”. 27 Varlı adam dedi: “Ata, elә isә yalvarıram sәnә, Lazarı atamın evinә göndәr. 28 Çünki beş qardaşım var. Qoy onlara xәbәrdarlıq etsin ki, onlar da bu iztirab yerinә gәlmәsinlәr”. 29 İbrahim ona dedi: “Onlarda Musanın vә Peyğәmbәrlәrin sözlәri var. Qoy onlara qulaq assınlar”. 30 Varlı adam isә dedi: “Xeyr, İbrahim ata! Әgәr ölülәrdәn biri onların yanına gәlsә, onlar tövbә edәrlәr”. 31 Onda İbrahim ona dedi: “Әgәr onlar Musaya vә Peyğәmbәrlәrә qulaq asmırlarsa, ölülәrdәn biri dirilsә belә, inanmazlar”".
1 İsa şagirdlәrinә belә dedi: "İnsanları pis yola çәkәn şeylәr mütlәq olur. Amma vay o adamın halına ki, bunların baisidir! 2 Bu kiçiklәrdәn birini pis yola çәkmәkdәnsә öz boynuna böyük bir dәyirman daşı asıb dәnizә atılmaq onun üçün daha yaxşı olar. 3 Özünüzә fikir verin. Әgәr qardaşın sәnә qarşı günah edәrsә, ona xәbәrdarlıq et. Әgәr o tövbә edәrsә, onu bağışla. 4 Әgәr gündә yeddi dәfә sәnә qarşı günah etsә vә gündә yeddi dәfә yanına gәlib sәnә “tövbә edirәm” deyәrsә, onu bağışla". 5 Hәvarilәr Rәbbә dedi: "İmanımızı artır!" 6 Rәbb onlara belә dedi: "Bir xardal toxumu qәdәr imanınız olsaydı, bu tut ağacına “Kökündәn çıx vә dәnizdә әkil!” deyәrdiniz, o da sizin sözünüzә baxardı. 7 Sizlәrdәn hansı biriniz cütçülük vә yaxud çobanlıq edәn bir qula tarladan qayıdanda “tez ol, gәl süfrәyә otur” deyәr? 8 Әksinә, ona “axşam yemәyimi hazırla vә qurşanıb mәnә xidmәt et ki, mәn yeyib-içim, sonra da sәn özün ye-iç” demәzmi? 9 Onun әmrlәrini yerinә yetirdiyi üçün o, qula tәşәkkür edәrmi? 10 Belәcә siz dә sizә әmr olunanların hamısını yerinә yetirәndәn sonra deyin: “Biz dәyәrsiz qullarıq, çünki görmәli olduğumuz işlәri etmişik”". 11 İsa Yerusәlimә doğru yolunu davam edәrkәn Samariya ilә Qalileya arasındakı sәrhәddәn keçirdi. 12 Kәndlәrin birinә girәndә Onu on nәfәr cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub 13 ucadan çığırdı: "İsa, Ustad, bizә rәhm et!" 14 İsa onları görüb "gedin, özünüzü kahinlәrә göstәrin" dedi. Onlar yol gedә-gedә pak oldular. 15 Onlardan biri isә sağaldığını görәndә uca sәslә Allahı izzәtlәndirәrәk qayıtdı. 16 O üzüstә İsanın ayaqlarına düşәrәk Ona tәşәkkür etdi. Bu adam Samariyalı idi. 17 Onda İsa dedi: "Pak olanlar on nәfәr deyildimi? Bәs qalan doqquz adam haradadır? 18 Bu yadellidәn savayı geri dönüb Allaha izzәt verәn olmadımı?" 19 Sonra o adama dedi: "Ayağa qalx, get. İmanın sәni xilas etdi". 20 Fariseylәr İsadan "Allahın Padşahlığı nә zaman gәlәcәk?" soruşanda İsa onlara cavab verdi: "Allahın Padşahlığı müşahidә ilә gәlmәz. 21 Adamlar “bax, o buradadır” yaxud “oradadır” demәyәcәklәr, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdәdir". 22 İsa şagirdlәrә dә belә dedi: "Elә günlәr gәlәcәk ki, Bәşәr Oğlunun günlәrindәn birini görmәyi arzulayacaqsınız, amma görmәyәcәksiniz. 23 Adamlar sizә “bax, O oradadır” yaxud “bax, buradadır” deyәcәk. Gedib onların arxasınca düşmәyin! 24 Çünki şimşәk göyün bir kәnarında çaxıb o biri kәnarına qәdәr necә parlayırsa, Bәşәr Oğlu da Öz günündә elә olacaq. 25 Amma әvvәlcә O, çox әzab çәkmәli vә indiki nәslin adamları tәrәfindәn rәdd olunmalıdır. 26 Nuhun günlәrindә necә idisә, Bәşәr Oğlunun günlәrindә dә elә olacaq. 27 Nuhun gәmiyә girdiyi günә qәdәr insanlar yeyib-içir, evlәnir, әrә gedirdi. Sonra daşqın gәlib hamısını mәhv etdi. 28 Lutun günlәrindә dә belә idi: insanlar yeyib-içir, alıb-satır, әkir, tikirdi. 29 Lakin Lut Sodomdan çıxdığı gün göydәn od vә kükürd yağdı vә hamısını mәhv etdi. 30 Bәşәr Oğlunun zühur edәcәyi gündә dә belә olacaq. 31 O gündә özü damda, әşyası isә evin içindә olan adam onları götürmәk üçün aşağı enmәsin. Elәcә dә tarlada olan geri qayıtmasın. 32 Lutun arvadını yadınıza salın! 33 Kim canını qorumaq istәsә, onu itirәcәk, amma kim canını itirsә, onu yaşadacaq. 34 Sizә deyirәm: o gecә bir yataqda olan iki nәfәrdәn biri götürülәcәk, o birisi isә qalacaq. 35 Birlikdә dәn üyüdәn iki qadından biri götürülәcәk, o birisi isә qalacaq". 36 Она мьраҹижт едиб дедилжр: «Ја Ржбб, бу һадисжлжр һарада олаҹаг?» О исж онлара деди: «Лею һарададэрса, кжркжслжр дж орада топлаюар». 37 Ona müraciәt edib dedilәr: "Ya Rәbb, bu hadisәlәr harada olacaq?" O isә onlara dedi: "Leş haradadırsa, kәrkәslәr dә orada toplaşar".
1 İsa şagirdlәrinә daim dua etmәk vә heç ruhdan düşmәmәk lazım olduğu barәdә bir mәsәl çәkdi. 2 O dedi: "Bir şәhәrdә Allahdan qorxmayan vә adamlara hörmәt etmәyәn bir hakim var idi. 3 Elә hәmin şәhәrdә bir dul qadın da var idi. Qadın hey onun yanına gәlәrәk deyәrdi: “Rәqibimlә olan işimdә mәnim haqqımı qoru”. 4 Amma hakim bir müddәt bunu etmәk istәmәdi, sonra isә öz-özünә dedi: “Hәrçәnd mәn nә Allahdan qorxur, nә dә adamlara hörmәt edirәm, 5 bu qadın mәnim zәhlәmi tökdüyü üçün onun haqqını qoruyum ki, o bir dә gәlib baş-qulağımı aparmasın”". 6 Rәbb sözünә belә davam etdi: "Әdalәtsiz hakimin nә dediyini dinlәyin. 7 Mәgәr Allah Öz seçdiklәrini, gecә-gündüz Ondan imdad istәyәnlәrin haqqını qorumayacaqmı? Onları çox gözlәdәcәkmi? 8 Sizә bunu deyirәm: tezliklә onların haqqını qoruyacaq. Bәs Bәşәr Oğlu gәlәndә yer üzündә iman tapacaqmı?" 9 Özlәrinin saleh olduğuna güvәnib başqalarına xor baxan bәzilәri üçün dә İsa belә bir mәsәl çәkdi: 10 "Biri farisey, digәri isә vergiyığan olan iki nәfәr dua etmәk üçün mәbәdә girdi. 11 Farisey ayaq üstә durub öz-özünә belә dua edirdi: “Ya Allah, Sәnә şükürlәr olsun ki, mәn başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyilәm. 12 Hәftәdә iki dәfә oruc tuturam, bütün qazandığımın onda birini verirәm”. 13 Vergiyığan isә uzaqda durub gözlәrini göyә qaldırmağa belә, cәsarәt etmirdi, amma sinәsinә vurub hey deyirdi: “Ya Allah! Mәn günahkara rәhm et!” 14 Sizә deyirәm ki, o farisey yox, vergiyığan evinә saleh sayılaraq getdi. Çünki özünü yüksәldәn hәr kәs aşağı tutulacaq, özünü aşağı tutansa yüksәldilәcәk". 15 Adamlar körpәlәri dә İsanın yanına gәtirirdilәr ki, İsa onlara toxunsun. Bunu görәn şagirdlәrsә onlara qadağan etdilәr. 16 Amma İsa uşaqları yanına çağırıb dedi: "Uşaqları buraxın, qoy Mәnim yanıma gәlsinlәr! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belәlәrinә mәxsusdur. 17 Sizә doğrusunu deyirәm: kim Allahın Padşahlığını bir uşaq kimi qәbul etmәsә, oraya әsla daxil ola bilmәz". 18 Rәhbәrlәrdәn biri İsadan soruşdu: "Ey yaxşı Müәllim, mәn nә etmәliyәm ki, әbәdi hәyatı irs olaraq alım?" 19 İsa ona dedi: "Mәnә niyә yaxşı deyirsәn? Tәk Allahdan başqa yaxşısı yoxdur. 20 Onun әmrlәrini bilirsәn: “Zina etmә. Qәtl etmә. Oğurluq etmә. Yalandan şahidlik etmә. Ata-anana hörmәt et”". 21 Bu adam isә dedi: "Bunların hamısına gәncliyimdәn bәri riayәt edirәm". 22 İsa bunu eşidib ona dedi: "Sәnin bir şeyin çatışmır: nәyin varsa, satıb yoxsullara payla. Onda göylәrdә xәzinәn olacaq. Sonra qayıt, Mәnim ardımca gәl". 23 Amma bu sözlәri eşitdikdә hәmin adamı dәrin kәdәr bürüdü, çünki çox varlı idi. 24 İsa onun dәrindәn kәdәrlәndiyini görәndә dedi: "Var-dövlәti olanların Allahın Padşahlığına daxil olması nә qәdәr çәtindir! 25 Doğrudan da, dәvәnin iynә gözündәn keçmәsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır". 26 Bunları eşidәnlәr dedi: "Elә isә, kim xilas ola bilәr?" 27 O isә dedi: "İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür". 28 Peter isә dedi: "Bax biz hәr şeyi qoyub Sәnin ardınca gәlmişik". 29 İsa onlara dedi: "Sizә doğrusunu deyirәm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını vә yaxud uşaqlarını atan elә bir kәs yoxdur ki, 30 bu dövrdә bundan neçә qat artıq, gәlәcәk dövrdә isә әbәdi hәyat almasın". 31 İsa On İki şagirdi kәnara çәkib onlara dedi: "Bax Yerusәlimә qalxırıq, Bәşәr Oğlu üçün peyğәmbәrlәr vasitәsilә yazılanların hamısı tam yerinә yetәcәk. 32 Çünki O, başqa millәtlәrә tәslim edilәcәk. Onlar Onu әlә salıb tәhqir edәcәk, Ona tüpürәcәk 33 vә qamçılayıb öldürәcәklәr. O, üçüncü gün dirilәcәk". 34 Amma şagirdlәr bu sözlәrdәn heç bir şey başa düşmәdilәr. Bu sözlәr onlar üçün gizli saxlandı vә onlar deyilәnlәri anlamırdılar. 35 İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kәnarında oturub dilәnirdi. 36 Yanından çoxlu adamın keçdiyini eşitdikdә soruşdu "Nә olub?" 37 Ona xәbәr verdilәr: "Nazaretli İsa buradan keçir". 38 Onda o qışqırdı: "Ey Davud Oğlu İsa! Mәnә rәhm elә!" 39 Qabaqda gedәnlәr ona qadağan edib susdurmaq istәdisә dә, o "Ey Davud Oğlu! Mәnә rәhm elә!" deyә daha ucadan bağırdı. 40 İsa dayanıb әmr etdi ki, onu yanına gәtirsinlәr. Adam yaxınlaşarkәn İsa ondan soruşdu: 41 "Nә istәyirsәn, sәnin üçün edim?" O dedi: "Ya Rәbb, gözlәrim açılsın". 42 İsa ona dedi: "Qoy gözlәrin açılsın, imanın sәni xilas etdi". 43 Hәmin an bu adamın gözlәri açıldı vә o, Allahı izzәtlәndirәrәk İsanın ardınca getdi. Bunu görәn bütün xalq Allaha hәmdlәr etdi.
1 İsa Yerixoya daxil olub oradan keçirdi. 2 Orada vergiyığanların rәisi olan Zakkay adlı varlı bir nәfәr var idi. 3 İsanın kim olduğunu görmәyә can atırdı. Amma balacaboy olduğuna görә izdihamın arasından Onu görә bilmirdi. 4 İsanı görmәk üçün irәliyә qaçıb bir firon әnciri ağacına dırmaşdı. Çünki İsa oradan keçmәli idi. 5 İsa o yerә çatdıqda yuxarı baxıb onu gördü vә ona dedi: "Ay Zakkay, tez aşağı düş. Bu gün Mәn sәnin evindә qalmalıyam". 6 O tez aşağı düşüb İsanı sevinclә qәbul etdi. 7 Bütün xalq bunu gördükdә deyinәrәk dedi: "Gedib günahkar bir kişinin qonağı oldu!" 8 Zakkay isә ayağa qalxıb Rәbbә belә dedi: "Ya Rәbb, әmlakımın yarısını yoxsullara verәrәm vә kimdәn haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam". 9 İsa ona dedi: "Bu gün bu evә xilas gәldi, çünki bu adam da İbrahimin oğludur. 10 Çünki Bәşәr Oğlu itmişlәri axtarıb xilas etmәk üçün gәlmişdir". 11 Onlar bu şeylәri dinlәyәrkәn İsa bir mәsәl dә çәkdi. Çünki O, Yerusәlimә yaxınlaşmışdı vә onlar elә düşünürdülәr ki, Allahın Padşahlığı dәrhal üzә çıxacaq. 12 İsa belә dedi: "Әsilzadәlәrdәn olan bir nәfәr padşah tәyin olunub geri dönmәk üçün uzaq bir ölkәyә yola düşdü. 13 Getmәmişdәn әvvәl qullarından on nәfәri çağırdı vә onlara on mina pul verib dedi: “Mәn gәlәnәdәk bunlarla ticarәt et”. 14 Lakin әhalisi ona nifrәt etdi vә onun ardınca elçilәr göndәrib dedi: “Bu adamın üzәrimizdә padşah olmasını istәmirik”. 15 O, padşah tәyin olunub qayıdanda pul verdiyi hәmin qulları yanına çağırtdırdı vә nә qazandıqlarını öyrәnmәk istәdi. 16 Birincisi gәlib dedi: “Ağa, sәnin bir minan on mina da qazandırdı”. 17 Ağası ona dedi: “Afәrin, yaxşı qulum! Әn kiçik bir işdә mәnә sadiq olduğun üçün on şәhәrin idarәsini üzәrinә götür”. 18 İkincisi gәlib dedi: “Ağa! Sәnin bir minan beş mina da qazandırdı”. 19 Ağası ona da “sәn dә beş şәhәrә hakim ol” dedi. 20 Bir başqası gәlib dedi: “Ağa! Budur sәnin minan, onu dәsmala büküb saxlayırdım. 21 Çünki sәndәn qorxurdum, sәn qәddar bir adamsan, özün qoymadığını götürürsәn vә özün әkmәdiyini biçirsәn”. 22 Ağası ona dedi: “Ay pis qul, sәni öz ağzından çıxan sözlәrlә mühakimә edәcәyәm! Mәnim qәddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü vә özüm әkmәdiyimi biçdiyimi bilirdinmi? 23 Bәs onda nә üçün mәnim pulumu sәrraflara vermәdin ki, mәn qayıdanda onu faizlә geri alım?” 24 Sonra әtrafında olanlara dedi: “Әlindәki minanı ondan alın vә on minası olana verin!” 25 Ona dedilәr: “Ay ağa, axı artıq onun on minası var!” 26 O, sözünә belә davam etdi: “Sizә deyirәm: kimin varıdırsa, daha çox verilәcәk, kimin yoxudursa, әlindә olan da alınacaq. 27 Mәnim onların padşahı olmağımı istәmәyәn düşmәnlәrimi isә buraya gәtirin vә mәnim gözümün qabağında qılıncdan keçirin!”" 28 İsa bu sözlәri deyib qabaqda yeriyәrәk Yerusәlimә doğru qalxdı. 29 Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilә Bet-Anyaya yaxınlaşarkәn şagirdlәrdәn ikisini göndәrәrәk 30 dedi: "Qarşınızdakı kәndә gedin. Oraya girәndә hәlә heç kәsin minmәdiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gәtirin. 31 Kim sizdәn soruşsa: “Nә üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rәbbә lazımdır” deyәrsiniz". 32 Göndәrilәnlәr gedib hәr şeyin Onun dediyi kimi olduğunu gördülәr. 33 Onlar sıpanı açanda onun sahiblәri onlara dedi: "Bu sıpanı nә üçün açırsınız?" 34 Onlar cavab verdilәr: "Bu sıpa Rәbbә lazımdır". 35 Sıpanı İsanın yanına gәtirdilәr vә öz paltarlarını sıpanın üstünә sәrib İsanı onun belinә mindirdilәr. 36 O irәli gedәrkәn insanlar öz paltarlarını yola döşәyirdi. 37 İsa Zeytun dağının aşağı düşәn yamacına yaxınlaşanda çoxlu şagird gördüklәri bütün möcüzәlәr üçün sevinib uca sәslә Allaha hәmd etmәyә başladı. 38 Onlar deyirdi: "Rәbbin ismi ilә gәlәn Padşaha alqış olsun! Göydә sülh, әn ucalarda izzәt olsun!" 39 İzdihamın arasından bәzi fariseylәr Ona dedilәr: "Müәllim, şagirdlәrinә qadağan et!" 40 Lakin İsa cavabında onlara dedi: "Sizә bunu deyirәm ki, әgәr onlar sussa, daşlar dilә gәlәr!" 41 İsa Yerusәlimә yaxınlaşanda ona baxıb şәhәr üçün ağladı. 42 O dedi: "Ah, kaş sәn dә bu gün sülhә aparan yolu tanıyaydın! Amma bu yol hәlәlik sәnin nәzәrindәn gizlәnib. 43 Çünki sәni elә günlәr gözlәyir ki, düşmәnlәrin sәni sәdlә әhatә edәcәk, mühasirәyә alacaq vә hәr yerdәn sıxışdıracaqlar. 44 Sәni dә, qucağındakı övladlarını da yerlә yeksan edәcәklәr. Daşını daş üstә qoymayacaqlar, çünki Allahın sәnә yaxınlaşdığı zamanı anlamadın". 45 İsa mәbәdә girib orada satıcılıq edәnlәri qovmağa başladı. 46 Onlara belә dedi: "“Mәnim evim dua evi olacaq” deyә yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!" 47 İsa hәr gün mәbәddә tәlim öyrәdirdi. Başçı kahinlәr, ilahiyyatçılar vә xalqın nüfuzlu adamları Onu öldürmәk üçün yol axtarırdı, 48 amma bunu necә edәcәklәrini bilmirdilәr. Çünki bütün xalq Onu böyük diqqәtlә dinlәyirdi.
1 Günlәrin birindә İsa mәbәddә xalqa tәlim öyrәdirdi vә Müjdәni yayırdı. Başçı kahinlәr, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb 2 Ona dedilәr: "De görәk, Sәn bu işlәri hansı sәlahiyyәtlә edirsәn? Sәnә bu sәlahiyyәti kim verib?" 3 İsa onlara belә cavab verdi: "Mәn dә sizә bir sual verәcәyәm. Mәnә deyin: 4 Yәhyanın vәftizi göydәn idimi, yoxsa insanlardan?" 5 Onlarsa öz aralarında müzakirә edәrәk belә dedilәr: "Әgәr desәk “göydәn”, “Bәs nә üçün ona inanmadınız?” deyәcәk. 6 Amma desәk “insanlardan”, bütün xalq bizi daşqalaq edәr. Çünki xalq Yәhyanın peyğәmbәr olmasına әmindir". 7 Axırda Ona cavab verdilәr: "Biz bilmirik haradandır". 8 İsa da onlara dedi: "Bunları hansı sәlahiyyәtlә etdiyimi Mәn dә sizә demirәm". 9 İsa xalqa belә bir mәsәl çәkmәyә başladı: "Bir adam üzüm bağı saldı vә bağı bağbanlara icarәyә verәrәk uzun müddәtә başqa ölkәyә getdi. 10 Mәhsul vaxtı çatanda bağbanların yanına bir qul göndәrdi ki, onlar üzüm bağının mәhsulundan bir qәdәrini ona versinlәr. Lakin bağbanlar qulu döyәrәk әliboş geri qaytardılar. 11 Bağ sahibi başqa bir qul göndәrdi, amma onlar bunu da döyüb biabır etdilәr vә әliboş geri qaytardılar. 12 O, üçüncüsünü dә göndәrdi, amma onlar onu da yaralayıb qovdular. 13 Onda bağ sahibi dedi: “Mәn nә edim? Qoy öz sevimli oğlumu göndәrim, bәlkә ona hörmәt edәrlәr”. 14 Amma bağbanlar onu gördükdә öz aralarında danışıb dedilәr: “Varis budur. Gәlin onu öldürәk ki, miras bizә qalsın”. 15 Belәcә onu bağdan kәnara çıxarıb öldürdülәr. Belәliklә, bağ sahibi onlara nә edәcәk? 16 Gәlib hәmin bağbanları hәlak edәcәk vә bağı başqalarına verәcәk". Bunu eşidәnlәrsә dedi: "Qoy belә olmasın". 17 Amma İsa onların gözlәrinin içinә baxıb dedi: "Bәs bu Yazının mәnası nәdir? “Bәnnaların rәdd etdiyi daş Guşәdaşı olub”. 18 Bu daşın üstünә yıxılan hәr kәs parçalanacaq, daşsa kimin üzәrinә düşәrsә, onu әzәcәk". 19 İlahiyyatçılar vә başçı kahinlәr başa düşdülәr ki, İsa bu mәsәli onlar barәdә söylәdi. Ona görә dә hәmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular. 20 İsanı güdürdülәr vә yanına özlәrini dürüst insan kimi göstәrәn bir neçә casus göndәrdilәr. Onu dediyi söz üstә tutub valinin hökm vә sәlahiyyәtinә tәslim etmәk mәqsәdlәri var idi. 21 Onlar İsadan soruşdular: "Müәllim, biz bilirik ki, Sәn düz danışırsan, tәlim öyrәdirsәn vә heç kimә tәrәfkeşlik etmirsәn, ancaq Allahın yolunu hәqiqәtә görә öyrәdirsәn. 22 Bizim üçün qeysәrә vergi vermәyә icazә var ya yox?" 23 Amma İsa onların hiylәsini başa düşüb belә dedi: 24 "Mәnә bir dinar göstәrin. Onun üstündәki tәsvir vә yazı kimindir?" Onlar cavab verdilәr: "Qeysәrin". 25 İsa onlara dedi: "Onda qeysәrin haqqını qeysәrә, Allahın haqqını Allaha verin". 26 İsanı xalq qarşısında söz üstә tuta bilmәdilәr vә Onun cavabına heyrәt edib susdular. 27 Dirilmәnin olmadığını iddia edәn sadukeylәrdәn bәzisi İsanın yanına gәlib soruşdu: 28 "Müәllim, Musa bizim üçün belә yazmışdır: “Әgәr bir adamın evli qardaşı övladsız ölsә, o biri qardaş dul qalmış arvadı alıb ölәn qardaşın nәslini davam etdirsin”. 29 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı vә övladsız öldü. 30 İkincisi dә, 31 üçüncüsü dә bu arvadla evlәndi. Belәcә yeddisi dә özündәn sonra övlad qoymadan öldü. 32 Hamısından sonra bu qadın da öldü. 33 Ölülәr dirilәndә bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi dә bu qadını almışdı". 34 İsa onlara belә cavab verdi: "Bu dövrün insanları evlәnir vә әrә gedir. 35 Amma gәlәcәk dövrә yetişmәyә vә ölülәr arasından dirilmәyә layiq sayılanlar isә nә evlәnәcәk, nә dә әrә gedәcәk. 36 Artıq ölә dә bilmәzlәr, çünki mәlәklәrә bәnzәyirlәr vә dirilmә övladları olduqlarına görә onlar Allahın övladlarıdır. 37 Amma ölülәrin dirildiyini Musa da kolla bağlı әhvalatda Rәbbi “İbrahimin Allahı, İshaqın Allahı vә Yaqubun Allahı” adlandıraraq göstәrib. 38 Allah ölülәrin deyil, dirilәrin Allahıdır. Çünki Onun yanında hamı diridir". 39 İlahiyyatçıların bәzisi buna cavab olaraq dedi: "Müәllim, Sәn nә gözәl dedin". 40 Daha İsadan bir şey soruşmağa cәsarәt etmәdilәr. 41 Amma İsa onlara dedi: "Niyә Mәsih Davudun Oğludur deyirlәr? 42 Axı Davud özü Zәbur kitabında “Rәbb mәnim Ağama dedi: ‹Mәn düşmәnlәrini ayaqlarının altına kәtil kimi salanadәk Sağımda otur›” deyib. 44 Demәli, Davud Ona “Ağa” deyә müraciәt edir. O necә Davudun oğlu ola bilәr?" 45 Bütün xalq bu sözlәri dinlәyәndә İsa Öz şagirdlәrinә dedi: 46 "İlahiyyatçılardan özünüzü gözlәyin. Onlar uzun paltarlarda gәzmәyi xoşlayar, bazar meydanlarında salam almağı vә sinaqoqlarda baş kürsülәri, ziyafәtlәrdә yuxarı başı tutmağı sevәrlәr. 47 Onlar dul qadınların evlәrini yeyib-dağıdar vә özlәrini göstәrmәk üçün uzun-uzadı dua edәrlәr. Bu adamların cәzası daha ağır olacaq".
1 İsa başını qaldırıb baxdı vә mәbәdin ianә qutusuna ianәlәri atan varlı adamları gördü. 2 Bir kasıb dul qadını da gördü. O, ianә qutusuna iki lepton pul atdı. 3 İsa dedi: "Sizә hәqiqәti deyirәm: bu kasıb dul qadın hamıdan çox pul atdı. 4 Çünki onların hamısı varlarının artıqlığından ianә verdilәr, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün әlindә nә varsa, hamısını verdi". 5 Bәzi adamlar mәbәdin gözәl daşlar vә Allaha hәsr olunmuş tәqdimlәrlә bәzәndiyini söylәyәrkәn İsa dedi: 6 "Elә günlәr gәlәcәk ki, burada gördüyünüz şeylәrin daşı daş üstündә qalmayacaq, hamısı yerlә yeksan olacaq". 7 Ondan soruşdular: "Müәllim, bәs bu dediklәrin nә vaxt baş verәcәk? Bunlar baş vermәk üzrә olanda hansı әlamәtlәr olacaq?" 8 İsa dedi: "Ehtiyatlı olun, aldanmayın! Çünki Mәnim adımla çox adam gәlib “mәn Oyam” vә “vaxt yaxınlaşıb” deyәcәk. Onların ardınca getmәyin. 9 Müharibәlәr vә üsyanlar barәdә eşidәndә tәlaşa düşmәyin. Çünki bunlar әvvәlcәdәn baş vermәlidir, amma hәr şeyin axırı tez gәlmәyәcәk". 10 Sonra onlara belә dedi: "Millәt millәtә, padşahlıq padşahlığa qarşı çıxacaq. 11 Güclü zәlzәlәlәr, yerbәyer aclıq vә vәba, dәhşәtli hadisәlәr vә göydәn böyük әlamәtlәr olacaq. 12 Amma bütün bu hadisәlәrdәn әvvәl Mәnim adıma görә sizi yaxalayacaqlar, tәqib edәcәklәr, sinaqoqlara vә zindanlara tәslim edәcәklәr, padşahların vә valilәrin qarşısına aparacaqlar. 13 Bu işlәr şәhadәt etdiyiniz vaxt olacaq. 14 Buna görә dә ürәyinizdә qәrara alın ki, özünüzü necә müdafiә edәcәyiniz barәdә әvvәlcәdәn düşünmәyәsiniz. 15 Çünki Mәn sizә elә danışıq qabiliyyәti vә hikmәt verәcәyәm ki, sizә qarşı çıxanların heç biri nә ona etiraz edә bilәcәk, nә dә ona qarşı dura bilәcәk. 16 Hәtta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız vә dostlarınız sizi tәslim edәcәk vә bәzinizi edam etdirәcәk. 17 Mәnim adıma görә hamı sizә nifrәt edәcәk. 18 Amma başınızdan bir tük belә, әskik olmayacaq. 19 Dayanıb dözmәklә canlarınızı qurtarın. 20 Qoşunların Yerusәlimi mühasirә etdiyini görәndә bilin ki, onun viranә qalacağı vaxt yaxınlaşmışdır. 21 O zaman Yәhudeyada olanlar dağlara qaçsın, şәhәrdә olanlar oradan çıxsın vә әtrafda olanlar oraya girmәsin. 22 Çünki bu günlәr qisas günlәridir ki, bütün yazılanlar yerinә yetsin. 23 Hәmin günlәr hamilәlәrin vә körpә әmizdirәnlәrin vay halına! Çünki yer üzünün başına böyük fәlakәt gәlәcәk vә bu xalq qәzәbә uğrayacaq. 24 Onlar qılıncdan keçirilәcәk vә bütün millәtlәr arasına әsirliyә aparılacaq. Başqa millәtlәrin vaxtı tamam olanadәk Yerusәlim başqa millәtlәrin ayağı altında tapdalanacaq. 25 Günәşdә, ayda vә ulduzlarda әlamәtlәr görünәcәk. Yer üzündә dәnizin vә dalğaların gurultusundan millәtlәr çaşqınlıq içindә qalıb әzab çәkәcәk. 26 İnsanlar qorxudan vә dünya üzәrinә gәlәn fәlakәtlәri gözlәmәkdәn huşunu itirәcәk, çünki sәma cisimlәri lәrzәyә gәlәcәk. 27 O zaman onlar Bәşәr Oğlunun bulud içindә qüdrәt vә böyük izzәtlә gәldiyini görәcәk. 28 Bu hadisәlәr yerinә yetmәyә başladıqda başınızı qaldırın vә yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır". 29 İsa onlara bir mәsәl dә çәkdi: "Әncir ağacına vә bütün ağaclara baxın: 30 onların yarpaqlandığını görәndә bilirsiniz ki, yay fәsli artıq yaxındır. 31 Elәcә siz dә bu şeylәrin baş verdiyini görәndә bilin ki, Allahın Padşahlığı yaxınlaşıb. 32 Sizә doğrusunu deyirәm: bu nәsil ömrünü sona çatdırmazdan әvvәl bütün bunlar baş verәcәk. 33 Yer vә göy keçib-gedәcәk, amma Mәnim sözlәrim әsla keçib-getmәyәcәk. 34 Özünüzә fikir verin! Qoy ürәklәriniz eyş-işrәt vә sәrxoşluqla, bu hәyatın qayğıları ilә yüklәnmәsin. Qoy qiyamәt günü bir tәlә kimi üzәrinizә qәflәtәn gәlmәsin. 35 Çünki o gün yer üzündә yaşayanların hamısının üstünә gәlәcәk. 36 Ona görә dә baş verәcәk bütün bu fәlakәtlәrdәn qaçıb Bәşәr Oğlunun önündә dura bilmәk üçün hәr an dua edәrәk ayıq olun". 37 İsa gündüzlәr mәbәddә tәlim öyrәdirdi, gecәlәri isә oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi. 38 Sәhәr tezdәn bütün xalq İsanı dinlәmәk üçün Onun yanına, mәbәdә gәlirdi.
1 Pasxa adlanan Mayasız Çörәk bayramı yaxınlaşırdı. 2 Başçı kahinlәr vә ilahiyyatçılar İsanı öldürmәk üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular. 3 O zaman Şeytan On İki şagirddәn biri olan İskaryot adlanan Yәhudanın ürәyinә girdi. 4 O da gedib başçı kahinlәr vә mәbәd mühafizәçilәrinin başçıları ilә danışdı ki, İsanı necә onlara tәslim etsin. 5 Onlar sevindilәr vә ona pul vermәyә razı oldular. 6 Buna söz verәn Yәhuda İsanı xalqdan gizlin onlara tәslim etmәk üçün fürsәt axtarmağa başladı. 7 Pasxa quzusunun qurban kәsilmәli olduğu Mayasız Çörәk bayramı günü gәldi. 8 İsa Peter vә Yәhyanı qabaqca göndәrib "gedin, Pasxa yemәyimiz üçün bizә hazırlıq görün" dedi. 9 Onlarsa İsadan soruşdu: "Harada hazırlıq görmәyimizi istәyirsәn?" 10 İsa onlara dedi: "Bax siz şәhәrә girәndә qarşınıza sәhәnglә su daşıyan bir nәfәr çıxacaq. Onun ardınca gedin vә onun girәcәyi evә girin. 11 Oranın sahibinә deyin: “Müәllim sәnә deyir: ‹Şagirdlәrimlә birgә Pasxa yemәyini yeyәcәyim qonaq otağı haradadır?›” 12 Ev sahibi sizә yuxarı mәrtәbәdә hәr şeyi hazırlanmış böyük bir otaq göstәrәcәk. Orada hazırlıq işlәri görün". 13 Onlar gedib hәr şeyin Onun dediyi kimi olduğunu gördülәr vә Pasxa yemәyi üçün hazırlıq etdilәr. 14 Yemәk vaxtı çatanda İsa hәvarilәrlә süfrәyә oturdu. 15 İsa onlara dedi: "Mәn әzab çәkmәzdәn әvvәl bu Pasxa yemәyini sizinlә birgә yemәyi çox arzulayırdım. 16 Sizә bunu deyirәm: Pasxa Allahın Padşahlığında yerinә yetәnәdәk Mәn bir daha onu yemәyәcәyәm". 17 Sonra İsa bir kasa götürüb şükür etdi vә dedi: "Bunu götürün vә aranızda bölüşdürün. 18 Mәn sizә deyirәm: Allahın Padşahlığı gәlәnәdәk üzüm ağacının mәhsulundan әsla içmәyәcәyәm". 19 Sonra İsa çörәk götürdü, şükür edib onu böldü vә şagirdlәrә verәrәk dedi: "Bu Mәnim sizin üçün verilәn bәdәnimdir. Bunu Mәni xatırlamaq üçün edin". 20 Elәcә dә axşam yemәyindәn sonra kasanı götürüb dedi: "Sizin üçün axıdılan bu kasa Mәnim qanımla bağladığım Yeni Әhddir. 21 Amma budur, Mәnә xәyanәt edәn Mәnimlә birlikdә әlini bu süfrәyә uzadır. 22 Bәşәr Oğlu tәyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xәyanәt edir!" 23 Şagirdlәr aralarında bunu kimin edәcәyini araşdırmağa başladılar. 24 Aralarında onlardan kimin әn böyük sayılacağı barәsindә bir mübahisә dә oldu. 25 Amma İsa onlara dedi: "Millәtlәrin padşahları onların üzәrindә hökm edir vә bu hakimiyyәtdә olanlar himayәdar adlanır. 26 Amma siz belә olmayın. Aranızda әn böyük olan әn kiçik kimi olsun vә rәhbәrlik edәn xidmәtçi kimi olsun. 27 Axı kim daha böyükdür, süfrәdә oturan, yoxsa xidmәt edәn? Süfrәdә oturan deyilmi? Mәnsә sizin aranızda xidmәtçi kimiyәm. 28 Keçirdiyim sınaqlarda Mәnimlә qalanlar sizsiniz. 29 Atam Mәnә bir padşahlıq tapşırdığı kimi Mәn dә sizә bir padşahlıq tapşırıram; 30 belә ki Mәnim Padşahlığımda süfrәmdә yeyib-içәsiniz vә İsrailin on iki qәbilәsinә hökm etmәk üçün taxtlarda oturasınız. 31 Şimon, Şimon! Şeytan sizi buğda kimi xәlbirdәn keçirmәyә icazә istәdi. 32 Amma Mәn imanın itmәsin deyә sәnin üçün dua etdim. Sәn dә bir zaman geri dönüb öz qardaşlarını qüvvәtlәndir". 33 O, İsaya cavab verdi: "Ya Rәbb, mәn Sәninlә zindana da, ölümә dә getmәyә hazıram". 34 Amma İsa dedi: "Peter, sәnә bunu deyirәm: bu gün xoruz banlamazdan әvvәl sәn Mәni tanıdığını üç dәfә inkar edәcәksәn". 35 Sonra şagirdlәrә dedi: "Mәn sizi kisәsiz, torbasız vә çarıqsız göndәrәndә bir şeydә korluq çәkmisinizmi?" Onlar cavab verdi: "Heç bir şeydә". 36 Onda İsa onlara dedi: "İndi isә kisәsi vә torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. 37 Çünki sizә deyirәm: bu yazılmış olan “Üsyankarlara tay tutuldu” sözü Mәndә tam yerinә yetmәlidir. Çünki Mәnim barәmdә yazılanlar tamam olur". 38 Onlar dedi: "Ya Rәbb, budur, burada iki qılınc var". O isә onlara dedi: "Bu kifayәtdir". 39 İsa çıxıb adәtinә görә Zeytun dağına getdi. Şagirdlәr dә Onun ardınca getdi. 40 Oraya çatanda İsa onlara dedi: "Dua edin ki, sınağa düşmәyәsiniz". 41 İsa Özü isә onlardan bir daş atımı qәdәr uzaqlaşdı vә diz çöküb dua etdi. 42 O belә dedi: "Ey Ata, әgәr Sәnin iradәnә mәqbuldursa, bu kasanı Mәndәn uzaqlaşdır. Amma Mәnim yox, Sәnin iradәn olsun". 43 Göydәn bir mәlәk İsaya göründü vә Onu qüvvәtlәndirdi. 44 İsa dәhşәtli iztirab içindә daha sәylә dua edirdi. Onun tәri yerә düşәn qan damlalarına bәnzәyirdi. 45 İsa duadan qalxıb şagirdlәrin yanına gәldi, onları kәdәrdәn üzülmüş vә yatmış tapdı. 46 O, şagirdlәrә dedi: "Nә üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşmәyәsiniz". 47 İsa hәlә danışarkәn bir izdiham göründü. On İki şagirddәn biri, Yәhuda adlı bir nәfәr onlardan qabaqda gedirdi. O, İsanı öpmәk üçün yaxınlaşdı. 48 Amma İsa ona dedi: "Yәhuda, sәn Bәşәr Oğlunu bir öpüşlәmi satırsan?" 49 İsanın әtrafında olanlar nә baş verәcәyini görәndә Ona dedilәr: "Ya Rәbb, bәlkә qılıncla vuraq?" 50 Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı. 51 Lakin İsa dedi: "Bәsdir, elәmәyin". Sonra qulun qulağına toxunaraq onu sağaltdı. 52 İsa üstünә gәlәn başçı kahinlәrә, mәbәd mühafizәçilәrinin başçılarına vә ağsaqqallara dedi: "Nә üçün quldur üstünә gәlәn kimi qılınc vә dәyәnәklәrlә gәlmisiniz? 53 Mәn hәr gün mәbәddә sizinlә birlikdә olanda siz Mәnә әl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmәt hökmranlığıdır". 54 İsanı tutub apardılar vә baş kahinin evinә gәtirdilәr. Peter isә uzaqdan Onun ardınca gedirdi. 55 Hәyәtin ortasında tonqal qalanmışdı. Peter gәlib onun әtrafında oturanların arasında oturdu. 56 Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqәtlә baxıb dedi: "Bu adam da İsa ilә birlikdә idi". 57 Amma Peter "Ay arvad, mәn Onu tanımıram!" deyәrәk Onu inkar etdi. 58 Bir az sonra başqa bir adam onu görüb dedi: "Sәn dә onlardansan". Amma Peter dedi: "Ay kişi, mәn deyilәm!" 59 Bir saata yaxın vaxt keçdi vә digәr bir adam tәkidlә dedi: "Doğrudan da, bu adam da Onunla birlikdә idi, çünki Qalileyalıdır". 60 Amma Peter dedi: "Ay kişi, dediyini başa düşmürәm". Elә o danışdığı an xoruz banladı. 61 Onda Rәbb dönüb Peterә baxdı. Peter Rәbbin "bu gün xoruz banlamazdan әvvәl sәn Mәni üç dәfә inkar edәcәksәn" dediyi sözü yadına saldı. 62 Ona görә oradan çıxıb hönkür-hönkür ağladı. 63 İsanı tutub saxlayan adamlar Onu әlә sala-sala döyürdü. 64 Onun gözlәrini bağlayıb Ondan soruşurdular: "Peyğәmbәrlik elә görәk, Sәni vuran kimdir?" 65 Ona başqa sözlәr deyib çoxlu böhtan atırdılar. 66 Sәhәr açıldıqda xalqın ağsaqqalları, başçı kahinlәr vә ilahiyyatçılar yığıldı vә İsanı öz Ali Şuralarına gәtirdilәr. 67 Onlar dedilәr: "Bizә de, Mәsih Sәnsәnmi?" İsa onlara dedi: "Әgәr sizә desәm, inanmazsınız. 68 Әgәr sizdәn soruşsam, Mәnә cavab vermәyәcәksiniz. 69 Bundan sonra isә Bәşәr Oğlu qüdrәtli Allahın sağında oturacaq". 70 Onların hamısı dedi: "Demәli, Sәn Allahın Oğlusan?" İsa onlara cavab verdi: "Sizin dediyiniz kimi O Mәnәm". 71 Onda onlar dedilәr: "Artıq şәhadәtә nә ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik".
1 Ali Şura üzvlәrinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı. 2 Onu ittiham etmәyә başlayaraq dedilәr: "Biz gördük ki, bu adam millәtimizi yoldan çıxarır. Qeysәrә vergi vermәyә mane olur vә Özünü Mәsih, Padşah adlandırır". 3 Pilat Ondan "Yәhudilәrin Padşahı Sәnsәnmi?" deyә soruşdu. İsa cavabında ona dedi: "Sәnin dediyin kimidir". 4 Pilat başçı kahinlәrә vә xalqa dedi: "Mәn bu Adamda heç bir tәqsir görmürәm". 5 Amma onlar tәkid edәrәk deyirdilәr: "Bu Adam Qalileyadan tutmuş bu yerә qәdәr bütün Yәhudeyada tәlim öyrәdәrәk xalqı tәşvişә salır". 6 Pilat Qalileya barәdә eşidәrәk soruşdu: "Mәgәr bu Adam Qalileyalıdır?" 7 İsanın Hirodun idarә etdiyi vilayәtdәn olduğunu bildikdә Onu Hirodun yanına göndәrdi. Çünki o günlәr Hirod da Yerusәlimdә idi. 8 Hirod İsanı gördükdә çox sevindi. Onun haqqında eşitdiyi şeylәrә görә Onu çoxdan görmәk istәyirdi. Ondan bir әlamәt görmәyi umurdu. 9 Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermәdi. 10 Başçı kahinlәr vә ilahiyyatçılar durub Onu şiddәtlә ittiham edirdilәr. 11 Hirod öz әsgәrlәri ilә Onu tәhqir edib әlә saldı. Onun әyninә bir gözәl paltar geyindirib Pilatın yanına qaytardı. 12 Әvvәllәr düşmәn olan Pilatla Hirod o gün bir-biri ilә dostlaşdı. 13 O zaman Pilat başçı kahinlәri, rәhbәrlәri vә xalqı toplayıb 14 onlara dedi: "Siz bu Adamı mәnim yanıma buna görә gәtirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mәn sizin qarşınızda mәsәlәni araşdırıb bu Adamı sizin irәli sürdüyünüz ittihamların heç birindә tәqsirkar görmәdim. 15 Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizә geri göndәrdi. Budur, O, ölüm cәzasına layiq heç bir şey etmәyib. 16 Buna görә dә mәn Onu cәzalandırıb azad edәcәyәm". 17 Амма бьтьн халг бирликдж зэрэрэрдэ: «Бу Адам цлдьрьлсьн! Бизж Бараббанэ азад ет!» 18 Amma bütün xalq birlikdә çığırırdı: "Bu Adam öldürülsün! Bizә Barabbanı azad et!" 19 Barabba şәhәrdә üsyan qaldırmaq vә adam öldürmәk üstündә zindana atılmışdı. 20 Pilat İsanı azad etmәk istәyәrәk yenә dә sәsini ucaltdı. 21 Amma onlar "Onu çarmıxa çәk, çarmıxa çәk!" deyә bağırırdı. 22 Pilat üçüncü dәfә onlara dedi: "Axı O nә pislik edib? Mәn Onda ölüm cәzasına layiq heç bir tәqsir görmәdim. Buna görә dә Onu cәzalandırıb azad edәcәyәm". 23 Amma onlar tәkid edәrәk uca sәslә tәlәb edirdilәr ki, O, çarmıxa çәkilsin. Onların sәsi hamıdan bәrk gәlirdi. 24 Pilat onların tәlәbini yerinә yetirmәk qәrarına gәldi. 25 Üsyan qaldırıb adam öldürdüyünә görә zindana atılmış adamı onların tәlәbinә görә azad etdi. İsanı isә onların ixtiyarına tәslim etdi. 26 Әsgәrlәr İsanı apararkәn kәnd yerindәn gәlәn Şimon adlı Kirenalı bir nәfәri yaxaladılar. Çarmıxı onun boynuna yüklәyib İsanın ardınca daşımağa mәcbur etdilәr. 27 İsanın ardınca böyük bir izdiham vә Onun üçün ağlayıb nalә çәkәn qadınlar gedirdi. 28 İsa onlara tәrәf dönüb dedi: "Ey Yerusәlim qızları, Mәnim üçün ağlamayın. Özünüz vә övladlarınız üçün ağlayın. 29 Çünki elә günlәr gәlir ki “Nә bәxtiyardır sonsuz, doğmamış bәtnlәr vә әmizdirmәmiş döşlәri olan qadınlar!” deyәcәklәr. 30 “O zaman dağlara ‹Üstümüzә yıxılın!›, tәpәlәrә ‹Bizi örtün!› demәyә başlayacaqlar”. 31 Çünki yaşıl ağacın başına bunları gәtirirlәrsә, bәs qurumuş ağaca nә olacaq?" 32 İsa ilә birlikdә iki cinayәtkar da edama aparıldı. 33 Kәllә adlanan yerә gәlәndә orada Onu vә cinayәtkarları – birini sağında, birini dә solunda çarmıxa çәkdilәr. 34 Amma İsa deyirdi: "Ata! Onları bağışla, çünki nә etdiklәrini bilmirlәr". Püşk ataraq paltarlarını aralarında bölüşdürdülәr. 35 Camaat durub tamaşa edirdi. Onlarla birlikdә rәhbәrlәr dә İsaya istehza edib deyirdilәr: "Başqalarını xilas edirdi. Әgәr O, Allahın seçdiyi Mәsihdirsә, qoy Özünü dә xilas etsin!" 36 Әsgәrlәr dә yaxınlaşıb Onu әlә saldı. Ona şәrab sirkәsi tәqdim edib 37 belә dedilәr: "Әgәr Sәn Yәhudilәrin Padşahısansa, Özünü xilas et!" 38 Onun üzәrindә "Yәhudilәrin Padşahı budur" yazısı yazılmışdı. 39 Çarmıxa asılmış cinayәtkarlardan biri Ona böhtan ataraq deyirdi: "Mәgәr Sәn Mәsih deyilsәn? Özünü dә, bizi dә xilas et!". 40 O biri cinayәtkarsa ona qadağan edәrәk deyirdi: "Sәn heç Allahdan qorxmursan? Sәn özün dә eyni cәzaya mәhkum olmusan! 41 Biz әdalәtlә mәhkum olunmuşuq, çünki әmәllәrimizә layiq olan әvәzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etmәmişdi". 42 Sonra İsaya dedi: "Ay İsa, Öz Padşahlığına gәlәndә mәni xatırla!" 43 İsa ona dedi: "Sәnә doğrusunu deyirәm: bu gün sәn Mәnimlә birlikdә cәnnәtdә olacaqsan". 44 Gündüz altıncı saat idi. Doqquzuncu saata qәdәr bütün yer üzünә qaranlıq çökdü, 45 günәş işığını saçmırdı. Mәbәdin pәrdәsi ortadan parçalandı. 46 İsa uca sәslә nida edәrәk dedi: "Ey Ata! Ruhumu Sәnin әlinә verirәm". İsa bunu deyib axır nәfәsini verdi. 47 Bunları görәn yüzbaşı "doğrudan da, bu Adam saleh idi" deyәrәk Allahı izzәtlәndirdi. 48 Bunlara tamaşa etmәk üçün yığılan bütün camaat baş verәn hadisәni gördükdә sinәsinә döyә-döyә geri döndü. 49 İsanı tanıyan adamların hamısı vә Onun ardınca Qalileyadan gәlmiş qadınlar uzaqda durub olub-keçәnlәrә baxırdı. 50 Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah vә saleh bir kişi var idi. 51 O, Ali Şuranın qәrarı vә әmәli ilә razı olmamışdı. Bu adam Yәhudeyanın Arimateya şәhәrindәn idi vә o da Allahın Padşahlığını gözlәyirdi. 52 O, Pilatın yanına gedib İsanın cәsәdini istәdi. 53 Cәsәdi çarmıxdan endirib kәfәnә bükdü vә qayada qazılmış, hәlә indiyәdәk heç kimin dәfn edilmәdiyi bir qәbirә qoydu. 54 O gün Hazırlıq günü idi vә Şәnbә günü yaxınlaşırdı. 55 İsa ilә Qalileyadan gәlmiş qadınlar da Yusifin ardınca gedib qәbiri vә Onun cәsәdinin necә qoyulduğunu gördülәr. 56 Onlar evlәrinә qayıdıb әtirli maddәlәr vә qiymәtli yağlar hazırladılar. Şәnbә günü Allahın әmri ilә istirahәt etdilәr.
1 Hәftәnin ilk günü sәhәr çox erkәn qadınlar hazırladıqları әtirlәri götürüb qәbirin yanına gәldilәr. 2 Qәbirin qapısındakı daşı yuvarlanmış gördülәr. 3 Amma içәri girib Rәbb İsanın cәsәdini tapmadılar. 4 Onlar bundan çaşqınlıq içindә olarkәn şimşәk kimi parıldayan paltar geymiş iki kişi qәflәtәn onların qarşısında peyda oldu. 5 Qadınlar tәlaş içindә üzüstә yerә sәrildi. Kişilәr soruşdu: "Nә üçün siz Dirini ölülәr arasında axtarırsınız? 6 O burada yoxdur, O dirilmişdir! Hәlә Qalileyada olarkәn Onun sizә dediklәrini yadınıza salın. 7 Demişdi ki, “Bәşәr Oğlu günahkar insanlara tәslim olmalı, çarmıxa çәkilmәli vә üçüncü gün dirilmәlidir”". 8 Qadınlar da İsanın sözlәrini yada saldılar. 9 Qәbirdәn qayıdan qadınlar bütün bunları On Bir şagirdә vә başqa adamların hamısına xәbәr verdilәr. 10 Hәvarilәrә bu xәbәri çatdıranlar Mәcdәlli Mәryәm, Yoxanna, Yaqubun anası Mәryәm vә onlarla birgә olan digәr qadınlar idi. 11 Amma bu sözlәr hәvarilәrә mәnasız göründü vә qadınlara inanmadılar. 12 Peter isә qalxıb qәbirә tәrәf qaçdı. O әyilib yalnız kәtan bezlәri gördü vә bu hadisәyә heyrәt edәrәk öz evinә qayıtdı. 13 Elә o gün onlardan ikisi Yerusәlimdәn altmış stadi uzaqlığında yerlәşәn Xamma adlı kәndә gedirdi. 14 Onlar olub-keçәn bütün bu hadisәlәr barәdә öz aralarında söhbәt edirdi. 15 Onlar söhbәt edәrәk öz aralarında müzakirә edәrkәn İsa Özü yaxınlaşıb onlarla birlikdә yol getdi. 16 Amma onların gözlәri bağlanmışdı, buna görә dә Onu tanımadılar. 17 İsa onlardan soruşdu: "Siz yol gedә-gedә öz aranızda nә barәdә danışırsınız?" Onlar qaşqabaqlı dayandılar. 18 Onlardan Kleopa adlı bir nәfәr İsaya cavab verdi: "Yerusәlimdә qalıb vә bu günlәrdә orada baş vermiş hadisәlәrdәn xәbәri olmayan bircә sәnsәnmi?" 19 İsa onlara dedi: "Hansı hadisәlәrdәn?" Onlar da Ona dedi: "Nazaretli İsa barәsindәki hadisәlәrdәn. O, Allahın vә bütün xalqın önündә әmәldә vә sözdә qüdrәtli bir peyğәmbәr idi. 20 Bizim başçı kahin vә rәhbәrlәrimiz Onu ölümә mәhkum etmәk üçün tәslim edib çarmıxa çәkdirdilәr. 21 Biz dә ümid edirdik ki, bu, İsrailin gәlәcәk Satınalanıdır. Bundan әlavә, bu hadisәlәr artıq üç gündür ki, baş verib. 22 Üstәlik bizim qadınlardan bәzisi dә bizi mat qoydular: onlar sәhәr erkәn qәbir üstünә gedib 23 Onun cәsәdini orada tapa bilmәyiblәr vә gәlib dedilәr ki, görüntüdә Onun diri olduğunu bәyan edәn mәlәklәri görüblәr. 24 Bizimlә olan bәzilәri qәbirә gedib oranı qadınların dediyi kimi olduğunu müәyyәn etdilәr, amma Onu görmәdilәr". 25 Onda İsa onlara dedi: "Ey ağılsızlar vә peyğәmbәrlәrin xәbәr verdiklәrinә inanmaq üçün ürәyindә lәngiyәnlәr! 26 Mәsih bu әzabları çәkib Öz izzәtinә qovuşmalı deyildimi?" 27 Sonra Musa ilә bütün Peyğәmbәrlәrdәn başlayaraq Müqәddәs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi. 28 Onlar getdiklәri kәndә yaxınlaşdılar. İsa Özünü yoluna davam etmәk istәyәn kimi apardı. 29 Amma onlar İsadan tәkidlә xahiş edib dedilәr: "Bizimlә qal, çünki axşam düşür vә gün batmaq üzrәdir". O da onlarla qalmaq üçün içәri girdi. 30 İsa onlarla süfrәyә oturanda çörәk götürüb şükür duası etdi, böldü vә onlara verdi. 31 Bu anda onların gözlәri açıldı vә onlar İsanı tanıdı. Amma İsa onlar üçün görünmәz oldu. 32 Onlar bir-birlәrinә dedi: "O, yolda bizimlә danışıb vә Müqәddәs Yazıları bizә izah edәndә bizim ürәklәrimiz alışıb-yanmırdımı?" 33 Onlar elә o saat qalxıb Yerusәlimә qayıtdılar, On Bir şagirdi vә onlarla birlikdә olanları bir yerdә toplaşmış gördülәr. 34 Bunlar deyirdi: "Rәbb, doğrudan da, dirilmiş vә Şimona görünmüşdür". 35 Onlar da yolda baş verәnlәri vә çörәyi böldüyü zaman Onu necә tanıdıqlarını nәql etdilәr. 36 Onlar bu barәdә danışarkәn İsa Özü aralarında durub onlara "Sizә salam olsun!" dedi. 37 Onlarsa çaşıb dәhşәtә gәlәrәk bir ruh gördüklәrini zәnn etdilәr. 38 Amma İsa onlara dedi: "Nә üçün tәlaşa düşürsünüz? Nәyә görә ürәklәrinizә belә fikirlәr gәlir? 39 Әllәrimә vә ayaqlarıma baxın. Bu – Mәn Özümәm! Mәnә toxunun vә baxın, çünki Mәndә olduğunu gördüyünüz kimi ruhun әti vә sümüyü olmur". 40 İsa bunu deyib onlara әllәrini vә ayaqlarını göstәrdi. 41 Onlar hәlә sevincdәn inanmayıb heyrәtlәnәrkәn İsa onlara dedi: "Burada yemәyә bir şey varmı?" 42 Ona bir tikә bişmiş balıq verdilәr. 43 İsa da yemәyi götürüb onların qabağında yedi. 44 Sonra İsa onlara dedi: "Sizinlә birgә olarkәn söylәdiyim sözlәr bunlardır: Musanın Qanununda, Peyğәmbәrlәrin kitablarında vә Zәburda Mәnim haqqımda yazılanların yerinә yetirilmәsi lazımdır". 45 Bundan sonra Müqәddәs Yazıları anlamaq üçün onların zehnini açdı. 46 İsa onlara dedi: "Belә yazılıb: Mәsih әzab çәkib üçüncü gün ölülәr arasından dirilmәlidir. 47 Yerusәlimdәn başlayaraq bütün millәtlәrә günahların bağışlanması üçün tövbә Onun adı ilә vәz edilmәlidir. 48 Siz bu hadisәlәrin şahidisiniz. 49 Budur, Mәn Öz Atamın vәd etdiyini sizә göndәrәcәyәm. Sizsә ucalardan gәlәn qüvvәyә bürünәnәdәk bu şәhәrdә qalın". 50 İsa onları şәhәrdәn kәnara çıxarıb Bet-Anyayadәk gәtirdi vә әllәrini qaldırıb onlara xeyir-dua verdi; 51 xeyir-dua verәrkәn onlardan uzaqlaşdı vә göyә aparıldı. 52 Şagirdlәri dә İsaya sәcdә etdilәr vә böyük sevinclә Yerusәlimә qayıtdılar. 53 Onlar daim Allaha alqış edәrәk mәbәddә olurdular.
1 Başlanğıcda Kәlam var idi. Kәlam Allahla birlikdә idi. Kәlam Allah idi. 2 O, başlanğıcda Allahla birlikdә idi. 3 Hәr şey Onun vasitәsilә yarandı vә yaranan şeylәrdәn heç biri Onsuz yaranmadı. 4 Hәyat Onda idi vә bu hәyat insanların nuru idi. 5 Nur qaranlıqda parlayır, qaranlıq isә onu bürüyә bilmәdi. 6 Allahın göndәrdiyi bir adam ortaya çıxdı, onun adı Yәhya idi. 7 O, şәhadәt üçün gәldi ki, Nur barәdә şәhadәt etsin vә hamı onun vasitәsilә iman etsin. 8 O özü Nur deyildi, amma Nur barәdә şәhadәt etmәk üçün gәldi. 9 Bu, hәqiqi Nur idi vә dünyaya gәlәrәk hәr bir insanı işıqlandırırdı. 10 O, dünyada idi, dünya Onun vasitәsilә yarandı, amma dünya Onu tanımadı. 11 Öz diyarına gәldi, amma soydaşları Onu qәbul etmәdi. 12 Lakin Onu qәbul edәnlәrin hamısına, adına iman edәnlәrә Allahın övladları olmaq ixtiyarını verdi. 13 Onlar nә qandan, nә bәşәr arzusundan, nә dә kişi istәyindәn deyil, yalnız Allahdan doğuldu. 14 Kәlam bәşәr olub, lütf vә hәqiqәtlә dolu olaraq aramızda mәskәn saldı; biz dә Onun ehtişamını – Atadan gәlәn vahid Oğulun ehtişamını gördük. 15 Yәhya Onun barәsindә şәhadәt etdi vә nida edib dedi: "“Mәndәn sonra Gәlәn mәndәn üstündür, çünki mәndәn әvvәl var idi” deyib haqqında danışdığım Şәxs budur". 16 Hamımız Onun bütövlüyündәn lütf üstünә lütf aldıq. 17 Qanun Musa vasitәsilә verildi, lütf vә hәqiqәt isә İsa Mәsih vasitәsilә gәldi. 18 Allahı heç kәs heç vaxt görmәyib, amma Atanın qucağında olan vә Allah olan vahid Oğul Onu tanıtdı. 19 Yәhudi başçıları Yәhyadan "Sәn kimsәn?" deyә soruşmaq üçün Yerusәlimdәn kahinlәrlә Levililәri onun yanına göndәrdilәr. O zaman Yәhya belә şәhadәt etdi: 20 o, düzünü deyib inkar etmәdi vә "mәn Mәsih deyilәm" deyә bәyan etdi. 21 Onlar Yәhyadan soruşdu: "Bәs sәn kimsәn? Bәlkә İlyassan?" Yәhya "xeyr, o deyilәm" dedi. Soruşdular: "Bәlkә gәlmәli olan peyğәmbәrsәn?" Yәhya "xeyr" söylәdi. 22 Sonra ona dedilәr: "Bәs sәn kimsәn? Bizi göndәrәnlәrә nә cavab verәk? Özün barәdә nә deyirsәn?" 23 Yәhya dedi: "Mәn Yeşaya peyğәmbәrin söylәdiyi kimi “Rәbbin yolunu düz edin” deyә sәhrada nida edәnin sәsiyәm". 24 Göndәrilәn bәzi fariseylәr 25 Yәhyadan soruşdu: "Bәs sәn Mәsih, İlyas yaxud gәlmәli olan peyğәmbәr deyilsәnsә, nә üçün vәftiz edirsәn?" 26 Yәhya onlara cavab verdi: "Mәn su ilә vәftiz edirәm, amma aranızda mәndәn sonra gәlәn tanımadığınız bir Nәfәr dayanıb. Mәn Onun heç çarığının bağını açmağa da layiq deyilәm". 28 Bu hadisәlәr İordan çayının o tayında olan Bet-Anyada, Yәhyanın vәftiz etdiyi yerdә baş verdi. 29 Ertәsi gün Yәhya İsanın ona tәrәf gәldiyini görüb dedi: "Dünyanın günahını aradan götürәn Allah Quzusu budur! 30 “Mәndәn sonra bir Şәxs gәlir ki, mәndәn üstündür, çünki mәndәn әvvәl var idi” deyib haqqında danışdığım Kәs budur. 31 Özüm Onu tanımırdım, amma Onun İsrailә zahir olması üçün mәn su ilә vәftiz edәrәk gәldim". 32 Yәhya şәhadәt edib dedi: "Gördüm ki, Ruh göydәn göyәrçin kimi endi vә Onun üzәrindә qaldı. 33 Özüm Onu tanımırdım, lakin su ilә vәftiz etmәk üçün mәni göndәrәnin Özü mәnә dedi: “Ruhun kimin üzәrinә enib qaldığını görsәn, bil ki, Müqәddәs Ruhla vәftiz edәn Odur”. 34 Mәn dә görüb “Allahın Oğlu budur” deyә şәhadәt etmişәm". 35 Ertәsi gün yenә Yәhya orada idi. Şagirdlәrinin ikisi onun yanında idi. 36 İsa yoldan keçәrkәn Yәhya Ona baxıb dedi: "Allah Quzusu budur!" 37 Hәmin iki şagird onun sözlәrini eşidib İsanın ardınca getdi. 38 İsa dönüb ardınca gәldiklәrini görәrәk onlara "Sizә nә lazımdır?" dedi. Onlar İsaya dedi: "Rabbi, Sәn harada qalırsan?" "Rabbi""Müәllim" demәkdir. 39 İsa onlara dedi: "Mәnimlә gәlin, görәrsiniz". Onlar gedib İsanın harada qaldığını gördülәr vә hәmin gün Onunla qaldılar. Onuncu saat radәlәri idi. 40 Yәhyadan eşidib İsanın ardınca gedәn iki nәfәrdәn biri Şimon Peterin qardaşı Andrey idi. 41 Sonra o, ilk öncә qardaşı Şimonu tapıb ona "biz Mәsihi tapdıq" dedi. "Mәsih""Mәsh olunmuş"demәkdir. 42 Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: "Sәn Yәhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan". Kefa isә Peter demәkdir. 43 Ertәsi gün İsa Qalileyaya getmәk istәdi. O, Filipi tapıb ona "ardımca gәl" dedi. 44 Filip dә Andrey vә Peter kimi Bet-Sayda şәhәrindәn idi. 45 Filip Natanaeli tapıb ona dedi: "Musanın Qanunda yazdığı, peyğәmbәrlәrin dә bәhs etdiyi Şәxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq". 46 Natanael ona dedi: "Nazaretdәn yaxşı bir şey çıxarmı?" Filip isә ona "gәl özün bax" dedi. 47 İsa Natanaelin Ona tәrәf gәldiyini görüb haqqında belә dedi: "Bu, hәqiqәtәn, ürәyindә hiylә olmayan bir İsraillidir". 48 Natanael "Sәn mәni haradan tanıyırsan?" deyә Ondan soruşdu. İsa ona cavab verdi: "Filip sәni çağırmazdan әvvәl sәni әncir ağacının altında gördüm". 49 Natanael Ona dedi: "Rabbi, Sәn Allahın Oğlusan, İsrailin Padşahısan!" 50 İsa ona cavab verib dedi: "Sәni әncir ağacının altında gördüyümü söylәdiyim üçünmü Mәnә iman edirsәn? Sәn bunlardan daha böyük şeylәr görәcәksәn". 51 Yenә ona dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: göyün yarıldığını vә Allahın mәlәklәrinin Bәşәr Oğlu üzәrinә enib-qalxdığını görәcәksiniz".
1 Bunun üçüncü günü Qalileyanın Qana kәndindә toy oldu. İsanın anası orada idi. 2 İsa ilә şagirdlәri dә toya çağırılmışdı. 3 Şәrab qurtaranda anası İsaya dedi: "Şәrabları qalmadı". 4 İsa dedi: "Ana, mәndәn nә istәyirsәn? Mәnim vaxtım hәlә çatmayıb". 5 Anası xidmәtçilәrә dedi: "Sizә nә desә, edin". 6 Yәhudilәrin paklanma mәrasimi üçün orada hәr biri iki-üç ölçü su tuta bilәn altı daş küp var idi. 7 İsa xidmәtçilәrә dedi: "Küplәri su ilә doldurun". Onları ağzına qәdәr doldurdular. 8 O, xidmәtçilәrә dedi: "İndi bir az götürüb toyağasına aparın". Onlar da apardı. 9 Toyağası şәraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gәtirildiyini bilmirdi, bunu yalnız suyu götürәn xidmәtçilәr bilirdi. Toyağası bәyi çağırıb ona dedi: 10 "Hәr kәs әvvәlcә әla şәrabı, çox içilәndәn sonra isә adi şәrabı tәqdim edir. Amma sәn әla şәrabı indiyә saxlamısan". 11 İsa Qalileyanın Qana kәndindә bu ilk әlamәtini göstәrdi vә izzәtini üzә çıxardı. Şagirdlәri dә Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları vә şagirdlәri ilә birgә Kefernahuma gedib orada bir neçә gün qaldı. 13 Yәhudilәrin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusәlimә getdi. 14 Mәbәddә öküz, qoyun, göyәrçin satanların vә sәrrafların oturduğunu gördü. 15 İplәrdәn bir qamçı düzәldib hamını qoyun vә öküzlәrlә birgә mәbәddәn qovdu, sәrrafların masalarını çevirib pullarını yerә tökdü, 16 göyәrçin satanlara da dedi: "Bunları buradan götürün. Atamın evini bazara döndәrmәyin". 17 Şagirdlәri dә "evinin qeyrәti Mәni yandırıb-yaxacaq" deyә yazıldığını xatırladılar. 18 Sonra Yәhudi başçıları Ondan soruşdu: "Bunları etmәyә ixtiyarın olduğunu bizә hansı әlamәtlә göstәrә bilәrsәn?" 19 İsa onlara cavab verdi: "Bu mәbәdi dağıdın, üç günә Mәn onu tәzәdәn quraram". 20 Onda Yәhudi başçıları dedi: "Bu mәbәd qırx altı ilә tikilib, Sәn onu üç günәmi quracaqsan?" 21 Lakin İsa mәbәd deyәndә Öz bәdәnini nәzәrdә tuturdu. 22 İsa ölülәr arasından dirildiyi zaman şagirdlәri Onun bu sözlәri söylәdiyini xatırladılar, Müqәddәs Yazıya vә İsanın söylәdiyi sözә inandılar. 23 İsa Pasxa bayramı zamanı Yerusәlimdә olanda göstәrdiyi әlamәtlәri görәn bir çox adam Onun adına iman etdi. 24 Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvәnmәzdi. 25 Bir adam haqqında kiminsә Ona şәhadәt etmәsinә ehtiyacı yox idi, çünki insanın ürәyindәn keçәnlәri bilirdi.
1 Fariseylәr arasında Nikodim adlı bir Yәhudi rәhbәri var idi. 2 O, gecә ikәn İsanın yanına gәlib dedi: "Rabbi, bilirik ki, Sәn Allahın yanından gәlәn bir müәllimsәn. Çünki Allah ona yar olmasa, heç kәs Sәnin göstәrdiyin әlamәtlәri edә bilmәz". 3 İsa ona cavab verdi: "Doğrusunu, doğrusunu sәnә deyirәm: bir kәs yenidәn doğulmasa, Allahın Padşahlığını görә bilmәz". 4 Nikodim Ondan soruşdu: "Yaşa dolmuş bir adam necә yenidәn doğula bilәr? O, ikinci dәfә anasının bәtninә girib doğula bilәrmi?" 5 İsa cavab verdi: "Doğrusunu, doğrusunu sәnә deyirәm: bir kәs sudan vә Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilmәz. 6 Bәşәrdәn doğulan bәşәrdir, Ruhdan doğulan ruhdur. 7 Sәnә “yenidәn doğulmalısınız” dediyimә heyrәt etmә. 8 Yel istәdiyi yerdә әsir, onun sәsini eşidirsәn, amma haradan gәlib haraya getdiyini bilmirsәn. Ruhdan doğulmuş adam da belәdir". 9 Nikodim "Bu şeylәr necә ola bilәr?" deyә soruşdu. 10 İsa ona cavab verdi: "Sәn İsrailin müәllimisәn. Bunları bilmirsәnmi? 11 Doğrusunu, doğrusunu sәnә deyirәm: biz bildiyimizi söylәyirik, gördüyümüzә şәhadәt edirik, amma siz bizim şәhadәtimizi qәbul etmirsiniz. 12 Әgәr Mәn sizә yerdәki işlәrdәn danışanda inanmırsınızsa, göydәki işlәrdәn danışsam, necә inanacaqsınız? 13 Heç kәs göyә çıxmayıb, yalnız göydәn enmiş Bәşәr Oğlu orada olub. 14 Musa çöldә ilanı yuxarı qaldırdığı kimi Bәşәr Oğlu da yuxarı qaldırılmalıdır ki, 15 Ona iman edәn hәr kәs әbәdi hәyata malik olsun". 16 Çünki Allah dünyanı elә sevdi ki, vahid Oğlunu verdi; bunu ona görә etdi ki, Ona iman edәn hәr kәs hәlak olmasın, amma әbәdi hәyata malik olsun. 17 Allah dünyanı mühakimә etmәk üçün deyil, Oğlunun vasitәsilә xilas etmәk üçün Onu dünyaya göndәrdi. 18 Ona iman edәn mühakimә olunmur, iman etmәyәn isә artıq mühakimә olunub, çünki Allahın vahid Oğlunun adına iman etmәyib. 19 Mühakimә bundan ibarәtdir ki, dünyaya nur gәldi, amma insanlar qaranlığı nurdan daha çox sevdi, çünki әmәllәri şәr idi. 20 Pislik edәn hәr kәs nura nifrәt edәr, әmәllәrinin üzә çıxmaması üçün nura tәrәf gәlmәz. 21 Hәqiqәtә әmәl edәnsә nura tәrәf gәlәr ki, әmәllәrini Allah naminә etdiyi bәlli olsun. 22 Bundan sonra İsa vә Onun şagirdlәri Yәhudeya diyarına gәldi. İsa bir müddәt onlarla orada qalıb vәftiz edirdi. 23 Yәhya da Şalim yaxınlığındakı Aynonda vәftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gәlib vәftiz olunurdu. 24 Yәhya hәlә zindana salınmamışdı. 25 Bu zaman Yәhyanın şagirdlәri ilә bir Yәhudi arasında paklanma barәdә mübahisә düşdü. 26 Şagirdlәri Yәhyanın yanına gәlib dedilәr: "Rabbi, İordanın o tayında sәnin yanında olan vә barәsindә şәhadәt etdiyin Şәxs indi Özü vәftiz edir vә hamı Onun yanına gәlir". 27 Yәhya cavabında dedi: "İnsana göydәn verilmәsә, o heç nә ala bilmәz. 28 “Mәn Mәsih deyilәm, ancaq Ondan әvvәl göndәrilmişәm” sözümә özünüz şahidsiniz. 29 Gәlin kimindirsә, bәy odur. Amma bәyi gözlәyәrәk ona qulaq asan sağdışı bәyin sәsini eşidib çox sevinir. Mәnim sevincim belәcә tam oldu. 30 İndi Ona böyümәk, mәnә kiçilmәk gәrәkdir". 31 Yuxarıdan Gәlәn hamıdan üstündür. Yer üzündәn olan yerә mәxsusdur vә yer barәdә danışar, göydәn Gәlәn isә hamıdan üstündür. 32 Nә görüb-eşidibsә, ona şәhadәt edәr, amma şәhadәtini heç kәs qәbul etmәz. 33 Onun şәhadәtini qәbul edәn kәs Allahın haqq olduğuna möhür basıb. 34 Ona görә ki Allahın göndәrdiyi Şәxs Allahın sözlәrini söylәyәr. Çünki Allah Ruhu hәdsiz verir. 35 Ata Oğulu sevir vә hәr şeyi Onun ixtiyarına verib. 36 Oğula iman edәn şәxs әbәdi hәyata malikdir, Oğula itaәt etmәyәnsә hәyat görmәyәcәk, lakin Allahın qәzәbi onun üzәrindә qalır.
1 Fariseylәr İsanın Özünә Yәhyadan daha çox şagird toplayıb vәftiz etdiyi barәdә eşitdilәr; 2 әslindә İsanın Özü deyil, şagirdlәri vәftiz edirdi. 3 İsa bundan xәbәr tutan kimi Yәhudeyanı tәrk edib Qalileyaya qayıtdı. 4 Onun yolu Samariyadan keçirdi. 5 O, Yaqubun öz oğlu Yusifә verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şәhәrinә gәldi. 6 Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radәlәri idi. 7 Samariyalı bir qadın quyudan su çәkmәyә gәldi. İsa ona "Mәnә su ver, içim" dedi. 8 Çünki şagirdlәri yemәk almaq üçün şәhәrә getmişdi. 9 Samariyalı qadın Ona dedi: "Sәn bir Yәhudisәn, mәnsә Samariyalı bir qadın. Necә Sәn mәndәn su istәyә bilәrsәn?" Çünki Yәhudilәr Samariyalılarla ünsiyyәt etmir. 10 İsa ona cavab verdi: "Әgәr sәn Allahın bәxşişini vә “Mәnә su ver, içim” deyәnin Kim olduğunu bilsәydin, özün Ondan su istәyәrdin, O da sәnә hәyat suyu verәrdi". 11 Qadın Ona dedi: "Ağa, su çәkmәk üçün bir qabın yox, quyu da dәrindir. Bәs o hәyat suyunu haradan götürәcәksәn? 12 Mәgәr Sәn bu quyunu bizә verәn, oğulları vә mal-qarası ilә buradan su içәn atamız Yaqubdan da üstünsәn?" 13 İsa ona cavab verdi: "Bu sudan içәn hәr kәs yenә susayar, 14 amma Mәnim ona verәcәyim sudan kim içsә, heç vaxt susamaz. Lakin ona verәcәyim su onun daxilindә әbәdi hәyat verәn bir su qaynağına çevrilәcәk". 15 Qadın Ona dedi: "Ağa, bu suyu mәnә ver ki, heç vaxt susamayım vә su çәkmәk üçün buraya gәlmәyim". 16 İsa qadına "get әrini çağır vә buraya gәl" dedi. 17 Qadın da Ona "әrim yoxdur" söylәdi. İsa ona dedi: "“Әrim yoxdur” demәklә düz söylәdin, 18 çünki beş kişin olub, indi sәninlә yaşayan da әrin deyil, sәn bunu düz söylәdin". 19 Qadın Ona dedi: "Ağa, görürәm ki, Sәn peyğәmbәrsәn. 20 Bizim ata-babalarımız bu dağda ibadәt edirdi, amma siz deyirsiniz ki, ibadәt etmәk üçün lazımi yer Yerusәlimdәdir". 21 İsa ona dedi: "Ey qadın, Mәnә inan, artıq o zaman yetişir ki, Ataya nә bu dağda, nә dә Yerusәlimdә ibadәt edәcәksiniz. 22 Siz bilmәdiyinizә ibadәt edirsiniz, bizsә bildiyimizә ibadәt edirik, çünki xilas Yәhudilәrdәn gәlir. 23 Amma o zaman gәlir vә artıq gәlib ki, hәqiqi ibadәt edәnlәr Ataya ruhda vә hәqiqәtdә ibadәt etsin. Ata da Özünә belә ibadәt edәnlәr axtarır. 24 Allah ruhdur vә Ona ibadәt edәnlәr ruhda vә hәqiqәtdә ibadәt etmәlidir". 25 Qadın Ona dedi: "Bilirәm ki, “Mәsih” deyilәn mәsh olunmuş Şәxs gәlәcәk vә gәlәndә bizә hәr şeyi bildirәcәk". 26 İsa ona dedi: "Sәninlә danışan Odur, O Mәnәm". 27 Bu arada İsanın şagirdlәri gәldilәr vә Onun bir qadınla söhbәt etmәsinә heyrәtlәndilәr, ancaq heç biri "Nә istәyirsәn?" yaxud "Niyә o qadınla danışırsan?" demәdi. 28 Bu zaman qadın sәhәngini yerә qoydu vә şәhәrә gedib adamlara dedi: 29 "Gәlin, etdiyim bütün әmәllәri mәnә söylәyәn Adamı görün. Bәlkә elә Mәsih Odur?" 30 Adamlar da şәhәrdәn çıxıb İsanın yanına gәldilәr. 31 Bu arada şagirdlәr "Rabbi, yemәk ye" deyә Ondan xahiş etdilәr. 32 Lakin İsa onlara dedi: "Mәndә elә yemәk var ki, siz ondan xәbәrsizsiniz". 33 Onda şagirdlәr "Görәsәn kimsә Ona yemәk gәtirdimi?" deyә bir-birindәn soruşdular. 34 İsa onlara dedi: "Mәnim yemәyim Mәni Göndәrәnin iradәsini yerinә yetirmәk, Onun işini tamamlamaqdır. 35 Siz “biçinә dörd ay qalıb” demirsinizmi? Budur, Mәn sizә deyirәm: başınızı qaldırıb tarlalara baxın; mәhsul bar verib, biçilmәyә hazırdır. 36 Әkәn dә, biçәn dә birlikdә sevinsin deyә indi biçinçi zәhmәt haqqı alır vә әbәdi hәyat üçün mәhsul toplayır. 37 Bu işlә bağlı “biri әkәr, biri biçәr” ifadәsi doğru deyilib. 38 Mәn sizi zәhmәtini çәkmәdiyiniz bir mәhsulu biçmәyә göndәrdim. Başqaları zәhmәt çәkdi, sizsә onların zәhmәtindәn bәhrәlәndiniz". 39 "Etdiyim bütün әmәllәri mәnә söylәdi" deyә şәhadәt edәn qadının sözünә görә o şәhәrdәn olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40 Sonra Samariyalılar İsanın yanına gәlib Ondan xahiş etdilәr ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41 Daha çox adam da İsanın sözünә görә iman etdi. 42 Onlar qadına deyirdi: "Biz artıq sәnin sözlәrinә görә iman etmirik, elә özümüz dә eşidib bildik ki, hәqiqәtәn, dünyanın Xilaskarı Budur". 43 İsa iki gündәn sonra oranı tәrk edib Qalileyaya tәrәf yola düşdü. 44 Çünki peyğәmbәrin öz yurdunda hörmәti olmadığı barәdә İsa Özü bir vaxt şәhadәt etmişdi. 45 İndi Qalileyaya gәlәndә Qalileyalılar Onu qәbul etdi, çünki onlar da bayram zamanı Yerusәlimә gәlib Onun orada etdiyi hәr şeyi görmüşdülәr. 46 Belәcә İsa suyu şәraba çevirdiyi Qalileyanın Qana kәndinә yenә gәldi. Kefernahumda hökmdarın bir mәmuru var idi. Onun oğlu xәstәlәnmişdi. 47 O, İsanın Yәhudeyadan Qalileyaya gәldiyini eşidib yanına getdi vә Ondan xahiş etdi ki, gәlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48 Onda İsa ona dedi: "Siz әlamәtlәr vә xariqәlәr görmәyincә iman etmәyәcәksiniz". 49 Hökmdarın mәmuru Ona dedi: "Ağa, uşağım ölmәzdәn qabaq gәl!" 50 İsa ona "get, oğlun sağ-salamatdır" dedi. O adam da İsanın sözünә inanıb getdi. 51 Evә gәlәrkәn qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylәdilәr. 52 Oğlunun nә vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedi: "Dünәn yeddinci saatda qızdırması düşdü". 53 O zaman ata başa düşdü ki, İsa elә hәmin vaxt ona "oğlun sağ-salamatdır"demişdi. Onda özü dә, bütün ev әhli dә İsaya iman etdi. 54 Bu, İsanın göstәrdiyi ikinci әlamәt idi. Onu Yәhudeyadan Qalileyaya gәlәndә etmişdi.
1 Bu hadisәlәrdәn sonra Yәhudilәrin bir bayramı oldu vә İsa Yerusәlimә getdi. 2 Yerusәlimdәki Qoyun darvazasının yanında, ibranicә Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3 Bu eyvanlarda çoxlu xәstә, kor, topal vә iflic adam yatardı. 4 Отуз сжккиз ил хжстж олан бир адам да орада иди. 5 Otuz sәkkiz il xәstә olan bir adam da orada idi. 6 İsa onun yatdığını görәndә çoxdan xәstә olduğunu bilәrәk ondan soruşdu: "Sağalmaq istәyirsәnmi?" 7 Xәstә Ona cavab verdi: "Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman mәni hovuza salsın. Mәn çatınca başqası mәndәn әvvәl oraya enir". 8 İsa ona dedi: "Qalx, döşәyini götür vә yeri!" 9 O adam hәmin anda sağaldı vә döşәyini götürüb yeridi. O gün Şәnbә günü idi. 10 Buna görә dә Yәhudi başçıları şәfa tapan adama dedi: "Bu gün Şәnbә günüdür, döşәyini daşımaq qadağandır". 11 O adam onlara cavab verdi: "Mәni sağaldan Şәxs mәnә “döşәyini götür vә yeri” dedi". 12 Ondan soruşdular: "Sәnә “götür vә yeri” deyәn Adam kimdir?" 13 Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdә olan izdihama qarışmışdı. 14 Bir az sonra İsa mәbәddә hәmin adamı tapıb dedi: "Bax sәn sağaldın, bir dә günah etmә ki, başına daha pis iş gәlmәsin". 15 O adam gedib onu sağaldan Şәxsin İsa olduğunu Yәhudi başçılarına bildirdi. 16 Buna görә Yәhudi başçıları İsanı tәqib etmәyә başladı, çünki bunları Şәnbә günü edirdi. 17 Lakin İsa onlara dedi: "Mәnim Atam indiyә qәdәr iş görür, Mәn dә iş görürәm". 18 Bundan sonra Yәhudi başçıları daha da sәylә Onu öldürmәyә çalışırdılar, çünki İsa yalnız Şәnbә gününü pozmadı, hәm dә Allahın Öz Atası olduğunu söylәyәrәk Özünü Allaha bәrabәr saydı. 19 Belәcә İsa onlara dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: Oğul Atanın nә etdiyini görmәsә, Özündәn bir şey etmәz. Çünki Ata nә edәrsә, Oğul da onu edәr. 20 Ona görә ki Ata Oğulu sevir vә Özünün etdiyi hәr şeyi Ona göstәrir. Ona bunlardan da böyük işlәr göstәrәcәk ki, siz heyrәtlәnәsiniz. 21 Ata ölülәri dirildib onlara hәyat verdiyi kimi Oğul da istәdiyi şәxslәrә hәyat verir. 22 Ata heç kәsi mühakimә etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23 hәr kәs Ataya hörmәt etdiyi kimi Oğula da hörmәt etsin. Oğula hörmәt etmәyәn Onu göndәrәn Ataya da hörmәt etmir. 24 Doğrusunu, doğrusunu sizә deyirәm: Mәnim sözümә qulaq asıb Mәni Göndәrәnә inanan şәxs әbәdi hәyata malikdir vә ona hökm çıxarılmayacaq, әksinә, ölümdәn hәyata keçib. 25 Doğrusunu, doğrusunu sizә deyirәm: Allah Oğlunun sәsini ölülәrin eşitdiyi zaman gәlir vә artıq gәlib; bunu eşidәnlәr yaşayacaq. 26 Çünki Atanın Özündә hәyat olduğu kimi Oğula da Özündә hәyat olmağı bәxş etdi. 27 Hökm çıxarmaq sәlahiyyәtini dә Ona verdi, çünki O, Bәşәr Oğludur. 28 Buna heyrәt etmәyin, çünki elә bir zaman gәlir ki, qәbirdә yatanların hamısı Onun sәsini eşidib 29 qәbirlәrindәn çıxacaq, yaxşılıq edәnlәr hәyat üçün dirilәcәk, pislik edәnlәrsә hökm üçün dirilәcәk. 30 Mәn Özümdәn heç nә edә bilmәrәm, eşitdiyim kimi mühakimә edәrәm vә Mәnim verdiyim hökm әdalәtlidir. Çünki mәqsәdim Öz iradәmi deyil, Mәni Göndәrәnin iradәsini yerinә yetirmәkdir. 31 Әgәr Mәn Özüm barәdә şәhadәt etsәydim, şәhadәtim etibarlı olmazdı. 32 Lakin Mәnim barәmdә şәhadәt edәn başqasıdır vә Mәnim barәmdә etdiyi şәhadәtin etibarlı olduğunu bilirәm. 33 Siz Yәhyanın yanına adamlar göndәrdiniz vә o, hәqiqәtә şәhadәt etdi. 34 Lakin insandan şәhadәt qәbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söylәyirәm. 35 Yәhya yanan vә nur saçan bir çıraq idi, siz bir müddәt onun işığında sevinmәk istәdiniz. 36 Amma Mәnim barәmdә olan şәhadәt Yәhyanın şәhadәtindәn üstündür. Çünki Atanın Mәnә tam yerinә yetirmәk üçün tapşırdığı işlәr – indi etdiyim bu işlәr Mәnim barәmdә şәhadәt edir ki, Ata Mәni göndәrib. 37 Mәni göndәrәn Atanın Özü dә Mәnim barәmdә şәhadәt etdi. Siz heç vaxt nә Onun sәsini eşitmisiniz, nә dә surәtini görmüsünüz. 38 Onun kәlamının da sizdә qalmasına imkan vermirsiniz, çünki Onun göndәrdiyi Şәxsә inanmırsınız. 39 Siz Müqәddәs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitәsilә әbәdi hәyata malik olacaqsınız. Ancaq onlar da Mәnim barәmdә şәhadәt edir, 40 siz isә hәyata malik olmaq üçün Mәnә tәrәf gәlmәk istәmirsiniz. 41 İnsanlardan izzәt qәbul etmirәm. 42 Ancaq sizi tanıyıb bilirәm ki, ürәyinizdә Allah mәhәbbәti yoxdur. 43 Mәn Atamın adı ilә gәlmişәm, amma siz Mәni qәbul etmirsiniz. Әgәr bir başqası öz adı ilә gәlsә, onu qәbul edәrsiniz. 44 Siz bir-birinizdәn izzәt qәbul edirsiniz, bir olan Allahdan gәlәn izzәti isә axtarmırsınız. Bәs onda necә iman edә bilәrsiniz? 45 Güman etmәyin ki, Mәn sizi Atanın önündә ittiham edәcәyәm. Sizi ittiham edәn ümid bağladığınız Musadır. 46 Әgәr siz Musaya inansaydınız, Mәnә dә inanardınız, çünki o Mәnim barәmdә yazıb. 47 Lakin onun yazdıqlarına inanmırsınızsa, Mәnim sözlәrimә necә inanacaqsınız?"
1 Bu hadisәlәrdәn sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinә keçdi. 2 Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xәstәlәrlә göstәrdiyi әlamәtlәri görürdü. 3 İsa dağa çıxıb şagirdlәri ilә oturdu. 4 Yәhudilәrin Pasxa bayramı yaxınlaşırdı. 5 İsa başını qaldıraraq böyük bir izdihamın yanına gәldiyini görüb Filipә dedi: "Haradan çörәk alıb bu adamları yedirәk?" 6 Bu sözlәri onu sınamaq mәqsәdi ilә söylәdi, çünki Özü nә edәcәyini bilirdi. 7 Filip Ona cavab verdi: "Bunlara iki yüz dinarlıq çörәk dә çatmaz ki, hәrәsi bir tikә yemәk yesin". 8 Şagirdlәrindәn biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: 9 "Burada beş kiçik arpa çörәyi ilә iki balığı olan bir oğlan var, amma bu qәdәr adam üçün bunlar nәdir ki?" 10 İsa "xalqı yerә oturdun" dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilәrin sayı beş minә yaxın idi. 11 O zaman İsa çörәklәri götürüb şükür edәrәk balıqlarla birgә, oturanlara, hәr kәsә istәdiyi qәdәr payladı. 12 Onlar yeyib-doyandan sonra İsa şagirdlәrinә dedi: "Artıq qalan hissәlәri toplayın ki, heç bir şey zay olmasın". 13 Bunları topladılar vә beş arpa çörәyini yeyәnlәrin qabağından qalan hissәlәrdәn on iki zәnbil doldurdular. 14 O zaman İsanın göstәrdiyi әlamәti görәn adamlar "Hәqiqәtәn, dünyaya gәlmәli olan peyğәmbәr Budur!" deyirdi. 15 İsa bildi ki, adamlar gәlib Onu padşah etmәk üçün zorla aparmağa hazırlaşır, buna görә dә tәkbaşına dağa çәkildi. 16 Axşam çatanda İsanın şagirdlәri gölә enib 17 bir qayığa mindilәr. Onlar gölün o biri sahilindә olan Kefernahuma gedirdi. Qaranlıq düşmüşdü, amma İsa hәlә onların yanına gәlmәmişdi. 18 Güclü külәk әsdiyindәn göl dalğalanırdı. 19 Onlar belәcә avar çәkib iyirmi beş ya otuz stadi gedәndәn sonra gördülәr ki, İsa gölün üstü ilә yeriyir vә qayığa yaxınlaşır. Qorxdular, 20 amma İsa onlara "Mәnәm, qorxmayın" dedi. 21 Onda şagirdlәr Onu mәmnunluqla qayığa götürdülәr. Sonra qayıq o andaca getdiklәri sahilә çatdı. 22 Ertәsi gün gölün o biri sahilindә qalan xalq başa düşdü ki, orada yalnız bir qayıq olub, İsa Öz şagirdlәri ilә hәmin qayığa minmәyib, şagirdlәri Onsuz gedib. 23 O arada Tiberiyadan digәr qayıqlar Rәbb şükür edәndәn sonra yemәk yediklәri yerin yaxınlığına gәldi. 24 Belәcә xalq İsanın da, şagirdlәrinin dә orada olmadığını görüb qayıqlara minәrәk İsanı axtara-axtara Kefernahuma gәldi. 25 İsanı gölün o biri sahilindә görәndә "Rabbi, buraya nә vaxt gәldin?" deyә soruşdular. 26 İsa onların cavabında dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: әlamәtlәr gördüyünüz üçün deyil, çörәk yeyib doyduğunuz üçün Mәni axtarırsınız. 27 Keçib-gedәn yemәk üçün deyil, әbәdi hәyat verәn, daim qalan yemәk üçün işlәr görün, onu sizә Bәşәr Oğlu verәcәk. Çünki Ata Allah Ona Öz möhürünü vurub". 28 Onlar İsadan soruşdu: "Allahın istәdiyi işlәri görmәk üçün biz nә edәk?" 29 İsa onlara cavab verdi: "Allahın istәdiyi iş budur: Onun göndәrdiyi Şәxsә iman edin". 30 Onlar İsaya dedi: "Sәn nә әlamәt göstәrәrsәn ki, görüb Sәnә inanaq? Nә iş görәcәksәn? 31 Ata-babalarımız çöldә manna yedi; bu barәdә yazılıb: “Onlara yemәk üçün göydәn çörәk verdi”". 32 Onda İsa onlara dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: sizә göydәn çörәk verәn Musa deyildi, göydәn hәqiqi çörәyi sizә verәn Atamdır. 33 Çünki Allahın çörәyi budur ki, göydәn enir vә dünyaya hәyat verir". 34 Ona dedilәr: "Ağa, Sәn daim bizә bu çörәyi ver". 35 İsa onlara dedi: "Hәyat çörәyi Mәnәm. Mәnim yanıma gәlәn heç vaxt acmaz, Mәnә iman edәn heç vaxt susamaz. 36 Lakin sizә dedim ki, Mәni görürsünüz, amma iman etmirsiniz. 37 Atanın Mәnә verdiyi şәxslәrin hamısı yanıma gәlәcәk vә yanıma gәlәni heç vaxt kәnara atmaram. 38 Çünki Öz iradәmi deyil, Mәni Göndәrәnin iradәsini yerinә yetirmәk üçün göydәn enmişәm. 39 Mәni Göndәrәnin iradәsi budur ki, Mәnә verdiyi şәxslәrin heç birini hәlak olmağa qoymayım, lakin son gündә onları dirildim. 40 Çünki Atamın iradәsi budur ki, Oğulu görüb Ona iman edәn hәr şәxs әbәdi hәyata malik olsun vә Mәn onu son gündә dirildim". 41 Bunun cavabında Yәhudilәr İsanın "göydәn enmiş çörәk Mәnәm" sözünә görә deyinib 42 dedilәr: "Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necә olur ki, “göydәn enmişәm” deyir?" 43 İsa onlara cavab verdi: "Öz-özünüzә deyinmәyin. 44 Әgәr Mәni göndәrәn Ata bir kәsi cәzb etmәsә, o Mәnim yanıma gәlә bilmәz. Yanıma gәlәni isә Mәn son gündә dirildәcәyәm. 45 Peyğәmbәrlәrin kitablarında yazılıb: “Onların hamısını Allah öyrәdәcәk”. Atadan eşidib öyrәnәn hәr kәs Mәnim yanıma gәlir. 46 Әlbәttә, Allahdan gәlәn Şәxsdәn savayı Atanı heç kәs görmәyib, yalnız O, Atanı görüb. 47 Doğrusunu, doğrusunu sizә deyirәm: iman edәn әbәdi hәyata malikdir. 48 Hәyat çörәyi Mәnәm. 49 Ata-babalarınız çöldә manna yedilәr vә öldülәr. 50 Bu isә göydәn enәn elә bir çörәkdir ki, ondan yeyәn şәxs heç vaxt ölmәz. 51 Göydәn enmiş canlı çörәk Mәnәm. Әgәr kimsә bu çörәkdәn yesә, әbәdi yaşayar. Dünyanın hәyatı üçün verәcәyim çörәk Öz әtimdir". 52 Bunun cavabında Yәhudilәr "Bu Adam yemәk üçün Öz әtini bizә necә verә bilәr?" deyib bir-birlәri ilә mübahisә etdilәr. 53 Onda İsa onlara dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: Bәşәr Oğlunun әtindәn yeyib qanından içmәsәniz, daxilinizdә hәyat olmayacaq. 54 Mәnim әtimdәn yeyib qanımdan içәn әbәdi hәyata malikdir vә Mәn onu son gündә dirildәcәyәm. 55 Çünki Mәnim әtim hәqiqi yemәk, qanım da hәqiqi içkidir. 56 Mәnim әtimdәn yeyib qanımdan içәn Mәndә qalır, Mәn dә onda qalıram. 57 Var olan Ata Mәni göndәrdiyi kimi, Mәn dә Atanın sayәsindә yaşadığım kimi Mәndәn yeyәn dә Mәnim sayәmdә yaşayacaq. 58 Göydәn enmiş çörәk budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldü, amma bu çörәyi yeyәn әbәdi yaşayacaq". 59 İsa bu sözlәri Kefernahumda, sinaqoqda tәlim öyrәdәrkәn söylәdi. 60 Şagirdlәrindәn bir çoxu bu sözlәri eşidәndә dedi: "Bu söz qәlizdir. Bunu kim anlaya bilәr?" 61 Lakin İsa şagirdlәrinin buna görә deyindiklәrini duyaraq onlara dedi: "Bu söz sizi büdrәdirmi? 62 Yaxşı, bәs Bәşәr Oğlunun әvvәllәr olduğu yerә qalxdığını görsәniz, necә? 63 Hәyat verәn Ruhdur, cismani tәbiәtinsә heç faydası yoxdur. Sizә söylәdiyim sözlәr Ruh vә hәyat gәtirir. 64 Lakin sizin aranızda iman etmәyәnlәr dә var". Çünki İsa iman etmәyәnlәrin vә Ona xәyanәt edәcәk adamın kim olduğunu әvvәlcәdәn bilirdi. 65 O dedi: "Buna görә dә sizә söylәdim ki, әgәr Ata bir kәsә imkan vermәsә, o Mәnim yanıma gәlә bilmәz". 66 Bunlardan sonra şagirdlәrinin çoxu İsadan ayrılıb daha Onunla gәzmirdi. 67 Onda İsa On İki şagirdә dedi: "Yoxsa siz dә Mәni tәrk etmәk istәyirsiniz?" 68 Şimon Peter Ona cavab verdi: "Ya Rәbb, biz kimin yanına gedәk? Әbәdi hәyatın sözlәrini söylәyәn Sәnsәn. 69 Biz dә iman etmişik vә bilirik ki, Allahın Müqәddәsi Sәnsәn". 70 İsa onlara dedi: "Siz On İki şagirdi Mәn seçmәdimmi? Amma sizdәn biri iblisdir". 71 O bu sözlәri Şimon İskaryot oğlu Yәhuda barәdә söylәdi, çünki On İki şagirddәn biri olduğu halda İsaya xәyanәt edәcәkdi.
1 Bu hadisәlәrdәn sonra İsa yalnız Qalileyada gәzirdi. Yәhudi başçılarının Onu öldürmәyә çalışdıqlarına görә daha Yәhudeyada gәzmәk istәmirdi. 2 Yәhudilәrin Çardaqlar bayramı yaxınlaşırdı. 3 Qardaşları İsaya dedi: "Buradan çıxıb Yәhudeyaya get ki, şagirdlәrin dә etdiyin işlәri görsün. 4 Çünki Özünü mәşhur etmәyә çalışan adam heç nәyi gizlicә etmәz. Sәn bunları edirsәnsә, Özünü dünyaya tanıtdır". 5 Çünki qardaşları da Ona iman etmirdi. 6 Onda İsa onlara dedi: "Mәnim vaxtım hәlә gәlmәyib, sizin üçün isә hәr vaxt münasibdir. 7 Dünya sizә nifrәt edә bilmәz, amma Mәnә nifrәt edir, çünki Mәn onun әmәllәrinin şәr olduğuna şәhadәt edirәm. 8 Siz bayrama gedin, Mәnsә hәlә vaxtım tamam olmadığı üçün bu bayrama getmәyәcәyәm". 9 İsa bu sözlәri söylәdikdәn sonra Qalileyada qaldı. 10 Ancaq Onun qardaşları bayrama gedәndәn sonra O da açıq yox, gizlicә bayrama getdi. 11 Yәhudi başçıları bayramda İsanı axtararaq "O haradadır?" deyirdilәr. 12 Camaat arasında Onun barәsindә çoxlu dedi-qodu gәzirdi. Bәzisi "yaxşı adamdır", başqaları isә "xeyr, xalqı aldadır" deyirdi. 13 Lakin Yәhudi başçılarının qorxusundan heç kәs Onun barәsindә açıq danışmırdı. 14 Artıq bayramın yarısı keçәndә İsa mәbәdә gedib tәlim öyrәtmәyә başladı. 15 Yәhudi başçıları buna heyrәtlәnib dedilәr: "Bu Adam yaxşı tәhsil almadığı halda necә olub ki savadlıdır?" 16 İsa da onlara cavab verdi: "Öyrәtdiyim tәlim Mәnim deyil, Mәni Göndәrәnindir. 17 Kim Onun iradәsini yerinә yetirmәk istәyirsә, tәlimimin Allahdan olduğunu, yoxsa Özümdәn söylәdiyimi bilәcәk. 18 Özündәn söylәyәn öz izzәtini axtarır, lakin Onu Göndәrәnә izzәt axtaran Şәxs haqdır, Onda yalan olmaz. 19 Qanunu sizә Musa vermәdimi? Amma heç biriniz Qanuna әmәl etmirsiniz. Niyә Mәni öldürmәyә çalışırsınız?" 20 Xalq cavab verdi: "Sәndә cin var. Kim Sәni öldürmәyә çalışır?" 21 İsa onlara dedi: "Mәn bir iş gördüm vә hamınız buna heyrәtlәnirsiniz. 22 Musa sizә sünnәt etmәyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun әsasını qoydu. Siz Şәnbә günü dә bir adamı sünnәt edirsiniz. 23 Musanın Qanunu pozulmasın deyә Şәnbә günü adam sünnәt edilir; bәs Şәnbә günü bir adamı tamam sağaltdığıma görә Mәnә niyә qәzәblәnirsiniz? 24 Zahirә görә mühakimә etmәyin, әdalәtlә mühakimә edin". 25 Onda Yerusәlimlilәrin bәzisi dedi: "Öldürmәyә çalışdıqları Bu deyilmi? 26 Budur, O açıq danışır, amma Ona bir söz demirlәr. Bәlkә rәhbәrlәr, doğrudan da, Onun Mәsih olduğunu öyrәndilәr? 27 Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Mәsih gәlәndә Onun haradan olduğunu heç kәs bilmәyәcәk". 28 İsa mәbәddә tәlim öyrәdәrkәn nida edib dedi: "Doğrudan da, Mәni tanıyırsınızmı, haradan gәldiyimi bilirsinizmi? Mәn Özümdәn gәlmәdim, lakin Mәni Göndәrәn haqdır. Siz Onu tanımırsınız, 29 Mәnsә Onu tanıyıram, çünki Ondan gәlmişәm vә O Mәni göndәrdi". 30 Bu sözlәrә görә Onu tutmağa çalışdılar, lakin heç kәs Ona toxunmadı, çünki vaxtı hәlә çatmamışdı. 31 Ancaq xalqdan çoxları Ona iman edib dedilәr: "Mәsih gәlәndә bu Adamın etdiklәrindәn çox әlamәt göstәrәcәkmi?" 32 Fariseylәr xalqın İsa haqqında belә dedi-qodu etdiyini eşitdilәr. Başçı kahinlәr vә fariseylәr Onu tutmaq üçün mühafizәçilәr göndәrdi. 33 İsa dedi: "Bir az müddәt dә Mәn sizinlә olacağam, sonra isә Mәni Göndәrәnin yanına gedәcәyәm. 34 Siz Mәni axtarıb tapmayacaqsınız vә Mәnim olacağım yerә gәlә bilmәzsiniz". 35 Bunun cavabında Yәhudilәr öz aralarında dedilәr: "Bu Adam hara gedәcәk ki, Onu tapa bilmәyәcәyik? Yunanlar arasına sәpәlәnmiş Yәhudilәrin yanına gedib Yunanlaramı tәlim öyrәdәcәk? 36 “Siz Mәni axtarıb tapmayacaqsınız vә Mәnim olacağım yerә siz gәlә bilmәzsiniz” sözü ilә nә demәk istәyir?" 37 Bayramın sonuncu, tәntәnәli günündә İsa qalxıb nida edәrәk dedi: "Kim susayıbsa, yanıma gәlib içsin. 38 Müqәddәs Yazılarda deyildiyi kimi, Mәnә iman edәnin daxilindәn hәyat suyu axan çaylar çıxacaq". 39 Bunu Ona iman edәnlәrin alacaqları Ruh barәdә söylәdi. Ruh isә hәlә yox idi, çünki İsa hәlә izzәtlәnmәmişdi. 40 Xalqın bir qismi bu sözlәri eşidәndә "Bu, doğrudan da, gәlmәli olan peyğәmbәrdir" dedilәr. 41 Başqaları isә "Bu, Mәsihdir" söylәdi, ancaq bәzilәri dedi: "Nә? Mәsih Qalileyadanmı gәlir? 42 Müqәddәs Yazılarda deyilmir ki, Mәsih Davudun nәslindәn, Davudun yaşadığı Bet-Lexem kәndindәn gәlir?" 43 Belәcә İsa barәdә xalq arasında fikir ayrılığı oldu. 44 Bәzilәri Onu tutmaq istәdi, amma heç kәs Ona toxunmadı. 45 Buna görә dә mühafizәçilәr başçı kahinlәrin vә fariseylәrin yanına qayıtdı. Onlar mühafizәçilәrdәn "Niyә Onu gәtirmәdiniz?" deyә soruşdu. 46 Mühafizәçilәr cavab verdi: "Hәlә indiyәcәn heç bir insan belә danışmayıb". 47 Fariseylәr onlara dedi: "Yoxsa sizi dә aldadıb? 48 Görün bir rәhbәr yaxud bir farisey Ona iman etdimi? 49 Bu Qanunu bilmәyәn xalqa gәlincә, onlar lәnәtә gәlib!" 50 Aralarından biri – bundan qabaq İsanın yanına gәlәn Nikodim onlara dedi: 51 "Qanunumuza görә, bir adama qulaq asmadan vә nә etdiyini bilmәdәn onu mühakimә etmәk doğrudurmu?" 52 Onlar Nikodimә dedi: "Bәlkә sәn dә Qalileyadansan? Araşdırsan, görәrsәn ki, Qalileyadan peyğәmbәr çıxmaz". 53 Bundan sonra hәr kәs öz evinә getdi.
1 Lakin İsa Zeytun dağına getdi. 2 Sәhәr tezdәn yenә mәbәdә gәldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara tәlim öyrәtmәyә başladı. 3 İlahiyyatçılar vә fariseylәr zina üstündә tutulmuş bir qadını oraya gәtirdilәr. Onu ortaya çıxarıb 4 İsaya dedilәr: "Müәllim, bu qadın zina edәrkәn әmәlindә yaxalandı. 5 Qanunda Musa bizә әmr edib ki, belәlәrini daşqalaq edәk. Bәs Sәn nә deyirsәn?" 6 Bunu İsanı sınamaq üçün deyirdilәr, Onu ittiham etmәk üçün bәhanә axtarırdılar. Amma İsa әyilib barmağı ilә yerә yazı yazmağa başladı. 7 Ondan tәkrar soruşduqları zaman dikәlib onlara dedi: "Sizdәn kim günahsızdırsa, qadına birinci daş atsın". 8 Sonra yenә әyilib yerә yazı yazdı. 9 Bu sözlәri eşidәnlәr başda ağsaqqallar olmaqla hamı bir-bir oradan uzaqlaşdı. İsanı tәk qoydular, qadın da ortada idi. 10 İsa dikәlib ona dedi: "Qadın, onlar hara getdi? Bәs heç kim sәni mәhkum etmәdi?" 11 Qadın "heç kim, Ağa" dedi. Onda İsa dedi: "Mәn dә sәni mәhkum etmirәm, get, daha günah etmә". 12 Sonra İsa yenә xalqa dedi: "Dünyanın nuru Mәnәm. Mәnim ardımca gәlәn heç vaxt qaranlıqda gәzmәyәcәk, hәyat nuruna malik olacaq". 13 Fariseylәr Ona dedi: "Sәn Öz barәndә şәhadәt edirsәn, Sәnin şәhadәtin etibarlı deyil". 14 İsa onlara cavab verdi: "Mәn Öz barәmdә şәhadәt etsәm dә, şәhadәtim etibarlıdır, çünki haradan gәlib hara gedәcәyimi bilirәm. Siz isә Mәnim haradan gәlib hara gedәcәyimi bilmirsiniz. 15 Siz bәşәr qaydalarına görә mühakimә edirsiniz, Mәnsә heç kәsi mühakimә etmirәm. 16 Mәn mühakimә etsәm dә, verdiyim hökm doğrudur, çünki tәk deyilәm, Mәni göndәrәn Ata da Mәnimlәdir. 17 Sizin Qanununuzda da yazılıb ki, iki nәfәrin şәhadәti etibarlıdır. 18 Mәn Öz barәmdә şәhadәt edirәm, Mәni göndәrәn Ata da Mәnim barәmdә şәhadәt edir". 19 Onda İsadan soruşdular: "Atan haradadır?" İsa cavab verdi: "Siz nә Mәni, nә dә Atamı tanıyırsınız. Әgәr Mәni tanısaydınız, Atamı da tanıyardınız". 20 İsa bu sözlәri mәbәddә, nәzir qutuları olan yerdә tәlim öyrәdәrkәn söylәdi. Heç kәs dә Onu tutmadı, çünki vaxtı hәlә gәlmәmişdi. 21 Sonra İsa yenә onlara dedi: "Mәn çıxıb gedirәm, siz Mәni axtaracaqsınız vә öz günahınız içindә ölәcәksiniz. Siz Mәnim gedәcәyim yerә gәlә bilmәzsiniz". 22 Onda Yәhudilәr dedi: "Mәgәr O Özünü öldürәcәk ki, “siz Mәnim gedәcәyim yerә gәlә bilmәzsiniz” deyir?" 23 İsa onlara dedi: "Siz aşağıdansınız, Mәn yuxarıdanam, siz bu dünyadansınız, Mәnsә bu dünyadan deyilәm. 24 Buna görә dә sizә “günahlarınız içindә ölәcәksiniz” dedim. Әgәr inanmasanız ki, O Mәnәm, günahlarınız içindә ölәcәksiniz". 25 Onda "Sәn Kimsәn?" deyә İsadan soruşdular. İsa onlara dedi: "Әvvәlcәdәn sizә nә söylәyirәmsә, Oyam. 26 Sizin barәnizdә söylәyәcәyim vә mühakimә edәcәyim çox şeylәr var. Lakin Mәni göndәrәn haqdır vә Mәn Ondan eşitdiklәrimi dünyaya söylәyirәm". 27 İsanın onlara Ata barәdә danışdığını anlamadılar. 28 Onda İsa dedi: "Bәşәr Oğlunu yuxarı qaldırdığınız vaxt bilәcәksiniz ki, O Mәnәm vә Özümdәn bir şey etmirәm, ancaq Ata Mәnә necә öyrәdibsә, o cür danışıram. 29 Mәni Göndәrәn Mәnimlәdir. O Mәni tәk qoymadı, çünki Mәn daim Onun xoşuna gәlәnlәri edirәm". 30 İsa bu sözlәri söylәdiyi zaman bir çox adam Ona iman etdi. 31 O zaman İsa Ona inanmış Yәhudilәrә dedi: "Әgәr siz Mәnim sözümә sadiq qalsanız, hәqiqәtәn, Mәnim şagirdlәrimsiniz. 32 Onda siz hәqiqәti bilәcәksiniz vә hәqiqәt sizi azad edәcәk". 33 Yәhudilәr İsaya cavab verdi: "Biz İbrahimin nәslindәnik, heç kәsә heç vaxt kölә olmamışıq. Bәs Sәn niyә “azad olacaqsınız” deyirsәn?" 34 İsa onlara dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: günah edәn hәr kәs günahın kölәsidir. 35 Kölә evdә daim qalmaz, oğulsa daim qalar. 36 Buna görә dә әgәr Oğul sizi azad etsә, hәqiqәtәn dә, azad olacaqsınız. 37 İbrahimin nәslindәn olduğunuzu bilirәm, ancaq bununla belә, Mәni öldürmәyә çalışırsınız. Çünki Mәnim sözüm sizin ürәyinizdә yer tapmır. 38 Mәn Atanın yanında gördüklәrimi söylәyirәm, sizsә öz atanızdan eşitdiklәrinizi yerinә yetirirsiniz". 39 Onlar İsanın cavabında "bizim atamız İbrahimdir" dedi. İsa onlara dedi: "İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi әmәllәri edәrdiniz. 40 Sizsә indi Mәni – Allahdan eşitdiyi hәqiqәti sizә söylәyәn Adamı öldürmәyә çalışırsınız. İbrahim belә etmәdi. 41 Siz öz atanızın әmәllәrini edirsiniz". Ona dedilәr: "Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır". 42 İsa onlara dedi: "Әgәr Allah sizin Atanız olsaydı, Mәni sevәrdiniz, çünki Mәn Allahdan çıxıb gәlmişәm vә indi buradayam. Mәn Özümdәn gәlmәdim, lakin O Mәni göndәrdi. 43 Söylәdiyimi niyә anlamırsınız? Çünki Mәnim sözümü dinlәyә bilmirsiniz. 44 Siz atanız iblisdәnsiniz vә atanızın arzularını yerinә yetirmәk istәyirsiniz. O, başlanğıcdan qatil idi vә hәqiqәtә sadiq qalmadı, çünki onda hәqiqәt yoxdur. Yalan söylәyәndә öz xasiyyәtinә görә söylәyir, çünki yalançıdır vә yalanın atasıdır. 45 Mәnsә hәqiqәti söylәdiyim üçün siz Mәnә inanmırsınız. 46 Sizdәn kim sübut edәr ki, Mәn bir günah etmişәm? Mәn hәqiqәti söylәyirәmsә, niyә Mәnә inanmırsınız? 47 Allahdan olan şәxs Allahın sözlәrini dinlәyәr. Sizsә dinlәmirsiniz, çünki Allahdan deyilsiniz". 48 Yәhudilәr cavabında Ona dedi: "Sәn Samariyalısan vә Sәndә cin var. Mәgәr doğru demirikmi?" 49 İsa cavab verdi: "Mәndә cin yoxdur, amma Atama hörmәt edirәm, sizsә Mәni hörmәtdәn salırsınız. 50 Mәn Özümә izzәt axtarmıram, Mәnә izzәt axtaran vә bu işi mühakimә edәn Biri var. 51 Doğrusunu, doğrusunu sizә deyirәm: kim Mәnim sözümә riayәt edәrsә, heç vaxt ölüm görmәyәcәk". 52 Yәhudilәr Ona dedi: "İndi bildik ki, Sәndә cin var. İbrahim dә öldü, peyğәmbәrlәr dә. Amma Sәn “kim Mәnim sözümә riayәt edәrsә, heç vaxt ölmәyәcәk” deyirsәn. 53 Yoxsa Sәn atamız İbrahimdәn dә üstünsәn? O da öldü, peyğәmbәrlәr dә. Axı Sәn Özünü kim sayırsan?" 54 İsa cavab verdi: "Әgәr Mәn Özümü izzәtlәndirirәmsә, Mәnim izzәtim heçdir, amma Mәni izzәtlәndirәn Atamdır. Siz Onun barәsindә “Allahımızdır” deyirsiniz, 55 lakin Onu tanımırsınız. Mәnsә Onu tanıyıram. Әgәr “Onu tanımıram” desәydim, sizin kimi yalançı olardım. Lakin Mәn Onu tanıyıram vә sözünә riayәt edirәm. 56 Atanız İbrahim Mәnim günümü görәcәyi üçün şad oldu, görüb sevindi". 57 Buna görә Yәhudilәr Ona dedi: "Sәnin heç әlli yaşın yoxdur, İbrahimi necә görmüsәn?" 58 İsa onlara dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: İbrahim olmazdan qabaq Var Olan Mәnәm". 59 O zaman İsanı daşqalaq etmәk üçün yerdәn daş götürdülәr, ancaq İsa gizlәndi vә mәbәddәn çıxdı.
1 İsa yolla gedәrkәn anadangәlmә kor bir adam gördü. 2 Şagirdlәri Ondan soruşdu: "Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?" 3 İsa cavab verdi: "Nә özü günah etdi, nә dә ata-anası. Amma Allahın işlәri onun hәyatında görünsün deyә belә oldu. 4 Nә qәdәr ki gündüzdür, Mәni Göndәrәnin işlәrini görmәliyik. Tezliklә gecә gәlir, o zaman heç kim işlәyә bilmәz. 5 Dünyada olduğum müddәtdә dünyanın nuru Mәnәm". 6 Bu sözlәri deyәndәn sonra yerә tüpürdü, tüpürcәklә palçıq düzәltdi vә palçığı kor adamın gözlәrinә sürtdü. 7 Sonra ona dedi: "Get, Şiloah hovuzunda yuyun". "Şiloah""göndәrilmiş"demәkdir. O da gedib yuyundu vә gözlәri açılmış halda qayıtdı. 8 Qonşuları vә onu әvvәllәr bir dilәnçi kimi tanıyanlar deyirdi: "Әvvәllәr oturub dilәnәn adam bu deyilmi?" 9 Bәzisi "odur" dedi, bәzisi "xeyr, amma ona oxşayır" dedi. Özü isә "mәnәm" dedi. 10 Ondan "Elә isә gözlәrin necә açıldı?" deyә soruşdular. 11 O cavab verdi: "İsa deyilәn Adam palçıq düzәldib gözlәrimә sürtdü vә mәnә “Şiloah hovuzuna get, yuyun” dedi, mәn dә gedib yuyundum vә gözlәrim açıldı". 12 Ondan "Bәs İsa haradadır?" deyә soruşdular. O isә "bilmirәm" dedi. 13 Әvvәllәr kor olan adamı fariseylәrin yanına apardılar. 14 İsanın palçıq düzәldib onun gözlәrini açdığı gün Şәnbә günü idi. 15 Fariseylәr o adamdan gözlәrinin necә açıldığını soruşdular. O adam da onlara dedi: "O mәnim gözlәrimә palçıq qoydu, mәn dә yuyundum vә indi görürәm". 16 Onda fariseylәrdәn bәzisi dedi: "Bu Adam Allahdan gәlmәyib, çünki Şәnbә gününә riayәt etmir". Başqaları isә dedi: "Günahkar adam belә әlamәtlәri necә göstәrә bilәr?" Onların arasında fikir ayrılığı düşdü. 17 Onda yenә kor adamdan soruşdular: "Bәs sәn bu Adam barәdә nә deyirsәn? Axı O sәnin gözlәrini açdı". Kor adam "O, peyğәmbәrdir" dedi. 18 Yәhudi başçıları gözlәri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözlәri açıldığına inanmadılar. 19 Ata-anasından soruşdular: "Kor doğulduğunu söylәdiyiniz oğlunuz budurmu? Elә isә necә olur ki, indi görür?" 20 Ata-anası dedi: "Bilirik ki, bu bizim oğlumuzdur vә kor doğulub. 21 Ancaq bilmirik ki, indi necә görür ya gözlәrini kim açıb. Özündәn soruşun. Hәddi-büluğa çatıb, qoy özü barәdә özü danışsın". 22 Ata-anası Yәhudi başçılarından qorxduqları üçün bu sözlәri söylәdilәr, çünki Yәhudi başçıları artıq qәrara almışdılar ki, İsanın Mәsih olduğunu iqrar edәn hәr kәs sinaqoqdan qovulsun. 23 Buna görә dә o adamın ata-anası "hәddi-büluğa çatıb, özündәn soruşun" dedi. 24 Yәhudi başçıları әvvәllәr kor olan adamı ikinci dәfә çağırıb ona dedilәr: "Allahın izzәti naminә doğru söylә. Biz bu Adamın günahkar olduğunu bilirik". 25 O da cavab verdi: "O Adamın günahkar olub-olmadığını bilmirәm. Bir şeyi bilirәm ki, әvvәl kor idim, amma indi görürәm". 26 Ondan soruşdular: "O sәnә nә etdi? Gözlәrini necә açdı?" 27 Onlara cavab verdi: "İndicә sizә söylәdim, amma qulaq asmadınız. Bunu niyә yenә eşitmәk istәyirsiniz? Bәlkә siz dә Onun şagirdi olmaq istәyirsiniz?" 28 Onu söyüb dedilәr: "Onun şagirdi sәnsәn, bizsә Musanın şagirdlәriyik. 29 Biz Allahın Musa ilә danışdığını bilirik, bu Adamınsa haradan gәldiyini bilmirik". 30 O adam onlara dedi: "Qәribәdir ki, siz Onun haradan gәldiyini bilmirsiniz, amma O mәnim gözlәrimi açdı. 31 Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradәsinә әmәl edәn adama O qulaq asır. 32 Әzәldәn bәri eşidilmәyib ki, kimsә anadangәlmә kor bir adamın gözlәrini açsın. 33 Әgәr bu Adam Allahdan gәlmәsәydi, heç nә edә bilmәzdi". 34 Onlar o adama cavab verdi: "Başdan-ayağa günah içindә doğuldun. İndi sәnmi bizә dәrs verirsәn?" Onda onu bayıra atdılar. 35 O adamı bayıra atdıqlarını İsa eşitdi vә onu tapıb dedi: "Sәn Bәşәr Oğluna iman edirsәnmi?" 36 O soruşdu: "Ağa, O kimdir ki, Ona iman edim?" 37 İsa ona dedi: "İndi gördüyün vә sәninlә danışan Adam Odur". 38 O da "ya Rәbb, iman edirәm" dedi vә İsaya sәcdә etdi. 39 İsa dedi: "Mühakimә etmәk üçün bu dünyaya gәldim ki, qoy görmәyәnlәr görsün, görәnlәrsә kor olsun". 40 Onun yanında olan bәzi fariseylәr bu sözlәri eşidib "Yoxsa biz dә koruq?" deyә Ondan soruşdular. 41 İsa onlara dedi: "Әgәr kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdә qalır.
1 Doğrusunu, doğrusunu sizә deyirәm: qoyun ağılına qapıdan girmәyib başqa yerdәn aşan oğru vә quldurdur. 2 Amma qapıdan girәn qoyunların çobanıdır. 3 Keşikçi qapını onun üzünә açar vә qoyunlar onun sәsinә qulaq asar. O da öz qoyunlarını adları ilә çağırar vә onları çölә çıxarar. 4 Öz qoyunlarının hamısını çölә çıxarandan sonra onların önündә gedәr vә qoyunlar da ardınca gedәr, çünki onun sәsini tanıyırlar. 5 Amma yad adamın ardınca getmәzlәr, ondan qaçarlar, çünki yad adamların sәsini tanımazlar". 6 İsa bu mәsәli onlara söylәdi, amma onlar İsanın sözlәrinin mәnasını anlamadı. 7 İsa yenә onlara dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: qoyunların qapısı Mәnәm. 8 Mәndәn әvvәl gәlәnlәrin hamısı oğru vә quldur idi, amma qoyunlar onlara qulaq asmadı. 9 Qapı Mәnәm, kim Mәndәn girәrsә, xilas olar, girib-çıxar vә özünә otlaq tapar. 10 Oğru yalnız qarәt etmәk, öldürmәk vә tәlәf etmәk üçün gәlir. Mәn isә gәldim ki, onlar hәyata, bol hәyata malik olsun. 11 Yaxşı çoban Mәnәm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verәr. 12 Qoyunların çobanı olmayan muzdur isә canavarın gәldiyini görәndә onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pәrәn-pәrәn salar. 13 Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çәkmәz. 14 Yaxşı çoban Mәnәm. Necә ki Ata Mәni tanıyır vә Mәn Atanı tanıyıram, elәcә dә özümünkülәri tanıyıram, özümünkülәr dә Mәni tanıyır. Mәn quzular uğrunda canımı qurban verirәm. 16 Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gәtirmәliyәm. Onlar da sәsimi eşidәcәk, belәcә tәk sürü, tәk Çoban olacaq. 17 Buna görә dә Ata Mәni sevir, çünki Mәn canımı qurban verirәm ki, sonra onu geri alım. 18 Canımı Mәndәn heç kәs ala bilmәz, amma onu Özüm verirәm. Onu vermәyә dә, sonra geri almağa da ixtiyarım var. Bu әmri Atamdan almışam". 19 Bu sözlәr üstündә Yәhudilәr arasında yenә fikir ayrılığı düşdü. 20 Onların çoxu dedi: "Onda cin var, dәlidir. Niyә Ona qulaq asırsınız?" 21 Başqaları dedi: "Bunlar cinә tutulmuş adamın sözlәri deyil. Cin heç kor adamın gözlәrini aça bilәrmi?" 22 O vaxt Yerusәlimdә Tәqdis bayramı keçirilirdi. Qış idi. 23 İsa mәbәdin hәyәtindә olan Süleymanın eyvanında gәzirdi. 24 Yәhudilәr İsanın әtrafına yığılıb Ona dedilәr: "Nә vaxta qәdәr ürәyimizi intizarda saxlayacaqsan? Әgәr Sәn Mәsihsәnsә, bizә açıq söylә". 25 İsa onlara cavab verdi: "Sizә söylәdim, ancaq buna inanmırsınız. Atamın adı ilә gördüyüm işlәr Mәnim barәmdә şәhadәt edir. 26 Amma siz inanmırsınız, çünki Mәnim quzularımdan deyilsiniz. 27 Quzularım sәsimi eşidir, Mәn dә onları tanıyıram vә Mәnim ardımca gәlirlәr. 28 Mәn onlara әbәdi hәyat verirәm. Onlar heç vaxt hәlak olmayacaq vә heç kim onları әlimdәn qapmayacaq. 29 Onları Mәnә verәn Atam hamıdan böyükdür. Onları heç kim Atanın әlindәn qapa bilmәz. 30 Mәn vә Ata birik". 31 Yәhudilәr yenә yerdәn daş götürdülәr ki, Onu daşqalaq etsinlәr. 32 İsa onlara dedi: "Sizә Atadan gәlәn çoxlu yaxşı iş göstәrdim. Siz bunların hansına görә Mәni daşqalaq etmәk istәyirsiniz?" 33 Yәhudilәr Ona cavab verdi: "Sәni yaxşı işinә görә deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinә görә daşqalaq edirik". 34 İsa onlara dedi: "Mәgәr sizin öz Qanununuzda yazılmayıb ki, “demişәm: ‹Siz allahlarsınız›”? 35 Allah Öz kәlamını göndәrdiyi adamlara “allahlarsınız” deyir. Müqәddәs Yazı ki pozula bilmәz. 36 Bәs siz niyә “Allahın Oğluyam” dediyim üçün Mәnә – Atanın tәqdis edib dünyaya göndәrdiyi Şәxsә “küfr edirsәn” deyirsiniz? 37 Әgәr Atamın işlәrini görmürәmsә, Mәnә inanmayın. 38 Amma bu işlәri görürәmsә, Mәnә inanmasanız da, bunlara inanın. Onda Atanın Mәndә, Mәnim dә Atada olduğumu anlayıb bilәrsiniz". 39 Onlar yenә İsanı tutmağa çalışdı, amma O, әllәrindәn sıyrılıb çıxdı. 40 İsa yenә İordanın o biri sahilinә, Yәhyanın әvvәllәr vәftiz etdiyi yerә getdi vә orada qaldı. 41 Çoxlu adam Onun yanına gәlib dedi: "Yәhya heç bir әlamәt göstәrmәsә dә, onun bu Adam barәdә dediyi bütün sözlәr doğru çıxdı". 42 Bir çox adam da orada İsaya iman etdi.
1 Lazar adlı bir adam xәstәlәnmişdi. O, Mәryәmlә bacısı Martanın yaşadığı Bet-Anya kәndindәn idi. 2 Rәbbin üzәrinә әtirli yağ çәkib ayaqlarını saçları ilә silәn hәmin Mәryәm idi. Xәstәlәnәn Lazar onun qardaşı idi. 3 Bu sәbәbdәn iki bacı "ya Rәbb, sevdiyin adam xәstәdir" deyә İsaya xәbәr göndәrdi. 4 İsa bunu eşidib dedi: "Bu xәstәliyin nәticәsi ölüm yox, Allahın izzәti vә Allah Oğlunun bununla izzәt qazanması olacaq". 5 İsa Martanı, onun bacısını vә Lazarı sevirdi. 6 Buna görә dә Lazarın xәstәlәndiyini eşidәndә olduğu yerdә daha iki gün qaldı. 7 Sonra isә şagirdlәrә "yenә Yәhudeyaya gedәk" dedi. 8 Şagirdlәr Ona dedi: "Rabbi, oradakı Yәhudilәr bir az әvvәl Sәni daşqalaq etmәyә çalışırdı. Sәn yenә dә oraya qayıdırsan?" 9 İsa cavab verdi: "Gündә on iki saat yoxdurmu? Kim gündüz vaxtı gәzәrsә, büdrәmәz, çünki bu dünyanın nurunu görür. 10 Lakin kim gecә vaxtı gәzәrsә, büdrәyәr, çünki daxilindә nur yoxdur". 11 İsa bu sözlәri söylәdikdәn sonra onlara dedi: "Dostumuz Lazar uyuyub. Mәn onu oyatmaq üçün gedirәm". 12 Onda şagirdlәr Ona dedi: "Әgәr uyuyubsa, sağalacaq". 13 İsa onun ölümü barәdә danışmışdı, amma onlar elә bildilәr ki, yuxuya getdiyini söylәyib. 14 Onda İsa onlara açıqca dedi: "Lazar ölüb. 15 Mәn dә sizin uğrunuzda, iman etmәyiniz üçün orada olmadığıma sevinirәm. Amma gәlin onun yanına gedәk". 16 "Әkiz"adlanan Tomas o biri şagirdlәrә dedi: "Biz dә gedәk ki, Onunla ölәk". 17 İsa gәlib Lazarın artıq dörd gündәn bәri qәbirdә olduğunu bildi. 18 Bet-Anya Yerusәlimdәn on beş stadi mәsafәsindә idi. 19 Bir çox Yәhudi Marta vә Mәryәmә qardaşlarının ölümünә görә tәsәlli vermәyә gәlmişdi. 20 Marta İsanın gәldiyini eşidәndә Onu qarşılamağa çıxdı, ancaq Mәryәm evdә oturmuşdu. 21 Marta İsaya dedi: "Ya Rәbb, әgәr Sәn burada olsaydın, qardaşım ölmәzdi. 22 Ancaq bilirәm ki, Sәn indi dә Allahdan nә dilәsәn, O Sәnә verәcәk". 23 İsa ona "qardaşın dirilәcәk" dedi. 24 Marta Ona dedi: "Bilirәm ki, dirilmә zamanı, son gündә o da dirilәcәk". 25 İsa ona dedi: "Dirilmә vә hәyat Mәnәm. Mәnә iman edәn ölsә dә, yaşayar, 26 yaşayıb Mәnә iman edәn dә heç vaxt ölmәz. Buna inanırsanmı?" 27 Marta Ona cavab verdi: "Bәli, ya Rәbb, inanıram ki, dünyaya gәlmәli olan Allahın Oğlu Mәsih Sәnsәn". 28 Marta bunu söylәdikdәn sonra gedib bacısı Mәryәmi gizlicә çağırdı vә dedi: "Müәllim buradadır vә sәni çağırır". 29 Mәryәm bunu eşidәn kimi tez qalxıb İsanın yanına getdi. 30 İsa hәlә kәndә girmәyib Martanın Onu qarşıladığı yerdә qalmışdı. 31 Mәryәmlә birgә evdә olan vә ona tәsәlli verәn Yәhudilәr qadının tez qalxıb bayıra çıxdığını görәndә elә bildilәr ki, ağlamaq üçün qәbirin yanına gedir. Buna görә dә onun ardınca getdilәr. 32 Mәryәm İsanın olduğu yerә gәlib Onu gördü vә ayaqlarına düşüb dedi: "Ya Rәbb, әgәr Sәn burada olsaydın, qardaşım ölmәzdi". 33 İsa onun vә yanında gәlәn Yәhudilәrin ağladığını görәndә әhvalı pozuldu vә tәlaşa düşdü. 34 İsa onlardan "Mәrhumu haraya qoymusunuz?" deyә soruşdu. Ona "Ağa, gәl bax" dedilәr. 35 İsa ağladı. 36 Onda Yәhudilәr "Bax onu necә dә sevirmiş!" söylәdilәr. 37 Lakin onlardan bәzisi dedi: "Korun gözlәrini açan bu Şәxs bir şey edә bilmәzdi ki, bu adam ölmәsin?" 38 O zaman İsa yenә әhvalı pozulmuş halda qәbirin yanına gәldi. Qәbir bir mağara idi vә ağzına daş qoyulmuşdu. 39 İsa "daşı götürün" dedi. Mәrhumun bacısı Marta Ona dedi: "Ya Rәbb, artıq iylәnib, çünki öldüyü dörd gündür". 40 İsa dedi: "Axı Mәn sәnә söylәmәdimmi, iman etsәn, Allahın izzәtini görәcәksәn?" 41 Belәcә daşı götürdülәr. İsa da başını yuxarı qaldırıb dedi: "Ey Ata, Mәni eşitdiyin üçün Sәnә şükür edirәm. 42 Bilirәm ki, Mәni hәmişә eşidirsәn. Lakin bunu әtrafımda duran xalq üçün söylәdim ki, Mәni Sәn göndәrdiyinә inansınlar". 43 Bu sözlәri söylәdikdәn sonra "Lazar, bayıra çıx!" deyә bәrkdәn qışqırdı. 44 Ölü dә bayıra çıxdı. Onun әl-ayağı sarğılarla vә üzü dәsmalla bağlanmışdı. İsa onlara "onu açın vә buraxın getsin" dedi. 45 Onda Mәryәmin yanına gәlәn vә İsanın nә etdiyini görәn Yәhudilәrin bir çoxu Ona iman etdi. 46 Lakin onlardan bәzisi fariseylәrin yanına gedib İsanın nә etdiyini onlara danışdı. 47 Onda başçı kahinlәr vә fariseylәr Ali Şuranı toplayıb dedilәr: "Nә edәk? Bu Adam çoxlu әlamәt göstәrir. 48 Әgәr Ona mane olmasaq, hamı Ona iman edәcәk. Romalılar da gәlib mәbәdimizi vә millәtimizi mәhv edәcәk". 49 Orada olanlardan biri, hәmin il baş kahin olan Qayafa onlara dedi: "Siz heç nә bilmirsiniz. 50 Başa düşmürsünüz ki, bütün bu millәtin mәhv olmağındansa bir Adamın xalq uğrunda ölmәsi sizin üçün daha yaxşıdır?" 51 O bu sözlәri özündәn söylәmәdi, lakin o il baş kahin olduğu üçün peyğәmbәrlik edib xәbәr verdi ki, İsa bu millәtin uğrunda – 52 tәkcә millәtin uğrunda deyil, Allahın hәr tәrәfә sәpәlәnmiş övladlarını bir yerә toplamaq üçün ölәcәk. 53 Belәcә o gündәn etibarәn İsanı öldürmәyi qәrara aldılar. 54 Buna görә dә İsa daha Yәhudilәrin arasında açıq gәzmirdi. Oradan çöllüyә yaxın diyara, Efrayim adlanan şәhәrә getdi vә şagirdlәrlә orada qaldı. 55 Yәhudilәrin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kәndlәrdәn Yerusәlimә getdi. 56 Onlar İsanı axtarırdılar vә mәbәddә dayanıb bir-birlәrinә deyirdilәr: "Necә fikirlәşirsiniz? O, bayrama heç gәlmәyәcәkmi?" 57 Başçı kahinlәr vә fariseylәr Onu tutmaq mәqsәdi ilә "harada olduğunu kim bilirsә, göstәrsin" deyә әmr vermişdilәr.
1 Pasxadan altı gün әvvәl İsa Bet-Anyaya gәldi. İsanın ölülәr arasından diriltdiyi Lazar da orada idi. 2 Orada İsanın şәrәfinә ziyafәt verdilәr. Marta xidmәt edirdi. Lazar da İsa ilә birgә süfrә arxasında oturanların arasında idi. 3 Mәryәm isә bir litra çox qiymәtli xalis nard yağını götürәrәk İsanın ayaqlarına çәkib onları saçları ilә sildi. Yağın әtri evi bürüdü. 4 Lakin İsanın şagirdlәrindәn biri, Ona xәyanәt edәcәk Yәhuda İskaryot dedi: 5 "Nә üçün bu әtir üç yüz dinara satılıb yoxsullara verilmәdi?" 6 Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görә söylәdi, çünki özündә olan pul qutusuna qoyulanların bir hissәsini oğurlayırdı. 7 Onda İsa dedi: "Qadını rahat burax, qoy bunu Mәnim dәfn günüm üçün saxlasın. 8 Çünki yoxsullar hәmişә sizin yanınızdadır, Mәn isә hәmişә yanınızda olmayacağam". 9 Yәhudilәrdәn böyük bir kütlә İsanın orada olduğunu öyrәnәndә hәm İsaya görә, hәm dә Onun ölülәr arasından diriltdiyi Lazarı görmәk üçün oraya gәldi. 10 Onda başçı kahinlәr öz aralarında Lazarı da öldürmәyi qәrara aldılar. 11 Çünki Lazara görә çoxlu Yәhudi gedib İsaya iman edirdi. 12 Ertәsi gün bayrama gәlәn böyük kütlә İsanın Yerusәlimә gәlәcәyini eşidәndә 13 xurma budaqları götürәrәk Onu qarşılamağa çıxdı. Onlar "Hosanna! Rәbbin ismi ilә gәlәn İsrailin Padşahına alqış olsun!" deyә qışqırırdı. 14 İsa bir sıpa tapıb belinә mindi. Necә ki yazılıb: 15 "Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gәlir". 16 Şagirdlәri o zaman bu şeylәri anlamadılar. Lakin İsa izzәtlәnәndәn sonra barәsindә bunun yazıldığını vә xalqın Ona nә etdiyini yada saldılar. 17 İsanın Lazarı qәbirdәn çağırıb ölülәr arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. 18 Xalq İsanın bu әlamәti göstәrdiyini eşitmişdi, buna görә dә Onu qarşılamağa çıxdı. 19 Bu sәbәbdәn fariseylәr bir-birlәrinә dedilәr: "Baxın әlinizdәn bir iş gәlmir. Artıq alәm Onun ardınca getdi". 20 Bayramda Yerusәlimә ibadәtә gәlәnlәr arasında bәzi Yunanlar da var idi. 21 Onlar Qalileyanın Bet-Sayda şәhәrindәn olan Filipin yanına gәlib "ağa, biz İsanı görmәk istәyirik" deyә ondan xahiş etdilәr. 22 Filip gәlib Andreyә söylәdi, Andrey vә Filip dә birgә gәlib İsaya xәbәr verdi. 23 İsa cavabında dedi: "Bәşәr Oğlunun izzәtlәnmәk vaxtı gәldi. 24 Doğrusunu, doğrusunu sizә deyirәm: әgәr bir buğda dәnәsi torpağa düşüb ölmürsә, tәk qalır, amma ölürsә, çoxlu mәhsul verir. 25 Öz canını sevәn kәs onu itirәr, bu dünyada canı üçün qayğı çәkmәyәnsә onu әbәdi hәyat üçün qoruyar. 26 Kim Mәnә xidmәt etmәk istәsә, ardımca gәlsin. Mәn harada olacağamsa, Mәnim xidmәtçim dә orada olacaq. Kim Mәnә xidmәt etsә, Ata ona hörmәt edәcәk. 27 İndi ürәyim tәlaş keçirir. Nә deyim? “Ey Ata, Mәni bu andan xilas et” deyimmi? Lakin Mәn elә bu an üçün gәldim. 28 Ey Ata, Öz adını izzәtlәndir!" Bunun cavabında göydәn "Öz adımı izzәtlәndirdim, yenә dә izzәtlәndirәcәyәm" deyә bir sәs gәldi. 29 Orada duran xalqın bir qismi "göy guruldadı" dedi, başqaları isә "Onunla bir mәlәk danışdı" söylәdi. 30 İsa cavab verdi: "Bu sәs Mәnim üçün deyil, sizin üçün gәldi. 31 İndi isә bu dünyaya hökm verilәcәk vә bu dünyanın hökmdarı bayıra atılacaq. 32 Mәn yerdәn yuxarı qaldırılsam, bütün insanları Özümә cәzb edәcәyәm". 33 İsa bu sözü söylәmәklә necә bir ölümlә ölәcәyinә işarә etdi. 34 Xalq Onun cavabında dedi: "Qanundan eşitdiyimizә görә Mәsih әbәdi qalacaq. Bәs Sәn niyә “Bәşәr Oğlu yuxarı qaldırılmalıdır” deyirsәn? Bu Bәşәr Oğlu kimdir?" 35 Onda İsa onlara dedi: "Qısa bir müddәt dә nur sizin aranızda olacaq. Nurunuz olarkәn gәzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gәzәn hara getdiyini bilmәz. 36 Nurunuz var ikәn nura iman edin ki, nur övladları olasınız". İsa bu sözlәri söylәyәndәn sonra gedib onlardan gizlәndi. 37 Onların qabağında bu qәdәr әlamәt göstәrdiyi halda yenә Ona iman etmirdilәr. 38 Bunlar ona görә baş verdi ki, Yeşaya peyğәmbәrin bu sözlәri yerinә yetsin: "Ya Rәbb, xәbәrimizә kim inandı, Rәbbin gücü kimә zühur oldu?" 39 Onlar iman edә bilmirdi, ona görә ki Yeşaya başqa yerdә deyib: 40 "Allah onların gözlәrini kor etdi Vә ürәklәrini kütlәşdirdi ki, Gözlәri ilә görmәsinlәr, Ürәklәri ilә anlamasınlar Vә Mәnә sarı dönmәsinlәr ki, Mәn onlara şәfa verim". 41 Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözlәri deyәrәk Onun barәsindә danışıb. 42 Bununla bәrabәr, rәhbәrlәrdәn bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyә fariseylәrә görә bunu açıq bildirmәdilәr. 43 Çünki insanlardan izzәt qazanmağı Allahdan izzәt almaqdan artıq sevdilәr. 44 İsa nida edib dedi: "Mәnә iman edәn Mәnә deyil, Mәni Göndәrәnә iman edir. 45 Mәni görәn dә Mәni Göndәrәni görür. 46 Mәn dünyaya nur olub gәldim ki, Mәnә iman edәn hәr kәs qaranlıqda qalmasın. 47 Kim sözlәrimi eşidib onlara riayәt etmәzsә, Mәn onu mühakimә etmәrәm, çünki dünyanı mühakimә etmәk üçün deyil, onu xilas etmәk üçün gәldim. 48 Mәni rәdd edib sözlәrimi qәbul etmәyәni mühakimә edәn bir şey var: bu da Mәnim söylәdiyim sözdür ki, son gündә onu mühakimә edәcәk. 49 Çünki Mәn Özümdәn söylәmәdim, Mәni göndәrәn Ata nә deyәcәyim vә nә söylәyәcәyim haqqında Mәnә әmr verdi. 50 Mәn bilirәm ki, Onun әmri әbәdi hәyatdır. Belәcә Mәnim söylәdiklәrimi Ata Mәnә necә dedisә, elәcә dә söylәyirәm".
1 Pasxa bayramı әrәfәsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedәcәyi mәqamın gәldiyini bilirdi. O, dünyada Özünә mәxsus olanları hәmişә sevmişdi vә axıra qәdәr dә sevdi. 2 Axşam yemәyi zamanı iblis artıq Ona xәyanәt etmәk fikrini Şimon İskaryot oğlu Yәhudanın ürәyinә qoymuşdu. 3 İsa Atanın hәr şeyi Onun ixtiyarına verdiyini, Allahdan gәldiyini vә Allahın yanına qayıdacağını bilirdi. 4 O, süfrәdәn qalxıb üst paltarını bir yana qoydu vә bir dәsmal götürüb belinә bağladı. 5 Sonra lәyәnә su töküb şagirdlәrin ayaqlarını yumağa vә belinә bağladığı dәsmalla silmәyә başladı. 6 İsa Şimon Peterә yaxınlaşanda o, İsaya "Ya Rәbb, Sәnmi mәnim ayaqlarımı yuyacaqsan?" dedi. 7 İsa cavabında ona dedi: "Mәnim nә etdiyimi sәn indi bilmәzsәn, amma sonra anlayacaqsan". 8 Peter Ona dedi: "Mәnim ayaqlarımı heç vaxt yumayacaqsan!" İsa ona cavab verdi: "Әgәr sәni yumasam, Mәnim yanımda yerin olmaz". 9 Şimon Peter Ona dedi: "Ya Rәbb, tәkcә ayaqlarımı deyil, әllәrimi vә başımı da yu". 10 İsa ona dedi: "Çimmiş adam üçün tәkcә ayaqlarını yumaq kifayәtdir, çünki başdan-başa tәmizdir. Siz dә tәmizsiniz, amma hamınız yox". 11 Çünki Ona kimin xәyanәt edәcәyini bilirdi, buna görә dә "hamınız tәmiz deyilsiniz" söylәdi. 12 İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi vә yenә süfrәyә oturaraq onlara dedi: "Mәnim sizә nә etdiyimi bilirsinizmi? 13 Siz Mәni “Müәllim” vә “Rәbb” deyә çağırırsınız vә doğru deyirsiniz, çünki Mәn elә Oyam. 14 İndi ki Mәn Rәbb vә Müәllim olduğum halda sizin ayaqlarınızı yudum, siz dә bir-birinizin ayaqlarını yumalısınız. 15 Çünki sizә nümunә göstәrdim ki, Mәnim sizә etdiyimi siz dә bir-birinizә edәsiniz. 16 Doğrusunu, doğrusunu sizә deyirәm: qul ağasından, elçi dә onu göndәrәndәn üstün deyil. 17 Әgәr bu şeylәri bilib onlara әmәl edirsinizsә, bәxtiyarsınız. 18 Hamınız barәdә söylәmirәm. Mәn Öz seçdiklәrimi tanıyıram. Amma qoy “çörәyimi yeyәn Mәnә xәyanәt etdi” deyәn Müqәddәs Yazı yerinә yetsin. 19 İndi bu şeylәr baş vermәzdәn әvvәl sizә bunları söylәyirәm ki, baş verәndә inanasınız: O Mәnәm. 20 Doğrusunu, doğrusunu sizә deyirәm: Mәnim göndәrdiyim bir nәfәri qәbul edәn şәxs Mәni qәbul edәr, Mәni qәbul edәn dә Mәni Göndәrәni qәbul edәr". 21 İsa bu sözlәri söylәdikdәn sonra ürәyi tәlaşa düşdü vә şәhadәt edib dedi: "Doğrusunu, doğrusunu sizә deyirәm: sizlәrdәn biri Mәnә xәyanәt edәcәk". 22 Şagirdlәr Onun kimin barәsindә danışdığını bilmәyib çaşqınlıq içindә qalaraq bir-birlәrinә baxırdılar. 23 Şagirdlәrindәn biri – İsanın sevimli şagirdi Onun köksünә sığınmışdı. 24 Şimon Peter hәmin şagirdә işarә etdi ki, kimin barәsindә danışdığını Ondan soruşsun. 25 Hәmin şagird İsanın sinәsinә әyilәrәk Ondan soruşdu: "Ya Rәbb, o kimdir?" 26 İsa cavab verdi: "Bu çörәk tikәsini batırıb kimә versәm, odur". Tikәni batırıb Şimon İskaryot oğlu Yәhudaya verdi. 27 Yәhuda tikәni alan kimi Şeytan onun içinә girdi. İsa ona "Nә edәcәksәnsә, tez et!" dedi. 28 İsanın bunu niyә ona söylәdiyini süfrәdә oturanların heç biri başa düşmәdi. 29 Pul qutusu Yәhudada olduğu üçün bәzilәri güman etdi ki, İsa ona "bayrama bizә lazım olan şeylәri al" yaxud "yoxsullara bir şey ver" deyir. 30 Yәhuda tikәni alan kimi dәrhal bayıra çıxdı. Artıq gecә idi. 31 O çıxandan sonra İsa dedi: "İndi Bәşәr Oğlu izzәtlәndi vә Allah da Onda izzәtlәndi. 32 İndi ki Allah Onda izzәtlәndi, Allah da Onu Özündә izzәtlәndirәcәk, tezliklә izzәtlәndirәcәk. 33 Ey övladlarım! Az bir müddәt dә sizinlә olacağam. Siz Mәni axtaracaqsınız. Yәhudilәrә “Mәnim getdiyim yerә siz gәlә bilmәzsiniz” dediyim kimi indi sizә dә bunu söylәyirәm. 34 Sizә yeni bir әmr verirәm: bir-birinizi sevin, Mәn sizi sevdiyim kimi siz dә bir-birinizi sevin. 35 Әgәr bir-birinizә mәhәbbәtiniz olsa, bütün insanlar bilәcәk ki, siz Mәnim şagirdlәrimsiniz". 36 Şimon Peter İsadan soruşdu: "Ya Rәbb, hara gedirsәn?" İsa cavab verdi: "Getdiyim yerә indi ardımca gәlә bilmәzsәn, amma sonra ardımca gәlәcәksәn". 37 Peter Ona dedi: "Ya Rәbb, niyә indi ardınca gәlә bilmәrәm? Sәnin üçün canımı qurban verәrәm". 38 İsa ona dedi: "Mәnim üçün canını qurban verәrsәnmi? Doğrusunu, doğrusunu sәnә deyirәm: xoruz banlamazdan әvvәl sәn Mәni üç dәfә inkar edәcәksәn.
1 Qoy ürәyiniz tәlaşa düşmәsin. Allaha iman edin, Mәnә dә iman edin. 2 Atamın evindә çoxlu mәskәn var. Әgәr olmasaydı, sizә deyәrdimmi ki, sizin üçün yer hazırlamağa gedirәm? 3 Gedib sizin üçün yer hazırlayandan sonra yenә gәlib sizi Öz yanıma götürәcәyәm ki, Mәnim olduğum yerdә siz dә olasınız. 4 Gedәcәyim yerә aparan yolu tanıyırsınız". 5 Tomas İsaya dedi: "Ya Rәbb, hara gedәcәyini bilmirik, yolu necә tanıya bilәrik?" 6 İsa ona dedi: "Yol, hәqiqәt vә hәyat Mәnәm. Mәnim vasitәm olmadan heç kim Atanın yanına gәlә bilmәz. 7 Әgәr Mәni tanısaydınız, Atamı da tanıyardınız. İndidәn siz Onu tanıyırsınız, Onu görmüsünüz". 8 Filip Ona dedi: "Ya Rәbb, Atanı bizә göstәr, bu bizim üçün kifayәtdir". 9 İsa ona dedi: "Xeyli müddәtdir ki, Mәn sizinlәyәm, Mәni tanımadınmı, Filip? Mәni görәn, Atanı görmüş olur. Bәs sәn niyә “Atanı bizә göstәr” deyirsәn? 10 Mәnim Atada, Atanın da Mәndә olduğuna inanmırsanmı? Sizә söylәdiyim sözlәri Özümdәn söylәmirәm, Mәndә olan Ata Öz işlәrini görür. 11 Mәn Atadayam, Ata da Mәndәdir, bu sözümә inanın. Heç olmasa o işlәrә görә inanın. 12 Doğrusunu, doğrusunu sizә deyirәm: Mәnә iman edәn şәxs Mәnim etdiyim işlәri özü dә edәcәk, hәtta bunlardan da artığını edәcәk. Çünki Mәn Atanın yanına gedirәm 13 vә Mәnim adımla hәr nә dilәsәniz, onu edәcәyәm ki, Ata Oğulda izzәtlәnsin. 14 Әgәr Mәnim adımla Mәndәn bir şey dilәsәniz, onu edәcәyәm. 15 Әgәr Mәni sevirsinizsә, әmrlәrimә riayәt edәcәksiniz. 16 Mәn dә Atadan xahiş edәcәyәm vә O sizә başqa bir Vәsatәtçi göndәrәcәk ki, daim sizinlә olsun. 17 O, hәqiqәt Ruhudur. Onu dünya qәbul edә bilmәz, çünki Onu nә görür, nә dә tanıyır. Sizsә Onu tanıyırsınız, çünki sizinlә qalır vә daxilinizdә olacaq. 18 Sizi yetim qoymaram, yanınıza gәlәcәyәm. 19 Az bir müddәtdәn sonra dünya daha Mәni görmәyәcәk, amma siz Mәni görәcәksiniz. Mәn yaşadığım üçün siz dә yaşayacaqsınız. 20 O gün bilәcәksiniz ki, Mәn Atamdayam, siz Mәndәsiniz vә Mәn sizdәyәm. 21 Kim әmrlәrimә bağlı qalıb onlara riayәt edirsә, Mәni sevәn odur. Mәni sevәni Atam sevәcәk. Mәn dә onu sevib Özümü ona zahir edәcәyәm". 22 İskaryot deyil, o biri Yәhuda Ona dedi: "Ya Rәbb, necә olacaq ki, Özünü dünyaya deyil, bizә zahir edәcәksәn?" 23 İsa ona cavab verdi: "Kim Mәni sevsә, sözümә riayәt edәr, Atam da onu sevәr vә Biz onun yanına gәlib onunla mәskәn salarıq. 24 Mәni sevmәyәnsә sözlәrimә riayәt etmәz. Eşitdiyiniz söz Mәnim deyil, Mәni göndәrәn Atanın sözüdür. 25 Hәlә yanınızda qalarkәn sizә bu sözlәri söylәdim. 26 Lakin Vәsatәtçi – Atanın Mәnim adımla göndәrәcәyi Müqәddәs Ruh hәr şeyi sizә öyrәdәcәk vә söylәdiyim bütün sözlәri yadınıza salacaq. 27 Aranızda sülh qoyub gedirәm, Öz sülhümü sizә verirәm. Mәn onu sizә dünyanın verdiyi kimi vermirәm. Qoy ürәyiniz tәlaşa düşmәsin vә qorxmayın. 28 Sizә “indi gedirәm, sonra yenә yanınıza gәlәcәyәm” söylәdiyimi eşitdiniz. Әgәr Mәni sevsәydiniz, Atanın yanına gedәcәyimә sevinәrdiniz, çünki Ata Mәndәn üstündür. 29 Bunu indi öncәdәn sizә söylәdim ki, baş verәndә buna inanasınız. 30 Daha sizinlә çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gәlir. Onun Mәnim üzәrimdә heç bir sәlahiyyәti yoxdur. 31 Ancaq dünya bilmәlidir ki, Mәn Atanı sevirәm vә Ata Mәnә nә әmr etdisә, ona әmәl edirәm. İndi isә qalxın buradan gedәk.
1 Mәn hәqiqi Meynәyәm, Atam da Bağbandır. 2 Mәndә olub bәhrә vermәyәn hәr budağı Atam qoparır. Bәhrә verәn hәr budağı isә budayıb tәmizlәyir ki, daha çox bәhrә versin. 3 Sizә söylәdiyim söz sayәsindә siz artıq tәmizsiniz. 4 Mәndә qalın, Mәn dә sizdә qalım. Budaq meynәdә qalmasa, özündәn bәhrә vermәdiyi kimi siz dә Mәndә qalmasanız, bәhrә verә bilmәzsiniz. 5 Meynә Mәnәm, sizsә budaqlarsınız. Kim Mәndә qalsa, Mәn dә onda qalsam, çoxlu bәhrә verәr, çünki Mәnsiz heç nә edә bilmәzsiniz. 6 Kim Mәndә qalmasa, budaq kimi kәnara atılıb quruyar. Belә budaqlar yığılıb oda atılaraq yanar. 7 Әgәr Mәndә qalsanız vә sözlәrim sizdә qalsa, nә istәyirsinizsә, onu dilәyin, sizә verilәcәk. 8 Sizin çoxlu bәhrә verәrәk Mәnim şagirdlәrim olmağınızla Atam izzәtlәnir. 9 Ata Mәni sevdiyi kimi Mәn dә sizi sevdim. Mәnim mәhәbbәtimdә qalın. 10 Әgәr әmrlәrimә riayәt etsәniz, Mәnim mәhәbbәtimdә qalacaqsınız, necә ki Mәn Atamın әmrlәrinә riayәt edәrәk Onun mәhәbbәtindә qalıram. 11 Bu sözlәri sizә söylәdim ki, sevincim sizdә olsun vә sevinciniz kamil olsun. 12 Mәnim әmrim belәdir: Mәn sizi sevdiyim kimi siz dә bir-birinizi sevin. 13 Heç kәsin mәhәbbәti dostları uğrunda canını qurban verәn adamın mәhәbbәtindәn üstün ola bilmәz. 14 Әgәr sizә әmr etdiyim şeylәrә әmәl etsәniz, siz Mәnim dostlarımsınız. 15 Artıq sizә qul demirәm, çünki qul ağasının nә etdiyini bilmir. Mәn sizә dost deyirәm, çünki Atamdan eşitdiyim bütün sözlәri sizә bildirdim. 16 Siz Mәni seçmәdiniz, Mәn sizi seçib tәyin etdim ki, gedib bәhrә verәsiniz vә bәhrәniz çox qalsın. Belәcә Mәnim adımla Atadan nә dilәyirsinizsә, O sizә verәcәk. 17 Belәliklә, sizә әmr edirәm: bir-birinizi sevin. 18 Әgәr dünya sizә nifrәt edәrsә, onda yada salın ki, sizdәn әvvәl Mәnә nifrәt edib. 19 Әgәr dünyadan olsaydınız, dünya özündәn olan sizlәri sevәrdi. Amma siz dünyadan deyilsiniz, Mәn sizi dünyadan seçdim, buna görә dünya sizә nifrәt edir. 20 Mәnim sizә söylәdiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Әgәr Mәni tәqib etdilәrsә, sizi dә tәqib edәcәklәr, Mәnim sözümә riayәt etdilәrsә, sizin dә sözünüzә riayәt edәcәklәr. 21 Lakin bunların hamısını sizә Mәnim adıma görә edәcәklәr, çünki Mәni Göndәrәni tanımırlar. 22 Әgәr gәlib onlara söylәmәsәydim, günahları olmazdı, ancaq indi günahları üçün bәhanәlәri yoxdur. 23 Mәnә nifrәt edәn Atama da nifrәt edir. 24 Әgәr Mәndәn başqa heç kәsin etmәdiyi işlәri onların arasında etmәsәydim, günahları olmazdı. Ancaq indi Mәnim nә etdiyimi gördülәr, hәm Mәnә, hәm dә Atama nifrәt etdilәr. 25 Lakin bu ona görә baş verdi ki, öz Qanunlarında yazılan “Mәnә nahaqdan nifrәt etdilәr” sözü yerinә yetsin. 26 Atadan sizә göndәrәcәyim Vәsatәtçi – Atanın yanından çıxan hәqiqәt Ruhu gәldiyi zaman Mәnim barәmdә şәhadәt edәcәk. 27 Siz dә şәhadәt edәcәksiniz, çünki başlanğıcdan Mәnimlә birlikdәsiniz.
1 Büdrәmәyәsiniz deyә bunları sizә söylәdim. 2 Sizi sinaqoqlardan qovacaqlar. Hәtta o zaman gәlir ki, sizi öldürәn hәr kәs Allaha xidmәt etdiyini zәnn edәcәk. 3 Onlar bunları edәcәk, çünki nә Atanı, nә dә Mәni tanıdılar. 4 İndi bu şeylәri sizә bildirdim ki, vaxtı gәlәndә sizә söylәdiyimi yada salasınız. Әvvәldәn bunları sizә söylәmәdim, çünki sizinlә birlikdә idim. 5 İndi isә Mәni Göndәrәnin yanına gedirәm vә heç biriniz Mәndәn “Hara gedirsәn?” deyә soruşmur. 6 Amma sizә bu şeylәri söylәdiyim üçün ürәyiniz kәdәrlә doldu. 7 Bununla belә, Mәn sizә hәqiqәti söylәyirәm: Mәnim getmәyim sizin xeyrinizәdir. Çünki getmәsәm, Vәsatәtçi yanınıza gәlmәz, amma getsәm, Onu sizә göndәrәcәyәm. 8 O gәlәndә günah, salehlik vә mühakimә barәdә dünyanı ifşa edәcәk: 9 günah barәdә, çünki Mәnә iman etmirlәr; 10 salehlik barәdә, çünki Atanın yanına gedirәm vә daha Mәni görmәyәcәksiniz; 11 mühakimә barәdә, çünki bu dünyanın hökmdarı mühakimә olunub. 12 Hәlә sizә söylәnәcәk çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. 13 Lakin O – hәqiqәt Ruhu gәlәndә sizә hәr hәqiqәtә yol göstәrәcәk. Çünki heç nәyi Özündәn söylәmәyәcәk, nә eşidirsә, onu söylәyәcәk vә gәlәcәyi sizә bildirәcәk. 14 O Mәni izzәtlәndirәcәk, çünki Mәnim olandan götürüb sizә bildirәcәk. 15 Atanın hәr nәyi varsa, Mәnimdir. Buna görә dә “Mәnim olandan götürüb sizә bildirәcәk” söylәdim. 16 Az bir müddәtdәn sonra Mәni artıq görmәyәcәksiniz, az bir müddәtdәn dә sonra Mәni yenә görәcәksiniz." 17 O vaxt İsanın bәzi şagirdlәri bir-birinә dedilәr: "“Az bir müddәtdәn sonra Mәni görmәyәcәksiniz, az bir müddәtdәn dә sonra yenә görәcәksiniz” vә “çünki Atanın yanına gedirәm” sözlәrinin mәnası nәdir?" 18 Öz aralarında soruşurdular: "Söylәdiyi “az bir müddәt” nә demәkdir? Nә dediyini anlamırıq". 19 İsa Ondan soruşmaq istәdiklәrini bilib onlara dedi: "“Az bir müddәtdәn sonra Mәni görmәyәcәksiniz, az bir müddәtdәn dә sonra yenә görәcәksiniz” sözüm barәdәmi bir-birinizdәn soruşursunuz? 20 Doğrusunu, doğrusunu sizә deyirәm: siz ağlayıb nalә çәkәcәksiniz, dünya isә sevinәcәk; siz kәdәrlәnәcәksiniz, amma kәdәriniz sevincә dönәcәk. 21 Qadın doğuş zamanı kәdәrlәnәr, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gәtirmәyinin sevincinә görә çәkdiyi ağrını yaddan çıxarar. 22 Belәcә siz dә indi kәdәrlisiniz. Lakin Mәn sizi yenә görәcәyәm, onda ürәyiniz sevinәcәk vә heç kәs sevincinizi sizdәn ala bilmәyәcәk. 23 O gün Mәndәn heç nә soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizә deyirәm: Mәnim adımla Atadan nә dilәyirsinizsә, O sizә verәcәk. 24 İndiyә qәdәr Mәnim adımla heç nә dilәmәdiniz. Dilәyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun. 25 Sizә bu şeylәri mәsәllәrlә söylәdim. İndi elә bir zaman gәlir ki, daha mәsәllәrlә sizinlә danışmayacağam, amma Ata barәdә sizә açıq danışacağam. 26 O gün siz Mәnim adımla dilәyәcәksiniz. Mәn sizin barәnizdә Atadan bir şey xahiş edәcәyimi söylәmirәm. 27 Axı Ata Özü sizi sevir, çünki siz Mәni sevdiniz vә Mәnim Allahın yanından gәldiyimә inandınız. 28 Atanın yanından dünyaya gәldim, yenә dünyanı tәrk edib Atanın yanına gedirәm". 29 Şagirdlәri dedi: "Budur, indi açıq danışırsan, heç bir mәsәl söylәmirsәn. 30 İndi anlayırıq ki, Sәn hәr şeyi bilirsәn vә heç kәsin Sәndәn soruşmasına ehtiyacın yoxdur. Buna görә dә Allahdan gәldiyinә inanırıq". 31 İsa onlara dedi: "İndi inanırsınızmı? 32 Budur, hәr birinizin dağılıb öz evinә gedәcәyiniz vә Mәni tәk qoyacağınız vaxt gәlir vә artıq gәlib. Amma Mәn tәk deyilәm, çünki Ata Mәnimlәdir. 33 Mәndә sülhünüz olsun deyә bunları sizә söylәdim. Dünyada әziyyәtiniz var, amma cәsarәtli olun! Mәn dünyaya qalib gәldim".
1 İsa bunları söylәdikdәn sonra başını göyә qaldırıb dedi: "Ey Ata, vaxt gәldi; Öz Oğlunu izzәtlәndir ki, Oğul da Sәni izzәtlәndirsin. 2 Sәn Ona bütün bәşәr üzәrindә sәlahiyyәt verdin ki, Ona verdiyin şәxslәrin hamısına әbәdi hәyat versin. 3 Әbәdi hәyat da budur ki, Sәni – yeganә hәqiqi Allahı vә göndәrdiyin İsa Mәsihi tanısınlar. 4 Mәn yerinә yetirmәyi tapşırdığın işi tamamlamaqla Sәni yer üzündә izzәtlәndirdim. 5 Ey Ata, dünya yaranmazdan әvvәl Mәn Sәnin yanında olarkәn malik olduğum izzәti indi Mәnә Öz yanında ver. 6 Dünyadan Mәnә verdiyin adamlara Sәnin adını aşkar etdim. Onlar Sәninki idi. Sәn onları Mәnә verdin vә onlar Sәnin sözünә riayәt etdi. 7 İndi dә bilirlәr ki, Mәnә verdiyin bütün şeylәr Sәndәndir. 8 Çünki Mәnә bildirdiyin sözlәri onlara bildirdim, onlar da qәbul etdi. Sәnin yanından çıxıb gәldiyimi әminliklә bildilәr vә Mәni Sәn göndәrdiyinә inandılar. 9 Mәnim onlar üçün xahişim var. Dünya üçün deyil, Mәnә verdiyin kәslәr üçün xahişim var, çünki onlar Sәninkidir. 10 Mәnim olan hәr şey Sәnindir, Sәnin şeylәrin dә Mәnimdir vә Mәn onlarda izzәtlәnmişәm. 11 Mәn artıq dünyada deyilәm, onlarsa dünyadadır vә Mәn Sәnin yanına gәlirәm. Ey Müqәddәs Ata, onları Mәnә verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. 12 Onlarla birlikdә olduğum zaman onları Mәnә verdiyin adınla qoruyurdum. Onları saxladım vә Müqәddәs Yazı yerinә yetsin deyә hәlaka gedәn adamdan başqa, onlardan heç biri hәlak olmadı. 13 İndi isә Sәnin yanına gәlirәm. Dünyada ikәn bu sözlәri söylәyirәm ki, Mәnim sevincim onlarda kamil olsun. 14 Mәn onlara Sәnin sözünü verdim. Dünya isә onlara nifrәt etdi, çünki Mәn dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 15 Onları dünyadan götürmәyi deyil, şәr olandan qorumağı Sәndәn xahiş edirәm. 16 Mәn dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 17 Onları hәqiqәtlә tәqdis et. Sәnin sözün hәqiqәtdir. 18 Sәn Mәni dünyaya göndәrdiyin kimi Mәn dә onları dünyaya göndәrdim. 19 Mәn Özümü onların uğrunda tәqdis edirәm ki, onlar da hәqiqәtlә tәqdis olunsun. 20 Yalnız onlar üçün deyil, onların sözü ilә Mәnә iman edәnlәr üçün dә xahiş edirәm ki, 21 hamısı bir olsun. Ey Ata, Sәn Mәndә, Mәn dә Sәndә olduğum kimi onlar da Bizdә olsun ki, dünya Sәnin Mәni göndәrdiyinә inansın. 22 Mәnә verdiyin izzәti Mәn dә onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. 23 Mәn onlarda, Sәn dә Mәndә olmaqla bütünlüklә bir olsunlar ki, dünya Sәnin Mәni göndәrdiyini, Mәni sevdiyin kimi onları da sevdiyini bilsin. 24 Ey Ata, istәyirәm ki, Mәnә verdiyin şәxslәr dә Mәnim olduğum yerdә Mәnimlә birlikdә olub Mәnim izzәtimi görsünlәr. Bu izzәti dünya yaranmazdan әvvәl Mәni sevdiyin üçün Mәnә verdin. 25 Ey әdalәtli Ata, dünya Sәni tanımadı, Mәnsә Sәni tanıdım, bunlar da Sәnin Mәni göndәrdiyini bildi. 26 Sәnin adını onlara bildirdim vә yenә bildirәcәyәm ki, Sәnin Mәnә bәslәdiyin mәhәbbәt onlarda olsun, Mәn dә onlarda olum".
1 İsa bunları söylәdikdәn sonra şagirdlәri ilә birgә çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa vә şagirdlәri oraya girdi. 2 Ona xәyanәt edәn Yәhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdlәri ilә orada yığışırdı. 3 Belәcә Yәhuda bir alay әsgәrlә başçı kahinlәrin vә fariseylәrin göndәrdiyi bәzi mühafizәçilәri götürüb çıraqlar, mәşәllәr vә silahlarla oraya gәldi. 4 İsa başına gәlәcәk hәr şeyi bildiyi üçün qabağa çıxdı vә "Kimi axtarırsınız?" deyә onlardan soruşdu. 5 Ona cavab verdilәr: "Nazaretli İsanı". İsa onlara "Mәnәm" dedi. Ona xәyanәt edәn Yәhuda da onlarla yanaşı idi. 6 İsa onlara "Mәnәm" deyәndә geri çәkilib yerә qapandılar. 7 Onda yenә "Kimi axtarırsınız?" deyә onlardan soruşdu. Onlar da "Nazaretli İsanı" dedilәr. 8 İsa cavab verdi: "Sizә dedim ki, Mәnәm. Әgәr Mәni axtarırsınızsa, yanımdakıları buraxın getsinlәr". 9 Bunu etdi ki, әvvәlcә dediyi "Mәnә verdiyin şәxslәrin heç birini hәlak olmağa qoymadım" sözü yerinә yetsin. 10 Şimon Peterin yanında qılınc var idi. Onu çәkib baş kahinin qulunu vuraraq sağ qulağını kәsdi. O qulun adı Mәlik idi. 11 Onda İsa Peterә dedi: "Qılıncı qınına qoy! Atanın Mәnә verdiyi kasanı içmәyimmi?" 12 Belәcә minbaşı ilә alay vә Yәhudi başçılarının mühafizәçilәri İsanı tutub әl-qolunu bağladılar. 13 Onu әvvәlcә Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. 14 Bu hәmin Qayafa idi ki, "bir Adamın xalq uğrunda ölmәsi yaxşıdır" deyә Yәhudi başçılarına mәslәhәt vermişdi. 15 Şimon Peter vә başqa bir şagird İsanın ardınca gedirdi. Baş kahin o şagirdi tanıdığı üçün o, İsa ilә birlikdә baş kahinin hәyәtinә girdi. 16 Peter isә bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı hәmin şagird bayıra çıxıb qapıçı qızla danışdı vә Peteri içәri gәtirdi. 17 Bu arada qapıçı qız Peterdәn soruşdu: "Yoxsa sәn dә bu Adamın şagirdlәrindәnsәn?" O isә "xeyr, deyilәm" dedi. 18 Soyuq olduğu üçün qullar vә mühafizәçilәr orada ocaq qalamışdılar vә әtrafında dayanıb isinirdilәr. Peter dә onlarla yanaşı dayanıb isinirdi. 19 O vaxt baş kahin İsadan şagirdlәri vә tәlimi barәdә soruşdu. 20 İsa ona cavab verdi: "Mәn dünyaya açıq söylәmişәm, Yәhudilәrin hamısının toplaşdıqları sinaqoqlarda vә mәbәddә hәmişә tәlim öyrәdirdim, Mәn heç nәyi gizli söylәmәmişәm. 21 Niyә Mәndәn soruşursan? Nә dediyimi eşidәn adamlardan soruş. Axı onlar Mәnim söylәdiyim şeylәri bilir". 22 İsa bu sözlәri söylәyәndәn sonra orada duran mühafizәçilәrdәn biri "Baş kahinә belәmi cavab verirsәn?" deyib Ona bir şillә vurdu. 23 İsa ona cavab verdi: "Әgәr haqsız danışdımsa, haqsız olduğunu sübut et. Әgәr doğru dedimsә, onda Mәni nә üçün vurursan?" 24 Xanan Onu әl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndәrdi. 25 Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: "Yoxsa sәn dә Onun şagirdlәrindәnsәn?" O inkar edib "xeyr, deyilәm" söylәdi. 26 Baş kahinin qullarından biri Peterin vurub qulağını kәsdiyi adamın qohumu idi. Hәmin qul "Sәni bağçada Onunla birlikdә görmәdimmi?" deyә Peterdәn soruşdu. 27 Peter yenә inkar etdi. Hәmin anda xoruz banladı. 28 Sonra Yәhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Sәhәr açılırdı. Amma özlәri vali sarayına girmәdilәr ki, murdar olmasınlar vә Pasxa yemәyini yeyә bilsinlәr. 29 Ona görә dә Pilat bayıra, onların yanına çıxıb dedi: "Bu Adamı nәdә ittiham edirsiniz?" 30 Onlar Pilata cavab verdi: "Әgәr bu Adam cinayәtkar olmasaydı, Onu sәnә tәslim etmәzdik". 31 Pilat onlara dedi: "Onu siz götürüb öz Qanununuza görә mühakimә edin". Yәhudi başçıları Pilata dedi: "Bizim heç kәsi edam etmәyә icazәmiz yoxdur". 32 Onlar belә dedi ki, İsanın necә bir ölümlә ölәcәyinә işarә edәrәk söylәdiyi söz yerinә yetsin. 33 Pilat yenә vali sarayına girdi, İsanı çağırıb Ona dedi: "Yәhudilәrin Padşahı Sәnsәnmi?" 34 İsa cavab verdi: "Sәn bunu özündәnmi söylәyirsәn, yoxsa başqaları sәnә Mәnim barәmdә danışdı?" 35 Pilat dedi: "Mәgәr mәn Yәhudiyәm? Sәni Öz millәtin vә başçı kahinlәr mәnә tәslim etdi. Söylә, nә etmisәn?" 36 İsa cavab verdi: "Mәnim Padşahlığım bu dünyadan deyil. Әgәr Mәnim Padşahlığım bu dünyadan olsaydı, xidmәtçilәrim Yәhudi başçılarına tәslim edilmәmәyim üçün döyüşәrdi, amma indi Mәnim Padşahlığım buradan deyil". 37 Pilat ona dedi: "Demәk, Sәn Padşahsan?" İsa cavab verdi: "Sәnin dediyin kimi Mәn Padşaham. Mәn hәqiqәt barәdә şәhadәt etmәk üçün doğulub dünyaya gәldim. Hәqiqәtdәn olan hәr kәs Mәnim sәsimә qulaq asar". 38 Pilat Ona "Hәqiqәt nәdir?" dedi. Bunu deyәndәn sonra yenә bayıra, Yәhudilәrin yanına çıxıb onlara dedi: "Mәn Onda heç bir tәqsir görmürәm. 39 Axı sizdә bir adәtdir ki, Pasxa zamanı mәn sizin üçün bir nәfәri azad edirәm. İndi istәyirsinizsә, sizin üçün Yәhudilәrin Padşahını azad edim?" 40 Bunun cavabında onlar yenә bağırıb dedi: "Bu adamı yox, Barabbanı azad et!" Barabba isә bir quldur idi.
1 Onda Pilat İsanı aparıb qamçılatdı. 2 Әsgәrlәr dә tikandan bir tac hörüb Onun başına qoydular vә Ona tünd qırmızı paltar geyindirdilәr. 3 Onlar İsanın yanına gәlib "Yәhudilәrin Padşahı sağ olsun!" deyirdilәr vә Ona şillә vururdular. 4 Pilat yenә bayıra çıxıb Yәhudilәrә dedi: "Budur, Onu bayıra, sizin yanınıza gәtirirәm ki, Onda bir tәqsir görmәdiyimi bilәsiniz". 5 O zaman İsa başında tikandan tac, әynindә tünd qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: "O Adam budur!" 6 Başçı kahinlәr vә mühafizәçilәr Onu gördükdә "Çarmıxa çәk, çarmıxa çәk!" deyә bağırdı. Pilat onlara dedi: "Onu özünüz götürüb çarmıxa çәkin, çünki mәn Onda bir tәqsir görmürәm". 7 Yәhudilәr ona cavab verdilәr: "Bizim bir qanunumuz var, bu qanuna görә O ölmәlidir, çünki Özünü Allahın Oğlu adlandırır". 8 Pilat bu sözü eşidәndә daha da qorxdu. 9 Yenә vali sarayına girib İsadan soruşdu: "Sәn haradansan?" Amma İsa ona cavab vermәdi. 10 Pilat Ona dedi: "Mәnәmi cavab vermirsәn? Bilmirsәn ki, Sәni azad etmәyә yaxud çarmıxa çәkmәyә sәlahiyyәtim var?" 11 İsa ona cavab verdi: "Әgәr sәnә yuxarıdan verilmәsәydi, Mәnim üzәrimdә heç bir sәlahiyyәtin olmazdı. Buna görә dә Mәni sәnә tәslim edәnin günahı daha böyükdür". 12 Bundan sonra Pilat Onu azad etmәyә çalışdı, ancaq Yәhudilәr bağırıb dedilәr: "Әgәr bu Adamı azad etsәn, qeysәrin dostu deyilsәn. Kim özünü padşah elan edirsә, qeysәrә qarşı çıxmış olur". 13 Pilat bu sözü eşitdikdә İsanı bayıra apardı vә ibranicә Qabbata, yәni Daş döşәmә deyilәn yerdә hökm kürsüsünә oturdu. 14 Pasxaya hazırlıq günü idi. Altıncı saat radәlәri idi. Pilat Yәhudilәrә "Padşahınız budur!" dedi. 15 Amma onlar "Yox, rәdd olsun, rәdd olsun! Onu çarmıxa çәk!" deyә bağırdı. Pilat onlardan soruşdu: "Padşahınızımı çarmıxa çәkim?" Başçı kahinlәr cavab verdilәr: "Qeysәrdәn başqa padşahımız yoxdur!" 16 Onda Pilat İsanı çarmıxa çәkilmәk üçün onlara tәslim etdi. Әsgәrlәr İsanı götürüb apardılar. 17 İsa çarmıxını Özü daşıyaraq ibranicә Qolqota, yәni "Kәllә yeri" adlanan yerә çıxdı. 18 Orada Onu vә başqa iki nәfәri çarmıxa çәkdilәr: biri İsanın sağında, o biri isә solunda idi, İsa da ortada idi. 19 Pilat bir lövhә yazıb onu çarmıxın üstündә asdırdı. Orada belә yazılmışdı: "Yәhudilәrin Padşahı Nazaretli İsa". 20 Yәhudilәrin bir çoxu bu lövhәni oxudu, çünki İsanın çarmıxa çәkildiyi yer şәhәrә yaxın idi vә lövhәdә ibranicә, latınca vә yunanca yazılmışdı. 21 Bunu görüb Yәhudi başçı kahinlәri Pilata dedi: "“Yәhudilәrin Padşahı” yox, “Özünü Yәhudilәrin Padşahı adlandıran” yaz". 22 Pilat cavab verdi: "Nә yazdımsa, yazdım". 23 Әsgәrlәr İsanı çarmıxa çәkdiklәri zaman Onun paltarlarını götürüb hәr әsgәr üçün bir pay olmaqla dörd hissәyә böldülәr. Tikişsiz vә başdan-ayağa toxuma olan köynәyini götürdülәr. 24 Onlar bir-birinә dedi: "Bunu cırmayaq, püşk ataq, görәk kimin olur". Müqәddәs Yazıdakı "Aralarında paltarlarımı bölüşdürdülәr, Geyimim üçün püşk atdılar" sözü yerinә yetsin deyә әsgәrlәr bunu etdi. 25 İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Mәryәm vә Mәcdәlli Mәryәm dayanmışdı. 26 İsa anasını vә onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdә anasına dedi: "Ana, bu sәnin oğlundur!" 27 Sonra isә şagirdә dedi: "Bu da sәnin anandır!" Hәmin andan sonra şagird onu öz evinә apardı. 28 Daha sonra İsa hәr şeyin artıq tamam olduğunu bilәrәk Müqәddәs Yazı tam yerinә yetsin deyә "Susadım!" dedi. 29 Orada şәrab sirkәsi ilә dolu bir qab qoyulmuşdu. Bir süngәri şәrab sirkәsinә batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. 30 İsa şәrab sirkәsini daddı. Sonra "tamam oldu" dedi vә başını әyib ruhunu tapşırdı. 31 Hazırlıq günü olduğuna görә Yәhudi başçıları Pilatdan çarmıxa çәkilәnlәrin baldırlarının qırılmasını vә cәsәdlәrin götürülmәsini xahiş etdilәr. Onlar cәsәdlәrin Şәnbә günü çarmıxda qalmasını istәmirdilәr, çünki o Şәnbә günü böyük bir bayram idi. 32 Onda әsgәrlәr gәlib әvvәl İsa ilә çarmıxa çәkilәn bir adamın, sonra isә o biri adamın baldırlarını qırdılar. 33 İsanın yanına gәlәndә isә Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. 34 Amma әsgәrlәrdәn biri Onun böyrünü nizә ilә deşdi, o anda oradan qan vә su axdı. 35 Bunu görәn adam özü şәhadәt edir vә onun şәhadәti doğrudur, sizin dә iman etmәyiniz üçün hәqiqәti söylәdiyini bilir. 36 Bunlar ona görә oldu ki, Müqәddәs Yazıdakı "Onun bir sümüyü dә qırılmayacaq" sözü yerinә yetsin. 37 Yenә başqa bir Yazıda "bәdәnini deşdiklәri Şәxsә baxacaqlar" deyilir. 38 Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cәsәdini götürmәyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yәhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi vә Yusif gәlib İsanın cәsәdini götürdü. 39 Vaxtı ilә gecә ikәn İsanın yanına gәlәn Nikodim dә gәlib yüz litraya qәdәr qarışıq mirra vә әzvay gәtirdi. 40 İsanın cәsәdini götürüb Yәhudilәrin dәfn adәtinә uyğun olaraq әtirlәrlә birgә kәtan bezlәrә sarıdılar. 41 İsanın çarmıxa çәkildiyi yerdә bir bağça, bu bağçanın içindә dә hәlә heç kәsin qoyulmadığı tәzә bir qәbir var idi. 42 Qәbir yaxında olduğuna görә İsanın cәsәdini oraya qoydular, çünki o gün Yәhudilәrin Hazırlıq günü idi.
1 Hәftәnin ilk günü tezdәn, hәlә qaranlıq ikәn Mәcdәlli Mәryәm qәbirin yanına gәldi. O gördü ki, daş qәbirin ağzından götürülüb. 2 Onda qaçıb Şimon Peterlә İsanın sevimlisi olan o biri şagirdin yanına gәldi vә onlara dedi: "Rәbbi qәbirdәn aparıblar vә hara qoyulduğunu bilmirik". 3 Peterlә o biri şagird bayıra çıxıb qәbirә tәrәf getdi. 4 İkisi birgә qaçırdı, amma o biri şagird Peterdәn daha cәld qaçdı vә qabaqca qәbirә o çatdı. 5 Әyilib içәri baxdı vә kәtan bezlәrin düşüb-qaldığını gördü, ancaq içәri girmәdi. 6 O vaxt onun ardınca Şimon Peter dә gәlib qәbirә girdi. O, düşüb-qalan kәtan bezlәri 7 vә İsanın başına qoyulmuş dәsmalı gördü. Dәsmal kәtan bezlәrin yanında deyil, başqa bir yerdә bükülü qalmışdı. 8 Onda qәbirin yanına qabaqca gәlәn o biri şagird dә içәri girib bunları gördü vә iman etdi. 9 Çünki İsanın mütlәq ölülәr arasından dirilәcәyini bildirәn Müqәddәs Yazını onlar hәlә anlamırdı. 10 Belәcә şagirdlәr yenә evlәrinә qayıtdı. 11 Mәryәm isә ağlayaraq qәbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya әyilib qәbirin içinә baxdı. 12 Orada ağ paltar geymiş iki mәlәk gördü: biri İsanın cәsәdinin qoyulduğu yerin başında, o biri isә ayağında oturmuşdu. 13 Onlar Mәryәmdәn "Ey qadın, niyә ağlayırsan?" deyә soruşdu. Mәryәm dә onlara dedi: "Rәbbimi qәbirdәn aparıblar vә hara qoyduqlarını bilmirәm". 14 Bunu deyәndәn sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmәdi. 15 İsa ondan soruşdu: "Ey qadın, niyә ağlayırsan? Kimi axtarırsan?" Mәryәm Onun bağban olduğunu güman edәrәk dedi: "Ağa, әgәr Onu Sәn aparmısansa, hara qoyduğunu mәnә söylә, mәn dә Onu götürüm". 16 İsa ona "Mәryәm!" dedi. O da dönüb İsaya ibranicә "Rabbuni!" dedi. "Rabbuni""Müәllim" demәkdir. 17 İsa ona dedi: "Mәnә toxunma, çünki Mәn hәlә Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylә: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram". 18 Mәcdәlli Mәryәm şagirdlәrin yanına gәldi, onlara "Rәbbi görmüşәm!" deyib onun özünә bunları söylәdiyini bildirdi. 19 O gün – hәftәnin ilk günü axşam çağı Yәhudi başçılarından qorxduqları üçün şagirdlәrin olduqları yerin qapıları bağlı olsa da, İsa içәri girdi. O ortada durub onlara "Sizә salam olsun!" dedi. 20 Bunu söylәyib onlara әllәrini vә böyrünü göstәrdi. Şagirdlәr dә Rәbbi görüb sevindilәr. 21 İsa yenә onlara dedi: "Sizә salam olsun! Ata Mәni göndәrdiyi kimi Mәn dә sizi göndәrirәm". 22 Bunu söylәdikdәn sonra onların üzәrinә üfürәrәk dedi: "Müqәddәs Ruhu alın! 23 Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır". 24 Lakin On İki şagirddәn biri "Әkiz" adlanan Tomas İsa gәlәndә onların yanında deyildi. 25 O biri şagirdlәr Tomasa "Rәbbi gördük" deyәndә onlara söylәdi: "Әgәr Onun әllәrindә mıxların açdığı yaraları görmәsәm, mıxların yerinә barmağımla toxunmasam, böyrünә dә әlimi qoymasam, buna heç inanmaram". 26 Sәkkiz gün sonra İsanın şagirdlәri yenә otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içәri girdi. O ortada durub "Sizә salam olsun!" dedi. 27 Bundan sonra Tomasa söylәdi: "Barmağını buraya uzat, әllәrimә bax, әlini dә uzat, böyrümә qoy. İmansız olma, imanlı ol!" 28 Tomas cavab verib Ona "Ya Rәbbim vә Allahım!" dedi. 29 İsa ona dedi: "Sәn Mәni gördüyün üçünmü iman etdin? Görmәdәn iman edәnlәr nә bәxtiyardır!" 30 İsa şagirdlәrinin gözü önündә bir çox başqa әlamәtlәr dә göstәrdi ki, bu kitabda yazılmayıb. 31 Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Mәsih – Allahın Oğlu olduğuna inanasınız vә iman edәrәk Onun adı ilә hәyata malik olasınız.
1 Bu hadisәlәrdәn sonra İsa Tiberiya gölünün kәnarında yenә şagirdlәrә göründü. Bu belә oldu: 2 Şimon Peter, "Әkiz"adlanan Tomas, Qalileyanın Qana kәndindәn olan Natanael, Zavdayın oğulları vә Onun başqa iki şagirdi birlikdә idi. 3 Şimon Peter onlara "balıq ovuna gedirәm" dedi. O birilәr dә ona "biz dә sәninlә gedirik" dedi. Onlar gedib qayığa mindilәr, amma o gecә bir şey tuta bilmәdilәr. 4 Günәş doğarkәn İsa sahildә dayanmışdı, amma şagirdlәr Onun İsa olduğunu bilmәdilәr. 5 İsa onlara dedi: "Uşaqlar, yemәyә bir şey tutmusunuzmu?" Ona "xeyr" deyә cavab verdilәr. 6 İsa yenә dedi: "Toru qayığın sağ tәrәfinә atın, orada tapacaqsınız". Elәcә dә atdılar vә o qәdәr balıq tutdular ki, toru çәkә bilmirdilәr. 7 Onda İsanın sevimli şagirdi Peterә "Bu, Rәbdir" söylәdi. Şimon Peter Onun Rәbb olduğunu eşidәn kimi әynindәn çıxartdığı üst paltarına bürünüb gölә atıldı. 8 O biri şagirdlәr isә balıq torunu çәkә-çәkә qayıqda gәldilәr, çünki sahildәn uzaq deyildilәr, cәmi iki yüz qulac mәsafәdә idilәr. 9 Onlar quruya çıxanda orada közәrmiş ocağı, onun üzәrinә qoyulmuş balığı vә yanında olan çörәyi gördülәr. 10 İsa onlara dedi: "İndi tutduğunuz balıqlardan gәtirin". 11 Şimon Peter qayığa minib yüz әlli üç böyük balıqla dolu toru quruya çәkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. 12 İsa onlara dedi: "Gәlin, sәhәr yemәyi yeyin". Şagirdlәrdәn heç biri Ondan "Sәn kimsәn?"deyә soruşmağa cәsarәt etmirdi, çünki Onun Rәbb olduğunu bilirdilәr. 13 İsa gәlib çörәyi götürdü vә onlara verdi, elәcә balığı da verdi. 14 İsa ölülәr arasından dirildikdәn sonra artıq üçüncü dәfә idi ki, şagirdlәrә görünürdü. 15 Sәhәr yemәyindәn sonra İsa Şimon Peterә dedi: "Ey Yәhya oğlu Şimon, Mәni bunlardan çox sevirsәnmi?" Peter ona dedi: "Bәli, ya Rәbb, Sәni sevdiyimi bilirsәn". İsa ona dedi: "Quzularımı bәslә". 16 İkinci dәfә yenә Peterә dedi: "Ey Yәhya oğlu Şimon, Mәni sevirsәnmi?" O da İsaya dedi: "Bәli, ya Rәbb, Sәni sevdiyimi bilirsәn". İsa ona dedi: "Quzularımı otar". 17 Üçüncü dәfә Peterә dedi: "Ey Yәhya oğlu Şimon, Mәni sevirsәnmi?" Peter üçüncü dәfә İsanın ona "Mәni sevirsәnmi?" sualını vermәyinә kәdәrlәndi vә Ona dedi: "Ya Rәbb, Sәn hәr şeyi bilirsәn, Sәni sevdiyimi bilirsәn". İsa ona dedi: "Quzularımı bәslә. 18 Doğrusunu, doğrusunu sәnә deyirәm: cavan olanda qurşağını özün bağlayıb istәdiyin yerә gedәrdin, amma qocalanda әllәrini uzadacaqsan vә başqası sәnin qurşağını bağlayıb istәmәdiyin yerә aparacaq". 19 İsa bunu ona görә söylәdi ki, Peterin necә öz ölümü vasitәsilә Allahı izzәtlәndirәcәyinә işarә etsin. Bunu söylәdikdәn sonra ona "ardımca gәl" dedi. 20 Peter dә arxaya dönüb İsanın sevimli şagirdinin ardlarınca gәldiyini gördü. Bu hәmin şagird idi ki, axşam yemәyi zamanı İsanın sinәsinә әyilib "Ya Rәbb, Sәnә xәyanәt edәcәk adam kimdir?" demişdi. 21 Peter bu şagirdi görüb İsaya dedi: "Ya Rәbb, bәs o necә olacaq?" 22 İsa ona dedi: "Әgәr Mәn gәlәnә qәdәr onun sağ qalmasını istәyirәmsә, bundan sәnә nә? Sәn ardımca gәl". 23 Belәcә o şagirdin ölmәyәcәyi barәdә imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölmәyәcәyini demәmişdi, sadәcә olaraq "Әgәr Mәn gәlәnә qәdәr onun sağ qalmasını istәyirәmsә, bundan sәnә nә?" demişdi. 24 Bu hadisәlәrә şәhadәt edәrәk bunları yazan hәmin şagirddir. Biz dә bilirik ki, onun şәhadәti etibarlıdır. 25 İsanın etdiyi çoxlu başqa şeylәr dә var. Әgәr bunlar da bir-bir yazılsaydı, fikrimcә, yazılan kitablar heç dünyaya sığmazdı.
1 Ey Teofil, birinci yazılarım İsanın göyә qaldırıldığı günәdәk başladığı işlәr vә öyrәtmәyә başladığı tam tәlim barәsindәdir. 2 Göyә qaldırılmazdan әvvәl İsa seçdiyi hәvarilәrә Müqәddәs Ruh vasitәsilә әmrlәr verdi. 3 Ölüm әzabını çәkәndәn sonra hәvarilәrә çoxlu inandırıcı dәlillәrlә Özünü diri olaraq göstәrdi. O, qırx gün әrzindә onlara görünәrәk Allahın Padşahlığı barәdә danışırdı. 4 İsa onlarla duz-çörәk kәsәndә bu әmri verdi: "Yerusәlimdәn kәnara çıxmayın, Atanın verdiyi, Mәndәn eşitdiyiniz vәdin hәyata keçmәsini gözlәyin. 5 Belә ki Yәhya su ilә vәftiz edirdi, amma siz bir neçә gündәn sonra Müqәddәs Ruhla vәftiz olacaqsınız". 6 Hәvarilәr bir yerә toplaşanda İsadan soruşdular: "Ya Rәbb, İsraildә Padşahlığı indimi bәrpa edәcәksәn?" 7 İsa cavab verdi: "Atanın hökmü ilә tәyin olunan vaxtları vә tarixlәri bilmәk sizin işiniz deyil. 8 Amma Müqәddәs Ruh üzәrinizә enәndә siz qüvvә alacaqsınız vә Yerusәlimdә, bütün Yәhudeya vә Samariyada, hәmçinin yer üzünün qurtaracağınadәk hәr yerdә Mәnim şahidlәrim olacaqsınız". 9 İsa bunları deyәndәn sonra hәvarilәrin gözlәri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlәdi. 10 İsa göyә qalxanda onlar sәmaya baxırdılar. Elә hәmin an ağ libaslı iki kişi onların yanında peyda olub 11 soruşdu: "Ey Qalileyalılar, niyә sәmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyә qaldırılan İsanın aparıldığını necә gördünüzsә, elә dә qayıdacaq". 12 Bundan sonra hәvarilәr Zeytun dağı adlanan yerdәn Yerusәlimә endi. Bu dağ Yerusәlimin yaxınlığındadır, oraya olan mәsafә Şәnbә yolu qәdәrdir. 13 Onlar şәhәrә girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yәhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millәtçi Şimon vә Yaqub oğlu Yәhuda. 14 İsanın anası Mәryәmlә qardaşları vә başqa qadınlar da hәvarilәrlә birlikdә dayanmadan dua edirdi. 15 Hәmin günlәrdә tәxminәn yüz iyirmi bacı-qardaşdan ibarәt olan toplantı arasından Peter qalxıb dedi: 16 "Qardaşlar, İsanı tutanlara yol göstәrәn Yәhuda haqqında Müqәddәs Ruhun Davudun dili ilә әvvәlcәdәn dediyi Müqәddәs Yazı sözlәri yerinә yetmәlidir. 17 Yәhuda bizә qoşuldu, bu xidmәtdәn ona da pay düşdü. 18 Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kәllәmayallaq aşıb qarnı yırtıldı vә bağırsaqları töküldü. 19 Bütün Yerusәlim әhalisi bunu eşitdi vә o yeri öz dillәrindә “Haqal-Dema”, yәni “Qan Tarlası” adlandırdı. 20 Axı Zәbur kitabında yazılıb: “Mәskәni viran olsun, Kimsәsiz, boş qalsın” vә “Vәzifәsini başqası tutsun”. 21 Buna görә dә Rәbb İsanın aramıza gәlib-getdiyi müddәt әrzindә, yәni Yәhyanın vәftizindәn başlayaraq Rәbb İsanın göyә qaldırıldığı günә qәdәr yanımızdakılardan bir kişi Onun dirilmәsinә bizimlә birgә şahid olmalıdır". 23 Belәliklә, iki nәfәri – Barsabba çağırılan, hәm dә Yust adlanan Yusifi vә Mattiyanı namizәd göstәrdilәr. 24 Sonra dua etdilәr: "Ya Rәbb, Sәn hamının ürәyindәn xәbәrdarsan. Bu iki nәfәrdәn birini seçib bizә göstәr ki, 25 qoy onlardan biri bu xidmәtә – hәvari vәzifәsinә keçsin. Çünki Yәhuda öz yerini tutsun deyә bu işi atdı". 26 Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü vә o, hәvari sırasına – on bir nәfәrin yanına keçdi.
1 Әllinci Gün bayramı zamanı onların hamısı bir yerә yığılmışdı. 2 Birdәn güclü külәk uğultusu kimi göydәn bir sәs gәlib onlar oturan evin hәr tәrәfini bürüdü. 3 Onlara göründü ki, nә isә alov kimi dillәrә parçalanaraq hәr birinin üstünә düşür. 4 Onların hamısı Müqәddәs Ruhla doldu vә Ruhun danışdırdığına görә başqa dillәrdә danışmağa başladılar. 5 Bu vaxt sәma altında mövcud olan bütün millәtlәr arasından gәlәn mömin Yәhudilәr Yerusәlimdә yaşayırdılar. 6 Bu sәs gәlәndә orada böyük izdiham toplandı. Hamı öz dilindә danışıldığını eşidәndә çaş-baş qaldı. 7 Mat qalaraq heyrәt içindә dedilәr: "Bu danışanların hamısı Qalileyalı deyilmi? 8 Bәs necә olur ki, biz hamımız öz ana dilimizi eşidirik? 9 Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yәhudeyada, Kappadokiyada, Pontda vә Asiya vilayәtindә, 10 Frigiyada, Pamfiliyada, Misirdә vә Liviyanın Kirenaya yaxın bölgәlәrindә yaşayanlar, Romada yaşayan 11 Yәhudilәr vә Yәhudi dinini qәbul edәnlәr, Kritlilәr, Әrәblәr eşidirik ki, onlar bizim dilimizdә Allahın әzәmәtli işlәrindәn danışır". 12 Hamı mat qalıb çaşqınlıq içindә bir-birindәn soruşurdu: "Bu nәdir?" 13 Bәzilәri dә rişxәndlә deyirdi: "Bunlar şirin şәrabdan sәrxoş olublar". 14 Peter On Bir hәvari ilә bәrabәr irәli çıxdı vә izdihama ucadan nida etdi: "Ey Yәhudilәr vә Yerusәlimin bütün sakinlәri, sizә bildirirәm, sözlәrimә qulaq asın. 15 Bu adamlar fikirlәşdiyiniz kimi sәrxoş deyil. Hәlә günün üçüncü saatıdır. 16 Bu gördüklәriniz Yoel peyğәmbәr vasitәsilә әvvәlcәdәn deyilәn hadisәdir. 17 Allah dedi ki, axır zamanda “Bütün bәşәr üzәrinә Ruhumdan tökәcәyәm. Oğullarınız vә qızlarınız peyğәmbәrlik edәcәk, Cavanlarınız görüntülәr, Ağsaqqallarınızsa röyalar görәcәk. 18 O günlәrdә qul vә qarabaşların üzәrinә dә Ruhumdan tökәcәyәm, Onlar da peyğәmbәrlik edәcәk. 19 Yuxarıda – göylәrdә xariqәlәr, Aşağıda – yerdә әlamәtlәr göstәrәcәyәm: Qan, alov vә tüstü buxarları görünәcәk. 20 Rәbbin möhtәşәm vә әzәmәtli günü gәlmәzdәn әvvәl Günәş qaranlığa vә ay qan rәnginә dönәcәk. 21 Rәbbin adını çağıran hәr kәs xilas olacaq”. 22 Ey İsraillilәr, bu sözlәrimә qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitәsilә yaratdığı möcüzәlәr, xariqәlәr vә әlamәtlәr aydın göstәrdi ki, O, Allahdan gәlәn Şәxsdir. 23 Allahın әzәldәn bilib müәyyәn etdiyi mәqsәdә uyğun olaraq siz bu Şәxsi qanunsuzlara tәslim edib onların әli ilә çarmıxa mıxlatdıraraq öldürdünüz. 24 Allah isә ölüm әzablarını kәsәrәk Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilmәzdi. 25 Davud da Onun barәsindә demişdi: “Rәbbә әbәdilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram. 26 Elә bunun üçün qәlbim sevinir, dilim şad olur, Cismim belә, ümidlә yaşayır. 27 Çünki mәni ölülәr diyarına atmazsan, Mömin insanını çürümәyә qoymazsan. 28 Mәnә hәyat yolunu öyrәdirsәn, Hüzurunda mәnә doyunca sevinc verirsәn”. 29 Qardaşlar, sizә cәsarәtlә demәliyәm ki, doğrudan da, ulu babamız Davud ölüb vә dәfn olunub. Onun qәbri bu günә qәdәr buradadır. 30 Davud peyğәmbәr idi vә öz nәslindәn bir Nәfәri onun taxtına çıxarmaq üçün Allahın and içәrәk Davuda vәd etdiyini bilirdi. 31 Ona görә Mәsihin dirilmәsini әvvәlcәdәn görüb barәsindә demişdi ki, Allah Onu ölülәr diyarına atmaz, Cismini çürümәyә qoymaz. 32 Allah bu İsanı ölümdәn diriltdi vә hamımız buna şahid olduq. 33 Allah Onu ucaltdı vә sağ әlindә oturtdu. O, vәd edilәn Müqәddәs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzә tökdü. 34 Davud özü göylәrә qalxmadı, amma belә dedi: “Rәbb mәnim Ağama dedi: 35 ‹Mәn düşmәnlәrini ayaqlarının altına kәtil kimi salanadәk Sağımda otur›”. 36 Ona görә dә qoy bütün İsrail xalqı möhkәm bilsin ki, Allah sizin çarmıxa çәkdiyiniz bu İsanı hәm Rәbb, hәm dә Mәsih tәyin etmişdir". 37 Bu sözlәr ona qulaq asanların ürәyinә ox kimi sancıldı. Onlar hәm Peterdәn, hәm dә o biri hәvarilәrdәn soruşdular: "Qardaşlar, bәs biz nә edәk?" 38 Peter onlara cavab verdi: "Tövbә edin, hamınız İsa Mәsihin adı ilә vәftiz olun. Onda günahlarınız bağışlanacaq vә bәxşiş olaraq Müqәddәs Ruhu alacaqsınız. 39 Çünki bu vәd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rәbbin çağırdığı hәr kәs üçündür". 40 Peter başqa çox söz deyib onlara xәbәrdarlıq etdi vә yalvardı: "Bu әyri nәsildәn xilas olun". 41 Onun sözünü qәbul edәnlәr vәftiz oldu. O gün üç min nәfәrә yaxın insan imanlılara qoşuldu. 42 Onlar da özlәrini hәvarilәrin tәliminә, hәr şeydә şәrik olmağa, birgә çörәk bölmәyә vә duaya hәsr etdilәr. 43 Bütün imanlıların ürәyinә qorxu düşdü. Hәvarilәr vasitәsilә çoxlu xariqәlәr vә әlamәtlәr göstәrilirdi. 44 İman edәnlәrin hamısı bir yerdә idi, bütün әmlaklarından da birgә istifadә edirdi. 45 Onlar mallarını, mülklәrini satıb pulu hәr kәsә ehtiyacına görә paylayırdılar; 46 hәr gün mәbәdә yığılmaqda davam edir, evlәrdә sevinә-sevinә, sәmimi qәlbdәn çörәk bölüb yeyirdilәr. 47 Onlar Allaha hәmd edir vә bütün xalq qarşısında lütf qazanırdı. Rәbb isә hәr gün insanları xilas edir vә imanlılara qoşurdu.
1 Bir gün Peterlә Yәhya doqquzuncu saatda, dua vaxtı mәbәdә gedirdi. 2 Bu zaman anadangәlmә ayaqları şikәst olan bir kişi mәbәdin Gözәl adlı qapısına gәtirilirdi. Hәr gün bu adamı ona görә oraya gәtirәrdilәr ki, mәbәdә gәlib-gedәnlәrdәn dilәnәrәk nәzir alsın. 3 O, mәbәdә girәn Peterlә Yәhyanı görüb onlardan nәzir istәdi. 4 Peterlә Yәhya ona diqqәtlә baxdı. Peter ona dedi: "Bizә bax". 5 Bu kişi onlardan nә isә umaraq gözlәrini onların üzünә dikdi. 6 Peter ona dedi: "Nә qızılım, nә dә gümüşüm var ki, sәnә verim. Nәyim varsa, sәnә onu verirәm. Nazaretli İsa Mәsihin adı ilә qalx, gәz". 7 Sonra onu sağ әlindәn tutub qaldırdı. Bu kişinin topuqları vә ayaqları dәrhal qüvvәt aldı. 8 Atılaraq ayağa qalxdı vә yerimәyә başladı. Qaçıb tullana-tullana, Allaha hәmd edәrәk onlarla bәrabәr mәbәdә girdi. 9 Bütün xalq gördü ki, bu kişi yeriyir vә Allaha hәmd edir. 10 Onun mәbәdin Gözәl Qapısında oturub dilәnәn kişi olduğunu tanıyanda hamı ondakı dәyişikliyә mat qalıb heyrәtә düşdü. 11 Bu kişi Peterin vә Yәhyanın әlindәn yapışdı. Heyrәtә düşәn bütün xalq onlara tәrәf, Süleymanın eyvanı adlanan yerә qaçdı. 12 Bunu görәn Peter xalqa nida etdi: "Ey İsraillilәr, burada heyrәtamiz nә var ki? Niyә gözlәrinizi bizә dikib baxırsınız? Elә bil biz öz qüvvәmizlә, öz möminliyimizlә bu kişinin yerimәsinә sәbәb olmuşuq. 13 İbrahimin Allahı, İshaqın Allahı vә Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzәtlәndirib. Siz Onu sataraq Pilatın qarşısında rәdd etdiniz. Pilat Onu azad etmәk üçün qәrar vermişdi, 14 amma siz Müqәddәs vә Saleh Olanı rәdd edib bir qatilin azad edilmәsini istәdiniz. 15 Siz Hәyat Banisini öldürdünüz, amma Allah Onu ölülәr arasından diriltdi. Biz bunun şahidlәriyik. 16 Gördüyünüz vә tanıdığınız bu kişi İsanın adı sayәsindә, Onun adına olan imanla sağaldı. İsa vasitәsilә olan imanla bu kişi hamınızın gözü qarşısında tam şәfa tapdı. 17 İndi, ey qardaşlar, bilirәm ki, rәhbәrlәriniz kimi siz dә bunu bilmәdәn etmisiniz. 18 Amma Allah peyğәmbәrlәrin dili ilә Öz Mәsihinin әzab çәkmәsi barәdә әvvәlcәdәn bәyan etdiyini yerinә yetirdi. 19 Belәliklә, günahlarınız silinsin deyә tövbә edib Allaha tәrәf dönün ki, 20 Rәbbin hüzurunda rahatlıq vaxtı tapasınız vә O da sizin üçün әvvәlcәdәn tәyin olunan Mәsihi, yәni İsanı göndәrsin. 21 Çünki Allahın qәdimdәn bәri müqәddәs peyğәmbәrlәrinin dili ilә mәlum etdiyi kimi hәr şeyin yenidәn hazırlanacağı vaxtacan İsanın sәmada qalması lazımdır. 22 Musa belә demişdi: “Allahınız Rәbb sizin üçün öz soydaşlarınız içәrisindәn mәnim kimi bir peyğәmbәr yetirәcәk. Sizә nә söylәyәcәksә, ona qulaq asın”. 23 “Bu peyğәmbәrә qulaq asmayan hәr adam xalqı arasından ayrılıb mәhv edilәcәk”. 24 Şamueldәn başlayaraq bütün peyğәmbәrlәr bu günlәri elan etdilәr. 25 Siz dә peyğәmbәrlәrin varislәri, Allahın ata-babalarınızla kәsdiyi Әhdin varislәrisiniz. Allah İbrahimә demişdi: “Yer üzünün bütün tayfaları sәnin nәslinin vasitәsilә xeyir-dua alacaq”. 26 Allah hәr birinizi pis әmәllәrinizdәn döndәrmәk vә xeyir-dua vermәk üçün Öz Qulunu dirildәrәk әvvәlcә sizin yanınıza göndәrdi".
1 Kahinlәr, mәbәd mühafizәçilәrinin başçısı vә sadukeylәr xalqa vәz edәn Peterlә Yәhyanın üstünә getdi. 2 Çünki bu hәvarilәrin xalqı öyrәtmәsinә, İsaya şamil edәrәk ölülәr arasından dirilmәni bәyan etmәsinә qıcıqlandılar. 3 Onları tutdular vә axşam olduğu üçün sabahkı günә qәdәr zindanda saxladılar. 4 Lakin onların sözünә qulaq asanlardan bir çoxu iman etdi. Belәliklә, iman edәn kişilәrin sayı beş minә qәdәr çatdı. 5 Ertәsi gün Yәhudilәrin rәhbәrlәri, ağsaqqalları vә ilahiyyatçıları Yerusәlimә toplaşdı. 6 Baş kahin Xanan, Qayafa, Yәhya, İsgәndәr vә baş kahinin nәslindәn olanların hamısı orada idi. 7 Peterlә Yәhyanı onların qarşısına gәtirib soruşdular: "Siz bunu hansı qüvvә ilә, kimin adı ilә edirsiniz?" 8 O zaman Peter Müqәddәs Ruhla dolub dedi: "Ey xalqın rәhbәrlәri vә ağsaqqalları! 9 Әgәr bu gün biz bir xәstәyә etdiyimiz yaxşılığa vә onun necә sağalmasına görә sorğu-suala çәkiliriksә, 10 hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çәkdiyiniz, lakin Allahın ölülәr arasından diriltdiyi Nazaretli İsa Mәsihin adı ilә qarşınızda sağlam durub. 11 Siz “bәnnaların rәdd etdiyi daş guşәdaşı olan” hәmin İsadır. 12 Ondan başqa heç kimdә xilas yoxdur. Çünki sәma altında biz insanlara verilәn başqa bir ad yoxdur ki, onun vasitәsilә xilas olaq". 13 Onlar Peter vә Yәhyanın cәsarәtini görәndә, onların savadsız, sadә insanlar olduğunu bilәndә heyrәtә düşdülәr, amma tanıdılar ki, onlar İsa ilә birgә olmuşdular. 14 Şәfa tapan adam Peter vә Yәhya ilә birgә onların gözlәri qarşısında durmuşdu, buna görә onların әleyhinә heç nә deyә bilmәdilәr. 15 Ali Şuranın üzvlәri onlara bayıra çıxmağı әmr edәndәn sonra aralarında müzakirәyә başlayıb 16 dedilәr: "Bu adamlara nә edәk? Bütün Yerusәlim әhalisinә aydın olub ki, bu adamların әli ilә әhәmiyyәtli bir әlamәt göstәrilib vә biz bunu dana bilmәrik. 17 Amma bu xәbәrin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hәdә-qorxu gәlәk ki, bundan sonra bu Adı çәkib heç kimә heç nә demәsinlәr". 18 Belәcә onları çağırıb әmr verdilәr ki, İsanın adını bәyan etmәk vә bu adla hәr hansı bir tәlim öyrәtmәk qadağandır. 19 Lakin Peterlә Yәhya cavab verib dedi: "Özünüz qәrar verin, Allaha deyil, sizә qulaq asmaq Allahın gözündә nә qәdәr doğrudur? 20 Axı eşidib-gördüklәrimizi demәyә bilmәrik". 21 Ali Şuranın üzvlәri onlara cәza vermәk üçün imkan tapa bilmәdiklәrinә görә onları bir daha hәdәlәyәndәn sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verәn hadisәyә görә Allahı izzәtlәndirdi. 22 Bu әlamәt vasitәsilә sağalan adamın qırxdan artıq yaşı var idi. 23 Azadlığa buraxılan Peter vә Yәhya öz yoldaşlarının yanına gәlib başçı kahinlәrlә ağsaqqalların sözlәrini onlara çatdırdı. 24 Yoldaşları bunu eşidәrkәn bir nәfәr kimi Allaha nida etdilәr: "Ey Pәrvәrdigarımız, yeri, göyü, dәnizi vә bunların içindәki hәr şeyi yaradan Sәnsәn. 25 Müqәddәs Ruh vasitәsilә Öz qulun atamız Davudun dili ilә belә dedin: “Nә üçün millәtlәr belә hirslәnir, Ümmәtlәr boş şeylәr düşünür? 26 Dünya şahları yığışır, Hökmdarlar Rәbbә vә Onun mәsh etdiyinә qarşı birlәşir”. 27 Hәqiqәtәn, Hirod vә Ponti Pilat başqa millәtlәr vә İsrail xalqı ilә birlikdә Sәnin mәsh etdiyin müqәddәs Qulun İsanın әleyhinә bu şәhәrdә toplaşdı ki, 28 Sәnin әvvәldәn qәrar verdiyin, Sәnin әlindә vә niyyәtindә olan şeylәri hәyata keçirsin. 29 İndi, ya Rәbb, onların etdiklәri hәdә-qorxuya bax! Biz qullarına güc ver ki, Sәnin sözlәrini tam cәsarәtlә yayaq. 30 Xәstәlәri sağaltmaq üçün әlini uzat vә müqәddәs Qulun İsanın adı ilә әlamәtlәr vә xariqәlәr göstәr". 31 Onlar dualarını qurtaran kimi toplandıqları yer lәrzәyә gәldi vә onların hamısı Müqәddәs Ruhla dolub Allahın kәlamını cәsarәtlә yaymağa başladı. 32 İmanlıların hamısı canbir qәlbdә idi. Heç kim öz әmlakına "bu mәnimdir" demir, bütün әmlaklarından birgә istifadә edirdi. 33 Hәvarilәr Rәbb İsanın dirilmәsi barәdә böyük qüvvә ilә şәhadәt edirdi vә hamısının üzәrinә bol-bol lütf ehsan olunurdu. 34 Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq vә ev sahibi olanlar mülkünü satıb pulunu gәtirәr, 35 hәvarilәrin ixtiyarına verәrdi. Bu da hәr kәsә ehtiyacına görә paylanardı. 36 Mәsәlәn, Kiprdә anadan olan, hәvarilәrin Barnaba adlandırdığı (mәnası) "Tәsәlli oğlu" Levili Yusif 37 sahib olduğu torpaq sahәsini sataraq pulunu gәtirib hәvarilәrin ixtiyarına verdi.
1 Xananya adında bir kişi arvadı Sapfira ilә razılığa gәlib bir mülk satdı. 2 O, pulun bir hissәsini özünә götürüb qalan hissәsini hәvarilәrin ixtiyarına verdi. Arvadının da bu işdәn xәbәri var idi. 3 Peter ona dedi: "Xananya, niyә ürәyinә Şeytanı buraxıb Müqәddәs Ruha yalan söylәyәrәk torpağın pulunun bir hissәsini özünә götürdün? 4 Bu torpaq satılmamışdan әvvәl sәnin deyildimi? Sәn onu satandan sonra da pul sәnin ixtiyarında deyildimi? Bu nә niyyәtdir, ürәyindә tutmusan? Sәn insanlara deyil, Allaha yalan satdın". 5 Xananya bunları eşidәn kimi yerә yıxıldı vә canı çıxdı. Bunu eşidәn hәr kәsi böyük bir vahimә bürüdü. 6 Gәnclәr gәlib Xananyanın meyitini kәfәnә bürüdülәr vә aparıb dәfn etdilәr. 7 Bundan tәxminәn üç saat sonra Xananyanın arvadı içәri daxil oldu. Onun olub-keçәnlәrdәn heç bir xәbәri yox idi. 8 Peter ondan soruşdu: "Mәnә söylә, torpağı bu qiymәtәmi satdınız?" Qadın cavab verdi: "Bәli, o qiymәtә". 9 Peter ona dedi: "Niyә әlbir olub Rәbbin Ruhunu sınamaq istәdiniz? Budur, әrini dәfn edәnlәrin ayaq sәslәri qapı ağzındadır, indi dә sәni aparmağa gәlirlәr". 10 Qadın hәmin an Peterin ayaqları qarşısına yıxıldı vә canı çıxdı. İçәri daxil olan gәnclәr gördülәr ki, o da ölüb. Onlar onu götürüb әrinin yanında dәfn etdilәr. 11 Bütün imanlılar cәmiyyәtini vә bu hadisәni eşidәnlәrin hamısını böyük bir vahimә bürüdü. 12 Hәvarilәr vasitәsilә xalq arasında çox әlamәtlәr vә xariqәlәr göstәrilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı. 13 Xalqın gözündә böyük nüfuz qazansalar da, kәnardan heç kim onlara qoşulmağa cürәt etmirdi. 14 Buna baxmayaraq, get-gedә daha çox qadın vә kişi Rәbbә iman gәtirirdi. 15 Buna görә dә Peter yoldan keçәndә heç olmasa kölgәsi xәstәlәrin üstünә düşsün deyә xalq öz xәstәlәrini döşәk vә çarpayı ilә birlikdә küçәlәrә çıxarıb qoyardı. 16 Yerusәlimin әtraf şәhәrlәrindә yaşayanlar da axın-axın gәlәr, öz xәstәlәrini vә natәmiz ruhdan әzab çәkәnlәri gәtirәrdi. Onların hamısı şәfa tapardı. 17 Bu, baş kahin vә yanındakıların hamısını, yәni sadukey tәriqәtinә mәnsub olanları hәrәkәtә gәtirdi, çünki qısqanclıqları aşıb-daşırdı. 18 Ona görә hәvarilәri tutub ümumi zindana atdılar. 19 Amma Rәbbin mәlәyi gecәnin bir vaxtında gәlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: 20 "Gedin, mәbәddә durun vә camaata yeni hәyatla bağlı sözlәrin hamısını deyin". 21 Hәvarilәr bunu eşidәndә sәhәr tezdәn mәbәdә daxil olub tәlimlәrini öyrәtmәyә başladılar. Baş kahin vә yanındakılar gәlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar mәclisini çağırdı ki, bir yerә yığılsınlar. Onlar hәvarilәri gәtirtmәk üçün zindana mühafizәçilәri göndәrdi. 22 Lakin mühafizәçilәr gәlib zindanda hәvarilәri tapa bilmәdi vә geri qayıdıb belә xәbәr verdilәr: 23 "Gördük ki, zindan bağlıdır, tamamilә nәzarәt altındadır vә gözәtçilәr qapıda dayanıb. Amma qapıları açanda içәridә heç kimi tapa bilmәdik". 24 Bu sözlәri eşidәn mәbәd mühafizәçilәrinin başçısı ilә başçı kahinlәr "Bu işin sonu necә qurtaracaq?" deyә çaşıb-qaldılar. 25 Elә bu zaman kimsә onların yanına gәlib xәbәr verdi: "Baxın, zindana saldığınız adamlar mәbәddә dayanıb camaata tәlim öyrәdir". 26 Bu vaxt başçı ilә mühafizәçilәr gedib hәvarilәri gәtirdi. Xalqın onları daşqalaq etmәsindәn qorxduqları üçün güc tәtbiq etmәdilәr. 27 Onlar hәvarilәri Ali Şuranın qarşısına gәtirdilәr. Baş kahin onlardan soruşdu: 28 "Bu adla tәlim öyrәtmәyi sizә qәti qadağan etmәdikmi? Amma siz tәliminizi bütün Yerusәlimә yaydınız vә o Adamın qanını bizim boynumuza yüklәmәk istәyirsiniz". 29 Peter vә başqa hәvarilәr belә cavab verdi: "İnsana deyil, Allaha itaәt etmәk daha vacibdir. 30 Ata-babamızın Allahı sizin çarmıxa çәkib öldürdüyünüz İsanı diriltdi. 31 İsrailә günahlarından tövbә vә bağışlanma imkanı vermәk üçün Allah Onu Bani vә Xilaskar olaraq Öz sağ tәrәfinә qaldırdı. 32 Bu şeylәr barәdә biz şahidik, Allahın Özünә itaәt edәnlәrә verdiyi Müqәddәs Ruh da şahiddir". 33 Onlar bunu eşidәndә çox qәzәblәndi vә hәvarilәri öldürmәk istәdilәr. 34 Lakin bütün xalqın hörmәtini qazanmış Qanun müәllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı vә әmr etdi ki, bu adamları qısa müddәtә bayıra çıxarsınlar. 35 O, Ali Şuranın üzvlәrinә belә dedi: "Ey İsraillilәr, bu insanlara nә edәcәyiniz barәdә yaxşı-yaxşı fikirlәşin. 36 Bir qәdәr bundan әvvәl Tevda özü barәsindә yüksәk iddiada olaraq ortaya çıxdı vә ona tәxminәn dörd yüz nәfәr qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tәrәfdarları darmadağın edildi vә bu hәrәkat yatırıldı. 37 Sonra siyahıyaalma zamanı Qalileyalı Yәhuda ortaya çıxdı vә camaatı ardınca apardı. O da öldü vә tәrәfdarlarının hamısı darmadağın edildi. 38 İndiki iş barәsindә sizә onu deyirәm ki, bu adamlardan әl çәkin vә azad buraxın. Әgәr bu hәrәkat, bu iş insandandırsa, mәhv olub gedәcәk. 39 Yox, әgәr Allahdandırsa, bu adamların işini mәhv edә bilmәzsiniz. Allaha qarşı çıxanların vәziyyәtinә belә, düşә bilәrsiniz". Onlar Qamlielin sözünә baxdılar, 40 hәvarilәri içәri çağırıb qamçılatdılar vә әmr etdilәr ki, İsanın adını çәkәrәk heç nә danışmasınlar. Sonra onları azad etdilәr. 41 Hәvarilәr bu ad uğrunda tәhqirә layiq görüldüklәri üçün sevinәrәk Ali Şuranın önündәn ayrıldılar. 42 Onlar hәr gün mәbәddә vә evlәrdә tәlim öyrәtmәkdәn, İsanın Mәsih olması barәdә Müjdәni yaymaqdan әl çәkmәdilәr.
1 O günlәrdә – şagirdlәrin çoxaldığı vaxtda yunanca danışan Yәhudilәr ibranicә danışan Yәhudilәrdәn şikayәt etmәyә başladı. Çünki gündәlik yardım paylananda onların dul qadınlarını nәzәrә almamışdılar. 2 Ona görә On İki hәvari bütün şagirdlәri bir yerә yığıb belә dedi: "Allahın kәlamını vәz etmәk işini atıb maddi işlәrlә mәşğul olmağımız düzgün deyil. 3 Ey qardaşlar, aranızda etibar qazanmış, Ruh vә hikmәtlә dolu olan yeddi kişi seçin ki, onları bu işә tәyin edәk. 4 Biz isә özümüzü duaya vә Allahın kәlamını yaymağa hәsr edәk". 5 Bu sözlәr bütün toplantının xoşuna gәldi. Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı vә Yәhudi dinini qәbul edәn Antakyalı Nikolanı seçdilәr. Stefan iman vә Müqәddәs Ruhla dolu bir kişi idi. 6 Bunları hәvarilәrin qarşısına çıxardılar. Hәvarilәr dә dua edib onların üzәrinә әl qoydular. 7 Allahın kәlamı yayılır, Yerusәlimdә şagirdlәrin sayı xeyli artır vә bir çox kahinlәr dә bu imana tabe olurdu. 8 Lütf vә qüvvә ilә dolu olan Stefan xalq arasında böyük xariqә vә әlamәtlәr göstәrirdi. 9 Belә olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bәzi üzvlәri, Kirenalılardan, İsgәndәriyyәlilәrdәn, Kilikiyadan vә Asiya vilayәtindәn bәzi insanlar Stefana qarşı çıxıb onunla mübahisәyә başladı. 10 Amma Stefanın sözündәki hikmәtin vә Ruhun qarşısında dayana bilmәdilәr. 11 Onda bir neçә nәfәri şirniklәndirdilәr ki, belә desinlәr: "Bu adamın hәm Musaya, hәm dә Allaha qarşı küfr dolu sözlәr dediyini eşitmişik". 12 Belәliklә, xalqı, ağsaqqalları vә ilahiyyatçıları da tәşvişә saldılar. Stefanın üstünә gәlib onu tutdular vә Ali Şuranın qarşısına gәtirdilәr. 13 Gәtirdiklәri yalançı şahidlәr onun üzünә durub dedilәr: "Bu adam dayanmadan bu Müqәddәs mәkana vә Qanuna qarşı danışır. 14 “Nazaretli İsa bu mәkanı darmadağın edәcәk” vә Musadan bizә әmanәt qalan adәtlәri dәyişәcәk" dediyini özümüz eşitmişik. 15 Ali Şurada oturanların hamısı Stefana diqqәtlә baxanda gördü ki, onun üzü bir mәlәyin üzünә bәnzәyir.
1 Baş kahin Stefandan soruşdu: "Bunlar doğrudurmu?" 2 Stefan belә cavab verdi: "Qardaşlar vә atalar, mәni dinlәyin! Atamız İbrahim hәlә Mesopotamiyada ikәn Xaranda mәskunlaşmazdan әvvәl izzәtli Allah ona göründü. 3 Ona belә dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sәnә göstәrәcәyim torpağa get”. 4 Buna görә İbrahim Xaldeylilәrin ölkәsini tәrk edib Xarana köçdü. Atasının ölümündәn sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkәyә gәtirdi. 5 Burada ona irs olaraq bir qarış belә, torpaq vermәdi. Amma İbrahimin o zaman hәlә övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona vә onun gәlәcәk nәslinә verәcәyini vәd etmişdi. 6 Allah ona belә dedi: “Nәslin yad ölkәdә qәrib olacaq, orada olan millәtә kölәlik edәcәk vә onlara dörd yüz il zülm edilәcәk”. 7 “Ancaq onların kölәlik edәcәklәri millәti Özüm cәzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” vә “bu yerdә Mәnә ibadәt edәcәklәr”. 8 Sonra Allah onunla sünnәtlә bağlı Әhd kәsdi. Belәliklә dә, İbrahim İshaqın atası olarkәn onu sәkkiz günlük olanda sünnәt etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törәdi. 9 Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirә satdı. Lakin Allah Yusifә yar idi. 10 Onu bütün әziyyәtlәrdәn qurtardı vә ona hikmәt verәrәk Misir hökmdarı fironun gözündә lütf qazandırdı. Firon onu Misirin vә öz sarayında olan bütün xalqın rәhbәri tәyin etdi. 11 Sonra bütün Misir vә Kәnan torpağı aclıq vә böyük әziyyәtlәrlә üzlәşdi. Bu ata-babalarımız yemәk tapa bilmәdi. 12 Yaqub eşidәndә ki, Misirdә taxıl var, bu ata-babalarımızı birinci dәfә oraya göndәrdi. 13 Onlar ikinci dәfә Misirә gәlәndә Yusif qardaşlarına özünü tanıtdı. Bununla da firon Yusifin ailәsi ilә tanış oldu. 14 Yusif atası Yaquba xәbәr göndәrib onunla birgә bütün qohumlarını – yetmiş beş nәfәri çağırtdırdı. 15 Belәliklә, Yaqub Misirә getdi. Özü ilә bu ata-babalarımız da orada öldü. 16 Onların cәsәdlәri sonradan Şekemә gәtirildi vә Şekemdә İbrahimin Xamor övladlarından bir neçә gümüşә satın aldığı qәbirdә dәfn olundu. 17 Allahın İbrahimә bәyan etdiyi vәdin hәyata keçdiyi vaxt yaxınlaşanda Misirdәki xalqımızın sayı bir xeyli çoxalmışdı. 18 Axırda Misirdә Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. 19 Bu adam soydaşlarımıza hiylә işlәtdi, zorakılıqla ata-babalarımızı mәcbur etdi ki, yeni doğulan körpәlәrini sağ qalmasın deyә bayıra atsınlar. 20 Bu dövrdә son dәrәcә gözәl bir körpә olan Musa doğuldu. O, üç ay atasının evindә bәslәndi. 21 Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünә övlad etdi vә öz oğlu kimi böyütdü. 22 Musa Misirlilәrin bütün elmi biliklәrinә bağlı tәrbiyә alıb söz vә әmәlindә güclü bir şәxsiyyәt oldu. 23 Musa qırx yaşına çatanda ürәyindә soydaşları İsrail övladlarının vәziyyәtini yaxından bilmәk arzusu oyandı. 24 Onlardan birinin zәrәr çәkdiyini görәndә Musa onu müdafiә etdi. Zәrәr vuran Misirlini öldürәrәk әzilәn insanın intiqamını aldı. 25 O belә fikirlәşdi: “Soydaşlarım dәrk edәcәklәr ki, mәnim vasitәmlә Allah onları xilas edir”. Amma onlar bunu dәrk etmәdilәr. 26 Ertәsi gün Musa dalaşan iki İsraillini görәndә onları barışdırmaq istәdi vә dedi: “Ay kişilәr, siz soydaşsınız, niyә bir-birinizә zәrәr vurursunuz?” 27 Lakin soydaşına zәrәr vuran kişi Musanı itәlәyib dedi: “Sәni bizim üstümüzә kim başçı vә hakim qoyub? 28 Yoxsa dünәn Misirlini öldürdüyün kimi mәni dә öldürmәk fikrindәsәn?” 29 Bu sözә görә Musa qaçdı. O, Midyan torpağında, qürbәtdә yaşadı vә orada iki oğul atası oldu. 30 Qırx il keçәndәn sonra Musa Sina dağının yaxınlığındakı sәhrada olanda mәlәk ona bir kol arasından od-alov içәrisindә göründü. 31 Musa gördüklәrinә heyrәtlәndi. Baxmaq üçün oraya yaxınlaşanda Rәbbin sәsini eşitdi: 32 “Mәn ata-babalarının Allahı – İbrahimin, İshaqın vә Yaqubun Allahıyam”. Musa qorxusundan lәrzәyә gәlib baxmağa belә, cәsarәt etmәdi. 33 Rәbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqәddәs torpaqdır. 34 Hәqiqәtәn, Mәn Misirdә olan xalqımın әziyyәtini gördüm, fәryadlarını eşitdim vә onları qurtarmaq üçün endim. İndi get, Mәn sәni Misirә göndәrirәm”. 35 Bu, hәmin Musadır ki, onu rәdd edib demişdilәr: “Sәni bizim üstümüzә kim başçı vә hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünәn mәlәyin әli ilә başçı vә qurtarıcı olaraq göndәrdi. 36 O, xalqı Misirdәn çıxaran, hәm orada, hәm Qırmızı dәnizdә, hәm dә qırx il әrzindә sәhrada xariqә vә әlamәtlәr yaradan insan idi. 37 İsrail övladlarına “Allah mәni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içәrisindәn bir peyğәmbәr yetirәcәk” deyәn bu Musadır. 38 Bu, hәmin adamdır ki, Sina dağında onunla danışan mәlәklә vә ata-babalarımızla birgә sәhradakı cәmiyyәtdә olmuşdu. O, canlı sözlәr almışdı ki, bizә versin. 39 Ata-babalarımızsa Musanın sözünә baxmaq istәmәdi, onu rәdd etdi vә Misirә qayıtmağı arzuladılar. 40 Haruna dedilәr: “Bizim üçün allahlar düzәlt ki, qabağımızca getsinlәr. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nә iş gәldiyini bilmirik!” 41 O günlәrdә dana şәklindә bir büt düzәldib ona qurban gәtirdilәr vә öz әllәri ilә düzәltdiklәri bu büt üçün şәnlik qurdular. 42 Buna görә Allah ata-babalarımızdan üz döndәrib onları tәrk etdi ki, sәma cisimlәrinә ibadәt etsinlәr. Peyğәmbәrlәrin kitabında da belә yazılıb: “Ey İsrail nәsli, Qırx il çöldә olanda Mәnә qurban vә tәqdimlәr gәtirmişdinizmi? 43 Sәcdә edәsiniz deyә düzәltdiyiniz Molekin çadırını, Tanrınız Refanın ulduz bütünü gәzdirdiniz. Elә buna görә dә sizi Babilin o tayına sürgünә aparacağam”. 44 Sәhrada ata-babalarınızın Şәhadәt çadırı var idi. Musa bunu onunla danışan Allahın әmr etdiyi kimi, gördüyü nümunәyә әsasәn düzәltmişdi. 45 Şәhadәt çadırını әvvәlki nәsildәn tәhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilә başqa millәtlәrin mülkünü әlә keçirәndә çadırı da özlәri ilә gәtirmişdilәr. Allah Özü millәtlәri ata-babalarımızın qarşısından qovdu. Şәhadәt çadırı Davudun dövrünә qәdәr qaldı. 46 Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nәsli üçün bir mәskәn qura bilsin. 47 Lakin Allaha ev tikәn Süleyman oldu. 48 Amma Haqq-Taala әllә tikilәn evlәrdә yaşamaz. Peyğәmbәrin dediyi kimi 49 Rәbb belә deyir: “Göylәr Mәnim taxtımdır, Yer ayaqlarımın altındakı kәtildir. Mәnim üçün nә cür ev tikәcәksiniz, Dincәlәcәyim yer harada olacaq? 50 Bütün bunları Mәnim әlim yaratmadımı?” 51 Ey dikbaş, hәm ürәklәri, hәm dә qulaqları “sünnәt” edilmәmiş insanlar, ata-babanız kimi siz dә hәmişә Müqәddәs Ruhun әleyhinә çıxırsınız. 52 Ata-babalarınızın tәqib etmәdiyi peyğәmbәr varmı? Onlar Saleh Olanın zühuru barәdә әvvәlcәdәn xәbәr verәnlәri belә, öldürdülәr. Sizsә bu Saleh Olana xәyanәt edәrәk Onu qәtlә yetirdiniz. 53 Mәlәklәr vasitәsilә verilәn Qanunu aldınız, lakin ona riayәt etmәdiniz". 54 Ali Şuranın üzvlәri bu sözlәri eşidәndә çox qәzәblәndilәr vә Stefana dişlәrini qıcıtdılar. 55 Müqәddәs Ruhla dolan Stefan isә gözlәrini göyә dikib Allahın ehtişamını vә Allahın sağında dayanan İsanı gördü. 56 O dedi: "Baxın, mәn göylәrin yarıldığını vә Bәşәr Oğlunun Allahın sağında dayandığını görürәm". 57 Onlar qulaqlarını tutub haray qopardılar vә hamısı birlikdә Stefanın üstünә hücum çәkdilәr. 58 Onu şәhәrdәn kәnara çıxarıb daşqalaq etdilәr. Stefanın әleyhinә şahidlik edәnlәr öz üst geyimlәrini Şaul adlı bir gәncin ayaqları altına qoydular. 59 Stefan üstünә yağan daşlar altında belә yalvarırdı: "Ya Rәbb İsa, ruhumu qәbul et". 60 Sonra diz çöküb bәrkdәn nida etdi: "Ya Rәbb, bunu onlara günah sayma". Bunu deyәndәn sonra gözlәrini bu hәyata yumdu.
1 Stefanın qәtlindәn Şaul da razı qalmışdı. O gün Yerusәlimdә olan imanlılar cәmiyyәtinә qarşı güclü tәqib başladı. Hәvarilәrdәn başqa bütün imanlılar pәrәn-pәrәn düşüb Yәhudeya vә Samariyanın hәr tәrәfinә yayıldı. 2 Bәzi mömin kişilәr isә Stefanı dәfn etdi vә onun üçün dәrin hüznlә yas saxladılar. 3 Amma Şaul imanlılar cәmiyyәtini dağıtmağa başladı. Belә ki o, evdәn-evә gedәrәk qadın-kişi bilmәdәn imanlıları sürüyüb zindana salırdı. 4 Pәrәn-pәrәn düşәn imanlılar hәr yerdә Allahın kәlamını – Müjdәni yayırdı. 5 Filip dә Samariya şәhәrinә gәlib Mәsihi vәz edirdi. 6 Filipi eşidib göstәrdiyi әlamәtlәri görәn izdiham onun sözlәrinә birlikdә diqqәt yetirirdi. 7 Natәmiz ruha tutulan çox adamdan bu ruhlar bәrkdәn çığıraraq çıxır, çox iflic vә ayaqları şikәst olanlar şәfa tapırdı. 8 Ona görә bu şәhәrdә bol sevinc var idi. 9 Amma bu şәhәrdә bundan әvvәl cadugәrlik edәn vә Samariya millәtini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şәxsiyyәt kimi tәqdim edirdi. 10 Böyüklü-kiçikli hәr kәs ona diqqәtlә qulaq asır vә belә deyirdi: "Böyük adlanan Allahın qüvvәsi budur". 11 Onun cadugәrliyi hamını çoxdan mat qoymuşdu. Buna görә dә ona diqqәtlә qulaq asırdılar. 12 Amma Filip Allahın Padşahlığı vә İsa Mәsihin adı ilә bağlı Müjdәni yayanda sözlәrinә iman gәtirdilәr vә kişilәr dә, qadınlar da vәftiz oldular. 13 Şimon özü dә iman gәtirdi. Vәftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstәrilәn әlamәt vә möcüzәlәr Şimonu mat qoydu. 14 Yerusәlimdә qalan hәvarilәr Samariyalıların Allahın kәlamını qәbul etdiklәrini eşidәndә Peterlә Yәhyanı onların yanına göndәrdi. 15 Peterlә Yәhya oraya çatanda dua etdi ki, Samariyalı imanlılar Müqәddәs Ruhu alsın. 16 Çünki Ruh hәlә onların heç birinin üzәrinә enmәmişdi, sadәcә olaraq Rәbb İsanın adı ilә vәftiz olmuşdular. 17 Sonra Peterlә Yәhya әllәrini onların üstünә qoydu vә onlar Müqәddәs Ruhu aldılar. 18 Hәvarilәrin әl qoyması ilә Ruhun verildiyini görәn Şimon onlara pul tәklif edәrәk 19 dedi: "Mәnә dә belә bir sәlahiyyәt verin. Әlimi kimin üstünә qoysam, Müqәddәs Ruhu alsın". 20 Peter ona dedi: "Pulun da yox olsun, sәn dә! Ona görә ki sәn Allahın әnamını pulla әldә edә bilmәk xәyalına düşmüsәn. 21 Bu işdә sәnin nә haqqın var, nә payın. Çünki Allahın qarşısında ürәyin düz deyil. 22 Bu pisliyin üçün tövbә et, Rәbbә yalvar. Bәlkә ürәyinin bu niyyәti bağışlanar. 23 Görürәm ki, sәndә acı zәhәr var vә haqsızlığın әsirisәn". 24 Şimon ona cavab verdi: "Mәnim üçün Rәbbә siz yalvarın ki, dediklәrinizin heç biri mәnim başıma gәlmәsin". 25 Peterlә Yәhya şәhadәt edib Rәbbin kәlamını söylәyәndәn sonra Samariyalıların yaşadığı xeyli kәndlәrdә Müjdәni yaya-yaya Yerusәlimә qayıdırdılar. 26 Bu zaman Rәbbin bir mәlәyi Filipә belә dedi: "Dur, cәnuba tәrәf, Yerusәlimdәn Qәzzәyә düşәn yola – sәhra yoluna çıx". 27 Filip qalxıb getdi. Yolda Hәbәşli bir hәrәmağası ilә rastlaşdı. Bu, kandakinin, yәni Hәbәşlilәrin mәlәkәsinin vәzirlәrindәn biri idi. O, mәlәkәnin bütün xәzinәsinә cavabdeh idi. Yerusәlimә ibadәt etmәk üçün gәlmişdi. 28 Arabasına oturub geri qayıdarkәn Yeşaya peyğәmbәrin kitabını oxuyurdu. 29 Ruh Filipә dedi: "Get, bu arabaya çatıb yanında qal". 30 Filip qaça-qaça arabanın yanına gәldi vә eşitdi ki, hәrәmağası Yeşaya peyğәmbәrin kitabını oxuyur. Ondan soruşdu: "Görәsәn oxuduğunu başa düşürsәnmi?" 31 Hәrәmağası ona dedi: "Әgәr mәnә yol göstәrәn yoxdursa, bunu necә başa düşmәk olar?" Sonra Filipdәn xahiş etdi ki, arabaya minib onun yanında otursun. 32 O, Müqәddәs Yazılardan bu hissәni oxuyurdu: "Kәsilmәyә aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi Ağzını açmadı. 33 Alçaldığı zaman әdalәtdәn mәhrum oldu. Onun nәslini kim tәsvir edә bilәr? Onun hәyatı yer üzündәn götürülür". 34 Hәrәmağası Filipdәn soruşdu: "Xahiş edirәm, deyin, burada peyğәmbәr kimdәn bәhs edir, özündәn, yoxsa başqasından?" 35 Bundan sonra Filip sözә başlayıb danışdı vә Müqәddәs Yazıların bu hissәsindәn başlayıb İsa barәdә olan Müjdәni bәyan etdi. 36 Onlar yol gedә-gedә gәlib su olan yerә çatdılar. Hәrәmağası dedi: "Burada su var. Mәnim vәftiz olmağıma nә isә mane olurmu?" 37 Сонра жмр етди ки, араба дајансэн. Филип һжржмарасэ илж бирҝж суја ҝирди. Белжликлж, Филип һжржмарасэнэ вжфтиз етди. 38 Sonra әmr etdi ki, araba dayansın. Filip hәrәmağası ilә birgә suya girdi. Belәliklә, Filip hәrәmağasını vәftiz etdi. 39 Sudan çıxanda Rәbbin Ruhu Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görmәyәn hәrәmağası sevinә-sevinә yoluna davam etdi. 40 Filip bir dә gördü ki, Aşdod şәhәrinә gәlib-çıxıb. O, Qeysәriyyәyә çatanacan bütün şәhәrlәri gәzib-dolaşaraq Müjdәni yaydı.
1 Şaul Rәbbin şagirdlәrinә qarşı hәlә dә ölüm hәdәlәri yağdırırdı. Baş kahinin yanına gedib 2 ondan Dәmәşq sinaqoqlarına yazılan mәktublar istәdi ki, orada İsa yolunu tutan kişi vә qadınlardan kimi tapsa, әl-qolunu bağlayıb Yerusәlimә gәtirmәk üçün sәlahiyyәti olsun. 3 Dәmәşqә yollanıb oraya yaxınlaşanda birdәn göydәn gәlәn bir işıq onun әtrafında parladı. 4 Şaul yerә yıxıldı vә bir sәs eşitdi, ona deyirdi: "Şaul, Şaul, niyә Mәni tәqib edirsәn?" 5 Şaul ona dedi: "Ey Ağam, Sәn kimsәn?" O cavab verdi: "Mәn sәnin tәqib etdiyin İsayam. 6 Qalx ayağa, şәhәrә get vә nә etmәk lazımdırsa, sәnә deyilәcәk". 7 Şaulla birlikdә yola çıxan adamlar yerlәrindәcә susub qalmışdı. Sәsi eşitsәlәr dә, heç kimi görә bilmәdilәr. 8 Şaul yerdәn qalxdı, amma gözlәrini açanda heç nә görә bilmirdi. Sonra onun әlindәn tutub Dәmәşqә apardılar. 9 Üç gün әrzindә Şaulun gözlәri görmәdi vә o nә yedi, nә dә içdi. 10 Dәmәşqdә İsanın şagirdlәrindәn Xananya adlı bir nәfәr var idi. Rәbb görüntü vasitәsilә "Xananya!" deyә çağırdı. O cavab verdi: "Bәli, ya Rәbb!" 11 Rәbb ona dedi: "Qalx, “Düz Küçә” adlanan küçәyә get vә Yәhudanın evindә adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. 12 O, görüntüdә görüb ki, yanına Xananya adlı bir kişi gәlib onun üzәrinә әllәrini qoyur ki, gözlәri açılsın". 13 Xananya cavab verdi: "Ya Rәbb, bu kişi barәdә çoxlarından eşitmişәm ki, Yerusәlimdә Sәnin müqәddәslәrinә nә qәdәr pislik edib. 14 Burada Sәnin adını çәkәnlәrin hәr birinin әl-qolunu bağlamaq üçün başçı kahinlәrdәn sәlahiyyәt alıb". 15 Amma Rәbb ona dedi: "Get! Başqa millәtlәrә, padşahlara vә İsrail övladlarına Öz adımı bәyan elәmәk üçün bu adam seçdiyim alәtdir. 16 Mәnim adım uğrunda çәkәcәyi әzabın nә qәdәr böyük olduğunu ona göstәrәcәyәm". 17 Bundan sonra Xananya gedib hәmin evә girdi vә әllәrini Şaulun üstünә qoyub dedi: "Qardaşım Şaul, Rәbb, yәni bura gәlәrkәn yolda sәnә görünәn İsa mәni göndәrdi ki, sәnin gözlәrin açılsın vә Müqәddәs Ruhla dolasan". 18 O andaca Şaulun gözlәrindәn sanki pulcuqlar töküldü vә Şaul tәkrar görmәyә başladı. O qalxdı vә vәftiz oldu. 19 Sonra yemәk yeyib taqәtә gәldi. Bir neçә gün Şaul Dәmәşqdә olan şagirdlәrin yanında qaldı. 20 Dәrhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vәz etmәyә başladı. 21 Onu eşidәnlәrin hamısı mat qalıb deyirdi: "Yerusәlimdә bu adı çәkәnlәri dağıdan adam bu deyilmi? Buraya belәlәrini әl-qolunu bağlayıb başçı kahinlәrin yanına aparmağa gәlmәmişdimi?" 22 Şaul isә gündәn-günә qüvvәtlәnirdi. İsanın Mәsih olmasına dair sübutlar göstәrmәklә Dәmәşqdә yaşayan Yәhudilәri çaş-baş saldı. 23 Aradan xeyli gün keçdi. Yәhudilәr Şaulu öldürmәk üçün sui-qәsd hazırladı. 24 Amma onların bu qәsdi haqqında xәbәr Şaula çatdı. Yәhudilәr onu öldürmәk üçün gecә-gündüz şәhәrin qapılarında pusqu qururdu. 25 Amma Şaulun şagirdlәri gecә olan kimi onu götürüb bir sәbәtin içinә qoyaraq şәhәr divarlarından aşağı endirdi. 26 Şaul Yerusәlimә çatanda oradakı şagirdlәrә qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur vә inanmırdılar ki, o, İsanın şagirdidir. 27 Amma Barnaba onu götürüb hәvarilәrin yanına apardı vә onlara açıqladı ki, Şaul yolla gedәndә Rәbbi necә görüb, Rәbb onunla necә danışıb, o, Dәmәşqdә İsanın adını necә cәsarәtlә bәyan edib. 28 Belәliklә, Şaul onların yanında qalıb Yerusәlimdә hәr yerә bir gedib-gәlir vә orada da Rәbbin adını cәsarәtlә bәyan edirdi. 29 O yunanca danışan Yәhudilәrlә söhbәt edәrәk mübahisә edirdi. Onlar isә Şaulu öldürmәk istәyirdi. 30 İmanlı bacı-qardaşlar isә bunu öyrәnәndә Şaulu Qeysәriyyәyә aparıb oradan Tarsusa göndәrdilәr. 31 Belәcә bütün Yәhudeya, Qalileya vә Samariyadakı imanlılar cәmiyyәti әmin-amanlığa çatdı. İnkişaf edәn vә Rәbb qorxusu içindә yaşayan cәmiyyәt Müqәddәs Ruhun ürәklәndirmәsi ilә sayca artırdı. 32 Bu zaman hәr yanı dolaşan Peter Lodda yaşayan müqәddәslәrin yanına gәldi. 33 Orada Eneya adlı bir nәfәrә baş çәkdi. Eneya iflic olmuşdu vә sәkkiz il idi ki, yataqda idi. 34 Peter ona dedi: "Eneya, İsa Mәsih sәni sağaldır. Qalx, yatağını yığışdır". Eneya dәrhal ayağa qalxdı. 35 Lod vә Şaronda yaşayanların hamısı bu adamı görüb Rәbbә tәrәf döndü. 36 Yafoda İsanın şagirdlәri arasında Tabita adlı bir qadın var idi. "Tabita""Ceyran" demәkdir. Bu qadın hәmişә xeyirxah işlәr görür vә yoxsullara kömәk edirdi. 37 Bu vaxtlarda o xәstәlәnib öldü. Onun meyitini yuyub yuxarı mәrtәbәdәki otağa qoydular. 38 Lod Yafoya yaxın idi, ona görә dә Peterin Lodda olduğunu eşidәn şagirdlәr iki kişini onun yanına göndәrdilәr vә onlar gәlib xahiş etdilәr: "Vaxt itirmәdәn yanımıza gәl". 39 Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mәrtәbәsinә çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı vә Tabitanın onlarla birlikdә olanda tikdiyi köynәklәri, paltarları göstәrirdilәr. 40 Peter isә onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isә ölüyә tәrәf dönüb dedi: "Tabita, qalx!" Qadın gözlәrini açıb Peteri görәn kimi dik oturdu. 41 Peter әlini uzadıb onu ayağa qaldırdı vә sonra müqәddәslәrlә dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. 42 Bu xәbәr bütün Yafoya yayıldı vә çox adam Rәbbә iman gәtirdi. 43 Peter isә xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evindә qaldı.
1 Qeysәriyyәdә Korneli adlı bir nәfәr yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi. 2 Hәm özü, hәm dә bütün külfәti mömin olub Allahdan qorxardı. O, xalqa çox nәzir-niyaz paylayar, daim Allaha dua edәrdi. 3 Bir gün tәxminәn doqquzuncu saat radәlәrindә görüntüdә aydın gördü ki, Allahın bir mәlәyi yanına gәlib onu çağırdı: "Ey Korneli!" 4 Korneli qorxa-qorxa ona baxıb dedi: "Nәdir, ey ağam?" Mәlәk ona dedi: "Duaların vә nәzir-niyazların xatirә tәqdimi kimi Allahın hüzurunda qәbul olundu. 5 İndi Yafoya adamlar göndәr, Peter adlanan Şimonu çağırtdır. 6 O, dabbağ Şimonun dәniz kәnarındakı evindә qonaqdır". 7 Onunla danışan mәlәk gedәndәn sonra Korneli xidmәtçilәrindәn ikisini vә mühafizәçilәrindәn bir mömin әsgәri çağırtdırdı. 8 Onlara hәr şeyi danışdı vә sonra onları Yafoya göndәrdi. 9 Ertәsi gün tәxminәn altıncı saat radәlәrindә, onlar yolda olub şәhәrә yaxınlaşanda Peter dua etmәk üçün dama çıxdı. 10 O acıb yemәk istәyirdi. Yemәk hazırlanarkәn Peterin fikrini bir görüntü apardı. 11 O gördü ki, göy yarıldı, böyük mәlәfәyә bәnzәr bir şey dörd küncündәn asılaraq yerә endi. 12 Onun üstündә hәr cür dördayaqlılar, sürünәnlәr vә göydә uçan quşlar var idi. 13 Ona bir sәda gәldi: "Qalx, Peter, kәs vә ye!" 14 Peter Ona dedi: "Әsla, ya Rәbb! Mәn heç vaxt nә haram, nә dә murdar bir şey yemişәm". 15 Sәda ikinci dәfә yenә gәldi vә Peterә dedi: "Allahın halal dediyi şeylәrә sәn haram demә". 16 Bu, üç dәfә tәkrarlanandan sonra o şey dәrhal göyә çәkildi. 17 Peter bu görüntünün mәnası barәdә fikirlәri ilә çaşbaş qalanda Kornelinin göndәrdiyi adamlar Şimonun evini soruşurdular. Qapı ağzında dayanıb 18 bәrkdәn soruşdular: "Peter deyә çağırılan Şimon burada qalırmı?" 19 Bu zaman görüntü barәdә fikirlәşәn Peterә Ruh belә dedi: "Bax sәni üç kişi axtarır. 20 Dur, aşağı en vә heç tәrәddüd etmәdәn onlarla get. Çünki onları Mәn göndәrmişәm". 21 Peter aşağı enib hәmin adamlara dedi: "Axtardığınız adam mәnәm. Niyә gәlmisiniz?" 22 Onlar dedilәr: "Korneli adlı bir yüzbaşı var. O, saleh vә Allahdan qorxan kişidir; buna bütün Yәhudi millәti dә şahiddir. Müqәddәs bir mәlәk ona әmr etdi ki, sәni öz evinә çağırtdırsın vә deyәcәyin sözlәrә qulaq assın". 23 Bundan sonra Peter onları içәri dәvәt edib qonaq saxladı. Ertәsi gün Peter qalxıb onlarla yola çıxdı vә Yafodan olan bәzi qardaşlar da onlara qoşuldu. 24 Sonrakı gün Qeysәriyyәyә çatdı. Korneli öz qohumlarını vә yaxın dostlarını bir yerә yığıb onları gözlәyirdi. 25 Peter içәri girәndә Korneli ayağına düşüb ona sәcdә etdi. 26 Peter isә onu ayağa qaldıraraq dedi: "Qalx, mәn dә sәnin kimi insanam". 27 Peter Korneli ilә danışa-danışa içәri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb. 28 Onlara belә dedi: "Bilirsiniz ki, Yәhudilәrә hәr hansı bir yadelli ilә ünsiyyәt yaratmaq, onlara qonaq getmәk qadağandır. Amma insanları haram vә murdar saymamağı Allah mәnә göstәrdi. 29 Buna görә mәni çağıranda etiraz etmәdәn gәldim. Deyә bilәrsinizmi, mәni niyә çağırmısınız?" 30 Korneli cavab verdi: "Üç gün әvvәl elә bu vaxtlarda doqquzuncu saatın duasını edirdim ki, birdәn parlaq libaslı bir kişi qarşımda dayandı 31 vә dedi: “Ey Korneli, sәnin duaların eşidildi vә nәzir-niyazların Allah tәrәfindәn yada salındı. 32 İndi Yafoya adamlar göndәr, Peter adlanan Şimonu çağırtdır. O, dabbağ Şimonun dәniz kәnarındakı evindә qonaqdır”. 33 Ona görә sәnin yanına adamlar göndәrdim vә sәn dә xeyirxahlıq göstәrәrәk gәldin. İndi hamımız Allahın önündәyik vә Rәbbin sәnә әmr etdiyi hәr sözә qulaq asmağa hazırıq". 34 Peter sözә başlayıb dedi: "İndi bildim ki, hәqiqәtәn, Allah tәrәfkeşlik etmir. 35 Milliyәtindәn asılı olmayaraq kim ki Ondan qorxub әmәlisaleh olarsa, Ona mәqbuldur. 36 O, İsrail övladlarına Öz kәlamını göndәrdi vә hamının Sahibi olan İsa Mәsih vasitәsilә barışdırma Müjdәsini yaydı. 37 Bilirsiniz ki, Yәhyanın vәftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yәhudeyada nәlәr baş verdi. 38 Allah Nazaretli İsanı Müqәddәs Ruhla vә qüdrәtlә mәsh etdi. İsa xeyirxahlıq edәrәk hәr yanı gәzib iblisin tәzyiqinә mәruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. 39 Yәhudilәrin ölkәsindә vә Yerusәlimdә İsanın nәlәr etdiyinin şahidi olduq. Onu çarmıxa çәkib öldürdülәr. 40 Amma Allah Onu üçüncü gün diriltdi vә bütün xalqa deyil, Öz әvvәlcәdәn seçdiyi şahidlәrә – ölülәr arasından dirilmәsindәn sonra Onunla birlikdә yeyib-içәn bizlәrә aydın göstәrdi. 42 Bizә isә әmr verdi ki, “Allahın tәyin etdiyi ölülәrlә dirilәrin Hakimi Budur” deyә bunu xalqa şәhadәt etmәklә vәz edәk. 43 Onun barәsindә bütün peyğәmbәrlәr şәhadәt edir ki, Ona iman edәn hәr kәsin günahı Onun adı ilә bağışlanır". 44 Peter bu sözlәri deyirdi ki, Müqәddәs Ruh söhbәtә qulaq asan hәr kәsin üzәrinә endi. 45 Peterlә birlikdә gәlmiş sünnәtli imanlılar Müqәddәs Ruhun bәxşiş olaraq başqa millәtlәrin dә üstünә töküldüyünә mat qaldı; 46 onların başqa dillәrdә danışıb Allahı mәdh etdiyini eşitdilәr. Onda Peter belә dedi: 47 "Bu adamlar bizim kimi Müqәddәs Ruhu alıb. Bunların su ilә vәftiz olmalarına kim mane ola bilәr?" 48 Belәliklә, onların İsa Mәsihin adı ilә vәftiz olmalarını buyurdu. Sonra onlar Peterdәn xahiş etdilәr ki, bir neçә gün onların yanında qalsın.
1 Hәvarilәrlә bütün Yәhudeyadakı imanlı bacı-qardaşlar eşitdi ki, başqa millәtlәr dә Allahın kәlamını qәbul ediblәr. 2 Peter Yerusәlimә gәlәndә sünnәt tәrәfdarları onu tәnqid edәrәk 3 dedi: "Sәn sünnәtsizlәrin evinә gedib onlarla birgә yemәk yemisәn". 4 Peter sözә başlayıb onlara hәr şeyi bir-bir izah etdi: 5 "Mәn Yafo şәhәrindә dua edirdim. Birdәn fikrimi görüntü apardı. Gördüm ki, böyük mәlәfәyә bәnzәr bir şey dörd küncündәn asılaraq göydәn enib mәnim yanıma çatır. 6 Bu şeyә gözlәrimi dikib diqqәtlә baxdım. Gördüm ki, onun üstündә yer üzәrindә yaşayan dördayaqlılar, çöl heyvanları, sürünәnlәr vә göydә uçan quşlar var. 7 Sonra eşitdim ki, bir sәda mәnә deyir: “Qalx, Peter, kәs vә ye!” 8 Mәn dedim: “Әsla, ya Rәbb! Heç vaxt mәnim ağzıma nә haram, nә dә murdar bir şey dәyib”. 9 Yenә göydәn sәda gәldi: “Allahın halal dediyi şeylәrә sәn haram demә”. 10 Bu, üç dәfә tәkrarlanandan sonra hәr şey yenә göyә çәkildi. 11 Elә bu zaman Qeysәriyyәdәn mәnim yanıma göndәrilәn üç kişi qaldığımız evin qapısında dayandı. 12 Ruh mәnә dedi ki, tәrәddüd etmәdәn onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nәfәr dә mәnә qoşulub hәmin kişinin evinә girdik. 13 Bu adam bizә nәql etdi ki, öz evindә dayanan mәlәk görüb. Mәlәk ona demişdi: “Yafoya adamlar göndәr, Peter adlanan Şimonu çağırtdır. 14 Onun sәnә deyәcәyi sözlәrlә hәm sәn, hәm dә bütün külfәtin xilas olacaq”. 15 Mәn sözә başlayanda Müqәddәs Ruh başlanğıcda bizim üstümüzә endiyi kimi onların da üstünә endi. 16 Onda Rәbbin dediyi bu sözlәr yadıma düşdü: “Yәhya su ilә vәftiz etdi, amma siz Müqәddәs Ruhla vәftiz olacaqsınız”. 17 Belәliklә, Rәbb İsa Mәsihә iman edәn bizlәrә verdiyi eyni bәxşişi Allah onlara da veribsә, mәn kimәm ki, Allaha qarşı çıxam?" 18 Bu sözlәri eşidib hamı sakitlәşdi vә Allahı izzәtlәndirib dedi: "Demәli, Allah başqa millәtlәrә dә imkan yaratdı ki, tövbә edib hәyat tapsın". 19 Stefanın öldürülmәsi ilә başlanan tәqib nәticәsindә pәrәn-pәrәn düşәn imanlılar Finikiya, Kipr vә Antakyaya qәdәr getdi. Allahın kәlamını yalnız Yәhudilәrә dedilәr. 20 Amma onların arasından bәzi Kiprli vә Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbәtә başladılar. Onlara Rәbb İsa ilә bağlı Müjdәni yayırdılar. 21 Rәbbin әli onların üzәrindә idi vә bunun nәticәsindә xeyli insan iman gәtirib Rәbbә tәrәf döndü. 22 Bunların xәbәri Yerusәlimdәki cәmiyyәtә çatdı vә Barnabanı Antakyaya göndәrdilәr. 23 O oraya çatanda Allahın lütfünün bәhrәsini görüb sevindi. O hamını hәvәslәndirirdi ki, cani-dildәn Rәbbә bağlı qalsınlar. 24 Çünki özü Müqәddәs Ruhla vә imanla dolu, xeyirxah bir kişi idi. Bunun nәticәsindә dә böyük bir kütlә Rәbbә iman gәtirdi. 25 Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. 26 Onu tapan kimi Antakyaya gәtirdi. Bir il әrzindә oradakı imanlılar cәmiyyәtinә qoşulub bir yerdә yığılaraq böyük bir kütlәyә tәlim öyrәdirdi. Şagirdlәr ilk dәfә olaraq Antakyada mәsihçi adlandırıldı. 27 Elә hәmin günlәrdә Yerusәlimdәn Antakyaya bәzi peyğәmbәrlәr gәldi. 28 Bunlardan Aqab adlı biri durub Ruhun tәsiri ilә bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyәti dövrünә tәsadüf olundu. 29 Şagirdlәr qәrara aldı ki, hәr biri gücü çatan qәdәr Yәhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndәrsin. 30 Bu qәrara әmәl edәrәk yardımları Barnaba vә Şaulun әli ilә cәmiyyәt ağsaqqallarına göndәrdilәr.
1 O vaxtlar padşah Hirod cәmiyyәtin bәzi üzvlәrinә zülm etmәyә әl atdı. 2 Yәhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. 3 Bundan Yәhudilәrin razı qaldığını görüb üstәlik Peteri dә tutdurdu. Bunu Mayasız Çörәk bayramı vaxtında etdi. 4 O, Peteri yaxalatdırıb zindana saldırdı; onu hәr birindә dörd nәfәr olmaqla dörd әsgәri dәstәyә nәzarәt altında saxlanmaq üçün tәslim etdi. Niyyәtindә tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun mәhkәmәsini keçirsin. 5 Peter buna görә zindanda saxlanırdı. Lakin imanlılar cәmiyyәti ciddi-cәhdlә onun üçün Allaha dua edirdi. 6 Peter Hirodun ona mәhkәmә quracağı günün әvvәlki gecәsi iki әsgәr arasında bir cüt zәncirә bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın tәhlükәsizliyini qoruyurdu. 7 Qәflәtәn Rәbbin bir mәlәyi göründü. Zindanın otağı işıqlandı. Mәlәk Peterin böyrünә vurub onu oyatdı vә dedi: "Tez ol, qalx". O andaca Peterin bilәklәrindәki zәncirlәr düşdü. 8 Mәlәk ona dedi: "Qurşağını bağla, çarığını geyin". Peter belә dә etdi. Mәlәk yenә dedi: "Üst paltarını geyin, ardımca gәl". 9 Peter onun ardınca düşәrәk bayıra çıxdı. Amma mәlәyin etdiyinin hәqiqi olduğunu başa düşmürdü, elә bilirdi ki, bir görüntü görür. 10 Birinci, ikinci qarovulçunun yanından keçәrәk şәhәrә açılan dәmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünә açıldı. Onlar çıxıb küçә uzunu getdi. Birdәn mәlәk Peterdәn ayrıldı. 11 O andaca özünә gәlәn Peter dedi: "İndi әminliklә başa düşdüm ki, Rәbb Öz mәlәyini göndәrib mәni Hirodun әlindәn vә Yәhudi xalqının gözlәdiyi bütün bәlalardan qurtardı". 12 Peter bunları dәrk edәndә Mark adlanan Yәhyanın anası Mәryәmin evinә getdi. Orada xeyli adam yığılıb dua edirdi. 13 Peter hәyәt qapısını döymәyә başladı vә Roda adlı bir qarabaş eşidib qapıya getdi. 14 Qız Peteri sәsindәn tanıdı vә sevincindәn qapını belә, açmadan yenә evә qaçdı. Oradakılara xәbәr verdi ki, Peter qapıda dayanıb. 15 Onlar isә belә dedi: "Dәli olmusan?" Amma qız dediyinin üstündә durdu. Belә olanda dedilәr: "Yәqin onu qoruyan mәlәkdir". 16 Peter isә dayanmadan qapını döyürdü. Qapını açıb onu görәndә mat qaldılar. 17 Peter әli ilә susmaq işarәsi verәrәk Rәbbin onu necә zindandan çıxardığını nәql etdi. Sonra "bu xәbәri Yaquba vә o biri qardaşlara da çatdırın" deyәrәk onlardan ayrılıb başqa yerә getdi. 18 Sәhәr açılanda әsgәrlәri böyük bir vahimә bürüdü. Bir-birlәrindәn soruşdular: "Bәs Peter necә oldu?" 19 Hirod onu axtartdırdı. Tapa bilmәyәndә isә qarovulçuları sorğu-suala çәkdirәndәn sonra edam edilmәlәrinә әmr verdi. Bundan sonra Hirod Yәhudeyadan Qeysәriyyәyә yollandı vә orada qaldı. 20 Hirod Sur vә Sidon әhalisinә qarşı hiddәtindәn alışıb-yanırdı. Onlar birlikdә onun yanına gәlib sarayın mәişәt işlәri üzrә müdiri Blastı öz tәrәfinә çәkәrәk sülh istәdiklәrini bildirdilәr. Çünki onların ölkәsi padşahın ölkәsindәn gәlәn әrzaqdan asılı idi. 21 Tәyin olunan gündә şahlıq libasını geyәn Hirod hökm kürsüsünә oturaraq Sur vә Sidonlulara müraciәt etdi. 22 Camaat qışqırmağa başladı: "Bu bir insanın sәsi deyil, bir allahın sәsidir!" 23 O anda Rәbbin bir mәlәyi Hirodu vurdu. Çünki izzәti Allaha vermәdi. Onu daxildәn qurdlar yedi vә canı çıxdı. 24 Allahın kәlamı isә yayılırdı vә tәsiri artırdı. 25 Barnaba vә Şaul Yerusәlimdәki öz xidmәtlәrini yerinә yetirәndәn sonra Mark adlanan Yәhyanı özlәri ilә götürüb geri qayıtdı.
1 Antakyadakı cәmiyyәtdә peyğәmbәrlәr vә müәllimlәr var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem vә Şaul. 2 Bu adamlar Rәbbә xidmәt edib oruc tutarkәn Müqәddәs Ruh onlara dedi: "Barnaba ilә Şaulu Mәnim tapşırdığım iş üçün ayırın". 3 Belәliklә, oruc tutub dua etdikdәn sonra Barnaba ilә Şaulun üzәrinә әllәrini qoydu vә onları yola saldılar. 4 Müqәddәs Ruhun әmri ilә yola çıxan Barnaba vә Şaul Selevkiyaya getdi vә oradan da gәmi ilә Kiprә getdi. 5 Salamisә çatanda Yәhudilәrin sinaqoqlarında Allahın kәlamını bәyan etmәyә başladılar. Yәhya isә onların kömәkçisi idi. 6 Adanı başdan-başa gәzәrәk Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yәhudi cadugәr vә yalançı peyğәmbәrә rast gәldilәr. 7 Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilә Şaulu çağırtdırıb Allahın kәlamına qulaq asmaq istәdi. 8 Lakin adı cadugәr mәnasını verәn Elima, yәni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı. 9 Lakin Müqәddәs Ruhla dolan Şaul, yәni Paul gözlәrini Elimaya dikib 10 dedi: "Ey iblis oğlu, ürәyin hәr cür hiylә vә fırıldaqla doludur. Ey salehliyә tamamilә düşmәn kәsilәn, Rәbbin haqq yolunu әyri qәlәmә vermәkdәn әl çәkmәyәcәksәnmi? 11 İndi isә bax, sәnin üstünә Rәbbin әli gәlir. Kor olacaqsan, bir müddәt gün işığı görmәyәcәksәn". O anda hәmin adamın üzәrinә bir duman, bir qaranlıq çökdü. Ora-bura gәzәrәk kimisә axtarırdı ki, onun әlindәn tutub yol göstәrsin. 12 Olanları görәn vali Rәbbin tәliminә tәәccüblәndi vә iman etdi. 13 Paulla yanındakılar Pafosdan yelkәn açıb Pamfiliya bölgәsindәki Perge şәhәrinә çatdı. Yәhya isә onlardan ayrılıb Yerusәlimә qayıtdı. 14 Onlar yollarına davam edib Pergedәn Pisidiyada olan Antakyaya çatdı. Şәnbә günü sinaqoqa girib oturdular. 15 Qanunun vә Peyğәmbәrlәrin yazılarının oxunmasından sonra sinaqoq rәislәri onları çağırtdırıb dedi: "Qardaşlar, xalqa ürәklәndirici müraciәtiniz varsa, buyurub deyin". 16 Paul ayağa qalxıb diqqәti cәlb etmәk üçün әlini qaldıraraq dedi: "Ey İsraillilәr vә Allahdan qorxanlar, qulaq asın. 17 Bu xalqın, yәni İsraillilәrin sәcdә etdiyi Allah bizim ata-babalarımızı seçdi vә Misirdә – qürbәt eldә yaşadıqları müddәt әrzindә onları böyük bir millәt etdi. Sonra әlini uzadıb onları Misirdәn çıxartdı. 18 Qırx ilә yaxın sәhrada qaldıqları müddәt әrzindә onlara dözdü. 19 Kәnan torpağında yaşayan yeddi millәti qırandan sonra bu millәtlәrin torpaqlarını irs olaraq İsrail xalqına verdi. 20 Bütün bunlar tәqribәn dörd yüz әlli ili әhatә etdi. Sonra Allah onlar üçün hakimlәr yetirdi. Bu, peyğәmbәr Şamuelin dövrünә qәdәr davam etdi. 21 Xalq padşah istәyәndә isә Allah Binyamin qәbilәsindәn olan Qiş oğlu Şaulu onlar üçün padşah tәyin etdi. O, qırx il padşahlıq etdi. 22 Onu aradan götürәndәn sonra Allah Davudu ucaldıb onların üzәrindә padşah etdi vә onun barәsindә şәhadәt etdi: “Öz ürәyimә yatan adam olaraq Yessey oğlu Davudu tapdım vә o Mәnim bütün istәdiklәrimi yerinә yetirәcәk”. 23 Allah Öz vәdinә sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailә göndәrdi. 24 İsanın gәlişindәn әvvәl Yәhya bütün İsrail xalqına vәz etmişdi ki, tövbә edib vәftiz olunsunlar. 25 Yәhya işini qurtararkәn dedi: “Mәni kim sayırsınız? O Şәxs mәn deyilәm. Mәndәn sonra O gәlir. Mәn Onun ayağındakı çarığını açmağa belә, layiq deyilәm”. 26 Qardaşlar, ey İbrahimin nәslinin övladları vә aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizә göndәrilib. 27 Çünki Yerusәlim әhalisi vә onların rәhbәrlәri İsanı tanımadı. Belәliklә, Onu mühakimә etmәklә hәr Şәnbә günü oxunan peyğәmbәrlәrin sözünü yerinә yetirdilәr. 28 Onda ölümә layiq heç bir tәqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tәlәb etdilәr. 29 Onun barәsindә yazılanların hamısını tam yerinә yetirәndәn sonra Onu çarmıxdan düşürüb qәbirә qoydular. 30 Lakin Allah Onu ölülәr arasından diriltdi. 31 İsa xeyli günlәr әrzindә daha әvvәl Qalileyadan Onunla Yerusәlimә gәlәnlәrә göründü. Bu adamlar indi Onun barәsindә xalq üçün şahiddir. 32 Biz indi sizә bu Müjdәni bәyan edirik: ata-babalarımıza verilәn vәd hәyata keçib, 33 Allah İsanı diriltmәklә bu vәdi onların övladları olan bizlәr üçün yerinә yetirib. İkinci mәzmurda belә yazılıb: “Sәn Mәnim Oğlumsan, Mәn bu gün Sәnә Ata oldum”. 34 Allah Onu ölülәr arasından dirildәrәk heç vaxt çürümәyә qoymayacaq. Ona görә demişdi: “Davuda vәd etdiyim sadiq mәhәbbәti sizә göstәrәcәyәm”. 35 Buna görә dә başqa yerdә belә deyir: “Mömin insanını çürümәyә qoymazsan”. 36 Davud öz müasirlәrinә Allahın iradәsinә müvafiq xidmәt edәndәn sonra vәfat etdi. O da ataları ilә uyudu vә cәsәdi çürüyüb-getdi. 37 Amma Allahın diriltdiyi İnsanın cismi çürümәdi. 38 Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitәsilә günahların bağışlanması sizә elan edilir. Belә ki Musanın Qanununa görә saleh sayılmamanızın sәbәblәrinin heç birinә baxmayaraq, 39 iman edәn hәr kәs bu İnsanda saleh sayılacaq. 40 Ehtiyatlı olun ki, Peyğәmbәrlәrin dediklәri baş vermәsin: 41 “Baxın, siz ey xor baxanlar, Mat qalın vә yox olun. Sizin vaxtınızda elә işlәr görәcәyәm ki, Sizә danışsaydılar, inanmazdınız”". 42 Paulla Barnaba sinaqoqdan çıxarkәn camaat onlardan xahiş etdi ki, gәlәn Şәnbә günü yenә dә bu mövzudan danışsınlar. 43 Sinaqoqda olan camaat çıxıb gedәndәn sonra xeyli Yәhudi vә Yәhudi dinini qәbul edәn möminlәr Paul vә Barnabanın ardınca getdilәr. Onlar da bu adamlarla söhbәtlәr edir vә Allahın lütfündә dönmәz olsunlar deyә onlara öyüd-nәsihәt verirdilәr. 44 Növbәti Şәnbә Rәbbin kәlamına qulaq asmaq üçün demәk olar ki bütün şәhәr әhalisi toplaşmışdı. 45 İzdihamı görәn Yәhudilәri qısqanclıq bürüdü vә Paulun nitqinin әleyhinә qalxıb ona böhtan atdılar. 46 Paulla Barnaba isә cәsarәtlә dedi: "Allahın kәlamı әvvәlcә sizә bәyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz vә özünüzü әbәdi hәyata layiq görmәdiyiniz üçün biz indi başqa millәtlәrә üz tuturuq. 47 Çünki Rәbbin bizә әmri belә idi: “Sәni millәtlәrә nur etmişәm ki, Xilası dünyanın әn uzaq yerlәrinә yayasan”". 48 Başqa millәtlәrdәn olanlar bunu eşidәrkәn sevinirdilәr vә Rәbbin kәlamını izzәtlәndirirdilәr. Әbәdi hәyat üçün tәyin olunanların hamısı iman gәtirdi. 49 Belәliklә, Rәbbin kәlamı bütün bölgәyә yayıldı. 50 Amma Yәhudilәr hörmәtli, mömin qadınları vә şәhәrin nüfuzlu adamlarını tәşvişә saldılar. Onlar da Paulla Barnabanı tәqib edib o bölgәdәn qovdu. 51 Buna görә dә Paulla Barnaba ayaqlarının tozunu onların üstünә çırpıb Konyaya getdi. 52 Şagirdlәr isә sevinc vә Müqәddәs Ruhla doldular.
1 Konyada Paulla Barnaba Yәhudilәrin sinaqoquna birlikdә daxil olub elә danışdılar ki, hәm Yәhudilәrdәn, hәm dә Yunanlardan ibarәt böyük kütlәni imana gәtirdilәr. 2 Amma inanmayan Yәhudilәr başqa millәtlәrdәn olanları qızışdıraraq onları imanlıların әleyhinә qaldırdılar. 3 Xeyli vaxt orada qalan Paulla Barnaba cәsarәtlә Rәbb haqqında danışırdı. Rәbb isә onlara әlamәt vә xariqә göstәrmәk gücünü vermәklә Öz lütfü barәdә kәlamı tәsdiqlәdi. 4 Amma şәhәr әhalisi iki hissәyә bölündü. Bәzilәri Yәhudilәrin, bәzilәri isә hәvarilәrin tәrәfini saxladı. 5 Yәhudilәrlә başqa millәtlәrdәn olanlar vә onların rәhbәrlәri hәvarilәri tәhqir edәrәk daşqalaq etmәk üçün bir sui-qәsd hazırladı. 6 Bundan xәbәr tutan bu hәvarilәr Likaoniyanın Listra ilә Derbe şәhәrlәrinә vә oranın әtraf yerlәrinә qaçdılar. 7 Orada da Müjdәni yaydılar. 8 Listrada ayaqlarından şikәst olan bir kişi var idi. Bu adam anadangәlmә әlil idi, heç vaxt yerimәmişdi. 9 O, Paulun dediklәrinә qulaq asırdı. Ona göz qoyan Paul gördü ki, sağalacağına imanı var. 10 Ona görә bәrkdәn dedi: "Qalx, ayaq üstә dur!" Bu adam yerindәn atılıb yerimәyә başladı. 11 Camaat Paulun etdiyini görәndә haray salıb Likaoniya dilindә dedi: "Tanrılar insan şәklindә yanımıza gәlib!" 12 Barnabaya Zevs, Paula isә aparıcı natiq olduğuna görә Hermes dedilәr. 13 Şәhәrin qarşısında yerlәşәn Zevs mәbәdinin kahini şәhәr darvazalarına buğalar vә çәlәnglәr gәtirdi. O, camaatla birgә qurban kәsmәk istәdi. 14 Amma hәvarilәr – Barnaba ilә Paul bunu eşidәn kimi paltarlarını cırdı vә izdihamın içinә girib haray çәkdi: 15 "Ay ağalar, niyә belә edirsiniz? Biz dә sizin kimi insanıq, eyni varlığıq. Sizә Müjdә gәtirmişik. Әl çәkin bu boş şeylәrdәn. Yeri, göyü, dәnizi vә bunların içindәki hәr şeyi yaradan, var olan Allaha tәrәf dönün. 16 O, әvvәlki nәsillәrin dövründә yaşayan bütün millәtlәrә öz yolları ilә getmәyә izin verdi. 17 Lakin yenә dә Özünü şahidsiz qoymadı. Sizә yaxşılıq edәrәk göydәn yağışlar yağdırır, cürbәcür mәhsullar yetişdirәn fәsillәr bәxş edir, sizi yemәklә doydurur vә ürәyinizi sevincә qәrq edir". 18 Bu sözlәrlә camaatın onlara qurban kәsmәsinin qarşısını bir çәtinliklә aldılar. 19 Antakya vә Konyadan bәzi Yәhudilәr gәlib xalqı öz tәrәfinә çәkәrәk Paulu daşqalaq etdilәr. Elә bildilәr ki, Paul ölüb, onu şәhәrdәn kәnara sürüdülәr. 20 Şagirdlәr әtrafına yığılanda isә Paul ayağa qalxıb şәhәrә qayıtdı. Ertәsi gün isә Barnaba ilә birlikdә Derbeyә getdi. 21 O şәhәrdә dә Müjdә yayıb xeyli şagird hazırladılar. Paulla Barnaba daha sonra Listraya, Konyaya vә Pisidiyada olan Antakyaya qayıtdı. 22 Şagirdlәri ruhәn möhkәmlәndirdilәr vә imanda dönmәz olsunlar deyә onları hәvәslәndirәrәk dedilәr: "Allahın Padşahlığına çox әziyyәtlәrdәn keçәrәk girmәliyik". 23 İmanlılar üçün hәr cәmiyyәtdә ağsaqqallar seçәrәk dua vә orucla onları inandıqları Rәbbә әmanәt etdilәr. 24 Pisidiya bölgәsindәn keçәrәk Pamfiliyaya gәldilәr. 25 Pergedә kәlamı yayandan sonra Antalyaya getdilәr. 26 Oradan gәmi ilә Suriyadakı Antakyaya qayıtdılar. Onların indi yerinә yetirdiklәri xidmәt üçün burada Allahın lütfünә әmanәt edilmişdilәr. 27 Oraya çatanda cәmiyyәti bir yerә yığıb Allahın onlar vasitәsilә nә etdiyini, başqa millәtlәrә iman qapısını necә açdığını söylәdilәr 28 vә şagirdlәrin yanında uzun müddәt qaldılar.
1 Yәhudeyadan gәlәn bәzi adamlar Antakyadakı imanlı bacı-qardaşlara belә tәlim öyrәdirdi: "Әgәr siz Musanın qoyduğu adәtә görә sünnәt olmasanız, xilas ola bilmәzsiniz". 2 Paul vә Barnaba bu adamlarla çox çәkişib mübahisә etdi. Nәhayәt qәrara alındı ki, Paulla Barnaba digәr qardaşlardan bir neçәsini götürәrәk Yerusәlimә gedib bu sual әtrafında hәvarilәr vә ağsaqqallarla görüşsünlәr. 3 Belәliklә, cәmiyyәt tәrәfindәn göndәrilәnlәr Finikiya vә Samariya bölgәlәrindәn keçdilәr. Başqa millәtlәrin Allaha tәrәf necә dönmәlәrini xәbәr verә-verә oradakı bütün imanlı bacı-qardaşları çox sevindirdilәr. 4 Yerusәlimә çatanda oradakı imanlılar cәmiyyәti vә hәvarilәrlә ağsaqqallar onları yaxşı qarşıladılar. Allahın onlar vasitәsilә etdiyi hәr şeyi danışdılar. 5 Amma farisey tәriqәtindәn olmuş bәzi imanlılar qalxıb belә dedilәr: "Başqa millәtlәrdәn olanları sünnәt etmәk vә onlara Musanın Qanununa riayәt etmәlәrini әmr etmәk lazımdır". 6 Hәvarilәrlә ağsaqqallar bu mövzunun müzakirәsi üçün toplaşdılar. 7 Uzun-uzadı mübahisәlәrdәn sonra Peter ayağa qalxıb dedi: "Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bәri mәni seçib ki, başqa millәtlәrdәn olanlar Müjdәni mәnim dilimdәn eşidib iman etsinlәr. 8 İnsanın ürәyindәn xәbәrdar olan Allah bizә verdiyi kimi Müqәddәs Ruhu onlara da vermәklә tәsdiq etdi ki, onları qәbul edir. 9 Onlarla bizim aramızda heç bir ayrı-seçkilik yaratmadı, imanları ilә onların da ürәklәrini tәmizlәdi. 10 Elә isә nә bizim, nә dә ata-babalarımızın gәzdirә bilmәdiyi boyunduruğu niyә bu şagirdlәrin boynuna yüklәyәrәk Allahı sınağa çәkirsiniz? 11 Әksinә, inanırıq ki, biz dә Rәbb İsanın lütfü ilә xilas oluruq, onlar da". 12 Onda bütün toplantı sakitlәşdi vә Barnaba ilә Paula qulaq asmağa başladılar. Barnaba ilә Paul Allahın onlar vasitәsilә başqa millәtlәr arasında göstәrdiyi әlamәt vә xariqәlәrin hamısını danışdı. 13 Onlar sözlәrini yekunlaşdırandan sonra Yaqub söz alıb dedi: "Qardaşlar, mәnә qulaq asın! 14 Allah başqa millәtlәrdәn Öz adı üçün bir xalq yaratmaq mәqsәdi ilә onlara ilk dәfә necә nәzәr salması barәdә Şimon izahat verdi. 15 Peyğәmbәrlәrin sözlәri bunu tәsdiqlәyir. Orada yazıldığı kimi: 16 “Bundan sonra qayıdacağam, Davudun yıxılan çadırını bәrpa edәcәyәm. Onun dağılan yerlәrini yenidәn tikәcәyәm, Onu әvvәlki halına salacağam, 17 Ona görә ki qalan insanlar – Mәnim adımla çağırılan bütün millәtlәr Rәbbi axtarsınlar. Bunları qәdimdәn bәri mәlum edәn Rәbb belә deyir”. 19 Belәliklә, bu qәrara gәlmişәm ki, başqa millәtlәrdәn Allaha tәrәf dönәnlәrә maneçilik törәtmәmәliyik. 20 Lakin onlara yazmalıyıq ki, bütlәrә tәqdim olunub murdarlanan qurbanların әtini, boğularaq öldürülәn heyvanların әtini vә qan yemәsinlәr; әxlaqsızlıqdan da özlәrini uzaq saxlasınlar. 21 Çünki qәdim nәsillәrin dövründәn bәri hәr şәhәrdә Musanın sözlәrini vәz edәnlәr var vә bu sözlәr hәr Şәnbә günü sinaqoqlarda oxunmaqdadır". 22 Buna görә bütün imanlılar cәmiyyәti ilә hәvarilәr vә ağsaqqallar razılığa gәldi ki, öz aralarından adamlar seçib Paul vә Barnaba ilә birlikdә Antakyaya göndәrsin. İmanlı bacı-qardaşlar arasında rәhbәrlik edәn Barsabba adlanan Yәhuda ilә Silanı seçdilәr. 23 Onların әlinә bu mәktubu verib göndәrdilәr: "İmanlı qardaşlarınız olan biz hәvarilәrlә ağsaqqallardan Antakya, Suriya vә Kilikiyada yaşayan, başqa millәtlәrdәn olan bacı-qardaşlara salam! 24 Eşitdik ki, bizlәrdәn bәzi adamlar yanınıza gәlib sözlәri ilә sizi lәrzәyә salaraq düşüncәlәrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq. 25 Ona görә dә aramızdan bәzi adamları seçib sevimli dostlarımız Barnaba vә Paulla bәrabәr sizin yanınıza göndәrmәyi yekdilliklә qәrara aldıq. 26 Hәr ikisi Rәbbimiz İsa Mәsihin adı uğrunda canını tәhlükәyә atıb. 27 Qәrarımıza müvafiq sizin yanınıza Yәhuda ilә Silanı göndәririk ki, eyni şeylәri sizә şifahi olaraq şәrh etsin. 28 Müqәddәs Ruh vә biz vacib olan bu qaydalardan başqa sizin üstünüzә heç nәyi yüklәmәmәyi lazım bildik: 29 Bütlәrә tәqdim olunan qurbanların әtini, boğularaq öldürülәn heyvanların әtini vә qan yemәyin; әxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edәrsiniz. Salamat qalın". 30 Belәliklә, adamlar yola düşüb Antakyaya getdi vә camaatı bir yerә yığıb mәktubu onlara verdi. 31 İmanlılar ucadan oxunan mәktubun ürәklәndirici sözlәrindәn sevindilәr. 32 İkisi dә peyğәmbәr olan Yәhuda vә Sila bir çox danışıqlar apararaq imanlı bacı-qardaşları ürәklәndirib ruhәn möhkәmlәndirdi. 33 Bir müddәt orada qalandan sonra onları göndәrәnlәrin yanına qayıtmaq üzrә bacı-qardaşlar tәrәfindәn әmin-arxayın yola salındılar. 34 Паулла Барнаба Антакјада галэб хејли баюга адамла бирликдж Ржббин кжламэнэ цјржджржк Мьжджни јајдэлар. 35 Paulla Barnaba Antakyada qalıb xeyli başqa adamla birlikdә Rәbbin kәlamını öyrәdәrәk Müjdәni yaydılar. 36 Bundan bir qәdәr sonra Paul Barnabaya dedi: "Rәbbin kәlamını elan etdiyimiz bütün şәhәrlәrә qayıdıb imanlı bacı-qardaşlara baş çәkәk, hal-әhval tutaq". 37 Barnaba istәdi ki, Mark adlanan Yәhyanı da aparsınlar. 38 Amma Paul Pamfiliyada onları atıb gedәn, onlarla birlikdә işini başa çatdırmayan adamı özlәri ilә götürmәyi mәslәhәt bilmәdi. 39 Onların arasında elә kәskin fikir ayrılığı oldu ki, bir-birlәrindәn ayrıldılar. Barnaba Markı götürüb Kiprә doğru yelkәn açdı. 40 Paul isә Silanı seçdi vә imanlı bacı-qardaşlar tәrәfindәn Rәbbin lütfünә әmanәt edilәndәn sonra yola çıxdı. 41 Onlar Suriya vә Kilikiyanı gәzib-dolaşdı vә cәmiyyәtlәri möhkәmlәndirdi.
1 Paul Derbe vә Listraya gәldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yәhudi, atası isә Yunan idi. 2 Listra vә Konyadakı imanlı bacı-qardaşlar onun barәsindә xoş sözlәr deyirdi. 3 Timoteyi özü ilә aparmaq istәyәn Paul bu şәhәrlәrdәki Yәhudilәrә görә onu sünnәt etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi. 4 Onlar şәhәrbәşәhәr gәzib-dolaşır, Yerusәlimdәki hәvarilәrlә ağsaqqalların qәrara aldığı qaydaları imanlılara deyir vә göstәrirdi ki, bunlara riayәt etsinlәr. 5 Belәliklә, cәmiyyәtlәr imanda güclәnir vә sayı günbәgün artırdı. 6 Müqәddәs Ruh onlara imkan vermәdi ki, Asiya vilayәtindә kәlamı yaysınlar. Ona görә dә onlar Frigiya vә Qalatiya әrazisini keçib getdi. 7 Misiya sәrhәdinә gәlәrkәn Bitinyaya getmәyә çalışdılar. Amma İsanın Ruhu onlara izin vermәdi. 8 Ona görә Misiyadan keçib Troasa getdilәr. 9 O gecә Paul bir görüntü gördü. Makedoniyalı bir nәfәr onun qarşısında durub yalvarırdı: "Makedoniyaya gәl vә bizә kömәk et!" 10 Paul bu görüntünü görәndәn sonra Makedoniyaya getmәk üçün dәrhal bir yol axtardıq. Bundan nәticә çıxartdıq ki, Allah bizi orada Müjdә yaymaq üçün çağırır. 11 Troasdan yelkәn açıb birbaşa Samotraki adasına vә ertәsi gün isә Neapolisә gәldik. 12 Oradan Filipiyә keçdik. Bura Makedoniya bölgәsindә әhәmiyyәtli bir şәhәrdir, әhalisi әsasәn Romalılardır. Bu şәhәrdә bir neçә gün qaldıq. 13 Şәnbә günü şәhәr darvazasından çıxıb çay kәnarına getdik. Elә bildik ki, Yәhudilәr adәtәn oraya dua etmәk üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbәt etmәyә başladıq. 14 Bizә qulaq asanlar arasında Tiatira şәhәrindәn tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlәrinә qulaq asmaq üçün Rәbb ona açıq ürәk vermişdi. 15 Lidiya ev әhli ilә bәrabәr vәftiz olunduqdan sonra bizi evinә dәvәt edib dedi: "Әgәr siz mәni Rәbbә sadiq bir insan kimi qәbul edirsinizsә, gәlin, mәnim evimdә qalın". O bizi buna razı etdi. 16 Bir gün biz dua yerinә gedәrkәn falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edәrәk öz ağalarına nә qәdәr qazanc gәtirmişdi. 17 O, Paulun vә bizim ardımızca düşәrәk qışqıra-qışqıra deyirdi: "Bu adamlar Allah-Taalanın qullarıdır. Sizә xilas yolunu bildirirlәr". 18 Bunu günbәgün tәkrar etdi. Bu, Paulu çox bezdirdi. Nәhayәt, o çevrilib ruha dedi: "İsa Mәsihin adı ilә sәnә әmr edirәm, bu qızdan çıx!" Ruh dәrhal qızdan çıxdı. 19 Qızın ağaları görәndә ki bu qazancdan ümidlәri kәsildi, Paulla Silanı tutub bazar meydanına – rәhbәrlәrin qarşısına gәtirdilәr. 20 Onları hakimlәrin qarşısına çıxararaq dedilәr: "Bu adamlar Yәhudidir. Şәhәrimizә qarışıqlıq salıblar. 21 Biz Romalılara qәbulu vә icrası qadağan olunan adәtlәri yayırlar". 22 Xalq da Paulla Silanın әleyhinә çıxdı. Hakimlәr әmr verdi ki, onların әyinlәrindәki paltarları soyundurub dәyәnәklә döysünlәr. 23 Onlara çox zәrbә vurdular vә sonra zindana atdılar. Zindanın baş mühafizәçisinә әmr verdilәr ki, onları möhkәm nәzarәt altında saxlasınlar. 24 Bu әmri alan baş mühafizәçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündәyә saldı. 25 Gecә yarısına yaxın Paulla Sila dua edir vә Allaha ilahilәr oxuyurdu. Digәr mәhbuslar da onlara qulaq asırdılar. 26 Birdәn elә güclü zәlzәlә oldu ki, zindanın tәmәli belә, yerindәn oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zәncirlәri töküldü. 27 Baş mühafizәçi oyanıb zindanın qapılarını açıq görәndә qılıncını çәkib canına qәsd etmәk istәdi. Elә bildi ki, mәhbuslar qaçıb. 28 Amma Paul bәrkdәn qışqırıb dedi: "Canına qıyma, hamımız buradayıq!" 29 Baş mühafizәçi işıq gәtirdib içәri qaçdı. Titrәyә-titrәyә Paul vә Silanın qarşısında yerә düşdü. 30 Onları bayıra çıxararaq soruşdu: "Ağalar, xilas olmaq üçün nә etmәliyәm?" 31 Onlar dedi: "Rәbb İsaya iman et, sәn dә, ev әhlin dә xilas olarsınız". 32 Sonra hәm ona, hәm dә onun ev әhlinә Rәbbin kәlamını bildirdilәr. 33 Gecәnin bu vәdәsindә baş mühafizәçi onları götürüb yaralarını yudu. Sonra hәm özü, hәm dә ev әhli dәrhal vәftiz oldu. 34 Paulla Silanı evinә aparıb onlar üçün süfrә açdı. Allaha iman etdiklәrinә görә o vә bütün ev әhli şad oldular. 35 Sәhәr açılanda hakimlәr yasavullar göndәrib dedi: "Bu adamları azad et". 36 Baş mühafizәçi bu sözlәri Paula çatdırdı: "Hakimlәr xәbәr göndәrdi ki, siz azad edilәsiniz. İndi çıxın, arxayın gedin". 37 Amma Paul yasavullara belә dedi: "Roma vәtәndaşı ola-ola bizi mәhkәmәsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istәyirlәrmi? Belә şey ola bilmәz! Özlәri gәlsin, bizi buradan çıxarsın!" 38 Yasavullar bu sözlәri hakimlәrә çatdırdılar. Hakimlәr Paulla Silanın Roma vәtәndaşı olduğunu eşidәndә qorxdular 39 vә gәlib onlardan üzr istәdilәr. Sonra onları bayıra çıxarıb xahiş etdilәr ki, şәhәrdәn çıxıb getsinlәr. 40 Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinә getdilәr. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilәr.
1 Onlar Amfipolis vә Apolloniyadan keçәrәk Salonikә gәldi. Burada bir Yәhudi sinaqoqu var idi. 2 Paul adәtinә görә Yәhudilәrin yanına gedib üç Şәnbә dalbadal onlarla Müqәddәs Yazılar üstündә mübahisә etdi, 3 şәrh vә sübut göstәrdi ki, Mәsihin әzab çәkәrәk ölüb ölülәr arasından dirilmәsi lazım idi vә dedi: "Sizә elan etmәkdә olduğum bu İsa Mәsihdir!" 4 Yәhudilәrdәn bәzilәri, mömin Yunanların böyük bir hissәsi, bir çox nüfuzlu qadınlar buna әmin oldu vә Paulla Silaya qoşuldu. 5 Yәhudilәrin buna paxıllığı tutdu. Meydana yığılan camaatın içәrisindә olan bәzi şәr adamlardan bir izdiham toplayıb şәhәrdә qarışıqlıq saldılar. Paulla Silanı xalqın önünә çıxarmaq mәqsәdi ilә Yasonun evinә hücum etdilәr. 6 Onları tapmayanda Yasonla bәzi imanlı qardaşları sürüyә-sürüyә şәhәr başçılarının qarşısına gәtirib hay-küy saldılar: "Dünyaya çaxnaşma salan bu adamlar gәlib buraya da çıxdı. 7 Yason onları öz evinә qәbul edib. Bunların hamısı qeysәrin fәrmanlarının әksinә gedib deyir ki, İsa adlı başqa bir padşah var". 8 Bu sözlәri eşidәn izdiham vә şәhәr başçıları lәrzәyә düşdü. 9 Nәhayәt, başçılar tәminat alaraq Yason vә digәrlәrini azad etdi. 10 İmanlı bacı-qardaşlar isә gecә olan kimi Paulla Silanı dәrhal Veriya şәhәrinә göndәrdi. Onlar oraya çatarkәn Yәhudilәrin sinaqoquna getdilәr. 11 Veriyadakı Yәhudilәrsә Salonikdә olanlardan daha açıq fikirli idi. Kәlamı böyük hәvәslә qarşılayaraq hәr gün Müqәddәs Yazıları araşdırır, "Bu düzgün tәlimdirmi?" deyә yoxlayırdılar. 12 Belәliklә, onların arasından xeyli adam, hәmçinin çoxlu hörmәtli Yunan qadınları vә kişilәri iman etdi. 13 Lakin Salonikdәki Yәhudilәr Paulun Veriyada da Allahın kәlamını elan etdiyini bilәndә oraya getdilәr vә xalqı qızışdırıb lәrzәyә saldılar. 14 Bundan sonra imanlı bacı-qardaşlar Paulu dәrhal dәniz sahilinә gedәn yolla göndәrdilәr. Sila ilә Timotey isә Veriyada qaldı. 15 Paulu yola salanlar onu Afinaya qәdәr ötürdülәr. Sonra Paul onlara әmr verdi ki, geri qayıdıb Sila ilә Timoteyi tәcili surәtdә onun yanına göndәrsinlәr. 16 Onları Afinada gözlәyәn Paul gördü ki, şәhәr bütlәrlә doludur. Bundan ötrü onun ürәyi çox narahat oldu. 17 Buna görә sinaqoqda Yәhudilәrlә vә mömin Yunanlarla, hәr gün bazar meydanında rastlaşdığı insanlarla mübahisә edirdi. 18 Epikürçü vә Stoist fәlsәfi cәrәyanından olanların bәzilәri onunla mübahisәyә girişdi. Kimisi deyir: "Bu boşboğaz nә demәk istәyir?" Kimisi dә deyir: "Deyәsәn bu yad allahların tәbliğatçısıdır". Çünki Paul İsa vә dirilmә ilә bağlı Müjdәni yaymaqda idi. 19 Onlar Paulu götürüb Areopaq mәşvәrәtinә gәtirdilәr. Ondan soruşdular: "Sәnin yaydığın bu yeni tәlimin nә olduğunu bilmәk olarmı? 20 Çünki qulağımız öyrәşmәdiyi şeylәri bizә eşitdirirsәn. İndi bunların mәnasını bilmәk istәyirik". 21 Bütün Afinalılar vә şәhәrdәki yadellilәr vaxtlarını yalnız yeni fikirlәri söylәyәrәk vә qulaq asaraq keçirirdi. 22 Paul Areopaqın qarşısına çıxıb belә söylәdi: "Ey Afinalılar, sizin hәr cәhәtdәn çox pәrәstişkar olduğunuzu görürәm. 23 Belә ki mәn әtrafda gәzәndә sәcdәgahlarınıza diqqәtlә nәzәr salarkәn bir qurbangaha da rast gәldim ki, onun üstündә yazılmışdı: “Namәlum Allaha mәxsus”. Tanımadan ibadәt etdiyiniz bu Allahı sizә tanıtmaq istәyirәm. 24 Dünyanı vә onda mövcud olan hәr şeyi yaradan, yerin-göyün Sahibi olan Allah әllә tikilәn mәbәdlәrdә yaşamaz. 25 İnsan әli ilә edilәn xidmәtә Onun ehtiyacı yoxdur, çünki hәr kәsә hәyat, nәfәs vә hәr şeyi verәn Odur! 26 Allah bütün bәşәriyyәtin millәtlәrini bir insandan yaratdı ki, bütün yer üzәrindә yaşasınlar. Yaşamaq üçün onlara zaman vә mәkan tәyin etdi ki, 27 Onu axtarsınlar, yәni kor әllәrini sürtә-sürtә yol axtardığı kimi axtarıb Onu tapa bilsinlәr. Әslindә Allah heç birimizdәn uzaq deyil. 28 “Axı biz Onda yaşayırıq, hәrәkәt edirik, mövcuduq”. Bәzi şairlәrinizin dediyi kimi: “Biz dә Onun nәslindәnik”. 29 Demәk biz Allahın nәslindәn olduğumuza görә belә düşünmәk olmaz ki, İlahi Varlıq insan layihәsi vә istedadı ilә yaranan qızıl, gümüş vә yaxud daşdan düzәldilәn bir şeyә bәnzәyir. 30 Allah cәhalәt zamanlarında buna göz yumdu, amma indi hәr yerdә hamının tövbә etmәsini insanlara әmr edir. 31 Çünki Allah Öz seçdiyi Şәxs vasitәsilә dünyanı әdalәtlә mühakimә edәcәyi günü tәyin edib. Onu ölülәr arasından diriltmәklә hamının qarşısında bunu tәsdiq edib". 32 Ölülәrin dirilmәsi ilә bağlı sözlәri eşidәn kimi bәzilәri onu әlә saldı, kimisi dә belә dedi: "Bu barәdә sәndәn bir daha eşitmәk istәyirik". 33 Belәliklә, Paul onların arasından çıxıb getdi. 34 Bir neçә insan isә ona qoşulub iman gәtirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın vә başqaları da var idi.
1 Bundan sonra Paul Afinadan çıxıb Korinfә getdi. 2 Orada Pontda doğulan Akila adlı bir Yәhudiyә rast gәldi. O, arvadı Priskila ilә birlikdә İtaliyadan yenicә gәlmişdi. Çünki Klavdi әmr vermişdi ki, Romada olan bütün Yәhudilәr oradan çıxsınlar. Paul onların yanına getdi. 3 Onların peşәsi çadırçılıq idi vә eyni peşә sahibi olan Paul buna görә onların yanında qalıb çalışdı. 4 Paul hәr Şәnbә günü sinaqoqda mübahisә edib hәm Yәhudilәri, hәm dә Yunanları inandırırdı. 5 Sila ilә Timotey Makedoniyadan gәlәn kimi Paul özünü tamamilә kәlama hәsr etdi vә Yәhudilәrә İsanın Mәsih olmasına dair şәhadәt edirdi. 6 Amma Yәhudilәr onun әleyhinә çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: "Qanınız öz başınıza dönsün, bu işdә tәmizәm. Bundan sonra mәn başqa millәtlәrdәn olanların yanına gedәcәyәm". 7 Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nәfәrin evinә getdi. Onun evi sinaqoqa bitişik idi. 8 Sinaqoq rәisi Krisp bütün ev әhli ilә birgә Rәbbә iman etdi. Korinflilәrin bir çoxu Paulu dinlәyәndә iman gәtirәrәk vәftiz oldu. 9 Bir gecә Rәbb görüntüdә Paula dedi: "Qorxma, danış, susma. 10 Bax Mәn sәninlәyәm, heç kimin sәnә pisliyi dәymәyәcәk, çünki bu şәhәrdә xalqım çoxdur". 11 Paul orada il yarım qaldı vә xalqa dayanmadan Allahın kәlamını öyrәtdi. 12 Axayya valisi Qalliyo olan zaman Yәhudilәr birlәşәrәk Paula hücum etdilәr vә onu valinin hökm kürsüsü qarşısına çıxartdılar. 13 Belә dedilәr: "Bu adam Allaha qeyri-qanuni şәkildә ibadәt etmәk üçün insanları tovlayır". 14 Paul danışmaq istәyirdi ki, Qalliyo Yәhudilәrә dedi: "Ey Yәhudilәr, әgәr ittihamınız bir haqsızlıq vә yaxud ağır cinayәt işinә görә olsaydı, sizi sәbirlә dinlәmәyi mәslәhәt bilәrdim. 15 Amma mәsәlәlәr bir tәlimlә, bәzi adlarla vә sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz hәll edin. Mәn belә şeylәrә hakimlik etmәk istәmirәm". 16 Belәliklә, onları hökm kürsüsündәn qovdu. 17 Hamı sinaqoq rәisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isә bu hadisәlәrә әhәmiyyәt vermәdi. 18 Paul Korinfdә olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı vә sonra onlarla vidalaşıb Priskila vә Akila ilә birgә Suriyaya getmәk üçün yelkәn açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir әhd etmişdi. 19 Onlar Efesә çatanda Priskila ilә Akiladan ayrılaraq sinaqoqa girdi vә Yәhudilәrlә mübahisә etmәyә başladı. 20 Ondan xahiş edәndә ki burada daha bir müddәt qalsın, buna razı olmadı. 21 Amma onlarla vidalaşanda belә dedi: "Allah qoysa, yenә yanınıza gәlәcәyәm". Sonra Efesdәn yelkәn açıb getdi. 22 Qeysәriyyәyә çatandan sonra Yerusәlimә gedәrәk imanlılar cәmiyyәtinә baş çәkdi vә sonra oradan Antakyaya keçdi. 23 Bir müddәt orada qalandan sonra yola çıxdı. Qalatiya vә Frigiya bölgәlәrini gәzib dolaşaraq oradakı şagirdlәri ruhәn möhkәmlәndirdi. 24 Bu әrәfәlәrdә İsgәndәriyyәdә doğulmuş Apollo adlı bir Yәhudi Efesә gәldi. Onun yaxşı natiqliyi var idi vә Müqәddәs Yazıları çox yaxşı bilirdi, 25 Rәbb yolunda da tәhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır vә yalnız Yәhyanın vәftizindәn xәbәri olduğu halda İsa ilә bağlı hәqiqәtlәri doğru öyrәdirdi. 26 O, sinaqoqda cәsarәtlә danışmağa başladı. Ona qulaq asan Priskila ilә Akila onu yanlarına çәkib Allah yolu barәdә daha dәqiq izahat verdi. 27 Apollo Axayyaya getmәk istәyәndә bacı-qardaşlar onu hәvәslәndirdi vә oradakı şagirdlәrә mәktub yazdı ki, onu yaxşı qarşılasınlar. Apollo oraya çatanda Allahın lütfü ilә iman edәnlәrә çox kömәk etdi. 28 Belә ki Müqәddәs Yazılarla İsanın Mәsih olduğunu sübuta yetirәrәk Yәhudilәrin iddialarını açıq şәkildә vә güclü surәtdә inkar edirdi.
1 Apollo Korinfdә olarkәn Paul daxili bölgәlәrdәn keçәrәk Efesә gәldi vә orada bir neçә şagirdlә rastlaşdı. 2 Onlara dedi: "İman etdiyiniz zaman Müqәddәs Ruhu aldınızmı?" Onlar dedi: "Müqәddәs Ruhun mövcudluğundan belә, xәbәrimiz yoxdur". 3 Paul onlardan soruşdu: "Elә isә nәyә әsasәn vәftiz oldunuz?" Onlar cavab verdi: "Yәhyanın vәftizinә әsasәn". 4 Paul dedi: "Yәhyanın etdiyi vәftiz tövbә ilә bağlı bir vәftiz idi. Xalqı özündәn sonra Gәlәnә, yәni İsaya iman etmәyә çağırdı". 5 Onlar bunu eşidәn kimi Rәbb İsanın adı ilә vәftiz oldu. 6 Paul әllәrini onların üzәrinә qoyanda Müqәddәs Ruh onların üzәrinә endi, başqa dillәrdә danışmağa vә peyğәmbәrlik etmәyә başladılar. 7 Onlar tәxminәn on iki kişi idi. 8 Sinaqoqa daxil olan Paul cәsarәtlә danışmağa başladı. Üç ay әrzindә onlarla mübahisәlәr aparır vә Allahın Padşahlığı barәdә onları inandırırdı. 9 Bәzilәri inadkar olub inanmaq istәmir vә xalqın qarşısında İsa yolunu pislәmәyә başlayırdı. Buna görә Paul onlardan ayrılıb şagirdlәrini dә götürüb apardı. O, Tiranın mühazirә otağında hәr gün mübahisәlәr edirdi. 10 Bu vәziyyәt iki il davam etdi. Nәhayәt, istәr Yәhudi, istәrsә dә Yunan – bütün Asiya vilayәti әhalisi Rәbbin kәlamını eşitdi. 11 Allah Paul vasitәsilә fövqәladә möcüzәlәr yaradırdı. 12 Belә ki Paulun bәdәninә toxunan dәsmallar vә belinә bağladığı önlüklәr belә, götürülüb xәstәlәrin üstünә qoyulanda insanların xәstәliklәri yox olur, şәr ruhlar çıxırdı. 13 Bәzi әtrafı gәzib-dolaşan Yәhudi cindarlar da şәr ruhlara әsir olanlara Rәbb İsanın adını çәkәrәk deyirdi: "Paulun vәz etdiyi İsanın adı ilә sizә әmr edirәm!" 14 Yәhudilәrin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlә mәşğul idi. 15 Bir dәfә şәr ruh onlara cavab verdi: "İsanı tanıyıram, Paul haqqında da hәr şey bilirәm. Bәs siz kimsiniz?" 16 Daxilindә şәr ruh olan adam onların üstünә hücum çәkdi, hamısını tәpiyinin altına salaraq mәğlub etdi. Belә ki onlar o evdәn lüt-üryan vә yaralı halda qaçdı. 17 Bu xәbәr Efesdә yaşayan bütün Yәhudilәrә vә Yunanlara çatdı. Hamısını bir vahimә bürüdü vә Rәbb İsanın adının nüfuzu böyüdü. 18 İman edәnlәrin çoxu gәlib öz әmәllәrini açıq etiraf edirdi. 19 Cadugәrliklә mәşğul olan bir dәstә insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiymәti hesablananda mәlum oldu ki, әlli min gümüş pula bәrabәr idi. 20 Belәliklә, Rәbbin kәlamı qüdrәtlә böyüyüb tәsirini artırırdı. 21 Bunlar baş verәndәn sonra Paul qәrara gәldi ki, Makedoniya vә Axayyadan keçәrәk Yerusәlimә getsin. O dedi: "Oraya gedәndәn sonra gәrәk Romanı da görәm". 22 Xidmәtçilәrindәn ikisini – Timoteylә Erastı Makedoniyaya göndәrәrәk özü bir az Asiya vilayәtindә qaldı. 23 O әrәfәlәrdә İsa yolu ilә bağlı böyük bir qarışıqlıq yarandı. 24 Dimitri adlı bir zәrgәr gümüşdәn ilahә Artemidanın ev sәcdәgahlarını düzәldirdi vә sәnәtkarlara çoxlu gәlir gәtirirdi. 25 O, sәnәtkarları vә bu cür işlә mәşğul olanları bir yerә toplayıb belә dedi: "Ay kişilәr, bilirsiniz ki, gәlirimiz bu işdәn asılıdır. 26 Amma bu Paul “әl işi olan allahlar hәqiqi allahlar deyil” deyir. Yalnız Efesdә deyil, demәk olar ki, bütün Asiya vilayәtindә nә qәdәr insanı tovlayıb azdırdığını görmüsünüz vә eşitmisiniz. 27 Onda böyük bir tәhlükә ilә üzlәşirik. Bu hәm bizim sәnәtimizin nüfuzunu itirә bilәr, hәm dә ulu ilahә Artemidanın mәbәdini gözdәn sala bilәr. Bununla da bütün Asiya vilayәtinin vә bütün dünyanın ibadәt etdiyi Artemidanın ululuğu heçә çıxar". 28 Oradakılar bunu eşidәndә bәrk hiddәtlәndi vә qışqıra-qışqıra dedi: "Efes ilahәsi Artemida uludur!" 29 Şәhәr bir-birinә qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyәrәk birlikdә teatra doluşdu. 30 Paul istәdi ki, xalqın arasına girsin, amma şagirdlәr onu buraxmadı. 31 Hәtta Paulun dostları olan Asiya vilayәtinin sәdrlәrinin bәzilәri dә ona xәbәr göndәrib yalvardı ki, teatra ayaq basmasın. 32 Teatrdakı yığıncaqda alәm qarışmışdı, hәr ağızdan bir avaz gәlirdi. Onların çoxu isә bilmirdi ki, buraya nә üçün gәlib. 33 Yәhudilәr İsgәndәri qarşıya çıxaranda izdihamın içәrisindәn bәzilәri hadisәni onunla әlaqәlәndirdi. O isә xalqın diqqәtini cәmlәşdirmәk üçün әlini qaldırdı vә onların qarşısında özünü müdafiә etmәk istәdi. 34 Amma xalq onun Yәhudi olduğunu bilәndә bir sәslә iki saata yaxın "Efes ilahәsi Artemida uludur!" deyә qışqırışdı. 35 İzdihamı sakitlәşdirәn şәhәrin icra mәmuru dedi: "Ey Efeslilәr, kim bilmir ki, Efes şәhәri ulu Artemida mәbәdinin vә göydәn gәlәn heykәlinin keşikçisidir? 36 Bunları heç kim inkar edә bilmәz. Buna görә sakit olmanız vә fikirlәşmәdәn bir iş görmәmәyiniz lazımdır. 37 Buraya gәtirdiyiniz adamlar nә mәbәdimizi soydu, nә dә ilahәmizi söydü. 38 Әgәr Dimitri vә onun sәnәtkar dostlarının kimdәn şikayәti varsa, mәhkәmәlәr açıqdır, valilәr dә var. Qoy bir-birlәrini orada ittiham etsinlәr. 39 Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda hәll olması lazımdır. 40 Bugünkü hadisәlәrә görә üsyan qaldırdığımız üçün ittiham olunmaq tәhlükәsi qarşısındayıq. Bu sәbәbsiz iğtişaşa biz bәraәt qazandıra bilmәrik". 41 Bu sözlәri deyәrәk o, yığıncağı dağıtdı.
1 Hay-küy sakitlәşәndәn sonra Paul şagirdlәri çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşaraq Makedoniyaya getmәk üçün yola çıxdı. 2 O tәrәflәri gәzib-dolaşaraq imanlılarla çoxlu söhbәtlәr aparıb onları ruhlandırandan sonra Yunanıstana getdi. 3 Orada üç ay qaldı vә dәniz yolu ilә Suriyaya getmәk istәyirdi ki, ona qarşı Yәhudilәrin hazırladığı sui-qәsdә görә Makedoniya yolu ilә qayıtmaq qәrarına gәldi. 4 Pir oğlu Veriyalı Sopater, Saloniklilәrdәn Aristarx vә Sekund, Derbeli Qay, Timotey, Asiyalılardan Tixik vә Trofim onu müşayiәt edirdi. 5 Bunlar bizdәn әvvәl gedib bizi Troasda gözlәdilәr. 6 Biz dә Mayasız Çörәk bayramından sonra Filipidәn dәniz yolu ilә beş günә Troasa gәlәrәk onlarla görüşdük. Orada yeddi gün qaldıq. 7 Hәftәnin ilk günündә çörәk bölmәk üçün bir yerә yığıldığımız zaman Paul camaatla söhbәt apardı. Ertәsi gün onlardan ayrılacaqdı, ona görә söhbәti gecә yarısına qәdәr davam etdirdi. 8 Toplandığımız yuxarı mәrtәbәdәki otaqda çoxlu çıraqlar yanırdı. 9 Eftik adlı bir yeniyetmә pәncәrәdә oturmuşdu. Paul söhbәti uzadanda Eftiki dәrin yuxu apardı. Yuxuya gedәn kimi o, üçüncü mәrtәbәdәn aşağı düşdü vә yerdәn onu qaldıranda o, ölü vәziyyәtindә idi. 10 Paul aşağı enib yeniyetmәnin üstünә әyildi vә onu qucaqlayaraq dedi: "Narahat olmayın, indi canı sağdır". 11 Tәkrar yuxarı qalxıb çörәk böldü vә yemәk yedi. Gün doğana qәdәr onlarla uzun-uzadı söhbәt aparandan sonra oradan ayrıldı. 12 Oğlanı sağ-salamat apardılar vә bu hadisәdәn çox ruhlandılar. 13 Biz irәli gedәrәk gәmiyә mindik vә Assosa tәrәf üzdük. Çünki Paulu oradan götürmәli idik. O, quru ilә getmәk istәdiyi üçün bunu belә nizamlamışdı. 14 O bizi Assosda qarşılayanda onu gәmiyә mindirdik vә Mitiliniyә gәldik. 15 Oradan da dәnizdәn üzәrәk sәhәri gün Xios adasının qarşısına vә bir gündәn sonra isә Samosa çatdıq. Ertәsi gün Miletә gәldik. 16 Çünki Paul Asiya vilayәtindә vaxt itirmәmәk üçün Efesi ötüb keçmәk qәrarına gәlmişdi. O tәlәsirdi ki, imkan tapıb Әllinci Gün bayramında Yerusәlimdә olsun. 17 Paul Miletdәn Efesә xәbәr göndәrәrәk cәmiyyәt ağsaqqallarını yanına çağırtdırdı. 18 Yanına gәlәndә onlara belә dedi: "Asiya vilayәtinә qәdәm basdığım birinci gündәn bәri sizinlә olduğum dövrdәn bu vaxta qәdәr özümü necә apardığım sizә mәlumdur. 19 Yәhudilәrin qәsd-qәrәzi vasitәsilә sınaqlardan keçәrkәn Rәbbә tam itaәtkarlıqla, göz yaşı içindә qulluq edirdim. 20 Xeyirli olan hәr şeyi sizә bәyan edәrәk istәr açıq, istәrsә dә evdәn-evә gәzib-dolaşaraq tәlim vermәkdәn çәkinmәdim. 21 Hәm Yәhudilәri, hәm dә Yunanları tövbә edib Allaha tәrәf dönmәyә vә Rәbbimiz İsaya iman gәtirmәyә çağırdım. 22 İndi dә Ruhun tәkidi ilә Yerusәlimә gedirәm vә orada başıma nә gәlәcәyini bilmirәm. 23 Lakin Müqәddәs Ruh hәr şәhәrdә xәbәrdarlıq edirdi ki, mәni zәncirlәr vә әziyyәtlәr gözlәyir. 24 Öz canıma heç әhәmiyyәt vermirәm, onu qiymәtlәndirmirәm. Mәnә kifayәtdir ki, yolumu – Rәbb İsanın mәnә tapşırdığı kimi Allahın lütfünü göstәrәn Müjdәni şәhadәtetmә xidmәtini başa çatdırım. 25 İndi aranızda dolaşıb Padşahlıq barәdә vәz etdiyim sizlәrdәn heç biriniz mәnim üzümü bir dә görmәyәcәk. 26 Ona görә bu gün bunu sizә bәyan etmәk istәyirәm ki, mәn tәmizәm, heç kimin qanına bais olmamışam. 27 Çünki mәn çәkinmәdәn Allahın bütün iradәsini sizә çatdırmışam. 28 Hәm özünüzә, hәm dә Müqәddәs Ruhun sizi nәzarәtçilәr tәyin etdiyi bütün sürüyә diqqәtlә baxın. Allahın Öz Oğlunun qanı bahasına әldә etdiyi bu cәmiyyәtini bәslәyin. 29 Bilirәm ki, mәn gedәndәn sonra sürüyә rәhm etmәyәn yırtıcı canavarlar aranıza soxulacaq. 30 Aranızdan tәhrif edilmiş sözlәr deyәn, şagirdlәri özlәrinin ardınca çәkmәk istәyәn adamlar çıxacaq. 31 Buna görә oyaq dayanın. Üç il boyu, fasilәsiz, gecә-gündüz göz yaşı tökәrәk hәr birinizә necә nәsihәt verdiyimi yada salın. 32 İndi isә mәn sizi Allaha vә Onun lütfü barәdәki kәlamına әmanәt edirәm. Bu kәlam sizi inkişaf etdirib tәqdis olunmuş bütün insanlar arasında irsә qovuşdurmağa qadirdir. 33 Mәn heç kimin nә qızılına, nә gümüşünә, nә dә pal-paltarına göz dikmişәm. 34 Siz dә bilirsiniz ki, bu әllәr hәm mәnim, hәm dә mәnimlә olanların ehtiyaclarını tәmin etdi. 35 Gördüyüm hәr işdә Rәbb İsanın “vermәk almaqdan daha çox bәxtiyarlıq gәtirәr” sözünü yaddan çıxarmayıb belә әmәk sәrf edәrәk zәiflәrә kömәk etmәyin vacibliyini sizә göstәrdim". 36 Paul bu sözlәri söylәyәndәn sonra diz çöküb onlarla birlikdә dua etdi. 37 Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı vә onu öpdü. 38 Onlar әn çox "mәnim üzümü bir dә görmәyәcәksiniz" sözündәn kövrәldilәr. Sonra onu gәmiyә qәdәr yola saldılar.
1 Onlardan ayrılıb dәnizә çıxanda birbaşa Kosa getdik, sәhәri gün isә Rodosa, oradan da Pataraya keçdik. 2 Finikiyaya gedәn bir gәmi tapdıq vә ona minib dәnizlә getdik. 3 Kipri gördük vә onun cәnubundan keçdik. Suriya istiqamәtinә getdik vә Sur şәhәrindә sahilә çıxdıq. Gәmi yükünü orada boşaltmalı idi. 4 Orada şagirdlәri axtarıb tapdıq vә yanlarında bir hәftә qaldıq. Şagirdlәr Ruhun tәsiri ilә Paula xәbәrdarlıq etdilәr ki, Yerusәlimә getmәsin. 5 Amma oradakı günlәrimiz başa çatanda bu şәhәrdәn çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilә bәrabәr bizi şәhәrin kәnarına qәdәr ötürdü vә sahildә diz çökәrәk dua etdik. 6 Bir-birimizlә vidalaşandan sonra biz gәmiyә mindik, onlar da evlәrinә qayıtdı. 7 Surdan dәniz sәyahәtimizә davam edәrәk Ptolemaisә gәldik vә orada imanlı bacı-qardaşlara baş çәkib bir gün yanlarında qaldıq. 8 Ertәsi gün onlardan ayrılıb Qeysәriyyәyә gәldik. Yeddi kömәkçidәn biri olan müjdәçi Filipin evinә gedib orada qaldıq. 9 Bu kişinin peyğәmbәrlik edәn dörd subay qızı var idi. 10 Oraya çatandan bir neçә gün sonra Yәhudeyadan Aqab adlı bir peyğәmbәr gәldi. 11 O bizә yaxınlaşıb Paulun kәmәrini götürüb bununla öz әllәrini vә ayaqlarını bağlayaraq dedi: "Müqәddәs Ruh belә deyir: “Yәhudilәr bu kәmәrin sahibini Yerusәlimdә belә bağlayıb başqa millәtlәrә tәslim edәcәk”". 12 Bu sözlәri eşidәndә hәm biz, hәm dә oranın sakinlәri Paula yalvardıq ki, Yerusәlimә getmәsin. 13 Buna cavab olaraq Paul belә dedi: "Nә olub? Niyә ağlayaraq ürәyimi sızladırsınız? Mәn Rәbb İsanın adı uğrunda Yerusәlimdә tәkcә әl-ayağımın bağlanmasına deyil, ölümә dә hazıram" 14 Paulu razı sala bilmәdikdә "Qoy Rәbbin iradәsi olsun!" deyәrәk susduq. 15 Bir müddәt keçәndәn sonra biz hazırlıq işlәrini görüb Yerusәlimә tәrәf getdik. 16 Qeysәriyyәdә yaşayan şagirdlәrin bәzisi dә bizimlә birgә gәldi. Onlar bizi ilk şagirdlәrdәn biri olan Kiprli Minasonun evinә apardı, çünki biz onların evindә qalacaqdıq. 17 Yerusәlimә çatanda imanlı bacı-qardaşlar bizi sevinclә qarşıladı. 18 Ertәsi gün Paulla birlikdә Yaqubu görmәyә getdik. Cәmiyyәt ağsaqqallarının hamısı oraya yığılmışdı. 19 Paul onlardan hal-әhval tutandan sonra öz xidmәti ilә әlaqәdar olaraq Allahın başqa millәtlәr arasında gördüyü işlәrdәn әtraflı mәlumat verdi. 20 Bunları eşidәndә Allahı izzәtlәndirdilәr. Paula dedilәr: "Görürsәnmi, qardaş, Yәhudilәr arasında on minlәrlә imanlı var vә hamısı Qanunun qeyrәtini çәkir. 21 Onlar sәnin barәndә xәbәr tutublar ki, başqa millәtlәr arasında yaşayan bütün Yәhudilәrә oğullarını sünnәt etmәyib adәt-әnәnәlәrimizә görә yaşamamağı vә Musadan dönmәyi öyrәdirsәn. 22 İndi nә edәk? Mütlәq sәnin bura gәldiyini eşidәcәklәr. 23 Ona görә sәnә dediklәrimizә әmәl et. Bizim aramızda әhd edәn dörd kişi var. 24 Bunları yanına al vә onlarla birgә paklanma mәrasiminә qoşul. Başlarını qırxdırmaq üçün qurban xәrclәrini sәn çәk. Bununla da hamı bilәcәk ki, sәnin haqqında eşitdiklәri әsassızdır, sәn dә Qanuna riayәt edirsәn. 25 Başqa millәtlәrdәn olan imanlılara gәlincә, biz qәrara alıb onlara mәktub vasitәsilә yazmışıq ki, bütlәrә tәqdim olunan qurbanların әtini, boğularaq öldürülәn heyvanların әtini vә qan yemәsinlәr, hәmçinin özlәrini әxlaqsızlıqdan saxlasınlar". 26 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertәsi gün onlarla bәrabәr özünü pak etdi. Sonra mәbәdә girәrәk paklanma dövrünün nә vaxt qurtaracağını, hәr birinin adına nә vaxt qurban tәqdim edilәcәyini elan etdi. 27 Yeddi günlük müddәt qurtarmaq üzrә Asiya vilayәtindәn olan Yәhudilәr Paulu mәbәddә görәndә bütün izdihamı tәşvişә salaraq onu yaxaladılar 28 vә qışqırdılar: "Ey İsraillilәr, kömәk edin! Hәr yerdә hәr kәsә xalqımıza, Qanuna vә bu Müqәddәs mәkana qarşı tәlim öyrәdәn adam budur. Hәmçinin mәbәdә bәzi Yunanları gәtirәrәk bu Müqәddәs mәkanı murdarladı". 29 Bu Yәhudilәr Efesli Trofimi әvvәllәr şәhәrdә Paulun yanında gördüklәri üçün elә bilirdilәr ki, onu Paul mәbәdә gәtirib. 30 Bütün şәhәr oyandı. Camaat hәr tәrәfdәn qaçıb-gәlәrәk Paulu tutub mәbәddәn bayıra sürüdü. Dәrhal mәbәd qapıları bağlandı. 31 Onlar Paulu öldürmәyә çalışırdı ki, bütün Yerusәlimin tәşvişә düşmәsi xәbәri Roma alayının minbaşısına çatdırıldı. 32 Minbaşı dәrhal yüzbaşılarla әsgәrlәri özü ilә götürәrәk izdiham olan yerә qaçdı. Minbaşı ilә әsgәrlәri görәn camaat Paulu döymәyi dayandırdı. 33 O zaman minbaşı yaxına gәlib Paulu tutdu vә әmr etdi ki, onu qoşa zәncirlә bağlasınlar. Sonra soruşdu: "Bu adam kimdir? Nә edib?" 34 İzdiham içindә hәr ağızdan bir avaz gәlir, qışqırışırdılar. Hay-küydәn minbaşı heç nә müәyyәnlәşdirә bilmәdi, ona görә Paulun qalaya aparılmasını әmr etdi. 35 Paul pillәkәndә olanda xalq elә qızışmışdı ki, әsgәrlәr onu әllәri üstündә aparmalı oldu. 36 Çünki izdiham onun ardınca düşüb qışqırırdı: "Öldürün onu!" 37 Paul qalaya gәtirilmәkdә ikәn o, minbaşıdan soruşdu: "Sәndәn bir söz soruşmaq olar?" Minbaşı dedi: "Sәn Yunan dilini bilirsәn? 38 Sәn bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili sәhraya aparan Misirli deyilsәnmi?" 39 Paul dedi: "Mәn Yәhudiyәm, Kilikiyanın Tarsus şәhәrindәnәm, mәşhur bir şәhәrin vәtәndaşıyam. Rica edirәm, bu xalqa bir neçә söz demәyә izin ver". 40 Minbaşı icazә verәndәn sonra Paul pillәkәnlәrin üstünә çıxıb diqqәti cәlb etmәk üçün xalqa әli ilә işarә etdi. Dәrin sükut çökәndә İbrani dilindә danışmağa başlayaraq dedi:
1 "Qardaşlar vә atalar, indi mәnim özümü müdafiәmә qulaq asın!" 2 Paulun onlarla ibranicә danışdığını eşidәndә daha dәrin sükut yarandı. Paul sözünә davam etdi: 3 "Mәn bir Yәhudiyәm, Kilikiyanın Tarsus şәhәrindә doğuldum. Bu Yerusәlim şәhәrindә isә böyüyәrәk Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir tәlim almışam. Hamınızın bu gün etdiyi kimi mәn dә Allah naminә qeyrәt çәkirdim. 4 İsa yolunda olanları ölüncәyә qәdәr tәqib edәrdim vә qadın-kişi bilmәdәn onların әl-qolunu bağlayıb zindana salardım. 5 Mәnim dediklәrim barәdә baş kahin vә bütün ağsaqqallar mәclisi dә şәhadәt edә bilәr. Hәtta mәn onlardan Dәmәşqdәki soydaşlarımıza yazılmış bir mәktub alaraq oradakı İsa yolunda olanların әl-qolunu bağlayıb cәzalandırmaq üçün Yerusәlimә gәtirmәyә gedirdim. 6 Mәn günortaya yaxın yolda, Dәmәşqә yaxınlaşmaqda ikәn birdәn-birә göydәn böyük bir işıq әtrafımda parladı. 7 Mәn yerә yıxıldım vә eşitdim ki, bir sәs mәnә belә deyir: “Şaul, Şaul, niyә Mәni tәqib edirsәn?” 8 Mәn soruşdum: “Ey Ağam, Sәn kimsәn?” Sәs mәnә dedi: “Mәn sәnin tәqib etdiyin Nazaretli İsayam”. 9 Yanımdakılar işığı görsәlәr dә, mәnimlә danışanın sәsini eşitmәdilәr. 10 Mәn dedim: “Ya Rәbb, mәn nә edim?” Rәbb mәnә dedi: “Qalx, Dәmәşqә get, icra etmәyin üçün tәyin edilәn hәr şey orada sәnә deyilәcәk”. 11 O işığın parlaqlığından gözlәrim tutuldu. Yanımda olanlar әllәrimdәn tutub mәni Dәmәşqә apardı. 12 Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna әmәl edir vә o şәhәrdә yaşayan Yәhudilәr arasında hörmәt sahibi idi. 13 O mәnim yanıma gәlib dedi: “Qardaşım Şaul, qoy gözlәrin açılsın”. Dәrhal gözlәrim açıldı vә onu gördüm. 14 O mәnә dedi: “Ata-babalarımızın Allahı sәni seçdi ki, Onun iradәsini bilәsәn vә Saleh Olanı görüb ağzından bir sәs eşidәsәn. 15 Çünki görüb-eşitdiklәrini bütün insanlara yayaraq Onun üçün şәhadәt edәcәksәn. 16 İndi nә gözlәyirsәn? Qalx, vәftiz ol vә Onun adını çağıraraq günahlarını yu”. 17 Mәn Yerusәlimә qayıdıb mәbәddә dua etmәkdә idim ki, fikrimi bir görüntü apardı 18 vә Rәbbi gördüm. O mәnә dedi: “Tez ol, dәrhal Yerusәlimi tәrk et, çünki mәnim barәmdә etdiyin şәhadәti qәbul etmәyәcәklәr”. 19 Mәn dedim: “Ya Rәbb, bilirlәr ki, mәn sinaqoqdan-sinaqoqa gedәrәk Sәnә iman edәnlәri hәbs edir vә döyürdüm. 20 Hәtta Sәnin uğrunda şәhid olan Stefanın qanı tökülәndә mәn dә orada idim. Edilәnlәrә razı olub onu öldürәnlәrin üst geyimlәrini qoruyurdum”. 21 Rәbb dә mәnә dedi: “Get, Mәn sәni uzaqlara, başqa millәtlәrin yanına göndәrәcәyәm”". 22 Paula buraya qәdәr qulaq asanlar bu sözdәn sonra haray salıb dedilәr: "Belәsini yer üzündәn silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!" 23 Onlar belә hay-küy qopararaq paltarlarını yellәyib havaya toz qaldıranda 24 minbaşı әmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyә belә hay-küy qoparmalarının sәbәbini bilmәk üçün onu qamçılatmaqla sorğuya çәkmәk istәdi. 25 Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya dedi: "Mәhkum olmamış Roma vәtәndaşını qamçılatmağa icazәniz varmı?" 26 Yüzbaşı bunu eşidәn kimi minbaşının yanına gәlib xәbәr verәrәk dedi: "Nә edәcәksәn? Bu adam Roma vәtәndaşıdır". 27 Minbaşı Paulun yanına gәlib soruşdu: "De görәk, sәn Roma vәtәndaşısan?" Paul dedi: "Bәli". 28 Minbaşı cavabında "mәn nә qәdәr pula bu vәtәndaşlığı әldә etmişәm" dedi. Paul isә "amma mәn doğulandan Roma vәtәndaşıyam" dedi. 29 Onu sorğuya çәkmәk istәyәnlәr dәrhal onun yanından geri çәkildi. Minbaşı qollarını bağladığı Paulun Roma vәtәndaşı olduğunu öyrәnәrkәn qorxdu. 30 Minbaşı ertәsi gün Yәhudilәrin Paulu nәdә ittiham etdiklәrini dәqiq öyrәnmәk istәdi. Ona görә Paulu azad etdi. Minbaşı әmr verdi ki, başçı kahinlәrlә bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gәtirdi.
1 Ali Şuranı diqqәtlә nәzәrdәn keçirәn Paul dedi: "Qardaşlar, mәn bu günәcәn Allahın qarşısında tәmiz vicdanla yaşamışam". 2 Baş kahin Xananya Paulun yanında duranlara әmr etdi ki, onun ağzından vursunlar. 3 Bundan sonra Paul ona dedi: "Ey üzü ağardılan divar, sәni Allah vuracaq! Hәm oturub Qanuna әsasәn mәni mühakimә edirsәn, hәm dә Qanunu pozaraq mәni döymәk üçün әmr verirsәn". 4 Yanında duranlar ona dedi: "Sәn Allahın baş kahinini söyürsәnmi?" 5 Paul dedi: "Qardaşlar, onun baş kahin olduğunu bilmirdim. Әlbәttә, “xalqın başçısı barәdә pis söz demә” deyә yazılıb". 6 Onların bir hissәsinin sadukey, digәr hissәsinin isә farisey olduğunu bilәn Paul Ali Şuraya nida etdi: "Ey qardaşlar, mәn farisey oğlu fariseyәm. Ölülәrin dirilmәsinә ümid bәslәdiyim üçün burada mühakimә olunuram". 7 Paulun bu sözündәn sonra fariseylәrlә sadukeylәr arasında çәkişmә başladı vә toplantı iki hissәyә ayrıldı. 8 Çünki sadukeylәr iddia edir ki, ölümdәn dirilmә, mәlәk vә ruh yoxdur. Әksinә, fariseylәr bunların hamısına inanır. 9 Toplantıda böyük bir hay-küy yarandı. Farisey tәrәfini tutan bәzi ilahiyyatçılar qalxıb dava yaradaraq belә deyirdi: "Bu adamda heç bir günah görmürük. Nә olsun ki, onunla bir ruh vә yaxud mәlәk danışıb." 10 Çәkişmә o qәdәr qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, әsgәrlәrә әmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar. 11 O gecә Rәbb Paulun yanında dayanıb dedi: "Cәsarәtli ol, Yerusәlimdә Mәnim haqqımda etdiyin şәhadәti Romada da etmәyin lazımdır". 12 Sәhәr açılanda Yәhudilәr öz aralarında Paula sui-qәsd hazırlayaraq and içdilәr: "Әgәr Paulu öldürmәmiş bir şey yeyib-içәriksә, lәnәtә gәlәk!" 13 Bu sui-qәsdә qoşulanların sayı qırxdan artıq idi. 14 Bu adamlar başçı kahinlәrlә ağsaqqalların yanına gәlib belә dedilәr: "Biz qәti and içmişik: “Әgәr Paulu öldürmәmiş bir şey yeyib-içәriksә, lәnәtә gәlәk!” 15 İndi siz Ali Şura ilә birgә guya Paulun işinә daha dәqiq baxmaq istәyәrәk minbaşıdan xahiş edin ki, onu yanınıza gәtirsin. Paul buraya gәlmәmiş biz onu öldürmәyә hazır olacağıq". 16 Lakin Paulun bacısı oğlu onların pusqu qurduğunu eşidib qalaya girdi vә Paula xәbәr verdi. 17 Paul yüzbaşılardan birini yanına çağırıb dedi: "Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xәbәri var". 18 Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı vә dedi: "Mәhbus Paul mәni çağırıb xahiş etdi ki, bu oğlanı sәnin yanına aparım. Sәnә bir sözü var". 19 Minbaşı cavanın әlindәn tutub bir tәrәfә çәkdi vә soruşdu: "Mәnә nә demәk istәyirsәn?" 20 Cavan dedi: "Yәhudilәr belә razılığa gәlib ki, guya Paulun işinә daha dәqiq baxmaq istәyirlәr, ona görә sabah sәndәn onun Ali Şuraya gәtirilmәsini xahiş edәcәklәr. 21 Amma sәn onların sözünә qulaq asma, çünki qırx nәfәrdәn artıq kişi “Әgәr Paulu öldürmәmiş bir şey yeyib-içәriksә, lәnәtә gәlәk!” deyә and içib pusquda gözlәyir. Onlar hazır dayanıb sәnin razılığını gözlәyir". 22 Minbaşı ona belә tapşırdı: "Bunları mәnә xәbәr verdiyini heç kimә demә". Sonra oğlanı evә göndәrdi. 23 Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belә dedi: "Gecәnin üçüncü saatı Qeysәriyyәyә getmәk üçün iki yüz piyada, yetmiş atlı vә iki yüz nizәçi hazırlayın. 24 Hәmçinin minmәk üçün heyvanlar gәtirin vә Paulu sağ-salamat vali Feliksә çatdırın". 25 Sonra bu cür mәktub yazdı: 26 "Möhtәrәm vali Feliksә Klavdi Lisiyadan salamlar! 27 Bu kişini Yәhudilәr tutub öldürmәk istәyirdi. Mәn bilәndә ki bu adam Roma vәtәndaşıdır, özümü yetirib әsgәrlәrlә onu xilas etdim. 28 Onu nәdә tәqsirlәndirmәlәrini bilmәk üçün Yәhudilәrin Ali Şurasının qarşısına çıxartdım. 29 Öyrәndim ki, onu özlәrinin Qanunu ilә bağlı mәsәlәlәrdә ittiham edirlәr, amma ona ölüm yaxud hәbsә layiq cәza vermәk üçün heç bir әsas yoxdur. 30 Mәnә çatdırılanda ki bu kişiyә qarşı bir sui-qәsd qurulub, dәrhal onu sәnin yanına göndәrdim. Onu ittiham edәnlәrin dә şikayәtlәrini sәnә bildirmәlәrini әmr etdim". 31 Әsgәrlәr onlara verilәn әmrә әmәl edәrәk gecә ikәn Paulu götürüb Antipatrisә apardılar. 32 Ertәsi gün atlıları Paulla birlikdә yollarına davam etmәk üçün ötürәndәn sonra qalaya qayıtdılar. 33 Atlılar Qeysәriyyәyә çatan kimi mәktubu valiyә verәndә Paulu da ona tәslim etdilәr. 34 Vali mәktubu oxuyandan sonra Paulun hansı vilayәtdәn olduğunu soruşdu. Öyrәnәndә ki o, Kilikiyadandır, 35 belә dedi: "Sәni ittiham edәnlәr gәlәndә sәnin işinә baxacağam". Bundan sonra әmr verdi ki, Paulu Hirod sarayında nәzarәt altında saxlasınlar.
1 Bundan beş gün sonra baş kahin Xananya, bәzi ağsaqqallar vә Tertul adlı bir vәkil Qeysәriyyәyә gәlib Pauldan edilәn şikayәtlәri valiyә çatdırdı. 2 Paul çağırılanda Tertul onu ittiham etmәyә başladı: "Möhtәrәm Feliks, sәnin sayәndә uzun müddәtdir ki, әmin-amanlıq içindә yaşamaqdayıq. Sәnin uzaqgörәnliyinlә bu millәt üçün keçirdiyin islahatları 3 hәr yerdә, hәr zaman dәrin minnәtdarlıqla qәbul edirik. 4 Vaxtınızı çox almaq istәmirәm. Rica edirәm, lütfkarlığınla bizi bir qәdәr dinlә. 5 Bizim gәldiyimiz nәticәyә görә bu kişi dünyanın hәr yerindә olan Yәhudilәr arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nәsrani tәriqәtinin başçılarındandır. 6 Bu insan hәtta mәbәdi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq. 7 Ону истинтаг етсжн, бьтьн бу иттиһамларэмэзэн дорру олдуруну цзьнджн цјржнж билжрсжн». 8 Onu istintaq etsәn, bütün bu ittihamlarımızın doğru olduğunu özündәn öyrәnә bilәrsәn". 9 Oradakı Yәhudilәr dә deyilәnlәrin doğru olduğunu tәsdiqlәyәrәk bu işә qoşuldu. 10 Vali Paula işarә verәndә o cavab verdi: "Bilirәm ki, sәn neçә illәrdir bu millәtin hakimisәn. Buna görә sәnin qarşında özümü müdafiә etmәyimә sevinirәm. 11 Sәn özün dә öyrәnә bilәrsәn ki, ibadәt etmәk mәqsәdi ilә Yerusәlimә gedişimdәn bu yana sadәcә on iki gün keçib. 12 Bu adamlardan heç biri görmәyib ki, mәn mәbәddә, sinaqoqlarda yaxud şәhәrin hansısa bir yerindә kiminlәsә mübahisә edim vә yaxud camaatı tәşvişә salım. 13 Bu anda mәnә qarşı etdiklәri ittihamları sәnin hüzurunda sübut edә bilmirlәr. 14 Lakin ata-babalarımızın Allahına onların tәriqәt adlandırdığı İsa yolunun ardıcılı olaraq ibadәt etdiyimi sәnin qarşında iqrar edirәm. Qanunda olan vә Peyğәmbәrlәrin kitablarında yazılan hәr şeyә inanıram. 15 Eyni ilә bu adamların qәbul etdiklәri kimi hәm saleh, hәm dә saleh olmayan insanların dirilәcәyinә dair Allaha ümid bәslәyirәm. 16 Bu mәqsәdlә mәn istәr Allah, istәrsә dә insanların qarşısında hәr zaman vicdanımın tәmiz olması üçün çalışıram. 17 Uzun illәrdәn sonra millәtimә yardım vә hәdiyyәlәr vermәk üçün Yerusәlimә gәldim. 18 Bununla mәşğul olarkәn mәni mәbәddә paklanmış olaraq tapdılar. Әtrafımda nә izdiham, nә dә hay-küy var idi. 19 Lakin Asiya vilayәtindәn bәzi Yәhudilәr orada idi. Onlar buraya – sәnin hüzuruna gәlmәli vә mәndәn şikayәtlәri varsa, ittihamlarını göstәrmәlidirlәr. 20 Yaxud özlәri desinlәr ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzә çıxartdılar. 21 Onların qarşısında dayananda nida edәrәk belә demişdim vә yalnız bunda mәnim haqsız olduğumu hesab edә bilәrlәr: “Bu gün mәn ölülәrin dirilmәsi mәsәlәsinә görә önünüzdә mühakimә olunuram”". 22 İsa yolu barәdә dәqiq mәlumatı olan Feliks bu işi tәxirә salıb dedi: "İşiniz barәdә minbaşı Lisiya gәlәndәn sonra qәrarımı verәcәyәm". 23 Oradakı yüzbaşıya әmr verdi ki, Paulu nәzarәt altında saxlasın, lakin sәrbәstlik versin vә ona xidmәt edәn dostlarına maneçilik yaratmasın. 24 Bir neçә gün keçәndәn sonra vali Feliks Yәhudi arvadı Drusilla ilә birlikdә gәlib Paulu çağırtdırdı vә onun Mәsih İsaya olan imanından danışdıqlarına qulaq asdı. 25 Paul salehlik, nәfsә hakim olma vә gәlәcәk mühakimәdәn söhbәt edәndә Feliks qorxuya düşdü vә dedi: "Bәsdir, indi get, imkan olanda yenә sәni çağırtdıracağam". 26 Digәr tәrәfdәn dә Pauldan rüşvәt umurdu. Ona görә tez-tez Paulu yanına çağırtdırır vә onunla söhbәt edirdi. 27 İki il keçәndәn sonra Feliks öz vәzifәsini Porki Festә tәhvil verdi. Feliks Yәhudilәrin rәğbәtini qazanmaq üçün Paulu hәbsdә qoyub getdi.
1 Vilayәtә çatandan üç gün sonra Fest Qeysәriyyәdәn Yerusәlimә getdi. 2 Başçı kahinlәrlә Yәhudilәrin nüfuzlu adamları Paulla bağlı şikayәtlәrini ona açıqladı. 3 Onlara bir yaxşılıq etsin deyә Paulun Yerusәlimә gәtirilmәsini Festә yalvararaq xahiş etdilәr, çünki onu öldürmәk üçün yolda pusqu qururdular. 4 Fest cavab verdi: "Paul Qeysәriyyәdә hәbsdәdir vә tezliklә özüm dә oraya gedәcәyәm. 5 Aranızda sәlahiyyәti olanlar mәnimlә getsin vә әgәr bu kişi haqsızlıq edibsә, onu ittiham etsin". 6 Fest onların yanında sәkkiz ya on gündәn artıq qalmadı vә Qeysәriyyәyә qayıtdı. Ertәsi gün hökm kürsüsünә çıxıb Paulun gәtirilmәsini әmr etdi. 7 Paul girәndә Yerusәlimdәn gәlәn Yәhudilәr onun әtrafını bürüdü vә onun barәsindә dәlil-sübutsuz bir çox ağır ittihamlar irәli sürdülәr. 8 Paul "nә Yәhudilәrin Qanununa, nә mәbәdә, nә dә qeysәrә qarşı heç bir günah işlәtmәmişәm" deyәrәk özünü müdafiә etdi. 9 Yәhudilәrin rәğbәtini qazanmaq üçün Fest Paula belә cavab verdi: "Bu iş üzrә mәnim qarşımda mühakimәnin Yerusәlimdә olmasını istәyirsәnmi?" 10 Paul dedi: "Mәn qeysәrin hökm kürsüsünün qarşısında dayanmışam. Mәnim mәhkәmәm burada olmalıdır. Sәn özün dә yaxşı bilirsәn ki, Yәhudilәrә qarşı heç bir haqsızlıq etmәmişәm. 11 Әgәr haqsızlıq etmişәmsә, ölüm cәzasına layiq bir iş tutmuşamsa, ölümdәn qaçmıram. Yox, әgәr bunların ittihamları әsassızdırsa, mәni onların әlinә tәslim etmәk üçün heç kimin sәlahiyyәti yoxdur. Mәn qeysәrin mәhkәmәsinә müraciәt etmәk istәyirәm". 12 Fest öz mәslәhәt şurası ilә müşavirә keçirәndәn sonra cavab verdi: "Sәn qeysәrin mәhkәmәsinә müraciәt etmәk istәdiyin üçün qeysәrin yanına gedәcәksәn". 13 Bir neçә gündәn sonra padşah Aqrippa ilә Berniki Festi tәbrik etmәk üçün Qeysәriyyәyә gәldi. 14 Bir müddәt orada qaldılar. Fest bu әrәfәdә Paulun işini padşaha danışdı. O dedi: "Bir kişi var, Feliks onu mәhbus saxlayaraq gedib. 15 Yerusәlimdә olduğum әrәfәdә Yәhudilәrin başçı kahinlәri ilә ağsaqqalları onunla bağlı şikayәtlәrini açıqladı vә onu cәzalandırmağımı istәdi. 16 Mәn dedim ki, ittiham edilәn şәxsi ittihamçılarla üzlәşdirmәdәn, ona edilәn ittihamlara müdafiә imkanı vermәdәn, onlara tәslim etmәk Romalıların adәtinә xas deyil. 17 Onlar mәnimlә buraya toplananda heç bir vaxt itirmәdәn ertәsi gün hökm kürsüsünә çıxıb bu kişinin gәtirilmәsini әmr etdim. 18 Amma ittihamçılar qalxıb danışanda mәnim gözlәdiyim cinayәtlәrin heç biri ilә onu tәqsirlәndirmәdilәr. 19 Lakin onunla öz dinlәri barәdә bir neçә mәsәlә qaldırdılar. Bunlar ölmüş vә Paulun iddiasına görә sağ olan İsa adlı bir şәxslә bağlı mәsәlәlәrdir. 20 Bunları necә tәdqiq edәcәyimdәn şübhәlәndiyim üçün ondan soruşdum ki, Yerusәlimә gedib bu iş üçün orada mühakimә olmağa razıdır ya yox. 21 Amma Paul imperatorun mәhkәmәsinә müraciәt etmәk vә bu olana qәdәr hәbsdә qalmaq istәdi. Mәn dә onu qeysәrin yanına göndәrәcәyim zamanacan hәbsdә qalması barәdә әmr verdim". 22 Aqrippa Festә dedi: "Bu adama mәn dә qulaq asmaq istәyirәm". Fest dedi: "Sabah qulaq asarsan". 23 Ertәsi gün Aqrippa ilә Berniki tәntәnәli surәtdә gәlib minbaşılar vә şәhәrin nüfuzlu şәxslәri ilә birlikdә iclas otağına daxil oldu. Festin әmrinә әsasәn Paulu içәri gәtirdilәr. 24 Fest dedi: "Ey padşah Aqrippa vә burada bizimlә olan bütün cәnablar, istәr Yerusәlimdә, istәrsә dә burada, bütün Yәhudi xalqının şikayәt etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyә Yәhudilәr hay-küy salırdı. 25 Amma mәn nәticәyә gәldim ki, bu adam ölümә layiq heç bir iş görmәyib. Lakin imperatorun mәhkәmәsinә müraciәt etmәk istәdiyinә görә onu göndәrmәk qәrarına gәldim. 26 Amma onun barәsindә qәti bir sözüm yoxdur ki, cәnabıma yazam. Ona görә dә onu sizin qarşınıza, xüsusәn, padşah Aqrippa, sәnin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun. 27 Çünki bir mәhbusu imperatorun qarşısına göndәrәndә ona edilәn ittihamları göstәrmәmәk mәnә mәntiqsiz göründü".
1 Aqrippa Paula dedi: "Özünü müdafiә edә bilәrsәn". Onda Paul әl hәrәkәti ilә özünü müdafiәyә başladı: 2 "Padşah Aqrippa, Yәhudilәrin mәni ittihamlandırdığı hәr şeyә görә bu gün sәnin hüzurunda özümü müdafiә edәcәyim üçün özümü xoşbәxt sayıram. 3 Çünki bütün Yәhudi adәt-әnәnәlәrinә vә mübahisәlәrinә yaxşı bәlәdsәn. Ona görә rica edirәm, mәnә sәbirlә qulaq as. 4 Bütün Yәhudilәr bilir ki, әzәldәn, lap cavanlığımdan bәri hәm öz elimdә, hәm dә Yerusәlimdә necә hәyat sürmüşәm. 5 Mәni әvvәldәn tanıyırlar, bilirlәr ki, keçmişdә dinimizin әn ciddi tәriqәti olan farisey tәriqәtinә necә bağlı yaşayırdım. İstәsәlәr, bu barәdә şәhadәt edә bilәrlәr. 6 İndi isә Allahın ata-babalarımıza verdiyi vәdin hәyata keçmәsinә ümid bağladığım üçün burada dayanıb mühakimә olunuram. 7 Xalqımızın on iki qәbilәsi dә gecә-gündüz Allaha sidq ürәkdәn ibadәt edә-edә hәmin şeyә ümid bәslәyir. Ey padşah, Yәhudilәr mәni bu ümidә görә ittiham edir. 8 Niyә Allahın ölülәri diriltmәsi aranızda inanılmaz bir şey sayılır? 9 Doğrusu, mәn buna әmin olmuşdum ki, Nazaretli İsanın adı әleyhinә әlimdәn gәlәni etmәliyәm. 10 Yerusәlimdә dә bunu edirdim. Başçı kahinlәrdәn aldığım sәlahiyyәtә әsasәn nә qәdәr müqәddәsi zindanlara saldırdım vә edam olunanda onların әleyhinә sәs verdim. 11 Bütün sinaqoqları gәzib-dolaşaraq onları tez-tez cәzalandırır vә öz etiqadlarına küfr etmәyә mәcbur edirdim. Mәn elә dәli olmuşdum ki, onları ölkә xaricindә olan şәhәrlәrdә belә, tәqib edirdim. 12 Bu iş üçün başçı kahinlәrdәn aldığım sәlahiyyәt vә tapşırıqla Dәmәşqә tәrәf yola çıxdım. 13 Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydәn mәni vә yoldaşlarımı hәr tәrәfdәn nurlandıran günәşdәn daha parlaq bir işıq gördüm. 14 Hamımız yerә yıxıldıq. Bir sәsin mәnә İbrani dilindә dediyini eşitdim: “Şaul, Şaul, niyә Mәni tәqib edirsәn? Bizin ucuna tәpik vurmaq sәnә zәrәr verәr”. 15 Mәn dedim: “Ey Ağam, Sәn kimsәn?” Rәbb cavab verdi: “Mәn sәnin tәqib etdiyin İsayam. 16 Qalx ayağa vә dur. Mәn ona görә sәnә göründüm ki, sәni xidmәtçi vә haqqımda gördüyün, sәnә göstәrәcәyim şeylәrin şahidi olmağa tәyin edim. 17 Sәni öz xalqından, hәm dә başqa millәtlәrin әlindәn qurtaracağam. Sәni o millәtlәrin yanına göndәrirәm ki, 18 onların gözlәrini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyәtindәn Allaha tәrәf döndәrәsәn. Belә ki onlar günahlarının bağışlanmasına vә Mәnә iman etmәklә tәqdis olunanlar arasında irsә nail olsun”. 19 Buna görә mәn, ey padşah Aqrippa, bu sәmavi görüntüyә itaәtsizlik etmәdim. 20 Әvvәlcә Dәmәşqin, sonra Yerusәlimin vә bütün Yәhudeya bölgәsinin әhalisini, başqa millәtlәri dә tövbә edib Allaha tәrәf dönmәyә vә bu tövbәyә uyğun tәrzdә iş görmәyә çağırdım. 21 Yәhudilәr buna görә mәni mәbәddә tutub öldürmәyә cәhd göstәrirdilәr. 22 Amma bu günә qәdәr Allah mәnim dayağımda durdu vә bunun sayәsindә burada durub böyükdәn kiçiyә qәdәr hamıya şәhadәt edirәm. Mәnim dediklәrim peyğәmbәrlәrin vә Musanın әvvәlcәdәn xәbәr verdiyi hadisәlәrdәn başqa bir şey deyil. 23 Onlar bildirib ki, Mәsih әzab çәkәcәk vә ölümdәn dirilәnlәrin birincisi olacaq, hәm Öz xalqına, hәm dә başqa millәtlәrә nur doğduğunu elan edәcәk". 24 Paul özünü bu cür müdafiә edәndә Fest bәrkdәn dedi: "Paul, dәlilik edirsәn, çox oxumaqdan başın xarab olub". 25 Paul dedi: "Hörmәtli Fest, mәn dәlilik etmirәm, hәqiqәti vә ağla batan sözlәri danışıram. 26 Padşahın bu barәdә mәlumatı olduğu üçün onunla cәsarәtlә danışıram. Әminәm ki, olanların heç biri padşahın nәzәrindәn qaçmayıb. Çünki bu işlәr künc-bucaqda görülәn işlәr deyil. 27 Padşah Aqrippa, sәn peyğәmbәrlәrә inanırsanmı? Bilirәm ki, inanırsan". 28 Aqrippa Paula dedi: "Bu az müddәtdә mәni dә inandıraraq mәsihçi edәcәksәnmi?" 29 Paul dedi: "İstәr az, istәr çox müddәt olsun, Allahdan istәyirәm ki, tәkcә sәn yox, bu gün mәnә qulaq asan hәr bir adam bu zәncirlәrdәn başqa mәnim kimi olsun!" 30 Sonra padşah, vali, Berniki vә onlarla birlikdә oturanlar qalxdı. 31 Bayıra çıxanda aralarında belә danışdılar: "Bu adam ölümә yaxud hәbsә layiq bir şey etmir". 32 Aqrippa da Festә dedi: "Bu adam qeysәrin mәhkәmәsinә müraciәt etmәk istәmәsәydi, azad edilә bilәrdi".
1 İtaliyaya doğru yelkәn açmağa qәrar verilәndә Paulu vә bәzi başqa mәhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya tәhvil verdilәr. 2 Asiya vilayәtinin sahilindәki limanlara gedәn bir Edremit gәmisinә minәrәk dәnizlә getdik. Salonikdәn Makedoniyalı Aristarx da yanımızda idi. 3 Ertәsi gün Sidona çatdıq. Paulla dost kimi rәftar edәn Yuli ona izin verdi ki, lazımi kömәk almaq üçün dostlarının yanına getsin. 4 Oradan yenә dәnizlә getdik. Külәklәr bizә әks istiqamәtdә әsdiyi üçün Kipri külәk tutmayan tәrәfdәn keçdik. 5 Dәniz yolu ilә Kilikiya vә Pamfiliyanı keçib Likiyanın Mira şәhәrinә gәldik. 6 Yüzbaşı orada İtaliyaya gedәn bir İsgәndәriyyә gәmisi tapıb bizi o gәmiyә mindirdi. 7 Xeyli gün aşağı sürәtlә, çәtinliklә üzәrәk Knid şәhәrinin qarşısına çatdıq. Külәk bizә yol vermәdiyi üçün Salmoni burnundan dolanaraq Kritin külәk tutmayan tәrәfi ilә getdik. 8 Sahil boyunca çәtinliklә irәlilәyәrәk Laseya şәhәri yaxınlığındakı Gözәl Limanlar adlanan körfәzә gәlib-çatdıq. 9 Xeyli vaxt itirmişdik, hәtta oruc günü dә keçib-getmişdi. Artıq bu mövsümdә dәniz yolu ilә getmәk tәhlükәli idi. Odur ki, Paul onlara xәbәrdarlıq edәrәk 10 dedi: "Ağalar, görürәm ki, bu sәfәr yalnız yük vә gәmiyә deyil, canımıza da çox ziyan vә bәla gәtirәcәk". 11 Lakin yüzbaşı Paulun dediklәrini dinlәmәkdәnsә gәmi sükançısının vә sahibinin sözlәrinә uydu. 12 Liman qışlamaq üçün әlverişsiz idi. Buna görә gәmidәkilәrin әksәriyyәti oradan dәnizә çıxıb imkan olarsa, Finiksә çataraq qışı orada keçirmәk qәrarına gәldi; Finiks Kritdә olan, cәnub-qәrbә vә şimal-qәrbә baxan bir liman idi. 13 Cәnubdan zәif bir külәk әsmәyә başlayanda gözlәdiklәri anın gәldiyini zәnn edәrәk lövbәrlәri çıxartdılar. Krit sahili boyu üzәrәk irәlilәdilәr. 14 Amma çox keçmәdi ki, qurudan Evrakilon fırtınası qopdu. 15 Fırtınaya düşәn gәmi külәyә müqavimәt göstәrә bilmirdi, әlacsız qaldıq vә külәk bizi aparırdı. 16 Qavda adlı kiçik bir adanın külәk zәif tutan tәrәfinә düşәndә gәminin qayığını güclә qurtara bildik. 17 Qayığı yuxarı çәkәndәn sonra gәminin kәndirlәrini onun altından dolayıb bağlayaraq tәdbir gördülәr. Sirt körfәzindә saya oturmaqdan qorxub lәngәri aşağı saldılar vә gәmi sürüklәnmәyә başladı. 18 Fırtına bizi bir xeyli çalxaladı. Ertәsi gün gәminin yükünü atmağa başladılar. 19 Üçüncü gün isә öz әllәri ilә gәminin tәchizatını atdılar. 20 Günlәrlә nә günәş, nә dә ulduzlar göründü. Fırtına da o qәdәr şiddәtlә davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı. 21 Adamlar uzun müddәt yemәk yemәdikdә Paul ortada durub dedi: "Ağalar, gәrәk siz mәnә qulaq asıb Kritdәn çıxmayaydınız vә bu ziyana, bu bәlaya düşmәyәydiniz. 22 İndi sizә öyüd verәrәk deyirәm: ürәkli olun, çünki heç biriniz canını itirmәyәcәk, yalnız gәmi mәhv olacaq. 23 Çünki mәnsub olub ibadәt etdiyim Allahın bir mәlәyi bu gecә yanıma gәlib dedi: 24 “Qorxma, Paul, sәnin qeysәrin qarşısına çıxmağın lazımdır. Sәninlә birgә gәmidә olanların hamısını da Allah sәnә bağışladı”. 25 Ay ağalar, buna görә ürәkli olun! Allaha inandığıma görә bilirәm ki, hәr şey mәnә deyilәn kimi olacaq. 26 Amma bizә bir adaya düşmәk lazımdır". 27 On dördüncü gecә idi ki, biz İoniya dәnizindә sürüklәnirdik. Gecә yarısına yaxın gәmiçilәr hiss etdilәr ki, quruya yaxınlaşırlar. 28 Suyun dәrinliyini ölçәndә gördülәr ki, iyirmi qolacdır. Bir az gedәndәn sonra bir daha ölçdülәr vә gördülәr ki, on beş qolacdır. 29 Qayalığa çıxmaqdan qorxaraq gәminin dal tәrәfindәn dörd lövbәr atıb sabahın açılması üçün dua etdilәr. 30 Belә olanda gәmiçilәr qaçmağa çalışıb gәminin qabaq hissәsindәn lövbәrlәr salmaq bәhanәsi ilә qayığı dәnizә endirdilәr. 31 Amma Paul yüzbaşıya vә әsgәrlәrә dedi: "Bunlar gәmidә qalmasalar, siz xilas ola bilmәzsiniz". 32 Bundan sonra әsgәrlәr qayığın iplәrini kәsib onu dәnizә saldılar. 33 Dan yeri sökülәndә Paul hamıya yemәk yemәyi tәkid edәrәk dedi: "Bu gün on dörd gündür ki, nigarançılıq içindәsiniz vә heç nә yemәdiyinizә görә acsınız. 34 Bunun üçün sizdәn xahiş edirәm ki, yemәk yeyәsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belә, әskik olmayacaq". 35 Paul bunu deyәndәn sonra çörәk götürdü vә hamının qarşısında Allaha şükür edәrәk çörәyi bölüb yemәyә başladı. 36 Bundan hamı ürәklәnib yemәk yedi. 37 Gәmidә cәmi iki yüz yetmiş altı nәfәr idik. 38 Hamı doyandan sonra buğdanı dәnizә boşaldaraq gәmini yüngüllәşdirdilәr. 39 Hava işıqlananda gördüklәri qurunu tanıya bilmәdilәr. Amma qumsal sahili olan bir körfәz gördülәr. Qәrara aldılar ki, imkan varsa, gәmini orada oturtsunlar. 40 Lövbәrlәri kәsib dәnizdә qoydular. Eyni zamanda sükanları saxlayan kәndirlәri açıb qabaq yelkәni qaldıraraq qumsallığa tәrәf yönәldilәr. 41 Gәmi isә dayazlıqda qum üstündә oturdu. Gәminin başı quma batıb tәrpәnmәz oldu. Dal tәrәfi isә dalğaların zәrbәsindәn sınmağa başladı. 42 Әsgәrlәr mәhbusları öldürmәk istәyirdi ki, heç biri üzәrәk qaçmasın. 43 Amma Paulu xilas etmәk istәyәn yüzbaşı әsgәrlәri bu fikirdәn daşındırdı. Әmr etdi ki, әvvәlcә üzmәk bacaranlar dәnizә tullanıb üzsünlәr, 44 sonra dalda qalanlar ya taxtalar ya da gәminin başqa parçaları üzәrindә sahilә çıxsınlar. Belәliklә, hamısı sağ-salamat quruya çıxdı.
1 Xilas olandan sonra öyrәndik ki, adanın adı Maltadır. 2 Oranın sakinlәri bizә gözlәnilmәz bir mehribanlıq göstәrdi. Hava yağışlı vә soyuq olduğu üçün ocaq qalayıb hamımızı hәrarәtlә qarşıladılar. 3 Paul bir dәstә çırpı götürüb ocağa atdı. O zaman istinin tәsirindәn bir gürzә çıxıb onun әlinә yapışdı. 4 Oranın sakinlәri Paulun әlinә ilanın yapışdığını görәndә bir-birinә dedilәr: "Demәk bu adam qatildir. Dәnizdәn xilas olsa da, әdalәt ilahәsi onu yaşamağa qoymur". 5 Amma Paul әlini silkәlәyib ilanı oda ataraq heç bir xәtәr görmәdi. 6 Camaat gözlәyirdi ki, Paulun bәdәni şişәcәk yaxud birdәn-birә yıxılıb ölәcәk. Amma çox gözlәdilәr, ona heç nә olmadığını görәndә fikirlәrini dәyişib dedilәr: "Bu bir allahdır". 7 O yerin yaxınlığında malikanә var idi ki, ora adanın baş mәmuru Publi adlı bir şәxsin idi. Bu adam bizi öz evindә qәbul etdi vә üç gün bizә mehribanlıqla qonaqpәrvәrlik göstәrdi. 8 O әrәfәdә Publinin atası qızdırma vә qanlı ishal üzündәn xәstә yatırdı. Paul xәstәnin yanına gәldi vә dua edәrәk әllәrini onun üzәrinә qoyub sağaltdı. 9 Bu hadisәdәn sonra adadakı qalan xәstәlәr dә gәlib şәfa tapdı. 10 Bizә çoxlu bәxşiş verәrәk şәrәflәndirdilәr. Biz dәnizә çıxanda isә bizә lazım olan şeylәri gәmiyә yüklәdilәr. 11 Üç aydan sonra qışı adada keçirmiş, başında Әkiz Tanrılar heykәlini gәzdirәn bir İsgәndәriyyә gәmisi ilә dәnizdәn yelkәn açdıq. 12 Sirakuza şәhәrinә çatıb üç gün orada qaldıq. 13 Oradan yolumuza davam edәrәk Regiuma gәldik. Ertәsi gün әsmәyә başlayan cәnub külәyinin kömәyi ilә iki günә Puteoliyә çatdıq. 14 Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdәn xahiş etdilәr ki, onların yanında bir hәftә qalaq. Sonra Romaya çatdıq. 15 Bizdәn xәbәr tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına vә Üç Mehmanxanaya qәdәr gәldilәr. Paul onları görәndә Allaha şükür edib ürәklәndi. 16 Romaya gәlәndә Paula izin verildi ki, bir әsgәrin nәzarәti altında tәk yaşasın. 17 Üç gün sonra Paul Yәhudilәrin orada olan başçılarını toplantıya dәvәt etdi. Onlar bir yerә yığılandan sonra Paul onlara belә dedi: "Soydaşlar, xalqımıza vә ata-babalarımızın adәt-әnәnәsinә zidd heç nә etmәdiyim halda Yerusәlimdә hәbs edilib Romalılara tәslim edildim. 18 Onlar mәni sorğu-suala çәkәndәn sonra azad etmәk istәdilәr. Çünki ölüm cәzasına layiq bir tәqsirim yox idi. 19 Amma Yәhudilәr buna qarşı çıxanda mәcbur olub qeysәrin mәhkәmәsinә müraciәt etmәk istәdim, lakin öz millәtimi heç nәdә ittihamlandırmaq istәmirdim. 20 Bu sәbәbdәn sizi buraya görüşüb söhbәt etmәk üçün çağırmışam. Axı mәn İsrailin ümidi uğrunda belә zәncirlәnmişәm". 21 Onlar Paula dedi: "Yәhudeyadan sәnin barәndә nә mәktub almışıq, nә dә buraya gәlәn soydaşlardan kimsә sәnin barәndә bizә xәbәr gәtirәrәk pis bir söz deyib. 22 Biz sәnin fikirlәrini sәnin özündәn eşitmәk istәyirik. Çünki hәr yerdә bu tәriqәtә qarşı çıxıldığını bilirik". 23 Bir gün tәyin edib, hәmin gün daha böyük kütlә ilә Paulun qaldığı yerә gәldilәr. Paul sәhәrdәn axşamacan Allahın Padşahlığından şәhadәt edәrәk onlara açıqlama verdi, hәm Musanın Qanunundan, hәm dә Peyğәmbәrlәrin yazdıqlarından onları İsaya inandırmağa çalışdı. 24 Bәzilәri onun sözlәrinә inandı, bәzilәri isә inanmadı. 25 Bir-birlәri ilә razılığa gәlmәyәndә Paulun bu son sözlәrinә qulaq asıb ayrıldılar: "Müqәddәs Ruh Yeşaya peyğәmbәrin vasitәsilә ata-babalarınıza bu gözәl sözü dedi: 26 “Get bu xalqa bunu çatdır: ‹Eşitdikcә eşidәcәksiniz, amma anlamayacaqsınız, Gördükcә görәcәksiniz, amma qanmayacaqsınız. 27 Çünki bu xalqın ürәyi kütlәşdi, Qulaqları ağır eşitdi, Gözlәrini yumdular ki, Gözlәri ilә görmәsinlәr, Qulaqları ilә eşitmәsinlәr, Ürәklәri ilә anlamasınlar Vә Mәnә sarı dönmәsinlәr ki, Mәn onlara şәfa verim›”. 28 İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millәtlәrә göndәrilib vә onlar buna qulaq asacaq". 29 Паул дьз ики ил кирајж тутдуру евдж галэб јанэна ҝжлжнлжрин һамэсэнэ гжбул едирди. 30 Paul düz iki il kirayә tutduğu evdә qalıb yanına gәlәnlәrin hamısını qәbul edirdi. 31 Heç bir maneә olmadan tam bir cәsarәtlә Allahın Padşahlığını vәz edir vә Rәbb İsa Mәsihlә bağlı hәqiqәtlәri öyrәdirdi.
1 İsa Mәsihin qulu, hәvari olmağa çağırılmış, Allahın Müjdәsini yaymaq üçün seçilmiş mәn Pauldan salam! 2 Allahın Öz peyğәmbәrlәri vasitәsilә Müqәddәs Yazılarda әvvәlcәdәn vәd etdiyi o Müjdә 3 Oğlu Rәbbimiz İsa Mәsih haqqındadır. O, cismәn Davud nәslindәndir, müqәddәslik Ruhuna görә isә ölülәr arasından dirilәrәk Allahın Oğlu olduğu qüdrәtlә elan olundu. 5 Biz Onun vasitәsilә lütfә vә hәvariliyә nail olduq ki, Onun adı naminә bütün millәtlәrdәn olan insanları imana itaәt etmәyә çağıraq. 6 Siz dә İsa Mәsihә mәxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. 7 Romada yaşayan, Allahın sevdiyi vә müqәddәs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn lütf vә sülh olsun! 8 Hәr şeydәn әvvәl, hamınız üçün İsa Mәsihin vasitәsilә Allahıma şükür edirәm ki, imanınız bütün dünyada elan olunur. 9 Oğlunun Müjdәsini yaymaqda bütün qәlbimlә ibadәt etdiyim Allah şahidimdir ki, mәn sizi necә daim yada salıram. 10 Dualarımda hәmişә yalvarıram ki, Allahın iradәsi ilә nәhayәt yanınıza gәlmәyә nail olum. 11 Çünki sizi qüvvәtlәndirmәk üçün sizә ruhani bir әnam çatdırmaq mәqsәdindәyәm; buna görә dә sizi görmәk üçün hәsrәt çәkirәm. 12 Daha doğrusu, mәn aranızda olarkәn bir-birimizin imanı ilә qarşılıqlı halda ruhlanaq. 13 Ey qardaşlar, bixәbәr olmağınızı istәmirәm ki, başqa millәtlәrdәn olan digәrlәri arasında etdiyim kimi sizin aranızda da әmәyimin bәhrәsini götürüm deyә dәfәlәrlә yanınıza gәlmәk niyyәtindә olmuşam, amma indiyәdәk maneәlәrә rast gәldim. 14 Mәn hәm Yunanlara, hәm dә barbarlara, hәm aqillәrә, hәm dә cahillәrә borcluyam. 15 Bu sәbәbdәn mәn Romada yaşayan sizlәrә dә bacardığım qәdәr Müjdәni yaymağa hәvәsim var. 16 Mәn Müjdәdәn utanmıram, çünki o, iman edәn hәr kәsin – әvvәlcә Yәhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrәtidir. 17 Müjdәdә Allahın salehliyi aşkar olur vә bu salehlik tamamilә imanla әldә edilir. Necә ki yazılıb: "Saleh adam imanla yaşayacaq". 18 Hәqiqәtә haqsızlıqla әngәl törәdәn adamların hәr cür allahsızlığı vә haqsızlığı ucbatından Allahın qәzәbi göydәn aşkar olur. 19 Çünki Allah haqqında mәlum olan şeylәr onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. 20 Dünyanın yaradılışından bәri Allahın gözә görünmәyәn xüsusiyyәtlәri, yәni әbәdi qüdrәti vә ilahiliyi Onun yaratdıqları vasitәsilә üzә çıxır. Buna görә dә onlar üzrsüzdür. 21 Adamlar Allahı tanıdıqları halda Ona nә Allah kimi izzәt verdilәr, nә dә şükür etdilәr. Әksinә, boş düşüncәlәrә uydular vә axmaq ürәklәrini qaranlıq bürüdü. 22 Müdrik olduqlarını iddia etdiklәri halda ağılsız olub, 23 fani olmayan Allahın izzәtini fani olan insana, quşlara, dördayaqlılara vә sürünәnlәrә bәnzәyәn bütlәrlә әvәz etdilәr. 24 Buna görә dә Allah onları ürәklәrinin şәhvәti üzündәn murdarlığa tәslim etdi ki, bir-birlәrinin bәdәnini rüsvay etsinlәr. 25 Onlar Allahın hәqiqәtini yalanla әvәz etdilәr, Yaradanın yerinә yaradılışa sәcdә vә ibadәt etdilәr; o Yaradana әbәdi alqış olsun! Amin. 26 Bu sәbәbdәn Allah onları öz rәzil hәvәslәrinә tәslim etdi. Onların qadınları tәbii әlaqәni qeyri-tәbii әlaqә ilә әvәz etdilәr, 27 eyni tәrzdә kişilәr dә qadınla olan tәbii әlaqәdәn әl çәkib bir-birlәrinә şәhvәtlә qızdılar; kişilәr kişilәrlә rüsvayçılıq edib öz daxillәrindә rәzilliklәrinә layiq cәzanı aldılar. 28 Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncәlәrә tәslim etdi ki, әdәbsiz işlәr görsünlәr. 29 Onlar hәr cür haqsızlıq, pislik, tamahkarlıq vә kinlә doldular; paxıllıq, qatillik, münaqişә ruhu, hiylә vә pis niyyәtlә dolub-daşdılar. Onlar qeybәtçi, 30 böhtançı, Allaha nifrәt edәn, söyüşçü, mәğrur, tәkәbbürlü, pis işlәrdә bacarıqlı, ata-anaya itaәtsiz, 31 axmaq, xain, şәfqәtsiz vә rәhmsizdir. 32 Hәrçәnd ki belә işlәrlә mәşğul olanların ölümә layiq olduğu barәdә Allahın әdalәtli hökmünü bilirlәr, amma yenә dә bu işlәri görürlәr, hәtta belә işlәr görәn başqalarını da alqışlayırlar.
1 Belәliklә, sәn ey başqasını mühakimә edәn adam, kim olursansa-ol, sәn dә üzrsüzsәn. Çünki başqasını mühakimә edәrkәn özünü dә mәhkum edirsәn. Ona görә ki başqasını mühakimә etdiyin halda özün dә hәmin işlәri görürsәn. 2 Bizsә bilirik ki, belә işlәrlә mәşğul olanlara Allah hәqiqәtә әsasәn hökm çıxarır. 3 Ey belә işlәrlә mәşğul olanları mühakimә edәrәk özü dә hәmin işlәri görәn insan! Mәgәr elә güman edirsәn ki, Allahın hökmündәn qaça bilәcәksәn? 4 Yaxud sәn Allahın zәngin xeyirxahlığına, hәlimliyinә vә sәbirli olmağına xor baxırsan? Bәs anlamırsan ki, Onun xeyirxahlığı sәni tövbәyә yönәldir? 5 Amma sәn Allahın qәzәbinin vә әdalәtli hökmünün zahir olacağı gün inadkarlığına vә tövbә etmәyәn ürәyinә görә özün üçün qәzәb toplayırsan; 6 Allah hәr kәsә әmәlinә görә әvәzini verәcәk: 7 dözümlә yaxşı әmәl sahibi olaraq izzәt, hörmәt vә ölmәzlik axtaranlara әbәdi hәyat, 8 özlәrini göstәrәrәk hәqiqәtә tabe olmayıb haqsızlığa baş әyәnlәrә isә qәzәb vә hiddәt göndәrәcәk. 9 Pislik edәn hәr kәsә – әvvәlcә Yәhudiyә, sonra da Yunana әziyyәt vә sıxıntı, 10 yaxşı әmәl sahibi olan hәr kәsә isә – әvvәlcә Yәhudiyә, sonra da başqa millәtdәn olana izzәt, hörmәt vә sülh verәcәk. 11 Çünki Allah insanlar arasında tәrәfkeşlik etmәz. 12 Qanunu bilmәdәn günah edәnlәrin hamısı Qanunu bilmәsәlәr dә, hәlak olacaqlar. Qanunu bilәrәk günah edәnlәrin dә hamısı Qanunla mühakimә olunacaq. 13 Çünki Allahın nәzәrindә Qanunu eşidәnlәr deyil, ona әmәl edәnlәr saleh sayılır. 14 Belәcә Qanuna malik olmayan başqa millәtlәr tәbiәtlәrinә görә Qanuna әmәl edәndә Qanuna malik olmadıqları halda onlar özlәri üçün qanun olur. 15 Onlar bununla göstәrirlәr ki, Qanunun tәlәblәri ürәklәrindә yazılıb. Onların vicdanı buna şahiddir, düşüncәlәri dә onları gah ittiham, gah da müdafiә edir. 16 Mәnim elan etdiyim Müjdәyә görә, Allahın Mәsih İsa vasitәsilә insanların gizli işlәrini mühakimә edәcәyi gün belә olacaq. 17 Ey özünü Yәhudi adlandıran! Qanuna güvәnәrәk Allahla öyünürsәn; 18 Onun iradәsini bilirsәn, Qanundan tәlim aldığın üçün әn üstün dәyәrlәri ayırd edirsәn; 19 әminsәn ki, Qanunda bilik vә hәqiqәtin әsasını tapdığın üçün korlara bәlәdçi, zülmәtdә olanlara işıq, ağılsızlara tәrbiyәçi, uşaqlara müәllimsәn. 21 Bәs nә üçün başqalarını öyrәtdiyin halda özün öyrәnmirsәn? Oğurlamamağı bәyan edәrkәn özün oğurlayırsan? 22 "Zina etmә"dediyin halda özün zina edirsәn? Bütlәrdәn iyrәnәrkәn mәbәdlәri soyursan? 23 Qanunla öyünmәyinә baxmayaraq, onu pozub Allahı hörmәtdәn salırsan. 24 Axı belә yazılıb: "Sizin üzünüzdәn millәtlәr arasında Allahın adına küfr edilir". 25 Sünnәtin yalnız o zaman faydası var ki, sәn Qanuna әmәl edәsәn. Әgәr sәn Qanunu pozursansa, sünnәtli olduğun halda sünnәtsiz adam kimi olursan. 26 Elәcә dә әgәr sünnәt olunmamış adam Qanunun әdalәtli tәlәblәrinә riayәt edirsә, sünnәt olunmamasına baxmayaraq, sünnәtli sayılır. 27 Onda cismәn sünnәt olunmadığı halda Qanuna әmәl edәn adam sәni mühakimә edәcәk; sәn ki yazılı Qanuna vә sünnәtә malik olduğun halda Qanunu pozursan. 28 Çünki zahirәn Yәhudi olan Yәhudi deyil, zahirәn vә cismәn sünnәt olunan da sünnәtli deyil. 29 Yalnız daxilәn Yәhudi olan Yәhudidir. Sünnәt dә ürәyә aid olub, yazılı Qanuna görә deyil, Ruhun işidir. Belә adamın tәrifi dә insandan yox, Allahdan gәlәr.
1 Bәs Yәhudi olmağın nә üstünlüyü var? Sünnәtin faydası nәdir? 2 Hәr cәhәtdәn böyük üstünlüyü var. Hәr şeydәn әvvәl, Allahın sözlәri Yәhudilәrә әmanәt edilib. 3 Әgәr onlardan bәzisi iman etmәdisә, onda nә olacaq? Mәgәr onların imansızlığı Allahın sәdaqәtini lәğv edә bilәr? 4 Әsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necә ki yazılıb: "Sәn Öz sözlәrindә haqlı çıxacaqsan, Mühakimә etdiyin zaman qalib gәlәcәksәn". 5 Bәs bizim haqsızlığımız Allahın әdalәtli olduğunu üzә çıxarırsa, onda nә deyә bilәrik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzәrimizә qәzәbini gәtirәn zaman haqsızdırmı? 6 Әsla, haqlıdır! Bәs Allah dünyanı başqa cür necә mühakimә edә bilәr? 7 "Bәs mәnim yalanım Allahın hәqiqәtini ucaldıb Ona izzәt gәtirirsә, nә üçün mәn üstәlik bir günahkar kimi mühakimә olunmalıyam?" deyә soruşa bilәrlәr. 8 Belә isә, "gәlin pislik edәk ki, bundan yaxşılıq әmәlә gәlsin" deyә bilәrikmi? Bәzi adamlar bizә böhtan atıb söylәyir ki, biz belә öyrәdirik. Belә söylәyәnlәr haqlı olaraq cәza alacaq. 9 Bәs nә deyәk? Biz Yәhudilәrin üstünlüyü varmı? Әlbәttә, yox! Çünki biz artıq hәm Yәhudilәri, hәm dә Yunanları tәqsirlәndirdik ki, onların hamısı günahın hökmü altındadır. 10 Necә ki yazılıb: "Saleh olan yoxdur, Bir nәfәr belә, yoxdur. 11 Dәrk edәn bir kәs yoxdur, Allahı axtaran yoxdur. 12 Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nәfәr dә olsun Yaxşı iş görәn yoxdur". 13 "Boğazları açıq qәbirdir, Dillәri yalan danışır". "Dodaqlarında gürzә zәhәri var". 14 "Ağızları lәnәt vә acı sözlәrlә doludur". 15 "Ayaqları qan tökmәyә tәlәsir, 16 Yollarında viranәlik vә fәlakәt var, 17 Әmin-amanlıq yolu nәdir, bilmirlәr". 18 "Onların gözündә Allah qorxusu yoxdur". 19 Biz bilirik ki, Qanunda deyilәnlәrin hamısı Qanunun hökmü altında olanlara aiddir; belә ki bütün dillәr sussun vә bütün dünya Allahın hökmünә mәruz qalsın. 20 Belәliklә, Qanuna әmәl etmәklә heç bir insan Allahın önündә saleh sayılmayacaq. Çünki Qanun vasitәsilә günah dәrk olunur. 21 Amma indi Qanuna bağlı olmayaraq Allahdan gәlәn salehlik zahir olub. Buna Qanun da, Peyğәmbәrlәrin yazıları da şәhadәt edir. 22 Allahdan gәlәn bu salehlik İsa Mәsihә iman vasitәsilә Ona iman gәtirәnlәrin hamısına verilir. Heç kәsә fәrq qoyulmur. 23 Çünki hamı günah edib, Allahın izzәtindәn mәhrum olub 24 vә Onun lütfü ilә dә Mәsih İsada satın alınmağa nail olaraq bir hәdiyyә kimi saleh sayılır. 25 Allah İsanı kәffarә qurbanı olaraq tәqdim etdi ki, iman edәnlәrin günahları Onun qanı vasitәsilә bağışlansın. Bunu Öz salehliyini göstәrmәk üçün etdi. Çünki sәbirli olub qabaqca edilәn günahları cәzasız qoymuşdu. 26 Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; belәcә Özü әdalәtli olsun, İsaya olan imana әsaslananı da saleh saysın. 27 Bәs biz nә ilә öyünә bilәrik? Heç bir şeylә. Hansı ehkama әsaslana bilәrik? Qanuna әmәl etmәk ehkamınamı? Xeyr, yalnız iman ehkamına! 28 Çünki bu nәticәyә gәlirik ki, insan Qanuna әmәl etmәklә deyil, iman vasitәsilә saleh sayılır. 29 Mәgәr Allah yalnız Yәhudilәrin Allahıdır? Başqa millәtlәrin dә Allahı deyilmi? Әlbәttә, başqa millәtlәrin dә Allahıdır. 30 Çünki yalnız bir Allah var vә O, sünnәtlilәri imanla, sünnәtsizlәri dә iman vasitәsilә saleh sayacaq. 31 Onda biz iman vasitәsilә Qanunu lәğv edirikmi? Әsla! Әksinә, onu bir daha tәsdiq edirik.
1 Bәs onda cismani әcdadımız İbrahim haqqında nә deyә bilәrik? O nә әldә etdi? 2 Әgәr İbrahim öz әmәllәri ilә saleh sayılsaydı, öyünmәyә haqqı olardı, amma Allahın önündә yox. 3 Müqәddәs Yazı nә deyir? i "İbrahim Allaha iman etdi vә bu ona salehlik sayıldı". 4 Әmәl edәnin muzdu ona hәdiyyә sayılmaz, bu onun haqqıdır. 5 Lakin әmәl etmәyib allahsız adamları saleh sayan Allaha iman edәn şәxsin imanı ona salehlik sayılır. 6 Davud da o adamın bәxtiyarlığından danışır ki, Allah әmәlinә baxmayıb onu saleh sayır: 7 "Üsyankarlığı bağışlanan, Günahı әfv olunan insan Nә bәxtiyardır! 8 Rәbb tәrәfindәn tәqsirkar sayılmayan insan Nә bәxtiyardır!" 9 Mәgәr bu bәxtiyarlıq yalnız sünnәtlilәrә mәxsusdur, yoxsa sünnәtsizlәrә dә aiddir? Bәli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı. 10 Nә vәziyyәtdә sayıldı? Sünnәt olunandan sonra, yoxsa sünnәt olunandan әvvәl? Sünnәt olunandan sonra deyil, sünnәt olunandan әvvәl! 11 O, sünnәtsiz ikәn imanla malik olduğu salehliyi tәsdiq edәn möhür olaraq sünnәt әlamәtini aldı. Belәcә İbrahim sünnәtsiz olaraq iman edәn hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın. 12 Atamız İbrahim hәm dә o sünnәtli olanların atası oldu ki, sadәcә sünnәtli olmaqla qalmayıb, onun sünnәt edilmәmişdәn әvvәl malik olduğu iman izi ilә gedirlәr. 13 Çünki İbrahimә vә onun nәslinә dünyanı irs almaq vәdi Qanun vasitәsilә deyil, imanla saleh sayılmaq vasitәsilә verildi. 14 Әgәr Qanuna әsaslananlar varis olsaydı, onda iman mәnasız, vәd dә tәsirsiz olardı. 15 Çünki qanun Allahın qәzәbini üzә çıxarır. Amma qanun olmayan yerdә onun pozulması da olmur. 16 Buna görә dә vәd imanla hәyata keçir ki, Allahın lütfünә bağlı olsun vә İbrahimin bütün nәslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu hәmin imana da әsaslananları әhatә etsin. İbrahim iman etdiyi Allahın – ölülәrә hәyat verәn, yoxluqdan varlıq yaradan Allahın önündә hamımızın atasıdır. Necә ki yazılıb: "Sәni çoxlu millәtin atası etdim". 18 Heç bir ümid olmadığı halda İbrahim çoxlu millәtin atası olacağına ümidlә inandı. Çünki ona deyilmişdi ki, "nәslin o qәdәr olacaq". 19 Hәtta tәxminәn yüz yaşında ikәn öz bәdәninin artıq ölüyә bәnzәdiyini, arvadı Saranın da bәtninin ölü olduğunu anladı, amma imanı azalmadı. 20 Allahın vәdinә imansızlıqla şübhә etmәdi, әksinә, imanında möhkәm durub Allahı izzәtlәndirdi. 21 Tamamilә әmin idi ki, Allah verdiyi vәdi yerinә yetirmәyә dә qadirdir. 22 Buna görә dә imanı ona salehlik sayıldı. 23 "Salehlik sayıldı" sözlәri yalnız İbrahim üçün yazılmayıb; 24 Rәbbimiz İsanı ölülәr arasından Dirildәnә iman etmәklә saleh sayılacaq bizlәr üçün dә belә yazılmışdır. 25 İsa bizim tәqsirlәrimizә görә ölümә tәslim edildi vә bizim saleh sayılmağımız üçün dirildi.
1 Belәliklә, imanla saleh sayıldığımız üçün Rәbbimiz İsa Mәsih vasitәsilә Allahla barışmış oluruq. 2 Elә Mәsihin vasitәsilә dә daxilindә qaldığımız lütfә imanla nail olduq vә Allahın izzәtinә ümid bağlamağımızla fәxr edirik. 3 Yalnız bununla deyil, çәkdiyimiz әziyyәtlәrlә dә fәxr edirik, çünki bilirik ki, әziyyәtdәn dözüm, 4 dözümdәn Allaha xoş gәlmә, Allaha xoş gәlmәdәn ümid yaranır. 5 Ümidimiz dә boşa çıxmır, çünki Allah mәhәbbәti bizә verilәn Müqәddәs Ruh vasitәsilә ürәklәrimizә tökülüb. 6 Biz hәlә gücsüz ikәn Mәsih müәyyәn zamanda allahsız adamların uğrunda öldü. 7 Saleh bir adam uğrunda kiminsә ölmәsi çәtin işdir; bәlkә dә yaxşı bir adam uğrunda kimsә ölmәyә cәsarәt edәr. 8 Lakin Allah bizә olan mәhәbbәtini bununla sübut edir ki, biz hәlә günahkar ola-ola Mәsih bizim uğrumuzda öldü. 9 Belәcә Onun qanı ilә indi saleh sayıldığımıza görә Onun vasitәsilә dә Allahın qәzәbindәn mütlәq xilas olacağıq. 10 Әgәr biz Allahın düşmәni olduğumuz vaxt Onun Oğlunun ölmәsi ilә Allahla barışdıqsa, barışdıqdan sonra Onun hәyatı vasitәsilә daha qәti olaraq xilas olacağıq. 11 Yalnız bununla deyil, Rәbbimiz İsa Mәsih vasitәsilә Allahla da fәxr edirik ki, indi Onun vasitәsilә Allahla barışığa nail olmuşuq. 12 Belәliklә, günah bir insan vasitәsilә, ölüm dә günah vasitәsilә bu dünyaya gәldi. Belәcә ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. 13 Qanundan әvvәl dә dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır. 14 Lakin Adәmdәn Musaya qәdәr ölüm hamıya, hәtta Adәmin әmri pozmasına bәnzәr bir günah etmәyәnlәrә dә hökmranlıq etdi. Adәm o gәlәcәk İnsanın әvvәlcәdәn göstәrilәn tәsviri idi. 15 Amma Allahın әnamı tәqsir kimi deyil. Çünki bir adamın tәqsiri üzündәn çox adam öldüsә dә, Allahın lütfü vә bir Adamın, yәni İsa Mәsihin lütfü ilә verilәn әnam bir çoxları üçün daha böyük tәsir göstәrdi. 16 Allahın әnamı hәmin bir adamın günahının nәticәsi kimi deyil: bir günahdan sonra gәlәn hökm mәhkumluq gәtirdi, amma çoxlu tәqsirdәn sonra gәlәn әnam salehlik gәtirdi. 17 Әgәr bir adamın tәqsiri üzündәn ölüm hәmin adamın vasitәsilә hökmranlıq etdisә, Allahın bol lütfünü vә salehlik әnamını qәbul edәnlәr bir Adam, yәni İsa Mәsih vasitәsilә daha qәti olaraq hәyatda hökmranlıq edәcәk. 18 Demәli, necә ki bir tәqsir üzündәn bütün adamlar mәhkum olundu, elәcә dә bir saleh әmәlә görә bütün adamlara yaşamaq üçün salehlik verildi. 19 Necә ki bir adamın itaәtsizliyi üzündәn bir çoxları günahkar sayıldı, elәcә dә bir Adamın itaәti sayәsindә bir çoxları saleh sayılacaq. 20 Qanunun meydana gәlmәsi tәqsirin çoxalmasına sәbәb oldu. Lakin günah çoxalan yerdә Allahın lütfü daha da çoxaldı. 21 Nәticәdә günah ölüm vasitәsilә hökmranlıq etdiyi kimi lütf dә salehlik vasitәsilә hökmranlıq edir; belә ki lütf Rәbbimiz İsa Mәsihin vasitәsilә әbәdi hәyat versin.
1 Bәs nә deyә bilәrik? Günah işlәtmәyi davam etdirәk ki, Allahın lütfü çoxalsın? 2 Әsla! İndi ki biz günaha münasibәtdә ölmüşük, artıq günah içindә necә yaşaya bilәrik? 3 Mәgәr bilmirsiniz ki, biz hamımız Mәsih İsa ilә birlәşmәk üçün vәftiz olunarkәn hәmin vәftizlә Onun ölümü ilә birlәşdik? 4 Demәli, vәftiz olunub Onun ölümü ilә birlәşmәklә biz dә Onunla birgә dәfn olunduq; belә ki Atanın izzәti ilә Mәsih ölülәr arasından dirildiyi kimi biz dә hәmin cür yeni hәyat sürәk. 5 Әgәr Onun ölümünә bәnzәr ölümdә Onunla bir olmuşuqsa, Onun dirilmәsinә bәnzәr dirilmәdә dә Onunla bir olacağıq. 6 Bunu bilirik ki, günahlı bәdәnin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyә köhnә mәnliyimiz Onunla birlikdә çarmıxa çәkildi. 7 Çünki ölmüş adam günahdan azad olub. 8 Әgәr Mәsihlә ölmüşüksә, Onunla yaşayacağımıza da inanırıq. 9 Çünki bilirik ki, Mәsih ölülәr arasından dirildiyinә görә bir daha ölmәyәcәk vә ölüm Ona artıq hökmranlıq etmәz. 10 Onun ölümü günahın müqabilindә ilk vә son ölüm oldu, yaşadığı hәyatı isә Allah üçün yaşayır. 11 Belәcә siz dә özünüzü Mәsih İsada olaraq günaha münasibәtdә ölü, Allaha münasibәtdә isә diri sayın. 12 Ona görә dә qoymayın ki, günah sizin fani bәdәninizә hökmranlıq etsin vә siz dә bәdәninizin ehtiraslarına itaәt edәsiniz. 13 Bәdәninizin üzvlәrini dә haqsızlıq alәti olmaq üçün günaha tәslim etmәyin; әksinә, özünüzü ölülәr arasından dirilәnlәr kimi Allaha, bәdәninizin üzvlәrini dә salehlik alәti olmaq üçün yenә Allaha tәslim edin. 14 Günah sizә hökmranlıq etmәyәcәk, ona görә ki siz Qanun altında deyil, lütf altındasınız. 15 İndi nә edәk? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edәkmi? Әsla! 16 Mәgәr bilmirsiniz ki, itaәtli qullar kimi özünüzü kimә tәslim etsәniz, onun da qullarısınız? Ya ölümә aparan günahın ya da salehliyә aparan itaәtin qulları ola bilәrsiniz. 17 Amma Allaha şükür olsun ki, әvvәllәr günahın qulları olduğunuz halda özünüzü hәsr etdiyiniz tәlimin nümunәsinә ürәkdәn itaәt etdiniz. 18 Belәcә günahdan azad olub salehliyin qulu oldunuz. 19 Cismani tәbiәtinizin zәifliyi üzündәn insanların düşündüyü kimi danışıram. Necә әvvәllәr üzvlәrinizi murdarlığa vә Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi tәslim etmişdiniz, elәcә dә indi üzvlәrinizi müqәddәs olmaq üçün salehliyә qul kimi tәslim edin. 20 Çünki siz günahın qulları olanda salehliyә әmәl etmәkdәn azad idiniz. 21 Bәs o zaman nә bәhrә götürdünüz? İndi artıq o şeylәrdәn utanırsınız. Axı onların axırı ölümdür. 22 Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bәhrә sizi müqәddәsliyә aparır vә bunun axırı da әbәdi hәyatdır. 23 Çünki günahın әvәzi ölümdür, Allahın әnamı isә Rәbbimiz Mәsih İsada olan әbәdi hәyatdır.
1 Ey qardaşlar, bunu Qanunu bilәnlәrә söylәyirәm, mәgәr bilmirsiniz ki, insan yalnız sağ ikәn qanun onun üzәrindә hökmә malikdir? 2 Mәsәlәn, әrli qadın qanunla әrinә o vaxtacan bağlıdır ki, әri sağdır; amma әri öldükdә qadın nikah qanunundan azad olur. 3 Buna görә dә әgәr qadın әri sağ ikәn başqa bir kişiyә әrә gedirsә, zinakar sayılır. Amma әri ölsә, qadın qanundan azad olur vә başqa bir kişiyә әrә getdikdә zinakar olmur. 4 Elәcә dә, qardaşlarım, siz dә Mәsihin bәdәni vasitәsilә Qanuna münasibәtdә ölmüsünüz ki, başqasına, yәni ölülәr arasından dirilmiş Mәsihә mәxsus olasınız; belә ki Allah üçün bәhrә verәk. 5 Çünki biz cismani tәbiәtә görә yaşayarkәn günahın Qanun vasitәsilә gәlәn hәvәslәri üzvlәrimizdә fәal idi. Buna görә dә biz ölüm üçün bәhrә verirdik. 6 Amma indi әvvәlcә әsiri olduğumuz Qanuna münasibәtdә ölüb, ondan azad olduq. Nәticәdә yazılı Qanunun köhnә yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik. 7 Bәs nә deyә bilәrik? Qanun günahdırmı? Әsla! Qanun olmasaydı, günahın nә olduğunu bilmәzdim. Әgәr Qanun "tamah salma" demәsәydi, tamahın nә olduğunu anlamazdım. 8 Lakin günah bu әmrin vasitәsilә fürsәt tapıb mәndә hәr növ tamah әmәlә gәtirdi; çünki Qanun olmasa, günah ölüdür. 9 Bir vaxt Qanun mәndә yox ikәn mәn sağ idim, amma o әmr mәnә gәlәndә günah dirildi, 10 mәnsә öldüm. Belәcә anladım ki, mәnә hәyat vermәli olan bu әmr mәnә ölüm gәtirdi. 11 Çünki günah o әmrin vasitәsilә fürsәt tapıb mәni azdırdı vә onunla mәni öldürdü. 12 Buna görә dә Qanun müqәddәsdir, әmr dә müqәddәs, әdalәtli vә yaxşıdır. 13 Belә çıxır ki, yaxşı olan bir şey mәnә ölüm gәtirdi? Әsla! Mәhz günah, günah olduğu aşkar olsun deyә yaxşı olan bir şeyin vasitәsilә mәnә ölüm gәtirirdi; belә ki günah әmrin vasitәsilә hәdsiz günahlı olduğunu göstәrsin. 14 Biz bilirik ki, Qanun ruhanidir, mәnsә cismani olub qul kimi günaha satılmışam. 15 Çünki nә iş gördüyümü anlamıram; istәdiyimi deyil, nifrәt etdiyim şeyi edirәm. 16 Әgәr istәmәdiyimi edirәmsә, onda tәsdiq edirәm ki, Qanun yaxşıdır. 17 Elә isә artıq mәn deyil, daxilimdә yaşayan günah bu işi görür. 18 Bilirәm ki, daxilimdә, yәni cismani tәbiәtimdә yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmәk istәyi mәndә var, amma onu yerinә yetirmәyә qadir deyilәm. 19 İstәdiyim yaxşı şeyi etmirәm, amma istәmәdiyim pis şeyi edirәm. 20 Әgәr istәmәdiyim şeyi edirәmsә, onda artıq mәn deyil, daxilimdә yaşayan günah bu işi görür. 21 Belәcә bu nәticәyә gәlirәm ki, yaxşılıq etmәk istәrkәn mәndә pislik üzә çıxır. 22 Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır. 23 Amma üzvlәrimdә başqa bir qanun da görürәm ki, ağlımın tәsdiq etdiyi Qanunla mübarizә aparır vә üzvlәrimdә olan günah qanununa mәni әsir edir. 24 Necә dә yazıq insanam! Ölümә düçar olan bu bәdәndәn mәni kim xilas edә bilәr? 25 Rәbbimiz İsa Mәsihin vasitәsilә Allaha şükür olsun! Belәcә mәn ağlımla Allahın qanununa, cismani tәbiәtimlә isә günah qanununa qulluq edirәm.
1 Demәli, indi Mәsih İsada olanlara heç bir mәhkumluq yoxdur. 2 Çünki hәyat verәn Ruhun qanunu sәni günah vә ölüm qanunundan Mәsih İsa vasitәsilә azad etdi. 3 Belәcә cismani tәbiәt üzündәn gücsüz olan Qanunun edә bilmәdiyi şeyi Allah etdi: Öz Oğlunu günahlı cismin bәnzәrindә günah qurbanı olaraq göndәrib günahı Onun cismi ilә mәhkum etdi ki, 4 Qanunun әdalәtli tәlәblәri artıq cismani tәbiәtә görә yox, Ruha görә hәyat sürәn bizlәrdә yerinә yetsin. 5 Cismani tәbiәtә görә yaşayanlar cismani şeylәr barәdә düşünür, Ruha görә yaşayanlar isә Ruhla bağlı şeylәr barәdә düşünür. 6 Cismani tәbiәtә uyan fikirlәr ölüm, Ruha uyan fikirlәrsә hәyat vә sülh gәtirir. 7 Çünki cismani tәbiәtә uyan fikirlәr Allaha qarşı düşmәnçilik edir; belә ki bunlar Allahın qanununa tabe deyil vә ola da bilmәz. 8 Hәmçinin cismani tәbiәtdә olanlar Allahı razı sala bilmәz. 9 Lakin Allahın Ruhu sizdә yaşayırsa, siz cismani tәbiәtdә deyil, Ruhdasınız. Kimdә Mәsihin Ruhu yoxdursa, o adam Mәsihә mәxsus deyil. 10 Әgәr Mәsih sizdәdirsә, bәdәniniz günah sәbәbindәn ölü, ruhunuzsa salehlik sәbәbindәn diridir. 11 Әgәr İsanı ölülәr arasından Dirildәnin Ruhu sizdә yaşayırsa, Mәsihi ölülәr arasından Dirildәn, sizdә yaşayan Ruhu ilә sizin dә fani bәdәnlәrinizә hәyat verәcәk. 12 Belәliklә, ey qardaşlar, biz cismani tәbiәtimizә borclu deyilik ki, ona görә yaşayaq. 13 Çünki cismani tәbiәtә görә yaşayırsınızsa, ölәcәksiniz, amma bәdәnin pis әmәllәrini Ruhun vasitәsilә öldürürsünüzsә, yaşayacaqsınız. 14 Allahın Ruhu ilә yönәldilәnlәrin hamısı Allahın oğullarıdır. 15 Axı siz kölәlik ruhunu almadınız ki, yenә dә qorxu içindә yaşayasınız; övladlıq Ruhunu aldınız. Elә o Ruhun vasitәsilә Allaha "Abba, Ata" deyә nida edirik. 16 Elә Ruh Özü bizim ruhumuzla birgә şәhadәt edir ki, biz Allahın övladlarıyıq. 17 Әgәr Onun övladlarıyıqsa, demәli, hәm dә varislәriyik. Әgәr Mәsihin izzәtinә şәrik olmaq üçün Onun çәkdiyi әzablara şәrik oluruqsa, Allahın varislәri vә Mәsihin irs şәriki oluruq. 18 Belә düşünürәm ki, çәkdiyimiz indiki әzablar bizә zahir olacaq izzәtlә heç müqayisәyә gәlmәz. 19 Yaradılış Allahın oğullarının zahir olmasını böyük hәsrәtlә gözlәyir. 20 Çünki yaradılış öz iradәsi ilә deyil, onu tәslim edәn Kәsin iradәsi ilә puçluğa tәslim edildi. Amma ümidvardır ki, 21 yaradılış özü dә çürümәyә әsir olmaqdan xilas olub, Allah övladlarının izzәtli azadlığına qovuşacaq. 22 Çünki bilirik ki, bütün yaradılış indiyәcәn birlikdә inildәyib doğuş ağrısı çәkir. 23 Ancaq tәkcә yaradılış yox, Ruhun nübarını alan biz özümüz dә övladlığa qәbul olunmağımızı, yәni bәdәnimizin satın alınmasını gözlәyәrәk içimizdә inildәyirik. 24 Çünki biz ümidlә xilas olduq. Amma gözә görünәn ümid ümid deyil. Axı kim gördüyü şeyә ümid edәr? 25 Amma görmәdiyimiz şeyә ümid edәndә onu sәbirlә gözlәyirik. 26 Belәcә Ruh da bizә zәif olarkәn kömәk edir. Biz nә üçün vә necә dua etmәk lazım olduğunu bilmirik, lakin Ruh Özü dillә deyilmәyәn ahlarla vәsatәtçilik edir. 27 Ürәklәri sınayan Allah da Ruhun nә düşündüyünü bilir, çünki Ruh Allahın iradәsinә görә müqәddәslәr üçün vәsatәtçilik edir. 28 Biz bilirik ki, hәr şey birlikdә Allahı sevәnlәrin, Onun mәqsәdinә görә çağırılanların xeyrinә işlәyir. 29 Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surәtinә uyğunlaşmaq üçün әvvәlcәdәn tәyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; 30 әvvәlcәdәn tәyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzәtlәndirdi. 31 Bәs bunlar barәdә nә deyә bilәrik? Әgәr Allah bizimlәdirsә, kim bizә qarşı dura bilәr? 32 O Öz Oğlunu belә, әsirgәmәyib Onu hamımızın uğrunda ölümә tәslim etdisә, Onunla birgә bütün şeylәri dә bizә lütf etmәyәcәkmi? 33 Allahın seçdiyi adamları kim ittiham edә bilәr? Onları saleh sayan Allahdır! 34 Mәhkum edәn kimdir? Ölmüş, üstәlik dirilmiş Mәsih İsa hәm Allahın sağındadır, hәm dә bizim üçün vәsatәtçilik edir. 35 Mәsihin mәhәbbәtindәn bizi kim ayıra bilәr? Әziyyәtmi, sıxıntımı, tәqibmi, aclıqmı, çılpaqlıqmı, tәhlükәmi, qılıncmı? 36 Necә ki yazılıb: "Biz gün boyu Sәnin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq". 37 Lakin bizi Sevәnin vasitәsilә bütün bunlarda tam qәlәbә qazanırıq. 38 Çünki әminәm ki, nә ölüm, nә hәyat, nә mәlәklәr, nә başçılar, nә indiki, nә dә gәlәcәk şeylәr, nә qüvvәlәr, 39 nә ucalıq, nә dәrinlik, nә dә başqa bir mәxluq bizi Rәbbimiz Mәsih İsada olan Allah mәhәbbәtindәn ayırmağa qadir olmayacaq.
1 Mәsihdә hәqiqәti söylәyirәm, yalan danışmıram, vicdanım dediklәrimi Müqәddәs Ruhda tәsdiq edir ki, 2 ürәyimdә böyük bir kәdәr, daimi bir iztirab var. 3 Çünki qardaşlarımın, yәni cismani soydaşlarımın xatirinә mәn özüm Mәsihdәn uzaqlaşıb lәnәt qazanmağımı istәrdim; 4 bu, İsraillilәrdir ki, övladlığa götürülmә, izzәt, әhdlәr, Qanunun verilmәsi, mәbәd ibadәti vә vәdlәr onlara mәxsusdur. 5 Әcdadlar da onlara mәxsusdur, Mәsih dә cismәn onlardandır; O hәr şeyin üzәrindә olan Allahdır ki, Ona әbәdi alqış olsun! Amin. 6 Lakin bu o demәk deyil ki, Allahın kәlamı boşa çıxıb. Çünki İsraildәn törәyәnlәrin heç dә hamısı İsrailә mәxsus deyil. 7 İbrahimin nәslindәn olanların heç dә hamısı İbrahimin övladları deyil. Amma "İshaqdan törәyәnlәr sәnin nәslin adlanacaq" deyilib. 8 Bu o demәkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vәdinә görә doğulan övladlardır ki, bunlar İbrahimin nәsli sayılır. 9 Çünki belә vәd verilmişdi: "Gәlәn il bu vaxt gәlәcәyәm vә Saranın bir oğlu olacaq". 10 Yalnız bu yox, Rivqa da bir kişidәn, yәni babamız İshaqdan hamilә oldu. 11 Amma iki oğlu hәlә anadan olmamış vә yaxşılıq ya pislik etmәmiş ikәn Allah Rivqaya "böyüyü kiçiyinә qulluq edәcәk" dedi; belә ki Allahın seçim mәqsәdi onların әmәllәrinә deyil, Öz çağırışına әsaslanaraq bәrqәrar olsun. 13 Necә ki yazılıb: "Yaqubu sevdim, Esava isә nifrәt etdim". 14 Bәs indi nә deyә bilәrik? Mәgәr Allah әdalәtsizlik edir? Әsla! 15 Çünki O, Musaya deyir: "Kimә istәsәm, mәrhәmәt edәrәm, kimә istәsәm, rәhm edәrәm". 16 Belәliklә, seçim insanın istәyindәn yaxud sәyindәn deyil, yalnız mәrhәmәt edәn Allahdan asılıdır. 17 Ona görә dә Müqәddәs Yazıda Allah firona deyir: "Sәni buna görә ucaltdım ki, Öz gücümü sәnin üzәrindә göstәrim vә adım bütün dünyaya elan edilsin". 18 Demәli, Allah kimә istәyirsә, mәrhәmәt edir, kimi istәyirsә, inadkar edir. 19 İndi sәn mәnә deyә bilәrsәn: "Bәs Allah daha nә üçün bizi tәqsirkar çıxarır? Mәgәr kimsә Onun iradәsinin әleyhinә gedә bilәr?" 20 Amma, ey insan, sәn kimsәn ki, Allahla mübahisәyә girişirsәn? Mәgәr düzәldilәn bir şey onu düzәldәnә "Mәni niyә bu cür yaratdın?" deyә bilәr? 21 Mәgәr dulusçunun işlәtdiyi gilә ixtiyarı çatmır ki, hәmin gildәn bir qabı şәrәfli iş üçün, o biri qabı isә şәrәfsiz iş üçün düzәltsin? 22 Әgәr Allah qәzәbini göstәrmәk vә qüdrәtini bildirmәk istәyәrәk qәzәbinә gәlib mәhv olmağa hazırlanmış qablara böyük sәbirlә dözdüsә, biz nә deyә bilәrik? 23 Mәgәr O bunu etdi ki, qabaqcadan izzәt üçün hazırladığı mәrhәmәt tapan qablara izzәtinin necә zәngin olduğunu bildirsin? 24 O qablar bizik ki, Allah yalnız Yәhudilәr arasından deyil, hәm dә başqa millәtlәr arasından çağırdı. 25 Necә ki Huşәnin kitabında deyilir: "“Xalqım deyil” dediyimә “Xalqımsan” deyәcәyәm, “Sevdiyim deyil” dediyimә “Sevdiyimsәn” deyәcәyәm". 26 "Onlara “siz Mәnim xalqım deyilsiniz” deyilәn yerdә “siz var olan Allahın övladlarısınız” deyilәcәk". 27 Yeşaya da İsrail barәdә belә nida edir: "İsrail övladlarının sayı dәniz qumu qәdәr çox olsa belә, Ancaq sağ qalanları xilas olacaq. 28 Çünki Rәbb yer üzündә hökmünü Tam vә tez yerinә yetirәcәk". 29 Yeşayanın qabaqcadan söylәdiyi kimi: "Әgәr Ordular Rәbbi Bizim xalqdan bir neçә Sağ qalan adam qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bәnzәyәrdik". 30 Bәs nә deyә bilәrik? Salehliyin ardınca getmәyәn başqa millәtlәr salehliyi, yәni imanla gәlәn salehliyi әldә etdilәr. 31 Amma salehlik göstәrәn Qanunun ardınca gedәn İsrail xalqı bu Qanuna çata bilmәdi. 32 Nә üçün? Çünki imanla yox, әmәllәrlә gedirdilәr. Belәcә büdrәmә daşına ilişdilәr. 33 Necә ki yazılıb: "Budur, Sionda bir büdrәmә daşı vә yıxıdan qaya qoyuram. Ona iman edәn kәs utandırılmaz".
1 Ey qardaşlar, İsraillilәrin xilasını ürәkdәn arzulayıram vә bunun üçün Allaha dua edirәm. 2 Onların barәsindә şәhadәt edirәm ki, Allah naminә qeyrәt çәkirlәr, amma bu qeyrәt biliyә әsaslanmır. 3 Çünki onlar Allahdan gәlәn salehliyi anlamayıb öz salehliklәrini bәrqәrar etmәyә çalışmaqla Allahın salehliyinә tabe olmadılar. 4 Mәsih Qanunun sonu olub ki, iman gәtirәn hәr kәs saleh sayılsın. 5 Musa Qanunla gәlәn salehlik haqqında belә yazır: "Bu şeylәri yerinә yetirәn adam bunların sayәsindә yaşayacaq". 6 Amma imanla gәlәn salehlik barәdә belә deyilir: "Ürәyindә demә ki, “Kim göylәrә, yәni Mәsihi endirmәyә çıxacaq?” 7 ya da “Kim dibsiz dәrinliyә, yәni Mәsihi ölülәr arasından qaldırmağa enәcәk?”" 8 Bәs onda nә deyilir? "Kәlam sәnә çox yaxındır, o sәnin dilindә vә ürәyindәdir". Biz elә hәmin iman kәlamını vәz edirik: 9 әgәr sәn İsanın Rәbb olduğunu dilinlә iqrar edib Allahın Onu ölülәr arasından diriltdiyinә ürәkdәn inansan, xilas olacaqsan. 10 Çünki insan ürәkdәn iman etmәklә saleh sayılır vә dili ilә iqrar etmәklә xilas olur. 11 Belә ki Müqәddәs Yazıda deyilir: "Ona iman edәn hәr kәs utandırılmayacaq". 12 Burada Yәhudi ilә Yunan arasında fәrq yoxdur, hamısının Rәbbi birdir vә Onu çağıranların hamısına bol bәrәkәt verir. 13 Çünki "Rәbbin adını çağıran hәr kәs xilas olacaq". 14 Bәs onlar iman etmәdiklәri Şәxsi necә çağıracaqlar? Barәsindә eşitmәdiklәri Şәxsә necә iman edәcәklәr? Vәz edәn olmasa, necә eşidәcәklәr? 15 Göndәrilmәsәlәr, necә vәz edәcәklәr? Necә ki yazılıb: "Xoş xәbәri müjdәlәyәnin qәdәmlәri necә dә gözәldir!" 16 Amma Müjdәyә hamı qulaq asmadı. Çünki Yeşaya deyir: "Ya Rәbb, xәbәrimizә kim inandı?" 17 Belәliklә, iman eşitmәkdәn, eşitmәk dә Mәsihin kәlamı vasitәsilә yaranır. 18 Lakin soruşuram: mәgәr onlar eşitmәdilәr? Әlbәttә ki, eşitdilәr: "Avazları bütün dünyaya yayıldı, Sözlәri yerin ucqarlarına çatdı". 19 Bir dә soruşuram: mәgәr İsrail anlamadı? Musa ilk olaraq deyir: "Mәn sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millәtlә qәzәblәndirәcәyәm". 20 Yeşaya isә cәsarәtlә deyir: "Rәbb deyir: “Mәni axtarmayanlar tәrәfindәn tapıldım, Mәni soruşmayanlara Mәn zühur etdim”". 21 İsrail barәdә isә belә deyir: "Gün boyu itaәtsiz, dikbaş xalqa әllәrimi uzadıb durdum".
1 Belәliklә, soruşuram: mәgәr Allah Öz xalqını rәdd etdi? Әsla! Çünki mәn özüm dә İbrahim nәslindәn, Binyamin qәbilәsindәn olan bir İsrailliyәm. 2 Allah qabaqcadan tanıdığı Öz xalqını rәdd etmәdi. Mәgәr siz bilmirsiniz ki, Müqәddәs Yazıda İlyas barәdә nә deyilir? İlyas İsraildәn Allaha şikayәt edib deyir: 3 "Ya Rәbb! Sәnin peyğәmbәrlәrini öldürdülәr, qurbangahlarını dağıtdılar. Tәkcә mәn qaldım, onlar canımı almaq üçün mәni dә axtarırlar". 4 Bәs Allahdan ona hansı cavab gәldi? "Mәn Özüm üçün Baal qarşısında diz çökmәmiş yeddi min adamı saxlamışam". 5 Belәcә indi dә Allahın lütfü ilә seçilmiş sağ qalanlar var. 6 Әgәr bu, lütflә oldusa, daha әmәllәrlә deyil; yoxsa lütf daha lütf olmaz. 7 Onda nә deyә bilәrik? İsrail axtardığını әldә etmәdi, seçilmişlәr әldә etdilәr; digәrlәri isә inadkar oldu. 8 Necә ki yazılıb: "Allah onları dәrin yuxuya saldı, Onlara bu günәdәk görmәyәn gözlәr, Eşitmәyәn qulaqlar verdi". 9 Davud da belә deyir: "Süfrәlәri onlara tәlә, tor, Büdrәmә daşı vә cәza olsun. 10 Gözlәrinә qara gәlsin, görmәsinlәr, Bellәri hәmişә bükülü qalsın!" 11 Belәliklә, soruşuram: mәgәr İsraillilәr bir daha ayağa qalxmamaq üçün büdrәyib-yıxıldılar? Әsla! Amma onların tәqsiri başqa millәtlәrin xilasına sәbәb oldu ki, İsraillilәrdә qibtә oyandırsın. 12 Әgәr onların tәqsiri dünyaya zәnginlik, onların qüsuru da başqa millәtlәrә zәnginlik gәtirdisә, gör onların bütövlüyü necә böyük zәnginlik gәtirәcәk. 13 Lakin, ey başqa millәtlәr, sizә bildirirәm: mәn başqa millәtlәrә göndәrilәn hәvari olduğuma görә öz xidmәtimi izzәtli sayıram ki, 14 bәlkә soydaşlarımda qibtә hissi oyandırıb bәzilәrini xilas edә bilim. 15 Çünki onların rәdd edilmәsi dünyanın Allahla barışması demәkdirsә, onların qәbul edilmәsi ölülәr arasından hәyata dönmәk deyilmi? 16 Әgәr xәmirin ilk hissәsi müqәddәsdirsә, demәk, xәmirin hamısı müqәddәsdir; әgәr kök müqәddәsdirsә, budaqlar da müqәddәsdir. 17 Amma bәzi budaqlar qoparılıbsa vә sәn, ey yabanı zeytun ağacı, onların arasında peyvәnd olunub zeytun ağacının barlı kökünә şәrik olmusansa, 18 o budaqların qabağında öyünmә; öyünsәn, bil ki, sәn kökü deyil, kök sәni daşıyır. 19 O zaman deyәcәksәn: budaqlar qoparıldı ki, mәn onların yerinә peyvәnd olunum. 20 Doğrudur; onlar imansızlıqlarına görә qoparıldı, amma sәn imanına görә yerindә durursan. Buna görә tәkәbbürlü olma, әksinә, qorx! 21 Çünki Allah tәbii budaqlara rәhm etmәdisә, bәlkә sәnә dә rәhm etmәyәcәk. 22 Sәn gör ki, Allah eyni zamanda hәm xeyirxahdır, hәm dә sәrt: yıxılanlara sәrtlik, sәnә isә, әgәr Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstәrәr. Әks tәqdirdә sәn dә kәsilib atılacaqsan. 23 Әgәr imansızlıqda qalmasalar, onlar da peyvәnd olunacaqlar, çünki Allah onları yenә dә peyvәnd etmәyә qadirdir. 24 Әgәr sәn tәbiәtәn yabanı olan zeytun ağacından kәsilib, tәbiәtinә uyğun olmadan yetişdirilәn zeytun ağacına peyvәnd edildinsә, bu tәbii budaqlar öz zeytun ağacına necә dә asanlıqla peyvәnd olunacaq! 25 Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyә bu sirdәn bixәbәr olmağınızı istәmirәm: İsrailin bәzisi o vaxta qәdәr inadkar qalacaq ki, başqa millәtlәrdәn xilas olanların sayı tamamlansın. 26 Belәcә bütün İsrail xilas olacaq. Necә ki yazılıb: "Qurtarıcı Siondan gәlәcәk, Yaqub nәslindәn allahsızlığı uzaqlaşdıracaq". 27 "Günahlarını aradan qaldırdığım zaman Mәnim onlarla bağladığım Әhd budur". 28 Müjdә mәsәlәsindә İsraillilәr sizin üçün Allaha düşmәndir, amma Allah onları seçdiyinә görә әcdadlarının xatirinә Onun üçün sevimlidir. 29 Çünki Allahın әnamları vә dәvәti geri alınmaz. 30 Siz bir zamanlar Allaha itaәtsiz idiniz vә indi onların itaәtsizliyi üzündәn mәrhәmәt tapdınız; 31 elәcә dә sizin tapdığınız mәrhәmәtdәn ötrü onlar indi itaәtsiz oldular ki, özlәri dә indi mәrhәmәt tapsınlar. 32 Çünki Allah hamını itaәtsizliyә әsir edib ki, hamıya mәrhәmәt göstәrsin. 33 Allahın zәnginliyi nә böyük, Hikmәti vә biliyi nә dәrindir! Onun hökmlәri necә dә ağlasığmaz, Yolları necә dә anlaşılmazdır! 34 "Rәbbin ağlını kim dәrk etdi? Ona kim mәslәhәtçi oldu?" 35 "Kim Ona bir şey verdi ki, Әvәzini Ondan istәyә bilsin?" 36 Çünki hәr şeyin mәnbәyi Odur, hәr şey Onun vasitәsilә vә Onun üçün var oldu. Ona әbәdi olaraq izzәt olsun! Amin.
1 Belәliklә, ey qardaşlar, Allahın mәrhәmәti xatirinә sizә yalvarıram ki, bәdәnlәrinizi diri, müqәddәs vә Allahı razı salan bir qurban olaraq Ona tәqdim edin; bu sizin ağılla etdiyiniz ibadәtdir. 2 Bu dövrә uyğunlaşmayın, әksinә, düşüncәnizin tәzәlәnmәsi ilә dәyişin ki, Allahın yaxşı, razı salan vә kamil iradәsini ayırd edәsiniz. 3 Mәnә verilәn lütflә sizin hәr birinizә deyirәm ki, lazım olduğundan artıq özünüz barәdә yüksәk fikirdә olmayın; lakin hәr biriniz Allahın ona verdiyi imanın ölçüsünә görә ağıl-kamalla düşünün. 4 Çünki bizim bir bәdәnimizdә çoxlu üzvlәr olduğu halda onların hәr birinin vәzifәsi heç dә eyni deyil. 5 Elәcә biz dә çox olduğumuz halda Mәsihdә bir bәdәnik vә ayrı-ayrılıqda bir-birimizә bağlı üzvlәrik. 6 Allahın bizә bağışladığı lütfә görә müxtәlif ruhani әnamlarımız var. Bir kәsin әnamı peyğәmbәrlikdirsә, imanının ölçüsünә görә peyğәmbәrlik etsin; 7 әnamı xidmәtdirsә, xidmәt etsin; müәllimlikdirsә, öyrәtsin; 8 nәsihәt verәndirsә, nәsihәt versin; pay verәndirsә, sәxavәtlә, rәhbәrdirsә, sәylә, mәrhәmәt göstәrәndirsә, sevinә-sevinә öz işini görsün. 9 Qoy mәhәbbәtiniz riyasız olsun. Pislikdәn ikrah edin, yaxşılığa bağlanın. 10 Qardaşlıq sevgisi ilә bir-birinizi sevin. Hörmәt göstәrmәkdә bir-birinizi qabaqlayın. 11 Sәyiniz azalmasın, ruhunuz alovlu olsun. Rәbbә qulluq edin. 12 Ümidinizlә sevinin. Әziyyәtdә dözümlü olun. Dayanmadan dua edin. 13 Ehtiyac içindә olan müqәddәslәrә yardım etmәyә şәrik olun. Qonaqpәrvәr olmağa sәy göstәrin. 14 Sizi tәqib edәnlәrә xeyir-dua verin; lәnәt yox, xeyir-dua verin. 15 Sevinәnlәrlә sevinin, ağlayanlarla ağlayın. 16 Bir-birinizlә hәmfikir olun; tәkәbbürlü olmayın, mәzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. 17 Heç kimә pislik әvәzinә pislik etmәyin. Hamının gözündә yaxşı olan işlәr görmәyә diqqәt yetirin. 18 İmkan daxilindә bacardıqca bütün adamlarla sülh içindә yaşayın. 19 Ey sevimlilәr, heç kәsdәn qisas almayın, Allahın qәzәbinә yer verin. Çünki yazılıb ki, Rәbb belә deyir: "Qisas Mәnimdir, әvәzini Mәn verәcәyәm". 20 Әksinә, "düşmәnin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belә etmәklә sanki onun başına köz tökәrsәn". 21 Pislik sәnә üstün gәlmәsin, pisliyә yaxşılıqla qalib gәl.
1 Hәr kәs başçılıq edәn hakimiyyәtlәrә tabe olsun. Çünki Allah tәrәfindәn tәyin olunmayan hakimiyyәt yoxdur; mövcud olan hakimiyyәtlәr Allah tәrәfindәn tәyin olunub. 2 Buna görә dә hakimiyyәtә qarşı çıxan adam Allahın tәyin etdiyinin әleyhinә çıxır vә әleyhinә çıxan belәlәri özlәrini mühakimәyә düçar edir. 3 Çünki yaxşı iş görәnlәr deyil, pis iş görәnlәr hökmdarlardan qorxmalıdır. İstәyirsәnmi hakimiyyәtdәn qorxmayasan? Yaxşı iş gör, onda o sәni tәriflәyәr. 4 Hökmdar sәnin xeyrin üçün Allaha xidmәt edir. Amma pis iş görürsәnsә, qorx! Çünki o, әbәs yerә qılınc daşımır, Allaha xidmәt edir ki, pis iş görәndәn qisas alsın vә Allahın qәzәbini onun başına gәtirsin. 5 Bu sәbәbdәn yalnız qәzәbә görә deyil, vicdanın xatirinә dә hakimiyyәtә tabe olmaq lazımdır. 6 Vergini dә siz buna görә ödәyirsiniz. Çünki hökmdarlar Allahın xidmәtçisidir vә mәhz bu işlә daim mәşğuldurlar. 7 Belәliklә, hәr kәsә öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmәt haqqı olana hörmәt. 8 Bir-birinizi sevmәkdәn başqa heç nәdә heç kimә borclu qalmayın; çünki başqasını sevәn Qanunu yerinә yetirmiş olur. 9 Belә ki "zina etmә, qәtl etmә, oğurluq etmә, tamah salma" vә bunlardan başqa nә әmr varsa, bu kәlamla yekunlaşdırmaq olar: "Qonşunu özün kimi sev". 10 Sevәn insan qonşusuna qarşı pis iş görmәz, buna görә dә mәhәbbәt Qanunun tamamlanmasıdır. 11 Zәmanәni, yuxudan ayılmaq vaxtınızın gәldiyini anlayaraq belә rәftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. 12 Gecә keçdi, gündüz isә yaxınlaşdı; buna görә dә qaranlığın әmәllәrini üzәrimizdәn ataq vә nurun silahlarına bürünәk. 13 Gün işığında olduğu kimi lәyaqәtlә hәyat sürәk; eyş-işrәtә vә sәrxoşluğa, әxlaqsızlığa vә pozğunluğa, münaqişәyә vә qısqanclığa qapılmayaq. 14 Әksinә, Rәbb İsa Mәsihә bürünün vә cismani tәbiәtinizin ehtiraslarına uymaq fikrindә olmayın.
1 İmanı zәif olanı qәbul edin, amma onun fikirlәri ilә mübahisәyә girişmәyin. 2 Biri inanır ki, hәr şeyi yeyә bilәr, amma imanı zәif olan yalnız tәrәvәz yeyir. 3 Yeyәn yemәyәnә xor baxmasın, yemәyәn dә yeyәni mühakimә etmәsin. Çünki Allah onu qәbul edib. 4 Sәn kimsәn ki, başqasının xidmәtçisini mühakimә edirsәn? O xidmәtçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına mәxsusdur. Xidmәtçi haqlı çıxacaq, çünki Rәbb onu haqlı çıxarmağa qadirdir. 5 Kimsә bir günü o biri gündәn üstün sayır, başqası isә hәr günü eyni sayır. Qoy hәr kәs öz fikrinә әmin olsun. 6 Bir günü fәrqlәndirәn adam onu Rәbb üçün fәrqlәndirir. Yeyәn Rәbb üçün yeyir, çünki Allaha şükür edir. Yemәyәn dә Rәbb üçün yemir vә Allaha şükür edir. 7 Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq vә özümüz üçün ölmürük. 8 Yaşayırıqsa, Rәbb üçün yaşayırıq, ölürüksә, Rәbb üçün ölürük. Buna görә yaşasaq da, ölsәk dә Rәbbә mәxsusuq. 9 Çünki Mәsih ona görә ölüb yenә yaşadı ki, hәm ölülәrin, hәm dә yaşayanların Rәbbi olsun. 10 Bәs sәn nә üçün qardaşını mühakimә edirsәn? Yaxud nә üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq. 11 Çünki yazılıb: "Rәbb deyir: Varlığıma and içdim, Hәr diz önümdә çökәcәk, Hәr dil Allah olduğumu bildirәcәk". 12 Belәcә hәr birimiz özü üçün Allaha hesabat verәcәk. 13 Buna görә dә daha bir-birimizi mühakimә etmәyәk, әksinә, qәrara alın ki, heç bir qardaşın önünә onu büdrәdәn yaxud pis yola çәkәn bir şey qoymayasınız. 14 Rәbb İsada olaraq әminәm ki, heç bir şey özlüyündә murdar deyil. Amma nәyisә murdar sayan adam üçün o şey murdardır. 15 Әgәr sәnin qardaşın yediyin bir şeydәn ötrü kәdәrlәnirsә, onda sәn mәhәbbәtә görә hәyat sürmürsәn. Uğrunda Mәsihin öldüyü adamı öz yemәyinә görә hәlaka tәslim etmә. 16 İmkan vermәyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislәnsin. 17 Çünki Allahın Padşahlığı yemәk-içmәkdәn ibarәt deyil, Müqәddәs Ruhda salehlik, sülh vә sevincdәn ibarәtdir. 18 Kim belәcә Mәsihә qulluq edirsә, Allahı razı salır vә insanların da rәğbәtini qazanır. 19 Belәliklә, özümüzü sülh gәtirәn vә bir-birimizi inkişaf etdirәn işlәrә hәsr edәk. 20 Qidaya görә Allahın işlәrini pozma! Hamısı tәmizdir. Amma yemәyi ilә başqasının büdrәmәsinә sәbәb olan adam pislik edir. 21 Әt yemәyәrәk, şәrab içmәyәrәk qardaşının büdrәmәsinә sәbәb olmayan isә yaxşılıq edir. 22 Bu mәsәlәlәrdә etiqadını Allahın önündә öz ürәyindә saxla. Seçdiyi bir işdә özünü mühakimә etmәyәn adam nә bәxtiyardır! 23 Amma bir yemәyә şübhә edәn adam o yemәyi yeyirsә, mәhkum olur. Çünki gördüyü iş imana әsaslanmır vә imana әsaslanmayan hәr şey günahdır.
1 Biz imanı güclü olanlar imanı gücsüz olanların zәifliklәrinә dözmәliyik vә yalnız özümüzü razı salmamalıyıq. 2 Hәr birimiz yaxşılıq naminә inkişaf etdirmәk mәqsәdi ilә qonşumuzu razı salaq. 3 Çünki Mәsih dә Özünü razı salmadı. Necә ki yazılıb: "Sәni tәhqir edәnlәrin tәhqirlәri altında qaldım". 4 Bundan әvvәl yazılanların hamısı bizi öyrәtmәk üçün yazıldı ki, dözümlә vә Müqәddәs Yazıların ürәk-dirәyi ilә ümidimiz olsun. 5 Dözüm verәn vә ürәklәndirәn Allah Mәsih İsanın istәyinә uyğun olaraq sizә hәmfikirlilik bәxş etsin ki, 6 hamınız birlikdә vә bir sәslә Rәbbimiz İsa Mәsihin Atası olan Allahı izzәtlәndirәsiniz. 7 Buna görә dә Mәsih sizi qәbul etdiyi kimi siz dә Allahın izzәti üçün bir-birinizi qәbul edin. 8 Mәn dә bunu bildirirәm: Mәsih Allahın haqlı olduğunu göstәrmәk üçün sünnәtlilәrin xidmәtçisi oldu ki, әcdadlara verilәn vәdlәri yerinә yetirsin; 9 belәcә başqa millәtlәr dә Allahın mәrhәmәtinә görә Onu izzәtlәndirsinlәr. Necә ki yazılıb: "Buna görә millәtlәr arasında Sәnә şükür edәcәyәm, İsminә tәrәnnüm söylәyәcәyәm". 10 Yenә deyilir ki: "Ey millәtlәr, Onun xalqı ilә birgә sevinin!" 11 Başqa bir yerdә: "Ey bütün millәtlәr, Rәbbә hәmd edin! Ey bütün ümmәtlәr, Onu mәdh edin!" 12 Yeşaya da belә deyir: "Yesseyin Kökü gәlәcәk, Millәtlәrә hökmran olmaq üçün ucalacaq, Millәtlәr Ona ümid bağlayacaq". 13 Qoy ümid mәnbәyi olan Allah iman edәn sizlәri hәr cür şadlıq vә sülhlә doldursun ki, Müqәddәs Ruhun qüdrәti ilә ümidlә dolub-daşasınız. 14 Ey qardaşlarım, mәn sizin barәnizdә әminәm ki, siz yaxşılıqla dolu, hәr cür biliklә kamilsiniz vә bir-birinizә nәsihәt vermәyә qadirsiniz. 15 Amma Allahın mәnә bәxş etdiyi lütflә bәzi mәsәlәlәri sizә xatırlatmaq üçün bu sözlәri cәsarәtlә yazmışam. 16 Hәmin lütfә görә mәn başqa millәtlәr üçün Mәsih İsanın xidmәtçisi oldum ki, bir kahin kimi Allahın Müjdәsini vәz edim vә başqa millәtlәr Müqәddәs Ruhla tәqdis edilәrәk Allaha mәqbul olan qurban olsunlar. 17 Belәcә Allaha xidmәt etdiyimә görә Mәsih İsa ilә fәxr edirәm. 18 Başqa millәtlәri itaәtә gәtirmәk üçün Mәsihin mәnim vasitәmlә söz vә әmәllә, әlamәt vә xariqәlәrin qüvvәti ilә, Allahın Ruhunun qüdrәti ilә etdiklәrindәn başqa bir şey barәdә danışmağa cәsarәt etmәrәm. Belә ki mәn Yerusәlimdәn başlayıb İllirikum diyarına qәdәr hәr tәrәfdә Mәsihin Müjdәsini yayıb qurtardım. 20 Bununla birgә, Müjdәni Mәsihin adının hәlә eşidilmәdiyi yerlәrdә yaymaq başlıca mәqsәdim oldu ki, bir başqasının qoyduğu tәmәl üzәrindә bina qurmayım. 21 Amma necә ki yazılıb: "Onun haqqında xәbәri olmayanlar görәcәk, Eşitmәyәnlәr anlayacaq". 22 Bu sәbәbdәn sizin yanınıza gәlmәk niyyәtim bir neçә dәfә әngәllәndi. 23 İndi isә bu diyarlarda işlәyәcәyim başqa bir yer qalmır, illәrdir ki, yanınıza gәlmәyi arzu edirdim. 24 Buna görә İspaniyaya getmәk niyyәtindәyәm vә ümidvaram ki, yolüstü sizi dә görüm vә әvvәl qısa müddәt dә olsa, dostluğunuzdan zövq alandan sonra mәni oraya yola salasınız. 25 Amma indi mәn müqәddәslәrә yardım etmәk üçün Yerusәlimә gedirәm. 26 Çünki Makedoniya vә Axayyada olanlar Yerusәlimdә müqәddәslәr arasındakı kasıblar üçün ianә yığmağı mәslәhәt bildilәr. 27 Әlbәttә, özlәri mәslәhәt bildilәr, hәm dә әslindә onlara borcludurlar. Çünki başqa millәtlәr Yerusәlim müqәddәslәrinin ruhani nemәtlәrinә şәrik oldularsa, maddi nemәtlәri ilә onlara xidmәt etmәyә borcludurlar. 28 Belәcә bu işi başa çatdırıb әldә olunan sәmәrәni onlara çatdırandan sonra sizin yerlәrdәn keçib İspaniyaya gedәcәyәm. 29 Bilirәm ki, yanınıza gәlәndә Mәsihin tam xeyir-duası ilә gәlәcәyәm. 30 Ey qardaşlar, Rәbbimiz İsa Mәsihin xatirinә, Ruhun mәhәbbәti naminә sizә yalvarıram, Allaha mәnim üçün etdiyiniz dualarda mәnimlә birlikdә mübarizә aparın ki, 31 Yәhudeyada olan imansızlardan xilas olum vә Yerusәlimә olan yardımımı müqәddәslәr qәbul etsin. 32 Belәliklә, istәyirәm ki, Allahın iradәsi ilә sevinclә yanınıza gәlib sizinlә könlümü fәrәhlәndirim. 33 Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.
1 Kenxreyadakı cәmiyyәtin xidmәtçisi olan bacımız Fibi barәdә sizә zәmanәt verirәm. 2 Onu Rәbdә olduğu üçün müqәddәslәrә layiq tәrzdә qәbul edin, nә ehtiyacı varsa, siz ona kömәk edin. Çünki o, çoxlarına vә şәxsәn mәnә dә hamilik edib. 3 Mәsih İsada hәmkarlarım olan Priskila vә Akilaya salam söylәyin. 4 Onlar mәnim hәyatım üçün öz canlarını tәhlükәyә saldılar. Onlara yalnız mәn yox, başqa millәtlәrin bütün cәmiyyәtlәri dә tәşәkkür edir. 5 Onların evindә toplanan cәmiyyәtә dә salam söylәyin. Asiya vilayәtindәn Mәsih üçün ilk mәhsul olan sevimli qardaşım Epenetә salam çatdırın. 6 Sizin üçün xeyli zәhmәt çәkmiş Mәryәmә salam söylәyin. 7 Hәvarilәr arasında şöhrәt qazanmış, mәndәn әvvәl Mәsihdә olmuş soydaşlarım vә zindan yoldaşlarım Andronikosa vә Yuniyaya salam çatdırın. 8 Rәbdә mәnә sevimli olan Ampliyata salam söylәyin. 9 Mәsihdә hәmkarımız olan Urbana vә mәnә sevimli olan Staxisә salam çatdırın. 10 Mәsihdә sәdaqәti sübut edilmiş Apellisә salam söylәyin. Aristobulun ailәsindәn olanlara salam çatdırın. 11 Soydaşım Hirodiona salam söylәyin. Narkisin ailәsindәn Rәbdә olanlara salam çatdırın. 12 Rәbbin xidmәtindә zәhmәt çәkmiş Trifena ilә Trifosaya salam söylәyin. Rәbbin xidmәtindә xeyli zәhmәt çәkmiş sevimli Persisә salam çatdırın. 13 Rәbdә seçmә insan olan Rufusa vә mәnә dә analıq edәn anasına salam söylәyin. 14 Asinkritә, Fleqona, Hermesә, Patrobaya, Hermaya vә onlarla birlikdә olan bacı-qardaşlara salam çatdırın. 15 Filoloqa, Yuliyaya, Nereyә vә onun bacısına, Olimpaya vә onlarla birlikdә olan bütün müqәddәslәrә salam söylәyin. 16 Bir-birinizi müqәddәs öpüşlә salamlayın. Mәsihin bütün cәmiyyәtlәri sizә salam göndәrir. 17 Qardaşlar, sizә yalvarıram ki, öyrәndiyiniz tәlimin әleyhinә çıxaraq ayrılıq salan vә büdrәmәyә sәbәb olan adamlara nәzarәt edin vә onlardan uzaq durun. 18 Çünki belә adamlar Rәbbimiz Mәsihә deyil, öz qarınlarına qulluq edirlәr; onlar yağlı vә yaltaq nitqlәri ilә sadәlövh adamların ürәklәrini tovlayırlar. 19 Sizin itaәtiniz hamıya bәllidir. Buna görә dә sizin üçün sevinirәm. Amma istәyirәm ki, yaxşı işlәrdә müdrik, pis işlәrdә mәsum olasınız. 20 Sülh qaynağı olan Allah Şeytanı tezliklә ayaqlarınızın altında әzәcәk. Rәbbimiz İsanın lütfü sizә yar olsun! 21 Hәmkarım Timotey, soydaşlarım Luki, Yason vә Sosipater sizә salam göndәrir. 22 Bu mәktubu yazıya alan mәn Terti dә Rәbbin ismi ilә sizә salam söylәyirәm. 23 Mәni vә bütün cәmiyyәti qonaq saxlayan Qayın sizә salamı var. Şәhәrin xәzinәdarı olan Erast vә Kvart qardaş da sizә salam göndәrir. 24 Аллаһ мжним елан етдијим Мьжджјж вж Эса Мжсиһ барждж вжзж ҝцрж, жзжлджн бжри ҝизли сахланмэю сирри ајдэнлаюдэран вжһјж ујрун олараг, сизи гьввжтлжндирмжјж гадирдир; 25 Allah mәnim elan etdiyim Müjdәyә vә İsa Mәsih barәdә vәzә görә, әzәldәn bәri gizli saxlanmış sirri aydınlaşdıran vәhyә uyğun olaraq, sizi qüvvәtlәndirmәyә qadirdir; 26 bu hәmin sirdir ki, indi aşkar olmuş vә әbәdi Allahın әmrinә әsasәn peyğәmbәrlәrin Yazıları vasitәsilә bütün millәtlәrin iman gәtirib itaәt etmәsi üçün bәyan edilmişdir; 27 o yeganә vә müdrik Allaha İsa Mәsih vasitәsilә әbәdi izzәt olsun! Amin.
1 Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi olmağa çağırılmış mәn Pauldan vә qardaşımız Sostendәn 2 Allahın Korinfdә olan imanlılar cәmiyyәtinә salam! Siz Mәsih İsada tәqdis olunmusunuz. Rәbbimiz İsa Mәsihin adını hәr yerdә çağıran hamı ilә birlikdә müqәddәs olmağa çağırılmısınız. O hәm onların, hәm dә bizim Rәbbimizdir. 3 Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 4 Allahın Mәsih İsada sizә bәxş etdiyi lütfә görә sizin üçün hәmişә Allahıma şükür edirәm. 5 Çünki siz Mәsihdә hәr cәhәtdәn – hәr cür sözdә vә bilikdә zәnginlәşmisiniz. 6 Buna görә Mәsih haqqındakı şәhadәtimiz sizdә tәsdiqlәndi. 7 Bu sәbәbdәn siz Rәbbimiz İsa Mәsihin zühurunu gözlәyәrәk ruhani әnamdan heç bir korluq çәkmirsiniz. 8 Rәbbimiz İsa Mәsih Öz günündә nöqsansız olmanız üçün sizi sonadәk qüvvәtlәndirәcәk. 9 Sizi Oğlu Rәbbimiz İsa Mәsihlә şәrik olmağa çağıran Allah sadiqdir. 10 Ey qardaşlar, Rәbbimiz İsa Mәsih naminә sizә yalvarıram: hamınız hәmfikir olun. Qoy aranızda dәstәbazlıq olmasın, eyni düşüncәdә vә eyni ağılda birlәşin. 11 Qardaşlarım, Xloinin evindәkilәrindәn aranızda münaqişәlәr olduğunu öyrәndim. 12 Demәk istәdiyim budur ki, hәr biriniz "mәn Paulun ardıcılıyam","mәn Apollonun ardıcılıyam","mәn Kefanın ardıcılıyam"vә yaxud "mәn Mәsihin ardıcılıyam" deyir. 13 Mәgәr Mәsih bölünmüşdü? Mәgәr sizә görә çarmıxa çәkilәn Paul idi? Mәgәr siz Paulun adı ilә vәftiz edildiniz? 14 Mәn Krisp vә Qaydan başqa sizlәrdәn heç kimi vәftiz etmәdiyimә görә Allaha şükür edirәm. 15 Belә etdim ki, heç kim mәnim adımla vәftiz edildiyini demәsin. 16 Yeri gәlmişkәn, mәn bir dә Stefananın evindәkilәri vәftiz etdim. Bundan başqa kimisә vәftiz etdiyimi xatırlamıram. 17 Axı Mәsih mәni vәftiz etmәyә deyil, Müjdәni yaymağa göndәrdi. Mәsihin çarmıxı boşa çıxmasın deyә Müjdәni müdrik sözlәrlә yaymıram. 18 Çünki çarmıx barәsindәki kәlam mәhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlәr üçünsә Allahın qüdrәtidir. 19 Necә ki yazılıb: "Müdriklәrin müdrikliyini mәhv edәcәyәm, Aqillәrin ağlını yox edәcәyәm". 20 Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisәçisi? Mәgәr Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmәdi? 21 Allahın müdrikliyindә dünya öz müdrikliyi ilә Allahı tanımadığı üçün Allah iman edәnlәri ağılsız sayılan vәz vasitәsilә xilas etmәyә razı oldu. 22 Çünki Yәhudilәr möcüzәli әlamәtlәr istәyir, Yunanlar müdriklik axtarır. 23 Bizsә çarmıxa çәkilmiş Mәsihi vәz edirik. Bu, Yәhudilәr üçün büdrәmә daşı, başqa millәtlәr üçün isә ağılsızlıq sayılır. 24 Amma çağırılan hәm Yәhudilәr, hәm dә Yunanlar üçün Mәsih Allahın qüdrәti vә Allahın müdrikliyidir. 25 Çünki Allahın "ağılsızlığı" insan müdrikliyindәn daha üstündür, Allahın "zәifliyi" insan gücündәn daha güclüdür. 26 Qardaşlar, aldığınız çağırış barәsindә düşünün. Bir çoxunuz bәşәri nöqteyi-nәzәrdәn müdrik, nüfuzlu vә yaxud әsilzadә deyildiniz. 27 Allah isә müdriklәri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclülәri utandırmaq üçün dünyanın zәif saydıqları, 28 dünyanın dәyәrli sayılanlarını heç etmәk üçün dünyanın xor baxdıqları, әsilsiz vә dәyәrsiz sayılan kәslәri dә seçdi ki, 29 Allahın qarşısında heç bir insan öyünmәsin. 30 Amma siz Allahın sayәsindә Mәsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqәddәslik vә satınalınma oldu. 31 Buna görә yazıldığı kimi "öyünәn Rәbdә öyünsün".
1 Ey qardaşlar, mәn Allah barәsindә sirli hәqiqәti elan etmәk üçün sizә gәlәndә yüksәk natiqlik vә müdrikliklә gәlmәdim. 2 Çünki mәn aranızda olanda İsa Mәsihdәn, yәni çarmıxa çәkilmiş Şәxsdәn başqa heç bir şey bilmәmәyi qәrara aldım. 3 Yanınıza zәiflik, qorxu vә böyük lәrzә içindә gәldim. 4 Mәnim sözüm dә, vәzim dә müdrikliyin inandırıcı sözlәrindәn deyil, Ruhun qüdrәtini göstәrmәsindәn asılı idi. 5 Belә ki imanınız insan müdrikliyinә yox, Allahın qüdrәtinә әsaslansın. 6 Yetkin insanlar arasında isә biz müdrikliyi öyrәdirik. Amma bu müdriklik nә indiki dövrün, nә dә bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. 7 Biz Allahdan gәlәn sirli müdrikliyi öyrәdirik. Allah bu müdrikliyi bizim izzәtimiz üçün zaman başlamazdan әvvәl müәyyәn etdi vә gizli saxladı. 8 Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzәtli Rәbbi çarmıxa çәkmәzdilәr. 9 Amma necә ki yazılmışdı: "Allahın Onu sevәnlәr üçün hazırladıqlarını Nә göz görüb, nә qulaq eşidib, Nә dә insan ürәyi dәrk edib". 10 Bizә isә Allah bunları Öz Ruhu ilә açdı. Çünki Ruh hәr bir şeyi, Allahın dәrin düşüncәlәrini belә, araşdırır. 11 Axı insanın düşüncәlәrini insanın daxilindә olan ruhdan savayı kim bilәr? Elәcә dә Allahın düşüncәlәrini Onun Ruhundan savayı heç kim bilmәz. 12 Allahın bizә verdiyi әnamları dәrk edә bilmәmiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qәbul etdik. 13 Bunları insani müdrikliyin öyrәtdiyi deyil, Ruhun öyrәtdiyi sözlәrlә bildiririk. Ruhani anlayışları ruhani sözlәrlә ifadә edirik. 14 Tәbiәtcә yaşayan adam Allahın Ruhuna aid olan şeylәri qәbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşә bilmir, çünki bunlar ruhani nöqteyi-nәzәrdәn araşdırılır. 15 Ruhani adam isә hәr şeyi araşdıra bilәr. Fәqәt onun daxilini heç kim araşdıra bilmәz. 16 Axı "Rәbbin ağlını kim dәrk etdi? Ona kim mәslәhәtçi oldu?" Amma biz Mәsihin ağlına malikik.
1 Ey qardaşlar, mәn sizinlә ruhani insanlar kimi deyil, cismani tәbiәtә görә yaşayan, Mәsihdә körpә olan insanlar kimi danışa bildim. 2 Mәn sizi bәrk yemәklәrlә deyil, südlә qidalandırdım. Çünki bәrk yemәklәrә hazır deyildiniz, indi dә hazır deyilsiniz. 3 Çünki siz hәlә dә cismanisiniz. Әgәr aranızda qısqanclıq vә münaqişә varsa, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi hәyat sürmürsünüzmü? 4 Әgәr biriniz "mәn Paulun ardıcılıyam", başqası isә "mәn Apollonun ardıcılıyam" deyirsә, siz adi insanlar deyilsinizmi? 5 Apollo kimdir, Paul kimdir? Rәbb hәr birimizә tәyin etdiyi kimi yalnız iman etmәyinizә vasitәçi olan xidmәtçiyik. 6 Mәn әkdim, Apollo suladı, amma Allah böyütdü. 7 Buna görә dә mühüm olan әkәn ya da sulayan deyil, әkilәni böyüdәn Allahdır. 8 Әkәnlә sulayanın isә dәyәri eynidir. Hәr biri öz zәhmәtinә görә mükafat alacaq. 9 Çünki biz Allahın әmәkdaşlarıyıq. Sizsә Allahın zәmisi, Allahın tikilisisiniz. 10 Allahın mәnә verdiyi lütfә görә bir mahir bәnna kimi bünövrәni qoydum, başqası isә onun üzәrindә inşa edir. Amma hәr kәs necә inşa etdiyinә diqqәt yetirsin. 11 Çünki heç kim qoyulan bünövrәdәn, yәni İsa Mәsihdәn başqa bir tәmәl qoya bilmәz. 12 Bu bünövrәnin üstündә qızıldan, gümüşdәn, qiymәtli daşlardan, taxtadan, samandan, külәşdәn kim nә isә inşa edәrsә, 13 onun әmәli bәlli olacaq vә qiyamәt günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hәr birinin әmәlinin keyfiyyәtini sınaqdan keçirәcәk. 14 Kimin inşa etdiyi әmәl tab gәtirsә, mükafat alacaq. 15 Kimin әmәli yanıb yox olsa, o zәrәr çәkәcәk. Özü isә xilas olacaq, amma sanki od içindәn keçәcәk. 16 Mәgәr bilmirsiniz ki, siz Allahın mәbәdisiniz vә Allahın Ruhu sizdә yaşayır? 17 Kim Allahın mәbәdinә ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın mәbәdi müqәddәsdir vә bu mәbәd sizsiniz. 18 Qoy heç kim özünü aldatmasın. Sizlәrdәn biri bu dövrdә özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. 19 Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necә ki yazılıb: "O, müdriklәri hiylә qurarkәn yaxalayır". 20 Yenә dә yazılıb: "Rәbb müdriklәrin düşüncәlәrini, bunların boş olduğunu bilәr". 21 Elәcә qoy heç kim insanlarla öyünmәsin, çünki hәr şey sizindir. 22 İstәr Paul, istәr Apollo, istәr Kefa olsun, dünya, hәyat, ölüm, indiki vә gәlәcәk zaman – hәr şey sizindir. 23 Sizsә Mәsihinsiniz, Mәsih dә Allahındır.
1 Belәcә insanlar bizi Mәsihin xidmәtçilәri vә Allahın sirli niyyәtini yerinә yetirәn idarәçilәri saysın. 2 İdarәçilәrdәnsә tәlәb olunur ki, etibara layiq olsunlar. 3 Siz yaxud insan mәhkәmәsi mәnim işlәrimi tәhlil edirsә, bu mәnim üçün çox az әhәmiyyәt kәsb edir; hәtta mәn öz işlәrimi tәhlil etmirәm. 4 Heç bir şeyә görә vicdan әzabı çәkmәsәm dә, belәcә özümә haqq qazandırmıram. Çünki mәnim işlәrimi tәhlil edәn Rәbdir. 5 Buna görә dә münasib vaxtdan әvvәl, yәni Rәbb gәlmәyәnәdәk heç bir işi mühakimә etmәyin. O gәlib qaranlıqda gizlәnәn şeylәrә işıq salacaq vә insan ürәklәrinin niyyәtlәrini aşkara çıxaracaq. Onda hәr kәs Allahdan ona düşәn tәrifi alacaq. 6 Ey qardaşlar, bizdәn nümunә alaraq "yazılanlardan kәnara çıxmayın"mәsәlinin mәnasını öyrәnәsiniz deyә bunları özümә vә Apolloya tәtbiq etdim ki, heç kim başqasının qarşısında lovğalanıb o birisinә xor baxmasın. 7 Axı sәni kim başqalarından fәrqlәndirir? Nәyin var ki onu әldә etmәmisәn? Әgәr әldә etmisәnsә, nә üçün әldә etmәmiş kimi öyünürsәn? 8 Siz daha doymusunuz! Siz artıq varlanmısınız! Siz bizsiz padşah olmusunuz! Kaş ki siz, doğrudan, padşah olaydınız ki, biz dә sizinlә bәrabәr padşahlıq edәk! 9 Çünki mәnә elә gәlir ki, Allah biz hәvarilәri ölümә mәhkum olunanlar kimi әn sonda nümayiş etdirdi. Biz dә hәm dünya, hәm mәlәklәr, hәm dә insanlar üçün bir tamaşa olduq. 10 Biz Mәsih naminә ağılsızıq, sizsә Mәsihdә ağıllısınız! Biz zәifik, siz güclüsünüz! Siz şәrәfli adamsınız, bizsә hörmәtsiz! 11 Bu vaxtadәk biz ac-susuz vә cındır içindәyik. Biz döyülürük, qalmağa yerimiz dә yoxdur. 12 Öz әllәrimizlә işlәyib zәhmәt çәkirik. Bizә böhtan atanda xeyir-dua veririk, tәqib olunanda dözürük, 13 tәhqir olunanda mülayim cavab veririk. Biz bu anadәk dünyanın zibili, hamının tullantısı kimi olmuşuq. 14 Bunları sizi utandırmaq üçün yox, sevimli övladlarım kimi sizә öyüd-nәsihәt vermәk üçün yazıram. 15 Çünki sizin Mәsih yolunda minlәrlә mürәbbiniz olsa belә, atalarınız azdır; mәn Müjdә vasitәsilә Mәsih İsada olan atanız oldum. 16 Buna görә sizә yalvarıram, mәndәn nümunә götürün. 17 Bu sәbәbә görә Rәbdә mәnә sadiq vә sevimli olan oğlum Timoteyi sizin yanınıza göndәrdim. O sizә hәr yerdә, hәr bir imanlılar cәmiyyәtindә öyrәtdiyim kimi Mәsih İsada getdiyim yolları xatırladacaq. 18 Sizdәn bәzilәri elә bilir ki, mәn yanınıza gәlmәyәcәyәm vә buna görә dә lovğa-lovğa danışır. 19 Amma Rәbb istәsә, mәn bu yaxında yanınıza gәlәcәyәm. O vaxt bu lovğaların sözlәrini yox, gücünü yoxlayacağam. 20 Çünki Allahın Padşahlığı sözdәn deyil, gücdәn ibarәtdir. 21 Siz nә istәyirsiniz? Yanınıza dәyәnәklә, yoxsa mәhәbbәt vә hәlimlik ruhu ilә gәlim?
1 Danışırlar ki, aranızda cinsi әxlaqsızlıq baş verir: sizdәn bir nәfәr ögey anası ilә yaşayır. Belә cinsi әxlaqsızlığa hәtta bütpәrәstlәrdә rast gәlmәk mümkün deyil! 2 Siz hәlә lovğa-lovğa danışırsınız! Bunun әvәzinә yas tutmalı idiniz. Belә әmәlin sahibi aranızdan qovulmalıdır. 3 Mәnsә cismәn uzaqda olub ruhәn aranızdayam vә bu adam barәsindә sanki aranızda olduğum üçün artıq hökm çıxarmışam: 4 siz Rәbbimiz İsanın adı ilә toplaşanda, mәn dә ruhәn vә Rәbbimiz İsanın qüdrәti ilә aranızda olanda, 5 hәmin adamı Şeytana tәslim edin ki, cismani tәbiәti yox olsun, ruhu isә Rәbbin günündә xilas olsun. 6 Sizin öyünmәyiniz yaxşı deyil. Mәgәr bilmirsiniz ki, azacıq maya bütün xәmiri acıdır? 7 Әslindә mayasız olduğunuz kimi köhnә mayadan tәmizlәnin ki, tәzә xәmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Mәsih qurban verildi. 8 Buna görә köhnә maya ilә, kin vә pislik mayası ilә yox, amma sәmimiyyәtin vә hәqiqәtin mayasız çörәyi ilә bayram edәk. 9 Mәn әvvәlki mәktubumda sizә әxlaqsızlıq edәnlәrlә ünsiyyәtdә olmamağı yazmışdım. 10 Amma mәn demәk istәmәdim ki, bu dünyanın әxlaqsızları, tamahkarları, soyğunçu vә yaxud bütpәrәstlәri ilә ünsiyyәtdә olmayın. Belә olsaydı, siz bu dünyanı tәrk etmәyә mәcbur olardınız! 11 Әslindә mәn sizә yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin әxlaqsızlıq, tamahkarlıq, bütpәrәstlik, böhtançılıq, әyyaşlıq vә yaxud soyğunçuluq edәnlә ünsiyyәtdә olmayın. Belәlәri ilә bir yerdә çörәk belә, yemәyin. 12 Çünki cәmiyyәtdәn kәnardakıları mühakimә etmәyә mәnim nә ixtiyarım var? Mәgәr sizin mühakimә etmәli olduqlarınız cәmiyyәtdәkilәr deyilmi? 13 Cәmiyyәtdәn kәnardakıları Allah mühakimә edәcәk. Siz isә öz aranızdan pis adamı atın.
1 Sizlәrdәn birinin başqası ilә iddiası varsa, müqәddәslәrin qarşısında yox, haqsızların qarşısında mühakimә olunmağa cәsarәti çatarmı? 2 Dünyanı müqәddәslәrin mühakimә edәcәyini bilmirsinizmi? Madam ki dünyanı mühakimә edәcәksiniz, belә xırda işlәri mühakimә etmәyә ixtiyarınız çatmırmı? 3 Mәlәklәri bizim mühakimә edәcәyimizi bilmirsinizmi? Bәs gündәlik hәyata aid işlәr harada qaldı? 4 Әgәr elәdirsә, gündәlik hәyatda mәhkәmәyә verilәcәk işlәriniz varsa, imanlılar cәmiyyәtindә saymadığınız adamlarımı hakim seçirsiniz? 5 Mәn bunu sizi utandırmaq üçün deyirәm. Yәni öz bacı-qardaşlarınız arasında hakim olmaq üçün sizlәrdәn bir nәfәr müdrik adam olmadı? 6 Amma qardaş qardaşla mәhkәmәyә gedir, üstәlik imansızlar qarşısında! 7 Әslindә bir-birinizi mәhkәmәyә çәkmәyiniz sizin üçün artıq tam mәğlubiyyәtdir. Әvәzindә haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Aldanıb, dözmәk daha yaxşı deyilmi? 8 Amma siz özünüz haqsızlıq edib başqalarını aldadırsınız. Üstәlik bunu bacı-qardaşlarınıza edirsiniz. 9 Mәgәr bilmirsiniz ki, haqsızlıq edәnlәr Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki әxlaqsızlar, bütpәrәstlәr, zinakarlar, fahişә kişilәr, kişibaz kişilәr, 10 oğrular, tamahkarlar, әyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq. 11 Sizlәrdәn bәzisi belә idi. Amma Rәbb İsa Mәsihin adı ilә vә Allahımızın Ruhu ilә yuyulub tәmizlәndiniz, tәqdis olundunuz vә saleh sayıldınız. 12 "Mәnim üçün hәr şeyә icazә var" deyirsiniz, lakin hәr şey xeyir vermir. Mәn dә "hәr şeyә icazә var" deyә bilәrәm, amma özümü heç bir şeyә tabe etmәyәcәyәm. 13 "Yemәk qarın üçün, qarın da yemәk üçündür" deyirsiniz, amma Allah hәm qarını, hәm dә yemәyi yox edәcәk. İnsan bәdәni dә әxlaqsızlıq üçün deyil, Rәbb üçündür. Rәbb dә bәdәn üçündür. 14 Rәbbi dirildәn Allah Öz qüdrәti ilә bizi dә dirildәcәk. 15 Bilmirsiniz ki, bәdәnlәriniz Mәsihin üzvlәridir? İndi Mәsihin üzvlәrini götürüb bir fahişәnin üzvlәri edimmi? Әsla! 16 Bilmirsiniz ki, fahişә ilә birlәşәn onunla bir bәdәn olur? Çünki deyilmişdir: "İkisi bir bәdәn olacaq". 17 Rәblә birlәşәnsә Rәblә ruhәn bir olur. 18 Cinsi әxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün digәr günahlar bәdәndәn kәnardadır, amma әxlaqsızlıq edәn öz bәdәninә qarşı günah edir. 19 Mәgәr bilmirsiniz ki, bәdәniniz Allahdan aldığınız, sizdә yaşayan Müqәddәs Ruhun mәbәdidir? Siz özünüzә mәxsus deyilsiniz, 20 çox baha qiymәtә satın alınmısınız. Belәliklә, bәdәninizlә Allaha izzәt gәtirin.
1 İndi isә "kişi qadına toxunmasa yaxşıdır" yazdığınıza gәlincә, 2 әxlaqsızlığın qabağını almaq üçün hәr kişinin öz arvadı, hәr qadının da öz әri olsun. 3 Әr arvadına aid, arvad da әrinә aid olan nikah borcunu yerinә yetirsin. 4 Arvadın bәdәni özünün yox, әrinin ixtiyarındadır. Elәcә dә kişinin bәdәni özünün yox, arvadının ixtiyarındadır. 5 Müvәqqәti olaraq razılıqla, dua üçün vaxt ayırmaqdan savayı bir-birinizi әr-arvadlıq tәminatından mәhrum etmәyin. Bundan sonra yenә dә bir yerdә olun ki, nәfsinizә hakim olmadığınıza görә Şeytan sizi sınağa çәkmәsin. 6 Bunları әmr kimi yox, güzәşt kimi deyirәm. 7 Çünki bütün insanların mәnim kimi olmasını istәrdim. Amma hәr bir insanın Allahdan aldığı öz әnamı var – birininki belәdir, digәrininki başqa cürdür. 8 Evli olmayanlara vә dul qadınlara isә bunu deyirәm: mәnim kimi qalsalar, onlar üçün yaxşı olar. 9 Әgәr özlәrini saxlaya bilmirlәrsә, qoy ailә qursunlar. Çünki ehtirasdan yanmaqdansa ailә qurmaq daha yaxşıdır. 10 Evli olanlara isә mәn әmr edirәm, daha düzgün desәm, Rәbb әmr edir: qadın әrindәn ayrılmasın. 11 Ayrılırsa, әrsiz qalmalıdır yaxud әri ilә barışmalıdır. Әr dә arvadını boşamasın. 12 Başqalarına isә Rәbb yox, mәn deyirәm ki, әgәr bir qardaşın iman etmәyәn arvadı var vә arvad onunla yaşamağa razıdırsa, әri onu boşamasın. 13 Bir arvadın iman etmәyәn әri varsa vә әri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın. 14 Çünki iman etmәmiş әr arvadı vasitәsilә tәqdis olunur vә iman etmәmiş arvad imanlı әri vasitәsilә tәqdis olunur. Әks halda uşaqlarınız natәmiz olardı, indi isә onlar müqәddәsdir. 15 İman etmәyәn ayrılırsa, qoy ayrılsın. Qardaş ya da bacı belә hallarda mәcburiyyәt qarşısında deyil. Allah sizi sülhdә yaşamağa çağırıb. 16 Ey qadın, әrini xilas edib-etmәyәcәyini haradan bilirsәn? Yaxud sәn, ey әr, arvadını xilas edib-etmәyәcәyini haradan bilirsәn? 17 Ancaq hәr kәs Allahın ona tәyin etdiyi kimi Rәbbin çağırışına uyğun hәyat sürsün. Bunu bütün cәmiyyәtlәrә әmr edirәm. 18 Әgәr bir nәfәr sünnәtli olaraq çağırış aldısa, sünnәt olunmanı aradan qaldırmasın. Digәri isә sünnәtsiz olaraq çağırış aldısa, qoy sünnәt olunmasın. 19 Әhәmiyyәt kәsb edәn nә sünnәtlilik, nә dә sünnәtsizlik deyil, Allahın әmrlәrini yerinә yetirmәkdir. 20 Qoy hәr kәs çağırış aldığı vaxt nә vәziyyәtdә idisә, elә dә qalsın. 21 Çağırış alanda qul idinsә, fikir elәmә. Amma әgәr azad olmağa imkanın varsa, bu fürsәti әldәn vermә. 22 Çünki Rәbdә çağırış alan vaxt qul daha Rәbbin azad insanıdır. Elәcә dә çağırış alan vaxt azad insan Mәsihin quludur. 23 Siz çox baha qiymәtә satın alınmısınız, insanlara qul olmayın! 24 Ey qardaşlar, hәr kәs çağırış alanda nә vәziyyәtdә idisә, elәcә Allahla birlikdә qalsın. 25 İndi isә qızlara gәlincә, bu barәdә Rәbdәn әmr almamışam. Amma etibara layiq olmaq üçün Rәbbin mәrhәmәtinә nail olmuş bir insan kimi öz fikirlәrimi deyirәm. 26 Mәncә, indi yaranmış çәtin vәziyyәtә görә insanın olduğu kimi qalması yaxşıdır. 27 Arvadınla nikahla bağlısansa, ondan azad olmağını arzu etmә. Arvadın yoxdursa, özünә arvad axtarma. 28 Amma evlәnmәyin günah deyil. Qızın da әrә getmәsi günah deyil. Amma belә adamlar bu hәyatda әziyyәt çәkәcәk. Mәn sizi bundan qorumaq istәyirәm. 29 Qardaşlar, bunu demәk istәyirәm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi, 30 yas tutanlar tutmayanlar kimi, sevinәnlәr sevinmәyәnlәr kimi, mal alanlar malı olmayanlar kimi, 31 bu dünyanın işlәrindәn faydalananlar bu işlәrdәn uzaq olanlar kimi olsun. Çünki bu dünyanın indiki vәziyyәti keçib-gedir. 32 Sizin qayğısız olmanızı istәyirәm. Subay kişi Rәbbi necә razı salmaq barәsindә düşünüb Rәbbin işlәrinin qayğısına qalır. 33 Evli isә arvadını razı salmaqdan ötrü dünyәvi işlәrin qayğısına qalır 34 vә diqqәti yayınır. Әrsiz qadın yaxud qız da Rәbbin işlәrinin qayğısına qalır ki, hәm bәdәndә, hәm dә ruhәn müqәddәs olsun. Әrli qadın isә әrini razı salmaqdan ötrü dünyәvi işlәrin qayğısına qalır. 35 Bunu azadlığınızı mәhdudlaşdırmaq üçün yox, ancaq sizin xeyrinizә deyirәm ki, әdәblә davranıb fikirlәrinizi dağıtmadan özünüzü Rәbbә hәsr edәsiniz. 36 Әgәr bir nәfәr nişanlandığı qızla düzgün davranmadığını düşünürsә, yaşı çatıb vә evlәnmәk lazım gәlirsә, qoy o adam istәdiyini etsin. O, günah etmir. Qoy onlar evlәnsin. 37 Amma kim ürәyindә qәti niyyәt tutub, könüllü surәtdә, öz nәfsinә hakim olaraq nişanlandığı qızla evlәnmәmәk qәrarına gәlirsә, o adam da yaxşı edir. 38 Buna görә dә nişanlısı ilә evlәnәn yaxşı edir, evlәnmәyәnsә daha yaxşı edir. 39 Arvad әri sağ ikәn ona bağlı qalır. Әgәr әri vәfat etsә, arvad azaddır vә kimә istәsә, әrә gedә bilәr. Ancaq o kişi Rәbdә olmalıdır. 40 Amma fikrimcә, dul qadın olduğu kimi qalsa, daha xoşbәxt olar. Zәnnimcә, mәndә dә Allahın Ruhu var.
1 Bütlәrә tәqdim olunan qurbanlara gәlincә, bizә mәlumdur ki, bu barәdә "hamımızın biliyi var". Bilik insanın lovğalanmağına sәbәb olur, mәhәbbәt isә onu ruhәn inkişaf etdirir. 2 Kim fikirlәşirsә, bir şey bilir, o hәlә lazım olduğu kimi heç nә bilmir. 3 Amma kim Allahı sevirsә, Allah onun haqqında hәr şeyi bilir. 4 Belәliklә, bütlәrә tәqdim olunan qurban әtinin yeyilmәsi barәsindә bilirik ki, "büt dünyada heç nәdir"vә "bir olan Allahdan başqası yoxdur". 5 Yerdә vә yaxud göydә "allahlar" adlandırılanlar varsa, hәtta çoxlu "allahlar" vә "sahiblәr" varsa, 6 bizim üçünsә bir Allah – Ata var. Hәr şey Ondan gәlir, biz dә Onun üçün yaşayırıq. Hәmçinin bizim bir Sahibimiz var, O da Rәbb İsa Mәsihdir. Hәr şey Onun vasitәsilә yaranır, biz dә Onun vasitәsilә yaşayırıq. 7 Amma hamı bunu bilmir. Hәlә bütpәrәst adәtlәrinә uymuş bәzilәri yediklәri әtin bütlәrә tәqdim olunan qurban әti olduğunu düşünür vә onlar zәif olduğundan vicdanları lәkәlәnir. 8 Yemәk bizi Allahın hüzuruna gәtirmir. Biz yemәyәndә heç nә itirmirik, yeyәndә dә heç nә әldә etmirik. 9 Amma diqqәtli olun ki, sizin seçim ixtiyarınız zәif olanların büdrәmәsinә sәbәb olmasın. 10 Әgәr vicdani mәsuliyyәti zәif olan şәxs görsә ki, bilik sahibi olan sәn büt evindә süfrәyә oturmusan, bütlәrә tәqdim olunan qurbanın әtini yemәyә cürәt etmәzmi? 11 Bunun nәticәsindә bu zәif adam – uğrunda Mәsihin öldüyü bu bacı ya qardaş sәnin biliyinin ucbatından hәlak olacaq. 12 Belәliklә, zәif olan bacı-qardaşlarınıza qarşı günah edib vicdanlarını yaralayanda siz Mәsihә qarşı günah edirsiniz. 13 Buna görә әgәr yemәk qardaşımı büdrәdirsә, mәn heç vaxt әt yemәyәcәyәm ki, qardaşım büdrәmәsin.
1 Mәn azad deyilәmmi? Hәvari deyilәmmi? Rәbbimiz İsanı görmәmişәmmi? Siz Rәbdә etdiyim әmәlin sәmәrәsi deyilsinizmi? 2 Әgәr başqaları üçün hәvari deyilәmsә, heç olmasa sizin üçün hәvariyәm. Çünki Rәbdә siz mәnim hәvariliyimin möhürüsünüz. 3 Mәnim işlәrimi tәhlil edәnlәrә qarşı belә müdafiә olunuram: 4 mәgәr bizim yeyib-içmәyә ixtiyarımız yoxdur? 5 Mәgәr digәr hәvarilәr, Rәbbin qardaşları vә Kefa kimi yanımızda imanlı arvadımızı gәzdirmәyә ixtiyarımız yoxdur? 6 İşlәmәyib dolanmaq üçün ancaq mәnim vә Barnabanın ixtiyarı yoxdurmu? 7 Kim öz hesabı ilә әsgәrlik çәkәr? Kim üzüm bağı salıb barından yemәz? Kim sürünü otarıb südündәn içmәz? 8 Mәgәr mәn ancaq insanların düşündüyü kimi danışıram? Qanun eyni şeylәr demirmi? 9 Çünki Musanın Qanununda yazılıb: "Xırman çәkәn öküzün ağzını bağlama".Allah öküzlәrinmi qayğısına qalır 10 yoxsa bu sözlәr tamamilә bizә aid deyil? Әlbәttә, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlә şumlamalı, xırmançı da mәhsula ortaq olmaq ümidi ilә taxıl döymәlidir. 11 Әgәr biz aranızda ruhani toxumlar әkdiksә, sizdәn maddi bir mәhsul yığsaq, çoxdurmu? 12 Әgәr başqalarının sizdәn bunu istәmәyә ixtiyarı varsa, bizim buna daha çox ixtiyarımız yoxdurmu? Bizsә bu ixtiyardan istifadә etmәmişik. Bunun әvәzinә Mәsihin Müjdәsinin yayılmasına mane olmamaq üçün hәr şeyә dözürük. 13 Mәgәr bilmirsiniz ki, mәbәddә iş görәnlәr mәbәdә gәtirilәn tәqdimlәrdәn qidalanır vә qurbangahın xidmәtçilәri qurbangahdan öz paylarını götürür? 14 Belәcә dә Rәbb Müjdәni elan edәnlәrә Müjdәdәn dolanmağı әmr etmişdir. 15 Amma mәn bu hüquqların heç birindәn istifadә etmәmişәm. Bunları yazmıram ki, mәnә dә belә edәsiniz. Fәxr etmәyim üçün bu әsası heç kim boşa çıxarmaz! Belә olmaqdansa, ölmәyim daha yaxşıdır. 16 Müjdәni yaymaqsa fәxr etmәyim üçün әsas deyil. Çünki bu mәnim mühüm borcumdur, әgәr Müjdәni yaymıramsa, vay halıma! 17 Әgәr bunu könüllü olaraq edirәmsә, mükafatım var. Yox, әgәr bunu könüllü etmirәmsә, mәnә tapşırılan vәzifәmi yerinә yetirirәm. 18 Bәs onda mükafatım nәdir? Mükafatım budur ki, Müjdәni yayaraq müftә vәz edirәm vә Müjdәni yaymaqdan gәlәn ixtiyarımdan tam istifadә etmirәm. 19 Mәn azadam vә heç kәsә mәxsus deyilәm, amma mümkün qәdәr çox insan әldә etmәk üçün özümü hamıya qul etdim. 20 Yәhudilәri әldә etmәk üçün Yәhudilәrlә Yәhudi kimi davrandım. Mәn Qanun altında olmasam da, Qanun altında olanları әldә etmәk üçün Qanun altında olanlarla Qanun altında olan kimi davrandım. 21 Özüm Allahın qanunundan kәnar deyil, Mәsihin qanununa tabeyәmsә dә, Qanundan kәnar olanları әldә etmәk üçün onlarla Qanundan kәnar olan kimi davrandım. 22 Zәiflәri әldә etmәk üçün onlarla zәif kimi davrandım. Hәr hansı bir yolla bәzilәrini xilas etmәk naminә hәr kәs üçün hәr şey oldum. 23 Bunun hamısını Müjdә uğrunda, onun bәrәkәtinә şәrik olum deyә edirәm. 24 Qaçışda yarışanların hamısının qaçdığını, amma tәkcә bir nәfәrin mükafat aldığını bilmirsinizmi? Elә qaçın ki, mükafatı qazanasınız. 25 Yarışda iştirak edәn hәr kәs hәr cәhәtdәn öz nәfsinә hakimdir. Onlar bunu solub gedәn dәfnә çәlәngi almaq üçün edәr, biz isә solmaz tac almaq üçün çalışırıq. 26 Belәliklә, mәn dә mәqsәdsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. 27 Lakin bәdәnimi mәcburәn özümә qul edirәm ki, başqalarına vәz edәndәn sonra mükafatımdan mәhrum olmayım.
1 Qardaşlar, bixәbәr olmağınızı istәmirәm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dәnizdәn keçdi. 2 Hamısı Musanın ardınca getmәk üçün buludda vә dәnizdә vәftiz edildi. 3 Hamısı eyni ruhani qida yedi 4 vә eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gәlәn ruhani Qayadan içirdi. O Qaya da Mәsih idi. 5 Amma Allah onların çoxundan razı qalmadı vә cәsәdlәri çölә sәrildi. 6 Bu hadisәlәr bizim üçün ibrәt olsun deyә baş verdi ki, biz onlar kimi pisliyә meyl göstәrmәyәk. 7 Onlardan bәzisi kimi bütpәrәst olmayın. Onlar barәdә belә yazılıb: "Xalq oturub yeyib-içdi, sonra isә qalxıb oynaşdı". 8 Onlardan bәzisi kimi cinsi әxlaqsızlıq etmәyәk. Bir gündә onlardan iyirmi üç min nәfәr öldü. 9 Mәsihi sınamayaq: onlardan bәzilәri belә etdi vә ilanlar onları öldürdü. 10 Deyinmәyin, çünki onlardan da bәzilәri deyindi vә mәhvedici mәlәk onları öldürdü. 11 Bu hadisәlәr ibrәt dәrsi olub onların başına gәldi vә bu dövrün sonuna çatan bizim üçün öyüd-nәsihәt kimi yazılıb. 12 Buna görә dә kim ayaq üstә durduğunu düşünürsә, ehtiyatlı olsun ki, yıxılmasın. 13 Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir vә O sizi gücünüzdәn artıq sınağa çәkilmәyә qoymaz. Sınaqla yanaşı bu vәziyyәtdәn çıxış yolu ilә dә tәmin edәcәk ki, tab gәtirә bilәsiniz. 14 Belәliklә, ey sevimlilәrim, bütpәrәstlikdәn uzaqlaşın. 15 Mәn ağıllı insanlara xitab edirәm. Dediklәrimi siz özünüz araşdırın. 16 Xeyir-dua verdiyimiz xeyir-dua kasası Mәsihin qanına şәriklik deyilmi? Böldüyümüz çörәk Mәsihin bәdәninә şәriklik deyilmi? 17 Çörәk bir olduğu kimi biz dә çox olduğumuz halda bir bәdәnik. Çünki hamımız bir çörәyi bölüb yeyirik. 18 Soy-kökünә görә İsrail xalqına nәzәr salın: qurbanları yeyәnlәr qurbangaha şәrik deyilmi? 19 Belәdirsә, mәn nә demәk istәyirәm? Bütlәrә tәqdim olunan qurban әtinin bir әhәmiyyәti varmı? Yaxud bütlәrin әhәmiyyәti varmı? 20 Xeyr, amma deyirәm ki, bütpәrәstlәr qurbanlarını Allaha yox, cinlәrә gәtirir. Cinlәrlә şәrik olmanızı istәmirәm. 21 Siz hәm Rәbbin kasasından, hәm dә cinlәrin kasasından içә bilmәzsiniz; hәm Rәbbin, hәm dә cinlәrin süfrәsindәn yeyә bilmәzsiniz. 22 Yoxsa Rәbbi qısqanclığa vadar edirikmi? Mәgәr biz Ondan güclüyük? 23 "Hәr şeyә icazә var" deyirsiniz, amma hәr şey xeyir vermir. "Hәr şeyә icazә var",lakin hәr şey ruhәn inkişaf etdirmir. 24 Hәr kәs öz xeyrini yox, başqalarının xeyrini güdsün. 25 Әt bazarında nә satılırsa, vicdani mәsәlәni qaldırmadan yeyin. 26 Çünki "Rәbbindir yer üzü vә orada mövcud olanlar". 27 Әgәr imanlı olmayanlardan biri sizi yemәyә dәvәt edir vә siz getmәk istәyirsinizsә, qabağınıza nә qoysalar, vicdani mәsәlәni qaldırmadan yeyin. 28 Amma biri sizә desә ki, "bu, qurban әtidir",onda hәm sizә bunu deyәnin xatirinә, hәm dә vicdan xatirinә yemәyin. 29 Mәn sizin vicdanınızı yox, başqasının vicdanını nәzәrdә tuturam. Axı nә üçün mәnim azadlığım başqasının vicdanı ilә müәyyәnlәşdirilsin? 30 Әgәr şükür edәrәk yemәkdә iştirak edirәmsә, şükür etdiyim yemәyә görә nә üçün mәnә şәr atırlar? 31 Belәliklә, nә yeyirsinizsә, nә içirsinizsә, nә edirsinizsә, hәr şeyi Allahın izzәti üçün edin. 32 Yәhudilәrin, Yunanların yaxud Allahın cәmiyyәtinin büdrәmәsinә sәbәb olmayın, 33 necә ki mәn dә hәr şeydә hәr kәsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxlarının xeyri üçün edirәm ki, onlar da xilas olsun.
1 Mәn Mәsihdәn nümunә götürdüyüm kimi siz dә mәndәn nümunә götürün. 2 Hәr işdә mәni xatırladığınız vә sizә tapşırdığım tәlimlәrә sadiq qaldığınız üçün sizi tәrif edirәm. 3 Bunu da bilmәnizi istәyirәm ki, hәr kişinin başı Mәsih, arvadın başı әr, Mәsihin başı isә Allahdır. 4 Başına nә isә qoyub dua yaxud peyğәmbәrlik edәn hәr kişi öz başını şәrәfsiz edir. 5 Başıaçıq dua yaxud peyğәmbәrlik edәn hәr qadın da öz başını şәrәfsiz edir. Belә qadınla saçları qırxılmış qadın arasında fәrq yoxdur. 6 Әgәr qadın başını örtmürsә, qoy saçlarını qısa kәssin. Amma әgәr qadın üçün saçını qısa kәsmәsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. 7 Belәliklә, kişiyә Allahın surәti vә izzәti olduğuna görә başını örtmәk olmaz. Qadınsa kişinin izzәtidir. 8 Çünki kişi qadından yox, qadın kişidәn yarandı. 9 Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı. 10 Bu sәbәbdәn mәlәklәrә görә qadının başı üzәrindә ixtiyar olmalıdır. 11 Hәr halda Rәbdә nә qadın kişidәn, nә dә kişi qadından müstәqildir. 12 Çünki qadın kişidәn yarandığı kimi kişi dә qadın vasitәsilә yaranır vә hәr şey Allahdan yaranır. 13 Özünüz qәrara gәlin, qadına başıaçıq Allaha dua etmәk yaraşarmı? 14 Mәgәr tәbiәtin özü sizә kişinin saçı uzun olmasının özü üçün hörmәtsizlik, 15 qadının saçlarının uzun olması isә onun üçün şәrәf olduğunu öyrәtmir? Çünki qadına saç örtük kimi verilib. 16 Bu barәdә kim mübahisә etmәk istәyirsә, bilsin ki, nә bizim, nә dә Allahın cәmiyyәtlәrinin belә bir adәti var. 17 Sizin toplantılarınız xeyirdәn çox zәrәr gәtirdiyinә görә aşağıda yazılan әmrlәrdәn çıxış edәrәk sizi tәriflәmirәm. 18 Çünki әvvәl eşitmişәm ki, cәmiyyәtdә yığılanda aranızda dәstәbazlıq olur. Buna mәn bir az da olsa, inanıram. 19 Çünki Allahın sınaqdan keçmiş adamları bәlli olsun deyә aranızda firqәlәrә bölünmә olmalıdır! 20 Xüsusәn bir yerә toplaşanda yediyiniz Rәbbin süfrәsi deyil. 21 Çünki biriniz o birisini gözlәmәdәn süfrәnizi açırsınız vә biri ac qalır, o birisi isә sәrxoş olur. 22 Yeyib-içmәk üçün evlәriniz yoxdurmu? Bәlkә siz Allahın cәmiyyәtinә xor baxırsınız vә yoxsulları utandırmaq istәyirsiniz? Sizә nә deyim? Sizi tәriflәyimmi? Әsla! Bu işdә sizi tәriflәmәyәcәyәm. 23 Çünki sizә çatdırdığım bu xәbәri Rәbbin Özündәn qәbul etmişәm: Rәbb İsa Ona xәyanәt edildiyi gecә әlinә çörәk götürdü, 24 şükür edib onu böldü vә dedi: "Bu Mәnim sizin üçün verilәn bәdәnimdir. Bunu Mәni xatırlamaq üçün edin". 25 Elәcә dә axşam yemәyindәn sonra kasanı götürüb dedi: "Bu kasa Mәnim qanımla bağladığım Yeni Әhddir. Bunu hәr dәfә içәndә Mәni xatırlamaq üçün edin". 26 Çünki hәr dәfә bu çörәyi yeyәndә vә bu kasadan içәndә siz Rәbbin gәlişinәdәk Onun ölümünü bәyan edirsiniz. 27 Buna görә dә kim layiq olmayan tәrzdә Rәbbin bu çörәyini yeyib yaxud Onun kasasından içsә, Rәbbin bәdәninә vә qanına qarşı tәqsirkardır. 28 Bunun әvәzinә qoy insan özünü yoxlasın vә sonra bu çörәkdәn yeyib bu kasadan içsin. 29 Çünki kim Rәbbin bәdәnini dәrk etmәmiş yeyib-içsә, yeyib-içәrәk öz üzәrinә mühakimә gәtirir. 30 Bu sәbәbdәn dә bir çoxunuz zәif vә xәstәdir, bәzilәri isә vәfat etmişdir. 31 Әgәr biz özümüzü düzgün dәrk etsәydik, mühakimәyә düşmәzdik. 32 Rәbb bizi mühakimә edәndә dünya ilә birlikdә mәhkum olunmayaq deyә bizi tәrbiyә edir. 33 Belәliklә, qardaşlarım, yemәyә toplaşanda bir-birinizi gözlәyin. 34 Ac olan varsa, qoy evindә yesin ki, toplantınız mühakimә olmanıza sәbәb olmasın. Qalan mәsәlәlәri isә özüm gәlәndә nizama salacağam.
1 Qardaşlar, indi isә ruhani әnamlara gәlincә, bixәbәr olmağınızı istәmirәm. 2 Bilirsiniz ki, siz bütpәrәst olarkәn necә tovlana-tovlana dilsiz-ağızsız bütlәrә tәrәf yönәldiniz. 3 Buna görә sizi xәbәrdar edirәm ki, Allahın Ruhu vasitәsilә danışan heç kim "İsaya lәnәt olsun" demәz vә heç kim Müqәddәs Ruh vasitәsi olmadan "İsa Rәbdir!" deyә bilmәz. 4 Müxtәlif әnamlar var, amma Ruh eynidir. 5 Müxtәlif növlü xidmәtlәr var, amma Rәbb eynidir. 6 Müxtәlif fәaliyyәtlәr dә var, amma hamısını hәr adamda göstәrәn Allah eynidir. 7 Lakin Ruh hәr kәsә xeyri üçün aşkar olunur. 8 Birinә Ruh vasitәsilә hikmәt sözü, başqasına isә eyni Ruhla bilik sözü verilir. 9 Digәrinә isә eyni Ruh imanı, o birisinә hәmin Ruh şәfa әnamlarını verir. 10 Birinә möcüzә yaratmaq, başqasına peyğәmbәrlik, digәrinә ruhları ayırd etmәk qabiliyyәti, bir başqasına müxtәlif dillәrdә danışmaq, o birisinә bu dillәri izah etmәk әnamı verilir. 11 Bunların hamısı tәk vә eyni Ruhun fәaliyyәtidir. Ruh bu әnamları hәr kәsә Öz istәdiyi tәrzdә paylayır. 12 Bәdәn birdir vә üzvlәri çoxdur. Bәdәn üzvlәri çox olduğu halda bir bәdәn tәşkil edir. Mәsih dә belәdir; 13 çünki istәr Yәhudi, istәr Yunan, istәr qul yaxud azad, hamımız bir bәdәn olmaq üçün bir Ruhla vәftiz olunmuşuq vә hamımız eyni Ruhdan içirilmişik. 14 Bәdәn tәk üzvdәn deyil, çox üzvdәn ibarәtdir. 15 Ayaq "mәn әl olmadığıma görә bәdәnә aid deyilәm" desә, bu sәbәbdәn bәdәndәn kәnar deyil. 16 Qulaq "mәn göz olmadığıma görә bәdәnә aid deyilәm" desә, bu sәbәbdәn bәdәndәn kәnar deyil. 17 Bütün bәdәn gözdәn ibarәt olsaydı, necә eşidәrdik? Bütün bәdәn qulaq olsaydı, necә iy bilәrdik? 18 Amma Allah istәdiyi tәrzdә bәdәn üzvlәrinin hәr birini bәdәndә yerlәşdirdi. 19 Әgәr hamısı bir üzv olsaydı, bәdәn nә vәziyyәtdә qalardı? 20 Doğrudan da, üzv çox, bәdәn isә birdir. 21 Göz әlә "sәn mәnә lazım deyilsәn" vә yaxud baş da ayaqlara "siz mәnә lazım deyilsiniz" deyә bilmәz. 22 Әksinә, bәdәnin daha zәif görünәn üzvlәri daha çox lazımlıdır, 23 dәyәri az saydığımız bәdәn üzvlәrini daha çox dәyәrlәndiririk, görünmәyәn üzvlәrimizә dә xüsusi qayğı göstәririk. 24 Görünәn üzvlәrimizin isә buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dәyәrlәndirәrәk bәdәni elә düzәltdi ki, 25 bәdәndә ayrı-seçkilik olmasın, әksinә, bütün üzvlәr bir-birinә eyni qayğı göstәrsin. 26 Buna görә әgәr bir üzv әzab çәkirsә, başqaları da onunla birgә әzab çәkir. Üzvlәrdәn biri şәrәfә çatırsa, başqaları da onunla birgә sevinir. 27 Siz dә Mәsihin bәdәnisiniz, bu bәdәnin ayrı-ayrılıqda isә üzvlәrisiniz. 28 Allah imanlılar cәmiyyәtindә birinci yerdә hәvarilәr, ikinci yerdә peyğәmbәrlәr, üçüncü yerdә dә müәllimlәr tәyin etdi. Sonra bәzilәrinә möcüzә yaratmağı, habelә şәfa әnamlarını, yardımçılığı, idarәçiliyi, müxtәlif dillәrdә danışmağı verdi. 29 Hamı hәvaridirmi? Hamı peyğәmbәrdirmi? Hamı müәllimdirmi? Hamı möcüzә yarada bilirmi? 30 Hamının şәfa әnamları varmı? Hamı namәlum dillәrdә danışırmı? Hamı belә dillәri izah edә bilirmi? 31 Amma daha böyük әnamları sәylә istәyin. İndi isә sizә bundan da әla yol göstәrәcәyәm.
1 Әgәr mәn insan vә mәlәk dillәri ilә danışıramsa, lakin mәhәbbәtim yoxdursa, cingildәyәn mis vә ya danqıldayan sincәm. 2 Әgәr peyğәmbәrlik әnamım varsa, bütün sirlәri vә hәr cür biliyi dәrk edirәmsә, dağları yerindәn tәrpәdәcәk dәrәcәdә tam imanım varsa, amma mәhәbbәtim yoxdursa, mәn bir heçәm. 3 Әgәr bütün var-dövlәtimi paylayıb yoxsulları doyduraramsa vә bәdәnimi oda tәslim edәrәmsә, lakin mәhәbbәtim yoxdursa, bunun mәnә heç bir xeyri yoxdur. 4 Mәhәbbәt sәbirli, xeyirxahdır. Mәhәbbәt paxıllıq etmәz, öyünmәz, lovğalanmaz, 5 kobudluq etmәz, öz xeyrini güdmәz, hirslәnmәz, ona edilәn pisliklәri sayıb-hesablamaz. 6 Mәhәbbәt haqsızlığa sevinmәz, hәqiqәtә isә şadlanar. 7 O hәr şeyә qatlaşar, hәr şeyә inanar, hәr şeyә ümid bәslәyәr, hәr şeyә dözәr. 8 Mәhәbbәt әsla tükәnmәz. Amma peyğәmbәrliklәr sona çatacaq, dillәr әnamı da qurtaracaq, bilik dә aradan qalxacaq. 9 Çünki biliyimiz mәhdud, peyğәmbәrliyimiz dә mәhduddur. 10 Kamillik gәlәndә mәhdud olan aradan qalxacaq. 11 Mәn körpә olanda körpә kimi danışır, körpә kimi dәrk edir, körpә kimi düşünürdüm. Boya-başa çatdıqda isә körpә fikirlәrimi tәrk etdim. 12 İndi biz güzgüdәki kimi tutqun görürük, o zaman isә üzbәüz görәcәyik. İndi biliyim mәhduddur, o zaman isә haqqımda hәr şey bilindiyi kimi mәn dә hәr şeyi bilәcәyәm. 13 İndi isә üç şey qalır: iman, ümid, mәhәbbәt. Amma bunların arasında mәhәbbәt üstündür.
1 Mәhәbbәtin ardınca gedin vә ruhani әnamları, xüsusilә, peyğәmbәrlik әnamını sәylә istәyin. 2 Çünki namәlum dildә danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitәsilә sirlәr söylәyir. 3 Peyğәmbәrlik edәnsә adamlarla onları ruhәn inkişaf etdirmәk, hәvәslәndirmәk vә tәsәlli vermәk üçün danışar. 4 Namәlum dildә danışan özünü inkişaf etdirir, peyğәmbәrlik edәnsә cәmiyyәti inkişaf etdirir. 5 İstәrdim ki, hamınız dillәrdә danışasınız, daha yaxşı olar ki, peyğәmbәrlik edәsiniz. Çünki cәmiyyәtin inkişafı üçün peyğәmbәrlik edәn insan dillәrdә danışan vә izah etmәyәn insandan üstündür. 6 İndi isә, qardaşlar, yanınıza gәlib dillәrdә danışsam, amma nazil olan sözü, bilik, peyğәmbәrlik yaxud tәlim sözünü sizә demәsәm, sizә nә xeyrim dәyәr? 7 Tütәk ya da çәng kimi cansız alәtlәr fәrqli sәslәr çıxarmazsa, eşidәn nә çalındığını necә bilәr? 8 Әgәr şeypur aydın olmayan sәs çıxararsa, döyüşә kim hazırlaşar? 9 Eyni tәrzdә dә әgәr siz dilinizlә anlaşılan sözlәr söylәmәsәniz, dediyinizi necә başa düşәrlәr? Siz havaya danışmış olursunuz! 10 Şübhәsiz, dünyada bir çox cürbәcür danışıqlar var vә onlardan heç biri mәnasız deyil. 11 Amma söylәnilәn danışığın mәnasını bilmirәmsә, mәn danışan üçün yadelli oluram, danışan da mәnә yadelli olur. 12 Elәcә siz dә ruhani әnamları sәylә istәdiyiniz üçün cәmiyyәti inkişaf etdirәn әnamlarda üstün olmağa çalışın. 13 Bu sәbәbdәn dә namәlum dildә danışan öz dediklәrini izah edә bilmәsi üçün dua etsin. 14 Çünki әgәr mәn namәlum dildә dua edirәmsә, ruhum dua edir, amma şüurum bәhrәsiz qalır. 15 Bәs mәn nә edim? Ruhәn dә, şüurlu surәtdә dә dua edәcәyәm, ruhәn dә, şüurlu surәtdә dә ilahi oxuyacağam. 16 Tәlim öyrәnmәmiş adamın vәziyyәtini nәzәrә al. Sәn yalnız ruhәn şükür duası edirsәnsә, o sәnin şükranına necә "Amin!" desin? Axı sәnin nә dediyini başa düşmür. 17 Әlbәttә, sәn yaxşı şükür edirsәn, amma bu adam inkişaf edә bilmәz. 18 Mәn dillәrdә hamınızdan çox danışdığım üçün Allaha şükür edirәm. 19 İmanlılar cәmiyyәtindә isә namәlum dildә minlәrlә söz demәkdәnsә başqalarını öyrәtmәk üçün şüurlu surәtdә beş kәlmә demәyi üstün tuturam. 20 Qardaşlar, әqlәn uşaq olmayın. Pisliyә münasibәtdә körpә olun, amma әqlәn yetkin olun. 21 Qanunda yazılıb: "Rәbb deyir: “Bu xalqla yadellilәrin ağzı ilә, Başqalarının dillәri ilә danışacağam. Amma onlar hәtta o vaxt mәni eşitmәk istәmәyәcәklәr”". 22 Belәliklә, namәlum dillәr iman edәnlәr üçün deyil, imansızlar üçün bir әlamәtdir. Peyğәmbәrlik isә iman etmәyәnlәr üçün deyil, imanlılar üçündür. 23 Әgәr bütün cәmiyyәt bir yerdә toplaşıb, hamı namәlum dillәrdә danışmağa başlayarsa vә tәlim öyrәnmәmiş adamlar yaxud iman etmәyәnlәr oraya girәrlәrsә, demәzlәr ki, siz ağlınızı itirmisiniz? 24 Amma hamı peyğәmbәrlik edirsә vә oraya iman etmәyәn yaxud tәlim öyrәnmәmiş adam girirsә, o hamı tәrәfindәn inandırılacaq, hәr sözlә özünü araşdıracaq. 25 Ürәyindәki gizli fikirlәr aşkara çıxacaq vә o üzüstә yerә döşәnib Allaha sәcdә edәcәk vә "Allah, hәqiqәtәn, aranızdadır!" deyib nida edәcәk. 26 Bәs onda nә deyәk, ey qardaşlar? Toplaşanda hәr birinizin bir ilahisi, bir dәrsi, bir nazil olan sözü, bir namәlum dildә sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun. 27 Әgәr kimsә namәlum dildә danışırsa, iki yaxud әn çox üç adam növbә ilә danışsın, bir nәfәr dә izah etsin. 28 Әgәr izah edәn yoxdursa, namәlum dildә danışan cәmiyyәtdә sussun, yalnız özü ilә vә Allahla danışsın. 29 İki ya üç peyğәmbәr danışsın, başqaları isә onların dediklәrini ayırd etsin. 30 Әgәr oturanlardan birinә nazil olan söz gәlәrsә, ilk danışan sussun. 31 Çünki hamınız bir-birinizin ardınca peyğәmbәrlik edә bilәrsiniz ki, hamınız tәlim öyrәnib ruhlanasınız. 32 Peyğәmbәrlәrin ruhları da peyğәmbәrlәrә tabe olur. 33 Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqәddәslәrin bütün cәmiyyәtlәrindә belәdir. 34 Qadınlar cәmiyyәt toplantılarında sussun, çünki onlara danışmağa icazә verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar. 35 Öyrәnmәk istәdiklәri bir şey varsa, evdә әrlәrindәn soruşsunlar. Çünki qadına cәmiyyәtdә danışmaq ayıbdır. 36 Mәgәr Allahın kәlamı siz Korinflilәrdәn qaynaqlandı, yoxsa yalnız sizә çatdı? 37 Kim özünü peyğәmbәr vә ya ruhani hesab etsә, qoy bilsin ki, sizә yazdıqlarım Rәbbin әmridir. 38 Kim buna әhәmiyyәt vermәsә, ona da әhәmiyyәt verilmәyәcәk. 39 Belәliklә, qardaşlarım, peyğәmbәrlik etmәyi sәylә istәyin vә namәlum dillәrdә danışmağa da mane olmayın. 40 Ancaq qoy hәr şey әdәblә vә intizamla edilsin.
1 İndi, qardaşlar, sizә bәyan etdiyim vә qәbul edib әsaslandığınız Müjdәni yadınıza salmaq istәyirәm. 2 Әgәr sizә bәyan etdiyim sözә bağlanmısınızsa, o Müjdә ilә dә xilas olmaqdasınız, yoxsa әbәs yerә iman etmisiniz. 3 Özümün dә qәbul etdiyim bu әn әhәmiyyәtli tәlimi sizә çatdırdım: Müqәddәs Yazılara uyğun olaraq, Mәsih günahlarımız üçün öldü, 4 dәfn olundu vә Müqәddәs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. 5 O әvvәl Kefaya, sonra On İki şagirdә göründü. 6 Bundan sonra beş yüzdәn çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi dә yaşayır, bәzilәri isә vәfat etmişdir. 7 Mәsih daha sonra Yaquba, sonra bütün hәvarilәrә göründü. 8 Hamıdan sonra isә vaxtından әvvәl doğulmuş bir uşağa bәnzәyәn mәnә dә göründü. 9 Çünki mәn hәvarilәrin әn kiçiyiyәm vә Allahın cәmiyyәtini tәqib etdiyim üçün hәvari adlanmağa layiq deyilәm. 10 Amma indi hәr nәyәmsә, Allahın lütfü ilә elәyәm. Onun mәnә göstәrdiyi lütf әbәs deyildi, çünki mәn hamıdan çox zәhmәt çәkdim. Әslindә mәn yox, Allahın mәnimlә birgә fәaliyyәtdә olan lütfü bu zәhmәti çәkdi. 11 Belәcә istәr mәn, istәrsә dә onlar bu cür vәz edirik; siz dә belә iman etmisiniz. 12 Әgәr Mәsih haqqında vәz olunursa ki, O, ölülәr arasından dirildi, sizlәrdәn bәzisi ölülәrin dirilmәsinin olmadığını necә söylәyә bilәr? 13 Әgәr ölülәrin dirilmәsi yoxdursa, Mәsih dә dirilmәyib. 14 Әgәr Mәsih dirilmәyibsә, onda hәm bizim vәzimiz puç, hәm dә sizin imanınız puçdur. 15 Belә halda Allah barәdә yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barәdә şәhadәt etdik ki, O, Mәsihi diriltdi. Amma ölülәr dirilmәzsә, Allah Mәsihi dә diriltmәdi. 16 Çünki әgәr ölülәr dirilmәzsә, Mәsih dә dirilmәyib. 17 Әgәr Mәsih dirilmәyibsә, imanınız da әbәsdir, siz hәlә dә günahlarınızın içindәsiniz. 18 Onda Mәsihdә vәfat edәnlәr әbәdilik öldülәr. 19 Әgәr yalnız bu hәyat üçün Mәsihә ümid bağlamışıqsa, biz hamıdan yazığıq. 20 Әslindә Mәsih ölülәr arasından, vәfat edәnlәrin ilki olaraq dirildi. 21 Ölüm bir insanın vasitәsilә gәldiyinә görә ölülәrin dirilmәsi dә bir İnsan vasitәsilә gәlir. 22 Adәmdә hamı öldüyü kimi Mәsihdә dә hamı hәyata qovuşacaq. 23 Hәr biri öz növbәsi ilә – ilk növbәdә Mәsih, sonra Mәsihin zühurunda Mәsihә mәxsus olanlar hәyata qovuşar. 24 Bundan sonra O hәr başçını, hәr hakimi vә qüvvәni aradan götürüb Padşahlığı Ata Allaha tәslim edәcәyi zaman hәr şey tamamlanacaq. 25 Çünki Allah Onun bütün düşmәnlәrini ayaqlarının altına salanadәk O, padşahlıq etmәlidir. 26 Aradan götürülәcәk son düşmәn isә ölümdür. 27 Çünki Allah "hәr şeyi Onun ayağının altına qoydu". Amma Mәsihә hәr şey tabe oldu deyilәndә aydın olur ki, hәr şeyi Ona tabe etdirәn Allah buraya daxil deyil. 28 Hәr şey Oğula tabe olandan sonra Oğul Özü dә Ona hәr şeyi tabe etdirәn Ataya tabe olacaq ki, Allah hәr şeydә hәr şey olsun. 29 Yoxsa ölülәr uğrunda vәftiz olunanlar nә edәcәk? Әgәr ölülәr heç vaxt dirilmәsә, insanlar ölülәr uğrunda niyә vәftiz olunur? 30 Biz dә nә üçün hәr an tәhlükәlәrә uğrayırıq? 31 Ey qardaşlar, Rәbbimiz Mәsih İsada sizinlә etdiyim fәxrin haqqı üçün mәn hәr gün ölümlә qarşılaşıram. 32 Adi insanların bәslәdiyi ümidlәrlә Efesdә vәhşi heyvanlarla mübarizә aparmağımın mәnә xeyri nә idi? Әgәr ölülәr dirilmәzsә, "qoy yeyib-içәk, çünki sabah ölәcәyik!" 33 Aldanmayın: "Pis adamlarla ünsiyyәt yaxşı әxlaqı pozur". 34 Ayılın, saleh olun, daha günaha batmayın. Axı bәzilәriniz Allah barәsindә heç nә bilmir. Utanasınız deyә bunu yazıram. 35 Lakin bir nәfәr belә deyә bilәr: "Ölülәr necә dirilәcәk? Onlar nә cür bәdәnlә gәlәcәklәr?" 36 Ey ağılsız insan! Sәnin әkdiyin toxum ölmәsә, hәyata qovuşmaz! 37 Әkәrkәn hasil olacaq bәdәni deyil, yalnız toxumu – bәlkә buğdanın ya digәr bitkinin toxumunu әkirsәn. 38 Amma Allah o toxuma istәdiyi quruluşu verir. O hәr bir bitәn toxuma özünә mәxsus quruluş verir. 39 Hәr canlı mәxluqun әti eyni deyil. İnsan әti başqa, heyvan әti başqa, quş әti başqa, balıq әti başqadır. 40 Sәma cisimlәri var, dünya cisimlәri dә var. Amma sәmavi olanların ehtişamı başqa, dünyәvi olanların da başqadır. 41 Günәşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digәr ulduzdan ehtişamına görә fәrqlәnir. 42 Ölülәrin dirilmәsi dә belәdir. Әkilәn toxum çürüyәr, ondan әmәlә gәlib dirilәn bәdәn çürümәz; 43 әkilәn toxum hörmәtsiz, dirilәn bәdәn izzәtlidir; әkilәn toxum zәif, dirilәn bәdәn qüvvәtlidir; 44 әkilәn toxum tәbii, dirilәn bәdәn ruhanidir. Tәbii bәdәn varsa, ruhani bәdәn dә var. 45 Necә ki yazılıb: ilk insan Adәm "canlı bir varlıq oldu". Sonuncu Adәm isә hәyat verәn ruh oldu. 46 Amma ilkin ruhani deyil, tәbii bәdәndir. Ruhani isә sonra gәlir. 47 İlk insan yerin torpağından, ikinci İnsan göydәn yarandı. 48 Torpaqdan yaranan adam necәdirsә, torpaqdan yarananlar da elәdir; sәmavi Adam necәdirsә, sәmavilәr dә elәdir. 49 Biz torpaqdan yarananın surәtini necә gәzdiririksә, sәmavi Olanın surәtini dә elә gәzdirәcәyik. 50 Ey qardaşlar, bunu demәk istәyirәm ki, әt vә qan Allahın Padşahlığını irs olaraq ala bilmәz, elәcә dә çürüyәn bәdәn çürümәzliyi irs olaraq almaz. 51 Baxın sizә bir sirr açmaq istәyirәm: hamımız vәfat etmәyәcәyik, 52 amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dәyişilәcәyik. Çünki şeypur çalınacaq, ölülәr çürümәzliklә dirilәcәk, bizsә dәyişilәcәyik. 53 Çünki bu çürüyәn bәdәn çürümәzliyә, bu ölümә düçar olan bәdәn ölmәzliyә bürünmәlidir. 54 Çürüyәn bәdәn çürümәzliyә vә ölümә düçar olan bәdәn ölmәzliyә büründükdә "Ölüm yox edildi, Onun üzәrindә qәlәbә çalındı!" deyә yazılmış söz yerinә yetәcәk. 55 "Ey ölüm, qәlәbәn hanı? Ey ölüm, neştәrin hanı?" 56 Ölümün neştәri günahdır, günah isә gücünü Qanundan alır. 57 Rәbbimiz İsa Mәsih vasitәsilә bizә qәlәbә bәxş edәn Allaha şükür olsun! 58 Belәliklә, ey sevimli qardaşlarım, Rәbdә çәkdiyiniz zәhmәtin boşa çıxmayacağını bilәrәk möhkәm durun, sarsılmayın, hәr zaman Rәbbin işindә sәylә çalışın.
1 İndi isә müqәddәslәr üçün ianәlәr yığmağa gәlincә, Qalatiya cәmiyyәtlәrinә necә buyurmuşamsa, siz dә elә edin. 2 Hәr hәftәnin birinci günü hamınız qazancınıza görә müәyyәn miqdarda pul ayırıb saxlayın ki, mәn yanınıza gәlәndә ianә yığmağa ehtiyac qalmasın. 3 Oraya çatanda ianәlәrinizi Yerusәlimә çatdırmaq üçün seçdiyiniz adamları mәktublarla göndәrәcәyәm. 4 Әgәr mәnә dә getmәk mәslәhәt olsa, onlar mәnimlә gedәr. 5 Mәn Makedoniyadan keçәndәn sonra yanınıza gәlәcәyәm, çünki Makedoniyadan keçmәk niyyәtindәyәm. 6 Bәlkә dә yanınızda bir az qalacağam, hәtta qışı da keçirәcәyәm ki, siz mәni gedәcәyim yerlәrә yola salasınız. 7 Çünki mәn sizinlә ötәri görüşmәk istәmirәm. Rәbbin izni ilә yanınızda bir müddәt qalmağa ümid edirәm. 8 Efesdә isә Әllinci Gün bayramınadәk qalacağam. 9 Çünki mәnә fәal iş üçün geniş qapı açılıb. Mәnә qarşı çıxanlar da çoxdur. 10 Timotey nә vaxt yanınıza gәlsә, aranızda olanda onun heç bir şeydәn qorxmamasına diqqәt yetirin, çünki o da mәnim kimi Rәbbin işini görür. 11 Bu sәbәbә görә dә qoy heç kim ona xor baxmasın. Fәqәt onu әmin-arxayın yola salın ki, o yanıma gәlә bilsin. Çünki mәn qardaşlarla birgә onu gözlәyirәm. 12 Apollo qardaşa gәlincә, mәn ondan çox xahiş etdim ki, qardaşlarla birgә yanınıza getsin, amma o indi heç bir vasitә ilә getmәk istәmir. Ona münasib olan vaxt gedәcәk. 13 Ayıq olun, imanda sabit durun, mәrd vә möhkәm olun. 14 Qoy etdiyiniz hәr bir әmәl mәhәbbәtlә olsun. 15 Qardaşlar, sizdәn bir xahişim var. Siz Stefananın ailәsini tanıyırsınız vә bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlәrini müqәddәslәrin xidmәtinә hәsr etmişlәr. 16 Siz dә belә adamlara vә onlarla birlikdә çalışan vә zәhmәt çәkәn hәr kәsә tabe olun. 17 Stefana, Fortunat vә Axaikin gәlmәsinә sevinirәm, çünki onlar gәlәndә sizin üçün darıxmağımı unutdum. 18 Onlar sizin kimi mәnim dә ruhumu tәzәlәdilәr. Belәlәrinin qәdrini bilin. 19 Sizi Asiya vilayәtinin cәmiyyәtlәri salamlayır. Akila vә Priskila öz evlәrindә toplaşan cәmiyyәtlә birlikdә Rәbbin ismi ilә sizә çoxlu salam göndәrirlәr. 20 Bütün bacı-qardaşlar sizә salam göndәrir. Bir-birinizi müqәddәs öpüşlә salamlayın. 21 Mәn Paul bu salamı öz әlimlә yazıram. 22 Rәbbi sevmәyәnә lәnәt olsun. Marana ta! 23 Rәbbimiz İsanın lütfü sizә yar olsun! 24 Mәnim mәhәbbәtim Mәsih İsada olan hamınızla olsun!
1 Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi mәn Paul vә Timotey qardaşdan Allahın Korinfdә olan cәmiyyәtinә vә bütün Axayyadakı müqәddәslәrә salam! 2 Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 3 Rәbbimiz İsa Mәsihin Allahına – Atasına alqış olsun! O, rәhmli Ata vә hәr cür tәsәlli verәn Allahdır. 4 Çәkdiyimiz hәr bir әziyyәtdә O bizә tәsәlli verir ki, biz dә Allahdan aldığımız tәsәlli ilә hәr cür әziyyәt çәkәnlәrә tәsәlli verә bilәk. 5 Çünki Mәsihin әzablarını necә böyük hәcmdә çәkiriksә, Mәsih vasitәsilә o cür böyük tәsәlli dә tapırıq. 6 Әziyyәt çәkiriksә, bu sizә tәsәlli vә xilas gәtirir. Tәsәlli tapırıqsa, bu da bizim kimi çәkdiyiniz әzablara dözәsiniz deyә sizә güc verәn bir tәsәlli almanız üçündür. 7 Sizinlә bağlı ümidimiz sarsılmaz. Çünki әzablarımıza şәrik olduğunuz kimi tәsәllimizә dә şәrik olduğunuzu bilirik. 8 Ey qardaşlar, Asiya vilayәtindә çәkdiyimiz әziyyәtlәrdәn bixәbәr olmağınızı istәmirәm. Gücümüzdәn daha artıq bir yük altında qaldıq. Belә ki yaşamaqdan belә, ümidimizi kәsmişdik. 9 Daxilәn hiss etdik ki, ölümә mәhkum olmuşuq. Amma bu özümüzә deyil, ölülәri dirildәn Allaha güvәnmәyimiz üçün başımıza gәldi. 10 Allah bizi belә bir böyük ölüm tәhlükәsindәn qurtardı vә qurtarmaqda davam edәcәk. Ümidimizi Ona bağlamışıq 11 vә siz dә dualarınızla bizә kömәk etdikcә bizi yenә qurtaracaq. Belә ki bir çox insanın etdiyi dua nәticәsindә bizә verdiyi әnamdan ötrü qoy çoxları bizim üçün Allaha şükür etsin. 12 Vicdanımız da şahiddir ki, dünyaya, xüsusәn sizә görә bәşәri müdrikliklә deyil, Allahın lütfü ilә, Allahdan gәlәn sәxavәt vә sәmimiyyәtlә hәyat sürmüşük. Biz buna görә fәxr edirik. 13 Biz elә bir şey yazmırıq ki, siz oxuyub başa düşә bilmәyәsiniz. Hәlәlik bizi bir az başa düşmüsünüz. Rәbbimiz İsa Mәsihin günündә bizim fәxrimiz siz olduğunuz kimi sizin dә fәxriniz biz olacağıq. Ümidvaram ki, bunu tamam başa düşәcәksiniz. 15 Buna әmin olub әvvәlcә yanınıza gәlmәk niyyәtindә idim ki, ikiqat xeyir tapasınız. 16 Hәm Makedoniyaya gedәndә, hәm dә Makedoniyadan qayıdanda yanınıza gәlmәk niyyәtindә oldum. Bundan sonra siz mәni Yәhudeyaya yola salmalı idiniz. 17 Bu niyyәtdә olanda görәsәn qәrarsız idimmi? Ya da niyyәtlәrim cismani tәbiәtimdәn doğur ki, gah "bәli, bәli",gah da "xeyr, xeyr" deyim? 18 Allahın sәdaqәtinә and olsun ki, sizә çatdırdığımız xәbәr gah "bәli",gah da "xeyr" deyil. 19 Sila vә Timoteylә birlikdә sizә vәz etdiyimiz Allahın Oğlu İsa Mәsih hәm "bәli",hәm dә "xeyr" deyil. Onda yalnız "bәli" var. 20 Çünki Allahın bütün vәdlәri İsa Mәsihdә "bәli" dir. Buna görә Allahın izzәti üçün Mәsih vasitәsilә "Amin" deyirik. 21 Bizi sizlәrlә birlikdә Mәsihә möhkәm bağlayan vә bizi mәsh edәn Allahdır. 22 O bizi möhürlәdi vә Ruhunu qәlbimizdә girov qoydu. 23 Allah şahidimdir, canıma and olsun ki, indiyәdәk sizә qıymadığım üçün Korinfә gәlmәdim. 24 İmanınıza ağalıq etmәk istәmirik, sevinmәniz üçün sizinlә birgә çalışırıq. Çünki imanda dönmәz dayanmısınız.
1 Mәn sizi kәdәrlәndirmәmәk üçün qәrara aldım ki, yenә yanınıza gәlmәyim. 2 Çünki sizi kәdәrlәndirsәm, kәdәrlәndirdiyim sizlәrdәn başqa mәni kim şadlandıracaq? 3 Bunu yazmışdım ki, gәldiyim zaman mәni sevindirәsi insanlar kәdәrlәndirmәsin. Hamınıza inanıram ki, mәnim sevincim hәr birinizin sevincidir. 4 Kәdәrlәndirmәk üçün deyil, sizә bәslәdiyim hәdsiz mәhәbbәti dәrk edәsiniz deyә sizә böyük әziyyәt, ürәk ağrısı vә göz yaşları içindә yazdım. 5 Әgәr kimsә kәdәr gәtiribsә, şişirtmәdәn deyim ki, mәnә deyil, haradasa hamınıza kәdәr gәtirib. 6 Belәsinә ictimaiyyәtin verdiyi bu cәza bәsdir. 7 Hәdsiz kәdәrә qәrq olmasın deyә yaxşı olar ki, o insanı indi bağışlayasınız vә tәsәlli verәsiniz. 8 Buna görә sizdәn xahiş edirәm ki, yenidәn ona mәhәbbәt göstәrin. 9 Bunu da sizә yazdım ki, hәr vәziyyәtdә sizin itaәtli olmağınızı yoxlayım. 10 Kimi bağışlasanız, mәn dә bağışlayaram. Әgәr mәn bir şey bağışlamışamsa, Mәsihin hüzurunda sizin xeyriniz üçün bağışlamışam ki, 11 Şeytan bizdәn mәnfәәt qazanmasın. Çünki onun niyyәtlәrindәn xәbәrsiz deyilik. 12 Mәsihin Müjdәsini yaymaq mәqsәdi ilә Troasa gәlәndә Rәbdәn mәnim üçün bir qapı açıldı. 13 Amma qardaşım Titi orada tapmayanda ürәyim narahat oldu. Ona görә oradakılarla xudahafizlәşib Makedoniyaya gәldim. 14 Bizi hәmişә Mәsihin zәfәr tәntәnәsindә addımladan, Onu tanımaqdan yaranan әtri bizim vasitәmizlә hәr tәrәfә yayan Allaha şükür olsun! 15 Çünki biz hәm xilas, hәm dә hәlak olanlar arasında Allaha xoş olan Mәsih әtriyik. 16 Hәlak olanlar üçün ölümә aparan ölüm qoxusu, xilas olanlar üçünsә hәyata aparan hәyat әtriyik. Belә bir iş üçün kim yararlıdır? 17 Axı biz çoxları kimi Allahın kәlamının alverçilәri deyilik; әksinә, Allah tәrәfindәn göndәrilib Allahın hüzurunda, Mәsihdә olaraq sәmimi qәlbdәn danışırıq.
1 Özümüz barәdә yenә zәmanәt veririkmi? Yoxsa bәzilәri kimi sizә yazılan vә yaxud sizin yazdığınız zәmanәt mәktublarına ehtiyacımız var? 2 Bütün insanların tanıdığı, oxuduğu, ürәklәrimizә yazılmış mәktubumuz sizsiniz. 3 Xidmәtimizin nәticәsi olan bir Mәsih mәktubu olduğunuz aydın görünür; bu mәktub mürәkkәblә yox, var olan Allahın Ruhu ilә daş lövhәlәrә deyil, әt ürәklәrә yazılıb. 4 Mәsih sayәsindә Allah hüzurunda belә etibarımız var. 5 Özümüzdәn yaranan qabiliyyәtimiz yoxdur vә bunu iddia da edә bilmәrik. Bizә qabiliyyәt verәn Allahdır. 6 O bizi Yeni Әhdin xidmәtçilәri olmaq üçün qabiliyyәtli etdi. Bu Yeni Әhd yazılı Qanuna deyil, Ruha әsaslanır. Çünki yazılı Qanun öldürür, Ruh isә hәyat verir. 7 Ölümlә nәticәlәnәn xidmәt, yәni daş lövhәlәr üzәrindә hәkk olunan yazılı Qanun elә ehtişamla gәldi ki, Musanın üzündәn parlayan ehtişam ötәri olduğu halda İsrail övladları onun üzünә baxa bilmirdilәr. 8 Onda Ruha әsaslanan xidmәt daha da ehtişamlı olmazmı? 9 Әgәr insanı mәhkum edәn xidmәtin ehtişamı varsa, salehlik qazandıran xidmәtin ehtişamı nә qәdәr çoxdur. 10 Çünki әvvәllәr ehtişamlı olanın indi hәdsiz ehtişamı olanla müqayisәdә ehtişamı yoxdur. 11 Әgәr ötәri olan ehtişamla gәldisә, daimi olanın ehtişamı daha da böyükdür. 12 Belә bir ümidә sahib olduğumuz üçün böyük cәsarәtlә danışa bilәrik. 13 İsrail övladları onun üzündәki ötәri ehtişamın keçib-getmәsinә baxmasın deyә üzünә niqab çәkәn Musa kimi deyilik. 14 İsrail övladları fikirlәrindә inadkar oldu. Bu günә qәdәr Köhnә Әhd oxunarkәn onları eyni niqab qapayır, açılmır, çünki yalnız Mәsih vasitәsilә götürülür. 15 Hәtta bu günә qәdәr Musanın Yazıları nә vaxt oxunursa, onların ürәklәrini bir niqab qapayır. 16 Amma kim Rәbbә tәrәf dönürsә, o vaxt niqab aradan qaldırılır. 17 Rәbb Ruhdur, Rәbbin Ruhu haradadırsa, azadlıq da oradadır. 18 Biz hamımız niqabsız üzdә Rәbbin ehtişamını әks etdirәrәk Rәbbin surәtindә dәyişilirik. Ruh olan Rәbdәn yaranan bu ehtişam get-gedә bizdә görünmәyә başlayır.
1 Belәliklә, bizә verilәn mәrhәmәtlә bu xidmәtә tәyin olunduğumuz üçün ümidimizi itirmirik. 2 Xәcalәt gәtirәn gizli yolları rәdd etmişik. Hiylә işlәtmirik, Allahın sözünü tәhrif etmirik, amma hәqiqәti açıq elan etmәklә Allahın önündә, hәr insanın vicdanı qarşısında özümüz barәdә zәmanәt veririk. 3 Әgәr yaydığımız Müjdә qapalıdırsa, yalnız hәlak olanlar üçün qapalıdır. 4 Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surәti olan Mәsihin ehtişamlı Müjdәsinin işığı imansızların üzәrinә doğmasın. 5 Biz özümüzü yox, İsa Mәsihi Rәbb olaraq vәz edirik. Özümüzü isә İsa naminә qullarınız olaraq tәqdim edirik. 6 Çünki "zülmәtdәn işıq parlayacaq" deyәn Allah ürәyimizә nur saçdı ki, İsa Mәsihin üzündәn saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizә versin. 7 Üstün qüvvәnin bizdәn yaranmadığı, Allaha aid olduğu bilinsin deyә bu xәzinәni saxsı qablarda saxlayırıq. 8 Hәr tәrәfdәn әziyyәt çәkirik, amma әzilmirik. Çaşqınlıq içindәyik, lakin çarәsiz deyilik. 9 Tәqib olunuruq, amma tәrk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq. 10 İsanın ölümünü bәdәnimizdә hәmişә daşıyırıq ki, Onun hәyatı bәdәnimizdә aydın görünsün. 11 Çünki İsanın hәyatı fani cismimizdә aydın görünsün deyә biz yaşaya-yaşaya İsa üçün hәmişә ölümә tәslim edilirik. 12 Belәliklә, ölüm bizdә, hәyat isә sizdә fәaliyyәt göstәrir. 13 "İman etdim, buna görә danışdım"deyә yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz dә iman edir vә buna görә danışırıq. 14 Çünki bilirik ki, Rәbb İsanı dirildәn Allah bizi dә İsa ilә birlikdә dirildib sizinlә birgә Öz hüzuruna çıxaracaq. 15 Bütün bunlar sizә görәdir. Belә ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun vә Onun izzәti üçün daha çox şükür edilsin. 16 Buna görә biz ümidimizi itirmirik. Zahirimiz get-gedә xarab olsa da, daxilimiz gündәn-günә tәzәlәnir. 17 Çünki müvәqqәti, yüngül әziyyәtlәrimiz bizә heç bir şeylә müqayisә edilmәz dәrәcәdә böyük vә әbәdi izzәt qazandırır. 18 Gözlәrimizi görünәn şeylәrә deyil, görünmәyәn şeylәrә dikirik. Çünki görünәnlәr gәldi-gedәr, görünmәyәnlәrsә әbәdidir.
1 Bilirik ki, sığındığımız bu dünyәvi çadır dağılarsa, göylәrdә Allahın bizә verdiyi binamız, әllә tikilmәyәn әbәdi bir evimiz var. 2 İndi isә sәmavi mәskәnimiz üstümüzü örtsün deyә hәsrәt çәkәrәk inlәyirik. 3 Soyunuruqsa da, lüt-üryan qalmarıq. 4 Bu dünyәvi çadırda ikәn hamımız ağır yük altında inlәyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülmәsini istәyirik ki, hәyat fani şeylәri yeyib-udsun. 5 Bizi mәhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizә girov verdi. 6 Buna görә hәmişә arxayınlığımız var, hәm dә bilirik ki, bu bәdәndә mәskunlaşdıqca Rәbdәn uzağıq. 7 Gözlә görünәnә deyil, imana görә hәyat sürürük. 8 Әlbәttә, arxayınlığımız var vә bu bәdәndәn uzaqlaşıb Rәbbimizin yanında mәskunlaşmağı üstün tuturuq. 9 Buna görә bәdәndә mәskun vә yaxud bәdәndәn uzaq olmağımıza baxmayaraq, mәqsәdimiz Rәbbi razı salmaqdır. 10 Çünki hәr birimiz bu bәdәndә olanda etdiyimiz әmәllәr pis dә olsa, yaxşı da olsa, onların әvәzini almaq üçün Mәsihin hökm kürsüsü önünә çıxmalıyıq. 11 Demәk, Rәbdәn qorxmanın nә olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır vә ümidvaram ki, sizin vicdanınıza da aşkardır. 12 Sizә özümüz barәdә yenә zәmanәt vermәk istәmirik, amma ürәklәri ilә deyil, zahiri görünüşlәri ilә öyünәnlәrә cavab verә bilәsiniz deyә bizimlә fәxr etmәniz üçün sizә imkan yaradırıq. 13 Әgәr ağlımızı itirmişiksә, bu, Allah üçündür, yox, әgәr ağlımız başımızdadırsa, bu sizin üçündür. 14 Bizi mәcbur edәn Mәsihin mәhәbbәtidir vә bu qәnaәtә gәlmişik ki, bir Nәfәr hamı üçün öldüyünә görә hamı öldü. 15 Bәli, O hәr kәs uğrunda öldü ki, qoy yaşayanlar artıq özlәri üçün deyil, onlar uğrunda Ölüb-Dirilәn üçün yaşasınlar. 16 Bunun nәticәsindә dә biz artıq heç kimi bәşәri nöqteyi-nәzәrdәn tanımırıq. Nә vaxtsa Mәsihi bәşәri nöqteyi-nәzәrdәn tanısaq da, indi Onu elә tanımırıq. 17 Demәli, kim Mәsihdәdirsә, yeni yaradılışdır, köhnә şeylәr keçib-getdi, tәzә şeylәr gәldi. 18 Bunların hamısı Allahdandır. O, Mәsih vasitәsilә bizi Özü ilә barışdırdı vә bizә barışdırma xidmәtini verdi. 19 Belә ki Allah insanların tәqsirlәrini onların әleyhinә qoymayaraq dünyanı Mәsihdә Özü ilә barışdırmaqda idi. Barışdırma sözünü dә bizә әmanәt etdi. 20 Belәliklә, biz Mәsihin nümayәndәlәriyik, sanki Allah bizim vasitәmizlә rica edir. Mәsihin adı ilә yalvarırıq ki, Allahla barışın. 21 Günahla әlaqәsi olmayan Mәsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinә nail olaq.
1 Buna görә Allahla birgә işlәyәn bizlәr rica edirik ki, Onun lütfünü boş yerә qәbul etmәyәsiniz. 2 Çünki O deyir: "Münasib vaxtda sәni eşitdim, Xilas günü sәnә kömәk etdim".Budur, indi münasib vaxt, budur, indi xilas günü. 3 Xidmәtimiz etibardan düşmәsin deyә heç kimi büdrәdәn bir şey etmirik. 4 Әksinә, Allahın xidmәtçisi olaraq hәr şeydә özümüz barәdә zәmanәt veririk; hәdsiz dözümdә, әziyyәtlәrdә, ehtiyaclarda, sıxıntılarda, 5 döyülәndә, hәbslәrdә, qarışıqlıqlarda, zәhmәtdә, yuxusuz qalanda, aclıqlarda, 6 pak yaşayanda, bilikdә, sәbirdә, xeyirxahlıqda, Müqәddәs Ruhda, riyasız mәhәbbәtdә, 7 hәqiqәti elan edәndә, Allahın qüvvәsindә, hәm sağ, hәm dә sol әllәrimizdә salehlik silahları ilә, 8 gah ucalıb gah alçalaraq tәhqir olunanda, tәriflәnәndә özümüz özümüzә zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq. 9 Sanki namәlumuq, amma tanınırıq. Elә bil ölümün ağzındayıq, amma hәlә yaşayırıq. Elә bil cәza çәkirik, amma öldürülmürük. 10 Sanki kәdәr içindәyik, әslindә hәmişә sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elә bil heç nәyimiz yoxdur, amma hәr şeyә sahibik. 11 Ey Korinflilәr, sizinlә açıq danışırıq, sizә ürәyimizi açmışıq. 12 Bizimlә yaxın münasibәtinizә mane olan biz deyilik, bu maneә sizin daxili hisslәrinizdәdir. 13 Buna cavab olaraq, sizә övladlarım kimi deyirәm: siz dә ürәyinizi açın. 14 İmansızlarla eyni boyunduruğa girmәyin. Çünki salehliklә qanunsuzluğun nә şәrikliyi var? İşıqla qaranlığın ortaq nәyi var? 15 Mәsihlә Belialın nә uyğunluğu var? Yaxud imanlı ilә imansızın ümumi nәyi var? 16 Allahın mәbәdi ilә bütlәrin sazişi ola bilәrmi? Çünki biz var olan Allahın mәbәdiyik. Belә ki Allah demişdi: "Mәn aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mәnim xalqım olacaq". 17 Ona görә "aralarından çıxıb ayrılın"Rәbb belә deyir, "Murdar şeylәrә toxunmayın"; "Mәn dә sizi qәbul edәcәyәm". 18 "Mәn sizә Ata olacağam, Siz dә Mәnә oğullar vә qızlar olacaqsınız"Külli-İxtiyar Rәbb belә deyir.
1 Sevimlilәr, bu vәdlәrә malik olduğumuza görә Allahdan qorxub kamil müqәddәsliyә çataraq bizi cisimdә vә ruhda murdarlayan hәr şeydәn özümüzü tәmizlәyәk. 2 Ürәyinizdә bizim üçün yer ayırın. Biz heç kimә haqsızlıq etmәmişik, heç kimә zәrәr vermәmişik, heç kimi istismar etmәmişik. 3 Sözlәrimlә sizi mәhkum etmәk istәmirәm, çünki әvvәlcәdәn dediyim kimi ürәyimizdә elә bir yeriniz var ki, ölsәk dә, yaşasaq da sizinlә bir olacağıq. 4 Sizә çox etibar edirәm, sizinlә çox fәxr edirәm. Nә cür әziyyәt çәksәk belә, tәsәllim bol, sevincim hәdsizdir. 5 Makedoniyaya gәlәndә dә cismәn dinclik tapmadıq. Hәr tәrәfdәn әziyyәt çәkirdik. Bayırda çәkişmәlәr, daxildә qorxular var idi. 6 Lakin mәzlumlara tәsәlli verәn Allah Titin gәlişi ilә bizә tәsәlli verdi. 7 Ancaq Titin gәlişindәn deyil, sizin ona verdiyiniz tәsәllidәn dә tәsәlli aldıq. Çünki Tit dedi ki, siz mәndәn ötrü darıxır, dәrd vә qeyrәt çәkirsiniz. Buna görә sevincim daha da artdı. 8 Mәktubumla sizi kәdәrlәndirdimsә dә, buna görә peşman deyilәm. Әslindә mәktubumla sizi bir anlıq da olsa kәdәrlәndirdiyim üçün peşman olmuşdum. 9 Amma indi kәdәrinizә görә yox, bu kәdәr hissinin sizin tövbә etmәnizә sәbәb olduğu üçün sevinirәm. Allah istәyәn tәrzdә kәdәrlәndiniz, buna görә dә bizdәn heç bir şeydә ziyan görmәdiniz. 10 Allah istәyәn tәrzdә olan kәdәr insanda tövbә yaradıb onu xilasa aparır vә bunda peşmançılıq yoxdur. Dünyanın kәdәri isә ölüm yaradır. 11 Baxın Allah istәyәn tәrzdә çәkdiyiniz bu kәdәr sizdә nә qәdәr böyük cәhd, tәmizә çıxmaq arzusu, qәzәb, qorxu, hәsrәt, qeyrәt, әdalәtpәrvәrlik yaratdı. Bu işdә hәr cәhәtdәn saf olduğunuz barәdә zәmanәt verdiniz. 12 Sizә o mәktubu yazanda haqsızlıq edәnә yaxud haqsızlığa mәruz qalana görә yazmadım. Bizim üçün etdiyiniz cәhdi Allah önündә aydın görmәniz üçün yazdım. 13 Bütün bunlardan tәsәlli alırıq. Buna әlavә olaraq Titin sevinci bizi daha da sevindirdi. Hamınız onun ruhunu tәzәlәdiniz. 14 Mәn onun qarşısında sizinlә fәxr etmişdim, siz dә mәni utandırmadınız. Sizә dediyimiz hәr şey necә doğru idisә, Titin qarşısında sizinlә fәxr etmәyimiz dә doğru çıxdı. 15 Hamınızın itaәtli olduğunuzu, onu necә qorxu vә lәrzә ilә qәbul etdiyinizi yada saldıqca sizә olan sevgisi daha da artır. 16 Sizә hәr işdә etibar edә bildiyim üçün sevinirәm.
1 Qardaşlar, sizә bildirmәk istәyirik ki, Makedoniyadakı cәmiyyәtlәrә verilәn Allahın lütfü nә etdi: 2 onlar böyük әziyyәtlәrlә sınananda coşğun sevinclәri hәdsiz yoxsul olduqları halda zәngin sәxavәt göstәrmәlәri ilә aşıb-daşdı. 3 Mәn şahidәm ki, onlar bunu bacardıqları qәdәr, hәtta artıqlaması ilә, könüllü surәtdә etdilәr. 4 Bizә yalvara-yalvara müqәddәslәrә yardım işinә şәrik olmaq lütfünә nail olmaq istәdilәr. 5 Bu, gözlәdiyimizdәn dә artıq oldu, çünki onlar özlәrini әvvәlcә Rәbbә, sonra Allahın iradәsi ilә bizә hәsr etdilәr. 6 Ona görә Titdәn xahiş etdik ki, onun başladığı bu xeyriyyә işini sizin aranızda başa çatdırsın. 7 Sizsә hәr şeydә – imanda, sözdә, bilikdә, hәr cür cәhddә, sizә göstәrdiyimiz mәhәbbәtdә zәngin olduğunuz kimi bu xeyriyyәçilikdә dә zәngin olun. 8 Mәn bunları әmr edәrәk demirәm, lakin başqalarının cәhdi ilә müqayisәdә sizin mәhәbbәtinizin hәqiqiliyini sınaqdan keçirәrәk deyirәm. 9 Rәbbimiz İsa Mәsihin lütfündәn xәbәrdarsınız: siz Onun yoxsulluğu vasitәsilә varlı olasınız deyә Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı. 10 Bu barәdә sizә mәslәhәt verirәm. Siz keçәn il bu işi nәinki gördünüz, hәtta tәşәbbüskarı oldunuz. Öz xeyriniz üçün 11 indi bu işi başa çatdırın. Buna hәvәsiniz necә idisә, imkan daxilindә bunu elә dә başa çatdırın. 12 Çünki insanın hәvәsi varsa, verdiyi yardım imkanı çatmadığı qәdәr yox, imkanına görә mәqbul sayılır. 13 Sizi әziyyәtә salıb başqalarına rahatlıq vermәk deyil, bәrabәrlik istәyirik. 14 İndi sizin әlavә vәsaitiniz qoy onların ehtiyaclarını ödәsin ki, lazım olanda onların vәsaiti dә sizin ehtiyacınızı ödәsin. Belәcә qoy bәrabәrlik olsun. 15 Necә ki yazılıb: "Çox yığanın artığı, az yığanın әskiyi olmadı". 16 Titin ürәyindә sizin üçün eyni cәhdi oyadan Allaha şükür olsun! 17 Çünki Tit bizim xahişimizi qәbul etmәklә kifayәtlәnmәdi, böyük cәhd göstәrәrәk könüllü surәtdә sizin yanınıza gәlir. 18 Müjdәni yaydığına görә bütün cәmiyyәtlәrdә tәriflәnәn bir qardaşı da onunla birgә yanınıza göndәririk. 19 Hәmçinin o, Rәbbi izzәtlәndirmәk vә yardım etmәyә hәvәsli olduğumuzu göstәrmәk üçün apardığımız bu xeyriyyә işindә yol yoldaşımız olmaq mәqsәdi ilә cәmiyyәtlәr tәrәfindәn seçildi. 20 Bu bol olan nәzir-niyazla әlaqәdar xidmәtimizdә heç kim bizdә sәhv tutmasın deyә diqqәt göstәririk. 21 Çünki mәqsәdimiz yalnız Rәbbin gözündә deyil, insanların da gözündә doğru sayılan işlәri görmәkdir. 22 Çox işdә dәfәlәrlә sınaqdan keçirib cәhdini gördüyümüz, indi sizә bәslәdiyi böyük etibar sayәsindә daha da cәhd göstәrәn başqa qardaşımızı da onlarla bәrabәr göndәririk. 23 Titә gәlincә, o mәnim şәrikim, sizlәrin arasında çalışan әmәkdaşım, qardaşlarımızsa Mәsihin izzәti üçün cәmiyyәtlәrin elçilәridir. 24 Buna görә dә cәmiyyәtlәrin qarşısında mәhәbbәtinizi vә sizinlә fәxr etmәyimizin sәbәbini onlara sübut edin.
1 Müqәddәslәrә göstәrilәcәk yardımla әlaqәdar sizә yazmağıma ehtiyac yoxdur. 2 Çünki yardım etmәyә hәvәsiniz olduğunu bilirәm. Axayyada olan sizlәrin keçәn ildәn bәri hazırlıqlı olduğunuzu söylәyәrәk Makedoniyalılar qarşısında fәxr etmәkdәyәm. Sizin sәyiniz onların çoxunu hәrәkәtә gәtirdi. 3 Sizinlә etdiyimiz fәxr bu işdә boşa çıxmasın deyә qardaşları yanınıza göndәrirәm vә dediyim kimi gәrәk hazır olasınız. 4 Belә ki bәzi Makedoniyalılar mәnimlә gәlib sizin hazır olmadığınızı görәrsә, sizә etibar etdiyimizә görә nә biz utanaq, nә dә siz. 5 Ona görә dә mәn qardaşlardan xahiş etmәyә ehtiyac duyuram ki, mәndәn әvvәl yanınıza gәlib vәd edilmiş bol bәxşişlәrinizi qabaqcadan hazır etsinlәr. Qoy bu bәxşişlәr istismarçılıqla yox, könüllü surәtdә hazır olsun. 6 Yadda saxlayın: az әkәn az, bol-bol әkәn bol-bol biçәcәk. 7 Könülsüz yaxud mәcburi yox, hәr kәs ürәyinin niyyәtinә görә pay versin. Çünki Allah sevinә-sevinә pay verәn adamı sevir. 8 Allah sizә hәr bir nemәti bol-bol verә bilәr. Belә ki hәr bir şeyә hәmişә, hәrtәrәfli, kifayәt qәdәr sahib olmaqla hәr yaxşı әmәl üçün bol-bol imkanınız olsun. 9 Necә ki yazılıb: "Sәpәlәyәr, fәqirlәrә paylayar, Salehliyi әbәdi qalar". 10 Әkinçiyә toxum vә yemәk üçün çörәk ehtiyatı verәn Allah sizin dә әkin ehtiyatınızı çoxaldacaq vә salehliyinizin bәhrәsini artıracaq. 11 Hәr tәrәfli sәxavәtli olmanız üçün hәr baxımdan varlandırılacaqsınız. Sәxavәtiniz bizim vasitәmizlә Allaha şükür etmәyә sәbәb olacaq. 12 Çünki etdiyiniz bu xidmәt yalnız müqәddәslәrin ehtiyaclarını ödәmәklә kifayәtlәnmir, hәm dә Allaha edilәn çox şükürlәrlә aşıb-daşır. 13 Bu xidmәtlә sübut etdiyiniz kimi, iqrar etdiyiniz Mәsihin Müjdәsinә itaәt göstәrdiyinizә, onlara vә hamıya sәxavәtlә yardım göndәrdiyinizә görә Allahı izzәtlәndirirlәr. 14 Allahın sizә bәxş etdiyi hәdsiz lütfә görә hәr birinizin hәsrәtini çәkәrәk sizin üçün dua edirlәr. 15 Allahın sözlә ifadә oluna bilmәyәn bәxşişinә görә Ona şükür olsun!
1 Yanınızda ürkәk, lakin sizdәn uzaq ikәn cürәtli olan mәn Paul Mәsihdәn gәlәn hәlimlik vә mülayimliklә sizdәn xahiş edir, 2 yalvarıram: yanınıza gәlәndә mәni vadar etmәyin ki, bizi cismani tәbiәtә görә hәyat sürәn insanlar zәnn edәn bәzi adamlara göstәrmәyi vacib saydığım cürәti sizә dә göstәrim. 3 Çünki cismәn hәyat sürsәk dә, cismani tәbiәtә görә döyüş aparmırıq. 4 Ona görә ki döyüş silahlarımız cisimdәn düzәldilәn silahlar deyil, qalaları dağıdan ilahi qüvvәyә malik silahlardır. Nәzәriyyәlәri, 5 Allah barәdә biliyә qarşı çıxan hәr bir sәddi yıxıb hәr bir düşüncәni әsir edәrәk Mәsihә itaәt etdiririk. 6 Siz Mәsihә tamamilә itaәt edәndә hәr cür itaәtsizliyi cәzalandırmağa hazır olacağıq. 7 Göz qabağında olanlara baxın. Kim Mәsihә aid olduğuna arxalanırsa, yadda saxlasın ki, onun qәdәr biz dә Mәsihә aidik. 8 Sizi yıxmaq üçün deyil, inkişaf etdirmәk üçün Rәbbin bizә verdiyi sәlahiyyәtә görә bir az artıq öyünәrәmsә dә, utanmaram. 9 Elә görünmәk istәmirәm ki, mәktublarımla sizi qorxuduram. 10 Mәnim barәmdә deyirlәr ki, "onun mәktubları ciddi vә tәsirlidir, özünü görәndә isә zәhmsiz, nitqi dә heçdir". 11 Kim bunu düşünürsә, qoy bilsin ki, uzaqda olanda mәktublarımızla dediklәrimizә yanınızda olanda da әmәl edirik. 12 Öz-özü barәdә zәmanәt verәn bәzi adamlarla özümüzü bәrabәr saymağa vә yaxud da müqayisә etmәyә sözsüz ki cәsarәt etmirik. Özlәrini öz arşınları ilә ölçә-ölçә, hәmçinin özlәrini özlәri ilә müqayisә edә-edә onlar dәrrakәlәrini itirdilәr. 13 Biz isә hәdsiz öyünmәyәcәyik. Öyünmәyimiz Allahın bizә verdiyi, sizin dә daxil olduğunuz iş dairәsinin hәddini aşmayacaq. 14 Sizә yetişmәyәnlәr kimi uzaqlara getmirik. Çünki Mәsihin Müjdәsini sizә çatdıran bizik. 15 Başqalarının әmәyi ilә öyünüb hәddimizi aşmırıq. Ümidvarıq ki, imanınız böyüdükcә aranızda işimizin әhatә dairәsi daha da genişlәnәcәk. 16 Belәcә başqasının işinin әhatә dairәsindә olan nailiyyәtlәrlә öyünmәdәn Müjdәni sizin o tayınızdakı diyarlarda da yaya bilәcәyik. 17 "Öyünәn Rәbdә öyünsün". 18 Çünki özü barәdә zәmanәt verәn insan yox, barәsindә Rәbbin zәmanәt verdiyi insan sınaqdan keçmiş olur.
1 Ümidvaram ki, mәnim bir qәdәr ağılsızlığıma da dözәcәksiniz. Bәli, mәnә bir qәdәr dözün. 2 Sizә görә ilahi bir qısqanclıq hiss edirәm. Çünki sizlәr sanki bakirә qızsınız vә sizi bir Oğlana, yәni Mәsihә nişanlayıb tәqdim etmişәm. 3 Amma qorxuram ki, ilanın hiylәgәrliyi ilә Hәvvanı aldatması kimi düşüncәlәrinizin pozulub Mәsihә olan sәmimi vә pak hәsr olunmasından azasınız. 4 Çünki әgәr kimsә yanınıza gәlib bizim vәz etdiyimiz İsadan başqa bir İsanı tәbliğ edirsә, aldığınızdan fәrqli bir ruh alırsınızsa vә yaxud qәbul etdiyinizdәn fәrqli bir müjdәni qәbul edirsinizsә, siz buna necә dә mәmnuniyyәtlә dözürsünüz. 5 Zәnnimcә bu "böyük hәvarilәr"dәn mәn heç dә geri qalmıram. 6 Natiqlik mәharәtim olmasa da, bilikdә mәharәtsiz deyilәm. Bunu sizә hәr vәziyyәtdә hәr tәrәfli göstәrdik. 7 Ucalmanız üçün özümü aşağı tutaraq Allah Müjdәsini müftә yaymaqla günah işlәtdimmi? 8 Sizә xidmәt etmәk üçün başqa cәmiyyәtlәrdәn tәminat alaraq sanki onları soydum. 9 Yanınızda olarkәn ehtiyacım olduğu halda heç birinizә yük olmadım. Çünki Makedoniyadan gәlәn qardaşlar ehtiyacımı tamamilә ödәdilәr. Sizә yük olmaqdan özümü saxladım vә gәlәcәkdә dә özümü saxlayacağam. 10 Mәndә olan Mәsihin hәqiqәtinә and olsun! Axayya vilayәtindә heç kim mәni susdura bilmәz ki, buna öyünmәyim. 11 Niyә? Sizi sevmәdiyimә görәmi? Allah bilir ki, sevirәm. 12 Özlәrini bizimlә bәrabәr sayaraq öyünәnlәr buna әsas axtarır. Mәn etdiyimi edәcәyәm ki, onların әsasını kәsim. 13 Çünki bunlar saxta hәvari, Mәsih hәvarisinin cildinә girәn fırıldaqçılardır. 14 Buna heyrәtlәnmәk lazım deyil, çünki Şeytan da işıq mәlәyi cildinә girir. 15 Şeytana xidmәt edәnlәrin salehlik xidmәtçilәrinin cildinә girmәsi qәribә deyil. Onların aqibәti әmәllәrinә görә olacaq. 16 Yenә deyirәm, qoy heç kim mәni ağılsız saymasın. Elәdirsә, mәni ağılsız kimi qәbul edin, qoy mәn dә bir az öyünüm. 17 Dediklәrimi Rәbbin sözü kimi yox, öyünә-öyünә özünә güvәnәn ağılsız adam kimi deyirәm. 18 Madam ki bir çoxları cismani tәbiәtlәrinә görә öyünürlәr, mәn dә öyünәcәyәm. 19 Siz ağıllı olduğunuz üçün ağılsızlara necә dә sevinclә dözürsünüz. 20 Belә ki sizi kölә edәnlәrә, istismar edәnlәrә, sizdәn faydalananlara, özünü üstün sayanlara, hәtta sifәtinizә şillә vuranlara dözürsünüz. 21 Utanaraq qәbul edirәm ki, buna gücümüz çatmır! Kimin bir şeylә öyünmәyә cәsarәti varsa, bir ağılsız kimi deyirәm ki, mәnim dә ona cәsarәtim var. 22 Onlar İbranilәrdirmi? Mәn dә İbraniyәm. Onlar İsraillilәrdirmi? Mәn dә İsrailliyәm. Onlar İbrahimin nәslindәndirmi? Mәn dә İbrahimin nәslindәnәm. 23 Onlar Mәsihin xidmәtçilәridirmi? Dәli kimi deyirәm ki, Onun daha böyük xidmәtçisi mәnәm, çünki zәhmәtim daha çox olub, hәbsә düşmәyim daha çoxdur, döyülmәyimin sayı-hesabı yoxdur, dәfәlәrlә ölümlә üz-üzә gәlmişәm. 24 Beş dәfә Yәhudilәrdәn otuz doqquz qırmanc yemişәm, 25 üç dәfә dәyәnәklә döyülmüşәm, bir dәfә mәni daşqalaq etdilәr, üç dәfә gәmi qәzasına düşdüm vә bir gün gecә-gündüz ucsuz-bucaqsız dәnizdә qaldım. 26 Tez-tez sәyahәtdә olduğum müddәtdә çaylarda tәhlükәyә, quldurlar arasında tәhlükәyә, soydaşlarım arasında tәhlükәyә, başqa millәtlәr arasında tәhlükәyә, şәhәrdә tәhlükәyә, çöldә tәhlükәyә, dәnizdә tәhlükәyә, saxta qardaşlar arasında tәhlükәyә mәruz qaldım. 27 Zәhmәt vә әmәk çәkdim, dәfәlәrlә yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemәk, soyuqda paltar tapmadım. 28 Bunlarla yanaşı bütün cәmiyyәtlәr üçün hәr gün çәkdiyim qayğının yükü boynumdadır. 29 Kimsә zәif olanda mәn dә zәif olmadımmı? Kimsә büdrәyәndә mәn alışıb-yanmadımmı? 30 Öyünmәliyәmsә, zәifliyimi göstәrәn şeylәrlә öyünәcәyәm. 31 Rәbb İsanın әbәdi alqışlanan Allah vә Atasına and olsun ki, yalan demirәm. 32 Dәmәşqdә padşah Aretanın valisi mәni tutmaq üçün şәhәri nәzarәt altına almışdı. 33 Amma mәn sәbәt içindә şәhәr divarlarının pәncәrәlәrinin birindәn yerә sallandım vә onun әlindәn qaçdım.
1 Faydalı olmasa da, öyünmәliyәm. İndi Rәbdәn gәlәn görüntülәrә vә vәhylәrә keçirәm. 2 Mәsihdә olaraq on dörd il bundan әvvәl – bәdәndәmi, yoxsa bәdәndәn xaricmi, mәn bilmirәm, Allah bilir – götürülüb göyün üçüncü qatına aparılan bir insanı tanıyıram. 3 Bilirәm ki, bu adam – bәdәndәmi, yoxsa bәdәndәn kәnarmı, mәn bilmirәm, Allah bilir – 4 cәnnәtә aparılıb orada dillә ifadә olunmayan, insanın danışması qadağan olunan sözlәr eşitdi. 5 Belә birisi ilә öyünәcәyәm, amma özümlә әlaqәdar olaraq zәifliyimdәn başqa bir şeylә öyünmәyәcәyәm. 6 Öyünmәk istәsәm belә, ağılsız olmayacağam. Çünki hәqiqәti deyәcәyәm. Amma heç kim mәni görüb eşitdiyindәn artıq bir şәxs saymasın deyә öyünmәkdәn çәkinirәm. 7 Aldığım vәhylәrin üstünlüyü ilә qürurlanmayım deyә cismim üçün bir tikan, yәni mәnә әzab vermәk üçün Şeytanın bir elçisi göndәrildi ki, qürurlanmayım. 8 Bunun mәndәn uzaq olması üçün üç dәfә Rәbbә yalvardım. 9 Amma O mәnә dedi: "Lütfüm sәnә kifayәtdir, çünki zәiflik olanda qüvvә tam olur". Mәsihin qüvvәsi mәndә mәskәn salsın deyә zәifliklәrimlә daha çox sevinә-sevinә öyünәcәyәm. 10 Ona görә dә Mәsih uğrunda zәifliklәrә, tәhqirlәrә, ehtiyaclara, tәqiblәrә vә sıxıntılara mәmnuniyyәtlә dözürәm, çünki mәn zәiflәyәndә qüvvәtlәnirәm. 11 Mәn ağılsızlaşdım, çünki siz mәni vadar etdiniz. Amma siz mәnim barәmdә zәmanәt vermәli idiniz. Çünki özüm bir şey olmasam da, hәmin "böyük hәvarilәr" dәn heç dә geri qalmıram. 12 Hәvariliyimin nişanәlәri aranızda әlamәtlәr, xariqәlәr vә möcüzәlәr vasitәsilә, böyük dözümlülüklә göstәrildi. 13 Mәn sizә yük olmadım, bundan başqa sizin digәr cәmiyyәtlәrdәn nә әskiyiniz var? Bu haqsızlığımı bağışlayın! 14 Budur, üçüncü dәfә yanınıza gәlmәyә hazıram. Sizә yük olmayacağam, çünki sizdәn heç nә istәmirәm, yalnız sizi istәyirәm. Axı övladların ata-ana üçün deyil, ata-ananın övladları üçün ehtiyat görmәsi doğru sayılır. 15 Mәn dә sizin hәyatınız uğrunda sevinә-sevinә malımdan vә canımdan keçәcәyәm. Sizi daha da çox sevsәm, daha az sevilәcәyәmmi? 16 Qoy belә olsun. Düşünürsünüz ki, mәn sizә ağır yük olmadım, amma çoxbilmiş olduğuma görә sizi fәnd işlәdәrәk aldatdım. 17 Yanınıza göndәrdiyim adamlardan hansı biri ilә sizi istismar etdim? 18 Titi yanınıza gәlmәk hәvәsinә saldım vә o biri qardaşı da onunla göndәrdim. Tit mәnә görә sizi istismar etmәdi, elә deyilmi? Eyni ruhda hәyat sürmәdikmi? Eyni izlә getmәdikmi? 19 Bu vaxta qәdәr qarşınızda özümüzü müdafiә etdiyimizi düşünürsünüzmü? Allahın qarşısında, Mәsihdә olaraq danışırıq. Sevimlilәr, etdiyimiz hәr şey sizin inkişafınız üçündür. 20 Qorxuram ki, gәlişimdә sizi istәdiyim vәziyyәtdә tapmayım, siz dә istәdiyinizi mәndә tapmayasınız vә aranızda münaqişә, qısqanclıq, hiddәt, özünü göstәrmә, böhtan, qeybәt, lovğalıq, qarışıqlıq tapam. 21 Bu da mәni qorxudur ki, yanınıza gәlәndә Allahım mәni sizin qarşınızda aşağı tutacaq: әvvәllәr günah işlәdәrәk batdıqları murdarlıq, әxlaqsızlıq vә pozğunluqdan tövbә etmәyәn bir çox adamlar üçün yas tutacağam.
1 Bu, yanınıza üçüncü gәlişim olacaq. "Hәr iddia iki yaxud üç şahidin sözü ilә tәsdiq edilsin". 2 İkinci dәfә yanınızda olanda keçmişdә günah işlәdәnlәrә xәbәr verdiyim kimi indi uzaqda olanda da onların vә başqalarının hamısına xәbәrdarlıq edirәm ki, yenә yanınıza gәlәndә onların heç birini cәzasız qoymayacağam. 3 Mәsihin mәnim vasitәmlә danışdığına dair istәdiyiniz sübut budur. Mәsih aranızda zәifliklә deyil, qüdrәtlә fәaliyyәt göstәrir. 4 Çünki O, zәiflik içindә çarmıxa çәkildiyi halda Allahın qüdrәti ilә yaşayır. Biz dә Onda zәifik, amma sizin xeyriniz üçün Onunla bәrabәr Allahın qüdrәti ilә yaşayacağıq. 5 Özünüzü yoxlayın vә iman yolunda olub-olmadığınızı bilmәk üçün sınaqdan keçirin. İsa Mәsihin daxilinizdә olduğunu başa düşmürsünüzmü? Yoxsa sınaqdan keçmirsiniz? 6 Ümidvaram, bizim sınaqdan keçdiyimizi başa düşәcәksiniz. 7 Allaha dua edirik ki, pis iş görmәyәsiniz; bu bizim sınaqdan keçmәmizi göstәrmәk üçün deyil, sınaqdan keçmәyәnlәr kimi olsaq da, sizin yaxşılıq etmәniz üçündür. 8 Çünki hәqiqәtә qarşı heç nә edә bilmәrik, nә etsәk, hәqiqәt uğrunda edirik. 9 Biz zәif, sizsә güclü olanda sevinirik. Bәrpa olmanız üçün dua edirik. 10 Bunları sizә uzaqdan yazıram ki, yanınızda olanda Rәbbin yıxmaq üçün deyil, inkişaf etdirmәk üçün mәnә verdiyi sәlahiyyәti sәrt şәkildә istifadә etmәyә mәcbur olmayım. 11 Nәhayәt, ey qardaşlar, sevinin. Bәrpa olunun, tәsәlli tapın, hәmfikir olun, sülh içindә ömür sürün. Mәhәbbәt vә sülh qaynağı olan Allah sizinlә olacaq. 12 Bir-birinizi müqәddәs öpüşlә salamlayın. Bütün müqәddәslәr sizә salam göndәrir. 13 Rәbb İsa Mәsihin lütfü, Allahın mәhәbbәti vә Müqәddәs Ruhun şәrikliyi hamınıza yar olsun!
1 Nә insanlardan, nә dә insan vasitәsilә, ancaq İsa Mәsih vә Onu ölülәr arasından dirildәn Ata Allah vasitәsilә hәvari tәyin olunan mәn Pauldan 2 vә mәnimlә olan bütün qardaşlardan Qalatiyada olan imanlı cәmiyyәtlәrә salam! 3 Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 4 Atamız Allahın iradәsinә görә Mәsih günahlarımız üçün Özünü fәda etdi ki, bizi indiki şәr dövründәn qurtarsın. 5 Allaha әbәdi izzәt olsun! Amin. 6 Heyrәtlәnirәm ki, Mәsihin lütfü ilә sizi çağıran Allahı belә tezliklә tәrk edib başqa bir müjdәyә tәrәf dönürsünüz. 7 Әslindә başqa müjdә yoxdur. Ancaq sizi lәrzәyә salıb Mәsihin Müjdәsini tәhrif etmәk istәyәnlәr vardır. 8 Amma istәr biz, istәrsә göydәn gәlәn bir mәlәk belә, bizim sizә yaydığımız Müjdәyә zidd bir şeyi müjdә kimi yaysa, ona lәnәt olsun! 9 Әvvәlcә dediyimizi indi bir daha deyirәm: kim sizә qәbul etdiyiniz Müjdәyә zidd bir şey yayırsa, ona lәnәt olsun! 10 İndi mәn insanları, yoxsa Allahı mәmnun etmәyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Әgәr mәn hәlә dә insanları razı salmaq istәsәydim, Mәsihin qulu olmazdım. 11 Qardaşlar, sizә bәyan edirәm ki, mәnim yaydığım Müjdәnin mәnbәyi insan deyil. 12 Çünki mәn onu insandan almadım vә insan tәrәfindәn dә öyrәdilmәdim. Bunu mәnә İsa Mәsih vәhy vasitәsilә açdı. 13 Yәhudi dininә bağlı olduğum günlәrdә mәnim necә hәyat sürdüyümü eşitdiniz. Mәn Allahın cәmiyyәtini hәdsiz tәqib edir, onu dağıdırdım. 14 Yәhudi dinindә soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irәlidә idim. Ata-babalarımın adәt-әnәnәlәrinin qeyrәtini hәddindәn artıq çәkirdim. 15 Amma hәlә anamın bәtnindәn mәni seçib lütfü ilә çağıran Allah 16 Öz Oğlu ilә bağlı Müjdәni başqa millәtlәr arasında yayım deyә Onu mәnә zahir etmәyә razı olanda dәrhal insanlarla mәslәhәtlәşmәdim. 17 Yerusәlimә, mәndәn qabaq hәvari olanların yanına da getmәdim, amma Әrәbistana getdim, sonra yenә Dәmәşqә qayıtdım. 18 Üç il keçәndәn sonra isә Kefa ilә tanış olmaq üçün Yerusәlimә getdim vә on beş gün onun yanında qaldım. 19 O biri hәvarilәrin heç birini görmәdim. Ancaq Rәbbin qardaşı Yaqubu gördüm. 20 Allahın önündә sizә yazdıqlarımın yalan olmadığını deyirәm. 21 Sonra Suriya vә Kilikiya diyarlarına getdim. 22 Yәhudeyanın Mәsihdә olan cәmiyyәtlәri isә mәni şәxsәn tanımırdılar. 23 Yalnız bu sözü eşidirdilәr: "Bir zaman bizi tәqib edәn şәxs vaxtilә yox etmәyә çalışdığı imanı müjdәlәyir". 24 Belәliklә, mәnә görә Allahı izzәtlәndirirdilәr.
1 On dörd il keçәndәn sonra isә Barnaba ilә birlikdә Titi dә özümlә götürüb yenә Yerusәlimә getdim. 2 Vәhy vasitәsilә getdim. Başqa millәtlәr arasında vәz etdiyim Müjdәni onlara, etibarlı olanlara şәxsәn tәqdim etdim ki, boş yerә cәhd etmәyim vә yaxud da cәhd etmiş olmayım. 3 Yanımda olan Tit dә Yunan olduğu halda sünnәt olunmağa mәcbur edilmәdi. 4 Bu iş aramıza gizlicә soxulan yalançı qardaşlar üzündәn oldu. Onlar Mәsih İsada malik olduğumuz azadlığı әl altından öyrәnib bizi kölә etmәk üçün gizlicә aramıza girdilәr. 5 Onlara bir anlıq da olsa, baş әyib tәslim olmadıq ki, Müjdәnin hәqiqәti sizinlә qalsın. 6 Etibarlı sayılan şәxslәrә gәlincә, kim olursa olsun mәnә vacib deyil, Allah insanlara tәrәfkeşlik etmәz. Lakin bu etibarlı sayılan şәxslәr mәnim dediklәrimә heç nә artırmadılar. 7 Әksinә, sünnәtlilәrә Müjdә yaymaq işi Peterә tapşırıldığı kimi sünnәtsizlәr arasında Müjdә yaymaq işinin mәnә tapşırıldığını gördülәr. 8 Çünki sünnәtlilәrә hәvari olması üçün Peterdә fәal olan Allah başqa millәtlәr üçün mәndә dә fәal oldu. 9 Cәmiyyәtin sütunları sayılan Yaqub, Kefa vә Yәhya mәnә bağışlanan lütfü tanıdıqda mәnә vә Barnabaya sağ әllәrini uzatdılar ki, şәrikliyimiz olsun. Ona görә ki biz başqa millәtlәrin, onlarsa sünnәtlilәrin yanına getsin. 10 Yalnız yoxsulları yad etmәyimizi istәdilәr, mәn dә mәhz bunu icra etmәyә sәy göstәrdim. 11 Kefa Antakyaya gәldikdә isә şәxsәn ona qarşı çıxdım, ona görә ki tәnqidә layiq idi. 12 Çünki Yaqubun yanından bәzi adamlar gәlmәmişdәn әvvәl Peter başqa millәtlәrdәn olanlarla yemәk yeyirdi. Hәmin adamlar gәldikdә isә sünnәt tәrәfdarlarından qorxaraq başqa millәtlәrin yanından çәkilib ayrı durdu. 13 Onunla birlikdә o biri Yәhudilәr dә ikiüzlülük etdilәr. Hәtta Barnaba belә, onların ikiüzlülüyünә qapıldı. 14 Amma mәn Müjdәnin hәqiqәtinә görә düzgün riayәt etmәdiklәrini görәndә hamının qarşısında Kefaya dedim: "Әgәr sәn Yәhudi olduğun halda Yәhudi kimi deyil, başqa millәtlәrdәn biri kimi yaşayırsansa, necә başqa millәtlәri Yәhudi kimi yaşamağa mәcbur edirsәn?" 15 Biz anadangәlmә Yәhudilәrik, başqa millәtdәn olan "günahkarlar" deyilik. 16 Lakin biz bilirik ki, insan Qanuna әmәl etmәklә deyil, yalnız İsa Mәsihә iman etmәklә saleh sayılır. Biz dә Mәsih İsaya iman etdik ki, Qanuna әmәl etmәklә deyil, Mәsihә olan imanla saleh sayılaq. Çünki Qanuna әmәl etmәklә heç bir insan saleh sayılmaz. 17 Әgәr biz Mәsihdә saleh sayılmaq istәrkәn özümüz günahkar çıxsaq, belә çıxır ki, Mәsih günah xidmәtçisidir? Әsla! 18 Әgәr mәn әvvәlcә yıxdığımı yenidәn tikirәmsә, özümü Qanunu pozan olaraq göstәrirәm. 19 Çünki mәn Qanun vasitәsilә Qanuna münasibәtdә öldüm ki, Allah üçün yaşayım. 20 Mәsihlә birlikdә çarmıxa çәkildim. Artıq mәn yaşamıram, Mәsih mәndә yaşayır. İndi cismәn yaşadığım hәyata gәlincә mәni sevib uğrumda Özünü fәda edәn Allahın Oğluna olan imanla yaşayıram. 21 Allahın lütfünü rәdd etmirәm. Çünki әgәr salehlik Qanun vasitәsilә qazanıla bilsәydi, demәli Mәsih boş yerә öldü.
1 Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlәdi? İsa Mәsihin çarmıxa çәkilmәsi gözlәriniz önündә açıqca tәsvir olundu! 2 Sizdәn yalnız bunu öyrәnmәk istәyirәm: Ruhu Qanuna әmәl etmәklә, yoxsa eşitdiyinizә iman etmәklә aldınız? 3 Siz bu qәdәrmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani sәylәmi bitirirsiniz? 4 Boş yerәmi o qәdәr әzab çәkdiniz? Hәqiqәtәn, bunlar boş yerә idi? 5 Bәs sizi Ruhla tәmin edәn vә aranızda möcüzәlәr yaradan Allah bunları Qanuna әmәl etmәyinizlә, yoxsa eşitdiyinizә iman etmәyinizlә icra edir? 6 Mәsәlәn, "İbrahim Allaha iman etdi vә bu ona salehlik sayıldı". 7 İndi isә bunu bilin ki, İbrahimin övladları imana әsaslananlar olur. 8 Müqәddәs Yazı Allahın başqa millәtlәri imanları ilә saleh sayacağını qabaqcadan görüb İbrahimә "bütün millәtlәr sәnin vasitәnlә xeyir-dua alacaq" deyәrәk Müjdәni qabaqcadan bildirdi. 9 Belәliklә, imana әsaslananlar iman etmiş olan İbrahimlә birlikdә xeyir-dua alırlar. 10 Qanuna әmәl etmәyә әsaslananların hamısı lәnәt altındadır. Çünki yazılıb: "Qoy Qanun kitabında yazılan hәr şeyә riayәt etmәyәn, onu tәsdiq etmәyәn hәr kәsә lәnәt olsun!" 11 Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitәsilә saleh sayılmır, çünki "saleh adam imanla yaşayacaq". 12 Qanun isә imana әsaslanmamışdır. Әksinә, "bu şeylәri yerinә yetirәn adam bunların sayәsindә yaşayacaq". 13 Mәsih bizim uğrumuzda lәnәtlәnәrәk bizi Qanunun lәnәtindәn satın aldı. Çünki yazılıb: "ağacdan asılan hәr kәsә lәnәt olsun!" 14 Belә ki İbrahimin aldığı xeyir-dua Mәsih İsada bütün başqa millәtlәrin üzәrinә gәlsin vә biz vәd edilmiş Ruhu iman vasitәsilә alaq. 15 Qardaşlar, insan düşüncәsi әsasında deyirәm: hәtta insanın belә tәsdiq etdiyi әhdi heç kәs lәğv edә bilmәz yaxud da ona heç bir şey әlavә edә bilmәz. 16 Vәdlәr ancaq İbrahimә vә onun nәslinә verildi. Allah çox adam barәdә danışırmış kimi "vә nәslindәn olanlara" yox, tәk bir adam barәdә danışaraq "vә sәnin nәslindәn olana" deyir; bu "nәslindәn olan" Mәsihdir. 17 Bunu demәk istәyirәm: Allahın tәsdiq etdiyi Әhdi bundan dörd yüz otuz il sonra gәlәn Qanun qüvvәdәn sala bilmәz ki, vәdi lәğv etsin. 18 Çünki әgәr irs Qanuna әsaslanırsa, artıq vәdә әsaslanmır. Amma Allah İbrahimә irsi vәd vasitәsilә lütfә görә verdi. 19 Bәs Qanun nә üçündür? Qanun Әhdi pozanları tәqsirlәndirmәk üçün әlavә olundu. Vәdi alan vә İbrahimin nәslindәn olan Şәxs gәlәnә qәdәr qüvvәdә qalmalı idi. Mәlәklәr vasitәsilә, bir vasitәçi әli ilә tәrtib edildi. 20 Vasitәçi tәk bir nәfәrә aid deyildir, Allah isә birdir. 21 Demәli, Qanun Allahın vәdlәrinә ziddirmi? Әsla! Çünki әgәr hәyat vermәyә qadir olan bir Qanun verilsәydi, salehlik, hәqiqәtәn, Qanunla gәlәrdi. 22 Lakin Müqәddәs Yazı bütün kainatı günahın әsiri elan etdi ki, İsa Mәsihә olan imanla vәd olunan şeylәr iman edәnlәrә verilsin. 23 Amma bu iman gәlmәzdәn qabaq biz Qanun altında saxlanmışdıq, gәlәcәk iman zühur edәnә qәdәr әsir tutulmuşduq. 24 Yәni Qanun bizә Mәsihә qәdәr yol göstәrәn mürәbbimiz oldu ki, imanla saleh sayılaq. 25 Amma iman gәldiyinә görә biz artıq mürәbbinin әli altında deyilik. 26 Siz hamınız Mәsih İsaya olan iman vasitәsilә Allahın övladlarısınız. 27 Çünki vәftizdә Mәsihlә birlәşәn hamınız Mәsihә bürünmüsünüz. 28 Artıq Yәhudi ilә Yunan, qulla azad, kişi ilә qadın arasında fәrq yoxdur. Çünki hamınız Mәsih İsada birsiniz. 29 Әgәr Mәsihә aidsinizsә, demәli, İbrahimin nәslindәnsiniz vә vәdә görә varissiniz.
1 Mәn bunu deyirәm: varis hәr şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölәdәn fәrqlәnmir. 2 O, atasının tәyin etdiyi vaxta qәdәr qәyyumların vә idarәçilәrin nәzarәti altındadır. 3 Bunun kimi biz dә ruhani tәrәfdәn uşaq ikәn dünyanın ibtidai tәlimlәrinә kölә idik. 4 Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndәrdi ki, 5 Qanun altında olanları satın alsın vә biz övladlığa götürülәk. 6 Övladlar olduğunuz üçün Allah Öz Oğlunun "Abba, Ata!" deyәrәk nida edәn Ruhunu ürәklәrimizә göndәrdi. 7 Buna görә dә sәn artıq kölә deyil, övladsan. Әgәr övladsansa, hәmçinin Allahın tәyin etdiyi varissәn. 8 Әvvәllәr Allahı tanımadığınız vaxt tәbiәtcә allah olmayanların kölәlәri idiniz. 9 İndi isә siz Allahı tanıdınız, daha doğrusu, Allah tәrәfindәn tanındınız. Necә olur ki, tәkrarәn zәif vә dәyәrsiz olan ibtidai tәlimlәrә qayıdırsınız? Yenidәn onların kölәsimi olmaq istәyirsiniz? 10 Xüsusi günlәrә, aylara, mövsümlәrә vә illәrә riayәt edirsiniz! 11 Sizin üçün qorxuram, bәlkә sizә görә boş yerә zәhmәt çәkmişәm. 12 Qardaşlar, sizә yalvarıram, mәnim kimi olun, çünki mәn dә sizin kimi oldum. Siz mәnә heç bir haqsızlıq etmәmisiniz. 13 Bildiyiniz kimi mәn Müjdәni ilk dәfә sizә cismәn zәif olaraq vәz etmişdim. 14 Cismani vәziyyәtim sizin üçün çәtin bir sınaq oldusa da, nә mәnә xor baxdınız, nә dә mәni rәdd etdiniz. Hәtta mәni, Allahın bir mәlәyini, Mәsih İsanı qәbul edәr kimi qәbul etdiniz. 15 İndi o xoşbәxtliyiniz necә oldu? Sizin haqqınızda şәhadәt edirәm ki, әgәr mümkün olsaydı, gözlәrinizi çıxardıb mәnә verәrdiniz. 16 Mәgәr sizә hәqiqәti söylәdiyim üçün sizin düşmәniniz oldum? 17 Onlar sizin qeyrәtinizi çәkirlәr, amma yaxşı niyyәtlә deyil. Siz onların qeyrәtini çәkәsiniz deyә sizi mәndәn ayırmaq istәyirlәr. 18 Yaxşı niyyәtlә olarsa, qeyrәtimi çәkmәniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. 19 Övladlarım! Mәsihin surәti sizdә yaradılana qәdәr, sizlәr üçün yenә doğuş ağrısı çәkirәm. 20 İndi yanınızda olmaq vә sәsimi dәyişdirmәk istәyirdim. Bu halınıza çaşıb-qalmışam. 21 Ey Qanun altında yaşamaq istәyәnlәr, mәnә deyin görüm, Qanunun nә dediyini eşitmәmisinizmi? 22 İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyәdәn, o biri oğlu isә azad qadından doğulmuşdu. 23 Cariyәdәn doğulan bәşәri arzusundan, azad qadından doğulan isә vәdә görә doğulmuşdu. 24 Burada bir mәcaz var. Çünki bu qadınlar iki Әhdi tәmsil edir. Biri Sina dağındandır, kölәlik üçün uşaq doğur. Bu, Hәcәrdir. 25 Hәcәr Әrәbistandakı Sina dağını tәmsil edir vә indiki Yerusәlimә bәnzәyir. Çünki indiki Yerusәlim övladları ilә birlikdә kölәlikdәdir. 26 Sәmavi Yerusәlim isә azaddır, o bizim anamızdır. 27 Çünki yazılıb: "Şәnlәn, ey sonsuz, qısır qadın! Sevinclә mahnı oxu, qışqır, Ey doğuş ağrısı çәkmәyәn qadın! Çünki atılmış qadının övladları Әrli qadının övladlarından çoxdur". 28 Sizsә, qardaşlar, İshaq kimi vәdә görә doğulan övladlarsınız. 29 Amma o zaman bәşәr arzusundan doğulan şәxs Ruhun gücü ilә doğulan şәxsi necә tәqib etdisә, indi dә belәdir. 30 Bәs Müqәddәs Yazı nә deyir? "Cariyәni vә onun oğlunu qov. Çünki cariyәnin oğlu azad qadının oğlu ilә birgә varis olmayacaq". 31 Buna görә, qardaşlar, biz cariyәnin deyil, azad qadının övladlarıyıq.
1 Mәsih azad olmağımız üçün bizi azad etdi. Ona görә dә möhkәm durun vә yenidәn kölәlik boyunduruğuna tabe olmayın. 2 Budur, mәn Paul sizә deyirәm: әgәr siz sünnәt olunsanız, Mәsih sizә heç bir fayda vermәz. 3 Sünnәt olunan hәr adama yenә şәhadәt edirәm ki, elә bir adam bütün Qanuna әmәl etmәyә borcludur. 4 Ey Qanun vasitәsilә saleh sayılmaq istәyәnlәr, siz Mәsihdәn ayrıldınız, Allahın lütfündәn uzaq düşdünüz. 5 Amma biz Ruh vasitәsilә imanla saleh sayılacağımıza ümid bağlayıb onu hәvәslә gözlәyirik. 6 Mәsih İsada әhәmiyyәt kәsb edәn sünnәtlilik yaxud sünnәtsizlik deyil, mәhәbbәtlә fәal olan imandır. 7 Yaxşı irәlilәyirdiniz. Axı hәqiqәtә itaәt etmә yolunuzu kim kәsdi? 8 Belә inandırılmanız sizi Çağıranın istәyi deyil. 9 Azacıq maya bütün xәmiri acıdır. 10 Mәn Rәbdә sizә etimad edirәm ki, başqa cür düşünmәyәsiniz. Sizi lәrzәyә salansa, kim olursa olsun, öz cәzasını çәkәcәk. 11 Amma, qardaşlar, әgәr mәn hәlә dә sünnәti vәz edirәmsә, nә üçün hәlә dә tәqibә mәruz qalıram? Elә olsaydı, onlara büdrәmә daşı olan çarmıx lәğv olunardı. 12 Ah, kaş sizi çaşdıranlar özlәrini axtalayaydılar! 13 Qardaşlar, siz azadlığa dәvәt olunmusunuz. Ancaq bu azadlığı cismani tәbiәt üçün fürsәtә çevirmәyin, amma bir-birinizә mәhәbbәtlә qulluq edin. 14 Bütün Qanun tәk bir sözdә tamamlanır: "Qonşunu özün kimi sev". 15 Әgәr siz bir-birinizi didib-yeyirsinizsә, ehtiyatlı olun ki, bir-birinizi tәlәf etmәyәsiniz. 16 Mәn bunu deyirәm: Müqәddәs Ruha görә hәyat sürün, o zaman siz cismani tәbiәtin ehtirasını әsla icra etmәzsiniz. 17 Çünki cismani tәbiәt Ruha zidd vә Ruh cismani tәbiәtә zidd olanı arzulayır. Onlar bir-birinә qarşı durur ki, siz istәdiyinizi etmәyәsiniz. 18 Amma Müqәddәs Ruhun rәhbәrliyi altında olsanız, siz Qanun altında deyilsiniz. 19 Cismani tәbiәtin әmәllәri isә bәllidir. Bunlar cinsi әxlaqsızlıq, murdarlıq, pozğunluq, 20 bütpәrәstlik, sehrbazlıq, düşmәnçilik, münaqişә, qısqanclıq, hiddәt, özünü göstәrmә, nifaq, tәfriqәlәr, 21 paxıllıq, sәrxoşluq, eyş-işrәt vә buna bәnzәr şeylәrdir. Sizә әvvәllәr xәbәrdarlıq etdiyim kimi indi dә xәbәrdarlıq edirәm ki, bunları edәnlәr Allahın Padşahlığını irs almayacaqlar. 22 Müqәddәs Ruhun sәmәrәsi isә budur: mәhәbbәt, sevinc, sülh, sәbir, xeyirxahlıq, yaxşılıq, sәdaqәt, 23 hәlimlik, nәfsә hakim olmaq. Bu kimi şeylәrә qarşı qanun yoxdur. 24 Mәsih İsaya mәxsus olanlar isә öz hәvәs vә ehtirasları ilә birlikdә cismani tәbiәti çarmıxa çәkdilәr. 25 Madam ki, biz Ruha görә yaşayırıq, Ruha görә dә rәftar edәk. 26 Şöhrәtpәrәst olmayaq, bir-birimizi hirslәndirmәyәk, bir-birimizә paxıllıq etmәyәk.
1 Qardaşlar, әgәr bir adam bir tәqsir üstündә tutulsa, siz ruhanilәr onu hәlimlik ruhu ilә bәrpa edin. Sәn dә sınağa düşmәmәk üçün özünә fikir ver. 2 Bir-birinizin yüklәrini daşıyın vә bu yolla Mәsihin qanununu icra edin. 3 Çünki әgәr kimsә heç olduğu halda özünü әhәmiyyәtli sanırsa, öz-özünü aldadır. 4 Qoy hәr kәs öz әmәlini yoxlasın vә onda başqasının etdiklәri ilә deyil, yalnız öz etdiklәri ilә fәxr edәcәk. 5 Çünki hәr kәs öz üzәrinә düşәn yükü daşımalıdır. 6 Kәlam haqqında tәlim alan, tәlim verәnlә hәr cür nemәti bölüşdürsün. 7 Aldanmayın: Allaha istehza edilmәz. Çünki insan nәyi әkәrsә, onu da biçәcәk. 8 Öz cismani tәbiәti üçün әkәn, bu tәbiәtdәn mәhv biçәcәk. Ruh üçün әkәnsә Ruhdan әbәdi hәyat biçәcәk. 9 Yaxşılıq edәrkәn ruhdan düşmәyәk. Çünki әgәr hәvәsdәn düşmәsәk, vaxtında biçәrik. 10 Buna görә dә nә qәdәr fürsәtimiz varsa, hamı üçün, xüsusәn imanlılar ailәsi üçün yaxşı işlәr görәk. 11 Baxın, sizә öz әlimlә necә böyük hәrflәrlә yazdım! 12 Zahirәn vә cismәn yaxşı tәsir buraxmaq istәyәnlәr yalnız Mәsihin çarmıxı üzündәn tәqib olunmamaq üçün sizi sünnәt olunmağa mәcbur edirlәr. 13 Axı sünnәt olunanların özlәri dә Qanuna riayәt etmirlәr. Lakin sizin sünnәt olunmanızı istәyirlәr ki, sizin cisminizlә öyünsünlәr. 14 Mәnsә Rәbbimiz İsa Mәsihin çarmıxından başqa şeylә әsla öyünmәrәm. Bunun vasitәsilә dünya mәnim üçün çarmıxa çәkildi, mәn dә dünya üçün çarmıxa çәkildim. 15 Çünki әhәmiyyәt kәsb edәn sünnәtlilik yaxud sünnәtsizlik deyil, yeni yaradılışdır. 16 Nә qәdәr bu qaydaya riayәt edәnlәr varsa, onların üzәrinә, Allahın İsraili üzәrinә sülh vә mәrhәmәt gәlsin. 17 Bundan sonra qoy heç kim mәnә әziyyәt vermәsin. Çünki mәn İsanın yara izlәrini bәdәnimdә daşıyıram. 18 Qardaşlar, Rәbbimiz İsa Mәsihin lütfü ruhunuza yar olsun! Amin.
1 Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi olan mәn Pauldan Mәsih İsada sadiq qalan Efesdәki müqәddәslәrә salam! 2 Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 3 Bizә Mәsihdә sәmadakı hәr cür ruhani nemәtlә xeyir-dua verәn Allaha – Rәbbimiz İsa Mәsihin Atasına alqış olsun! 4 O, dünya yaranmazdan qabaq bizi Mәsihdә seçdi ki, biz mәhәbbәtdә Onun qarşısında müqәddәs vә nöqsansız olaq. 5 Öz iradәsinin xoş mәramına görә İsa Mәsih vasitәsilә bizi әvvәlcәdәn tәyin etdi ki, Özü üçün övladlığa götürsün. 6 Belә ki sevimli Oğlunda bizә bәxş etdiyi Öz lütfünün izzәtini mәdh edәk. 7 Tam hikmәt vә dәrrakә ilә bizә bol-bol göstәrdiyi Öz zәngin lütfünә görә biz Oğlunda, Onun qanı vasitәsilә satınalınmaya – tәqsirlәrimizin bağışlanmasına malikik. 9 Allah әvvәlcә sirr olaraq saxladığı iradәsini xoş mәramına görә bizә bildirdi. Bu mәramını O, Mәsihdә әvvәlcәdәn tәyin etmişdi. 10 Vaxt tamam olanda isә bu niyyәtini yerinә yetirәrәk hәm göylәrdә, hәm dә yerdә olan hәr şeyi Mәsihdә birlәşdirәcәk. 11 Hәr şeyi Öz iradәsindәn yaranan qәrarı ilә yerinә yetirәn Allahın mәqsәdinә görә biz әvvәlcәdәn tәyin edilәrәk Mәsihdә irs aldıq ki, 12 qabaqcadan Mәsihә ümid bәslәyәn bizlәr Allahın izzәtinin mәdhi üçün mövcud olaq. 13 Hәqiqәt kәlamını, xilasınızın Müjdәsini eşidib Mәsihә iman edәn zaman siz dә vәd olunmuş Müqәddәs Ruhla Onda möhürlәndiniz. 14 Müqәddәs Ruh Allaha mәxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belә ki Allahın izzәtini mәdh edәk. 15 Bundan ötrü mәn dә Rәbb İsaya olan imanınız vә bütün müqәddәslәrә göstәrdiyiniz mәhәbbәt barәdә eşidib 16 sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirәm. 17 Dua edirәm ki, Rәbbimiz İsa Mәsihin Allahı olan izzәtli Ata Özünü sizә tanıtmaq üçün hikmәt vә vәhy ruhunu versin. 18 Qoy O, qәlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nә olduğunu, müqәddәslәrә verdiyi irsin izzәtinin necә zәngin olduğunu, 19 Onun böyük qüvvәsinin fәaliyyәtinә görә iman edәn bizlәrә sәrf etdiyi qüdrәtinin hәdsiz böyüklüyünün nә olduğunu görәsiniz. 20 Allah bu qüdrәtlә Mәsihdә elә fәaliyyәt göstәrdi ki, Onu ölülәr arasından dirildib sәmada Öz sağında oturtdu 21 vә hәr başçı, hakim, qüvvә vә ağadan, yalnız bu dövrdә deyil, gәlәcәk dövrdә dә çәkilәcәk hәr addan Onu çox yüksәltdi. 22 Hәr şeyi Ona tabe edәrәk ayaqlarının altına qoydu vә Onu hәr şey üzәrindә baş olsun deyә imanlılar cәmiyyәtinә verdi. 23 Bu cәmiyyәt Onun bәdәnidir vә hәr şeyi hәrtәrәfli Bütövlәşdirәnin bütövlüyüdür.
1 Siz bir zamanlar tәqsirlәriniz vә günahlarınız üzündәn ölü idiniz. 2 Siz bu dünyanın gedişinә vә havada olan hakimiyyәtin, yәni indi Allaha itaәtsiz insanlarda fәaliyyәt göstәrәn ruhun hökmdarına uyaraq bu günahların içindә hәyat sürürdünüz. 3 Hamımız bir zamanlar hәmin insanlar arasında cismin vә әqlin istәklәrini yerinә yetirәrәk cismani tәbiәtimizin ehtiraslarına görә hәyat sürürdük. Belәliklә, tәbiәtcә digәr insanlar kimi Allahın qәzәbinә düçar idik. 4 Lakin mәrhәmәti bol olan Allah bizi böyük mәhәbbәtlә sevdiyi üçün 5 tәqsirlәrimiz üzündәn ölü olduğumuz halda bizә Mәsihlә birlikdә hәyat verdi. Onun lütfü ilә xilas oldunuz. 6 Allah bizi Mәsih İsada, Onunla birlikdә dirildib sәmada oturtdu. 7 Bunu Mәsih İsada bizә etdiyi xeyirxahlıqla lütfünün hәdsiz zәnginliyini gәlәcәk dövrlәrdә dә göstәrmәk üçün etdi. 8 Çünki iman vasitәsilә, lütflә xilas oldunuz. Bu, sizin nailiyyәtiniz deyil, Allahın hәdiyyәsidir. 9 Әmәllәrlә deyil ki, heç kim öyünә bilmәsin. 10 Çünki biz Allahın yaratdığı әsәrlәrik, әvvәlcәdәn hazırladığı yaxşı әmәllәrinә görә hәyat sürmәk üçün Mәsih İsada yaradıldıq. 11 Buna görә cismәn başqa millәtlәrdәn olan sizlәr bir zamanlar kim olduğunuzu yada salın; bәdәndә әllә icra olunan sünnәtә malik olub "sünnәtlilәr" deyә tanınanların "sünnәtsiz" adlandırdığı sizlәr 12 o vaxt Mәsihsiz, İsrail vәtәndaşlığından kәnar, Allahın vәdinә әsaslanan Әhdlәrә yad, dünyada ümidsiz vә Allahdan mәhrum idiniz. 13 Amma bir zamanlar uzaq olan sizlәr indi Mәsih İsada Mәsihin qanı sayәsindә yaxın oldunuz. 14 Çünki Mәsih Özü barışığımızdır. O hәr iki tәrәfi bir etdi vә bizi bir-birimizdәn ayıran sәddi, yәni әdavәti Öz cismi ilә yıxdı. 15 Qanunu әmrlәri vә qaydaları ilә birgә lәğv etdi ki, hәr iki tәrәfdәn Özündә yeni bir insan yaradaraq barışıq tәmin etsin 16 vә çarmıx vasitәsilә hәr ikisini tәk bәdәndә Allahla barışdırsın. O, ölümü ilә әdavәti yox etdi. 17 O gәlib hәm uzaqda olan sizlәrә, hәm dә yaxındakılara bu barışdırma Müjdәsini yaydı. 18 Çünki hәr iki tәrәfdәn olan bizlәr Onun vasitәsilә bir Ruhda Atanın hüzuruna çıxa bilәrik. 19 Demәli, artıq yad vә qәrib deyilsiniz, siz müqәddәslәrlә birgә vәtәndaş vә Allah ailәsinin üzvüsünüz. 20 Hәvarilәrlә peyğәmbәrlәrin tәmәli üzәrindә tikilmisiniz, guşәdaşı isә Mәsih İsa Özüdür. 21 Bütün bina Onun üzәrindә birlәşәrәk Rәbbә aid müqәddәs mәbәd olmaq üçün ucalır. 22 Siz dә Ruh vasitәsilә Allahın mәskәni olmaq üçün birlikdә Mәsih üzәrindә tikilirsiniz.
1 Mәn Paul siz başqa millәtlәrdәn olanlar uğrunda Mәsih İsanın mәhbusuyam. 2 Eşitdiyiniz kimi, Allahın sizin üçün mәnә verdiyi lütfü sizә çatdırmaq vәzifәsini daşıyıram. 3 Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mәnә vәhy vasitәsilә bildirdi. 4 Yazdıqlarımı oxuyanda Mәsihin bu sirrini necә dәrk etdiyimi anlaya bilәrsiniz. 5 Bu sirr әvvәlki nәsillәrin dövründә bәşәr övladlarına açıq bildirilmәmişdi. İndisә Mәsihin müqәddәs hәvarilәrinә vә peyğәmbәrlәrinә Ruh vasitәsilә açılmışdır. 6 Sirr budur ki, başqa millәtlәr dә Müjdә vasitәsilә Mәsih İsada eyni irsin ortağı, eyni bәdәnin üzvü vә eyni vәdin şәrikidir. 7 Allah qüdrәtli fәaliyyәti ilә lütfünü mәnә verdi, buna әsasәn Müjdәni yaymaq üçün xidmәtçi oldum. 8 Bütün müqәddәslәrdәn әn dәyәrsiziyәm. Lakin Allah mәnә bu lütfü verdi ki, Mәsihin ağlasığmaz zәnginliyi ilә bağlı Müjdәni millәtlәrә yayım 9 vә hәr şeyi yaradan Allahda әzәldәn bәri sirr olaraq saxlanan niyyәtinin nә olduğunu bütün insanlara izah edim. 10 Belә ki Allahın çoxcәhәtli hikmәti indi imanlılar cәmiyyәti vasitәsilә sәmadakı başçılara vә hakimlәrә bildirilsin. 11 Bu, Allahın әzәldәn bәri qurduğu vә Rәbbimiz Mәsih İsa vasitәsilә yerinә yetirdiyi mәqsәdinә görә oldu. 12 Mәsihdә vә Mәsihә olan iman vasitәsilә Allaha cәsarәt vә etibarla yaxınlaşa bilirik. 13 Buna görә xahiş edirәm ki, mәnim sizin üçün çәkdiyim әziyyәtlәrdәn ötrü ruhdan düşmәyin. Bu sizә izzәt gәtirir. 14 Buna görә göylәrdә vә yer üzündә hәr ailәyә ad verәn Atanın qarşısında diz çökürәm ki, 16 O, izzәtinin zәnginliyinә görә Öz Ruhu vasitәsilә sizi daxili varlığınızda qüvvә ilә möhkәmlәndirsin 17 vә Mәsih iman vasitәsilә ürәklәrinizdә yaşasın. Siz dә mәhәbbәtdә kök salıb tәmәl qoyasınız, 18 belә ki bütün müqәddәslәrlә birlikdә Mәsihin mәhәbbәtinin nә qәdәr geniş, uzun, uca vә dәrin olduğunu başa düşmәyә, 19 hәr dәrrakәdәn üstün olan bu mәhәbbәti dәrk etmәyә gücünüz çatsın. Belәliklә, siz Allahın bütövlüyündә bütöv olasınız. 20 Bizdә fәaliyyәt göstәrәn qüdrәtlә istәdiyimiz yaxud düşündüyümüz hәr şeydәn daha artığını etmәyә qadir olan Allaha 21 imanlılar cәmiyyәtindә vә Mәsih İsada izzәt bütün nәsillәr boyunca әbәdi olsun! Amin.
1 Belәliklә, Rәbdә olduğum üçün mәhbus olan mәn sizә yalvarıram ki, aldığınız çağırışa layiq şәkildә hәyat sürәsiniz. 2 Tamamilә itaәtkar vә hәlim, sәbirli olub bir-birinizә mәhәbbәtlә dözün. 3 Ruhun birliyini sülh bağı ilә qorumağa çalışın. 4 Çağırış aldıqda bir ümidә çağırıldığınız kimi bәdәn bir, Ruh bir, 5 Rәbb bir, iman bir, vәftiz bir, 6 hamının Allahı vә Atası birdir. O hamı üzәrindә, hamı ilә vә hamıdadır. 7 Hәr birimizә isә Mәsihin bәxşişinin ölçüsü ilә lütf verilmişdir. 8 Bunun üçün belә deyilir: "Ucalara çıxıb әsirlәri Özü ilә apardı, İnsanlara hәdiyyәlәr verdi". 9 Bәs bu "çıxıb" sözü nә demәkdir? Yalnız o demәkdir ki, Mәsih әvvәlcә aşağılara, yer üzünә dә enmişdi. 10 Enәn dә Odur, hәr şeyi bütövlәşdirmәk üçün bütün göylәr üzәrinә çıxan da Odur. 11 Özü kimini hәvari, kimini peyğәmbәr, kimini müjdәçi, kimini çoban vә müәllim tәyin etdi ki, 12 Mәsihin bәdәninin inkişafından ötrü xidmәt vәzifәsini yerinә yetirmәk üçün müqәddәslәri tәmin etsinlәr. 13 Bunun nәticәsindә hamımız imanda vә Allahın Oğlunu tanımaqda birliyә, kamil insan sәviyyәsinә, Mәsihin tam yetkinliyi hәddinә çatacağıq. 14 Belә ki artıq insanların kәlәkbazlığı ilә, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylәlәrlә, cürbәcür tәlimin külәyi ilә çalxalanan vә ora-bura sürüklәnәn körpә uşaqlar olmayaq. 15 Әksinә, mәhәbbәtlә hәqiqәti yerinә yetirәrәk bәdәnin Başı olan Mәsihә bәnzәmәk üçün hәrtәrәfli böyüyәk. 16 Bütün bәdәn Onunla birlәşdiyi üçün hәr buğumun kömәyi ilә üzvi surәtdә Ona bağlanıb qurulur vә hәr üzvün ahәngdar işlәmәsi ilә böyüyür, mәhәbbәtlә inkişaf edir. 17 Belәliklә, bunu Rәbdә olaraq deyir vә xәbәrdarlıq edirәm ki, siz artıq başqa millәtlәr kimi boş düşüncәlәrlә hәyat sürmәyin. 18 Onların şüurlarını qaranlıq alıb vә mәnәviyyatca nadan, qәlbәn inadkar olduqlarına görә Allah hәyatına yad oldular. 19 Hәssaslığı hәrtәrәfli itirәrәk hәrisliklә hәr cür murdar işlәr üçün özlәrini pozğunluğa verdilәr. 20 Sizsә Mәsihi elә öyrәnmәmisiniz. 21 Әlbәttә, siz İsanın sәsini eşitdiniz vә İsada – Ondakı hәqiqәtә әsasәn tәlim aldınız. 22 Bu tәlimә görә әvvәlki hәyat tәrzinizә mәxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnә mәnliyi kәnara atın, 23 ruhәn vә әqlәn yenilәşin, 24 әsl salehlik vә müqәddәsliklә Allaha bәnzәr yaradılmış yeni mәnliyә bürünün. 25 Buna görә yalanı kәnara atın, hәr biriniz öz qonşunuza hәqiqәti söylәyin, çünki hamımız eyni bәdәnin üzvlәriyik. 26 Qәzәblәnәrkәn günah işlәtmәyin. Günәş batmazdan әvvәl qәzәbinizi soyudub 27 iblisә yer vermәyin. 28 Oğurluq edәn artıq oğurluq etmәsin, әksinә, zәhmәt çәkib öz әllәri ilә yaxşı әmәl etsin ki, ehtiyacı olanlarla bölüşdürmәyә bir şeyi olsun. 29 Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidәnlәrә xeyir versin deyә lazım olanda başqalarının inkişafına sәbәb olan sözlәr deyin. 30 Allahın Müqәddәs Ruhunu kәdәrlәndirmәyin. Çünki satınalınma günü üçün o Ruhla möhürlәndiniz. 31 Qoy hәr cürә kinlә birlikdә acılıq, hiddәt, qәzәb, çığırtı, böhtançılıq büsbütün sizdәn uzaq olsun. 32 Amma bir-birinizә qarşı xeyirxah, rәhmli olun vә Allah Mәsihdә sizi bağışladığı kimi siz dә bir-birinizi bağışlayın.
1 Belәliklә, sevimli övladlar kimi Allahdan nümunә götürün. 2 Mәsih bizi necә sevdisә, Özünü bizim üçün Allahın xoşuna gәlәn әtirli tәqdim vә qurban olaraq fәda etdisә, siz dә mәhәbbәtdә elә hәyat sürün. 3 Әxlaqsızlığın, hәr cür murdarlığın vә yaxud tamahkarlığın adı belә, aranızda çәkilmәsin, çünki bunlar müqәddәslәrә yaraşmaz. 4 Әdәbsizlik, boşboğazlıq vә yaxud kobud zarafat da olmasın. Bunlar sizә yaramaz. Bunun әvәzindә qoy şükür olsun. 5 Әlbәttә, bilirsiniz ki, heç bir әxlaqsız, murdar yaxud bütpәrәstә tay olan tamahkar adam Mәsihin vә Allahın Padşahlığında irsә malik olmayacaq. 6 Qoy heç kim sizi boş sözlәrlә aldatmasın. Bu şeylәrә görә Allahın qәzәbi itaәtsiz adamların üzәrinә gәlir. 7 Buna görә dә onların şәriki olmayın. 8 Siz dә bir zamanlar zülmәt, indi isә Rәbdә nursunuz. Ona görә dә nur övladları kimi hәyat sürün. 9 Çünki nurun bәhrәsi hәr cür yaxşılıqda, salehlikdә vә hәqiqәtdә görülür. 10 Rәbbi razı salan şeylәri ayırd edәsiniz, 11 qaranlığın sәmәrәsiz әmәllәrinә şәrik olmayın. Әksinә, bunları ifşa edin. 12 Belә ki qaranlıqdakıların gizlicә etdiklәri şeylәri söylәmәk dә ayıbdır. 13 Nurun ifşa etdiyi hәr şey aşkardır, 14 bu cür nә aşkara çıxırsa, özü dә nur olur. Buna görә belә deyilir: "Ey yatan, oyan vә ölülәr arasından diril! Mәsih sәnin üzәrinә nur saçacaq". 15 Belәliklә, hәyat tәrzinizә ciddi diqqәt yetirin, müdriklikdәn mәhrum olanlar kimi deyil, müdriklәr kimi hәyat sürün. 16 Hәr fürsәtdәn istifadә edin, çünki günlәr şәrdir. 17 Buna görә ağılsız olmayın, Rәbbin iradәsini dәrk edin. 18 Şәrabdan sәrxoş olmayın, bu sizi mәnәviyyatsızlığa aparır. Bunun әvәzinә Ruhla dolun. 19 Bir-birinizә mәzmurlar, ilahilәr vә ruhani nәğmәlәr oxuyun, Rәbbә ürәkdәn nәğmәlәr çalıb-oxuyun. 20 Hәmişә hәr şeyә görә Rәbbimiz İsa Mәsihin adı ilә Ata Allaha şükür edin. 21 Mәsih qorxusu ilә bir-birinizә tabe olun. 22 Ey qadınlar, Rәbbә tabe olduğunuz kimi әrlәrinizә tabe olun. 23 Çünki bәdәnin Xilaskarı olan Mәsih imanlılar cәmiyyәtinin Başı olduğu kimi әr dә arvadının başıdır. 24 Ona görә cәmiyyәt Mәsihә tabe olduğu kimi arvadlar da hәr vәziyyәtdә öz әrlәrinә tabe olsun. 25 Ey әrlәr, Mәsih imanlılar cәmiyyәtini sevib onun uğrunda Özünü fәda etdiyi kimi siz dә arvadlarınızı sevin. 26 Mәsih bunu ona görә etdi ki, cәmiyyәti su ilә yuyub kәlamla tәmizlәyәrәk tәqdis etsin 27 vә belәcә onda lәkә, qırışıq yaxud başqa qüsur olmadan izzәtli şәkildә, müqәddәs vә nöqsansız olaraq Öz hüzuruna çıxarsın. 28 Әrlәr dә eyni şәkildә arvadlarını öz bәdәnlәri kimi sevmәlidirlәr. Arvadını sevәn özünü sevir. 29 Çünki heç kim heç zaman öz vücuduna nifrәt etmәz. Әksinә, Mәsih cәmiyyәtә yanaşdığı kimi onu bәslәyib qayğısına qalar. 30 Axı biz Onun bәdәn üzvlәriyik. 31 "Buna görә dә kişi ata-anasını tәrk edib arvadına qovuşacaq vә ikisi bir bәdәn olacaq". 32 Bu sirr böyükdür, mәn bunun Mәsihә vә cәmiyyәtә dәxli olduğunu söylәyirәm. 33 Sizә gәlincә, qoy hәr kәs öz arvadını özü kimi sevsin, arvad isә әrinә ehtiram etsin.
1 Ey övladlar, Rәbdә olduğunuza görә ata-ananıza itaәt edin. Bu haqdandır. 2 İçindә vәd olan ilk әmr budur: "Ata-anana hörmәt et ki, 3 xoş güzәranın vә yer üzәrindә ömrün uzun olsun". 4 Ey atalar, siz dә övladlarınızı qәzәblәndirmәyin, ancaq onları Rәbbin tәrbiyә vә öyüdü ilә böyüdün. 5 Ey qullar, Mәsihә itaәt etdiyiniz kimi dünyәvi ağalarınıza da qorxu vә lәrzә ilә sәmimi qәlbdәn itaәt edin. 6 Bunu yalnız insanları razı salmaq üçün gözә xoş görünәn xidmәtlә deyil, Mәsihin qulları kimi cani-dildәn Allahın iradәsini yerinә yetirmәk üçün edin. 7 İnsanlara deyil, Rәbbә qulluq etdiyiniz kimi ürәkdәn qulluq edin. 8 Bilin ki, istәr qul, istәrsә dә azad – hәr bir kәs gördüyü yaxşı işin әvәzini Rәbdәn alacaq. 9 Ey ağalar, siz dә hәmçinin qullarınızla bu cür rәftar edin. Daha onlara hәdә-qorxu gәlmәyin. Bilin ki, onların da, sizin dә Ağanız göylәrdәdir vә O, insanlar arasında tәrәfkeşlik etmәz. 10 Nәhayәt, Rәbdә vә Onun böyük qüvvәsindә möhkәmlәnin. 11 İblisin hiylәlәrinә qarşı dura bilmәk üçün Allahın verdiyi bütün zireh vә silahlara bürünün. 12 Çünki mübarizәmiz qandan vә әtdәn ibarәt olan insanlara qarşı deyil, şәr başçılarına vә hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, sәmadakı ruhani şәr qüvvәlәrә qarşıdır. 13 Buna görә Allahın bütün zireh vә silahlarını götürün ki, pis gündә müqavimәt göstәrib, әlinizdәn gәlәn hәr bir şeyi etdikdәn sonra dayana bilәsiniz. 14 Belәliklә, hәqiqәti kәmәr kimi belinizә bağlamış, salehliyi zireh kimi döşünüzә taxmış, barışıq Müjdәsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdә durun. 16 Bütün bunlara әlavә olaraq şәr olanın bütün yanar oxlarını söndürә bilmәk üçün iman qalxanını әlinizә götürün. 17 Xilas dәbilqәsini vә Ruhun qılıncını, yәni Allahın kәlamını götürün. 18 Hәr cür dua vә yalvarışla, hәmişә Ruhun idarәsi ilә dua edin. Bu mәqsәd uğrunda tamamilә mәtin olub oyaq qalaraq bütün müqәddәslәr üçün dua edin. 19 Ağzımı hәr açanda mәnә lazımi söz verilsin deyә mәnim üçün dә dua edin ki, uğrunda zәncirlә bağlı halda elçilik etdiyim Müjdәnin sirrini açım vә bu Müjdәni lazımınca cәsarәtlә bәyan edә bilim. 21 Necә olduğumu vә nә iş gördüyümü siz dә bilәsiniz deyә Rәbdә sevimli qardaş vә sadiq xidmәtçi Tixik sizә hәr şeyi bildirәcәk. 22 Onu bu mәqsәdlә yanınıza göndәrdim ki, bizim vәziyyәtimizdәn xәbәrdar olasınız vә o sizin qәlbinizi ovutsun. 23 Ata Allah vә Rәbb İsa Mәsihdәn bacı-qardaşlara sülh vә imanla mәhәbbәt olsun. 24 Rәbbimiz İsa Mәsihi ölmәz mәhәbbәtlә sevәnlәrin hamısına lütf olsun!
1 Mәsih İsanın qulları mәn Paul vә Timoteydәn Filipidә olan cәmiyyәt nәzarәtçilәri vә xidmәtçilәri ilә bәrabәr Mәsih İsada müqәddәs olanların hamısına salam! 2 Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 3 Sizi hәr dәfә yada salanda Allahıma şükür edirәm. 4 Hәmişә hamınız üçün hәr bir dilәyimdә sevinә-sevinә dua edirәm. 5 Çünki ilk gündәn indiyәdәk Müjdәni yaymaqda şәrik oldunuz. 6 Әminәm ki, sizdә xeyirli işә başlayan Allah Mәsih İsanın zühur edәcәyi günәdәk bunu başa çatdıracaq. 7 Hamınız haqqında belә düşünmәkdә haqlıyam, çünki qәlbimdә yeriniz var. İstәr hәbsdә olsam, istәr Müjdәni müdafiә vә tәsdiq etsәm, hamınız mәnimlә bәrabәr Allahın lütfünә şәriksiniz. 8 Allah şahidimdir ki, Mәsih İsanın duyğusu ilә hәr birinizin hәsrәtini çәkirәm. 9 Dua edirәm ki, mәhәbbәtiniz bilik vә hәr cür idrak baxımından get-gedә daha çox artsın, 10 siz Mәsihin zühur edәcәyi gün pak vә nöqsansız, Allahın izzәti vә mәdhi üçün İsa Mәsihdәn gәlәn salehlik bәhrәlәri ilә dolu olmaq üçün әn ali dәyәrlәri ayırd edә bilәsiniz. 12 Qardaşlar, bunu sizә bildirmәk istәyirәm ki, başıma gәlәnlәr Müjdә yaymağı daha da irәli apardı. 13 Belә olanda bütün saray mühafizәçilәri daxil olmaqla hamıya mәlum oldu ki, Mәsihdә olduğuma görә hәbs olunmuşam. 14 Hәmçinin qardaşlardan әksәriyyәti mәnim hәbsimdәn ötrü Rәbbә güvәnәrәk kәlamı qorxmadan bәyan etmәk üçün daha çox cәsarәt göstәrdi. 15 Doğrusu, bәzilәri paxıllıq vә rәqabәt, bәzilәri isә yaxşı niyyәtlә Mәsihi vәz edirlәr. 16 Bәzilәri bunu mәhәbbәtlә edirlәr, çünki bilirlәr ki, mәn Müjdәni müdafiә etmәk üçün tәyin edilmişәm. 17 Bәzilәri isә Mәsihi sәmimiliklә deyil, mәhbus halımda guya mәnә әziyyәt vermәklә özlәrini göstәrmәk üçün bәyan edirlәr. 18 Nә olar? İstәr riyakarlıqla, istәrsә dә sәmimiliklә, nә cür olursa-olsun, әsasәn Mәsih bәyan edilir, mәn buna sevinirәm. Әlbәttә, sevinәcәyәm, 19 çünki bilirәm ki, bunun nәticәsi dualarınızla vә İsa Mәsihin Ruhunun kömәyi ilә mәnim xilasım olacaq. 20 Böyük hәvәslә gözlәyir vә ümidvaram ki, heç bir vәziyyәtdә utandırılmayacağam, yaşasam da, ölsәm dә, hәmişәki kimi indi dә bәdәnimdә Mәsihin ucalması üçün tam cәsarәt göstәrә bilәcәyәm. 21 Çünki mәnim üçün yaşamaq Mәsihdir, ölmәksә qazancdır. 22 Lakin cismәn yaşasam, faydalı işlәr görә bilәcәyәm. Buna görә nә seçәcәyimi bilmirәm. 23 Hәr iki tәrәfdәn yolum kәsilib. Arzum buranı tәrk edib Mәsihlә olmaqdır, çünki bu lap yaxşıdır. 24 Amma sağ qalmağım sizin üçün daha lazımlıdır. 25 Buna әmin olaraq bilirәm: sağ qalacağam vә hamınızla birlikdә qalmaqda davam edәcәyәm ki, imanda hәm irәlilәyәsiniz, hәm dә sevinәsiniz. 26 Belә ki bir dә yanınıza gәldiyim üçün mәnә görә Mәsih İsada fәxriniz artsın. 27 Lakin hәyat tәrziniz Mәsihin Müjdәsinә layiq olsun. Gәlib sizi görsәm dә, gәlmәyib haqqınızda eşitsәm dә, bilim ki, siz bir ruhda möhkәm dayanıb Müjdәyә әsaslanan imanda canbir olaraq sәy göstәrirsiniz 28 vә heç bir şәkildә әleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün hәlak, sizin üçünsә xilas әlamәtidir. Bu da Allahın işidir. 29 Çünki sizә yalnız Mәsihә iman etmәk deyil, Onun uğrunda әzab çәkmәk üstünlüyü dә ehsan olundu. 30 Apardığım mübarizәni әvvәldәn gördünüz, indi dә bunun haqqında eşidir vә siz dә hәmin mübarizәni aparırsınız.
1 Belәliklә, Mәsihdә bir ruhlandırılma, mәhәbbәtdәn yaranan bir tәsәlli, Ruha bir şәriklik, bir rәhm vә mәrhәmәt varsa, 2 hәmfikir olub bir-birinizә eyni mәhәbbәti göstәrәrәk canbir vә hәmrәy olmağınızla sevincimi bütövlәşdirin. 3 Heç bir işi özünü göstәrәrәk vә ya lovğalıqla etmәyin. Qoy hәr biriniz itaәtkarlıqda digәrini özündәn üstün saysın 4 vә yalnız öz mәnfәәtini deyil, başqalarının da mәnfәәtini güdsün. 5 Mәsih İsa necә düşündü, siz dә elә düşünün. 6 Allah surәtindә olduğu halda O Özünü Allaha bәrabәr tutmağı bir haqq saymadı. 7 Lakin Özünü heç etdi vә qul surәtinә salıb insanlara oxşar oldu. İnsan şәklini alıb 8 Özünü aşağı tutdu vә ölümә qәdәr – çarmıx üzәrindә ölümә qәdәr itaәt göstәrdi. 9 Buna görә dә Allah Onu çox ucaltdı vә Ona lütflә bütün adlardan ali bir ad verdi ki, 10 göydә, yerdә vә yerin altında olanların hamısı İsanın adına ehtiram edәrәk diz çöksün 11 vә hәr dil Ata Allahın izzәti üçün İsa Mәsihin Rәbb olduğunu bәyan etsin. 12 Belә isә, ey sevimlilәrim, hәmişә itaәtli olduğunuz kimi yalnız mәn yanınızda olanda yox, xüsusәn yanınızda olmadığım bu anda belә, qorxu vә lәrzә ilә xilasınızı әmәllәrinizdә göstәrin. 13 Çünki sizdә fәaliyyәt göstәrәn Allahdır, belә ki Onun xoş mәramını hәm istәyәsiniz, hәm dә bunun üçün fәaliyyәt göstәrәsiniz. 14 Hәr şeyi şikayәtlәnmәdәn, mübahisә etmәdәn yerinә yetirin ki, 15 nöqsansız vә saf olaraq bu әyri vә azmış nәsil arasında Allahın lәkәsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın. 16 Hәyat sözünü tәqdim edin. Qoy Mәsihin zühur edәcәyi gündә fәxr edә bilim ki, nә boş yerә cәhd etdim, nә dә boş yerә zәhmәt çәkdim. 17 Lakin sizin imanınızın qurban vә xidmәti üzәrinә içmә tәqdimi kimi tökülәcәyәmsә dә, sevinirәm vә hamınızın sevincinә şәrikәm. 18 Siz dә mәhz bunun üçün sevinin vә mәnim sevincimә şәrik olun. 19 Vәziyyәtinizdәn xәbәrdar olub ürәyim sakitlәşsin deyә bu yaxınlarda Timoteyi yanınıza göndәrәcәyim üçün Rәbb İsada ümidim var. 20 Çünki Timotey kimi mәnimlә canbir olan, hәqiqәtәn qayğınıza qalan başqa kimsәm yoxdur. 21 Ona görә ki hәr kәs İsa Mәsihin xeyrini deyil, öz xeyrini güdür. 22 Amma Timoteyin öz dәyәrini necә sübut etdiyini, atasının yanında qulluq edәn oğul kimi Müjdәni yaymaq işindә mәnimlә birgә qulluq etdiyini bilirsiniz. 23 Belәliklә, işlәrimin nә yerdә olduğunu bilәn kimi onu yanınıza göndәrmәk ümidindәyәm. 24 Mәn dә yaxında yanınıza gәlmәyim barәdә Rәbbә güvәnirәm. 25 Lakin ehtiyacımın tәminatına görә mәnә yardım etmәk üçün göndәrdiyiniz nümayәndәni, qardaşım, әmәkdaşım vә birlikdә mübarizә apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim. 26 Çünki o hәr birinizdәn ötrü darıxır vә onun xәstә olduğunu eşitdiyinizә görә çox narahat idi. 27 O, hәqiqәtәn, elә xәstәlәnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kәdәrimin üstünә kәdәr gәlmәsin deyә hәm dә mәnә rәhmi gәldi. 28 Onu yanınıza göndәrmәyә daha çox buna görә razılıq verdim ki, onu yenidәn görüb sevinәsiniz vә mәnim dә kәdәrim yüngüllәşsin. 29 Rәbdә olan bu adamı tam sevinclә qәbul edin vә belәlәrini qiymәtlәndirin. 30 Çünki o, Mәsihin işi uğrunda az qala ölәcәkdi. Sizin mәnә edә bilmәdiyiniz kömәyi etmәk üçün canını tәhlükәyә atdı.
1 Nәhayәt, qardaşlarım, Rәbdә sevinin! Sizә eyni şeylәri yazmaq mәni yormaz, amma sizi qoruyar. 2 Özünüzü "itlәr" dәn qoruyun, pis iş görәnlәrdәn qoruyun, bәdәni sünnәt edәrәk kәsib-atanlardan qoruyun. 3 Çünki әsl sünnәtlilәr Allahın Ruhu vasitәsilә ibadәt edәn, Mәsih İsa ilә fәxr edәn vә cismani şeylәrә güvәnmәyәn bizlәrik. 4 Әslindә mәn cismani şeylәrә dә güvәnә bilәrdim. Әgәr başqası cismani şeylәrә güvәnmәyi düşünürsә, mәn daha çox güvәnә bilәrәm. 5 Mәn sәkkizgünlük ikәn sünnәt olundum. İsrail nәslindәn, Binyamin qәbilәsindәn, İbranilәrdәn törәmiş bir İbraniyәm. Qanuna münasibәtdә farisey idim. 6 Qeyrәt çәkmәyә gәlincә, Allahın cәmiyyәtini tәqib edirdim. Qanuna әsaslanan salehliyә gәlincә, nöqsansız idim. 7 Amma mәnә fayda gәtirәn nә varsa, Mәsih uğrunda ziyan saymışam. 8 Bundan әlavә, Rәbbim Mәsih İsanı tanımağın ali dәyәrinin yanında hәr şeyi ziyan hesab edirәm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Mәsihi qazanıb 9 Onda hesab olunum. Belә ki Qanunla gәlәn öz salehliyimә deyil, Mәsihә imandan yaranan, imanla Allahdan gәlәn salehliyә malik olum. 10 Belә ki Mәsihi vә Onun dirilmә qüdrәtini, әzablarına şәrikliyi dә dәrk edim vә Onun ölümündә Ona bәnzәyim ki, 11 nә olursa-olsun, ölülәr arasından dirilmәyә nail olum. 12 Demirәm ki, indi bunlara malik olmuşam vә yaxud kamillәşmişәm. Amma hәdәfdәn tutmaq üçün qaçıram. Çünki Mәsih İsa mәni bu mәqsәd üçün tutub. 13 Qardaşlar, hesab etmirәm ki, bunu tutmuşam. Yalnız bir şey edirәm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cәhd edirәm 14 vә hәdәfә doğru qaçıram ki, mükafatı alım, yәni Allahın Mәsih İsada yuxarıya çağırışına nail olum. 15 Belәliklә, aramızda kim kamildirsә, qoy belә düşünsün. Hәr hansı bir mövzuda fәrqli düşüncәlәriniz varsa, Allah bunu da sizә açacaq. 16 Ancaq çatdığımız sәviyyәyә uyğun hәyat sürәk. 17 Qardaşlar, hamınız birlikdә mәndәn nümunә götürün vә sizә göstәrdiyimiz nümunәyә uyğun hәyat sürәnlәrә diqqәtlә baxın. 18 Sizә dәfәlәrlә söylәdiyim kimi indi dә göz yaşları içindә tәkrar deyirәm: bir çoxları Mәsihin çarmıxına düşmәn olaraq hәyat sürür. 19 Onların sonu hәlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilә fәxr edir, yalnız dünyәvi şeylәr barәdә düşünürlәr. 20 Bizsә sәma vәtәndaşlarıyıq vә oradan Xilaskar olan Rәbb İsa Mәsihi hәvәslә gözlәyirik. 21 O hәr şeyi Özünә tabe etmәyә qadir olan qüvvәsinin tәsiri ilә bizim yazıq bәdәnimizi dәyişdirib Öz izzәtli bәdәninә bәnzәr hala gәtirәcәk.
1 Belәliklә, ey hәsrәtini çәkdiyim sevimli qardaşlarım, sevincim vә başımın tacı, Rәbdә olaraq bu cür dönmәz durun, ey sevimlilәr! 2 Evodiyaya yalvarıram, Sintixiyә yalvarıram ki, Rәbdә hәmfikir olsunlar. 3 Bәli, ey әsl әmәkdaşım, sәndәn dә xahişim var, bu qadınlara kömәk et. Çünki onlar mәnimlә, Klementlә vә adları hәyat kitabında olan digәr әmәkdaşlarımla bәrabәr Müjdәni yaymaq üçün sәy göstәriblәr. 4 Rәbdә hәmişә sevinin! Bir dә deyirәm: sevinin! 5 Qoy sizin mülayimliyiniz bütün insanlara mәlum olsun. Rәbb yaxındır. 6 Heç nәyin qayğısını çәkmәyin, amma hәr barәdә xahişlәrinizi Allaha dualarla, yalvarışlarla, şükür edә-edә bildirin. 7 Onda Allahın ağlagәlmәz sülhü ürәklәrinizi vә düşüncәlәrinizi Mәsih İsada qoruyacaq. 8 Nәhayәt, qardaşlar, doğru, lәyaqәtli, saleh, pak, cazibәli, etibarlı nә varsa, әgәr әla vә tәrifә layiq nә varsa, bunları düşünün. 9 Mәndәn öyrәndiyiniz, qәbul etdiyiniz, eşitdiyiniz vә mәndә gördüyünüz nә varsa, bunları hәyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlә olacaq. 10 Mәn Rәbdә bol-bol sevinirәm ki, nәhayәt indi mәnim barәmdәki qayğınızı yenidәn canlandırdınız. Әslindә qayğınız vardı, amma bunu göstәrmәyә fürsәt tapa bilmirdiniz. 11 Ehtiyaca düşdüyüm üçün bunları söylәmirәm, çünki hansı şәraitdә yaşasam, ondan razı qalmağa alışmışam. 12 Mәn mәzlumluğun da, bolluğun da nә olduğunu bilirәm. İstәr tox, istәr ac, istәr bolluq, istәr ehtiyac içindә olum, hәr şәraitdә, hәr vәziyyәtdә razı qalmağın sirrini öyrәnmişәm. 13 Mәnә qüvvәt verәn Mәsihin kömәyi ilә hәr işә gücüm çatır. 14 Buna baxmayaraq nә yaxşı ki әziyyәtimә şәrik oldunuz. 15 Ey Filipililәr, özünüz dә bilirsiniz ki, aranızda Müjdә yayımının başlanğıcında, mәn Makedoniyanı tәrk edәn zaman sizdәn başqa heç bir cәmiyyәt nәzir vermәk vә toplamaq üçün mәnimlә şәrik iş görmәdi. 16 Mәn Salonikdә olanda belә, ehtiyacım üçün dәfәlәrlә siz mәnә yardım göndәrdiniz. 17 Bu o demәk deyil ki, mәn bәxşiş axtarıram. Mәn ancaq sizin hesabınıza yazıla bilәn sәmәrәni axtarıram. 18 Mәnsә tamamilә tәmin olunmuşam vә bolluq içindәyәm. Epafroditin әli ilә göndәrdiyiniz hәdiyyәlәri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gәlәn әtirli tәqdim, Ona mәqbul olan vә razı salan qurbandır. 19 Sizin hәr ehtiyacınızı isә Allahım Mәsih İsada olan Öz izzәtli zәnginliyinә görә ödәyәcәk. 20 Qoy Atamız Allaha әbәdi izzәt olsun! Amin. 21 Mәsih İsada müqәddәs olan hәr kәsi salamlayın. Mәnimlә olan qardaşlar sizә salam göndәrir. 22 Sizi bütün müqәddәslәr, xüsusәn qeysәrin sarayında işlәyәnlәr salamlayır. 23 Rәbb İsa Mәsihin lütfü ruhunuza yar olsun!
1 Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi mәn Pauldan vә Timotey qardaşdan 2 Kolossedәki Mәsihdә olan müqәddәs vә sadiq bacı-qardaşlara salam! Atamız Allahdan sizә lütf vә sülh olsun! 3 Sizin üçün hәmişә dua edәrkәn Allaha – Rәbbimiz İsa Mәsihin Atasına şükür edirik. 4 Çünki sizin Mәsih İsaya imanınızdan vә bütün müqәddәslәrә göstәrdiyiniz mәhәbbәtdәn xәbәrdar olduq. 5 İmanınız vә mәhәbbәtiniz göylәrdә sizin üçün saxlanan şeylәrә bağladığınız ümiddәn qaynaqlanır. Bu barәdә sizә çatan, Müjdә olan hәqiqәt kәlamından әvvәlcәdәn eşitmisiniz. 6 Bu Müjdә onu eşitdiyiniz, hәqiqәtdә Allahın lütfünü dәrk etdiyiniz gündәn bәri sizdә olduğu kimi bütün dünyada da bәhrә vermәkdә vә yayılmaqdadır. 7 Bunu bizimlә birgә Mәsihin qulu vә sizin üçün çalışan Onun sadiq xidmәtçisi sevimli Epafradan öyrәndiniz. 8 O, Ruhdan qaynaqlanan mәhәbbәtinizin xәbәrini dә bizә çatdırdı. 9 Ona görә bunu eşitdiyimiz gündәn bәri sizin tam hikmәt vә ruhani idrakla Allahın iradәsini bütünlüklә qavramanız üçün biz dә dualarımızı vә yalvarışlarımızı kәsmәdik. 10 Belә ki Rәbbә layiq şәkildә hәyat sürәrәk Onu hәr cәhәtdәn razı salasınız vә hәr cür xeyirli әmәldә bәhrә verib Allahı tanımaqda böyüyәsiniz, 11 hәr şeyә dözәrәk sәbir edә bilmәniz üçün Onun izzәtli qüvvәsinә güvәnәrәk hәr cür qüdrәtlә möhkәmlәnәsiniz, 12 müqәddәslәrin nurda olan irsinә şәrik olmanız üçün sizә sәlahiyyәt verәn Ataya sevinclә şükür edәsiniz. 13 O bizi zülmәt hakimiyyәtindәn xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. 14 Oğlunda verilәn satınalınmaya – günahlarımızın bağışlanmasına malikik. 15 Görünmәz Allahın surәti vә bütün yaradılış üzәrindә ilk doğulan Odur. 16 Çünki göylәrdә vә yerdә olan, görünәn vә görünmәyәn hәr şey – taxtlar, ağalar, başçılar, hakimlәr Onda yarandı. Nә varsa, Onun vasitәsilә vә Onun üçün yarandı. 17 Hәr şeydәn әvvәl var olan Odur vә hәr şey Onda bәrqәrar olur. 18 Bәdәnin, yәni imanlılar cәmiyyәtinin Başı da Odur. Hәr şeydә birinci olsun deyә başlanğıc olan, ölülәr arasından dirilәrәk ilk doğulan Odur. 19 Çünki Allah Onda tam bütövlüyü ilә yaşamağa 20 vә Onun vasitәsilә, çarmıxda axıdılan qanı ilә barışıq yaradaraq hәm yerdә, hәm dә göylәrdә olan hәr şeyi Özü ilә barışdırmağa razı oldu. 21 Etdiyiniz pis әmәllәrә görә bir zamanlar düşüncәlәrinizdә Allaha yad vә düşmәn idiniz. 22 İndi isә Mәsih cismәn ölmәklә Öz bәdәni vasitәsilә sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqәddәs, lәkәsiz vә nöqsansız tәqdim etsin. 23 Bir şәrtlә ki eşitdiyiniz Müjdәnin verdiyi ümiddәn sarsılmadan, iman әsasında möhkәm vә sabit durasınız. Bu Müjdә sәma altında olan bütün yaradılışa vәz olundu vә mәn Paul Müjdәnin xidmәtçisi oldum. 24 İndi sizin üçün әzab çәkdiyimә sevinirәm vә Mәsihin Öz bәdәni olan imanlılar cәmiyyәti uğrunda çәkdiyi әziyyәtlәrin qalanını canıma cәfa verәrәk tamamlayıram. 25 Allahın sizin üçün mәnә verdiyi vәzifәyә görә mәn bu cәmiyyәtin xidmәtçisi oldum ki, Allahın kәlamını, 26 yәni әsrlәrdәn vә nәsillәrdәn gizlәdilәn, indi isә Onun müqәddәslәrinә açılan sirrini tam bәyan edim. 27 Allah millәtlәr arasında bu sirrin izzәtinin necә zәngin olduğunu müqәddәslәrә bildirmәk istәdi. Bu sirr sizdә olan Mәsihdir. O sizә izzәtә qovuşmaq ümidini verir. 28 Hәr bir insanı Mәsihdә kamillәşmiş olaraq Allaha tәqdim etmәk üçün hamıya tam müdrikliklә nәsihәt vә tәlim verәrәk Mәsihi bәyan edirik. 29 Bu mәqsәdlә dә zәhmәt çәkirәm vә Onun mәndә qüdrәtlә fәaliyyәt göstәrәn qüvvәsi ilә mübarizә aparıram.
1 İstәyirәm ki, hәm siz, hәm Laodikeyada olanlar, hәm dә mәnim üzümü görmәyәnlәrin hamısı üçün nә qәdәr böyük mübarizә apardığımı bilәsiniz. 2 Ürәklәrinin cәsarәt tapıb mәhәbbәtdә birlәşmәsini istәyirәm; belә ki idrakın verdiyi kamil etimadın bütün zәnginliyinә nail olsunlar, Allahın sirri olan Mәsihi dәrk etsinlәr. 3 Çünki hikmәt vә biliyin bütün xәzinәlәri Mәsihdә gizlәdilmişdir. 4 Bunu mәn ona görә deyirәm ki, kimsә sizi dilә tutub aldatmasın. 5 Çünki cismәn uzaqda olsam da, ruhәn sizinlәyәm. İntizamınızı vә Mәsihә olan imanınızın möhkәmliyini görüb sevinirәm. 6 Buna görә Rәbb Mәsih İsanı qәbul etdiyiniz kimi Onda hәyat sürün. 7 Şükürlәrlә dolub-daşaraq Onda kök salıb inkişaf edin vә öyrәndiyiniz kimi imanda möhkәmlәnin. 8 Baxın, Mәsihә deyil, insan adәt-әnәnәsinә, dünyanın ibtidai tәlimlәrinә istinad edәrәk fәlsәfә vә boş aldadıcı sözlәrlә kimsә sizi әsir etmәsin. 9 Çünki Allahın tam bütövlüyü bәdәncә Mәsihdә yaşayır. 10 Siz dә Onda tamamlanmısınız. O hәr başçının vә hakimin Başıdır. 11 Hәmçinin siz Mәsihdә insan әli ilә deyil, Onun tәmin etdiyi sünnәtlә cismani tәbiәtdәn ayrılaraq sünnәt olundunuz. 12 Vәftizdә Onunla birlikdә dәfn edildiniz vә Onu ölülәr arasından dirildәn Allahın gücünә olan iman vasitәsilә Onunla birlikdә dirildiniz. 13 Siz tәqsirlәriniz vә cismani sünnәtsizliyiniz üzündәn ölü ikәn Allah sizә Mәsihlә birgә hәyat verdi vә bütün tәqsirlәrimizi bağışlayıb 14 tәlәblәri ilә әleyhimizә vә zәrәrimizә olan borc sәnәdini lәğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. 15 Allah başçıları vә hakimlәri tәrk-silah edib, onlara çarmıxda qәlәbә çalaraq alәmdә rüsvay etdi. 16 Buna görә qoy heç kim yemәk-içmәk üzündәn yaxud bayram, Tәzә Ay mәrasimi ya Şәnbә gününә görә sizi mühakimә etmәsin. 17 Çünki bunlar gәlәcәk şeylәrin kölgәsidir, әsli isә Mәsihdәdir. 18 Qoy heç kim sizdәn mütilik vә mәlәklәrә sәcdә tәlәb edәrәk sizi mükafatınızdan mәhrum etmәsin. Belә bir şәxs gördüyü görüntülәrә güvәnir vә boş yerә öz cismani ağlı ilә lovğalanır. 19 O, bәdәnin Başı olan Mәsih ilә әlaqәni itirdi. Bütün bәdәn buğumlar vә bağlarla üzvi surәtdә Mәsihә bağlanaraq tәmin olunur, qurulur vә Allah bәslәdiyinә görә böyüyür. 20 Mәsihlә birgә ölüb dünyanın ibtidai tәlimlәrindәn qurtulduğunuz halda nә üçün dünyadakılar kimi yaşayaraq 21 "buna әl vurma, bunu yemә, buna toxunma"kimi әmrlәrә әmәl edirsiniz? 22 Bunların hamısı istifadә olunduqca mәhv olub gedәn şeylәrlә әlaqәdar olur, çünki insanların verdiyi әmrlәrә vә tәlimlәrә әsaslanır. 23 Şübhәsiz, bu qaydalar uydurma dindarlıq, mütilik vә bәdәnә xәtәr yetirmәkdә zahirәn müdrik görünür, amma cismani tәbiәtin hәvәsinin qarşısını almaq üçün onların heç bir dәyәri yoxdur.
1 Belәliklә, Mәsihlә birlikdә dirildiyinizә görә ucalardakı şeylәri axtarın. Orada Mәsih Allahın sağında oturub. 2 Dünyәvi şeylәri deyil, ucalardakı şeylәri düşünün. 3 Çünki siz ölmüsünüz vә hәyatınız Mәsihlә birlikdә Allahda saxlanılıb. 4 Hәyatınız olan Mәsih zühur edәndә siz dә Onunla birgә izzәtlә zühur edәcәksiniz. 5 Buna görә cisminizin dünyәvi meyllәri olan cinsi әxlaqsızlığı, murdarlığı, şәhvәti, pis ehtirası vә bütpәrәstliyә tay olan tamahkarlığı öldürün. 6 Bunlara görә Allahın qәzәbi itaәtsizlәrin üzәrinә gәlir. 7 Әvvәllәr siz bunların içindә yaşayanda belә hәyat sürdünüz. 8 İndi isә siz dә qәzәbi, hiddәti, kini, böhtanı, ağzınızdan çıxan әdәbsiz sözlәr kimi şeylәrin hamısını kәnara atın. 9 Bir-birinizә yalan demәyin, çünki köhnә mәnliyinizi vә onun әmәllәrini üzәrinizdәn çıxarıb 10 yeni mәnliyә büründünüz. Yeni mәnliyiniz onu Yaradanın surәtinә bәnzәr şәkildә tәzәlәnir ki, biliyiniz tam olsun. 11 Bu tәzәlәnmәdә Yunanla Yәhudi, sünnәtli ilә sünnәtsiz, barbar, Skif, qulla azad arasında fәrq yoxdur: Mәsih hәr şeydir vә hamımızdadır. 12 Belәliklә, Allahın seçilmişlәri, müqәddәslәri vә sevimlilәri kimi ürәk mәrhәmәti, xeyirxahlıq, itaәtkarlıq, hәlimlik vә sәbirә bürünün. 13 Bir-birinizә dözün vә birinizin digәrindәn şikayәti varsa, bağışlayın. Rәbb sizi bağışladığı kimi siz dә bağışlayın. 14 Bütün bunlardan әlavә, kamil birliyin bağı olan mәhәbbәtә bürünün. 15 Mәsihin sülhü qoy ürәklәrinizdә münsiflik etsin, çünki bir bәdәnin üzvlәri kimi bu sülhә dәvәt olundunuz. Hәmçinin şükür edәnlәr olun! 16 Qoy aranızda Mәsihin kәlamı bütün zәnginliyi ilә yaşasın. Bir-birinizә tam müdrikliklә tәlim vә nәsihәt verin, mәzmurlar, ilahilәr vә ruhani nәğmәlәr söylәyib ürәklәrinizdә Allaha minnәtdar ola-ola nәğmә oxuyun. 17 Dediyiniz vә etdiyiniz hәr şeyi Rәbb İsanın adı ilә edin, Onun vasitәsilә Ata Allaha şükür edin. 18 Ey qadınlar, Rәbdә olanlara layiq olduğu kimi әrlәrinizә tabe olun. 19 Ey әrlәr, öz arvadlarınızı sevin vә onlarla sәrt davranmayın. 20 Ey övladlar, hәr işdә ata-ananıza itaәt edin, çünki bu, Rәbbi razı salır. 21 Ey atalar, övladlarınızı incitmәyin, yoxsa cәsarәtlәri qırılar. 22 Ey qullar, hәr işdә dünyәvi ağalarınıza itaәt edin. Bunu insanları razı salmaq üçün gözә xoş görünәn xidmәtlә deyil, sәmimi qәlbdәn, Allahdan qorxaraq edin. 23 Gördüyünüz hәr işi insanlar üçün deyil, Rәbb üçün edәn kimi cani-dildәn edin. 24 Bilin ki, Rәbdәn bunun әvәzinә irs alacaqsınız, çünki siz Rәbb Mәsihә qulluq edirsiniz. 25 Kim haqsızlıq edәrsә, işlәtdiyi haqsızlığın әvәzini alacaq, çünki Rәbb tәrәfkeşlik etmәz.
1 Ey ağalar, bilin ki, göydә sizin dә Ağanız var. Ona görә qullarınızla әdalәtli vә insaflı olun. 2 Özünüzü duaya hәsr edin vә duada şükür edәrәk oyaq durun. 3 Eyni zamanda bizim üçün dә dua edin ki, kәlamı yaymaq üçün Allah bizә bir qapı açsın vә uğrunda hәbs olunduğum Mәsihin sirrini elan edim. 4 Dua edin ki, mәn bu sirri lazımınca açıq-aşkar bildirim. 5 Kәnar insanlarla müdrikliklә rәftar edin vә hәr fürsәtdәn istifadә edin. 6 Sözünüz duzlu vә hәr zaman lütflә dolu olsun. Belәcә hәr adama necә cavab vermәk lazım olduğunu bilәsiniz. 7 Rәbdә sevimli qardaş, sadiq xidmәtçi vә әmәkdaş olan Tixik mәnim barәmdә hәr şeyi sizә bildirәcәk. 8 Onu bu mәqsәdlә yanınıza göndәrdim ki, bizim vәziyyәtimizdәn xәbәrdar olasınız vә o sizin qәlbinizi ovutsun. 9 Onunla birlikdә sizdәn biri olan sadiq vә sevimli Onisim qardaşı da göndәrirәm. Onlar sizә buradakı bütün işlәr barәdә mәlumat verәcәk. 10 Mәnimlә birlikdә mәhbus olan Aristarx vә Barnabanın әmisi oğlu Mark da sizә salam göndәrir. Mark haqqında әmrlәri almısınız. Yanınıza gәlsә, onu qәbul edin. 11 Yust çağırılan Yeşua da sizә salam göndәrir. Sünnәtlilәrdәn yalnız bunlar Allahın Padşahlığı üçün mәnim әmәkdaşlarımdır vә onlar mәnә tәsәlli verdilәr. 12 Mәsih İsanın qulu vә sizdәn olan Epafra sizә salam göndәrir. Allahın hәr iradәsini yerinә yetirәrәk kamil vә tam әminliklә möhkәm dayanasız deyә o sizin üçün hәr zaman dualar edәrәk mübarizә aparır. 13 Onun haqqında şәhadәt edirәm ki, sizin üçün, Laodikeyada vә Hierapolisdә olanlar üçün çox zәhmәt çәkir. 14 Sevimli hәkim Luka vә Dima da sizә salam göndәrir. 15 Laodikeyada olan bacı-qardaşlara, Nimfaya vә onun evindәki cәmiyyәtә salam söylәyin. 16 Bu mәktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cәmiyyәtindә dә oxudun, Laodikeyadan gәlәn mәktubu isә siz dә oxuyun. 17 Arxipә bunu deyin: "Rәbdә sәnә tapşırılan xidmәti diqqәtlә başa çatdır". 18 Mәn Paul bu salamı öz әlimlә yazıram. Unutmayın ki, mәn hәbsdәyәm. Sizә lütf olsun!
1 Paul, Sila vә Timoteydәn Ata Allah vә Rәbb İsa Mәsihdә olan Saloniklilәr cәmiyyәtinә salam! Sizә lütf vә sülh olsun! 2 Dualarımızda sizi yada salıb hәmişә hәr birinizә görә Allaha şükür edirik. 3 Çünki imandan yaranan әmәllәrinizi, mәhәbbәtdәn doğan zәhmәtinizi vә Rәbbimiz İsa Mәsihә bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq. 4 Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. 5 Ona görә ki yaydığımız Müjdә yalnız sözlә deyil, qüvvә ilә, Müqәddәs Ruhla vә çox inandırıcılıqla sizә çatıb. Aranızda ikәn sizin üçün necә bir adam olduğumuzu bildiniz. 6 Siz dә böyük әziyyәt içindә Müqәddәs Ruhun verdiyi sevinclә kәlamı qәbul edib bizdәn vә Rәbdәn nümunә götürdünüz. 7 Belәliklә, siz Makedoniya vә Axayyadakı bütün imanlılar üçün nümunә oldunuz. 8 Çünki Rәbbin kәlamının sәdası sizdәn yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya vә Axayyaya deyil, hәr yerә çatıb. Daha bizә söz demәyә ehtiyac qalmadı. 9 Çünki özlәri xәbәr yaydılar ki, bizi nә qәdәr yaxşı qarşıladınız vә var olan hәqiqi Allaha qulluq etmәk üçün, hәmçinin Onun ölülәr arasından diriltdiyi Oğlunun, yәni bizi gәlәcәk qәzәbdәn qurtaran İsanın göylәrdәn zühurunu gözlәmәk üçün bütlәrdәn Allaha tәrәf necә döndünüz.
1 Qardaşlar, özünüz dә bilirsiniz ki, yanınıza gәlmәyimiz әbәs olmadı. 2 Bildiyiniz kimi, әvvәlcә Filipidә әziyyәt çәkmiş, tәhqir olunmuşduq. Amma böyük ziddiyyәtlәrә baxmayaraq, Allahın Müjdәsini sizә bәyan etmәk üçün Allahımızdan cәsarәt aldıq. 3 Çünki bizim çağırışımız aldatmağa, murdarlığa әsaslanmır vә bunun hiylәgәrliyә dә dәxli yoxdur. 4 Әksinә, Allah tәrәfindәn Müjdәni yaymaq tapşırığını almağa layiq görüldüyümüzә görә insanları deyil, ürәklәrimizi sınaqdan keçirәn Allahı razı salmaqdan ötrü danışırıq. 5 Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlәrlә yaxud tamahkarlığı gizlәdәn riyakarlıqla gәlmәdik. Allah da buna şahiddir. 6 İzzәti heç bir insanda – nә sizdә, nә dә başqalarında axtardıq. 7 Mәsihin hәvarilәri kimi bunu sizdәn tәlәb edә bilәrdik, amma biz sizinlә övladlarını isti qucağına alıb yedirdәn ana kimi mülayim rәftar etdik. 8 Sizlәrә elә könül bağlamışdıq ki, yalnız Allahın Müjdәsini deyil, öz canlarımızı belә, sizә vermәyә razı idik. Çünki bizim sevimlilәrimiz idiniz. 9 Bәli, qardaşlar, bizim әmәk vә zәhmәtimizi xatırlayırsınız: heç birinizә yük olmamaq üçün gecә-gündüz çalışaraq sizә Allahın Müjdәsini vәz etdik. 10 Siz imanlılarla necә müqәddәs, saleh vә nöqsansız davrandığımıza hәm özünüz, hәm dә Allah şahiddir. 11 Bildiyiniz kimi, ata övladları ilә necә rәftar edirsә, biz dә hәr birinizlә elә rәftar etdik. 12 Sizә öyüd verdik, ruhlandırdıq vә yalvardıq ki, Öz Padşahlığına vә izzәtinә çağıran Allaha layiq şәkildә hәyat sürәsiniz. 13 Biz dә dayanmadan Allaha şükür edirik ki, siz bizdәn eşitdiyiniz Allah kәlamını qәbul edәndә onu bәşәri söz kimi deyil, hәqiqәtәn, Allahın kәlamı olaraq qәbul etdiniz. Siz imanlılarda fәaliyyәt göstәrәn dә bu kәlamdır. 14 Çünki qardaşlar, siz Allahın Yәhudeyadakı Mәsih İsada olan cәmiyyәtlәrindәn nümunә götürdünüz. Onların Yәhudilәrdәn çәkdiyi әzabları eynilә siz dә öz soydaşlarınızdan çәkdiniz. 15 Yәhudilәr Rәbb İsanı vә peyğәmbәrlәri öldürdü, bizi dә tәqib etdi. Onlar Allahı narazı salır vә bütün insanlara qarşı çıxır. 16 Çünki başqa millәtlәr xilas olsunlar deyә biz onlarla danışanda bu Yәhudilәr bizә mane olur. Belәcә hәr zaman günahlarının üzәrinә günah gәtirirlәr. Axırda Allahın qәzәbinә düçar oldular. 17 Bizsә, qardaşlar, qısa bir müddәt üçün qәlbәn deyil, şәxsәn sizdәn mәhrum olduq, ona görә böyük arzu ilә üzünüzü görmәyә daha çox sәy göstәrdik. 18 Biz yanınıza gәlmәyi arzu etdik, dәfәlәrlә mәn Paul bunu istәdim, amma Şeytan bizә mane oldu. 19 Rәbbimiz İsa zühur edәndә ümidimiz, sevincimiz yaxud Onun önündә fәxr tacımız nәdir? Siz deyilsinizmi? 20 Çünki siz bizim izzәtimiz vә sevincimizsiniz.
1 Buna görә dә artıq dözmәyib Afinada tәk qalmağa razı olduq 2 vә qardaşımız, Mәsihin Müjdәsini yaymaqda Allahın әmәkdaşı olan Timoteyi sizi imanda möhkәmlәndirmәk vә ruhlandırmaq üçün göndәrdik. 3 Belә ki qoy bu әziyyәtlәrdәn heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün tәyin olunmuşuq. 4 Çünki yanınızda olarkәn әziyyәt çәkәcәyimizi sizә әvvәlcәdәn demişdik vә bildiyiniz kimi, belә dә oldu. 5 Buna görә mәn artıq dözmәyib Timoteyi yanınıza göndәrdim ki, imanınızdan xәbәrdar olum. Qorxdum ki, sınağaçәkәn bәlkә sınaqları ilә sizi yoldan çıxarmış olar vә әmәyimiz hәdәr gedәr. 6 Amma yanınızdan indicә qayıdan Timotey imanınız vә mәhәbbәtiniz haqqında bizә şad xәbәr gәtirdi. O dedi ki, siz bizi daim xoş tәәssüratla yada salırsınız vә biz hәsrәtinizi çәkdiyimiz kimi siz dә hәsrәtimizi çәkirsiniz. 7 Ona görә dә, qardaşlar, bütün sıxıntı vә әziyyәtimizә baxmayaraq, imanınıza görә sizdәn tәsәlli aldıq. 8 Çünki sizin Rәbdә qalmağınız indi bizә hәyat verir. 9 Allahımız qarşısında sizә görә tam sevincimiz var. Belә olmasaydı, sizә görә Allaha necә şükür edә bilәrdik? 10 Sizin üzünüzü görmәk vә imanınızda çatışmayanları tamamlamaq üçün gecә-gündüz sәylә dua edirik. 11 Qoy Atamız Allah Özü vә Rәbbimiz İsa bizim üçün sizin tәrәflәrә yol açsın. 12 Rәbb bir-birinizә vә bütün insanlara olan mәhәbbәtinizi sizә olan mәhәbbәtimiz tәk artırıb-çoxaltsın. 13 Belә ki Rәbbimiz İsa bütün müqәddәslәri ilә birgә zühur edәcәyi vaxt Atamız Allahın önündә müqәddәslikdә nöqsansız olmağınız üçün ürәklәrinizә qüvvә versin. Amin.
1 Qardaşlar, necә hәyat sürmәk vә Allahı razı salmaq barәdә bizdәn tәlimat aldınız. Nәhayәt, Rәbb İsa naminә sizdәn xahiş edir vә yalvarırıq ki, belә hәyat sürmәkdә daha çox inkişaf edin. 2 Rәbb İsanın sәlahiyyәti ilә sizә hansı әmrlәri verdiyimizi bilirsiniz. 3 Çünki Allahın iradәsinә görә müqәddәslik yolunuz belәdir: cinsi әxlaqsızlıqdan qaçın, 4 hәr biriniz Allahı tanımayan bütpәrәstlәr kimi şәhvәt vә ehtirasla deyil, müqәddәslik vә hörmәtlә arvad almağı öyrәnin, 6 heç kim haqsızlıq edib bacı-qardaşını istismar etmәsin. Çünki әvvәlcә sizә dediyimiz vә xәbәrdarlıq etdiyimiz kimi, Rәbb bütün bunlara görә qisas alacaq. 7 Çünki Allah bizi murdarlığa deyil, müqәddәsliyә çağırmışdır. 8 Ona görә bu tәlimatı rәdd edәn kәs insanı deyil, sizә Öz Müqәddәs Ruhunu bәxş edәn Allahı rәdd edir. 9 Qardaşlıq sevgisinә gәlincә, sizә yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevmәyi öyrәdib. 10 Әslindә, siz bütün Makedoniyadakı bacı-qardaşların hamısı ilә belә davranırsınız. Lakin ey qardaşlar, rica edirik ki, belә işlәrin sayını artırın. 11 Sizә әmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlә mәşğul olasınız vә әliniz işdә-gücdә olsun; 12 belә ki kәnar şәxslәrin qarşısında hörmәtәlayiq şәkildә hәyat sürәsiniz vә heç kimdәn tәminat almağa ehtiyac duymayasınız. 13 Qardaşlar, vәfat edәnlәr haqqında bixәbәr qalmağınızı istәmirik ki, ümidsiz olan digәr adamlar kimi kәdәrlәnmәyәsiniz. 14 Axı İsanın ölüb-dirilmәsinә inanırıqsa, demәk İsaya bağlanaraq vәfat edәnlәri dә Allah Onunla birgә qaytaracaq. 15 Çünki Rәbbin kәlamına әsaslanaraq sizә deyirik ki, Rәbbin zühurunadәk sağ qalan bizlәr vәfat edәnlәrdәn әsla qabağa keçmәyәcәyik. 16 Rәbb Özü әmrini sәslәndirmәklә, baş mәlәyin sәdası vә Allahın şeypuru ilә göydәn enәcәk. Әvvәlcә Mәsihdә olaraq ölәnlәr dirilәcәk. 17 Ondan sonra sağ qalan bizlәr Rәbbi havada qarşılamaq üçün onlarla birgә buludlar içindә götürülüb-aparılacaq vә belәcә daim Rәblә olacağıq. 18 Buna görә bir-birinizә bu sözlәrlә tәsәlli verin.
1 Qardaşlar, zaman vә mәqamlar barәdә sizә yazmağa ehtiyac yoxdur. 2 Çünki özünüz dә çox yaxşı bilirsiniz ki, Rәbbin günü oğru gecә gәldiyi kimi gәlәcәk. 3 İnsanlar "sülh vә tәhlükәsizlik" deyәndә hamilә qadının ağrıları necә qәfildәn tutursa, onlar da elә qәfil mәhvә düçar olacaq vә bundan әsla qaça bilmәyәcәklәr. 4 Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. 5 Axı hamınız nur vә gündüz övladlarısınız. Biz nә gecәnin, nә dә qaranlığın övladlarıyıq. 6 Ona görә gәlin başqaları kimi yatmayaq, әksinә, oyanıb ayıq-sayıq dayanaq. 7 Çünki yatanlar gecә yatır, әyyaşlar da gecә vaxtı әyyaşlıq edir. 8 Gündüzә aid olan bizlәrsә iman vә mәhәbbәtlә döşümüzә zireh taxaraq xilas ümidini dәbilqә kimi başımıza qoyub ayıq-sayıq olaq. 9 Çünki Allah bizi qәzәbә düçar olmaq üçün deyil, Rәbbimiz İsa Mәsih vasitәsilә xilasa nail olmaq üçün tәyin edib. 10 Mәsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdә yaşayaq. 11 Buna görә indiki kimi bir-birinizi ürәklәndirin vә ruhәn inkişaf etdirin. 12 Ey qardaşlar, xahiş edirik ki, aranızda zәhmәt çәkәnlәrin, Rәbdә sizә başçılıq edib nәsihәt verәnlәrin qәdrini bilin. 13 Etdiklәri әmәlә görә onlara hәdsiz mәhәbbәtlә hörmәt göstәrin. Bir-birinizlә sülh içindә yaşayın. 14 Qardaşlar, sizә yalvarırıq, avaralara nәsihәt verin, cәsarәtsizlәri ruhlandırın, zәiflәrә yardım edin, hamıya qarşı sәbirli olun. 15 Diqqәtli olun ki, heç kim pisliyә pisliklә cavab vermәsin, әksinә, bir-birinizә vә bütün insanlara hәmişә yaxşılıq etmәyә çalışın. 16 Daima sevinin, 17 durmadan dua edin, 18 hәr vәziyyәtdә şükür edin. Çünki bunlar Mәsih İsada olan sizlәr üçün Allahın iradәsidir. 19 Ruhu söndürmәyin. 20 Peyğәmbәrlik sözlәrinә xor baxmayın. 21 Hәr şeyi sınaqdan keçirin vә yaxşı olandan möhkәm tutun. 22 Hәr cür şәrdәn uzaq durun. 23 Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilә tәqdis etsin vә Rәbbimiz İsa Mәsihin zühurunda ruhunuz, canınız vә bәdәniniz nöqsansız olaraq qorunsun. 24 Sizi çağıran Allah sadiqdir vә bunu edәcәk. 25 Qardaşlar, bizim üçün dua edin. 26 Bütün bacı-qardaşları müqәddәs öpüşlә salamlayın. 27 Rәbb naminә sizә and verirәm ki, bu mәktubu bütün bacı-qardaşlara oxuyun. 28 Rәbbimiz İsa Mәsihin lütfü sizә yar olsun!
1 Paul, Sila vә Timoteydәn Atamız Allah vә Rәbb İsa Mәsihdә olan Saloniklilәr cәmiyyәtinә salam! 2 Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 3 Qardaşlar, sizin üçün hәmişә Allaha şükür etmәliyik vә belә etmәyimiz yerinә düşәr, çünki imanınız artıqca artır vә hamınızın bir-birinizә olan mәhәbbәti çoxalır. 4 Bunun üçün tab gәtirdiyiniz bütün tәqiblәrә, әziyyәtlәr zamanı dözümünüzә vә imanınıza görә Allahın cәmiyyәtlәrindә sizinlә özümüz dә fәxr edirik. 5 Bu şeylәr Allahın әdalәtli hökmünün әlamәtidir ki, nәticәdә uğrunda indi әzab çәkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız. 6 Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizә әziyyәt verәnlәrә әziyyәt, 7 әziyyәt çәkәn sizlәrә isә bunun әvәzindә bizimlә birlikdә rahatlıq verilәcәk. Bu, Rәbb İsanın qüdrәtli mәlәklәri ilә od-alov içәrisindә göydәn zühur etdiyi zaman olacaq. 8 O zaman Rәbbimiz İsa Allahı tanımayanlardan vә Özü barәdә olan Müjdәyә itaәt etmәyәnlәrdәn qisas alacaq. 9 Onlara Rәbbin hüzurundan vә qüdrәtinin izzәtindәn mәhrum qalıb әbәdi olaraq mәhv edilmә cәzası verilәcәk. 10 Bunlar Rәbbin Öz müqәddәslәri arasında izzәt qazanmaq vә bütün imanlıları heyrәtә gәtirmәk üçün gәldiyi gün baş verәcәk. Siz dә belә imanlılardansınız, çünki etdiyimiz şәhadәtә inandınız. 11 Buna görә sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hәr yaxşı niyyәtinizi vә imandan asılı hәr әmәlinizi Öz qüdrәti ilә yerinә yetirsin. 12 Belә ki Allahımızın vә Rәbb İsa Mәsihin lütfünә görә Rәbbimiz İsanın adı sizdә izzәt qazansın vә siz dә Onda izzәt qazanasınız.
1 Rәbbimiz İsa Mәsihin zühuruna vә bizim Onunla birlikdә olmaq üçün toplaşmağımıza gәlincә, qardaşlar, sizdәn xahiş edirik: 2 qoy "Rәbbin günü çatmışdır" deyә iddia edәn hәr hansı bir ruh, bir söz yaxud guya bizdәn gәlәn bir mәktub sizi tez ağıldan çıxarıb tәlaşa salmasın. 3 Heç kim sizi heç bir şәkildә aldatmasın. Çünki әvvәl üsyan qaldırılaraq hәlak edilmәli qanunsuz adam meydana çıxmayınca o gün gәlmәyәcәk. 4 O adam, allah adlanan yaxud sәcdә edilәn hәr şeyә qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belә ki Allahın mәbәdindә әylәşib özünün Allah olduğunu elan edәcәk. 5 Hәlә yanınızda olarkәn bunları sizә söylәdiyim yadınızda deyilmi? 6 Bәli, vaxtı çatanda meydana çıxsın deyә indi o adama nәyin mane olduğunu bilirsiniz. 7 Hәlә indi dә qanunsuzluğun sirli gücü fәaliyyәtdәdir. Ancaq hәlәlik hәmin gücә mane olan şәxs aradan qalxanadәk belә olacaq. 8 Sonra hәmin qanunsuz adam meydana çıxacaq vә Rәbb İsa onu ağzından çıxan nәfәsi ilә öldürәcәk, Öz zühurunun әzәmәti ilә mәhv edәcәk. 9 Bu qanunsuz adam Şeytanın fәaliyyәtinә әsaslanaraq hәr cür yalan möcüzә, әlamәt vә xariqәlәrlә 10 vә hәmçinin hәr cür haqsızlığın hiylәsi ilә gәlәcәk ki, hәqiqәti sevәrәk xilas olmaq әvәzinә, bunu rәdd etdiklәri üçün hәlak olacaq insanları aldatsın. 11 Buna görә Allah onların üzәrinә aldadıcı bir qüvvә göndәrir ki, yalana inansınlar. 12 Belә ki hәqiqәtә inanmayıb haqsızlıq etmәkdәn zövq alanların hamısı mühakimә olunsun. 13 Bizsә, ey Rәbbin sevdiyi qardaşlar, sizin üçün hәmişә Allaha şükür etmәliyik. Çünki Allah başlanğıcdan sizi Ruhun tәqdisi vә hәqiqәtә iman vasitәsilә xilas üçün seçdi. 14 Rәbbimiz İsa Mәsihin izzәtinә nail olmağınız üçün O bizim yaydığımız Müjdә ilә sizi bu xilasa çağırdı. 15 Belәliklә, qardaşlar, möhkәm dayanın vә sözümüz yaxud mәktubumuz vasitәsilә öyrәndiyiniz tәlimlәrә bağlı qalın. 16 Rәbbimiz İsa Mәsihin Özü vә bizi sevib lütfü ilә әbәdi cәsarәt vә xeyirli ümid verәn Atamız Allah 17 sizi ürәklәndirsin, hәr yaxşı söz vә әmәldә möhkәmlәndirsin.
1 Nәhayәt, qardaşlar, bizim üçün dua edin ki, Rәbbin kәlamı aranızda olduğu kimi sürәtlә yayılıb izzәt qazansın, 2 pis vә şәr adamlardan xilas olaq. Çünki iman hamıya mәxsus deyil. 3 Amma Rәbb etibarlıdır. O sizi möhkәmlәndirib şәr olandan qoruyacaq. 4 Biz dә Rәbbә güvәnәrәk sizdәn arxayınıq ki, verdiyimiz әmrlәrә әmәl edirsiniz vә edәcәksiniz. 5 Qoy Rәbb ürәklәrinizi Allahın mәhәbbәtinә vә Mәsihin dözümünә yönәltsin. 6 Ey qardaşlar, Rәbbimiz İsa Mәsihin adı ilә sizә әmr veririk ki, bizdәn qәbul etdiyi tәlimә görә yaşamayan, avara hәyat sürәn hәr bir bacı-qardaşdan uzaqlaşın. 7 Bizlәrdәn necә nümunә götürmәk lazım olduğunu özünüz dә bilirsiniz. Çünki yanınızda olarkәn avara dolanmadıq, 8 heç kimin çörәyini müftә yemәdik. Әksinә, gecә-gündüz әmәk vә zәhmәt çәkәrәk işlәdik ki, heç birinizә yük olmayaq. 9 Bunu ixtiyarımız çatmadığına görә deyil, sizә nümunәvi yol göstәrәrәk bu yolla getmәyiniz üçün etdik. 10 Hәtta biz sizinlә olarkәn sizә bu әmri verdik: kim işlәmәk istәmirsә, yemәk dә yemәsin. 11 Eşitmişik ki, sizlәrdәn bәzisi avara hәyat sürür; heç bir iş görmәdiklәri halda hәr şeyә qarışırlar. 12 Belәlәrinә Rәbb İsa Mәsih naminә әmr verib xәbәrdarlıq edirik ki, sakitcә işlәyib öz çörәklәrini yesinlәr. 13 Sizsә, qardaşlar, yaxşılıq etmәkdәn yorulmayın. 14 Әgәr kimsә bu mәktubdakı sözlәrimizә qulaq asmaq istәmәzsә, onu nәzәrdә saxlayın vә onunla әlaqәni kәsin ki, utansın. 15 Yenә dә onu düşmәn sanmayın, bir qardaş kimi ona nәsihәt verin. 16 Sülh qaynağı olan Rәbbin Özü isә sizә hәr zaman vә hәr vәziyyәtdә sülh versin! Rәbb hamınıza yar olsun! 17 Mәn Paul salamı sizә öz әlimlә yazıram. Bunu hәr mәktubumda xüsusi bir işarә kimi yazıram. 18 Rәbbimiz İsa Mәsihin lütfü hamınıza yar olsun!
1 Xilaskarımız Allahın vә ümidimiz olan Mәsih İsanın әmrinә görә Mәsih İsanın hәvarisi mәn Pauldan 2 imanda mәnә әsl oğul olan Timoteyә salam! Ata Allahdan vә Rәbbimiz Mәsih İsadan sәnә lütf, mәrhәmәt vә sülh olsun! 3 Makedoniyaya gedәrkәn mәn sәndәn xahiş etdiyim kimi Efesdә qal vә bәzi insanlara әmr et ki, yad tәlim yaymasınlar, 4 әfsanә vә bitmәz-tükәnmәz nәsil şәcәrәlәri ilә mәşğul olmasınlar. Çünki bu şeylәr Allahın niyyәtinin imanla yerinә yetmәsi üçün faydalı deyil, әksinә boş mübahisәlәrә sәbәb ola bilәr. 5 Bu әmrin mәqsәdi pak ürәkdәn, tәmiz vicdandan vә riyasız imandan gәlәn mәhәbbәtdir. 6 Bәzi adamlar isә bunlardan azaraq boşboğazlığa qapıldılar. 7 Qanun müәllimi olmaq istәyirlәr, amma nә söylәdiklәri sözlәri, nә dә üstündә durduqları mövzuları anlayırlar. 8 Biz bilirik ki, kimsә Qanundan qanuni şәkildә istifadә edәrsә, Qanun yaxşıdır. 9 Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar vә itaәtsizlәr, allahsızlarla günahkarlar, müqәddәs olmayanlar vә Allahla әlaqәsi olmayanlar, ata vә analarını öldürәnlәr, qatillәr, 10 әxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar vә sağlam tәlimә zidd olan bütün başqaları üçün qoyulmuşdur. 11 Bәxtiyarlıq mәnbәyi olan Allahın mәnә әmanәt etdiyi izzәtli Müjdәyә görә bu belәdir. 12 Mәnә qüvvәt verәn Rәbbimiz Mәsih İsaya şükür edirәm ki, mәni sadiq sayıb Öz xidmәtinә tәyin etdi. 13 Әvvәllәr Ona küfr edәn, tәqibçi vә söyüşçü olduğum halda mәnә mәrhәmәt edildi. Çünki nә etdimsә, cahillik vә imansızlıq üzündәn etdim. 14 Amma Rәbbimizin lütfü Mәsih İsada olan iman vә mәhәbbәtlә birlikdә mәnә bol-bol ehsan edildi. 15 Mәsih İsa günahkarları xilas etmәk üçün dünyaya gәldi, bu söz etibarlı vә tamamilә qәbul olunmağa layiq sözdür. O günahkarlardan әn betәri mәnәm. 16 Lakin әn betәri olduğum halda mәnә buna görә mәrhәmәt edildi ki, Mәsih İsa mәnim vasitәmlә hәdsiz sәbrini göstәrsin. Ona görә ki gәlәcәkdә Ona iman edib әbәdi hәyata malik olanlara mәn nümunә olum. 17 Әsrlәrin Padşahı, ölmәz, görünmәz vә bir olan Allaha әbәdi olaraq hörmәt vә izzәt olsun! Amin. 18 Oğlum Timotey, әvvәlcәdәn sәnin haqqında söylәnәn peyğәmbәrlik sözlәrinә әsasәn bu әmri sәnә hәvalә edirәm ki, bu sözlәrә güvәnәrәk yaxşı mübarizә aparasan, 19 imana vә tәmiz vicdana sarılasan. Bәzilәri tәmiz vicdanı rәdd edәrәk imanlarını qәzaya uğrayan gәmi kimi batırdılar. 20 Himeney vә İsgәndәr dә onlardandır. Küfr etmәmәyi öyrәnsinlәr deyә onları Şeytana tәslim etdim.
1 Hәr şeydәn әvvәl xahiş edirәm: möminlik vә lәyaqәtlә sakit vә rahat ömür sürmәyimiz üçün, bütün insanlar, o cümlәdәn, padşahlar vә hakimiyyәt sahibi olanların hamısı üçün yalvarış, dua, vәsatәt vә şükürlәr edilsin. 3 Çünki bu yaxşıdır vә Xilaskarımız Allahı razı salır. 4 O bütün insanların xilas olub hәqiqәti dәrk etmәsini istәyir. 5 Çünki bir Allah vә Allahla insanlar arasında bir Vasitәçi vardır. O, İnsan olan Mәsih İsadır. 6 O hamını satın almaq üçün Özünü fidyә verdi vә bu da münasib vaxtda edilәn şәhadәtdir. 7 Mәn dә hәmin şәhadәtin vaizi vә hәvarisi tәyin edildim – yalanı deyil, hәqiqәti söylәyirәm. Başqa millәtlәrә iman vә hәqiqәt öyrәdәn müәllim oldum. 8 Buna görә istәyirәm ki, kişilәr qәzәblәnmәdәn, mübahisә etmәdәn hәr yerdә müqәddәs әllәr qaldırıb dua etsinlәr, 9 qadınlar da әdәbli görkәmlә, abır-hәya vә ağıl-kamalla bәzәnsinlәr. Dәbdәbәli saç düzümü ilә, qızıllarla, mirvarilәrlә vә yaxud bahalı paltarlarla deyil, 10 mömin olduqlarını bәyan edәn qadınlara yaraşan tәrzdә xeyirli işlәrlә bәzәnmәlәrini istәyirәm. 11 Qadın sakitlik vә tam bir tabelik içindә öyrәnsin; 12 qadının öyrәdib kişiyә ağalıq etmәsinә izin vermirәm, qadın sakit olsun. 13 Çünki ilk yaradılan Adәm oldu, sonra Hәvva. 14 Aldadılan da Adәm deyildi, qadın aldadılıb әmri pozdu; 15 amma qadın doğuşla xilas olacaq, bir şәrtlә ki ağıl-kamalla imanda, mәhәbbәtdә vә müqәddәslikdә yaşamağa davam etsin.
1 Bu söz etibarlıdır: kim cәmiyyәtdә nәzarәtçi olmağa can atırsa, xeyirli iş arzu edir. 2 Nәzarәtçi nöqsansız, tәk arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, әdәbli, qonaqpәrvәr olmalı, öyrәtmәyi bacarmalıdır. 3 Şәrab düşkünü olmamalı; zorakı deyil, mülayim olmalı; davakar vә pulpәrәst olmamalıdır. 4 Öz evini yaxşı idarә etmәli, tam bir lәyaqәtlә uşaqlarını öz tabeliyindә saxlamalıdır. 5 Öz şәxsi evini idarә edә bilmәyәn Allahın cәmiyyәtinin qayğısına necә qala bilәr? 6 Nәzarәtçi yeni iman etmiş adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakimәyә uğraya bilәr. 7 Kәnar insanlar tәrәfindәn dә yaxşı bir insan kimi tanınmalıdır. Belә ki iblisin qurduğu tora düşüb utandırılmasın. 8 Cәmiyyәt xidmәtçilәri dә lәyaqәtli olmalıdır. Riyakar, şәrab düşkünü yaxud haqsız qazanca hәris olmamalıdır. 9 İman sirrini tәmiz vicdanla saxlamalıdırlar. 10 Onlar da әvvәlcәdәn sınaqdan keçsinlәr, әgәr nöqsanları olmazsa, o zaman xidmәt etsinlәr. 11 Qadınlar da böhtançı deyil, lәyaqәtli, ayıq vә hәr şeydә sadiq olmalıdırlar. 12 Xidmәtçilәr tәk arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını vә evlәrini yaxşı idarә etsinlәr. 13 Çünki yaxşı xidmәt edәnlәr özlәri üçün yaxşı bir mövqe vә Mәsih İsaya olan imanlarında böyük cәsarәt qazanırlar. 14 Tezliklә yanına gәlmәk ümidi ilә bu şeylәri sәnә yazıram ki, 15 әgәr geciksәm belә, sәn Allahın ev xalqı arasında necә hәyat sürmәk lazım olduğunu bilәsәn. Bu xalq var olan Allahın cәmiyyәti, hәqiqәtin dirәyi vә bünövrәsidir. 16 Şübhәsiz ki, möminliyin sirri böyükdür: O, cismәn zühur etdi, Ruh tәrәfindәn tәsdiq olundu, Mәlәklәrә göründü, Millәtlәrә vәz olundu, Dünyada Ona iman edildi, İzzәtlә göyә çәkildi.
1 Ruh aydın şәkildә deyir ki, gәlәcәkdә bәzilәri imandan dönәcәk, aldadıcı ruhlara vә cinlәrin tәlimlәrinә qulaq asacaqlar. 2 Bu tәlimlәr yalançıların ikiüzlülüyü ilә yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdi. 3 Bu yalançılar evlәnmәyi qadağan edir vә bәzi yemәklәrdәn çәkindirirlәr. Amma Allah bu yemәklәri iman edib hәqiqәti dәrk edәnlәrin şükürlә qәbul etmәsi üçün yaradıb. 4 Çünki Allahın yaratdığı hәr şey yaxşıdır, şükürlә qәbul edilәn heç bir şey rәdd edilmәmәlidir. 5 Çünki hәr şey Allahın kәlamı vә dua ilә tәqdis olur. 6 Bunları bacı-qardaşlara öyrәtsәn, imanın vә әmәl etdiyin yaxşı tәlimatın sözlәri ilә qidalanaraq Mәsih İsanın yaxşı bir xidmәtçisi olarsan. 7 Allahsız, axmaq qoca qarı әfsanәlәrindәn uzaq dur. Mömin olmaq üçün özünü yetişdir. 8 Bәdәn mәşqinin az faydası olur, möminlik isә hәr şey üçün faydalıdır, çünki bunda indi vә gәlәcәk üçün hәyat vәdi var. 9 Bu söz etibarlıdır vә tamamilә qәbul olunmağa layiq sözdür. 10 Ona görә dә biz zәhmәt çәkir vә mübarizә aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusәn iman edәnlәrin Xilaskarı, var olan Allaha bağlamışıq. 11 Bunları buyur vә öyrәt. 12 Gәnc olduğun üçün qoy heç kim sәnә xor baxmasın. Amma sözdә, hәyat tәrzindә, mәhәbbәtdә, imanda, paklıqda imanlılara nümunә ol. 13 Mәn gәlincә Müqәddәs Yazıları hamıya oxumaqla, nәsihәt vermәklә, tәlim vermәklә mәşğul ol. 14 Ağsaqqallar әllәrini sәnin üzәrinә qoyanda sәnә peyğәmbәrlik sözü ilә verilәn sәndә olan ruhani әnama etinasızlıq etmә. 15 Bunların hamısına sәy göstәrәrәk özünü hәsr et ki, sәnin inkişafın hamıya aşkar olsun. 16 Özünә vә verdiyin tәlimә diqqәtli ol. Bu işlәrlә mәşğul olmağa davam et. Çünki bunu etmәklә hәm özünü, hәm dә sәni dinlәyәnlәri xilas edәcәksәn.
1 Ağsaqqalla sәrt danışma, ona ata kimi, cavanlara isә qardaş kimi, 2 ağbirçәklәrә ana kimi, gәnc qadınlara tamamilә saf ürәklә bir bacı kimi nәsihәt ver. 3 Hәqiqi dul qadınlara hörmәt et. 4 Lakin әgәr bir dul qadının uşaqları ya da nәvәlәri varsa, bunlar әvvәlcә öz ailәlәrinә yardım edәrәk möminliyi, yaşlı ailә üzvlәrinә dә haqqını vermәyi öyrәnsinlәr. Çünki bu, Allahı razı salır. 5 Hәqiqi dul qalıb kimsәsiz qadın öz ümidini Allaha bağlamışdır, gecә-gündüz Ona yalvarmağa vә dua etmәyә davam edir. 6 Keflә yaşayan dul qadınsa yaşadığı halda ölüdür. 7 Nöqsansız olmaqları üçün bu әmrlәri tapşır. 8 Öz yaxınlarının, xüsusәn, ailә üzvlәrinin qayğısına qalmayan insan imanı inkar etmiş vә imansızdan betәrdir. 9 Qoy bir dul qadının adı dullar siyahısına bu şәrtlә yazılsın: әn azı altmış yaşına çatmış, әrinә sadiq olmuş, 10 etdiyi yaxşı işlәrlә tanınmış olsun, mәsәlәn, uşaqlar böyütmüş, qonaqpәrvәrlik göstәrmiş, müqәddәslәrin ayaqlarını yumaqla xidmәt etmiş, әziyyәt çәkәnlәrә yardım etmiş, hәr cür xeyirli işlә mәşğul bir şәxs olmalıdır. 11 Altmış yaşa çatmamış dul qadınları isә siyahıya yazma. Çünki cismani istәklәri Mәsihә bağlılıqlarına qalib gәlәn kimi әrә getmәk istәyәrlәr. 12 Belәcә verdiklәri ilk sözdәn çıxdıqları üçün mühakimәyә mәruz qalırlar. 13 Eyni zamanda evdәn evә gәzәrәk tәnbәlliyә öyrәnәrlәr. Yalnız tәnbәllik deyil, lazım olmayan sözlәr danışaraq qeybәt edәrlәr, başqalarının işlәrinә burunlarını soxarlar. 14 Belәliklә, yaşa dolmamış dul qadınların әrә getmәsini, uşaq doğmasını, evini idarә etmәsini, düşmәnә heç bir böhtan atmaq fürsәtini vermәmәsini istәyirәm. 15 Artıq bәzilәri azıb Şeytanın ardınca getmişdir. 16 İmanlı bir qadının dul qadın yaxınları varsa, qoy onlara yardım etsin. İmanlılar cәmiyyәti belә yükün altına girmәsin ki, hәqiqi dul qadınlara yardım edә bilsin. 17 Cәmiyyәti yaxşı idarә edәn ağsaqqallar, xüsusәn, vәz vә tәlim işindә zәhmәt çәkәnlәr maddi vә mәnәvi cәhәtdәn tәmin olunmağa layiq görülsün. 18 Çünki Müqәddәs Yazıda belә deyilir: "Xırman çәkәn öküzün ağzını bağlama" vә "işçi öz haqqına layiqdir". 19 İki yaxud üç şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama әhәmiyyәt vermә. 20 Günah işlәdәn ağsaqqalları hamının qarşısında mәzәmmәt et ki, digәrlәri dә günah işlәtmәkdәn qorxsun. 21 Allahın, Mәsih İsanın vә seçilmiş mәlәklәrin önündә sәnin öhdәnә qoyuram ki, ayrı-seçkilik salmadan, tәrәfkeşlik etmәdәn bu tәlimatlara riayәt edәsәn. 22 Heç kimin üzәrinә tәlәsәrәk әl qoyma, başqalarının günahlarına şәrik olma, özünü pak saxla. 23 Yalnız su içmәkdәn vaz keç; mәdәnә vә tez-tez baş verәn xәstәliklәrinә görә bir az şәrab da iç. 24 Bәzi insanların günahları mühakimәyә düşәndәn әvvәl dә bәllidir, digәrlәrininki isә sonradan ortaya çıxar. 25 Belәcә yaxşı işlәr dә qabaqcadan bәllidir, bәlli olmayanlar da gizli qala bilmәyәcәk.
1 Qul boyunduruğu altında olanların hamısı öz ağalarını tam hörmәtә layiq saysınlar ki, Allahın adına vә tәliminә küfr söylәnmәsin. 2 Ağaları iman etmiş olanlarsa qardaş olduğu üçün ağalarına xor baxmasınlar. Әksinә, onlara daha yaxşı qulluq etsinlәr. Çünki bu qulluqdan faydalananlar sevdiklәri imanlılardır. Bu şeylәri öyrәt vә nәsihәt ver. 3 Kim yad tәlimlәr yayıb Rәbbimiz İsa Mәsihin sağlam sözlәri ilә vә möminliyә uyğun tәlimlә razı deyilsә, 4 o adam qürurlanıb heç bir şey dәrk etmir, lakin mübahisә vә sözlәrin mәnası barәdә dava yaratmaq xәstәliyinә tutulub. Bunların nәticәsi paxıllıq, münaqişә, böhtançılıq vә bәdgümanlıqdır; 5 pozğun düşüncәli, hәqiqәtdәn mәhrum, möminliyi qazanc mәnbәyi kimi zәnn edәn adamların fasilәsiz mübahisәlәridir. 6 Әlindәki ilә kifayәtlәnәrәk mömin olmaqsa böyük qazanc mәnbәyidir. 7 Çünki dünyaya heç bir şey gәtirmәmişik vә oradan heç bir şey dә götürә bilmәrik. 8 Yemәyimiz vә paltarımız varsa, bunlarla kifayәtlәnirik. 9 Zәngin olmaq istәyәnlәrsә sınağa vә tora düşәrlәr; insanı mәhvә vә hәlaka aparan bir çox axmaq vә ziyanverici ehtiraslara batırlar. 10 Çünki hәr cür pisliyin kökü pulpәrәstlikdir. Kimlәrsә bu hәvәslә imandan azıb öz-özlәrinә sanki bıçaq soxmuş kimi çox әzab verdilәr. 11 Amma sәn, ey Allah adamı, bu şeylәrdәn qaç. Salehliyin, möminliyin, imanın, mәhәbbәtin, dözümün, hәlimliyin ardınca get. 12 İman uğrunda yaxşı mübarizә apar. Әbәdi hәyatı bәrk tut; bunun üçün çağırıldın vә yaxşı әqidәni bir çox şahid qarşısında iqrar etdin. 13 Hәr şeyә hәyat verәn Allahın vә Ponti Pilatın önündә öz yaxşı әqidәsinә şәhadәt edәn Mәsih İsanın hüzurunda sәnә tapşırıram ki, 14 Rәbbimiz İsa Mәsihin zühurunadәk Allahın әmrinә lәkәsiz vә nöqsansız riayәt et. 15 Allah Onu Öz vaxtında zahir edәcәk. O, bәxtiyarlıq mәnbәyi olan tәk Hökmdar, şahların Şahı vә ağaların Ağasıdır. 16 Yeganә ölmәzliyә malik olan, әlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kәs görmәyib vә görә dә bilmәz. Ona izzәt vә әbәdi qüdrәt olsun. Amin. 17 Bu dövrdә varlı olanlara buyur ki, tәkәbbürlü olmasınlar vә gәldi-gedәr var-dövlәtә yox, zövq almağımız üçün bizә hәr şeyi bol-bol verәn Allaha ümid bәslәsinlәr. 18 Xeyirxahlıq göstәrsinlәr, yaxşı işlәrlә zәngin, әliaçıq olub öz malını başqaları ilә bölüşsünlәr. 19 Belәliklә, gәlәcәk üçün özlәrinә sağlam tәmәl olacaq bir xәzinә toplasınlar. Yәni hәqiqi hәyatı bәrk tutsunlar. 20 Ey Timotey, sәnә verilәn әmanәti qoru! Allahsız boşboğazlıqdan vә yalan yerә "bilik" adlanan şeyin zidd fikirlәrindәn uzaq dur. 21 Bәzilәri bu biliyә sahib olduqlarını iddia edәrәk imandan azdılar. Sizә lütf olsun!
1 Mәsih İsada olan hәyat vәdinә görә Allahın iradәsi ilә Mәsih İsanın hәvarisi mәn Pauldan 2 mәnә sevimli oğul olan Timoteyә salam! Ata Allahdan vә Rәbbimiz Mәsih İsadan sәnә lütf, mәrhәmәt vә sülh olsun! 3 Durmadan, gecә-gündüz dualarımda sәni yada saldığım zaman ata-babalarım kimi tәmiz vicdanla ibadәt etdiyim Allaha şükür edirәm. 4 Sәnin göz yaşlarını xatırlayaraq sәni görmәyә hәsrәt çәkirәm ki, sevinclә dolum. 5 Sәndәki riyasız imanı yadıma salıram. Әvvәlcә nәnәn Lois vә anan Evnikinin saxladığı bu imanı, әminәm ki, sәn dә saxlayırsan. 6 Bu sәbәbdәn sәnin üzәrinә әl qoymağımla Allahın sәnә verdiyi әnamı alovlandırmağını xatırladıram. 7 Çünki Allah bizә qorxaqlıq ruhu deyil, güc, mәhәbbәt vә ağıllı-kamallı olmaq ruhu vermişdir. 8 Buna görә Rәbbimiz barәdә şәhadәt etmәkdәn vә Onun uğrunda mәhbus olan mәndәn utanma. Allahın gücü ilә Müjdә uğrunda mәnimlә birlikdә әzaba qatlaş. 9 Allah bizi әmәllәrimizә görә deyil, öz mәqsәdinә vә lütfünә görә xilas edib müqәddәs olmağa çağırdı. Zaman başlamazdan әvvәl o lütf bizә Mәsih İsada verilmişdi, 10 indi isә Xilaskarımız Mәsih İsanın zühuru ilә üzә çıxdı. O, ölümü yox etdi, Müjdә vasitәsilә hәyatı vә ölmәzliyi aşkar etdi. 11 Mәn bu Müjdә üçün vaiz, hәvari vә müәllim tәyin olundum. 12 Bu әzabları çәkmәyimin sәbәbi dә budur. Amma bundan utanmıram, çünki Kimә iman etdiyimi bilirәm vә әminәm ki, mәnә verdiyi әmanәti qiyamәt gününә qәdәr saxlamağa qadirdir. 13 Mәsih İsada olan iman vә mәhәbbәtlә mәndәn eşitdiyin sağlam sözlәrdәn nümunә götür. 14 Sәnә verilәn yaxşı әmanәti bizdә yaşayan Müqәddәs Ruh vasitәsilә saxla. 15 Bilirsәn ki, Asiya vilayәtindә olanların hamısı mәndәn üz döndәrdilәr. Hәmçinin Figel vә Hermogen dә bunların sırasındadır. 16 Rәbb Onisiforun ev әhlinә mәrhәmәt etsin. Çünki dәfәlәrlә mәni ruhlandırdı, mәnim zәncirlәnmәyimdәn utanmadı. 17 Әksinә, Romada olarkәn mәni sәylә axtarıb tapdı. 18 Qoy Rәbb qiyamәt günü ona mәrhәmәt tapmağa imkan versin. Efesdә onun mәnә nә qәdәr xidmәt etdiyini sәn çox yaxşı bilirsәn.
1 Sәnsә, ey oğlum, Mәsih İsada olan lütflә güclәn. 2 Bir çox şahidlәrin önündә mәndәn eşitdiyin sözlәri başqalarına da öyrәtmәyә qadir olan sadiq adamlara hәvalә et. 3 Mәsih İsanın yaxşı әsgәri kimi mәnimlә birgә әzaba qatlaş. 4 Әsgәrlik edәn insan gündәlik hәyatla bağlı işlәrә sürüklәnmәz, ona әmr edәn zabiti razı salmağa çalışar. 5 Hәmçinin yarışlara qoşulan insan da qaydaya görә yarışmazsa, başına zәfәr çәlәngi qoyulmaz. 6 Zәhmәtkeş әkinçinin payına mәhsulunun ilk bәhrәsi düşmәlidir. 7 Dediklәrimә fikir ver. Rәbb söylәdiyim hәr şeydә sәnә anlayış verәcәk. 8 Yaydığım Müjdәdә açıqlandığı kimi, Davudun nәslindәn olub ölülәr arasından dirilәn İsa Mәsihi yadında saxla. 9 Bu Müjdә naminә zәncirә vurulmuş bir cinayәtkar kimi әzaba qatlaşıram. Amma Allahın kәlamı zәncirlәnmәmişdir. 10 Bu sәbәbdәn seçilmişlәrә görә, onlar da Mәsih İsada olan xilasa әbәdi izzәtlә bәrabәr nail olsunlar deyә hәr şeyә dözürәm. 11 Bu söz etibarlıdır ki,"Әgәr Onunla öldüksә, Onunla da yaşayacağıq; 12 Әgәr dözәriksә, Onunla da birlikdә padşahlıq edәcәyik. Әgәr Onu inkar etsәk, O da bizi inkar edәcәk. 13 Biz sadiq qalmasaq da, O sadiq qalacaq. Çünki Öz tәbiәtinә zidd davrana bilmәz". 14 Bunları imanlıların yadına sal. Sözlәrin mәnası barәdә dava etmәmәyi Allahın önündә onların öhdәsinә qoy; çünki bu fayda vermәz, dinlәyәnlәrә isә ziyan vurar. 15 Özünü Allaha sınaqdan keçmiş, hәqiqәt kәlamını doğruluqla işlәdәn alnıaçıq bir işçi kimi tәqdim etmәyә çalış. 16 Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belә boşboğazlıqlar insanı daha da allahsızlığa aparır. 17 Onların sözü irinli yara kimi yayılacaq. Himeney vә Filit onların sırasındadır. 18 Onlar dirilmәnin artıq baş verdiyini deyәrәk hәqiqәtdәn azıb bәzilәrinin imanını alt-üst edirlәr. 19 Lakin Allahın atdığı möhkәm tәmәl bu sözlәrlә möhürlәnib durur: "Rәbb Özününkülәri tanıyır" vә "Rәbbin adını ağzına alan hәr kәs haqsızlıqdan uzaqlaşsın". 20 Böyük bir evdә yalnız qızıl vә gümüş qablar deyil, hәmçinin taxta vә gil qablar da var. Onlardan bәzisi şәrәfli, bәzisi dә şәrәfsiz iş üçün istifadә olunur. 21 Belәliklә, kim özünü şәrәfsiz işlәrdәn tәmizlәsә, şәrәfli işlәrә uyğun, tәqdis olunmuş, Sahibinә faydalı, hәr yaxşı iş üçün hazırlanmış qab olacaq. 22 Gәnclik ehtiraslarından qaç. Tәmiz ürәklә Rәbbi çağıranlarla birlikdә salehliyin, imanın, mәhәbbәtin vә sülhün ardınca get. 23 Axmaq vә cahil mübahisәlәrdәn uzaq ol. Çünki bunların dava-dalaşa sәbәb olmasını bilirsәn. 24 Rәbbin qulu davakar olmamalıdır. Әksinә, hamı ilә mülayim rәftar etmәli, öyrәtmәyә qabil, sәbirli olmalıdır. 25 Ona qarşı olanları hәlimliklә tәrbiyә etmәlidir. Bәlkә Allah onlara tövbәyә imkan verәcәk. Belәliklә, onlar hәqiqәti anlayar, 26 ayıq ola bilәrlәr vә istәyini yerinә yetirmәk üçün onları әsir edәn iblisin torundan çıxarlar.
1 Bunu bil ki, bu axır zamanda çәtin dövrlәr olacaq. 2 Çünki insanlar xudbin, pulpәrәst, tәkәbbürlü, mәğrur, tәhqir edәn, valideynlәrinә itaәt etmәyәn, nankor, müqәddәslikdәn mәhrum, 3 şәfqәtsiz, barışmaz, böhtançı, nәfsini saxlamayan, rәhmsiz, yaxşılığın düşmәni, 4 xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çәkmәyi sevәcәk. 5 Mömin kimi görünüb bu yolun gücünü inkar edәcәklәr. Bu cür adamlardan uzaq dur. 6 Bunların arasında evlәrә soxulub zәif iradәli qadınları әsir edәn adamlar var. Belә qadınlar günahla yüklәnmiş müxtәlif ehtiraslarla sövq edilir, 7 daima öyrәnir, amma hәqiqәti heç zaman anlaya bilmirlәr. 8 Yannis vә Yambris Musaya necә zidd getdilәrsә, bu adamlar da elәcә hәqiqәtә zidd gedirlәr. Onlar düşüncәlәri pozğun, imanları sınaqdan keçmәmiş insanlardır. 9 Amma daha irәli gedә bilmәyәcәklәr. Çünki Yannislә Yambrisin axmaqlığı kimi bunların da axmaqlığını hamı açıqca görәcәk. 10 Sәnsә mәnim tәlimimi, davranışımı, mәqsәdimi, imanımı, sәbrimi, mәhәbbәtimi, dözümümü, 11 Antakyada, Konyada, Listrada başıma gәlәn tәqiblәri, çәkdiyim әzabları diqqәtlә izlәdin. Nә cür tәqiblәrә qatlandım! Amma Rәbb mәni bunların hamısından xilas etdi. 12 Mәsih İsada möminliyә yaraşan bir hәyat sürmәk istәyәnlәrin hamısı tәqibә mәruz qalacaq. 13 Amma pis adamlar vә saxtakarlar aldadıb-aldanaraq getdikcә daha betәr olacaqlar. 14 Sәnsә öyrәndiyin vә güvәndiyin şeylәrә sadiq qal. Çünki bunları kimlәrdәn öyrәndiyini bilirsәn, 15 Müqәddәs Yazıları uşaqlıqdan bәri tanıdığını da bilirsәn. Onlar Mәsih İsaya olan iman vasitәsilә sәnә xilas gәtirәn hikmәt vermәyә qadirdir. 16 Bütün Müqәddәs Yazılar Allahdan ilham almış vә tәlim, mәzәmmәt, islah, salehlik tәrbiyәsi üçün faydalıdır; 17 belәcә Allah adamı bacarıqlı olub hәr yaxşı iş üçün tәchiz edilsin.
1 Allahın vә dirilәrlә ölülәri mühakimә edәcәk Mәsih İsanın önündә Onun zühuru vә Padşahlığının haqqı üçün sәnә buyururam ki, 2 Allahın kәlamını vәz edәsәn, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam sәbirlә tәlim öyrәdәrәk mәzәmmәt, xәbәrdarlıq vә nәsihәt verәsәn. 3 Çünki elә bir zaman gәlәcәk ki, sağlam tәlimә dözmәyәcәklәr. Qulaq oxşayan sözlәr eşitmәk üçün әtraflarına öz ehtiraslarına uyğun müәllimlәr toplayacaqlar. 4 Qulaqlarını hәqiqәtdәn döndәrәcәk, әfsanәlәrә meyl göstәrәcәklәr. 5 Amma sәn hәr vәziyyәtdә ayıq ol. Әzaba qatlaş, müjdәçilik işini yerinә yetir, öz xidmәtinә tam әmәl et. 6 Çünki qanım artıq içmә tәqdimi kimi tökülmәk üzrәdir. Artıq ayrılma zamanım gәldi. 7 Mәn yaxşı mübarizә aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. 8 İndi salehlik tacı mәnim üçün hazır durur. Әdalәtli Hakim olan Rәbb qiyamәt günü onu mәnә – yalnız mәnә deyil, Onun zühuruna can atanların hamısına verәcәk. 9 Yanıma tez gәlmәyә çalış. 10 Çünki Dima indiki dövrü sevdiyi üçün mәni tәrk edib Salonikә getdi. Kreskent Qalatiyaya, Tit isә Dalmatiyaya getdi. 11 Yalnız Luka yanımdadır. Markı da götür özünlә gәtir, çünki o etdiyim xidmәtdә mәnә yardım edir. 12 Tixiki isә Efesә göndәrdim. 13 Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusәn, yazılı dәrilәri dә gәlәndә gәtir. 14 Misgәr İsgәndәr mәnә çox pislik etdi. Rәbb ona әmәllәrinin әvәzini verәcәk. 15 Sәn dә ondan özünü gözlә. Çünki söylәdiklәrimizә ciddi-cәhdlә zidd getdi. 16 Mәn ilk dәfә müdafiә olunanda heç kim mәnә tәrәfdar çıxmadı, hamı mәni tәrk etdi. Qoy onlara günah sayılmasın. 17 Lakin Rәbb kömәyimә gәlib mәnә güc verdi ki, vәz mәnim vasitәmlә tam elan edilsin vә onu bütün millәtlәr eşitsin. Mәn aslanın ağzından xilas oldum. 18 Rәbb mәni hәr cür pis әmәldәn qurtaracaq vә Öz Sәmavi Padşahlığı üçün xilas edәcәk. Ona әbәdi olaraq izzәt olsun! Amin. 19 Priskila ilә Akilaya vә Onisiforun ev әhlinә salam söylә. 20 Erast Korinfdә qaldı. Trofimi isә xәstә halda Miletdә qoydum. 21 Çalış ki, qışdan әvvәl gәlәsәn. Evvul, Pudent, Lin, Klavdiya vә bütün bacı-qardaşlar sәnә salam göndәrir. 22 Rәbb sәnin ruhuna yar olsun! Sizә lütf olsun!
1 Allahın qulu vә İsa Mәsihin hәvarisi, mәn Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyә uyğun olan hәqiqәti dәrk etmәlәri üçün tәyin olundum. 2 Allah yolu әbәdi hәyat ümidinә әsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan әvvәl vәd etmişdi. 3 Xilaskarımız Allah Öz әmrinә görә mәnә әmanәt edilmiş vәzlә kәlamını vaxtında aşkar etdi. 4 Ümumi imana görә mәnә әsl oğul olan Titә Ata Allahdan vә Xilaskarımız Mәsih İsadan lütf vә sülh olsun! 5 Tamamlanmamış işlәri sahmana salasan vә sәnә tapşırdığım kimi hәr şәhәrdә cәmiyyәt ağsaqqalları tәyin edәsәn deyә sәni Kritdә saxladım. 6 Ağsaqqal seçilәn şәxs nöqsansız vә tәk arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mәnәviyyatsızlıqda ittiham olunan yaxud itaәtsiz olmamalıdır. 7 Çünki cәmiyyәt nәzarәtçisi Allahın iş idarәçisi olduğuna görә nöqsansız olmalıdır. Dikbaş, hirsli, şәrab düşkünü, zorakı, haqsız qazanca hәris olmamalı, 8 әksinә qonaqpәrvәr, yaxşılığı sevәn, ağıllı-kamallı, saleh, müqәddәs, nәfsinә hakim olmalıdır. 9 Hәm başqalarına sağlam tәlimlә nәsihәt vermәyә, hәm dә ona qarşı çıxanları tәkzib etmәyә qadir olsun deyә aldığı tәlimә uyğun olan etibarlı kәlamı bәrk tutmalıdır. 10 Çünki, xüsusilә, sünnәt tәrәfdarları arasında bir çox itaәtsiz, boşboğaz vә saxtakar insanlar var. 11 Onları sakitlәşdirmәk lazımdır. Çünki onlar haqsız qazanc әldә etmәk üçün lazımsız şeylәri öyrәdәrәk bәzi ailәlәri tamamilә alt-üst edirlәr. 12 Onlardan biri – öz peyğәmbәrlәrindәn biri belә demişdir: "Kritlilәr daima yalançı, azğın heyvan, tәnbәl qarınquludur". 13 Bu şәhadәt etibarlıdır. Ona görә dә onları sәrt bir şәkildә mәzәmmәt et ki, imanları sağlam olsun, 14 Yәhudi әfsanәlәrinә vә hәqiqәtdәn dönәn insanların әmrlәrinә qulaq asmasınlar. 15 Paklar üçün hәr şey pakdır, lәkәli imansızlar üçünsә pak heç bir şey yoxdur. Amma onların hәm düşüncәsi, hәm dә vicdanı lәkәlәnmişdir. 16 Onlar Allahı tanıdıqlarını iqrar edirlәr, amma әmәllәri ilә bunu inkar edirlәr. İyrәnc vә itaәtsizdirlәr, heç bir yaxşı iş görmәyә yaramazlar.
1 Sәnsә sağlam tәlimә uyğun olanı öyrәt. 2 Yaşlı kişilәr ayıq, lәyaqәtli, ağıllı-kamallı, imanda, mәhәbbәtdә vә dözümdә sağlam olsunlar. 3 Yaşlı qadınlar da eyni şәkildә müqәddәslәrә yaraşan tәrzdә davransınlar. Böhtançı, şәrab düşkünü olmasınlar vә xeyirli şeylәri öyrәdәrәk 4 tәrbiyә etsinlәr ki, gәnc qadınlar әrlәrini vә uşaqlarını sevsin, 5 ağıllı-kamallı, ismәtli, evdar, xeyirxah, öz әrlәrinә tabe olsunlar. O zaman Allahın kәlamına küfr olunmaz. 6 Gәnc oğlanlara da ağıllı-kamallı olmaq üçün nәsihәt ver. 7 Yaxşı işlәr görәrәk hәr şeydә özünü nümunә göstәr. Tәlimdә dürüst vә lәyaqәtli olaraq 8 tәnqid olunmaz sağlam sözlәr danış ki, sәnә qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyә bilmәyib utansın. 9 Qulları başa sal ki, hәr şeydә öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar, 10 oğurluq etmәsinlәr, amma hәr baxımdan etibarlı olduqlarını göstәrsinlәr. Belәliklә, Xilaskarımız Allahın tәlimini hәr cәhәtdәn cazibәli etsinlәr. 11 Çünki Allahın bütün insanlara xilas gәtirәn lütfü zühur etdi. 12 Bu lütf bizi allahsızlığı vә dünyәvi ehtirasları rәdd edib, bu dövrdә ağıllı-kamallı, saleh vә möminliyә uyğun bir ömür sürmәyi öyrәdir. 13 Bu әrәfәdә bәxtiyarlıq gәtirәn ümidimizin gerçәklәşmәsini, ulu Allah vә Xilaskarımız İsa Mәsihin izzәtinin zühurunu gözlәyәk. 14 O Özünü bizim üçün fәda etdi ki, bizi hәr cür qanunsuzluqdan satın alsın, tәmizlәyib Özünә mәxsus vә yaxşı işlәrә sәy göstәrәn bir xalq yaratsın. 15 Bunları tam bir sәlahiyyәtlә bildir, nәsihәt ver vә mәzәmmәt et. Qoy heç kim sәnә hörmәtsizlik etmәsin.
1 İmanlılara xatırlat ki, başçılar vә hakimlәrә tabe olub itaәt etsinlәr. Hәr cür xeyirli iş görmәyә hazır olsunlar. 2 Heç kimә şәr atmasınlar, davakar deyil, mülayim olsunlar vә bütün insanlarla hәlim davransınlar. 3 Çünki bir zamanlar biz dә ağılsız, itaәtsiz, yolunu azmış, müxtәlif ehtiraslar vә zövqlәrә qul olan, kin, paxıllıq içindә yaşayan mәnfur vә bir-birimizә nifrәt edәn adamlar idik. 4 Amma Xilaskarımız Allah xeyirxahlığını vә insana olan sevgisini açıq göstәrdiyi zaman 5 bizim salehliklә etdiyimiz әmәllәrlә deyil, Öz mәrhәmәtinә görә bizi xilas etdi. Bunu bizi yumaqla, yәni Müqәddәs Ruhun bizi yenidәn doğuzdurub tәzәlәmәsi ilә etdi. 6 Allah Xilaskarımız İsa Mәsih vasitәsilә üzәrimizә bol-bol Müqәddәs Ruhu tökdü ki, 7 Onun lütfü ilә saleh sayılıb ümidimiz olan әbәdi hәyatın varisi olaq. 8 Bu söz etibarlıdır. Mәn bu şeylәrin üstündә durmağını istәyirәm ki, Allaha iman etmişlәr xeyirxah işlәrlә mәşğul olmağa diqqәt yetirsinlәr. Bu, insanlar üçün xeyirli vә faydalıdır. 9 Lakin axmaq mübahisәlәrdәn, nәsil şәcәrәlәrindәn, münaqişәlәrdәn, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız vә boş şeylәrdir. 10 Tәfriqәçi adamdan birinci vә ikinci xәbәrdarlıqdan sonra әlaqәni kәs. 11 Belә adamın yolunu azmış vә günahkar olduğuna әmin ola bilәrsәn. O öz-özünü mәhkum etmişdir. 12 Mәn Artema vә ya Tixiki yanına göndәrәn kimi çalış ki, yanıma, Nikopolisә gәlәsәn. Çünki qışı orada keçirmәyi qәrara almışam. 13 Qanunşünas Zena ilә Apollonu sәylә yola sal, qoy onların heç bir şeyә ehtiyacı olmasın. 14 Qoy bizimkilәr dә tәcili ehtiyacları ödәmәk üçün xeyirli işlәrlә mәşğul olmağı öyrәnsinlәr ki, bәhrәsiz qalmasınlar. 15 Yanımdakıların hamısı sәni salamlayır. Bizi sevәn imanlılara salam söylә. Hamınıza lütf olsun!
1 Mәsih İsa uğrunda hәbs olunan mәn Pauldan vә Timotey qardaşdan sevimli әmәkdaşımız Filimona, 2 bacımız Apfiyaya, birlikdә mübarizә apardığımız Arxipә vә Filimonun evindә toplaşan imanlılar cәmiyyәtinә salam! 3 Atamız Allahdan vә Rәbb İsa Mәsihdәn sizә lütf vә sülh olsun! 4 Dualarımda sәni yada salıram vә Allaha daima şükür edirәm. 5 Çünki Rәbb İsaya olan imanını vә bütün müqәddәslәrә bәslәdiyin mәhәbbәti eşidirәm. 6 Sәn Mәsihdә malik olduğumuz hәr xeyirli şeyi dәrk etdikcә imanını başqaları ilә paylaşmaqda fәal olmağın üçün dua edirәm. 7 Qardaşım, sәnin mәhәbbәtin mәnim üçün böyük sevinc vә tәsәlli qaynağı oldu. Çünki müqәddәslәrin ürәyi sәnin sayәndә tәravәtlәndi. 8 Buna görә münasib olanı sәnә buyurmağa Mәsihdә böyük cәsarәtim olsa da, 9 indi Mәsih İsa uğrunda hәbsdә olan mәn – yaşlı Paul sәnә mәhәbbәtlә yalvarıram. 10 Hәbsdә ikәn ruhani atası olduğum oğlum Onisimlә bağlı sәndәn bir xahişim var. 11 O bir vaxtlar sәnә yararsız idi, amma indi hәm sәnә, hәm dә mәnә yararlıdır. 12 Onun özünü, yәni can-ciyәrimi sәnin yanına göndәrirәm. 13 Müjdә uğrunda hәbsdә olduğum müddәtdә sәnin әvәzinә mәnә xidmәt etmәsi üçün onu yanımda saxlamaq istәyirdim. 14 Amma sәnin razılığın olmadan heç bir iş görmәk istәmәdim. İstәdim ki, etdiyin yaxşılıq mәcburi deyil, könüllü olsun. 15 Onisimin bir müddәt sәndәn ayrılması bәlkә dә bundan ötrü oldu ki, sәn onu hәmişәlik, 16 artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qәbul edәsәn. O, xüsusilә, mәnim üçün çox sevimlidir. Lakin hәm cismәn, hәm dә Rәbdә olaraq sәnin üçün daha da çox sevimli qardaşdır. 17 İndi mәni özünә şәrik sayırsansa, onu da mәni kimi qәbul et. 18 Әgәr sәnә hәr hansı bir haqsızlıq etmişsә yaxud borcludursa, bunu mәnim hesabıma yaz. 19 Mәn Paul bunu öz әlimlә yazıram ki, әvәzini mәn ödәyәcәyәm. Sәnin öz hәyatın üçün mәnә borclu olduğunu demәk istәmirәm. 20 Bәli, qardaş, Rәbdә mәnә bir yardımın olsun. Ürәyimi Mәsihdә tәravәtlәndir. 21 İtaәtkar olduğuna әmin olaraq bunu sәnә yazıram. Bilirәm ki, istәdiklәrimi artıqlaması ilә yerinә yetirәcәksәn. 22 Bununla yanaşı, mәnә bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitәsilә sizә bәxş olunacağam. 23 Mәsih İsada olub mәnimlә birgә hәbs olunan Epafra, 24 әmәkdaşlarım Mark, Aristarx, Dima, Luka da sәnә salam göndәrir. 25 Rәbb İsa Mәsihin lütfü sizin ruhunuza yar olsun!
1 Allah qәdim zamanlarda dәfәlәrlә vә müxtәlif yollarla әcdadlarımıza peyğәmbәrlәr vasitәsilә müraciәt etmişdi. 2 Amma bu axır zamanda O bizә Oğul vasitәsilә müraciәt etdi; Onu hәr şeyin varisi tәyin etmişdi vә Onun vasitәsilә kainatı yaratmışdı. 3 Oğul Allahın izzәtinin әksi vә mahiyyәtinin tam surәtidir. O hәr şeyi qüdrәtli kәlamı ilә saxlayır. O, günahlardan tәmizlәnmәni tәmin edәndәn sonra ucalarda möhtәşәm Allahın sağında oturdu. 4 Mәlәklәrdәn nә qәdәr üstün adı irs olaraq aldısa, o qәdәr onlardan üstün oldu. 5 Axı Allah mәlәklәrin hansına nә vaxtsa "Sәn Mәnim Oğlumsan, Mәn bu gün Sәnә Ata oldum" yaxud "Mәn Ona Ata, O isә Mәnә Oğul olacaq" demişdir? 6 Yenә dә Allah İlk Doğulanı dünyaya gәtirәndә deyir: "Allahın bütün mәlәklәri qoy Onun qarşısında sәcdә etsin". 7 Mәlәklәr barәsindә isә deyir: "Öz mәlәklәrini külәklәrә, Öz xidmәtçilәrini yanar oda döndәrir!" 8 Amma Oğul haqqında bunu deyir: "Ey Allah, taxtın әbәdilik, sonsuzadәk qalır, Sәnin şahlıq әsan insaf әsasıdır. 9 Salehliyi sevib qanunsuzluğa nifrәt etmisәn. Ona görә Allah, Sәnin Allahın Sevinc yağı ilә Yoldaşlarından çox Sәni mәsh edib". 10 Yenә deyir: "Ya Rәbb, Sәn yerin tәmәlini әzәldәn qurmusan, Göylәr Sәnin әllәrinin işidir! 11 Onlar yox olacaq, amma Sәn qalacaqsan, Hamısı paltar kimi köhnәlәcәk, 12 Onları geyim kimi bükәcәksәn, Onları paltar kimi dәyişdirәcәksәn. Amma Sәn dәyişmәzsәn, İllәrin tükәnmәzdir". 13 Lakin Allah mәlәklәrin hansına nә vaxtsa "Mәn düşmәnlәrini ayaqlarının altına kәtil kimi salanadәk Sağımda otur" demişdir? 14 Bütün mәlәklәr xilası irs olaraq alacaq şәxslәrә xidmәt etmәk üçün göndәrilәn xidmәtçi ruhlar deyilmi?
1 Buna görә dә biz eşitdiklәrimizә daha da diqqәtli olmalıyıq ki, axın bizi aparmasın. 2 Çünki mәlәklәr vasitәsilә bәyan edilәn söz qüvvәyә mindi, hәr cür tәqsir vә itaәtsizliyә haqlı cәza verildisә, 3 bu cür böyük xilasa mәhәl qoymasaq, biz necә qurtula bilәrik? Bu xilas әvvәlcә Rәbb tәrәfindәn bildirildi vә Onu eşidәnlәr tәrәfindәn bizә tәsdiq olundu. 4 Allah da әlamәt, xariqәlәr, müxtәlif möcüzәlәr vә Öz iradәsinә uyğun olaraq payladığı Müqәddәs Ruhun әnamları ilә şәhadәt etdi. 5 Barәsindә danışdığımız gәlәcәk dünyanı Allah mәlәklәrә tabe etmәdi. 6 Lakin kimsә bir yerdә belә şәhadәt etdi: "İnsan kimdir ki, onun haqqında düşünürsәn? Bәşәr oğlu kimdir ki, onun qayğısını çәkirsәn? 7 Onu mәlәklәrdәn az müddәt әrzindә aşağı tutdun, İzzәt vә әzәmәt tacını onun başına qoydun. 8 Hәr şeyi onun ayağının altına qoyub tabe etdin". Allah hәr şeyi insana tabe etdiyinә görә ona tabe olmamış heç nә qoymadı. Lakin indi biz hәr şeyin ona tabe olduğunu hәlә görmürük. 9 Amma Allahın lütfü ilә hәr kәsin uğrunda ölmәk üçün mәlәklәrdәn az müddәt әrzindә aşağı tutulmuş Şәxsi, yәni İsanı görürük. Çәkdiyi ölüm әzabına görә Onun başına izzәt vә әzәmәt tacı qoyuldu. 10 Hәr şey Allah üçün vә Allah vasitәsilә mövcuddur. Bir çox övladı izzәtә çatdırmaq üçün onların xilasının Banisini әzablar vasitәsilә kamil etmәsi Allaha münasib idi. 11 Çünki tәqdis edәn Şәxsin vә tәqdis olunanların hamısının Atası eynidir. Bu sәbәbdәn İsa onları qardaş çağırmaqdan utanmayıb deyir: 12 "İsmini qardaşlarıma elan edәcәyәm, Toplantı arasında Sәnә hәmd söylәyәcәyәm". 13 Yenә dә deyir: "Mәn Ona güvәnәcәyәm" vә yenә "Budur, Mәn vә Allahın Mәnә verdiyi övladlar". 14 Bu sәbәbdәn bu övladlar tәrkibcә qan vә әtdәn yarandıqlarına görә İsa Özü dә onların insan tәbiәtinә şәrik oldu ki, ölüm üzәrindә hakimiyyәt sahibi olanı, yәni iblisi Öz ölümü vasitәsilә tәsirsiz hala gәtirsin 15 vә ölüm qorxusuna görә ömürlәri boyu әsarәtdә olanların hamısını azad etsin. 16 Şübhәsiz, O, mәlәklәrә deyil, İbrahim nәslinә yardım edәr. 17 Buna görә dә O hәr cәhәtdәn qardaşlarına bәnzәr olmalı idi; belә ki Allaha xidmәtindә mәrhәmәtli vә sadiq Baş Kahin olub xalqının günahları üçün kәffarә edә bilsin. 18 Çünki Özü sınağa çәkilib әzab çәkdiyi üçün sınağa çәkilәnlәrә kömәk edә bilәr.
1 Bu sәbәbә görә, ey sәmavi çağırışa ortaq olan müqәddәs qardaşlar, әqidәmizin Elçisi vә Baş Kahini İsa haqqında düşünün. 2 İsa Onu tәyin edәn Kәsә sadiq qaldı; necә ki Musa da Allahın bütün evindә Ona sadiq qaldı. 3 Evin bәnnası evdәn daha çox hörmәt qazandığı kimi İsa da Musadan daha böyük izzәtә layiq görüldü. 4 Çünki hәr evin bir bәnnası var, hәr şeyin bәnnası isә Allahdır. 5 Musa gәlәcәkdә deyilәcәk sözlәrә şәhadәt etmәk üçün Allahın bütün evindә bir xidmәtçi kimi sadiq qaldı. 6 Amma Mәsih Onun evi üzәrindә Oğul olaraq sadiqdir. Әgәr biz cәsarәtimizi vә fәxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik. 7 Buna görә Müqәddәs Ruhun dediyi kimi: "Bu gün әgәr Onun sәsini eşitsәniz, 8 Qoy ürәklәriniz üsyan vaxtı olduğu kimi, Sәhradakı sınaq günündә olduğu kimi inadkar olmasın. 9 Orada atalarınız Mәni sınadılar, Qırx il әmәllәrimi görәrәk Mәni yoxladılar. 10 Buna görә o nәsildәn zәhlәm getdi. Dedim: “Onlar hәmişә ürәklәrindә azır, Yollarımı tanımırlar”. 11 Buna görә qәzәblәnib and içmişәm: “Onlar Mәnim rahatlıq diyarıma girmәyәcәklәr”". 12 Ey qardaşlar, diqqәtli olun ki, sizlәrdәn heç birinizdә var olan Allahdan uzaqlaşan şәr vә imansız ürәk olmasın. 13 Amma "bu gün" adlanan hәr gün bir-birinizi ürәklәndirin ki, heç biriniz günahın aldadıcılığı ilә inadkar olmasın. 14 Çünki әvvәldәn bizdә olan etimadı sonadәk möhkәm saxlasaq, Mәsihlә ortaq olarıq. 15 Necә ki deyilmişdir: "Bu gün әgәr Onun sәsini eşitsәniz, Qoy ürәklәriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın". 16 Bәs eşidib üsyan edәnlәr kimdir? Musanın başçılığı ilә Misirdәn çıxanların hamısı deyilmi? 17 Allah qırx il kimә qәzәblәnirdi? Günaha batmış, meyitlәri çöldә sәrilәnlәrә deyilmi? 18 Bәs O kimlәrә and içdi ki, Onun rahatlıq diyarına girmәyәcәklәr? Mәgәr itaәt etmәyәnlәrә deyil? 19 Belәliklә, görürük ki, onlar imansızlığına görә oraya girә bilmәdilәr.
1 Belәliklә, Allahın rahatlıq diyarına girmәk vәdi hәlә dә qüvvәdә olarkәn hәr birinizin bundan mәhrum olmasından qorxaq. 2 Çünki Misirdәn çıxanlar kimi biz dә Müjdә aldıq. Amma onların eşitdiyi kәlam onlara xeyir gәtirmәdi, çünki bu kәlama qulaq asanların imanına şәrik olmadılar. 3 Biz iman etmişlәrsә rahatlıq diyarına girmәkdәyik, necә ki Allah demişdir: "Buna görә qәzәblәnib and içmişәm: “Onlar Mәnim rahatlıq diyarıma girmәyәcәklәr”". Halbuki Onun işlәri dünya yaranandan bәri tamamlanmışdır. 4 Çünki bir yerdә yeddinci gün barәsindә belә deyib: "Allah bütün gördüyü işlәrdәn ayrılıb yeddinci gün istirahәt etdi". 5 Bu barәdә yenә deyib: "Onlar Mәnim rahatlıq diyarıma girmәyәcәklәr". 6 Belәliklә, bәzilәrinә o rahatlıq diyarına girmәk üçün, şübhәsiz ki, imkan qalır. Lakin Müjdәni әvvәlcәdәn eşidәnlәr itaәtsizliyә görә ora girә bilmәdilәr. 7 Bu sәbәbә görә Allah xeyli vaxt keçәndәn sonra Davud vasitәsilә "bu gün" deyәrәk tәkrar müәyyәn bir gün tәyin edir, necә ki әvvәlcә deyilmişdir: "Bu gün әgәr Onun sәsini eşitsәniz, Qoy ürәklәriniz inadkar olmasın". 8 Çünki Yeşua onlara rahatlıq diyarı versәydi, Allah bundan sonra başqa bir gün barәsindә danışmazdı. 9 Belәcә Allahın xalqı üçün hәlә dә bir istirahәt qalır. 10 Allah Öz işlәrini qurtarıb Şәnbә günü istirahәt etdiyi kimi Onun rahatlıq diyarına girәn dә öz işlәrini qurtarıb istirahәt etdi. 11 Buna görә dә bu rahatlıq diyarına girmәyә çalışaq ki, heç kәs eyni itaәtsizlik nümunәsinә әmәl edib yıxılmasın. 12 Allahın kәlamı canlı vә tәsirlidir, hәr ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindәn ayıraraq keçir, ürәyin fikir vә niyyәtlәrini ayırd edir. 13 Allahdan gizli heç nә yoxdur. Lakin Onun gözlәri qarşısında hәr şey çılpaq vә açıq-aşkardır. Biz Ona hesabat verәcәyik. 14 Belәliklә, Allahın Oğlu İsa göylәrdәn keçәn böyük Baş Kahinimiz olduğuna görә әqidәmizi möhkәm tutaq. 15 Çünki bizim Baş Kahinimiz belә deyil ki, zәifliklәrimizdә bizim halımıza acıya bilmәsin. Әksinә, hәr cәhәtdәn bizim kimi sınağa çәkilmiş, lakin günah etmәmişdir. 16 Buna görә dә lütfkar Allahın taxtına cәsarәtlә yaxınlaşaq ki, vaxtında kömәyә nail olmaq üçün mәrhәmәt alıb lütf tapaq.
1 İnsanlar arasından seçilәn hәr baş kahin günahlardan ötrü tәqdim vә qurbanlar vermәk, Allahla bağlı olan işlәrdә insanları tәmsil etmәk üçün tәyin edilir. 2 Cahillәrlә vә yolunu azmışlarla hәlim davrana bilir, çünki özü dә zәifliyә mәruzdur. 3 Buna görә o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün dә qurbanlar tәqdim etmәlidir. 4 Heç kәs bu şәrәfә öz-özünә nail olmur, ancaq Harun kimi Allah tәrәfindәn çağırılanda nail olur. 5 Elәcә dә Mәsih dә Baş Kahin olmaq üçün Öz-Özünü izzәtlәndirmәdi, Ona "Sәn Mәnim oğlumsan, Mәn bu gün Sәnә Ata oldum" deyәn Allah Onu izzәtlәndirdi. 6 Digәr yerdә isә O belә deyir: "Sәn Melkisedeq vәzifәli әbәdi bir Kahinsәn". 7 Mәsih yer üzündә cisimdә olduğu günlәrdә Onu ölümdәn qurtarmağa qadir olan Allaha böyük fәryad vә göz yaşları ilә dua edib yalvardı vә möminliyinә görә eşidildi. 8 O, Oğul olduğu halda çәkdiyi әzablarla itaәtli olmağı öyrәndi. 9 Kamilliyә çatandan sonra Ona itaәt edәnlәrin hamısı üçün әbәdi xilas qaynağı oldu 10 vә Allah tәrәfindәn Melkisedeq vәzifәli Baş Kahin tәyin edildi. 11 Bu mövzuda deyilәsi sözümüz çoxdur, amma bunları izah etmәk çәtindir. Çünki sizin qulağınız ağır eşidir. 12 Siz artıq müәllim olmalı idiniz; amma kimsәnin sizә tәkrarәn Allahın kәlamının ibtidai tәlimlәrini öyrәtmәsinә hәlә dә möhtacsınız. Siz bәrk yemәyә yox, südә möhtac olmusunuz. 13 Südlә bәslәnәn hәr kәs körpә olduğu üçün salehlik barәsindә olan kәlamda tәcrübәsizdir. 14 Bәrk yemәk isә yetkinlәr, yәni duyğularını xeyirlә şәri ayırd etmәkdәn ötrü hәssas edәnlәr üçündür.
1 Bunun üçün Mәsih barәsindәki ibtidai tәlimi geridә buraxıb kamilliyә doğru irәlilәyәk. Ölüm gәtirәn әmәllәrdәn tövbә edib Allaha iman etmәnin tәmәlini, 2 vәftizlәr, әl qoyub tәqdis etmә, ölülәrin dirilmәsi vә әbәdi mәhkәmә haqqındakı tәlimin әsasını yenidәn qurmayaq. 3 Allah izin verәrsә, bunlara da әmәl edәcәyik. 4 Bir dәfә nurlanmış, sәmavi әnamdan dadmış vә Müqәddәs Ruha şәrik olmuş, 5 Allahın xoş kәlamını vә gәlәcәk dövrün qüvvәlәrini dadmış olduqları halda 6 imandan dönәnlәri yenidәn tövbә edәcәk vәziyyәtinә gәtirmәk mümkün deyil. Çünki özlәri Allahın Oğlunu yenidәn çarmıxa çәkib rüsvay edirlәr. 7 Dәfәlәrlә üstünә yağan yağışı içәn vә kimlәr üçün işlәnirsә, onlara faydalı bitkilәr yetişdirәn torpaq Allahdan xeyir-bәrәkәt alır. 8 Tikan vә qanqal yetişdirәn torpaq isә yararsız vә lәnәtә yaxındır, onun sonu yanmaqdır. 9 Lakin, ey sevimlilәr, biz bu cür danışsaq belә, әminik ki, vәziyyәtiniz daha yaxşıdır vә xilasa malik olursunuz. 10 Axı Allah әdalәtsiz deyil ki, әmәlinizi vә Onun adı ilә müqәddәslәrә әvvәldәn vә indi dә xidmәt etmәklә göstәrdiyiniz mәhәbbәti unutsun. 11 Ümidin verdiyi tam etimada nail olmaq üçün axıra qәdәr hәr birinizin eyni sәyi göstәrmәyinizi arzulayırıq ki, 12 siz tәnbәl olmayasınız, amma vәd olunan şeylәri iman vә sәbirlә irs alanlardan nümunә götürәsiniz. 13 Allah İbrahimә vәd verdiyi vaxt adına and içmәk üçün Özündәn üstün birinin olmadığına görә Öz varlığına and içәrәk dedi: 14 "Sәnә mütlәq xeyir-dua verәcәyәm vә nәslini çoxaldacağam". 15 Belәliklә, İbrahim sәbirlә gözlәyәrәk vәdә nail oldu. 16 İnsanlar özlәrindәn daha üstün olanın adına and içirlәr vә sözlәrini tәsdiq edәn and hәr iddiaya son qoyur. 17 Elәcә dә Allah vәdin varislәrinә iradәsinin dәyişmәzliyini daha açıq-aşkar etmәk istәyәrәk öz vәdini andla tәsdiqlәdi. 18 Belә ki qarşımıza qoyulan ümidә bağlanmaq üçün Allaha sığınan bizlәr Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görә iki dәyişilmәz şeydә – Onun vәd vә andında böyük tәsәlliyә malik olaq. 19 Can lövbәrimiz kimi möhkәm vә sarsılmaz olan bu ümid mәbәdin pәrdәsinin arxasındakı iç otağa daxil olur. 20 İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vәzifәli әbәdi Baş Kahin olmuşdu.
1 Bu Melkisedeq Salem padşahı vә Allah-Taalanın kahini idi. Padşahları mәğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı vә ona xeyir-dua verdi. 2 İbrahim dә ona hәr şeyin onda bir hissәsini verdi. Melkisedeq әn әvvәl öz adının mәnasına görә salehlik padşahıdır, sonra isә Salem padşahı, yәni sülh padşahıdır. 3 O, atasız, anasız olub nәsil şәcәrәsi yoxdur. Nә günlәrinin başlanğıcı, nә dә hәyatının sonu var. Lakin Allahın Oğluna bәnzәdilmiş әbәdi kahin olaraq qalır. 4 Baxın bu adam necә böyükdür ki, ulu babamız İbrahim belә qәnimәtlәrinin onda bir hissәsini ona verdi. 5 Levi oğullarından kahinlik vәzifәsini alanlar, Qanuna görә xalqdan, yәni İbrahim nәslindәn olduqları halda, öz qardaşlarından onda bir hissәni almaq әmrinә malikdirlәr. 6 Amma onların nәslindәn olmayan Melkisedeq İbrahimdәn onda bir hissәni aldı vә vәdlәrә malik olana xeyir-dua verdi. 7 Şübhәsiz ki, böyük özündәn kiçiyә xeyir-dua verәr. 8 Burada onda bir hissәni ölümlü insanlar alır, orada isә yaşadığına dair şәhadәtә malik olan bir nәfәr alır. 9 Demәk olar ki, onda bir hissәni alan Levi dә İbrahim vasitәsilә onda bir hissәni vermişdi. 10 Çünki Melkisedeq İbrahimin pişvazına çıxanda Levi hәlә әcdadının belindә idi. 11 Belәliklә, әgәr kamillik Levililәrin kahinliyi vasitәsilә әldә edilsәydi – çünki xalq bu kahinliyә әsasәn Qanunu alıb – Harun vәzifәli deyil, Melkisedeq vәzifәli başqa bir kahinin tәyin edilmәsi barәdә danışmağa daha nә ehtiyac vardı? 12 Çünki kahinlik dәyişilәndә Qanunun da dәyişilmәsinә ehtiyac var. 13 Haqqında bu sözlәr deyilәn Adam başqa bir qәbilәyә mәnsubdur vә bu qәbilәdәn heç kәs qurbangahda xidmәt etmәmişdir. 14 Axı Rәbbimizin Yәhuda qәbilәsindәn törәmәsi mәlumdur. Musa bu qәbilә barәsindә kahinlәrә aid bir söz demәmişdi. 15 Melkisedeqә bәnzәr başqa bir Kahinin tәyin edilmәsi bunu daha da aydın göstәrir. 16 O, Qanunun cismani kahinlik әmrinә görә deyil, tükәnmәz hәyat qüdrәtinә görә Kahin oldu. 17 Çünki "Sәn Melkisedeq vәzifәli әbәdi bir Kahinsәn" deyә şәhadәt olunur. 18 Bundan әvvәlki әmr zәif vә yararsız olduğuna görә lәğv olunur. 19 Çünki Qanun heç bir şeyi kamillәşdirmәyib. Bunun yerinә bizi Allaha yaxınlaşdıran daha gözәl ümid verilir. 20 Bu kahinlik isә andsız olmadı. O biri kahinlәr andsız kahin oldu. 21 Lakin İsa Ona "Rәbb and içdi, qәrarını dәyişmәz: “Sәn әbәdi bir Kahinsәn”" deyәn Allah vasitәsilә andla kahin oldu. 22 Buna görә İsa daha yaxşı Әhdin zәmanәtçisi oldu. 23 Bununla belә, hәmin kahinlәrin sayı çox idi, çünki ölüm onların vәzifәdә qalmasına mane olurdu. 24 Lakin İsa әbәdi yaşadığı üçün daimi kahinliyә malikdir. 25 Buna görә O Özü vasitәsilә Allaha yaxınlaşanları tam xilas etmәyә qadirdir. Çünki O onlar üçün vәsatәtçilik etmәkdәn ötrü hәmişә yaşayır. 26 Hәqiqәtәn, bizә belә bir Baş Kahinin olması münasibdir ki, O, müqәddәs, günahsız, lәkәsiz, günahkarlardan ayrılmış, göylәrdәn daha ucalara qaldırılmış olsun. 27 O başqa baş kahinlәr kimi әvvәlcә öz günahları, sonra da xalqın günahları üçün hәr gün qurban tәqdim etmәk mәcburiyyәtindә deyil. Çünki Özünü qurban vermәklә bunu birdәfәlik etdi. 28 Qanun zәifliklәri olan insanları baş kahin tәyin edir. Lakin Qanundan sonra verilmiş and sözü әbәdi olaraq kamillәşdirilmiş Oğulu tәyin etdi.
1 Deyilәnlәrin әsası isә budur: bizim elә bir Baş Kahinimiz var ki, göylәrdәki möhtәşәm Allahın taxtının sağında oturub. 2 O, Müqәddәs mәkanda vә insanın deyil, Rәbbin qurduğu hәqiqi çadırda xidmәt edir. 3 Hәr baş kahin tәqdim vә qurban gәtirmәk üçün tәyin olunur. Buna görә bizim dә Baş Kahinimizin tәqdim etmәk üçün nәyisә olmalıdır. 4 Әgәr Özü yer üzündә olsaydı, әsla Kahin olmazdı. Çünki Qanuna әsasәn tәqdim gәtirәnlәr var. 5 Onlar göylәrdәkilәrin tәsviri vә kölgәsi olan yerdә ibadәt edir, necә ki Musa İbadәt çadırını qurmaq üzrә olanda Allah onu xәbәrdar etmişdi: "Dağda sәnә göstәrilәn nümunәyә görә bunların hamısını ehtiyatla düzәlt". 6 Amma indi İsa daha yaxşı vәdlәr üzәrindә qurulmuş daha yaxşı bir Әhdin Vasitәçisi olduğu qәdәr üstün bir xidmәtә nail oldu. 7 Әgәr ilk Әhd qüsursuz olsaydı, ikinci Әhdә sәbәb axtarılmazdı. 8 Çünki Allah Öz xalqını tәqsirkar çıxararaq deyir: "Rәbb bәyan edir: “İsrail xalqı vә Yәhuda xalqı ilә Yeni bir Әhd bağlayacağım günlәr yaxınlaşır. 9 Bu Әhd Atalarını Misir torpağından çıxartmaq üçün Әllәrindәn tutduğum gün Onlarla bağladığım әhdә bәnzәmәyәcәk. Çünki onlar әhdimә sadiq qalmadılar, Mәn dә onlardan üz döndәrdim” Rәbb belә bәyan edir. 10 “O günlәrdәn sonra İsrail xalqı ilә Bağlayacağım Әhd belәdir” Rәbb bәyan edir, “Qanunlarımı onların zehinlәrinә qoyub Ürәklәrinә yazacağam. Mәn onların Allahı, Onlar da Mәnim xalqım olacaq. 11 Bir kәs öz hәmvәtәnini yaxud qardaşını ‹Rәbbi tanı› deyib öyrәtmәyәcәk. Çünki böyükdәn kiçiyә qәdәr hamı Mәni tanıyacaq. 12 Çünki tәqsirlәrinә qarşı mәrhәmәtli olacağam, Günahlarını daha yada salmayacağam”". 13 Allah "Yeni Әhd" demәklә birincisinin köhnә olduğunu göstәrir. Köhnәlәn vә yaşa dolansa çox keçmәdәn yox olur.
1 Birinci Әhdin dә ibadәt barәsindәki qaydaları vә dünyәvi Müqәddәs mәkanı var idi. 2 Bir çadır qurulmuşdu. Müqәddәs yer adlanan ilk bölmәdә çıraqdan, masa vә tәqdis çörәklәri var idi. 3 İkinci pәrdә arxasında isә Әn Müqәddәs yer adlanan bir bölmә var idi. 4 Burada qızıl buxur qurbangahı ilә hәr tәrәfdәn qızılla örtülmüş Әhd sandığı var idi. Sandığın içindә manna ilә dolu qızıl qab, Harunun tumurcuqlamış әsası vә Әhd lövhәlәri var idi. 5 Sandığın üzәrindә isә kәffarә qapağına kölgә salan izzәtli keruvlar var idi. Lakin bunlar barәsindә indi әtraflı danışa bilmirik. 6 Bu şeylәr belә qurulduqdan sonra kahinlәr hәmişә çadırın ilk bölmәsinә daxil olub ibadәti aparırlar. 7 İkinci bölmәsinә isә yalnız baş kahin daxil ola bilәr. O da özü üçün vә xalqın bilmәdәn işlәtdiyi günahlar üçün orada tәqdim etdiyi qurban qanı olmadan o yerә daxil ola bilmәz. 8 Müqәddәs Ruh bununla göstәrir ki, çadırın ilk bölmәsi durduqca Әn Müqәddәs yerә gedәn yol hәlә aşkar olmamışdır. 9 Bu çadır indiki vaxt üçün bir misaldır. Bu sәbәbdәn ibadәt edәnin vicdanını kamillәşdirә bilmәyәn tәqdimlәr vә qurbanlar verilir. 10 Bunlar ancaq yemәk, içmәk vә cürbәcür yuyunma tәrzlәri ilә, yәni hәr şeyin nizama salınacağı vaxtadәk qüvvәdә olub cismani işlәrә mәxsus olan qaydalarla әlaqәdardır. 11 Lakin Mәsih indi gәlәn nemәtlәrin Baş Kahini olaraq gәldi. İnsan әli ilә qurulmamış, yәni bu yaradılışdan olmayan daha böyük vә daha mükәmmәl çadırdan keçib 12 tәkәlәrlә danaların qanı ilә yox, Öz qanı ilә Әn Müqәddәs yerә birdәfәlik daxil oldu; әbәdi satınalınmanı tәmin etdi. 13 Çünki әgәr tәkәlәrlә buğaların qanı vә düyәnin külünün murdar olanların üstünә sәpilmәsi onları tәqdis edib cismәn tәmizlәyirsә, 14 demәli, әbәdi Ruh vasitәsilә Özünü qüsursuz olaraq Allaha tәqdim etmiş Mәsihin qanı var olan Allaha ibadәt edә bilmәmiz üçün vicdanımızı ölüm gәtirәn әmәllәrdәn nә qәdәr çox tәmizlәyәcәk! 15 Buna görә dә çağırılmışların vәd edilәn әbәdi irsi alması üçün Mәsih Yeni Әhdin Vasitәçisidir. Çünki O, Birinci Әhd zamanı etdiklәri tәqsirlәrdәn onları satın almaq üçün ölmüşdü. 16 Bir vәsiyyәtnamә varsa, vәsiyyәt edәnin ölümünü sübut etmәk lazımdır. 17 Çünki vәsiyyәtnamә ancaq ölümdәn sonra qüvvәyә minir. Vәsiyyәt edәn sağ olanda vәsiyyәtnamәnin heç bir qüvvәsi yoxdur. 18 Bu sәbәbә görә Birinci Әhd dә qan axıdılmadan qüvvәyә minmәdi. 19 Musa Qanunun hәr әmrini bütün xalqın önündә bәyan edәndәn sonra su, al rәngli yun vә züfa otu ilә dana vә tәkәlәrin qanını götürüb hәm kitabın özünә, hәm dә bütün xalqın üzәrinә sәpәrәk dedi: 20 "Budur Allahın sizә әmr etdiyi Әhdin qanı". 21 Eyni tәrzdә çadır vә bütün xidmәt әşyalarının üzәrinә qan sәpdi. 22 Demәk olar ki, Qanuna görә hәr bir şey qanla tәmizlәnir vә qan axıdılmadan bağışlanma olmur. 23 Belәliklә, göylәrdәkilәrin tәsvirlәrini bu qurbanlarla, göylәrdәkilәri isә bunlardan daha yaxşı qurbanlarla tәmizlәmәk lazım idi. 24 Mәsih әsl Müqәddәs mәkanın nümunәsi olub insan әli ilә qurulan Müqәddәs mәkana deyil, göyün özünә daxil oldu ki, indi bizim üçün Allahın hüzurunda zahir olsun. 25 Baş kahin hәr il özünün olmayan qanla Әn Müqәddәs yerә girәr. Amma Mәsih Özünü dәfәlәrlә tәqdim etmәk üçün göyә girmәdi. 26 Elә olsaydı, O, dünya yaranandan bәri dәfәlәrlә әzab çәkmәli olardı. İndi isә dövrlәrin sonunda, O Özünü qurban vermәklә günahı aradan qaldırmaq üçün bir dәfә zühur etdi. 27 Necә müәyyәn edilmişdir ki, insanlar bir dәfә ölüb ondan sonra mühakimә olunsunlar, 28 elәcә dә Mәsih bir çoxlarının günahını Öz üzәrinә götürmәk üçün bir dәfә tәqdim edilmişdir vә ikinci dәfә günahın öhdәsindәn gәlmәk üçün deyil, xilas gәtirmәk üçün Onu gözlәyәnlәrә zühur edәcәk.
1 Qanunda gәlәcәk nemәtlәrin әsli deyil, kölgәsi vardır. Buna görә dә Qanun ildәn-ilә daimi bir surәtdә tәqdim olunan eyni qurbanlar vasitәsilә Allaha yaxınlaşanları әsla kamil edә bilmәz. 2 Әks tәqdirdә, bu qurbanların tәqdim olunmasına son qoyulardı. Çünki ibadәt edәnlәr birdәfәlik tәmizlәnәndәn sonra artıq günahlarına görә vicdan әzabı çәkmәzdilәr. 3 Amma bu qurbanlar vasitәsilә insanlar ildәn-ilә günahlarını yadlarına salır. 4 Çünki buğaların vә tәkәlәrin qanı ilә günahları aradan qaldırmaq qeyri-mümkündür. 5 Buna görә Mәsih dünyaya gәlәndә deyir: "Qurban vә tәqdim istәmәdin, Amma Mәnә bir bәdәn hazırladın. 6 Yandırma qurbanı, günah qurbanından xoşun gәlmәdi. 7 O zaman dedim: “Budur, gәlmişәm, Kitab tumarında Mәnim haqqımda yazılıb. Ay Allah, Sәnin iradәni yerinә yetirim”". 8 Mәsih әvvәl dedi: "Qurban, tәqdim, yandırma qurbanı vә günah qurbanı istәmәdin, Bunlardan xoşun gәlmәdi". Bunlar hamısı Qanuna görә tәqdim olunur. 9 Sonra dedi: "Budur, gәlmişәm, Sәnin iradәni yerinә yetirim". Yәni, Mәsih ikinci Әhdi qüvvәyә mindirmәk üçün birincisini lәğv edir. 10 Bu iradәyә әsasәn biz İsa Mәsihin bәdәninin birdәfәlik tәqdim olunmasına görә tәqdis olunduq. 11 Hәr bir kahin hәr gün xidmәtini icra edәrәk әsla günahları aradan qaldıra bilmәyәn eyni qurbanları dәfәlәrlә tәqdim edir. 12 Amma Mәsih günahlar üçün yalnız bir qurban tәqdim edәndәn sonra әbәdi olaraq Allahın sağında oturdu. 13 O vaxtdan bәri O, düşmәnlәrinin Onun ayaqları altına kәtil kimi salınmasını gözlәyir. 14 Çünki O yalnız bir tәqdim vasitәsilә tәqdis olunmaqda olanları hәmişәlik kamillәşdirdi. 15 Müqәddәs Ruh da bu haqda bizә şәhadәt edir. Çünki әvvәl deyir: 16 "“O günlәrdәn sonra Onlarla bağlayacağım Әhd belәdir” Rәbb bәyan edir, “Qanunlarımı onların ürәyinә qoyub Zehinlәrinә yazacağam”". 17 Sonra deyir: "Günahlarını vә qanunsuzluqlarını yada salmayacağam". 18 Günahların bağışlanması olanda isә artıq günah üçün tәqdim etmә yoxdur. 19 Belәliklә, ey qardaşlar, İsanın qanı sayәsindә Әn Müqәddәs yerә daxil olmağa cәsarәtimiz çatır. 20 O bizә pәrdәdәn, yәni Öz cismindәn keçәn yeni vә canlı bir yol açmışdır. 21 Hәm dә O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. 22 Ona görә ürәklәrimiz pis vicdandan paklanmış, bәdәnlәrimiz dә tәmiz su ilә yuyulmuş halda imanın tam etimadı ilә, sәmimi qәlblә Allaha yaxınlaşaq. 23 Ümid verәn әqidәdәn möhkәm tutaq, çünki vәd verәn Allah sadiqdir. 24 Bir-birimizi mәhәbbәtә vә xeyirxah әmәllәr etmәk üçün necә hәvәslәndirmәk haqqında fikirlәşәk. 25 Bәzi adamların vәrdiş etdiyi kimi birgә yığışmağımızı tәrk etmәyәk. Lakin qiyamәt gününün yaxınlaşdığını gördükcә bir-birimizi daha çox ruhlandıraq. 26 Hәqiqәti dәrk edib qәbul edәndәn sonra qәsdәn günah etmәkdә davam etsәk, artıq günah üçün qurban qalmır. 27 Lakin mühakimәnin vә Allahın düşmәnlәrini yandırıb-yaxan şiddәtli alovun dәhşәtlә gözlәnmәsi qalır. 28 Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilә rәhm edilmәdәn öldürülür. 29 Әgәr bir nәfәr Allahın Oğlunu tapdalayaraq tәqdis edildiyi Әhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu tәhqir edәrsә, sizcә bundan nә qәdәr ağır cәzaya layiq sayılacaq? 30 Çünki "Qisas Mәnimdir, әvәzini Mәn verәcәyәm" vә yenә dә "Rәbb Öz xalqını mühakimә edәcәk" deyәni tanıyırıq. 31 Var olan Allahın әlinә düşmәk dәhşәtdir! 32 Siz әvvәlki günlәri xatırlayın. O vaxt Allahın nuru üzәrinizә saçandan sonra әzablı, böyük mübarizәyә tab gәtirdiniz. 33 Bәzәn tәhqir vә әziyyәtlәrә uğrayıb tamaşaya qoyuldunuz, bәzәnsә eyni rәftara mәruz qalanların dәrdinә şәrik oldunuz. 34 Hәm dә siz mәhbusların çәkdiyi әzablara şәrik oldunuz, özünüzün daha yaxşı vә daimi malınız olduğunu bilәrәk әmlakınızın talan edilmәsini sevinclә qәbul etdiniz. 35 Buna görә cәsarәtinizi itirmәyin, bu cәsarәtә görә mükafatınız böyükdür. 36 Çünki Allahın iradәsini yerinә yetirib vәd olunan şeyi almaq üçün sizin tab gәtirmәyә ehtiyacınız var. 37 Çünki "Bir az müddәtdәn sonra Gәlәn gәlәcәk, gecikmәyәcәk. 38 Amma saleh adamım imanla yaşayacaq. Әgәr geri çәkilsә, ondan razı qalmayacağam". 39 Bizsә geri çәkilib hәlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.
1 İman ümid edilәnlәrә etibar etmәk, görünmәyәn şeylәrә әmin olmaqdır. 2 Әcdadlarımız imanları üçün müsbәt şәhadәt aldılar. 3 İman vasitәsilә dәrk edirik ki, kainat Allahın kәlamı ilә yarandı, belәcә dә görünәn şeylәr görünmәyәnlәrdәn törәdi. 4 İman vasitәsilә Habil Allaha Qabildәn daha yaxşı bir qurban tәqdim etdi. Bunun vasitәsilә saleh olduğu tәsdiq olundu, çünki Allah onun tәqdimlәri barәdә şәhadәt etdi. Habil ölmüş olduğu halda iman vasitәsilә hәlә dә danışır. 5 Xanok ölümü görmәsin deyә iman vasitәsilә dünyadan götürüldü. Onu tapa bilmәdilәr, çünki Allah onu dünyadan götürmüşdü. Götürülmәzdәn әvvәl o, şәhadәt almışdı ki, Allahı razı salıb. 6 İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şәxs inanmalıdır ki, O var vә Onu axtaranlara mükafat verir. 7 Nuh hәlә gözә görünmәyәn şeylәr barәsindә edilәn xәbәrdarlığa iman vasitәsilә ciddi yanaşaraq öz ev әhlinin xilası üçün gәmi düzәltdi. O, iman vasitәsilә dünyanı mәhkum etdi vә imana görә olan salehliyi irs olaraq aldı. 8 İbrahim çağırılanda iman vasitәsilә itaәtli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilmәyәrәk yola çıxdı. 9 İman vasitәsilә vәd edilmiş ölkәdә bir qәrib kimi mәskunlaşdı. O eyni vәdin hәmvarislәri olan İshaq vә Yaqubla birlikdә çadırlarda yaşadı. 10 Çünki İbrahim memarı vә banisi Allah olan bünövrәli şәhәri gözlәyirdi. 11 Sara özü sonsuz vә yaşı ötmüş olduğu halda iman vasitәsilә nәsil yaratmaq üçün güc aldı, çünki vәd Edәni sadiq saydı. 12 Buna görә dә bir kişidәn, artıq ölüdәn fәrqlәnmәyәn birindәn sayca göydәki ulduzlar qәdәr, dәniz kәnarındakı qum kimi saysız-hesabsız nәsil törәdi. 13 Bunların hamısı imanlı olaraq öldü. Vәd edilәn şeylәrә nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar vә özlәrinin yer üzündә yad vә qәrib olduqlarını iqrar etdilәr. 14 Axı belә sözlәri deyәnlәr bir vәtәn axtardıqlarını göstәrirlәr. 15 Әgәr onlar çıxdıqları ölkә barәsindә düşünsәydilәr, qayıtmağa imkanları olardı. 16 Amma әslindә onlar daha yaxşı bir ölkәni, yәni sәmavi vәtәni arzu edirdilәr. Buna görә Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şәhәr hazırlamışdır. 17 İbrahim sınağa çәkildiyi vaxt iman vasitәsilә İshaqı qurban olaraq tәqdim etdi. Vәdlәrә nail olmuş İbrahim bircә oğlunu qurban vermәk niyyәtindә idi. 18 Halbuki ona "İshaqdan törәyәnlәr sәnin nәslin adlanacaq" deyilmişdi. 19 O, Allahı onu ölülәr arasından diriltmәyә qadir saydı. Buna görә dә mәcazi mәnada İshaqı ölümdәn geri aldı. 20 İman vasitәsilә İshaq gәlәcәk hadisәlәrlә әlaqәdar Yaquba vә Esava xeyir-dua verdi. 21 Yaqub ölәrkәn Yusifin hәr iki oğluna iman vasitәsilә xeyir-dua verdi vә öz dәyәnәyinin başına söykәnib Allaha sәcdә etdi. 22 Yusif dә ölәrkәn İsrail övladlarının Misirdәn çıxacaqları haqqında iman vasitәsilә söz söylәyәrәk öz sümüklәri barәsindә әmr verdi. 23 Musa doğulanda anası vә atası iman vasitәsilә onu üç ay gizlәtdilәr. Çünki onlar uşağın gözәl olduğunu görüb padşahın fәrmanından qorxmadılar. 24 Musa böyüyәndәn sonra firon qızının oğlu adlanmaqdan iman vasitәsilә imtina etdi. 25 Günahdan müvәqqәti zövq almaqdansa Allahın xalqı ilә birlikdә әzab çәkmәyi üstün tutdu. 26 Mәsih naminә çәkdiyi tәhqiri Misir xәzinәlәrindәn daha böyük var-dövlәt saydı, çünki alacağı mükafata gözünü dikmişdi. 27 İman vasitәsilә padşahın qәzәbindәn qorxmayıb Misirdәn çıxdı, çünki o, gözә Görünmәyәni sanki görmüş kimi möhkәm dayandı. 28 İman vasitәsilә Musa Pasxa qurbanının kәsilmәsini vә onun qanının çilәnmәsini hәyata keçirtdi ki, ilk doğulanları öldürәn mәhvedici mәlәk İsraillilәrә toxunmasın. 29 İman vasitәsilә İsraillilәr Qırmızı dәnizi qurudan keçәn kimi keçdilәr. Misirlilәr dә bunu etmәyә cәhd etdilәr, amma boğuldular. 30 İman vasitәsilә İsraillilәr yeddi gün Yerixonun әtrafında gәzdikdәn sonra onun divarları yıxıldı. 31 İman vasitәsilә fahişә Raxav casusları dostcasına qarşıladığı üçün itaәtli olmayanlarla birgә hәlak olmadı. 32 Daha nә deyә bilәrәm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel vә başqa peyğәmbәrlәr barәsindә danışsam, vaxtım çatmaz. 33 İman vasitәsilә onlar padşahlıqları mәğlub etdilәr, әdalәti icra etdilәr, vәdlәrә nail oldular, aslanların ağızlarını bağladılar, 34 şiddәtli alovu söndürdülәr, qılıncın ağzından qaçdılar, zәiflikdәn qüvvәtlәndilәr, döyüşdә güclü oldular, yadellilәrin ordularını qovdular. 35 Qadınlar öz ölülәrini dirilmiş geri aldılar. Bәzilәri işgәncә çәkәndә qurtulmaqdan imtina etdilәr ki, dirilib daha yaxşı hәyata nail olsunlar; 36 digәrlәri dә tәhqir olunub döyüldülәr, habelә zәncirlәrә vә hәbslәrә mәruz qaldılar; 37 onlar daşqalaq edildilәr, mişarlanıb bölündülәr, qılıncdan keçirilib öldürüldülәr. Bәzilәri isә qoyun dәrisinә vә keçi gönünә bürünәrәk gәzib-dolaşdılar, yoxsulluğa, әzab-әziyyәtә mәruz qaldılar. 38 Dünya onlara layiq deyildi. Onlar sәhralarda, dağlarda, mağaralarda vә yeraltı oyuqlarda dolaşıb gәzdilәr. 39 Onların hamısı iman vasitәsilә müsbәt şәhadәt aldı, amma vәd edilәnә nail olmadılar. 40 Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyә çatmasın.
1 Buna görә bu qәdәr böyük şahidlәr buludu ilә әhatә olunduğumuz üçün biz hәr bir yükü vә bizi asanlıqla çaşdıran günahı tәrk edib qarşımızdakı yarışda dözümlә qaçaq. 2 Gözümüzü imanımızın Banisi vә Kamillәşdiricisi olan İsaya dikәk. O, qarşısına qoyulan sevincә görә rüsvayçılığı heç sayıb çarmıxa çәkilmәyә tab gәtirdi vә Allahın taxtının sağında oturdu. 3 Günahkarlardan Ona qarşı olan bu qәdәr düşmәnçiliyә dözәn Şәxs barәsindә düşünün ki, yorulub ruhdan düşmәyәsiniz. 4 Günaha qarşı etdiyiniz mübarizәdә hәlә qan tökülәcәk qәdәr möhkәm durmamısınız. 5 Sizә oğul deyib verilәn bu nәsihәti unutdunuz: "Oğlum, Rәbbin verdiyi tәrbiyәyә xor baxma, Onun mәzәmmәtindәn ruhdan düşmә. 6 Çünki Rәbb sevdiyini tәrbiyәlәndirәr, Qәbul etdiyi hәr oğulu döyәr". 7 Tәrbiyәyә tab gәtirin. Allah sizinlә övladları kimi rәftar edir. Elә bir oğul varmı atası onu tәrbiyәlәndirmәsin? 8 Hәr kәs üçün ümumi olan tәrbiyәdәn mәhrum olsanız, demәli, siz oğul yox, qeyri-qanuni övladsınız. 9 Hәm dә әgәr bizi tәrbiyәlәndirәn cismani atalarımıza hörmәt ediriksә, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi? 10 Atalarımız bizi qısa bir müddәtә öz dәrk etdiklәri kimi tәrbiyәlәndirdilәr. Amma Allah Onun müqәddәsliyinә ortaq olaq deyә bizi xeyrimiz üçün tәrbiyәlәndirir. 11 Hәr tәrbiyә isә indiki vaxt sevinc deyil, kәdәr verәn bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilәnlәrә salehliyin dinclik sәmәrәsini hasil edir. 12 Buna görә yorğun әllәrinizi qaldırın vә zәiflәnmiş dizlәrinizi güclәndirin. 13 Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bәdәn üzvlәriniz yerindәn çıxmasın, әksinә sağalsın. 14 Hamı ilә birlikdә sülh içindә yaşamağa vә müqәddәs olmağa can atın, çünki müqәddәsliyә nail olmadan heç kim Rәbbi görmәyәcәk. 15 Diqqәt edin ki, heç kim Allahın lütfündәn mәhrum olmasın, aranızda bir acı kök böyüyüb әziyyәt vermәsin vә bununla bir çoxlarını murdar etmәsin. 16 Qoy heç kim әxlaqsız vә yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörәyә görә öz ilk oğulluq haqqını satdı. 17 Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istәyirdi, lakin rәdd olundu. Xeyir-duanı göz yaşları ilә axtardısa da, atasının fikrini dәyişmәyә qadir olmadı. 18 Siz toxunula bilәn, odla yanan bir şeyә, qaranlığa, zülmәtә, qasırğaya, 19 şeypur gurultusuna vә kәlam söylәyәn sәsә yaxınlaşmadınız; o sәsi eşidәnlәr onlara daha bir söz deyilmәsin deyә yalvardılar. 20 Çünki "әgәr dağa bir heyvan belә, toxunsa, o, daşqalaq edilsin" әmrinә tab gәtirә bilmәzdilәr. 21 Bu mәnzәrә o qәdәr qorxunc idi ki, Musa "mәn qorxu vә lәrzә içindәyәm" dedi. 22 Lakin siz Sion dağına, var olan Allahın şәhәrinә – sәmavi Yerusәlimә, saysız-hesabsız mәlәklәrә, 23 göylәrdә adları qeyd edilmiş ilk doğulanların ümumi mәclisinә vә cәmiyyәtinә, hamının Hakimi olan Allaha, kamala çatmış salehlәrin ruhlarına, 24 Yeni Әhdin Vasitәçisi olan İsaya vә Habilin qanından daha üstün söz deyәn sәpilmiş qana yaxınlaşdınız. 25 Bunu Deyәni rәdd etmәyәsiniz deyә diqqәtli olun. Çünki әgәr yer üzündә xәbәrdarlıq edәni rәdd edәnlәr cәzadan qaça bilmәdilәrsә, biz göylәrdәn xәbәrdarlıq Edәndәn üz döndәrsәk, cәzadan qaça bilmәyәcәyimiz daha çox yәqindir. 26 O vaxt Onun sәsi yeri sarsıtdı. Amma indi "Mәn bir dәfә dә yalnız yeri yox, göyü dә lәrzәyә gәtirәcәyәm" deyә vәd etmişdir. 27 "Bir dәfә dә"sözü bunu göstәrir: sarsıla bilәn, yәni yaradılmış şeylәr aradan qaldırılacaq ki, sarsıla bilmәyәnlәr daim var olsun. 28 Buna görә sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnәtdar olaq; belә ki möminlik vә ehtiramla Allaha mәqbul tәrzdә Ona ibadәt edәk. 29 Çünki Allahımız yandırıb-yaxan alovdur.
1 Aranızda daimi qardaşlıq sevgisi olsun. 2 Qonaqpәrvәr olmağı da unutmayın, çünki belә davranan bәzilәri bilmәdәn mәlәklәrә qonaqpәrvәrlik göstәrmişlәr. 3 Özünüzü hәbsdә olanların yerinә qoyaraq onları yada salın. Әzab-әziyyәt içindә olanları da elә xatırlayın ki, sanki özünüz onlarla birgә әzab-әziyyәt çәkirsiniz. 4 Qoy hәr kәs nikaha hörmәtlә yanaşsın. Qoy әr-arvad yatağı murdarlanmasın. Çünki Allah әxlaqsızları vә zinakarları mühakimә edәcәk. 5 Hәyatınız pulpәrәstlikdәn azad olsun, nәyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: "Sәni heç vaxt atmaram, sәni heç vaxt tәrk etmәrәm". 6 Buna görә biz arxayınlıqla deyirik: "Rәbb mәnә yardım edәndir, heç qorxmaram. İnsan mәnә nә edә bilәr?" 7 Allahın kәlamını sizә danışan rәhbәrlәrinizi yada salın. Onların hәyat tәrzinin nәticәsinә baxıb imanlarını nümunә olaraq götürün. 8 İsa Mәsih dünәn, bu gün vә әbәdi olaraq eynidir. 9 Müxtәlif vә yad tәlimlәrlә yoldan azmayın, çünki ürәk yemәklәrlә deyil, Allahın lütfü ilә qüvvәtlәnsә, yaxşıdır. Bu cür yemәk qaydalarına riayәt edәnlәr bir xeyir görmәdilәr. 10 Bizim bir qurbangahımız var ki, ibadәt çadırında xidmәt edәnlәrin ondan yemәyә icazәsi yoxdur. 11 Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqәddәs yerә gәtirir, cәsәdlәri isә düşәrgәnin kәnarında yandırılır. 12 Bunun kimi İsa da Öz qanı ilә xalqı tәqdis etmәk üçün şәhәr darvazasının kәnarında әzab çәkdi. 13 Buna görә Onun gördüyü tәhqiri daşıyaraq düşәrgәnin kәnarına çıxıb Onun yanına gedәk. 14 Çünki burada daimi şәhәrimiz yoxdur, amma biz gәlәcәk şәhәri axtarırıq. 15 Onda İsa vasitәsilә hәmişә Allaha hәmd qurbanını, yәni Onun adını iqrar edәnlәrin dilinin bәhrәsi olan sözlәri tәqdim edәk. 16 Xeyirxahlıq etmәyi vә varınızı başqaları ilә bölüşmәyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır. 17 Öz rәhbәrlәrinizә itaәtli olun vә onlara tabe olun. Axı onlar hәr vaxt hәyatınız üçün qayğı çәkir, çünki hesabat verәcәklәr. Qoy onlar bunu sevinclә etsin, ah-zarla etmәsinlәr, çünki bu sizә fayda vermәz. 18 Bizim üçün dua edin. Biz әminik ki, vicdanımız tәmizdir vә hәr cәhәtcә yaxşı hәyat tәrzi sürmәyә can atırıq. 19 Yanınıza tez qayıtmağım üçün dua etmәnizi xüsusilә xahiş edirәm. 20 Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rәbbimiz İsanı әbәdi Әhdin qanı ilә ölülәr arasından dirildәn Allah 21 sizi hәr cür yaxşı şeylә tәmin etsin ki, İsa Mәsih vasitәsilә Özünә xoş olanı bizdә icra etsin vә siz Onun iradәsini hәyata keçirәsiniz. İsa Mәsihә әbәdi izzәt olsun! Amin. 22 Qardaşlar, sizdәn xahiş edirәm, bu öyüd-nәsihәt sözünü dözümlә qәbul edin, çünki sizә qısaca yazdım. 23 Xәbәriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Әgәr tezliklә yanıma gәlәrsә, onunla birlikdә sizi görәcәyәm. 24 Bütün rәhbәrlәrinizi vә müqәddәslәrin hamısını salamlayın. İtaliyadan olanlar sizә salam göndәrirlәr. 25 Hamınıza lütf olsun!
1 Allahın vә Rәbb İsa Mәsihin qulu mәn Yaqubdan millәtlәr arasına sәpәlәnmiş on iki qәbilәyә salam! 2 Ey qardaşlarım, müxtәlif sınaqlarla üzlәşәndә bunu böyük bir sevinc hesab edin. 3 Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçmәsi dözüm yaradır. 4 Dözüm dә öz әmәlini kamil etsin ki, siz yetkin vә kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın. 5 Әgәr sizlәrdәn birinin müdrikliyi çatışmırsa, hәr kәsә sәxavәtlә vә mәzәmmәt etmәdәn verәn Allahdan dilәsin vә ona verilәcәk. 6 Amma qoy heç şübhә etmәdәn imanla dilәsin. Çünki şübhә edәn adam külәyin qaldırdığı vә hәrәkәtә gәtirdiyi dәniz dalğasına bәnzәyir. 7 Qoy belә adam düşünmәsin ki, Rәbdәn bir şey alacaq. 8 O qәrarsızdır, heç bir yolunda sabit deyil. 9 Qoy hәqir qardaş öz ucalığı ilә fәxr etsin, 10 varlı qardaşsa öz hәqirliyi ilә fәxr etsin, çünki varlı insan otun çiçәyi kimi solub gedәcәk. 11 Günәş çıxır, bәrk isti olur vә otu qurudur. Otun çiçәyi tökülür vә onun zahiri gözәlliyi itir. Varlı adam da belәcә, işlәyә-işlәyә solacaq. 12 Sınağa dözәn adam nә bәxtiyardır! Çünki sınaqdan keçәndәn sonra Rәbbin Onu sevәnlәrә vәd etdiyi hәyat tacını alacaq. 13 Sınağa düşәndә qoy heç kim "Allah mәni sınağa çәkir"demәsin. Çünki Allah pisliklә sınağa çәkilmir vә Özü dә heç kimi sınağa çәkmir. 14 Lakin hәr kәs öz ehtirası ilә aparılıb yoldan çıxarılaraq sınağa çәkilir. 15 Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişәndә ölüm törәdir. 16 Ey sevimli qardaşlarım, aldanmayın: 17 hәr yaxşı bәxşiş vә hәr kamil hәdiyyә yuxarıdan, Özündә heç bir dәyişiklik ya dönüklük kölgәsi olmayan nurlar Atasından gәlir. 18 O Öz iradәsinә görә hәqiqәt kәlamı ilә doğulmamıza sәbәb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq. 19 Belәliklә, ey sevimli qardaşlarım, qoy hәr bir adam eşitmәkdә cәld, söz söylәmәkdә tәmkinli vә qәzәblәnmәkdә dә tәmkinli olsun. 20 Çünki insanın qәzәbi Allahın salehliyini hasil etmir. 21 Buna görә dә hәr cür murdarlığı vә dolub-daşan pisliyi kәnara ataraq ürәyinizә әkilәn, canlarınızı xilas etmәyә qadir olan kәlamı hәlimliklә qәbul edin. 22 Bu kәlamın icraçısı olun, yalnız eşidәnlәr olub özünüzü aldatmayın. 23 Çünki kәlamı eşidәn, amma icraçısı olmayan şәxs güzgüdә öz üzünün cizgilәrinә baxan adama bәnzәyir: 24 O öz-özünә baxır, kәnara çәkilir vә dәrhal necә olduğunu unudur. 25 Lakin kamil qanuna, azadlıq qanununa diqqәtlә baxıb ona bağlı qalan şәxs unutqan eşidәn deyil, әmәldә icraçıdır; belә adam öz işindә nә bәxtiyardır! 26 Әgәr sizdәn biri özünün mömin olduğunu düşünür, amma ürәyini aldadıb öz dilini yüyәnlәmirsә, onun möminliyi puçdur. 27 Ata Allahın hüzurunda pak vә nöqsansız möminlik budur: yetimlәrә vә dullara onların әziyyәtlәrindә qayğı göstәrmәk vә özünü dünyadan qoruyub lәkәsiz olmaq.
1 Qardaşlarım, izzәtli Rәbbimiz İsa Mәsihә iman edәnlәr olaraq insanlar arasında tәrәfkeşlik etmәyin. 2 Mәsәlәn, toplandığınız yerә qızıl üzüklü, gözәl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gәlәrsә, 3 gözәl geyinmiş adama diqqәt yetirib "buyurun, burada әylәşin",kasıba da "sәn orada dur" vә yaxud "yerdә otur" deyәrsinizsә, 4 öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlәr kimi davranmırsınızmı? 5 Ey sevimli qardaşlarım, dinlәyin: Allah bu dünyada kasıbları imanda zәnginlәşmәk vә Onu sevәnlәrә vәd etdiyi Padşahlığın varisi olmaq üçün seçmәdimi? 6 Sizsә kasıbı hörmәtdәn saldınız. Mәgәr sizi sıxışdıran varlılar deyilmi? Sizi mәhkәmәlәrә çәkәn onlar deyilmi? 7 Sizin mәxsus olduğunuz Şәxsin şәrәfli adına küfr edәn onlar deyilmi? 8 Әgәr siz "qonşunu özün kimi sev" deyәn Müqәddәs Yazıya görә Padşahınız Allahın qanununa hәqiqәtәn әmәl edirsinizsә, yaxşı edirsiniz. 9 Amma әgәr insanlar arasında tәrәfkeşlik edirsinizsә, günah etmiş olursunuz vә Qanuna әsasәn onu pozanlar kimi mәhkum olunursunuz. 10 Çünki kim Qanunun hamısına riayәt edәrәk birindә büdrәyәrsә, o bütün Qanuna qarşı tәqsirkar olur. 11 Çünki "zina etmә" deyәn, "qәtl etmә" dә demişdir. Әgәr zina etmәyib qәtl edirsәnsә, sәn Qanunu pozmuş olursan. 12 Azadlıq qanunu ilә mühakimә olunacaq adamlar kimi danışın vә bu cür davranın. 13 Çünki mәrhәmәt göstәrmәyәn mәrhәmәtsiz mühakimә olunur. Mәrhәmәt mühakimәyә qalib gәlir. 14 Qardaşlarım, әgәr bir kimsә yaxşı әmәllәri olmadığı halda imanının olduğunu bildirirsә, bunun xeyri nәdir? Belә iman onu xilas edә bilәrmi? 15 Әgәr qardaş-bacılardan birinin paltarı vә gündәlik yemәyi yoxdursa 16 vә sizdәn biri ona "arxayın get, isin vә qarnını doydur" deyib onların yaşayışı üçün lazım olanları vermirsә, nә faydası var? 17 İman da elәdir, әgәr yaxşı әmәllәri yoxdursa, özü-özlüyündә ölüdür. 18 Lakin kimsә belә deyә bilәr: "Sәnin imanın var, mәnim dә әmәllәrim". Sәn imanını mәnә әmәlsiz göstәr, mәn dә sәnә imanımı әmәllәrimlә göstәrәcәyәm. 19 Sәn Allahın bir olduğuna inanırsansa, yaxşı edirsәn. Cinlәr dә buna inanır vә әsirlәr! 20 Ey ağılsız adam, әmәlsiz imanın puç olduğuna sübut istәyirsәnmi? 21 Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha tәqdim edәndә әmәllәrlә saleh sayılmadımı? 22 Görürsәn, iman onun әmәllәri ilә birgә fәaliyyәtdә idi vә iman әmәllәrlә tamamlanmışdır. 23 Belәliklә, "İbrahim Allaha iman etdi vә bu ona salehlik sayıldı" deyәn Müqәddәs Yazı belә yerinә yetdi vә İbrahim Allahın dostu adlandırıldı. 24 Görürsünüz ki, insan yalnız imanla deyil, әmәllәri ilә dә saleh sayılır. 25 Eyni tәrzdә mәgәr fahişә Raxav belә, qasidlәri qәbul edib başqa yolla geri göndәrәrәk öz әmәllәri ilә saleh sayılmadımı? 26 Çünki ruhsuz bәdәn ölü olduğu kimi әmәlsiz iman da ölüdür.
1 Qardaşlarım, bildiyiniz kimi biz müәllimlәr daha ciddi bir mühakimәdәn keçәcәyik. Bu sәbәbә görә dә çoxunuz müәllim olmayın. 2 Çünki hamımız çox büdrәyirik. Sözlәri ilә büdrәmәyәn bir kimsә bütün bәdәni dә yüyәnlәyә bilәn kamil bir insandır. 3 Bizә itaәt etsinlәr deyә atların ağzına yüyәn taxırıq, belәcә bütün bәdәnlәrini döndәririk. 4 Bax gәmilәr dә böyük olduqları vә güclü külәklәr tәrәfindәn aparıldıqları halda sükançının könlü haraya istәyirsә, kiçicik bir sükanla oraya dönür. 5 Dil dә elәdir, bәdәnin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşәni yandırır! 6 Dil dә oddur. Dil bәdәn üzvlәrimizin arasında haqsızlıq dünyasıdır. O bütün bәdәnimizi lәkәlәyir vә özü cәhәnnәmdәn odlandırıldığı kimi hәyatımızın gedişatını da odlandırır. 7 Çünki istәr heyvanların, istәrsә dә quşların, istәr sürünәnlәrin, istәrsә dә dәniz mәxluqlarının hәr cinsi insan nәsli tәrәfindәn әhlilәşdirilir vә әhlilәşdirilmişdir. 8 Amma dili heç bir insan әhlilәşdirә bilmir. Dil qarşısıalınmaz bәladır vә öldürücü zәhәrlә doludur. 9 Dilimizlә Rәbb Ataya alqış edirik. Dilimizlә dә Allahın surәtindә yaradılmış insanları lәnәtlәyirik. 10 Alqış vә lәnәt eyni ağızdan çıxır. Qardaşlarım, bu belә olmamalıdır. 11 Bir bulağın eyni gözündәn şirin vә acı su çıxarmı? 12 Qardaşlarım, әncir ağacı zeytun vә üzüm tәnәyi dә әncir yetişdirә bilәrmi? Elәcә dә şor bulaqdan şirin su gәlә bilmәz. 13 Aranızda müdrik vә dәrrakәli olan varmı? Qoy o öz yaxşı hәyat tәrzi ilә, müdriklikdәn yaranan hәlimliklә yaxşı әmәllәrini göstәrsin. 14 Amma ürәyinizdә acı qısqanclıq, xudbin ehtiras varsa, öyünmәyin vә hәqiqәti inkar etmәyin. 15 Belә müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyәvi, ruhani olmayan vә şeytani müdriklikdir. 16 Çünki harada qısqanclıq vә xudbin ehtiras varsa, orada qarışıqlıq vә hәr cür pis әmәl vardır. 17 Amma yuxarıdan nazil olan müdriklik әvvәla safdır, sonra da sülhpәrvәrdir, mülayimdir, itaәtlidir, mәrhәmәt vә xeyirli bәhrәlәrlә doludur, qәrәzsizdir, riyasızdır. 18 Sülh yaradanların әkdiyi sülh toxumlarından salehlik bәhrәsi yetişir.
1 Aranızda dava vә çәkişmәlәrin kökü haradandır? Bәdәnlәrinizin üzvlәrindә mübarizә edәn ehtiraslarınızdan deyilmi? 2 Nә isә arzu edib әldә etmәyincә adam öldürürsünüz. Hәsәd aparırsınız, amma istәdiyinizә nail olmayınca çәkişib dava edirsiniz. Әldә edә bilmirsiniz, çünki dilәmirsiniz. 3 Dilәyirsiniz, amma almırsınız, çünki öz kefinizә sәrf etmәk üçün pis niyyәtlә dilәyirsiniz. 4 Ey vәfasızlar, dünya ilә dostluğun Allaha qarşı düşmәnçilik olduğunu bilmirsinizmi? Buna görә dә dünya ilә dost olmaq istәyәn özünü Allaha düşmәn edәr. 5 Bәlkә güman edirsiniz ki, Müqәddәs Yazı әbәs yerә "Allahın daxilimizә verdiyi ruh qısqanclıqla hәsrәt çәkәr" deyir? 6 Lakin Allah daha çox lütf verir. Bunun üçün belә deyilir: "Allah mәğrurlara qarşıdır, İtaәtkarlara isә lütf göstәrәr". 7 Buna görә dә Allaha tabe olun. İblisә qarşı durun vә o sizdәn qaçacaq. 8 Allaha yaxınlaşın, O da sizә yaxınlaşacaq. Ey günahkarlar, әllәrinizi paklayın! Ey qәrarsız insanlar, ürәklәrinizi saflaşdırın! 9 Kәdәrlәnin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz dә qәmә dönsün! 10 Rәbbin önündә özünüzü aşağı tutun, O da sizi ucaldacaq. 11 Qardaşlar, bir-birinizi pislәmәyin. Qardaşını pislәyәn yaxud qardaşını mühakimә edәn kәs Qanunu pislәyir vә Qanunu mühakimә edir. Amma sәn Qanunu mühakimә edirsәnsә, Qanunun icraçısı deyil, onun hakimisәn. 12 Qanunverәn vә Hakim birdir, xilas etmәyә vә hәlak etmәyә qadir olan Odur. Bәs sәn kimsәn ki, qonşunu mühakimә edirsәn? 13 İndi siz belә deyirsiniz: "Bu gün yaxud sabah biz filan şәhәrә gedib orada bir il qalacağıq vә ticarәtlә mәşğul olub pul qazanacağıq". 14 Әslindә isә sabah nә baş verәcәyini bilmirsiniz. Axı hәyatınız nәdir ki? Qısa bir müddәtә görünüb sonra da yox olan buxardır. 15 Bunun әvәzinә "әgәr Rәbb istәyәrsә, sağ qalarıq, bu vә ya digәr işi görәrik" demәlisiniz. 16 İndi isә siz öz tәkәbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmәlәrin hamısı pisdir. 17 Demәli, kimsә bir yaxşı işi görmәli olduğunu bilib onu etmirsә, günah edir.
1 İndi isә, ey varlılar, başınıza gәlәcәk kәdәrli hadisәlәrә görә fәryad edib ağlayın! 2 Var-dövlәtiniz çürüyüb, paltarlarınızı da güvә yeyib. 3 Qızıl-gümüşünüz paslanıb. Onların pası sizә qarşı şahidlik edәcәk vә әtinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlәt yığmısınız. 4 Bax zәmilәrinizi biçәn işçilәrdәn hiylәgәrcәsinә gizlәtdiyiniz әmәk haqqı sizә qarşı haray çәkir. Biçinçilәrin fәryadı Ordular Rәbbinin qulaqlarına çatıb! 5 Siz yer üzündә firavan yaşayıb kef çәkmisiniz. Boğazlanma günündә dә özünüzü kökәldirsiniz! 6 Sizә müqavimәt göstәrmәyәn salehi mәhkum edib öldürdünüz. 7 Belәliklә, ey qardaşlar, Rәbbin zühuruna qәdәr sәbirli olun. Görün әkinçi birinci vә axırıncı yağış yağanacan sәbir edәrәk torpağın qiymәtli mәhsulunu gözlәyir. 8 Siz dә sәbirli vә ürәkli olun, çünki Rәbbin zühuru yaxındır. 9 Qardaşlar, mühakimә olunmamaq üçün bir-birinizdәn gileylәnmәyin. Budur, Hakim qapı arxasında durur! 10 Qardaşlar, Rәbbin adı ilә danışmış peyğәmbәrlәri әzablara tab gәtirmәk vә sәbir nümunәsi kimi götürün. 11 Budur, biz dözümlü olanları bәxtiyar hesab edirik. Әyyubun dözümü barәsindә eşitmisiniz vә Rәbbin axırda nә etdiyini dә gördünüz, çünki Rәbb çox rәhmli vә mәrhәmәtlidir. 12 Lakin hәr şeydәn әvvәl, qardaşlarım, nә göyә, nә yerә, nә dә başqa bir şeyә and için. Qoy sizdә "bәli" niz bәli, "xeyr" iniz xeyr olsun ki, mühakimәyә düşmәyәsiniz. 13 Aranızda әzab çәkәn varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun. 14 Aranızda xәstә olan varmı? Qoy imanlılar cәmiyyәtinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rәbbin adına onu yağla mәsh edәrәk dua etsinlәr. 15 İmanla edilәn dua xәstәni sağaldacaq vә Rәbb onu ayağa qaldıracaq. Әgәr o adam günah edibsә, bağışlanacaq. 16 Belәliklә, günahlarınızı bir-birinizә etiraf edin vә bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü vә tәsirlidir. 17 İlyas tәbiәtcә bizim kimi bir adam idi vә o sәylә dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı. 18 O yenә dә dua etdi vә göy yağış yağdırdı, torpaq da barını verdi. 19 Qardaşlarım, әgәr aranızdan biri haqq yolundan azar vә kimsә onu doğru yola qaytararsa, 20 qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdәn xilas edәr vә bir çox günahın üstünü örtәr.
1 İsa Mәsihin hәvarisi mәn Peterdәn seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayәti vә Bitinyaya yayılmış qәriblәrә salam! 2 Ata Allahın qabaqcadan bilmәsinә görә siz Ruh tәrәfindәn tәqdis olunaraq İsa Mәsihә itaәt etmәniz vә Onun qanının üzәrinizә sәpilmәsi üçün seçilmisiniz. Qoy lütf vә sülh sizә bol-bol verilsin! 3 Rәbbimiz İsa Mәsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mәrhәmәtinә görә yenidәn doğulmamızı tәmin etdi. İsa Mәsihin ölülәr arasından dirilmәsi ilә bizi canlı ümidә, 4 çürümәz, lәkәsiz, solmaz bir irsә qovuşdurdu. Bu irs sizin üçün göylәrdә saxlanılır. 5 Siz Allahın qüdrәti ilә axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitәsilә qorunursunuz. 6 Buna görә hal-hazırda qısa bir müddәt cürbәcür sınaqlarda kәdәrә düşmәyә mәcbur olsanız da, hәdsiz sevinirsiniz; 7 belә ki imanınızın sınaqdan keçmәsi İsa Mәsihin zühurunda sizә tәrif, izzәt vә şәrәf gәtirsin. Bu imanınız odla tәmizlәnsә belә, fani qızıldan daha çox dәyәrlidir. 8 Siz İsa Mәsihi görmәmisiniz, amma Onu sevirsiniz. Hәtta siz Onu indi dә görmürsünüz, lakin Ona iman edib tәsvirolunmaz vә izzәtli sevinclә hәdsiz sevinirsiniz. 9 Çünki imanınızın nәticәsindә canınızın xilasına nail olursunuz. 10 Sizә göstәrilәcәk lütf barәsindә әvvәlcәdәn xәbәr verәn peyğәmbәrlәr bu xilasa dair araşdırma vә tәdqiqatlar aparardı. 11 Onların daxilindә olan Mәsihin Ruhu Mәsihin әzabları vә onlardan sonrakı izzәti barәdә әvvәlcәdәn şәhadәt edirdi. Bunların necә vә nә vaxt gәlәcәyi barәdә Ruhun nә göstәrdiyini araşdırdılar. 12 Bu şeylәri elan edәrәk özlәrinә deyil, sizә xidmәt etdiklәri onlara açıqca göstәrildi. Müjdәni göydәn göndәrilmiş Müqәddәs Ruh vasitәsilә sizә yayanlar indi hәmin xәbәri sizә bildirdi. Mәlәklәr dә bu şeylәri yaxından tanımaq arzusundadır. 13 Buna görә ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklә İsa Mәsihin zühurunda sizә verilәcәk lütfә bağlayın. 14 İtaәtkar uşaqlar kimi cahil ikәn qapıldığınız әvvәlki ehtiraslara uymayın. 15 Amma sizi çağıran Allah müqәddәs olduğuna uyğun olaraq siz dә bütün hәyat tәrzinizdә müqәddәs olun, 16 necә ki yazılıb: "Müqәddәs olun, çünki Mәn müqәddәsәm". 17 Tәrәfkeşlik etmәdәn öz әmәlinә görә hәr kәsi mühakimә edәn Allahı "Ata" deyә çağırdığınız üçün bu qürbәt dünyadakı vaxtınızı Allah qorxusunda keçirin. 18 Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç hәyat tәrzindәn qızıl ya gümüş kimi fani şeylәrlә deyil, 19 qüsursuz vә lәkәsiz quzuya bәnzәyәn Mәsihin qiymәtli qanı bahasına satın alınmısınız. 20 Dünya yaranmazdan әvvәl tanınmış Mәsih bu axır zamanda sizә görә zühur etdi. 21 Mәsih vasitәsilә siz Onu ölülәr arasından dirildib izzәtlәndirәn Allaha iman edirsiniz. Belәliklә, imanınız vә ümidiniz Allaha bağlıdır. 22 Hәqiqәtә itaәt edәrәk ürәklәrinizi saflaşdırıb riyasız qardaşlıq mәhәbbәtinә sahib oldunuz. Buna görә bir-birinizi var gücünüzlә sәmimi qәlbdәn sevin. 23 Çünki siz çürüyәn toxumdan deyil, çürümәzdәn, Allahın canlı, davamlı olan kәlamı vasitәsilә yenidәn doğulmusunuz. 24 Ona görә ki "Bütün bәşәr ota bәnzәr, Onun bütün gözәlliyi çöl çiçәyi kimidir. Ot quruyar, çiçәk tökülәr, 25 Amma Rәbbin sözü әbәdi qalar". Sizә vәz olunan Müjdә sözü budur.
1 Belәliklә, hәr cür pisliyi, hiylәni, ikiüzlülüyü, paxıllığı vә hәr cür böhtançılığı üzәrinizdәn atın. 2 Anadan tәzә olmuş çağalar kimi pak ruhani südә susayın ki, bununla bәslәnib böyüyәrәk xilasa nail olasınız. 3 Çünki siz daddınız ki, Rәbb nә qәdәr xeyirxahdır. 4 İnsanların rәdd etdiyi, amma Allahın qiymәtli sayıb-seçdiyi diri Daşa, Rәbbә yaxınlaşaraq 5 özünüz dә diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqәddәs kahin dәstәsi olasınız vә İsa Mәsih vasitәsilә Allaha mәqbul olan ruhani qurbanlar tәqdim edәsiniz. 6 Çünki Müqәddәs Yazıda yazılıb: "Budur, Sionda bir daş, Seçilmiş, qiymәtli bir guşәdaşı qoyuram. Ona iman edәn kәs әsla utandırılmaz". 7 Belәliklә, iman edәn sizlәr üçün bu daş qiymәtlidir, amma iman etmәyәnlәr üçün "bәnnaların rәdd etdiyi daş guşәdaşı olub", 8 "büdrәmә daşı vә yıxıdan qaya" da oldu. Onlar kәlama itaәt etmәdiklәri üçün büdrәyir vә onların tәyinatı budur. 9 Amma siz seçilmiş nәsil, Padşahın kahin dәstәsi, müqәddәs millәt, Allaha mәxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrәtamiz nuruna çağıran Allahın çox gözәl işlәrini elan etmәk üçün seçilmisiniz. 10 Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mәrhәmәt tapmamışdınız, indi isә mәrhәmәt almısınız. 11 Sevimlilәr, sizә yalvarıram, cana qarşı mübarizә aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qәrib vә gәlmәsiniz. 12 İmanlı olmayanların arasında yaxşı hәyat tәrzi sürün ki, sizi pislik edәn adamlar kimi tәqsirlәndirib böhtan atsalar da, yaxşı işlәrinizi müşahidә edib Allahın onlara yaxınlaşdığı gündә Onu izzәtlәndirsinlәr. 13 İnsanın yaratdığı hәr quruma Rәbb naminә tabe olun; hәm ali hakimiyyәt olduğuna görә padşaha, 14 hәm dә pislik edәnlәri cәzalandırmaq, yaxşılıq edәnlәri dә tәriflәmәk üçün onun tәrәfindәn göndәrilәn valilәrә tabe olun. 15 Çünki Allahın iradәsi yaxşılıq edәrәk axmaqların cahilliyini susdurmanızdır. 16 Azad insanlar kimi yaşayın. Ancaq azadlığınızı pislik etmәk üçün bәhanә saymayıb Allahın qulları olaraq yaşayın. 17 Hamıya hörmәt edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmәt edin. 18 Ey xidmәtçilәr! Yalnız xeyirxah vә mülayimlәrә deyil, zalım ağalarınıza da tam ehtiramla tabe olun. 19 Әgәr biri Allah qarşısındakı vicdan naminә, haqsız yerә әzab çәkib kәdәrә tab gәtirirsә, bu, tәrifә layiqdir. 20 Axı etdiyiniz günahlara görә döyülsәniz vә buna dözsәniz, bu sizә nә şәrәf gәtirәr? Amma siz yaxşılıq etdiyiniz üçün әzab çәkib dözsәniz, bu Allah qarşısında tәrifә layiqdir. 21 Siz mәhz bunun üçün çağırıldınız. Çünki Mәsih dә sizin üçün әzab çәkdi vә sizә nümunә oldu ki, siz dә Onun izi ilә gedәsiniz. 22 O heç bir günah etmәdi, Ağzından hiylә sözü çıxmadı. 23 Onu söydülәr, O isә cavabında söymürdü, Әzab çәkәrәk heç kimi hәdәlәmirdi, Әksinә, әdalәtli Hakimә Özünü tәslim etdi. 24 O, bәdәni çarmıxa çәkilәrәk bizim günahlarımızı Öz üzәrinә götürdü ki, biz günaha münasibәtdә ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilә siz şәfa tapdınız. 25 Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isә canınızın Çobanına vә Nәzarәtçisinә tәrәf döndünüz.
1 Ey arvadlar, siz dә eyni tәrzdә öz әrlәrinizә tabe olun. Әgәr onlardan bәzisi Allahın kәlamına itaәt etmәzsә, siz arvadların ismәtli, ehtiramlı hәyat tәrzinizi müşahidә etsinlәr; belәcә onları dinmәz-söylәmәz qazana bilәrsiniz. 3 Qoy sizin bәzәyiniz saçlarınızı hörüb qızıl bәr-bәzәk taxmaq vә gözәl geyimlәr geymәklә zahiri şeylәr deyil, 4 gizli olan daxili varlığınız, hәlim vә sakit ruhun solmayan gözәlliyindәn ibarәt olsun. Bu, Allahın qarşısında çox dәyәrlidir. 5 Çünki qәdim zamanlarda Allaha ümid bağlayan müqәddәs qadınlar öz әrlәrinә tabe olaraq belә bәzәnәrdilәr. 6 Mәsәlәn, Sara İbrahimi "ağam" deyә çağıraraq ona itaәt edirdi. Siz dә yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz. 7 Ey әrlәr, siz dә bunun kimi arvadlarınızla әdәblә, onların daha zәrif varlıqlar olduğuna uyğun davranın. Sizinlә birlikdә Allahın lütf etdiyi hәyatı irs olaraq aldıqlarına görә onlara hörmәt göstәrin ki, dualarınıza maneçilik törәdilmәsin. 8 Nәhayәt, hamınız hәmfikir olun. Başqalarının hәr bir hissinә şәrik olun, bir-birinizi qardaşlıq mәhәbbәti ilә sevin, rәhmli vә itaәtkar olun. 9 Pisliyә pisliklә, söyüşә dә söyüşlә cavab vermәyin, әksinә xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. 10 Çünki: "Kim hәyatdan kam almaq, Xoş gün görmәk istәyirsә, Qoy dilini şәrdәn, Ağzını hiylә danışmaqdan qorusun, 11 Qoy şәrdәn çәkinib yaxşılıq etsin, Qoy sülhü axtarıb ardınca getsin! 12 Çünki Rәbbin gözü salehlәrin üzәrindәdir, Qulaqları onların fәryadlarına açıqdır. Amma Rәbbin üzü şәr işlәr görәnlәrә qarşıdır". 13 Әgәr yaxşılıq etmәyә sәy göstәrsәniz, sizә kim pislik edәr? 14 Amma әgәr salehlik uğrunda әzab çәksәniz belә, siz bәxtiyarsınız. İnsanların hәdә-qorxu gәlmәsindәn qorxmayın vә lәrzәyә düşmәyin. 15 Lakin Mәsihi Rәbb kimi ürәyinizdә müqәddәs tutun. Daxilinizdә olan ümid barәsindә sizdәn hesabat istәyәn hәr kәsә cavab vermәk üçün hazır olun. 16 Vicdanınızı tәmiz tutaraq bunu hәlimliklә vә ehtiramla edin ki, Mәsihdә olan yaxşı davranışınızı tәhqir edәnlәr sizә atdıqları böhtandan utansınlar. 17 Әgәr Allahın iradәsi budursa, yaxşılıq etdiyi üçün әzab çәkmәk pislik etdiyi üçün әzab çәkmәkdәn yaxşıdır. 18 Çünki saleh olan Mәsih dә saleh olmayanlar uğrunda, onların günahları üçün bir dәfә әzab çәkdi ki, sizi Allahın hüzuruna gәtirsin. O cismәn edam edilmiş, amma ruhәn hәyata qovuşmuşdur. 19 O ruhәn gedib zindandakı ruhlara da vәz etdi. 20 Bunlar bir vaxtlar, Allah Nuhun gәmi düzәltdiyi dövrdә sәbirlә gözlәdiyi vaxt itaәtsiz idi. O gәmidә isә az adam, başqa sözlә, sәkkiz nәfәr sudan sağ-salamat çıxdı. 21 Bu nümunәyә uyğun olaraq vәftiz indi sizә İsa Mәsihin dirilmәsi ilә xilas gәtirir. Vәftiz cismani çirki yumaqdan ötrü deyil, tәmiz vicdanla Allah qarşısında söz vermәk üçündür. 22 İsa Mәsih göyә qalxıb vә Allahın sağındadır. Mәlәklәr, hakimlәr vә qüvvәlәr dә Ona tabedir.
1 Belәliklә, Mәsih cismәn әzab çәkdiyinә görә siz dә eyni düşüncәlәrlә silahlanın. Çünki cismәn әzab çәkәn günahdan vaz keçmişdir. 2 Nәticәdә cisimdә qalan vaxtını isә artıq bәşәri ehtiraslara görә deyil, Allahın iradәsinә görә yaşayır. 3 Siz keçmiş vaxtlarda imanlı olmayanların istәklәrini yerinә yetirib hәyatınızı әxlaqsızlıqla, ehtirasla, әyyaşlıqla, eyş-işrәtlә, içib azğınlıq etmәklә, iyrәnc bütpәrәstliklә keçirdiyiniz yetәr! 4 İmanlı olmayanlar onlarla birlikdә eyni cür pozğunluğa uymadığınıza görә tәәccüb edir, sizә şәr atırlar. 5 Onlar dirilәri vә ölülәri mühakimә etmәyә hazır olan Allaha cavab verәcәklәr. 6 Çünki bu sәbәbә görә Müjdә ölülәrә dә yayıldı ki, cismәn onlar bütün insanlar kimi mühakimә olunduğu halda, ruhәn Allah kimi yaşasınlar. 7 Hәr şeyin sonu yaxındır. Belәliklә, ağıllı-kamallı olun vә dua etmәk üçün ayıq durun. 8 Hәr şeydәn әvvәl, bir-birinizi cani-dildәn sevin, çünki "mәhәbbәt çox günahı örtәr". 9 Şikayәt etmәdәn bir-birinizә qonaqpәrvәrlik göstәrin. 10 Hәr kәs Allahın çoxcәhәtli lütfünün yaxşı idarәçilәri kimi aldığı әnama görә bir-birinә xidmәt etsin. 11 Kim danışırsa, Allahın sözlәrini danışan kimi danışsın. Kim xidmәt edirsә, Allahın verdiyi qüvvәtlә xidmәt etsin. Belәcә Allah hәr şeydә İsa Mәsih vasitәsilә izzәtlәnәcәk. İzzәt vә qüdrәt әbәdi olaraq İsa Mәsihindir. Amin! 12 Sevimlilәr, sizi sınamaq üçün aranızda baş verәn odlu imtahana sanki başınıza gәlәn qәribә bir iş kimi tәәccüb etmәyin. 13 Әksinә, Mәsihin әzablarına nә qәdәr şәrik olursunuzsa, o qәdәr sevinin ki, Onun izzәtli zühurunda hәdsiz sevinәsiniz. 14 Mәsihin adına görә tәhqir olunsanız, siz nә bәxtiyarsınız! Çünki Allahın izzәtli Ruhu üzәrinizdә qalır. 15 Amma heç biriniz qatil, oğru ya başqa cür cinayәtkar kimi yaxud başqalarının işinә qarışan şәxs kimi әzab çәkmәsin. 16 Lakin әgәr bir insan mәsihçi kimi әzab çәkirsә, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzәtlәndirsin. 17 Çünki mühakimәnin Allahın ev xalqından başlandığı vaxt gәlir. Әgәr mühakimә әvvәl bizdәn başlanarsa, Allahın Müjdәsinә itaәt etmәyәnlәrin sonu necә olacaq? 18 Әgәr saleh belә, çәtinliklә xilas olursa, bәs allahsız vә günahkar necә olacaq? 19 Bunun üçün qoy Allahın iradәsinә görә әzab çәkәnlәr yaxşılıq edәrәk hәyatlarını sadiq olan Yaradana hәvalә etsinlәr.
1 Ey aranızda olan ağsaqqallar! Mәn dә sizin kimi ağsaqqal vә Mәsihin әzablarının şahidiyәm, zühur edәcәk izzәtә dә şәrikәm. Sizә yalvarıram, 2 Allahın sizә hәvalә etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü vә Allahı razı salan tәrzdә, haqsız qazanca hәris olmadan, hәvәslә nәzarәt edin. 3 Sizә tapşırılanlar üzәrindә ağalıq etmәyin, amma sürüyә nümunә olun. 4 Baş Çoban zühur etdiyi zaman siz solmayan izzәt tacı alacaqsınız. 5 Eyni ilә, siz dә, ey gәnclәr, ağsaqqallara tabe olun. Hamınız bir-birinizә itaәtkarlıq göstәrin. Çünki "Allah mәğrurlara qarşıdır, itaәtkarlara isә lütf göstәrәr". 6 Allahın qüdrәtli әli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. 7 Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır. 8 Ayıq durun, oyaq olun. Çünki düşmәniniz olan iblis nәrildәyәn vә kimisә aşırmaq istәyәn aslan kimi dolaşır. 9 Möhkәm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür әzab çәkirlәr. 10 Siz qısa bir müddәt әzab çәkdikdәn sonra sizi İsa Mәsihdә Özünün әbәdi izzәtinә çağırmış, hәr cür lütf verәn Allah Özü sizi bәrpa edәcәk, möhkәmlәdәcәk, qüvvәtlәndirәcәk vә sarsılmaz tәmәlә oturdacaq. 11 Qüdrәt әbәdi olaraq Onun olsun! Amin. 12 Bu qısa mәktubu etibarlı saydığım qardaşımız Sila vasitәsilә sizә yazıram. Sizi hәvәslәndirәrәk şәhadәt etdim ki, Allahın hәqiqi lütfü budur. Ona bağlı qalın. 13 Sizin kimi seçilmiş Babildәki cәmiyyәt vә oğlum Mark da sizi salamlayır. 14 Bir-birinizi mәhәbbәtlә öpәrәk salamlayın. Mәsihdә olan hamınıza sülh olsun!
1 İsa Mәsihin qulu vә hәvarisi mәn Şimon Peterdәn Allahımız vә Xilaskarımız İsa Mәsihin salehliyi sayәsindә bizimlә bәrabәr qiymәtli iman әldә etmiş olanlara salam! 2 Allahı vә Rәbbimiz İsanı tanıdıqca lütf vә sülh sizә bol-bol verilsin! 3 Bizi Öz izzәti vә alicәnablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitәsilә yaşamağımız vә mömin olmağımız üçün lazım gәlәn hәr şeyi bizә bәxş etdi. 4 Belәliklә, O bizә çox böyük vә dәyәrli vәdlәr verdi ki, bunlar vasitәsilә ehtirasın nәticәsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi tәbiәtә şәrik olasınız. 5 Elә buna görә dә siz bütün sәylә imanınıza alicәnablıq, alicәnablığınıza bilik, 6 biliyinizә nәfsә hakim olmaq, nәfsә hakim olmağınıza dözüm, dözümünüzә möminlik, 7 möminliyinizә qardaşlıq sevgisi vә qardaşlıq sevgisinә mәhәbbәt әlavә edin. 8 Çünki әgәr bunlar sizdә varsa vә artırsa, sizi Rәbbimiz İsa Mәsihi tanımaqda fәaliyyәtsiz vә sәmәrәsiz olmaqdan qoruyacaq. 9 Bunlar kimdә yoxdursa, o kordur, uzağı görә bilmәz vә әvvәlki günahlarından tәmizlәndiyini unutmuşdur. 10 Belәliklә, ey qardaşlar, çağırıldığınızı vә seçildiyinizi tәsdiq etmәk üçün daha da sәy göstәrin. Çünki әgәr bunu etsәniz, heç vaxt büdrәmәzsiniz. 11 Belәcә Rәbbimiz vә Xilaskarımız İsa Mәsihin әbәdi Padşahlığına girmәk sәlahiyyәti sizә bol-bol ehsan edilәcәk. 12 Ona görә dә bunları bilsәniz vә sahib olduğunuz hәqiqәtlә möhkәm dursanız da, daima bunları sizә xatırladıram. 13 Bu bәdәndә yaşadığım müddәtdә xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirәm. 14 Çünki Rәbbimiz İsa Mәsihin mәnә bildirdiyi kimi, bu bәdәndәn ayrılmağımın yaxın olduğunu bilirәm. 15 Buna görә dә çalışıram ki, mәn bu dünyadan köçdükdәn sonra da siz bunları hәmişә yada salasınız. 16 Rәbbimiz İsa Mәsihin qüdrәtini vә zühurunu sizә bildirәrkәn uydurma әfsanәlәrә әsaslanmadıq. Amma öz gözümüzlә Onun ululuğunun şahidlәri olduq. 17 Çünki Böyük Ehtişamı Olandan Ona belә bir sәs gәldi: "Bu Mәnim sevimli Oğlumdur, Ondan razıyam".O vaxt Ata Allahdan izzәt vә şәrәf qәbul etdi. 18 Müqәddәs dağda Onunla birgә olduğumuz üçün göydәn gәlәn bu sәsi biz dә eşitdik. 19 Hәmçinin bizdә daha әmin olan peyğәmbәrlik sözlәri var. Onlar qaranlıq yerdә işıq saçan bir çırağa bәnzәyir. Sәhәr açılıb dan ulduzu ürәklәrinizdә doğana qәdәr bu sözlәrә diqqәt verirsinizsә, yaxşı edirsiniz. 20 Hәr şeydәn әvvәl bunu bilmәlisiniz ki, Müqәddәs Yazılardakı peyğәmbәrlik sözlәrinin heç birini şәxsәn şәrh etmәk olmaz. 21 Çünki heç vaxt peyğәmbәrlik insan iradәsi ilә qaynaqlanmamışdır, lakin Müqәddәs Ruh tәrәfindәn yönәldilәn insanlar Allahdan gәlәn sözlәri söylәdi.
1 Amma Allahın xalqı arasında yalançı peyğәmbәrlәr dә ortaya çıxdı. Elәcә dә sizin aranızda yanlış tәlim yayanlar ortaya çıxacaq. Bunlar hәtta özlәrini satın alan Sahibini inkar edib gizlicә aranıza dağıdıcı vә tәfriqәçi tәlim gәtirәcәklәr. Belәlәri öz başlarına tezliklә hәlak gәtirәcәk. 2 Hәtta çoxları onların pozğunluğuna qoşulacaq vә onların üzündәn hәqiqәt yoluna küfr edilәcәk. 3 Tamahkarlıqlarından uydurma sözlәrlә sizi istismar edәcәklәr. Onların mühakimәsi çoxdan davam edir vә hәlakı hazırdır. 4 Çünki Allah günahkar mәlәklәri cәzasız qoymadı, onları qiyamәt gününә qәdәr saxlanmaq üçün cәhәnnәmә ataraq zülmәtdә buxovladı. 5 O, allahsız adamların yaşadığı qәdim dünyaya daşqın göndәrәrәk o dünyanı cәzasız qoymadı, amma sәkkiz nәfәri, o cümlәdәn, salehliyi bәyan edәn Nuhu qoruyub saxladı. 6 O, Sodom vә Homorra şәhәrlәrini yandırıb-yaxaraq viran olmağa mәhkum etdi vә belәliklә, gәlәcәkdә olan allahsız adamlara nümunә göstәrdi. 7 Pozğun insanların әxlaqsız hәyat tәrzindәn әziyyәt çәkәn saleh Lutu isә qurtardı. 8 Çünki onların arasında yaşayan bu saleh insan günbәgün onların qanunsuz әmәllәrini görüb-eşidib öz saleh ruhunda iztirab çәkirdi. 9 Әlbәttә ki, Rәbb möminlәri sınaqdan necә qurtarmağı, haqsızları isә qiyamәt gününә kimi cәza altında necә saxlamağı bilir. 10 O, xüsusilә, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belә saxlayır. Belә adamlar hәyasız vә dikbaşdırlar, ehtişamlı varlıqlara şәr atmaqdan qorxmurlar. 11 Halbuki onlardan qüvvәt vә qüdrәtdә üstün olan mәlәklәr Rәbbin önündә ehtişamlı varlıqlara şәr ataraq ittiham etmәz. 12 Bu adamlarsa sanki dәrrakәsiz, qeyri-iradi surәtdә aparılan heyvanlardır ki, tutulub kәsilmәk üçün doğulublar. Onlar başa düşmәdiyi şeylәrә şәr atır. Heyvanlar necә kәsilirsә, onlar da elә kәsilәcәk. 13 Etdiklәri zәrәrin әvәzini alacaqlar. Gündüz kef çәkmәyi әylәncә sayırlar. Sizinlә yeyib-içәrkәn sanki aranızda lәkәlәr vә nöqsanlar olaraq öz hiylәlәrindәn zövq alırlar. 14 Onların gözlәri zina ilә doludur, günahdan doymurlar. Qәrarsız insanları yoldan çıxarırlar. Ürәklәri tamahkarlığa alışdırılmış lәnәtli insanlardır. 15 Haqsızlıqla әldә etdiyi qazancı sevәn Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar. 16 Bilam işlәdiyi günaha görә ifşa olundu: dilsiz-ağızsız eşşәk insan sәsi ilә danışıb bu peyğәmbәri dәlilik etmәkdәn çәkindirdi. 17 Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır. 18 Çünki boş vә lovğa sözlәr söylәyәrәk sәhv yolla gedәnlәrin arasından çәtinliklә qaçanları cismani ehtiraslarla vә әxlaqsızlıqla yoldan azdırırlar. 19 Onlara azadlıq vәd edirlәr, halbuki özlәri pozğunluğun kölәsidirlәr. Çünki insan nәyә mәğlub olarsa, onun kölәsi olar. 20 Rәbbimiz vә Xilaskarımız İsa Mәsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenә hәmin işlәrlә mәşğul olub mәğlub olarlarsa, son vәziyyәtlәri әvvәlkindәn betәr olar. 21 Çünki salehlik yolunu tanıyıb özlәrinә әmanәt edilәn müqәddәs әmrdәn geri dönmәkdәnsә bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı. 22 Bu doğru mәsәllәrdә deyilәnlәr onların öz başına gәldi: "İt öz qusuntusuna qayıdar" vә "çimdirilmiş donuz palçıqda ağnamağa qayıdar".
1 Sevimlilәr, indi bu mәnim sizә yazdığım ikinci mәktubdur. Hәr iki mәktubumda tәmiz düşüncәli olmağınızı xatırladaraq sizi oyaq edirәm. 2 Müqәddәs peyğәmbәrlәrin qabaqcadan söylәdiyi sözlәri vә Xilaskarımız Rәbbin hәvarilәriniz vasitәsilә verdiyi әmri yada salmalısınız. 3 Hәr şeydәn әvvәl bunu bilmәlisiniz ki, axır zamanda öz ehtiraslarına görә hәrәkәt edәn rişxәndçilәr gәlәcәk vә rişxәndlә 4 deyәcәklәr: "Rәbbin vәd etdiyi zühuru haradadır? Axı ata-babalarımız vәfat edәndәn bәri, yaradılışın başlanğıcından hәr şey eyni cür olaraq qalır". 5 Onlar qәsdәn unutmuşlar ki, Allahın kәlamı ilә göylәr qәdimdәn bәri mövcuddur, quru da sudan ayrılaraq su vasitәsilә yarandı. 6 Yenә dә su ilә, yәni daşqınla o dövrkü dünya mәhv oldu. 7 İndiki yer vә göylәr isә hәmin kәlamla oda tәslim olmaq üçün tәyin olunub, allahsızların mühakimә vә hәlak olacağı günәdәk saxlanılır. 8 Sevimlilәr, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rәbb üçün bir gün min il kimidir, min ilsә bir gün kimidir. 9 Bәzilәri bunu gecikmә sayar, amma Rәbb vәdini yerinә yetirmәkdә gecikmәz, lakin sizә görә sәbir edir. Çünki O heç kәsin hәlak olmasını istәmir, amma hәr kәsin tövbә etmәsini istәyir. 10 Rәbbin günü isә oğru kimi gәlәcәk. O gün göylәr böyük gurultu ilә aradan qalxacaq. Ünsürlәr yanaraq mәhv olacaq. Yer üzü vә onun üstündә hәr şey ifşa olunacaq. 11 Hәr şey belә mәhv olacaqsa, siz nә cür insanlar olmalısınız? Müqәddәs hәyat sürmәli, mömin olmalısınız. 12 Allahın zühur gününü gözlәyәrәk tezlәşdirmәlisiniz. O gün göylәr od tutub mәhv olacaq vә ünsürlәr yanıb әriyәcәk. 13 Amma biz Allahın vәdinә әsasәn salehliyin sakin olacağı yeni göylәri vә yeni yeri gözlәyirik. 14 Buna görә, sevimlilәr, madam ki bunları gözlәyirsiniz, Allahın önündә lәkәsiz vә nöqsansız olaraq sülh içindә yaşamağa sәy göstәrin. 15 Sevimli qardaşımız Paulun da ona bәxş edilmiş müdrikliklә sizә yazdığı kimi, Rәbbimizin sәbrini dә xilas fürsәti kimi sayın. 16 Paul bütün mәktublarında bu mövzulara eyni cür toxunur. Mәktublarında çәtin başa düşülәn bәzi işlәr var; cahillәr vә qәrarsızlar digәr Müqәddәs Yazılar kimi bunların da mәnasını tәhrif edәrәk öz hәlaklarına sәbәb olurlar. 17 Belәliklә, siz, ey sevimlilәr, bunu әvvәlcәdәn bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın vә sabit vәziyyәtinizdәn ayrılmayasınız deyә özünüzü qoruyun. 18 Lakin Rәbbimiz vә Xilaskarımız İsa Mәsihin lütfündә vә Onu tanımaqda böyüyün. Ona indi vә әbәdi olaraq izzәt olsun! Amin.
1 Biz Hәyat Kәlamını elan edirik; bu hәmin Kәlamdır ki, başlanğıcdan var idi vә biz Onu eşitdik, gözlәrimizlә gördük, seyr etdik vә әllәrimizlә hiss etdik. 2 Hәyat zahir oldu, biz dә onu görüb şahidlik edirik vә Ata ilә birlikdә olub bizә zahir olan әbәdi hәyatı sizә elan edirik. 3 Biz sizә gördüyümüzü vә eşitdiyimizi elan edirik ki, sizin dә bizimlә şәrikliyiniz olsun; bizim şәrikliyimiz dә Ata vә Onun Oğlu İsa Mәsihlәdir. 4 Bunları biz yazırıq ki, sevincimiz kamil olsun. 5 Mәsihdәn eşitdiyimiz vә sizә elan etdiyimiz xәbәr budur ki, Allah nurdur vә Onda zәrrә qәdәr dә qaranlıq yoxdur. 6 Әgәr biz "Allahla şәrikliyimiz var" dediyimiz halda qaranlıqda gәziriksә, demәk, yalan danışırıq vә hәqiqәtә әmәl etmirik. 7 Amma O, nurda olduğu kimi biz dә nurda gәziriksә, onda bir-birimizlә şәrikliyimiz var vә Onun Oğlu İsanın qanı bizi hәr günahdan tәmizlәyir. 8 Әgәr günahsız olduğumuzu iddia ediriksә, özümüzü aldadırıq vә daxilimizdә hәqiqәt yoxdur. 9 Amma günahlarımızı etiraf ediriksә, Allah sadiq vә әdalәtli olduğu üçün günahlarımızı bağışlayacaq vә bizi hәr haqsızlıqdan tәmizlәyәcәk. 10 Әgәr günahkar olmadığımızı iddia ediriksә, onda Onu yalançı yerinә qoyuruq vә daxilimizdә Onun sözü olmur.
1 Övladlarım, bunları sizә yazıram ki, günah etmәyәsiniz. Әgәr kimsә günah etsә belә, Atanın hüzurunda Vәsatәtçimiz var; O, saleh olan İsa Mәsihdir. 2 O bizim günahlarımıza görә – tәkcә bizim günahlarımıza görә deyil, bütün dünyanın günahlarına görә kәffarә qurbanıdır. 3 Onu tanıdığımızı bundan bilirik ki, Onun әmrlәrinә riayәt edirik. 4 Kim "Onu tanıyıram" deyir, amma Onun әmrlәrinә riayәt etmirsә, yalançıdır vә onun daxilindә hәqiqәt yoxdur. 5 Lakin kim Onun sözünә riayәt edirsә, Allah mәhәbbәti onda, hәqiqәtәn, kamilliyә çatıb. Bundan bilirik ki, biz Allahdayıq. 6 Kim Onda qaldığını deyirsә, İsa Mәsihin hәyat sürdüyü kimi hәyat sürmәlidir. 7 Sevimlilәr, sizә yeni әmr yazmıram, әvvәldәn bәri malik olduğunuz qәdim bir әmri yazıram; qәdim әmr isә eşitdiyiniz sözdür. 8 Yenә dә sizә yeni bir әmr yazıram; bunun hәqiqi olduğu Mәsihdә vә sizdә görünür. Çünki qaranlıq keçir vә hәqiqi nur artıq parlayır. 9 Kim nurda olduğunu deyir, amma qardaşına nifrәt edirsә, hәlә dә qaranlıqdadır. 10 Qardaşını sevәn nurda qalır vә onda büdrәmә sәbәbi yoxdur. 11 Amma qardaşına nifrәt edәn qaranlıqdadır. O, qaranlıqda gәzir vә hara getdiyini bilmir, çünki qaranlıq onun gözlәrini kor edib. 12 Ey övladlar, sizә yazıram, çünki Onun adı naminә günahlarınız bağışlanıb. 13 Ey atalar, sizә yazıram, çünki başlanğıcdan bәri Var Olanı tanıyırsınız. Ey gәnclәr, sizә yazıram, çünki şәr olana qalib gәlmisiniz. 14 Ey uşaqlar, sizә yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizә yazdım, çünki başlanğıcdan bәri Var Olanı tanıyırsınız. Ey gәnclәr, sizә yazdım, çünki güclüsünüz, Allahın kәlamı sizdә qalır, şәr olana da qalib gәlmisiniz. 15 Dünyanı vә dünyada olan şeylәri sevmәyin. Kim dünyanı sevirsә, onda Atadan olan mәhәbbәt yoxdur. 16 Çünki dünyada olan hәr şey – cismani ehtiraslar, acgözlük vә dünya malına görә tәkәbbür Atadan yox, dünyadan gәlir. 17 Dünya vә ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradәsinә әmәl edәn әbәdi qalır. 18 Ey uşaqlar, axır zamandır. Siz "Mәsih әleyhdarı" nın gәlәcәyini eşitmisiniz, indi dә çoxlu Mәsih әleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır. 19 Onlar bizim aramızdan çıxdılar, amma bizә mәxsus deyildilәr. Әgәr bizә mәxsus olsaydılar, bizimlә qalardılar. Amma qalmadılar ki, heç birinin bizә mәxsus olmadığı aşkara çıxsın. 20 Lakin siz Müqәddәs Olandan bir mәsh almısınız vә hamınız biliklisiniz. 21 Mәn sizә hәqiqәti bilmәdiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz bunu da bilirsiniz ki, heç bir yalanın hәqiqәtlә әlaqәsi yoxdur. 22 Bәs yalançı kimdir? İsanın Mәsih olduğunu inkar edәn şәxs! O, Atanı vә Oğulu inkar edәn Mәsih әleyhdarıdır. 23 Oğulu inkar edәn hәr kәs Ataya da malik deyil, lakin Oğulu iqrar edәn kәs Ataya da malikdir. 24 Sizin әvvәldәn bәri eşitdiyiniz söz qoy sizdә qalsın. Әgәr әvvәldәn bәri eşitdiyiniz söz sizdә qalsa, siz dә Oğul vә Atada qalarsınız. 25 Onun bizә verdiyi vәd budur: әbәdi hәyat! 26 Bunları sizi aldatmaq istәyәnlәr barәsindә yazıram. 27 Sizә gәlincә, Ondan aldığınız mәsh daxilinizdә qalır vә ehtiyacınız yoxdur ki, kimsә sizә tәlim versin. Әksinә, Onun bu mәshi sizә hәr şey barәdә tәlim verir vә bu, yalan deyil, hәqiqәtdir. Ona görә dә sizә öyrәtdiyi kimi Onda qalın. 28 Belәliklә, ey övladlar, Onda qalın ki, O zahir olanda cәsarәtimiz olsun, Onun zühuru zamanı önündә utanmayaq. 29 Әgәr Onun saleh olduğunu bilirsinizsә, hәm dә bilin ki, saleh iş görәn hәr kәs Ondan doğulub.
1 Görün Ata bizә necә mәhәbbәt göstәrib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, belәyik! Dünya Onu tanımadığına görә bizi dә tanımır. 2 Ey sevimlilәr, indi biz Allahın övladlarıyıq, amma nә olacağımız hәlә üzә çıxmayıb. Lakin bilirik ki, Mәsih zühur edәndә biz Ona bәnzәyәcәyik, çünki Onu olduğu kimi görәcәyik. 3 Ona bu cür ümid bağlayan hәr kәs O pak olduğu kimi özünü pak edir. 4 Günah edәn hәr kәs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır. 5 Siz bilirsiniz ki, Mәsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur. 6 Onda qalan hәr kәs günahını davam etdirmәz. Günahını davam etdirәn hәr kәs nә Onu görüb, nә dә Onu tanıyır. 7 Ey övladlar, heç kәs sizi aldatmasın; saleh iş görәn şәxs Mәsihin saleh olduğu kimi salehdir. 8 Günahını davam etdirәn şәxs iblisdәndir, çünki iblis başlanğıcdan bәri günah edir. Allahın Oğlu buna görә zühur etdi ki, iblisin әmәllәrini puça çıxarsın. 9 Allahdan doğulan hәr kәs günahını davam etdirmәz, çünki Allahın toxumu onda qalır. O, günahını davam etdirә bilmәz, çünki Allahdan doğulub. 10 Kimin Allahın övladı, kiminsә iblisin övladı olması bundan aydın olur: saleh iş görmәyәn, hәmçinin qardaşını sevmәyәn hәr kәs Allahdan deyil. 11 Әvvәldәn bәri eşitdiyiniz xәbәr budur: bir-birimizi sevәk. 12 Şәrdәn olub qardaşını öldürәn Qabil kimi olmayaq. O, qardaşını niyә öldürdü? Ona görә ki öz әmәllәri şәr, qardaşının әmәllәri isә saleh idi. 13 Belәliklә, qardaşlar, dünya sizә nifrәt edirsә, heyrәt etmәyin. 14 Qardaşlarımızı sevdiyimizә görә biz bilirik ki, ölümdәn hәyata keçmişik. Sevmәyәnsә ölümdә qalır. 15 Qardaşına nifrәt edәn hәr kәs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündә qalan әbәdi hәyata malik deyil. 16 Mәhәbbәtin nә olduğunu bundan anladıq ki, Mәsih Öz canını bizim üçün fәda etdi. Biz dә öz canımızı qardaşlarımız üçün fәda etmәliyik. 17 Әgәr kimsә dünya malına sahib olarkәn qardaşını ehtiyac içindә görüb ona rәhmi gәlmirsә, Allah mәhәbbәti onda necә qala bilәr? 18 Ey övladlar, sözdә vә dildә deyil, әmәldә vә hәqiqәtdә sevәk. 19 Bununla hәqiqәtdәn olduğumuzu bilәcәyik vә ürәyimiz bizi mәhkum edirsә, ürәyimizi Allahın önündә sakitlәşdirәcәyik. Çünki Allah bizim ürәyimizdәn üstündür vә hәr şeyi bilir. 21 Ey sevimlilәr, әgәr ürәyimiz bizi mәhkum etmirsә, demәk, Allahın hüzurunda cәsarәtlә danışa bilәrik 22 vә Ondan nә dilәyiriksә, alırıq. Ona görә ki Onun әmrlәrinә riayәt edirik vә önündә Ona mәqbul olan işlәr görürük. 23 Onun әmri dә budur ki, biz Onun Oğlu İsa Mәsihin adına iman edәk vә Onun bizә әmr etdiyi kimi bir-birimizi sevәk. 24 Onun әmrlәrinә riayәt edәn şәxs Allahda, Allah da onda qalır. Onun bizdә qaldığını bu yolla, bizә verdiyi Ruh vasitәsilә bilirik.
1 Ey sevimlilәr, hәr ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmәk üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğәmbәr meydana çıxıb. 2 Allahın Ruhunu bundan tanıya bilәrsiniz: İsa Mәsihin cismәn gәldiyini iqrar edәn hәr ruh Allahdandır, 3 İsanı iqrar etmәyәn hәr ruhsa Allahdan deyil. Bu, "Mәsih әleyhdarı" nın ruhudur ki, bu ruhun gәlәcәyini eşitmisiniz vә indi dә artıq dünyadadır. 4 Sizsә, ey övladlar, Allahdansınız vә yalançı peyğәmbәrlәrә qalib gәlmisiniz. Çünki sizdә olan Ruh dünyada olandan üstündür. 5 Onlar dünyadandır, buna görә dә dünyәvi mövqedәn danışırlar vә dünya onlara qulaq asır. 6 Bizsә Allahdanıq. Allahı tanıyan bizә qulaq asır, Allahdan olmayansa bizә qulaq asmır. Hәqiqәt ruhunu vә aldatma ruhunu bundan tanıyırıq. 7 Ey sevimlilәr, bir-birimizi sevәk, çünki mәhәbbәt Allahdandır. Sevәn hәr kәs dә Allahdan doğulub vә Allahı tanıyır. 8 Sevmәyәn kәs Allahı tanımır, çünki Allah mәhәbbәtdir. 9 Allahın bizә olan mәhәbbәti belә zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndәrdi ki, biz Onun vasitәsilә yaşayaq. 10 Mәhәbbәt bizim Allahı sevmәyimizlә bağlı deyil, bundan ibarәtdir: O bizi sevdi vә Öz Oğlunu bizim günahlarımıza görә kәffarә qurbanı olaraq göndәrdi. 11 Ey sevimlilәr, Allah bizi bu cür sevdiyi üçün biz dә gәrәk bir-birimizi sevәk. 12 Allahı heç kim heç zaman görmәyib. Әgәr biz bir-birimizi sevsәk, Allah bizdә qalır vә Onun mәhәbbәti bizdә kamil olur. 13 Bizim Onda, Onun da bizdә qaldığını bundan bilirik ki, O bizә Öz Ruhundan verib. 14 Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndәrdi. 15 Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır. 16 Biz Allahın bizә olan mәhәbbәtini anlayıb buna inandıq. Allah mәhәbbәtdir. Kim mәhәbbәtdә qalarsa, Allahda qalar, Allah da onda qalar. 17 Mәhәbbәt bizdә ona görә kamil oldu ki, qiyamәt günündә cәsarәtimiz olsun. Çünki Mәsih necәdirsә, biz dә bu dünyada elәyik. 18 Mәhәbbәtdә qorxu yoxdur, әksinә, kamil mәhәbbәt qorxunu qovar. Çünki qorxu cәzaya aiddir, qorxan insan mәhәbbәtdә kamil deyil. 19 Biz sevirik, çünki öncә O bizi sevdi. 20 Kim "mәn Allahı sevirәm" deyir, amma öz qardaşına nifrәt edirsә, yalançıdır. Axı gördüyü qardaşını sevmәyәn görmәdiyi Allahı sevә bilmәz. 21 Bizim Ondan aldığımız әmr budur ki, Allahı sevәn gәrәk öz qardaşını da sevsin.
1 İsanın Mәsih olduğuna inanan hәr kәs Allahdan doğulub. Doğanı sevәn ondan doğulanı da sevir. 2 Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun әmrlәrinә әmәl edirik. 3 Çünki Allah mәhәbbәti Onun әmrlәrinә riayәt etmәyimizi tәlәb edir. Onun әmrlәri isә ağır deyil. 4 Çünki Allahdan doğulan hәr kәs dünyaya qalib gәlir. Bizә dünya üzәrindә zәfәr qazandıran öz imanımızdır. 5 Dünyaya qalib gәlәn kimdir? Әlbәttә ki, İsanın Allahın Oğlu olmasına inanan! 6 Su vә qanla gәlәn Şәxs hәmin İsa Mәsihdir. O yalnız su ilә deyil, su vә qanla gәldi. Buna şәhadәt edәn Ruhdur, çünki Ruh hәqiqәtdir. 7 Bәli, üç şahid var: 8 Ruh, su vә qan. Bunların üçü dә bir-birinә uyğun gәlir. 9 Biz insanların şәhadәtini qәbul edirik, amma Allahın şәhadәti bundan üstündür. Çünki bu, Allahın şәhadәtidir; O Öz Oğlu barәdә şәhadәt edib. 10 Allahın Oğluna iman edәn kәs öz daxilindә bu şәhadәtә malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinә qoyub. Çünki Allahın Öz Oğlu barәdә verdiyi şәhadәtә inanmayıb. 11 Bu şәhadәt ondan ibarәtdir ki, Allah bizә әbәdi hәyat verib vә bu hәyat Onun Oğlundadır. 12 Oğula malik olan şәxsin hәyatı var, Allahın Oğluna malik olmayan şәxsin isә hәyatı yoxdur. 13 Bunları sizә – Allahın Oğlunun adına iman edәnlәrә yazdım ki, әbәdi hәyata malik olduğunuzu bilәsiniz. 14 Biz Onun hüzurunda ona görә cәsarәtlә danışa bilirik ki, Onun iradәsinә uyğun nәsә dilәdikdә O bizi eşidir. 15 Bilirik ki, nә dilәyiriksә, O bizi eşidir; belәcә dә bilirik ki, Ondan dilәdiklәrimizi alırıq. 16 Әgәr bir kәs qardaşının ölümә aparmayan günah etdiyini görsә, qoy Allahdan onun sağ qalmasını dilәsin vә belәcә ona – ölümә aparmayan günah edәn kәsә hәyat versin. Ölümә aparan günah da var. Demirәm ki, bu barәdә Allahdan istәsin. 17 Hәr cür haqsızlıq günahdır, amma ölümә aparmayan günah da var. 18 Bilirik ki, Allahdan doğulan hәr kәs günahını davam etdirmәz. Әksinә, Allahdan doğulan Oğul onu qoruyur vә şәr olan ona toxuna bilmir. 19 Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şәr olanın hakimiyyәti altındadır. 20 Bunu da bilirik ki, Allahın Oğlu gәlib bizә Haqq Olanı tanımaq üçün dәrrakә verdi. Biz dә Haqq Olanda, Onun Oğlu İsa Mәsihdәyik. Hәqiqi Allah vә әbәdi hәyat Odur. 21 Ey övladlar, özünüzü bütlәrdәn qoruyun!
1 Mәn ağsaqqaldan hәqiqәtә görә sevdiyim seçilmiş xanıma vә onun övladlarına salam! Yalnız mәn deyil, hәqiqәti dәrk edәnlәrin hamısı sizi sevir. 2 Çünki hәqiqәt daxilimizdә qalır vә әbәdi olaraq bizimlә olacaq. 3 Ata Allahdan vә Atanın Oğlu İsa Mәsihdәn olan lütf, mәrhәmәt, sülh dә hәqiqәt vә mәhәbbәt әsasında bizimlә olacaq. 4 Sәnin övladlarının arasında Atadan aldığımız әmrә uyğun olaraq hәqiqәtә görә hәyat sürәnlәrә rast gәlәndә çox sevindim. 5 Ey xanım, indi dә sәndәn xahiş edirәm ki, bir-birimizi sevәk. Sәnә yazdığım yeni bir әmr deyil, әvvәldәn bәri malik olduğumuz әmrdir. 6 Mәhәbbәt Atanın әmrlәrinә görә hәyat sürmәyimizi tәlәb edir. Әvvәldәn bәri eşitdiyiniz kimi әmr budur; gәrәk bu әmrә görә hәyat sürәsiniz. 7 Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Mәsihin cismәn gәldiyini iqrar etmir. Bunu edәn şәxs yalançı vә Mәsih әleyhdarıdır. 8 Özünüzü qoruyun ki, bizim çәkdiyimiz zәhmәti bada vermәyib tam mükafatı әldә edәsiniz. 9 Hәddi aşıb Mәsihin tәliminә sadiq qalmayan hәr kәs Allaha malik deyil, hәmin tәlimә sadiq qalan kәs isә hәm Ataya, hәm dә Oğula malikdir. 10 Әgәr bir kәs yanınıza gәlib sizә bu tәlimi öyrәtmәsә, onu qonaq qәbul etmәyin vә onunla salamlaşmayın. 11 Çünki onunla salamlaşan kәs onun şәr әmәllәrinә şәrik olur. 12 Sizә yazılası çox sözüm var, amma bunları kağız vә mürәkkәblә bildirmәk istәmәdim. Lakin ümid edirәm ki, özüm yanınıza gәlib sizinlә üz-üzә söhbәt edim vә belәcә sevincimiz tamam olsun. 13 Sәnin seçilmiş bacının övladları sәnә salam göndәrir.
1 Mәn ağsaqqaldan hәqiqәtә görә sevdiyim әziz Qaya salam! 2 Ey sevimli, dua edirәm ki, canın uğurlu olduğu kimi özün dә hәr cәhәtdәn uğurlu vә sağlam olasan. 3 Bәzi qardaşlar gәlib sәnin hәqiqәtә bağlılığına, yәni hәqiqәtә görә hәyat sürdüyünә şәhadәt edәndә mәn çox sevindim. 4 Mәnim üçün öz övladlarımın hәqiqәtә görә hәyat sürdüyünü eşitmәkdәn böyük sevinc ola bilmәz. 5 Ey sevimli, sәnә hәtta yad olduqları halda qardaşlara xidmәt etmәkdә sәdaqәt göstәrirsәn. 6 Onlar cәmiyyәtin qarşısında sәnin mәhәbbәtin barәdә şәhadәt ediblәr. Sәn onları Allaha layiq bir tәrzdә yola salarkәn yaxşı iş görәcәksәn. 7 Çünki onlar imansız olanlardan heç nә götürmәdәn Onun naminә yola çıxdılar. 8 Belәcә biz hәqiqәt işindә hәmkar olmaq üçün bu cür adamlara dayaq olmalıyıq. 9 Cәmiyyәtә bir şey yazdım, amma onların arasında başçılıq etmәyi sevәn Diotref bizim sәlahiyyәtimizi tanımır. 10 Buna görә dә mәn gәlәndә onun etdiyi әmәllәrlә bağlı mәsәlә qaldıracağam: o bizim barәmizdә pis sözlәrlә qeybәt edir, hәtta bununla kifayәtlәnmәyәrәk qardaşları özü qәbul etmir, qәbul etmәk istәyәnlәrә dә mane olur vә onları cәmiyyәtdәn qovur. 11 Ey sevimli, pislikdәn yox, yaxşılıqdan nümunә götür. Yaxşılıq edәn Allahdandır, pislik edәnsә Allahı görmәyib. 12 Hamı Dimitrinin yaxşı adam olduğuna şәhadәt edir, hәqiqәtin özü dә bunu tәsdiq edir. Biz dә buna şәhadәt edirik vә sәn dә bilirsәn ki, bizim şәhadәtimiz etibarlıdır. 13 Sәnә yazılası çox sözüm var, amma bunları sәnә qәlәm vә mürәkkәblә yazmaq istәmirәm. 14 Amma ümid edirәm ki, tezliklә sәni görәcәyәm vә sәninlә üz-üzә söhbәt edәcәyәm. 15 Sәnә sülh olsun. Dostlar sәnә salam göndәrir. Oradakı dostlara bir-bir salam söylә.
1 İsa Mәsihin qulu, Yaqubun qardaşı mәn Yәhudadan Ata Allahın sevdiyi, İsa Mәsih üçün qorunmuş olan çağırılanlara salam! 2 Mәrhәmәt, sülh vә mәhәbbәt sizә bol-bol verilsin! 3 Sevimlilәr, ümumi xilasımızla bağlı sizә yazmağa çox sәy göstәrirdim. Bu arada müqәddәslәrә ilk vә son dәfә әmanәt edilәn iman uğrunda mübarizә aparmağa sizi hәvәslәndirmәk üçün sizә yazmağı özümә borc bildim. 4 Çünki Allahımızın lütfünü pozğunluq üçün bәhanәlәrә çevirәn, yeganә Pәrvәrdigarı – Rәbbimiz İsa Mәsihi inkar edәn bәzi allahsız adamlar gizlicә aranıza girdilәr. Onların mühakimәyә uğrayacaqları çoxdan yazılmışdır. 5 Bütün bunları bildiyiniz halda sizә xatırlatmaq istәyirәm ki, ilk vә son dәfә xalqı Misirdәn xilas edәn Rәbb sonra iman etmәyәnlәri mәhv etdi. 6 Öz başçılıqlarını saxlamayan, mәskunlaşdığı yerlәri tәrk edәn mәlәklәri dә böyük qiyamәt günü üçün әbәdi zәncirlәrlә bağlayaraq zülmәtdә saxlamışdı. 7 Sodom, Homorra vә әtrafdakı şәhәrlәr dә özlәrini buna bәnzәr tәrzdә cinsi әxlaqsızlığa vә qeyri-tәbii münasibәtlәrә tәslim etdilәr; sonra bu şәhәrlәr әbәdi odla yandırılma cәzasını çәkәrәk bir nümunә oldu. 8 Eyni şәkildә aranıza girәn bu röyagörәnlәr dә öz cismini murdar edir, ağalığı rәdd edir, ehtişamlı varlıqlara şәr atırlar. 9 Hәtta baş mәlәk Mikael dә Musanın cәsәdi barәsindә iblisin әleyhinә çıxıb ona şәr söylәyәrәk hökm vermәyә cәsarәt etmәdi, ancaq "Qoy Rәbb sәnә qadağan etsin!" dedi. 10 Amma bu adamlar başa düşmәdiklәri hәr şeyә şәr atırlar. Onlar dәrrakәsiz heyvanlar kimi qeyri-iradi surәtdә nә anlayırlarsa, bunlarla mәhv olurlar. 11 Vay onların halına! Çünki onlar Qabilin yolu ilә getdilәr. Qazanca görә özlәrini Bilamın yalanına düçar etdilәr. Qorah kimi üsyan qaldırdıqları üçün hәlak oldular. 12 Belә adamlar sizin mәhәbbәt süfrәlәrinizi lәkәlәyirlәr. Onlar sizinlә birlikdә yeyib-içәrәk qorxmadan özlәrini bәslәyirlәr. Bunlar külәklәrin tәrpәtdiyi susuz buludlardır. Payızda meyvә vermәdiyi üçün kökündәn qoparılmış vә iki dәfә ölmüş ağaclardır. 13 Öz xәcalәtini köpük kimi sovuran şiddәtli dәniz dalğalarıdır. Sәyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı әbәdi saxlayır. 14 Adәmlә birlikdә yeddinci nәsil sayılan Xanok da bu adamlara aid peyğәmbәrlik edәrәk demişdir: "Budur, Rәbb saysız-hesabsız müqәddәs mәlәklәri ilә gәldi ki, 15 hamını mühakimә etsin vә Allaha qarşı gördüklәri allahsız işlәr vә allahsız günahkarların Özünә qarşı inadkarcasına dediklәri bütün sözlәr üçün mәhkum etsin". 16 Bu adamlar deyinәrәk öz talelәrindәn gileylәnirlәr. Onlar öz ehtiraslarına uyğun hәrәkәt edirlәr. Ağızlarından lovğa sözlәr çıxır vә öz xeyirlәrinә görә yaltaqlanırlar. 17 Amma siz, ey sevimlilәr, Rәbbimiz İsa Mәsihin hәvarilәrinin әvvәlcәdәn söylәdiklәri sözlәri xatırlayın. 18 Onlar sizә dedilәr: "Axır zamanda öz allahsız ehtiraslarına görә hәrәkәt edәn rişxәndçilәr ortaya çıxacaq". 19 Bunlar ayrılıq salan, öz tәbiәtinә әsir olan, Ruha malik olmayan insanlardır. 20 Siz isә, sevimlilәr, özünüzü әn müqәddәs olan imanınızın tәmәli üzәrindә inkişaf etdirin vә Müqәddәs Ruhun idarәsi ilә dua edin. 21 Rәbbimiz İsa Mәsihin әbәdi hәyata aparan mәrhәmәtini gözlәyәrәk özünüzü Allah mәhәbbәtindә qoruyun. 22 Şübhә edәn adamlara qarşı mәrhәmәtli olun; 23 başqalarını oddan qaparaq xilas edin; digәrlәrinә isә mәrhәmәt edin. Amma qorxu içindә cismin lәkәlәdiyi paltardan belә, çәkinin. 24 Sizi büdrәmәkdәn qoruyub Öz izzәtli hüzuruna böyük sevinclә nöqsansız çıxarmağa qadir olan 25 Xilaskarımız, yeganә Allaha Rәbbimiz İsa Mәsih vasitәsilә әzәldәn bәri, indi vә әbәdi olaraq izzәt, әzәmәt, qüdrәt vә sәlahiyyәt olsun! Amin.
1 Bu, İsa Mәsihin vәhyidir. Allah bunu Ona verdi ki, tezliklә baş vermәli hadisәlәri Öz qullarına aşkar etsin. Mәsih dә bunu Öz mәlәyi vasitәsilә qulu Yәhyaya göndәrәrәk bәyan etdi. 2 Yәhya Allahın kәlamı vә İsa Mәsihin şәhadәti, yәni gördüyü hәr şey barәdә şәhadәt etdi. 3 Nә bәxtiyardır bu peyğәmbәrlik sözlәrini oxuyan, eşidәnlәr vә orada yazılanlara riayәt edәnlәr! Çünki vaxt yaxındır. 4 Mәn Yәhyadan Asiya vilayәtindәki yeddi imanlılar cәmiyyәtinә salam! Var Olan, Var Olmuş vә Gәlmәli Olandan, Onun taxtının önündәki yeddi ruhdan, hәmçinin ölülәr arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Mәsihdәn sizә lütf vә sülh olsun! Bizi sevәn, Öz qanı bahasına bizi günahlarımızdan azad edәrәk 6 bizdәn bir padşahlıq tәşkil edәn vә bizi Öz Atası Allah üçün kahinlәr tәyin edәn Şәxsә әbәdi olaraq izzәt vә qüdrәt olsun! Amin. 7 Budur, O, buludlarla gәlir! Hәr göz Onu görәcәk, Hәtta Onun bәdәnini deşәnlәr dә Onu görәcәk. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalә edәcәk. Bәli, belә olacaq. Amin. 8 Var olan, Var olmuş vә Gәlmәli olan Külli-İxtiyar Rәbb Allah deyir: "Alfa vә Omeqa Mәnәm!" 9 Әziyyәtә, Allahın Padşahlığına vә dözümә sizinlә İsada şәrik olan mәn – qardaşınız Yәhya Allahın kәlamından ötrü vә İsa barәdә şәhadәt etdiyimә görә Patmos adlanan adada idim. 10 Rәbbin günü Ruhun tәsirinә düşdüm. Arxamdan şeypur sәsinә bәnzәr uca bir sәsin belә söylәdiyini eşitdim: 11 "Gördüyünü bir kitaba yaz vә bunu yeddi cәmiyyәtә, yәni Efesә, İzmirә, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya vә Laodikeyaya göndәr". 12 Onda çevrildim ki, mәnimlә danışanın kim olduğunu görüm. Çevrildikdә yeddi qızıl çıraqdan gördüm. 13 Çıraqdanların arasında uzun cübbә geymiş, sinәsinә qızıl qurşaq bağlamış bәşәr oğluna bәnzәr Biri var idi. 14 Onun başı, saçı yun vә qar kimi ağ, gözlәri isә odlu alov kimi idi; 15 ayaqları kürәdә xalis olan pardaqlanmış tunc kimi idi, sәsi dә gur suların sәdasına bәnzәyirdi. 16 O, sağ әlindә yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvәsi ilә parlayan günәşә bәnzәyirdi. 17 Mәn Onu gördükdә ölü kimi ayaqlarına düşdüm. O isә sağ әlini mәnim üstümә qoyub dedi: "Qorxma! Birinci vә Sonuncu Olan, 18 Diri Olan Mәnәm. Mәn ölmüşdüm, indi isә әbәdi olaraq diriyәm. Ölümün vә ölülәr diyarının açarları Mәndәdir. 19 Belәliklә, öz gördüklәrini, indi vә bundan sonra baş verәcәk hadisәlәri yaz. 20 Mәnim sağ әlimdә gördüyün yeddi ulduzun vә yeddi qızıl çıraqdanın sirrinә gәlincә, yeddi ulduz yeddi cәmiyyәtin mәlәklәri, yeddi çıraqdan da yeddi cәmiyyәt demәkdir.
1 Efesdә olan cәmiyyәtin mәlәyinә yaz: i Yeddi ulduzu sağ әlindә Tutan, yeddi qızıl çıraqdanın arasında Gәzәn belә deyir: 2 sәnin әmәllәrindәn, zәhmәtindәn, dözümündәn vә şәr adamlara dözmәdiyindәn xәbәrdaram. Hәvari olmadıqları halda özlәrini hәvari adlandıranları sınaqdan keçirdin vә onların yalançı olduğunu müәyyәn etdin. 3 Sәn dözümlü oldun, Mәnim adım naminә tab gәtirdin vә yorulmadın. 4 Amma sәndәn bir şikayәtim var: әvvәlki mәhәbbәtindәn әl çәkmisәn. 5 Buna görә dә haradan yıxıldığını yadına sal, tövbә et vә әvvәl etdiyin işlәri gör. Әks tәqdirdә, tövbә etmәsәn, yanına gәlib çıraqdanını yerindәn götürәcәyәm. 6 Amma yaxşı ki sәn nikolaçıların әmәllәrinә nifrәt edirsәn; Mәn dә onlara nifrәt edirәm. 7 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. Qalib gәlәnә Allahın cәnnәtindә olan hәyat ağacından yemәyә imkan verәcәyәm. 8 İzmirdә olan cәmiyyәtin mәlәyinә yaz: Birinci vә Sonuncu Olan, ölüb yenidәn Dirilәn belә deyir: 9 sәnin әziyyәtindәn vә yoxsulluğundan xәbәrdaram, amma sәn zәnginsәn. Yәhudi olduqlarını iddia edәnlәrin küfründәn dә xәbәrdaram, amma onlar Yәhudi deyil, Şeytan yığıncağıdır. 10 Çәkәcәyin әzabdan heç qorxma. Bax iblis aranızdan bәzisini zindana atacaq ki, sınaqdan keçәsiniz. Siz on gün әziyyәt çәkәcәksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mәn sәnә hәyat tacını verәcәyәm. 11 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. Qalib gәlәn ikinci ölümdәn heç zәrәr görmәyәcәk. 12 Berqamada olan cәmiyyәtin mәlәyinә yaz: İkiağızlı iti qılıncı Olan belә deyir: 13 gör harada, Şeytanın taxtı olan yerdә yaşadığın halda Mәnim adıma bağlı qaldığından xәbәrdaram. Barәmdә sәdaqәtlә şәhadәt edәn, aranızda, Şeytanın yaşadığı yerdә öldürülәn Antipanın günlәrindә belә, Mәnә olan imanından imtina etmәdin. 14 Amma sәndәn bir az şikayәtim var: aranızda Bilamın tәliminә bağlı olanlar var. O, Balaqı öyrәtdi ki, İsrail övladlarını büdrәdәrәk bütlәrә tәqdim olunan qurbanların әtini yemәyә vә әxlaqsızlığa azdırsın. 15 Elәcә dә sәnin içindә nikolaçıların bu cür tәliminә bağlı olanlar var. 16 Buna görә dә tövbә et. Yoxsa tezliklә sәnin yanına gәlib ağzımdan çıxan qılıncla onlarla döyüşәcәyәm. 17 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. Qalib gәlәnә Mәn gizli saxlanan mannadan verәcәyәm. Ona bir ağ daş da verәcәyәm ki, üstündә yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kәs bilmir. 18 Tiatirada olan cәmiyyәtin mәlәyinә yaz: Gözlәri odlu alova, ayaqları da pardaqlanmış tunca bәnzәyәn Allah Oğlu belә deyir: 19 sәnin әmәllәrindәn, mәhәbbәtindәn, imanından, xidmәtindәn vә dözümündәn xәbәrdaram; son işlәrin dә әvvәlkilәrdәn daha çoxdur. 20 Amma sәndәn şikayәtim var: sәn özünü peyğәmbәr adlandıran qadın İzevelә imkan verirsәn ki, Mәnim qullarıma әxlaqsızlıq vә bütlәrә tәqdim olunan qurbanların әtini yemәyi öyrәdәrәk onları aldatsın. 21 Mәn ona möhlәt verdim ki, tövbә etsin, amma әxlaqsızlığından tövbә etmәk istәmir. 22 Bax onu xәstәlik yatağına salıram. Onunla zina edәnlәr birgә etdiklәri әmәllәrdәn tövbә etmәsәlәr, onları da böyük әziyyәtә düçar edәcәyәm. 23 Onun övladlarını azara salıb öldürәcәyәm. Bütün cәmiyyәtlәr dә bilәcәk ki, insanın daxilini vә ürәyini araşdıran Mәnәm vә hәr birinizә әmәllәrinizә görә әvәz verәcәyәm. 24 Amma siz Tiatirada olan digәrlәrinә, yәni bu tәlimi qәbul etmәyәnlәrә vә Şeytanın dәrin sirri adlandırılan şeylәri öyrәnmәyәnlәrә deyirәm: üstünüzә başqa bir yük qoymuram; 25 ancaq Mәn gәlincәyә qәdәr özünüzdә olana bağlı qalın. 26 Qalib gәlәnә vә Mәnim buyurduğum işlәrә sonadәk riayәt edәnә millәtlәr üzәrindә sәlahiyyәt verәcәyәm. 27 “Dәmir әsa ilә onlara ağalıq edәcәk, Saxsı qablar kimi onları çilik-çilik edәcәk”. 28 Bunu Atamdan necә aldımsa, elәcә dә ona verәcәyәm. Dan ulduzunu da ona verәcәyәm. 29 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir.
1 Sardda olan cәmiyyәtin mәlәyinә yaz: Allahın yeddi ruhuna vә yeddi ulduza malik Olan belә deyir: sәnin әmәllәrindәn xәbәrdaram. Adın var ki, guya dirisәn, әslindә isә ölüsәn. 2 Oyaq ol vә sağ qalıb ölmәk üzrә olan nәyin varsa, onu möhkәmlәndir. Çünki Mәn sәnin әmәllәrinin Allahımın önündә kamil olmadığını gördüm. 3 Buna görә dә nә aldığını vә nә eşitdiyini yadına sal. Bunlara riayәt et vә tövbә elә. Әgәr oyaq olmasan, bir oğru kimi gәlәcәyәm vә hansı saat sәnin üstünә gәlәcәyimi dә bilmәyәcәksәn. 4 Amma Sardda, sәnin yanında öz paltarlarını lәkәlәmәyәn bir neçә şәxs dә var. Onlar Mәnimlә birlikdә ağ paltarda gәzәcәklәr, çünki buna layiqdirlәr. 5 Qalib gәlәn hәr kәs dә ağ paltar geyinәcәk. Mәn onun adını hәyat kitabından әsla silmәyәcәyәm, Atamın vә Onun mәlәklәrinin önündә adını iqrar edәcәyәm. 6 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. 7 Filadelfiyada olan cәmiyyәtin mәlәyinә yaz: Müqәddәs vә Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kәs bağlamayan, bağladığını heç kәs açmayan belә deyir: 8 sәnin әmәllәrindәn xәbәrdaram. Bax Mәn sәnin üzünә elә bir qapı açmışam ki, heç kәs onu bağlaya bilmәz. Gücün az olduğu halda Mәnim sözümә riayәt etmisәn vә Mәnim adımdan imtina etmәmisәn. 9 İndi isә Şeytan yığıncağından olub Yәhudi olmadıqları halda özlәrini Yәhudi adlandıran yalançıları mәcbur edәcәyәm ki, gәlib sәnin ayaqlarına düşsünlәr vә Mәnim sәni sevdiyimi bilsinlәr. 10 Dözüm göstәrәrәk Mәnim sözümә riayәt etmisәn. Buna görә Mәn dә sәni yer üzündә yaşayanları sınamaq üçün bütün dünyanın üzәrinә gәlәcәk sınaq zamanından qoruyub saxlayacağam. 11 Tezliklә gәlirәm. Nәyin varsa, ona bağlı qal ki, heç kәs tacını götürmәsin. 12 Qalib gәlәni Allahımın mәbәdinә sütun qoyacağam vә bir daha oranı tәrk etmәyәcәk. Onun üzәrinә Allahımın adını, Allahıma mәxsus şәhәrin, yәni göydәn, Allahımın yanından enәn yeni Yerusәlimin adını vә Öz yeni adımı yazacağam. 13 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir. 14 Laodikeyada olan cәmiyyәtin mәlәyinә yaz: Amin Olan, sadiq vә etibarlı Şahid, Allahın yaratdıqlarının Mәnşәyi belә deyir: 15 sәnin әmәllәrindәn xәbәrdaram. Sәn nә soyuqsan, nә dә isti. Kaş ki ya soyuq ya da isti olaydın! 16 İndi ki nә isti, nә dә soyuq olub ilıqsan, sәni ağzımdan qaytaracağam. 17 Çünki deyirsәn: “Varlıyam, zәngin olmuşam vә heç nәyә möhtac deyilәm”. Amma bilmirsәn ki, zәlil, yazıq, yoxsul, kor vә çılpaqsan. 18 Sәnә mәslәhәt görürәm ki, zәngin olmaq üçün Mәndәn od içindә xalis olan qızıl alasan, hәmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlәrinә sürtüb görmәk üçün dә göz mәlhәmi alasan. 19 Mәn kimi sevirәm, onu mәzәmmәt vә tәrbiyә edirәm. Buna görә dә qeyrәtә gәl vә tövbә et. 20 Bax qapının önündә durub onu döyürәm; kim sәsimi eşidib qapını açsa, onun yanına gәlәcәyәm vә Mәn onunla, o da Mәnimlә birgә şam edәcәyik. 21 Qalib gәlәnә Mәnimlә birgә Öz taxtımda oturmağa imkan verәcәyәm; Mәn dә elәcә qalib gәlib Atamla birgә Onun taxtında oturmuşam. 22 Qulağı olan qoy eşitsin ki, Ruh cәmiyyәtlәrә nә deyir".
1 Bundan sonra gördüm ki, göyә açılmış bir qapı var. Әvvәlcә mәnimlә danışdığını eşitdiyim, şeypura bәnzәr sәs dedi: "Bura qalx. Bundan sonra baş vermәli hadisәlәri sәnә göstәrәcәyәm". 2 Elә o an mәn Ruhun tәsirinә düşdüm. Budur, göydә bir taxt qurulub, taxtda da Biri oturub. 3 Oturanın görünüşü yәşәm vә qırmızı әqiq daşına bәnzәyirdi. Taxtın әtrafında da görünüşcә zümrüdә bәnzәyәn göy qurşağı var idi. 4 Taxtın hәr tәrәfindә daha iyirmi dörd taxt var idi vә onların üstündә ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. 5 Taxtdan şimşәk, uğultu vә göy gurultusu çıxırdı. Taxtın önündә yeddi mәşәl yanırdı; bunlar Allahın yeddi ruhudur. 6 Taxtın önündә sanki büllura bәnzәyәn şüşә dәniz var idi. Taxtın әtrafında, hәr dörd yanında önü dә, arxası da gözlәrlә örtülmüş dörd canlı mәxluq var idi. 7 Birinci mәxluq aslana, ikinci mәxluq danaya, üçüncü mәxluqun üzü insan üzünә, dördüncü mәxluq da uçan qartala bәnzәyirdi. 8 Bu dörd mәxluqdan hәr birinin altı qanadı var idi; mәxluqların hәr tәrәfi, hәtta qanadlarının alt tәrәfi dә gözlәrlә örtülmüşdü. Bu mәxluqlar gecә-gündüz dayanmadan deyir: "Var Olmuş, Var Olan vә Gәlmәli Olan Külli-İxtiyar Rәbb Allah Müqәddәsdir, müqәddәsdir, müqәddәsdir!" 9 Canlı mәxluqlar hәr dәfә taxtda Oturana, әbәdi Yaşayana izzәt vә şәrәf verib şükür edәndә 10 iyirmi dörd ağsaqqal taxtda Oturanın önündә yerә qapanıb әbәdi Var Olana sәcdә edir vә taclarını taxtın önünә atıb deyirlәr: 11 "Ey bizim Rәbbimiz vә Allahımız! Sәn izzәt, şәrәf vә qüdrәt almağa layiqsәn. Çünki hәr şeyi Sәn yaratdın, Hәr şey Sәnin iradәnlә var olub yarandı".
1 Mәn taxtda Oturanın sağ әlindә bir tumar gördüm ki, onun hәr iki tәrәfi dә yazılmışdı vә yeddi möhürlә möhürlәnmişdi. 2 Hәmçinin gördüm ki, qüdrәtli bir mәlәk uca sәslә elan edir: "Tumarın möhürlәrini qırmağa vә onu açmağa kim layiqdir?" 3 Amma nә göydә, nә yer üzündә, nә dә yer altında bir kәs bu tumarı açmağı yaxud onun içinә baxmağı bacarmadı. 4 Mәn çox ağladım, çünki tumarı açmağa yaxud onun içinә baxmağa layiq olan bir kәs tapılmadı. 5 Onda ağsaqqallardan biri mәnә dedi: "Ağlama! Budur, Yәhuda qәbilәsindәn olan Aslan, Davudun Kökü qalib gәlib; buna görә dә O, tumarı vә onun yeddi möhürünü aça bilir". 6 Gördüm ki, taxtla dörd canlı mәxluqun ortasında vә ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kәsilmiş vәziyyәtdә idi. Onun yeddi buynuzu vә yeddi gözü var idi ki, bunlar da bütün yer üzünә göndәrilmiş Allahın yeddi ruhudur. 7 Quzu yaxınlaşıb taxtda Oturanın sağ әlindәn tumarı götürdü. 8 O, tumarı götürdüyü zaman dörd canlı mәxluq vә iyirmi dörd ağsaqqal Quzunun önündә yerә qapandı. Hәr birinin әlindә çәng var idi vә buxurla dolu qızıl nimçәlәr tuturdular ki, bunlar müqәddәslәrin dualarıdır. 9 Onlar yeni bir nәğmә oxuyaraq deyirdi: "Sәn tumarı götürüb Onun möhürlәrini qırmağa layiqsәn. Çünki Sәn kәsildin Vә hәr tayfadan, dildәn, xalqdan vә millәtdәn olanları Allah üçün Öz qanın bahasına satın aldın. 10 Onları Allahımızla birgә Padşahlığa vә kahinliyә şәrik etdin; Onlar da yer üzünә padşahlıq edәcәk". 11 Taxtın, canlı mәxluqların vә ağsaqqalların әtrafında saysız-hesabsız mәlәk gördüm vә onların sәsini eşitdim. 12 Onlar uca sәslә deyirdi: "Kәsilmiş Quzu Qüdrәti, sәrvәti, hikmәti, qüvvәti, Şәrәfi, izzәti vә alqışı Almağa layiqdir". 13 Hәmçinin mәn göydә, yer üzündә, yer altında, dәnizdә olan bütün mәxluqların vә oralardakı bütün varlıqların belә dediyini eşitdim: "Taxtda Oturana vә Quzuya әbәdi olaraq Alqış, şәrәf, izzәt vә qüdrәt olsun!" 14 Dörd canlı mәxluq da "Amin!" deyirdi. Onda ağsaqqallar yerә qapanıb sәcdә etdilәr.
1 Mәn gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı mәxluqdan birinin göy gurultusuna bәnzәr sәslә "gәl" dediyini eşitdim. 2 Gördüm ki, bir ağ at vә onun belindә oturan atlının әlindә ox-kaman var. Ona bir tac verildi vә bir qalib kimi yola çıxdı ki, qәlәbә qazansın. 3 Quzu ikinci möhürü açanda ikinci canlı mәxluqun "gәl" dediyini eşitdim. 4 Onda ayrısı – od rәngindә bir at ortaya çıxdı. Onun belindә oturan atlıya izin verildi ki, yer üzündә sülhü aradan götürsün vә insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi. 5 Quzu üçüncü möhürü açanda üçüncü canlı mәxluqun "gәl" dediyini eşitdim. Gördüm ki, bir qara at vә onun belindә oturan atlının әlindә tәrәzi var. 6 Dörd canlı mәxluqun arasından sanki bir sәsin belә dediyini eşitdim: "Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına vә şәraba ziyan vurma". 7 Quzu dördüncü möhürü açanda dördüncü canlı mәxluqun "gәl" dediyini eşitdim. 8 Gördüm ki, bir solğun rәngdә at var. Onun belindә oturan atlının adı Ölüm idi. Ölülәr diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddә biri üzәrindә sәlahiyyәt verildi ki, qılınc, aclıq, azar vә yer üzündәki vәhşi heyvanlarla insanları qırsınlar. 9 Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kәlamına vә etdiklәri şәhadәtә görә kәsilәn canları gördüm. 10 Onlar uca sәslә fәryad edirdi: "Ey müqәddәs vә haqq olan Pәrvәrdigar, nә vaxta kimi mühakimә etmәyib yer üzündә yaşayanlardan qanımızın qisasını almayacaqsan?" 11 Onda hәr birinә ağ xalat verilib deyildi ki, özlәri ilә birgә qulluq edәn, onlar kimi öldürülәcәk bacı-qardaşlarının sayı tamam olana qәdәr bir az vaxt da rahat olsunlar. 12 Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zәlzәlә baş verdi. Günәş qıldan toxunan çul kimi qaraldı vә ayın rәngi bütünlüklә qan kimi oldu. 13 Göydәki ulduzlar da әncir ağacının güclü külәkdәn sarsılıb kal meyvәlәrini tökdüyü kimi yerә töküldü. 14 Göy dә bükülәn tumar kimi çәkilib getdi. Hәr dağ vә ada yerindәn tәrpәndi. 15 Onda yer üzünün padşahları, böyük adamlar, sәrkәrdәlәr, varlılar, güclülәr, hәr qul vә azad adam mağaralarda vә dağlardakı qayalar arasında gizlәnib 16 dağlara vә qayalara dedilәr: "Üstümüzә qopub düşün vә bizi taxtda Oturanın üzündәn, Quzunun qәzәbindәn gizlәdin. 17 Çünki qәzәblәrinin böyük günü gәlib çatdı vә ona qarşı kim dura bilәr?"
1 Bundan sonra mәn yer üzünün dörd küncündә dayanan dörd mәlәk gördüm. Onlar yer üzünün dörd külәyini tutmuşdular ki, nә quru, nә dәniz vә nә dә bir ağac üstünә yel әssin. 2 Gündoğan tәrәfdәn qalxan başqa bir mәlәk dә gördüm ki, var olan Allahın möhürünә malik idi. O, uca sәslә quruya vә dәnizә ziyan vurmaq izni verilmiş dörd mәlәyi çağırıb dedi: 3 "Biz Allahımızın qullarının alnını möhürlәyәnә qәdәr quruya, dәnizә vә ağaclara ziyan vurmayın". 4 Möhürlәnmiş şәxslәrin sayını da eşitdim; İsrail övladlarının bütün qәbilәlәrindәn 144,000 nәfәr möhürlәnmişdi: 5 Yәhuda qәbilәsindәn 12,000 möhürlәnmiş nәfәr; Ruven qәbilәsindәn 12,000 nәfәr; Qad qәbilәsindәn 12,000 nәfәr; 6 Aşer qәbilәsindәn 12,000 nәfәr; Naftali qәbilәsindәn 12,000 nәfәr; Menaşşe qәbilәsindәn 12,000 nәfәr; 7 Şimeon qәbilәsindәn 12,000 nәfәr; Levi qәbilәsindәn 12,000 nәfәr; İssakar qәbilәsindәn 12,000 nәfәr; 8 Zevulun qәbilәsindәn 12,000 nәfәr; Yusif qәbilәsindәn 12,000 nәfәr; Binyamin qәbilәsindәn 12,000 möhürlәnmiş nәfәr. 9 Bundan sonra mәn gördüm ki, hәr millәtdәn, hәr tayfadan, hәr xalqdan vә hәr dildәn olan, heç kәsin saya bilmәyәcәyi böyük bir kütlә taxtın vә Quzunun önündә dayanıb. Onlar ağ xalat geyinib, әllәrindә xurma budaqları tutublar. 10 Uca sәslә nida edirdilәr: "Xilas taxtda oturan Allahımıza vә Quzuya mәxsusdur!" 11 Bütün mәlәklәr dә taxtın, ağsaqqalların vә dörd canlı mәxluqun әtrafında dayanmışdı. Onlar taxtın önündә üzüstә yerә qapanaraq Allaha sәcdә edib dedilәr: 12 "Amin! Allahımıza әbәdi olaraq Alqış, izzәt, hikmәt, şükür, şәrәf, Qüdrәt vә qüvvәt olsun! Amin!" 13 Bu arada ağsaqqallardan biri mәndәn soruşdu: "Ağ xalat geyinmiş bu şәxslәr kimdir vә haradan gәliblәr?" 14 Ona dedim: "Ağa, bunu sәn bilәrsәn".O mәnә dedi: "Bunlar böyük әziyyәtdәn keçib gәlәnlәrdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilә ağartdılar. 15 Buna görә dә Onlar Allahın taxtının önündәdir, Gecә-gündüz mәbәdindә Ona ibadәt edirlәr. Taxtda Oturan da Onların üzәrindә mәskәn salacaq. 16 Onlar bir daha nә ac, Nә dә susuz qalacaq, Günәş vә qızmar isti Onları vurmayacaq. 17 Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları hәyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını silәcәk".
1 Quzu yeddinci möhürü açanda göydә tәxminәn yarım saat sükut yarandı. 2 Onda mәn Allahın önündә dayanan yeddi mәlәyi gördüm. Onlara yeddi şeypur verildi. 3 Başqa bir mәlәk dә gәlib qurbangahın önündә durdu. Onun әlindә qızıl buxurdan var idi vә ona çoxlu buxur verildi ki, bunu bütün müqәddәslәrin duaları ilә birgә taxtın önündә olan qızıl qurbangahın üstündә tәqdim etsin. 4 Buxurun tüstüsü müqәddәslәrin duaları ilә birgә mәlәyin әlindәn Allahın önünә yüksәldi. 5 Onda mәlәk buxurdanı götürüb qurbangahdakı odla doldurdu vә onu yer üzünә atdı. Göy gurultusu, uğultu, şimşәk vә zәlzәlә baş verdi. 6 Yeddi şeypuru olan yeddi mәlәk onları çalmağa hazırlaşdı. 7 Birinci mәlәk şeypurunu çaldı. Onda qanla qarışıq dolu vә od әmәlә gәlib yer üzünә yağdırıldı. Yer üzünün üçdә biri, ağacların üçdә biri vә bütün yaşıl otlar yandırıldı. 8 İkinci mәlәk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dәnizin içinә atıldı. Dәnizin üçdә biri qana döndü. 9 Dәnizdә olan canlı mәxluqların üçdә biri öldü. Gәmilәrin dә üçdә biri mәhv oldu. 10 Üçüncü mәlәk şeypurunu çaldı. Onda göydәn mәşәl kimi yanan böyük bir ulduz enib çayların üçdә birinin vә su qaynaqlarının üstünә düşdü. 11 O ulduzun adına "Yovşan" deyilir. Suların üçdә biri yovşana döndü. Çoxlu adam sulardan öldü, çünki sular acı olmuşdu. 12 Dördüncü mәlәk şeypurunu çaldı. Onda günәşin, ayın vә ulduzların üçdә biri vuruldu; buna görә dә onların üçdә biri qaraldı. Gündüzün üçdә biri, gecәnin dә elә o qәdәri işıqsız qaldı. 13 Onda göyün ortasında uçan bir qartal gördüm vә onun uca sәslә belә dediyini eşitdim: "Şeypurlarını çalacaq o biri üç mәlәyin şeypur sәslәrindәn yer üzündә yaşayanların vay, vay, vay halına!"
1 Beşinci mәlәk şeypurunu çaldı. Onda mәn göydәn yerә düşmüş bir ulduz gördüm. Dibsiz dәrinliyә enәn quyunun açarı ona verildi. 2 O, dibsiz dәrinliyә enәn quyunu açdı vә quyudan iri bir kürәnin tüstüsünә bәnzәr tüstü çıxdı. Günәş vә hava quyudan çıxan tüstüdәn qaraldı. 3 Tüstünün içindәn yer üzünә çәyirtkәlәr çıxdı vә onlara yer üzündәki әqrәblәrin gücü qәdәr güc verildi. 4 Onlara deyildi ki, yer üzündәki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zәrәr vursunlar. 5 Onlara izin verildi ki, insanları öldürmәdәn onlara beş ay işgәncә versinlәr. Onların verdiyi işgәncә әqrәbin insanı sancdığı zaman olan işgәncәyә bәnzәyir. 6 O günlәrdә insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlәrinә ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq. 7 Çәyirtkәlәrin görünüşü döyüşә hazırlanan atlara bәnzәyirdi. Başlarında sanki qızıl tac var idi, üzlәri dә insan üzü kimi idi. 8 Onların qadınlarda olan kimi saçları var idi, dişlәri dә aslan dişlәri kimi idi. 9 Döş zirehlәri dәmir zirehlәr kimi idi. Qanadlarının sәsi döyüşә qaçan çoxlu sayda arabalarla atların sәsinә bәnzәyirdi. 10 Onların әqrәb kimi quyruqları vә neştәrlәri var idi. Quyruqlarında elә güclәri var idi ki, insanlara beş ay zәrәr verә bilәrdilәr. 11 Dibsiz dәrinliyin mәlәyi onların üzәrindә padşahlıq edirdi; onun adı ibranicә "Avaddon", yunanca "Apollion" idi. 12 Birinci bәla ötüb keçdi. Budur, ondan sonra daha iki bәla gәlir. 13 Altıncı mәlәk şeypurunu çaldı. Onda mәn Allahın önündәki qızıl qurbangahın dörd buynuzundan gәlәn bir sәs eşitdim. 14 Bu sәs şeypuru olan altıncı mәlәyә deyirdi: "Böyük Fәrat çayının kәnarında bağlanan dörd mәlәyi burax". 15 Hәmin o saat, o gün, o ay vә o il üçün hazırlanmış dörd mәlәk buraxıldı ki, insanların üçdә birini öldürsün. 16 Atlı qoşunların sayı iki yüz milyon idi; mәn onların sayını eşitdim. 17 Mәn görüntüdә atları vә onların belindә oturan atlıları bu cür gördüm: onların od, tünd göy vә kükürd rәngindә döş zirehlәri var idi, atların başı aslan başı kimi idi vә ağızlarından od, tüstü vә kükürd çıxırdı. 18 Bu üç bәladan, yәni onların ağzından çıxan od, tüstü vә kükürddәn insanların üçdә biri hәlak oldu. 19 Çünki atların gücü onların ağzında vә quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır vә atlar bu başlarla da zәrәr vururlar. 20 Bu bәlalardan hәlak olmayıb sağ qalan adamlar öz әllәri ilә düzәltdiklәri şeylәrdәn dönüb tövbә etmәdilәr. Cinlәrә vә görmәyә, eşitmәyә, yerimәyә qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlәrә sәcdә etmәkdәn әl çәkmәdilәr. 21 Hәmçinin onlar nә qatilliklәrindәn, nә sehrbazlıqlarından, nә әxlaqsızlıqlarından, nә dә oğurluqlarından tövbә etdilәr.
1 Mәn göydәn enәn başqa bir güclü mәlәyi gördüm. O, buluda bürünmüşdü vә başının üstündә göy qurşağı var idi. Üzü günәşә, ayaqları da od sütununa bәnzәyirdi. 2 Әlindә açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dәnizin üstünә, sol ayağını isә quruya qoydu. 3 Aslan nәriltisinә bәnzәr uca sәslә nida etdi. O nida edәndә yeddi göy gurultusu öz sәsi ilә danışdı. 4 Yeddi göy gurultusu danışdığı zaman mәn yazmağa hazırlaşırdım ki, göydәn danışan bir sәs eşitdim: "Yeddi göy gurultusunun söylәdiklәrini möhürlü saxla, onları yazma". 5 Onda dәnizdә vә quruda dayandığını gördüyüm mәlәk sağ әlini göyә tәrәf qaldırıb 6 әbәdi Var Olanın, göyü vә oradakıları, yeri vә oradakıları, dәnizi vә oradakıları Yaradanın adına and içәrәk dedi: "Daha möhlәt verilmәyәcәk, 7 amma yeddinci mәlәyin şeypur çalacağı günlәr Allahın sirli niyyәti, qulları olan peyğәmbәrlәrә açdığı kimi tam yerinә yetәcәk". 8 Göydәn eşitdiyim sәs yenә dә mәnimlә danışıb belә dedi: "Get, dәnizdә vә quruda dayanan mәlәyin әlindәki açılmış kiçik tumarı götür". 9 Mәn dә mәlәyin yanına gedib ona dedim ki, kiçik tumarı mәnә versin. O mәnә dedi: "Onu götür, ye. O sәnin mәdәndә acı, ağzında isә bal kimi şirin olacaq". 10 Mәn tumarı mәlәyin әlindәn götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyәndәn sonra mәdәmdә acılıq oldu. 11 Mәnә belә dә deyildi: "Sәn gәrәk yenә dә çoxlu xalq, millәt, dil vә padşah barәdә peyğәmbәrlik edәsәn".
1 Mәnә әsaya oxşayan bir qamış verildi vә mәnә deyildi: "Qalx Allahın mәbәdini, qurbangahı ölç vә orada sәcdә edәnlәri say. 2 Amma mәbәdin bayır hәyәtini nәzәrә alma vә oranı ölçmә. Çünki ora başqa millәtlәrә verildi vә onlar müqәddәs şәhәri qırx iki ay tapdaq edәcәk. 3 Öz iki şahidimi göndәrәcәyәm ki, çula bürünәrәk hәmin min iki yüz altmış gün әrzindә peyğәmbәrlik etsinlәr". 4 Bunlar yer üzünün Sahibinin önündә dayanan iki zeytun ağacı vә iki çıraqdandır. 5 Әgәr kimsә onlara zәrәr vurmaq istәsә, ağızlarından od çıxıb düşmәnlәrini yandırıb-yaxır. Belәcә onlara zәrәr vurmaq istәyәn hәr kәs bu cür öldürülmәlidir. 6 Onların göyü bağlamağa ixtiyarı var ki, peyğәmbәrlik etdiklәri günlәr yağış yağmasın. Hәmçinin onların suları qana döndәrmәyә vә yer üzünә istәdiklәri qәdәr hәr cür bәla gәtirmәyә ixtiyarı var. 7 Onlar öz şәhadәtlәrini bitirdikdәn sonra dibsiz dәrinlikdәn çıxan vәhşi heyvan onlarla döyüşәcәk vә onları mәğlub edib öldürәcәk. 8 Cәsәdlәri onların Rәbbinin dә çarmıxa çәkildiyi böyük şәhәrin baş küçәsinә sәrilәcәk; hәmin şәhәr rәmzi olaraq Sodom vә Misir adlanır. 9 Müxtәlif xalqlardan, tayfalardan, dillәrdәn vә millәtlәrdәn olan adamlar üç gün yarım onların cәsәdinә baxacaq vә qәbirә qoyulmasına yol vermәyәcәklәr. 10 Yer üzündә yaşayanlar onların bu halına sevinib bayram edәcәk vә bir-birlәrinә hәdiyyәlәr göndәrәcәk. Çünki bu iki peyğәmbәr yer üzündә yaşayanlara iztirab vermişdi. 11 Lakin hәmin üç gün yarım bitәndә Allahdan gәlәn hәyat nәfәsi onların içinә girdi vә onlar ayağa qalxdı. Onda onları görәnlәrin canına böyük qorxu düşdü. 12 O iki peyğәmbәr göydәn onlara "Bura qalxın!" deyәn uca bir sәs eşitdilәr vә buludun içindә göyә qalxdılar. Düşmәnlәri dә onlara baxdı. 13 O saat böyük bir zәlzәlә baş verdi vә şәhәrin onda biri dağıldı. Zәlzәlәdә yeddi min nәfәr hәlak oldu, qalanları isә qorxuya düşüb göydәki Allahı izzәtlәndirdilәr. 14 İkinci bәla ötüb keçdi. Budur, tezliklә üçüncü bәla gәlir. 15 Yeddinci mәlәk şeypurunu çaldı. Göydә belә deyәn uca sәslәr eşidildi: "Rәbbimiz vә Onun Mәsihi Dünya üzәrindә Padşahlığa sahib oldu! O әbәdi olaraq padşahlıq edәcәk!" 16 Onda Allahın önündә öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstә yerә qapanıb Allaha sәcdә edәrәk 17 dedi: "Ey Var Olan, Var Olmuş Külli-İxtiyar Rәbb Allah, Sәnә şükür edirik! Çünki Öz böyük qüdrәtini alıb Padşahlıq taxtına çıxdın. 18 Millәtlәr qәzәblәndi, Sәnin dә qәzәbinin vaxtı gәldi. Ölülәri mühakimә etmәk, Sәnin qulların olan Peyğәmbәrlәrә, müqәddәslәrә, Sәnin adından qorxanlara, Kiçiklәrә vә böyüklәrә mükafat vermәk, Yer üzünü mәhv edәnlәri Mәhv etmәk vaxtı çatdı". 19 Allahın göydәki mәbәdi açıldı vә Onun Әhd sandığı orada zahir oldu. Onda şimşәk, uğultu, göy gurultusu, zәlzәlә vә güclü dolu gәldi.
1 Göydә böyük bir әlamәt zahir oldu: günәşi әyninә geyinmiş, ayaqları altında ay vә başında on iki ulduzlu tac olan bir qadın göründü. 2 O hamilә idi vә doğmaq üzrә idi, ağrı vә iztirab çәkәrәk qışqırırdı. 3 Göydә başqa bir әlamәt zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündә dә yeddi kiçik tac olan böyük vә od rәngindә әjdaha göründü. 4 Onun quyruğu göy ulduzlarının üçdә birini süpürüb yer üzünә atdı. Әjdaha doğmağa hazırlaşan qadının önündә dayandı ki, qadın doğan kimi onun uşağını udsun. 5 Qadın bir oğlan uşağı doğdu ki, "dәmir әsa ilә bütün millәtlәrә ağalıq edәcәk".Bu uşaq Allahın vә Onun taxtının yanına qapılıb götürüldü. 6 Qadınsa çölә qaçdı. Orada onun min iki yüz altmış gün bәslәnmәsi üçün Allah tәrәfindәn hazırlanmış yeri var. 7 Göydә döyüş oldu. Mikael vә onun mәlәklәri әjdaha ilә döyüşdü. Әjdaha vә onun mәlәklәri dә onlarla döyüşdü, 8 amma güclәri çatmadı. Göydә artıq onlara yer qalmadı. 9 O böyük әjdaha – iblis vә Şeytan deyilәn, bütün dünyanı aldadan qәdim ilan yer üzünә atıldı, mәlәklәri dә onunla birgә atıldı. 10 Mәn göydә uca bir sәsin belә dediyini eşitdim: "İndi Allahımızın xilası, gücü, Padşahlığı vә Onun Mәsihinin hakimiyyәti hәyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündә Gecә-gündüz tәqsirlәndirәn ittihamçı kәnara atıldı. 11 Onlar Quzunun qanı vә öz şәhadәt sözlәri vasitәsilә Ona qalib gәldilәr. Hәtta ölümlә üzbәüz olanda da Öz canlarını sevmәdilәr. 12 Buna görә dә, ey göylәr vә Orada mәskәn salanlar, bayram edin! Qurunun vә dәnizinsә vay halına! Çünki iblis böyük hiddәtlә yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb". 13 Әjdaha yer üzünә atıldığını görәndә oğlan uşağı doğan qadının ardınca düşdü. 14 Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölә – öz yerinә uçsun vә orada, ilandan kәnarda bir vaxt, vaxtlar vә yarım vaxt әrzindә bәslәnsin. 15 İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın. 16 Lakin quru qadına kömәk etdi: quru ağzını açdı vә әjdahanın ağzından püskürdüyü seli içib qurtardı. 17 Onda әjdaha qadına qәzәblәndi, onun nәslindәn Allahın әmrlәrinә riayәt edәn vә İsa barәdә şәhadәt edәn başqaları ilә döyüşmәk üçün getdi 18 vә dәniz sahilinin qumları üzәrindә dayandı.
1 Dәnizdәn çıxan on buynuzlu vә yeddi başlı bir vәhşi heyvan gördüm. Onun buynuzlarının üstündә on kiçik tac var idi, başlarının üzәrindә isә küfr olan adlar yazılmışdı. 2 Gördüyüm vәhşi heyvan bәbirә oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan ağzı kimi idi. Әjdaha ona öz gücünü, taxtını vә böyük sәlahiyyәt verdi. 3 Vәhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzü heyrәt içindә vәhşi heyvanın ardınca getdi. 4 Әjdahaya sәcdә etdilәr, çünki vәhşi heyvana sәlahiyyәt verәn o idi. Hәmçinin vәhşi heyvana sәcdә edib dedilәr: "Kim bu vәhşi heyvana tay ola vә onunla döyüşә bilәr?" 5 Vәhşi heyvana lovğa vә küfr danışan bir ağız da verildi. Hәm dә ona sәlahiyyәtini qırx iki ay icra etmәk izni verildi. 6 O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, hәmçinin mәskәninә, yәni göydә mәskәn salanlara küfr söylәsin. 7 Ona izin verildi ki, müqәddәslәrlә döyüşüb onlara qalib gәlsin. Hәmçinin ona bütün tayfalar, xalqlar, dillәr vә millәtlәr üzәrindә sәlahiyyәt verildi. 8 Kәsilmiş Quzunun hәyat kitabına dünya yaranandan bәri adı yazılanlardan savayı, yer üzündә yaşayanların hamısı ona sәcdә edәcәk. 9 Kimin qulağı var, qoy eşitsin. 10 Kim әsir olmalıdırsa, Әsirliyә gedir, Kim qılıncla öldürülmәlidirsә, Qılıncla öldürülür. Gәrәk müqәddәslәrin dözümü vә imanı olsun. 11 Mәn yerdәn çıxan başqa bir vәhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma әjdaha kimi danışırdı. 12 O, birinci vәhşi heyvanın bütün sәlahiyyәtini onun önündә icra edir, yer üzünü vә orada yaşayanları ölümcül yarasından sağalan hәmin vәhşi heyvana sәcdә etmәyә mәcbur edir. 13 İkinci vәhşi heyvan böyük әlamәtlәr göstәrir, hәtta insanların önündә göydәn yerә od yağdırır. 14 Birinci vәhşi heyvanın önündә göstәrilmәsinә izin verilmiş әlamәtlәrlә yer üzündә yaşayanları aldadaraq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan hәmin vәhşi heyvanın surәtini yaratsınlar. 15 Ona hәmin vәhşi heyvanın surәtinә nәfәs vermәk qüdrәti verildi ki, bu surәt dә danışsın vә ona sәcdә etmәyәn hәr kәsin öldürülmәsini әmr etsin. 16 İkinci vәhşi heyvan hamını – böyüklәri vә kiçiklәri, varlıları vә yoxsulları, azadları vә qulları mәcbur edir ki, sağ әllәri yaxud alınları damğalansın. 17 Belәcә bu damğanı, yәni hәmin vәhşi heyvanın adını ya da adını tәmsil edәn sayı daşımayan bir kәsә alıb-satmağa icazә verilmir. 18 Bu işdә müdrik olmaq lazımdır. Kimin ağlı var, qoy bu vәhşi heyvana mәxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır.
1 Mәn gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdә 144,000 nәfәr var idi. Onların alnında Quzunun adı vә Onun Atasının adı yazılmışdı. 2 Mәn göydәn gur suların sәdasına vә güclü göy gurultusuna bәnzәr bir sәs eşitdim. Eşitdiyim sәs çәng çalanların çәnglәrinin sәsi kimi idi. 3 Onlar taxtın, dörd canlı mәxluqun vә ağsaqqalların önündә yeni bir nәğmә oxuyurlar. Yer üzündәn satın alınmış bu 144,000 nәfәrdәn başqa heç kәs bu nәğmәni öyrәnә bilmәdi. 4 Bunlar özlәrini qadınlarla lәkәlәmәmiş şәxslәrdir, çünki bakirdirlәr. Quzu hara getsә, onlar da Onun ardınca gedir. Onlar Allah vә Quzu üçün nübar olaraq insanlar arasından satın alındı. 5 Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar lәkәsizdir. 6 Mәn göyün ortasında uçan başqa bir mәlәk gördüm. O, yer üzündә yaşayanlara – hәr millәtә, hәr tayfaya, hәr dilә vә hәr xalqa yaymaq üçün әbәdi bir Müjdә gәtirirdi. 7 Mәlәk uca sәslә deyirdi: "Allahdan qorxun, Ona izzәt verin! Çünki Onun mühakimә edәcәyi vaxt gәldi. Göyü, yeri, dәnizi vә su qaynaqlarını Yaradana sәcdә edin!" 8 İkinci mәlәk dә onun ardınca gәlәrәk deyirdi: "Dağıldı, böyük Babil dağıldı! O, әxlaqsızlığının coşğun şәrabını bütün millәtlәrә içirtmişdi". 9 Bunların ardınca üçüncü bir mәlәk dә gәlәrәk uca sәslә deyirdi: "Kim vәhşi heyvana vә onun surәtinә sәcdә edib öz alnının yaxud әlinin damğalanmasını qәbul edәrsә, 10 o da Allahın qәzәb kasasına qarışıqsız tökülmüş coşğun şәrabından içәcәk. Belәlәrinә müqәddәs mәlәklәrin vә Quzunun önündә od vә kükürdlә işgәncә verilәcәk. 11 Onlara verilәn işgәncәnin tüstüsü әbәdi olaraq qalxacaq. Vәhşi heyvana vә onun surәtinә sәcdә edib adına aid damğanı qәbul edәnlәr gecә-gündüz rahatlıq tapmayacaq". 12 Allahın әmrlәrinә riayәt edәn vә İsaya imanına sadiq qalan müqәddәslәrin gәrәk dözümü olsun. 13 Onda göydәn belә deyәn bir sәs eşitdim: "Yaz: bundan sonra Rәbdә ölәnlәr nә bәxtiyardır!" Ruh deyir: "Bәli, onlar zәhmәtlәrindәn ayrılıb rahatlıq tapacaqlar, çünki әmәllәrinin nәticәsi onların ardınca gedir". 14 Mәn gördüm ki, ağ bir bulud var vә buludun üstündә bәşәr oğluna bәnzәr Biri oturub. Onun başında qızıl tac vә әlindә iti oraq var idi. 15 Başqa bir mәlәk dә mәbәddәn çıxıb buludun üstündә Oturana uca sәslә dedi: "Orağını işә sal vә biç. Çünki yer üzündәki әkin yetişdiyi üçün biçin zamanı gәldi". 16 Onda buludun üstündә Oturan Öz orağını yer üzünә saldı vә yer üzü biçildi. 17 Başqa bir mәlәk dә göydәki mәbәddәn çıxdı. Onun әlindә dә iti oraq var idi. 18 Od işinә mәsul olan başqa bir mәlәk dә qurbangahdan çıxıb iti orağı olan mәlәyә uca sәslә nida etdi: "İti orağını işә sal vә yer üzündәki üzüm tәnәyindәn salxımları kәs yığ, çünki üzümlәri yetişib". 19 Mәlәk orağını yer üzünә salaraq yerdәki üzüm tәnәyindәn üzümlәri kәsib yığdı vә Allah hiddәtinin böyük üzümsıxanına atdı. 20 Üzümlәr şәhәrdәn kәnarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı vә at yüyәnlәrinә qәdәr qalxaraq 1600 stadiyә bәrabәr mәsafәyә axdı.
1 Mәn göydә başqa bir böyük vә heyrәtli әlamәt – yeddi bәlanı gәtirәn yeddi mәlәk gördüm. Bunlar son bәlalardır, çünki Allahın hiddәti bunlarla tamamlanırdı. 2 Sanki odla qarışıq şüşәdәn olan bir dәniz gördüm. Vәhşi heyvana, onun surәtinә vә adına aid saya qalib gәlәnlәr әllәrindә Allahın verdiyi çәnglәrlә şüşә dәnizin üstündә durub. 3 Onlar Allahın qulu Musanın nәğmәsini vә Quzunun nәğmәsini oxuyaraq deyir: "Ey Külli-İxtiyar Rәbb Allah, Sәnin işlәrin böyük vә heyrәtlidir. Ey millәtlәrin Padşahı, Sәnin yolların әdalәtli vә hәqiqidir. 4 Ya Rәbb, kim Sәndәn qorxmaz, Kim Sәnin adını izzәtlәndirmәz? Çünki yalnız Sәn müqәddәssәn. Bütün millәtlәr gәlib Sәnin önündә sәcdә edәcәk, Çünki Sәnin әdalәtli hökmlәrin aşkar oldu". 5 Bundan sonra gördüm ki, göydәki mәbәd, yәni Şәhadәt çadırı açıldı 6 vә yeddi bәlanı gәtirәn yeddi mәlәk mәbәddәn çıxdı. Onlar tәmiz vә parlaq kәtan paltar geyinmiş, sinәlәrinә qızıl qurşaqlar bağlamışdı. 7 Onda dörd canlı mәxluqdan biri yeddi mәlәyә әbәdi var olan Allahın hiddәti ilә dolu yeddi qızıl nimçә verdi. 8 Mәbәd Allahın izzәt vә qüdrәtinә görә tüstü ilә doldu. Belәcә yeddi mәlәyin gәtirdiyi yeddi bәla tamam olana qәdәr heç kәs mәbәdә girә bilmәdi.
1 Mәn mәbәddәn yeddi mәlәyә "gedin, Allahın hiddәtinin yeddi nimçәsini yer üzünә boşaldın" deyәn uca bir sәs eşitdim. 2 Birinci mәlәk gedib öz nimçәsini quruya boşaltdı vә vәhşi heyvanın damğasını daşıyan, onun surәtinә sәcdә edәn adamlarda pis vә ağrılı yaralar әmәlә gәldi. 3 İkinci mәlәk öz nimçәsini dәnizә boşaltdı vә dәniz ölünün qanına bәnzәr qatı qana döndü, dәnizdә olan bütün canlı varlıqlar mәhv oldu. 4 Üçüncü mәlәk öz nimçәsini çaylara vә su qaynaqlarına boşaltdı vә onlar qana döndü. 5 Onda mәn sular mәlәyinin belә dediyini eşitdim: "Ey Var Olan, Var Olmuş Müqәddәs Olan, Sәn әdalәtlisәn ki, belә hökm çıxartdın. 6 Çünki müqәddәslәrin vә peyğәmbәrlәrin qanını tökdülәr. Sәn dә onlara içmәk üçün qan verdin. Onlar buna layiqdir". 7 Qurbangahdan gәlәn bir sәs dә eşitdim: "Bәli, ey Külli-İxtiyar Rәbb Allah, Sәnin hökmlәrin hәqiqi vә әdalәtlidir". 8 Dördüncü mәlәk öz nimçәsini günәşә boşaltdı vә ona adamları odla qarsalamaq gücü verildi. 9 Adamları qızmar isti qarsaladı vә onlar bu bәlaları idarә edәn Allahın adına küfr etdilәr, lakin tövbә edib Onu izzәtlәndirmәdilәr. 10 Beşinci mәlәk öz nimçәsini vәhşi heyvanın taxtına boşaltdı vә onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillәrini dişlәrinә sıxdılar 11 vә öz iztirab vә yaralarına görә göylәrin Allahına küfr etdilәr, lakin öz әmәllәrindәn tövbә etmәdilәr. 12 Altıncı mәlәk öz nimçәsini böyük Fәrat çayına boşaltdı vә onun suyu qurudu ki, gündoğandan gәlәn padşahlar üçün yol açılsın. 13 Gördüm ki, әjdahanın ağzından, vәhşi heyvanın ağzından vә yalançı peyğәmbәrin ağzından qurbağaya bәnzәr üç natәmiz ruh çıxır. 14 Bunlar әlamәtlәr göstәrәn cin ruhlarıdır vә bütün dünyanın padşahlarının yanına gedirlәr ki, onları Külli-İxtiyar Allahın böyük günündә baş verәcәk döyüşә toplasınlar. 15 Rәbb deyir: "Budur, oğru kimi gәlirәm; oyaq qalan, çılpaq gәzәrәk ayıbını göstәrmәmәk üçün paltarlarını әynindә saxlayan kәs nә bәxtiyardır!" 16 Bu ruhlar padşahları ibranicә Har-Magedon adlanan yerә topladı. 17 Yeddinci mәlәk öz nimçәsini havaya boşaltdı vә mәbәddәki taxtdan "Tamam oldu!" deyәn uca bir sәs gәldi. 18 Onda şimşәk, uğultu, göy gurultusu vә böyük bir zәlzәlә baş verdi. Zәlzәlә elә güclü idi ki, insanın yer üzündә yaşamağa başladığı dövrdәn bәri bundan böyüyü olmamışdı. 19 Böyük şәhәr üç yerә bölündü vә millәtlәrin şәhәrlәri dağıldı. Allah tәrәfindәn böyük Babil yada salındı ki, Allahın şiddәtli qәzәb şәrabı ilә dolu kasa ona verilsin. 20 Bütün adalar aradan qalxdı vә dağlar yox oldu. 21 Göydәn adamların üstünә hәrәsinin çәkisi bir talant olan böyük dolu dәnәlәri yağdı. Adamlar dolu bәlasına görә Allaha küfr etdilәr, çünki bu bәla çox şiddәtli idi.
1 Yeddi nimçәsi olan yeddi mәlәkdәn biri gәlib mәnimlә danışdı vә dedi: "Gәl, çoxlu suların üzәrindә oturmuş bәdnam fahişә barәdә çıxacaq hökmü sәnә göstәrim. 2 Yer üzünün padşahları onunla әxlaqsızlıq etdilәr vә yer üzündә yaşayanlar onun әxlaqsızlıq şәrabından sәrxoş oldular". 3 O mәni Ruhda çölә apardı. Orada mәn gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu vә üstündә başdan-başa küfr adları yazılan al rәngli bir vәhşi heyvanın belindә oturub. 4 Qadın tünd qırmızı vә al rәngli paltar geyinmiş, qızıl, qiymәtli daş vә mirvari ilә bәzәnmişdi. Onun әlindә iyrәnc şeylәr vә öz әxlaqsızlığının çirkabı ilә dolu qızıl kasa var idi. 5 Alnında isә bu sirli ad yazılmışdı: "Yer üzünün fahişәlәrinin vә iyrәncliklәrinin anası olan böyük Babil". 6 Mәn gördüm ki, qadın müqәddәslәrin qanından vә İsaya şәhadәt edәnlәrin qanından sәrxoş olub. Bunu görüb hәdsiz heyrәtlәndim. 7 Onda mәlәk mәnә dedi: "Nә üçün heyrәtә düşdün? Mәn sәnә qadının vә onu daşıyan yeddi başlı, on buynuzlu vәhşi heyvanın sirrini açacağam. 8 Gördüyün vәhşi heyvan var olmuş, indi yox olan vә dibsiz dәrinliklәrdәn çıxmaq üzrә olaraq hәlaka gedir. Yer üzündә yaşayan vә dünya yaranandan bәri adı hәyat kitabına yazılmamış adamlar vәhşi heyvanı görәndә heyrәtә düşәcәk, çünki o var olmuş, yox olan, amma yenә gәlmәli olandır. 9 Bu işdә müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi tәpәdir. Bunlar hәm dә yeddi padşahdır. 10 Onlardan beşi ölüb, biri qalıb, digәri isә hәlә gәlmәyib vә gәlәndә dә qısa müddәt qalmalıdır. 11 Bir zaman var olmuş, indi isә yox olan vәhşi heyvan da sәkkizinci padşahdır. O, yeddi padşahdan biridir vә hәlaka gedir. 12 Gördüyün on buynuz hәlә padşahlıq etmәyәn on padşahdır. Onlar vәhşi heyvanla birgә sәlahiyyәti әlә alıb bir saat padşahlıq edәcәklәr. 13 Onların vahid bir niyyәti var, öz qüdrәt vә sәlahiyyәtlәrini vәhşi heyvana tәhvil verәcәklәr. 14 Onlar Quzu ilә döyüşәcәk, lakin Quzu onlara qalib gәlәcәk. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır vә Onunla birgә olanlar da çağırılmış, seçilmiş vә sadiq şәxslәrdir". 15 Mәlәk mәnә dedi: "Fahişәnin üzәrindә oturduğunu gördüyün sular – xalqlar, kütlәlәr, millәtlәr vә dillәrdir. 16 Gördüyün vәhşi heyvan vә on buynuz isә fahişәyә nifrәt edәrәk onu soyub çılpaq qoyacaq, әtini yeyәcәk vә onu odda yandıracaq. 17 Çünki Allah bunu onların ürәyinә qoydu ki, Allahın niyyәtini yerinә yetirsinlәr, hәmfikir olub Onun sözlәri tamamlanana qәdәr padşahlıqlarını vәhşi heyvana tәhvil versinlәr. 18 Gördüyün qadın da yer üzünün padşahları üzәrindә padşahlıq edәn böyük şәhәrdir".
1 Bundan sonra göydәn enәn başqa bir mәlәyi gördüm. O, böyük sәlahiyyәtә malik idi. Yer üzü onun ehtişamı ilә işıqlandı. 2 O, uca sәslә nida edib dedi: "Dağıldı! Böyük Babil dağıldı! O, cinlәrin mәskәni, Hәr cür natәmiz ruhun sığınacağı, Hәr cür murdar quşun yuvası, Hәr cür murdar vә mәnfur vәhşi heyvanın oylağı oldu. 3 Çünki bütün millәtlәr O qadının coşğun әxlaqsızlıq şәrabından içdi. Yer üzünün padşahları Onunla әxlaqsızlıq etdi. Dünyanın tacirlәri Onun şәhvәtpәrәstliyi ilә qazanılan sәrvәtdәn varlandı". 4 Mәn göydәn belә deyәn başqa bir sәs dә eşitdim: "Ey Mәnim xalqım, oradan çıxın ki, Onun günahlarına şәrik olmayasınız, Onun uğrayacağı bәlalara düçar olmayasınız. 5 Çünki onun günahları qalaqlanıb göyә çatdı, Allah onun haqsız işlәrini yada saldı. 6 O nә etdisә, Siz dә әvәzindә ona belә edin. Әmәllәrinin әvәzini ona ikiqat verin. Tökdüyü kasadakı şәrabın İkiqatını töküb ona verin. 7 Özünü nә qәdәr izzәtlәndirib Şәhvәtpәrәstlik içindә yaşadısa, Ona o qәdәr dә işgәncә vә yas verin. Çünki ürәyindә deyir: “Mәn mәlәkә taxtında oturmuşam, Dul deyilәm, әsla yas tutmayacağam”. 8 Buna görә dә bir günün içindә Onun üstünә bәlalar gәlәcәk, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimә edәn Rәbb Allah qüdrәtlidir". 9 Onunla әxlaqsızlıq edәn vә şәhvәtpәrәstlik içindә yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görәndә onun üçün ağlayıb ah-nalә edәcәklәr. 10 Onun çәkdiyi işgәncәnin qorxusundan uzaqda dayanıb deyәcәklәr: "Vay, vay halına, böyük şәhәr, Möhkәm şәhәr Babil! Çünki bir saat içindә cәzan çatdı". 11 Yer üzünün tacirlәri dә onun üçün ağlayıb yas tutur, çünki onların malını – 12 qızıl, gümüş, qiymәtli daşlar vә mirvarilәri; incә kәtan, ipәk, tünd qırmızı vә al rәngli parçaları; hәr cür әtirli ağacı; fil sümüyündәn, әn qiymәtli ağacdan, tuncdan, dәmirdәn vә mәrmәrdәn olan hәr cür әşyanı; 13 darçın, hil, buxur, әtirli yağ vә kündürü; şәrab, zeytun yağı, narın un vә buğdanı; mal-qara, qoyunlar, atlar vә arabaları; insan bәdәnlәri vә canlarını da artıq heç kәs almır. 14 Onlar deyirlәr: "Ürәyinin arzuladığı bәhrәlәr әlindәn çıxdı, Bütün cah-calallı malların yox oldu. Heç kәs onları bir daha tapmayacaq". 15 Orada bu mallarla varlanan tacirlәr bu şәhәrin çәkdiyi işgәncәnin qorxusundan uzaqda dayanacaq vә ağlayıb yas tutaraq deyәcәklәr: 16 "Vay, vay halına, İncә kәtan, tünd qırmızı, al rәngli Parçalardan paltar geyәn, Qızıl, qiymәtli daşlar vә mirvarilәrlә Bәzәnәn böyük şәhәr! 17 Çünki bu qәdәr var-dövlәt Bir saat içindә viran oldu". Bütün gәmi rәislәri, sәrnişinlәr, dәnizçilәr vә dәnizdә ticarәt edәnlәrin hamısı uzaqda dayanaraq 18 onun yanğınından çıxan tüstüyә baxıb nida edirdilәr: "Hansı şәhәr bu böyük şәhәrә tay ola bilәr?" 19 Onlar başlarına toz töküb fәryad edir vә ağlayıb yas tutaraq deyirdilәr: "Vay, vay halına, Dәnizdә gәmisi olanların hamısının Oranın çox qiymәtli malları ilә Varlandığı böyük şәhәr! Çünki bir saat içindә viran oldun". 20 Ey göylәr, Müqәddәslәr, hәvarilәr vә peyğәmbәrlәr, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gәtirdi. 21 Bir güclü mәlәk dәyirman daşı boyda böyük bir daşı götürәrәk dәnizә atıb dedi: "Böyük şәhәr Babil dә Belә zorakılıqla yıxılacaq, Bir daha görünmәyәcәk. 22 Çәng çalanların, müğәnnilәrin, Tütәk vә şeypur çalanların sәsi Artıq sәndәn gәlmәyәcәk. Hәr cür sәnәtlә mәşğul olan sәnәtkar Artıq sәndә olmayacaq. Dәyirman sәsi dә Artıq sәndәn gәlmәyәcәk. 23 Çıraq işığı Artıq sәndә görünmәyәcәk. Bәy-gәlin sәdası Artıq sәndәn gәlmәyәcәk. Çünki sәnin tacirlәrin Yer üzünün böyük adamları idi, Bütün millәtlәr Sәnin sehrbazlığınla aldanmışdı. 24 Peyğәmbәrlәrin, müqәddәslәrin vә Yer üzündә kәsilәnlәrin hamısının qanı O şәhәrdә üzә çıxdı".
1 Bundan sonra göydә böyük bir kütlәnin sәsinә bәnzәr uca bir sәs eşitdim. Onlar deyirdi: "Rәbbә hәmd edin! Xilas, izzәt vә qüdrәt Allahımıza mәxsusdur! 2 Çünki Onun hökmlәri Hәqiqi vә әdalәtlidir. O, әxlaqsızlığı ilә yer üzünü azdıran Böyük fahişәni mühakimә etdi, Öz qullarının qanının qisasını Ondan aldı". 3 Onlar dedi: "Rәbbә hәmd edin! Fahişәdәn çıxan tüstü әbәdi olaraq yüksәlir". 4 Onda iyirmi dörd ağsaqqal vә dörd canlı mәxluq yerә qapanaraq taxtda oturan Allaha sәcdә edib dedi: "Amin! Rәbbә hәmd edin!" 5 Taxtdan da belә bir sәs gәldi: "Ey Onun bütün qulları, Böyükdәn kiçiyә qәdәr Ondan qorxanlar, Allahımızı mәdh edin!" 6 Mәn böyük bir kütlәnin, gur suların vә güclü göy gurultusunun sәsinә bәnzәr bir sәs dә eşitdim. Bu sәs deyirdi: "Rәbbә hәmd edin! Çünki Külli-İxtiyar Rәbb Allahımız Padşahlıq taxtına çıxdı! 7 Gәlin sevinib şad olaq, Onu izzәtlәndirәk! Çünki Quzunun toyu başlayır. Gәlini özünü hazırlayıb; 8 Geyinmәk üçün ona Tәmiz, parlaq vә incә kәtan verildi". İncә kәtan müqәddәslәrin saleh әmәllәrinin rәmzidir. 9 Onda mәlәk mәnә dedi: "Yaz: Quzunun toy ziyafәtinә dәvәt olunanlar nә bәxtiyardır!" Yenә dә mәnә dedi: "Bunlar Allahın hәqiqi sözlәridir". 10 Mәn ona sәcdә etmәk üçün ayaqlarına düşdüm. Amma o mәnә dedi: "Yox, olmaz! Mәn dә sәninlә vә İsa barәdә şәhadәt edәn qardaşlarınla birgә Allahın quluyam. Allaha sәcdә et. Çünki İsanın şәhadәti peyğәmbәrlәrә ilham verir". 11 Mәn gördüm ki, göy yarılıb vә orada bir ağ at var. Onun belindә oturan Süvari Sadiq vә Haqq adlanır vә әdalәtlә hökm çıxararaq döyüşür. 12 Onun gözlәri odlu alova bәnzәyir. Başında çoxlu sayda kiçik tac var vә üzәrindә Özündәn başqa heç kәsin bilmәdiyi bir ad yazılıb. 13 O, qana batmış bir paltar geyinib vә Onun adı Allahın Kәlamıdır. 14 Göydә olan ordular ağ, tәmiz vә incә kәtan geyinәrәk ağ atların belindә Onun ardınca gedirdi. 15 Onun ağzından millәtlәrә zәrbә vurmaq üçün iti bir qılınc çıxır. O, "dәmir әsa ilә onlara ağalıq edәcәk".Külli-İxtiyar Allahın şiddәtli qәzәb şәrabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. 16 Onun paltarının vә budunun üstündә bu ad yazılıb: "Padşahların Padşahı vә ağaların Ağası". 17 Günәşdә dayanan bir mәlәyi dә gördüm. O, uca sәslә nida edib göyün ortasında uçan bütün quşlara dedi: "Allahın böyük ziyafәtinә gәlin. Bir yerә yığılın ki, 18 padşahların, sәrkәrdәlәrin, igidlәrin әtini, atların vә bellәrindә oturan atlıların әtini, azadların vә qulların, böyük vә kiçiklәrin hamısının әtini yeyәsiniz". 19 Mәn gördüm ki, vәhşi heyvan, yer üzünün padşahları vә onların orduları atın belindә oturan Süvari ilә vә Onun qoşunu ilә döyüşmәyә toplaşıb. 20 Vәhşi heyvan yaxalandı; onun önündә әlamәtlәr göstәrmiş, bunlarla onun damğasını qәbul edib surәtinә sәcdә edәnlәri aldatmış yalançı peyğәmbәr dә yaxalandı. Hәr ikisi diri-diri kükürdlә yanan od gölünә atıldı. 21 Başqaları isә atın belindә oturan Süvarinin ağzından çıxan qılıncla hәlak oldu. Bütün quşlar da onların әtini yeyib doydu.
1 Mәn göydәn enәn bir mәlәyi gördüm. Onun әlindә dibsiz dәrinliyin açarı vә böyük bir zәncir var idi. 2 O, әjdahanı – iblis vә Şeytan deyilәn o qәdim ilanı tutub min il müddәtinә zәncirlәdi. 3 Onu dibsiz dәrinliyә atdı vә qapısını bağlayıb möhürlәdi ki, min il bitәnә qәdәr millәtlәri daha aldada bilmәsin. Bundan sonra isә o, qısa bir müddәtә azad edilmәlidir. 4 Taxtları vә onların üzәrindә oturanları da gördüm. Onlara hökm etmәk ixtiyarı verildi. İsa barәdә şәhadәt vә Allahın kәlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vәhşi heyvana vә onun surәtinә sәcdә etmәyib alınlarına vә әllәrinә damğanı qәbul etmәmişdilәr. Onlar dirilib Mәsihlә birgә min il padşahlıq etdi. 5 Bu, birinci dirilmәdir. Qalan ölülәrsә min il bitmәyincә dirilmәdi. 6 Birinci dirilmәdә iştirak edәnlәr bәxtiyar vә müqәddәsdir. İkinci ölümün onlar üzәrindә sәlahiyyәti yoxdur. Әksinә, onlar Allahın vә Mәsihin kahinlәri olub Onunla birgә min il padşahlıq edәcәk. 7 Min il bitәndәn sonra Şeytan atıldığı zindandan azad edilәcәk. 8 Oradan çıxacaq ki, yer üzünün dörd tәrәfindә olan millәtlәri – Qoq vә Maqoqu aldadıb döyüşә toplasın; onların sayı dәniz qumu qәdәr çoxdur. 9 Onlar yer üzünün hәr tәrәfinә hücum edib müqәddәslәrin düşәrgәsini vә sevimli şәhәri mühasirәyә aldılar. Lakin göydәn od düşüb onları yandırıb-yaxdı. 10 Onları aldadan iblis dә vәhşi heyvanın vә yalançı peyğәmbәrin atıldığı yerә – odlu kükürd gölünә atıldı. Bunlar gecә-gündüz, әbәdi olaraq işgәncә çәkәcәk. 11 Böyük ağ taxt vә onun üstündә Oturanı gördüm. Yer vә göy Onun önündәn qaçdı vә onlara yer tapılmadı. 12 Mәn gördüm ki, böyükdәn kiçiyә qәdәr ölülәr taxtın önündә dayanıb. Kitablar açıldı vә hәyat kitabı olan başqa bir kitab da açıldı. Ölülәr kitablarda yazılanlara әsasәn öz әmәllәrinә görә mühakimә olundu. 13 Dәniz öz içindә olan ölülәri, ölüm vә ölülәr diyarı da öz qoynunda olan ölülәri tәslim etdi. Hәr biri öz әmәlinә görә mühakimә olundu. 14 Ölüm vә ölülәr diyarı odlu gölә atıldı. Bu odlu göl ikinci ölümdür. 15 Kimin adı hәyat kitabına yazılmayıbsa, o, odlu gölә atıldı.
1 Mәn yeni bir göy vә yeni bir yer gördüm. Çünki әvvәlki yerlә әvvәlki göy keçib getmişdi, dәniz dә artıq yox idi. 2 Mәn müqәddәs şәhәrin – yeni Yerusәlimin göydәn, Allahın yanından endiyini gördüm. Şәhәr öz bәyi üçün bәzәdilmiş gәlin kimi hazırlanmışdı. 3 Taxtdan belә deyәn uca bir sәs eşitdim: "Budur, Allahın mәskәni insanların arasındadır. Allah onlarla birgә mәskәn salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. 4 Allah onların bütün göz yaşlarını silәcәk. Artıq ölüm olmayacaq. Yas, nalә vә ağrı bir daha olmayacaq. Çünki әvvәlki şeylәr keçib getdi". 5 Taxtda Oturan dedi: "Budur, Mәn hәr şeyi yenidәn qururam". Yenә dedi: "Yaz, çünki bu sözlәr etibarlı vә hәqiqidir". 6 O mәnә dedi: "Tamam oldu! Alfa vә Omeqa, Başlanğıc vә Axır Mәnәm. Mәn susayana hәyat suyunun qaynağından müftә su verәcәyәm. 7 Qalib gәlәn bunları irs alacaq; “Mәn ona Allah, o isә Mәnә oğul olacaq”. 8 Qorxaqların, imansızların, iyrәnclәrin, qatillәrin, әxlaqsızların, sehrbazların, bütpәrәstlәrin vә bütün yalançıların aqibәti isә od vә kükürdlә yanan göldә olacaq; bu, ikinci ölümdür". 9 Son yeddi bәla ilә dolu yeddi nimçәsi olan yeddi mәlәkdәn biri gәlib mәnimlә danışaraq dedi: "Gәl, mәn sәnә Quzunun arvadı olacaq gәlini göstәrim". 10 O mәni Ruhda böyük vә uca bir dağın başına apardı. Oradan mәnә göydәn, Allahın yanından enәn müqәddәs şәhәri, Yerusәlimi göstәrdi. 11 Allahın ehtişamı orada idi; oradakı işıq әn qiymәtli daş – büllur yәşәm daşı kimi parıldayırdı. 12 Oranın böyük vә uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mәlәk durmuşdu. Darvazaların üstündә İsrailin on iki qәbilәsinin adı hәkk olunmuşdu. 13 Şәrqdә üç darvaza, şimalda üç darvaza, cәnubda üç darvaza vә qәrbdә üç darvaza var idi. 14 Şәhәr divarının on iki tәmәli var idi vә tәmәllәrin üstündә Quzunun On İki hәvarisinin adı var idi. 15 Mәnimlә danışan mәlәyin әlindә şәhәri, oranın darvazalarını vә divarını ölçmәk üçün bir qızıl ölçü qamışı var idi. 16 Şәhәr dördbucaqlı şәklindә idi vә oranın uzunluğu eninә bәrabәrdir. Mәlәk qamışla şәhәri ölçdü: oranın uzunluğu, eni vә hündürlüyü bәrabәr olub 12,000 stadi idi. 17 O, şәhәrin divarını da ölçdü: onun hündürlüyü mәlәyin istifadә etdiyi insan ölçüsünә görә 144 qulac idi. 18 Divar yәşәm daşından tikilmişdi, şәhәr isә şәffaf şüşәyә bәnzәr saf qızıldan idi. 19 Şәhәr divarının tәmәllәri hәr cür qiymәtli daşla – birinci tәmәl yәşәmlә, ikincisi göy yaqutla, üçüncüsü әqiqlә, dördüncüsü zümrüdlә, 20 beşincisi damarlı әqiqlә, altıncısı qırmızı әqiqlә, yeddincisi sarı yaqutla, sәkkizincisi berillә, doqquzuncusu topazla, onuncusu zәbәrcәdlә, on birincisi sirkonla, on ikincisi ametistlә bәzәdilmişdi. 21 On iki darvaza on iki mirvaridәn idi, hәr darvaza bir mirvaridәn düzәldilmişdi. Şәhәrin baş küçәsi isә şüşә kimi şәffaf olan xalis qızıldan idi. 22 Mәn orada mәbәd görmәdim, çünki oranın mәbәdi Külli-İxtiyar Rәbb Allah vә Quzudur. 23 Şәhәrin işıqlanması üçün nә günәşә, nә dә aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. 24 Millәtlәr şәhәrin işığında gәzәcәk, yer üzünün padşahları cah-calalını oraya gәtirәcәk. 25 Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecә olmayacaq. 26 Millәtlәrin cah-calal vә şәrәfi oraya gәtirilәcәk. 27 Oraya murdar olan heç bir şey, iyrәnc iş görәn vә yalan danışan heç kim әsla girmәyәcәk, yalnız adları Quzunun hәyat kitabına yazılanlar girәcәk.
1 Mәlәk mәnә hәyat suyu axan çayı göstәrdi. Bu çay büllur kimi parlaq olub Allahın vә Quzunun taxtından çıxır 2 vә şәhәrin baş küçәsinin ortasından axırdı. Çayın hәr iki tayında on iki cür meyvә gәtirәn hәyat ağacı var idi. O ağac hәr ay meyvә gәtirir. Onun yarpaqları millәtlәrә şәfa vermәk üçündür. 3 Daha lәnәtlәnәn heç bir şey olmayacaq. Allahın vә Quzunun taxtı orada olacaq vә qulları Ona ibadәt edәcәk. 4 Onlar Onun üzünü görәcәk, alınlarında Onun adını daşıyacaqlar. 5 Artıq gecә olmayacaq, heç kәsin çıraq vә günәş işığına ehtiyacı olmayacaq. Çünki Rәbb Allah onlara işıq verәcәk vә onlar әbәdi olaraq padşahlıq edәcәk. 6 Mәlәk mәnә dedi: "Bu sözlәr etibarlı vә hәqiqidir. Peyğәmbәrlәrin ruhlarına ilham verәn Rәbb Allah mәlәyini göndәrib ki, Öz qullarına tezliklә baş vermәli hadisәlәri göstәrsin". 7 İsa deyir: "Budur, tezliklә gәlirәm! Bu kitabın peyğәmbәrlik sözlәrinә riayәt edәn kәs nә bәxtiyardır!" 8 Mәn Yәhya bunları eşitdim vә gördüm. Eşidib gördükdә bunları mәnә göstәrәn mәlәyә sәcdә etmәk üçün onun ayaqlarına düşdüm. 9 Amma o mәnә dedi: "Yox, olmaz! Mәn sәninlә, peyğәmbәr qardaşlarınla vә bu kitabın sözlәrinә riayәt edәnlәrlә birgә Allah quluyam. Allaha sәcdә et". 10 Yenә dә mәnә dedi: "Bu kitabın peyğәmbәrlik sözlәrini möhürlәmә, çünki vaxt yaxındır. 11 Haqsızlıq edәn qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlәr görsün. Müqәddәs olan daha da müqәddәs olsun". 12 İsa deyir: "Budur, tezliklә gәlirәm. Verәcәyim mükafat Mәnimlәdir vә hәr kәsә öz әmәlinә görә әvәz verәcәyәm. 13 Alfa vә Omeqa, Birinci vә Sonuncu, Başlanğıc vә Axır Mәnәm!" 14 Xalatlarını günahdan tәmizlәyәnlәr nә bәxtiyardır! Bununla da hәyat ağacından yemәyә icazәlәri olacaq, darvazalardan keçib şәhәrә girәcәklәr. 15 İt kimi murdarlar, sehrbazlar, әxlaqsızlar, qatillәr, bütpәrәstlәr vә yalanı sevib danışan hәr kәssә kәnarda qalacaq. 16 Yenә deyir: "Mәn İsa Öz mәlәyimi göndәrdim ki, cәmiyyәtlәrә aid olan bu şәhadәti sizә versin. Mәn Davudun Kökü vә Nәsli, parlaq Dan Ulduzuyam". 17 Ruh da, gәlin dә deyir: "Gәl!" Qoy eşidәn dә desin: "Gәl!" Susayan qoy gәlsin, arzu edәn hәyat suyunu müftә götürsün. 18 Mәn bu kitabın peyğәmbәrlik sözlәrini eşidәn hәr kәsә xәbәrdarlıq edirәm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bәlaları artıracaq; 19 kim bu peyğәmbәrlik kitabının sözlәrindәn bir şey götürәrsә, Allah da bu kitabda yazılmış hәyat ağacından vә müqәddәs şәhәrdәn ona düşәn payı götürәcәk. 20 Bunlara şәhadәt edәn deyir: "Bәli, tezliklә gәlirәm!" Amin. Gәl, ya Rәbb İsa! 21 Rәbb İsanın lütfü hamıya yar olsun! Amin. END